Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-133/2023 24.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovnik- leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətdə olan zaman üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonu Qaraheybət hərbi şəhərciyində yerləşən tədris prosesinin təminatı taborunun maddi-texniki təminat bölüyünün təmir taqımının 2-ci təmir və təxliyyə manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, çavuş hərbi rütbəsində xidmətdə olarkən 26 noyabr 2022-ci il tarixdə saat 07:50-də faktiki yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsində yerləşən mənzilindən xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 19 may 2023cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonunun ərazisində saxlanılaraq Nərimanov RPİ-nin X5 təhvil verilmiş, bununla da o, üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 333.4-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, xx xxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və 26 yanvar 2022-ci il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 25 noyabr 2022-ci il tarixdə axşam radələrində anası Mədinə Həsənova ilə telefonda danışan zaman sonuncu səhhətində ciddi problemlərin yarandığını ona demiş və M.Həsənovanın səhhətində problemlərin olması onu çox düşündürmüşdür. Çox fikirləşdikən sonra o, səhəri gün, yəni 26 noyabr 2022-ci il tarixdə saat 07:50-də xidmət yerinə getməməyi və yaşadığı Yevlax rayonuna gedərək xəstəlik müddətində anası ilə birlikdə olmağı planlaşdırmışdır. 26 noyabr 2022-ci il tarixdə saat 07 radələrində o, Bakı Beynəlxalq Avtovağzalında olan yol maşınlarından birinə minərək ailəsinin yaşadığı Yevlax rayonuna getmişdir. O, evdə anası M.Həsənova ilə görüşmüş və sonuncunun vəziyyətinin pis olduğunu görmüşdür. O, həmin vaxt anası ilə birlikdə Yevlax rayon Mərkəz xəstəxanasına getmiş və həkimlər anasının xəstəxanada qalaraq müayinə-müalicə olunmasını məsləhət görmüşlər. Beləliklə anası M.Həsənova 2023-cü ilin yanvar ayının axırlarınadək xəstəxanada qalaraq müayinə və müalicə olunmağa başlamışdır. Həmin müddət ərzində o da adı çəkilən xəstəxanada anasının yanında qalmışdır. O, 2023-cü ilin yanvar ayının axırlarında həkimlərin məsləhəti ilə anasını xəstəxanadan çıxardaraq evlərinə aparmışdır. O, xidmət yerinə qayıtmadığı ilk 10-15 gün ərzində xidmət yerindən komandirləri ona zəng edərək harada olduğunu ondan soruşumuşlar. O ailə problemlərinin olması səbəbindən tezliklə xidmət yerinə çıxacağını komandirlərinə demişdir. O, çox vaxt telefonunu söndürmüş və anasının tezliklə sağalmasından sonra xidmət yerinə qayıtmağı düşünmüşdür. O, 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərinə gələrək Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Bliss Land restoranında ofisiantlıq etməyə başlamışdır. Bliss Land restoranında ofisiantlıq etməklə bərabər özünə ünvan 2 ünvanında kirayəyə ev də tutmuşdur. İşlədiyi yerdə tutulacağından ehtiyat etdiyi üçün heç kimə hərbi qulluqçu olduğunu və hərbi hissəni özbaşına tərk etdiyini deməmişdir. Həmin müddət ərzində heç kim onu axtarmamış və heç kim onu tanımamışdır. Lakin o, yenə də, xidmət yerinə geri qayıtmaq istəmişdir. O, 3 (üç) illik bağlaşması üzrə xidmətini yarımçıq qoyub Bakı şəhərinə gəldiyini anlamış, içində həmişə bununla bağlı bir narahatlıq hissi olmuş, lakin qeyd etdiyi kimi tutulacağından ehtiyat etdiyi üçün xidmət yerinə getməkdən qorxmuşdur. Lakin özünün heç vaxt xidmətdən boyun qaçırmaq kimi bir niyyəti olmamış və daim hərbi xidmətə münasibəti yaxşı olmuşdur. 19 may 2023-cü il tarixdə saat 16:30 radələrində Bliss Land restoranında ofisiantlıq edən zaman təxminən 30-35 yaşlarında mülki formalı bir şəxs ona yaxınlaşaraq onu sorğu-sual etməyə başlamışdır. Həmin şəxsin yanında başqa bir nəfər şəxs də olmuşdur. Bundan sonra həmin şəxslər polis olduqlarına dair xidməti vəsiqələrini ona göstərmiş və qollarına qandalı vuraraq onu Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Polis əməkdaşları bundan sonra hərbi prokurorluğu bu barədə məlumatlandıraraq onu Bakı Hərbi prokurorluğuna gətirmişlər. Hazırda etdiyi əməldən çox peşmandır. Şahid Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun maddi-texniki-təminat bölüyünün komandiri, baş leytenant Şahid1 Şadoğlanov məhkəməyə ifadə verərək göstərdi ki, həmin mərkəzin tədris prosesinin təminatı taborunun maddi-texniki təminat bölüyünün təmir taqımının 2-ci təmir və təxliyyə manqasının komandiri vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə saat 07:50-də xidmət yerinə gəlmədiyini görüb sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin Təqsirləndirilən şəxs telefonu sönülü olmuşdur. O, dərhal Təqsirləndirilən şəxs qeyd etdiyi xidmət yerinə vaxtında gəlməməsi ilə bağlı yuxarı komandanlığa raportla müraciət etmişdir. Sonralar o, Təqsirləndirilən şəxsla bir neçə dəfə də əlaqə saxlamağa çalışsa da bu heç cür mümkün olmamışdır. Təqsirləndirilən şəxs ailəsində hər hansı probleminin olması barədə məlumat verməmiş, sonuncunun ağır xəstəliyi olmamış, xidmət yerinə çıxmadığı müddət ərzində komandir heyətindən bununla bağlı icazə almamışdır. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, nizamnamədənkənar hərəkətlər edən, həmçinin şərəf və ləyaqətini alçaldan olmamış, sonuncu heç vaxt ümumiyyətlə xidmət etmək istəməməsini bildirməmiş, heç vaxt xidmətdən boyun qaçırmaq kimi bir niyyəti olmamış və hərbi xidmətə münasibəti normal olmuş, əvvəllər də xidmət yerinə vaxtında qayıtmama və xidmət yerini özbaşına tərk etmə hallarının şahidi olmamış, xidmətə qarşı münasibəti sonradan dəyişmişdir. Şahidlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçuları, kapitan Şahid2 məhkəməyə verdiyi və baş gizir Şahid3 məhkəmədə elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin 16 fevral 2022-ci il tarixli 40 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Həsənov X3 nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 26 yanvar 2022-ci il tarixli 011əç nömrəli əmrinə əsasən həmin mərkəzin tədris prosesinin təminatı taborunun maddi-texniki təminat bölüyünün təmir taqımının 2-ci təmir və təxliyyə manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən təqdim edilmiş 26 yanvar 2022-ci il tarixli bağlaşmanın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Ordusunda 3 (üç) il müddətinə könüllü xidmət keçmə ilə bağlı bağlaşma imzalamışdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tədris prosesinin təminatı taborunun komandirinə ünvanlanmış 26 noyabr 2022-ci il tarixli 16713 nömrəli raportdan görünür ki, maddi-texniki təminat bölüyünün təmir taqımının 2-ci təmir və təxliyyə manqasının komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə xidmət yerinə çıxmamışdır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin 26 noyabr 2022-ci il tarixli 286 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, tədris prosesinin təminatı taborunun (Qaraheybət hərbi şəhərciyi üçün) maddi-texniki təminat bölüyünün təmir taqımının (zirehli tank texnikasının) 2-ci təmir təxliyyə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə xidmət yerinə çıxmamışdır. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən göndərilən 19 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin Cinayət Axtarış üzrə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonunun ərazisində tutularaq həmin tarixdə Nərimanov RPİ-nin X5 təhvil verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş 22 may 2023-cü il tarixli, 5682 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsinə tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 333.4-1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah edilməsinə, həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının başlanğıcının tutulduğu 19 may 2023-cü il tarixdən hesablanmasını (Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsi), barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinnsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsə göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-133/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-133/2023
24.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver