Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-133/2024 25.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçilər –Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.1-ci və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən üzrlü səbəblər olmadan xidmət yerinə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə vaxtında gəlməmiş, həmçinin onun üçün rəis hesab edilən hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmiş və zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Laçın rayonunun ərazisində yerləşən 4-cü taborunun 10-cu bölüyünün 3-cü tağımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, N avqust 2023-cü il tarixdə 10 gün müddətinə növbəti məzuniyyətə buraxılaraq yaşadığı Sumqayıt şəhərinə getmiş, xidmət yerinə 31 avqust 2023-cü il tarixdə gəlməli olduğu halda üzrlü səbəblər olmadan gəlməmiş, yalnız 06 noyabr 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 2-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanılaraq xidmət etdiyi hərbi hissəyə təhvil verilməklə, üzrlü səbəblər olmadan xidmət yerinə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə vaxtında gəlməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin hərbi hissənin Laçın rayonu ərazisində yerləşən 4-cü taborunun 10-cu bölüyünün 3-cü tağımının 2-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 06 noyabr 2023- cü il tarixdə saat 22 radələrində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 2-ci Hərbi Polis bölməsinin qarşısında, onun üçün rəis hesab edilən həmin bölmənin kiçik əməliyyat müvəkkili çavuş Zərərçəkmiş şəxs öz xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu xidmət etdiyi hərbi hissəyə qaytarılması üçün təhvil verərkən müqavimət göstərib oradan qaçmağa çalışaraq, çavuş Zərərçəkmiş şəxs hər iki ayağından tutub yerə yıxaraq daş parçası ilə zərblə bir dəfə sağ gicgah nahiyəsindən vurub ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan sağ alın və gicgah nahiyəsinin sıyrılmış yaraları ilə müşayiət olunan xəsarət yetirib, onun üçün rəis hesab edilən hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmiş və zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, N nömrəli hərbi hissənin Laçın rayonunun Nağdalı kəndi ərazisində yerləşən 4-cü taborunun 10-cu bölüyünün 3-cü tağımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirdiyi vaxt N avqust 2023-cü il tarixdə 10 gün müddətinə növbəti məzuniyyətə buraxılaraq ailəsi ilə birlikdə yaşadığı Sumqayıt şəhərinə getmiş, məzuniyyət müddəti bitdikdən sonra 31 avqust 2023-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda xəstə olması səbəbindən gəlməmiş, ev şəraitində müalicə olunmuşdur. Sumqayıt şəhərində yaşadığı ünvanda olduğu vaxt 06 noyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin qarşısında Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 2-ci Hərbi Polis bölməsinin kiçik əməliyyat müvəkkili, çavuş Zərərçəkmiş şəxs ilə görüşüb izahatını alması üçün onu evə dəvət etmiş, Zərərçəkmiş şəxs evdə izahat götürmək üçün icazəsinin olmadığını bildirmiş və onu Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 2-ci Hərbi Polis bölməsinə dəvət edərək birlikdə oraya getmələrini bildirmişdir. O, Zərərçəkmiş şəxsla razılaşmış və onun hazırda dövlət qeydiyyat nömrə nişanını və markasını xatırlamadığı şəxsi avtomobilinə əyləşib birlikdə bölməyə tərəf yola düşmüşlər. Bölməyə çatdıqdan sonra saat 21:05-də nəzarət buraxılış məntəqəsinin qarşısında olduqları vaxt anası X10 mobil telefonuna zəng vurmuş, ondan harada olduğunu soruşmuş, anasına bölmənin qarşısında olduqlarını demişdir. Həmin vaxt anası ona “içəriyə girmə, qaç, yoxsa səni tutacaqlar” demiş, bu vaxt tutulacağını fikirləşib həyəcanlanaraq bir qədər qorxmuş və ağlamağa başlamışdır. Zərərçəkmiş şəxs içəriyə daxil olmaq istəmədiyini demiş, Zərərçəkmiş şəxs onu nə qədər başa salmağa çalışsa da, sözlərinə məhəl qoymamış və anası ilə danışması üçün telefonunu ona tərəf uzatmışdır. Zərərçəkmiş şəxs telefonu verdikdən sonra arxaya çevrilib qaçmağa başlamış, bu vaxt Zərərçəkmiş şəxs qaçmasına mane olmaq üçün onu sağ qolundan tutub bir qədər özünə tərəf dartmışdır. Daha sonra o, yenidən qaçmağa çalışdığı üçün müvazinətlərini itirib yerə yıxılmışlar. Yerdə bir qədər süpürləşdikdən sonra yenidən ayağa qalxdıqları vaxt Zərərçəkmiş şəxs hər iki ayağından tutub onu yerə yıxmış, daş parçalarından birini götürüb həmin daş parçası ilə Zərərçəkmiş şəxs başının sağ gicgah hissəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs həmin nahiyəsindən qan axmağa başlamış və onu buraxmışdır. Yenidən qaçdığı vaxt nəzarət buraxılış məntəqəsində olan hərbi polis əməkdaşlarından biri arxasınca qaçıb onu tutmuşdur. Daha sonra onu bölmənin qərargahına aparmışlar. Oradan xidmət yerinə qaytarılması üçün N nömrəli hərbi hissədən gələcək olan nümayəndəyə təhvil verilənə qədər saxlanılması məqsədilə bölmənin qarovullar növbətçisinə, oradan isə həmin gün saat 23:00-da 1-ci Hərbi Polis bölməsinə aparılaraq qarovullar növbətçisinə təhvil verilmişdir. Növbəti gün, yəni 07 noyabr 2023-cü il tarixdə saat 12:00-da N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci tağımının komandiri, baş leytenant Şahid3 onu bölmədən təhvil almış, daha sonra 08 noyabr 2023-cü il tarixdə saat 17 radələrində N nömrəli hərbi hissənin komandanlığına təqdim edərək təhvil vermişdir. Hərbi hissəyə qayıtmamasının səbəbi xəstə olması, xəstəliyi ilə bağlı hərbi hissəyə gedə bilməməsi və ev şəraitində müalicə alması olmuşdur. Hazırda törətdiyi əməllərdən peşmandır, ailə vəziyyəti ağırdır, uşaq evində böyümüş, təhsil almışdır, 2024-cü ilin iyul ayında hərbi xidmətini başa vurub tərxis edilmişdir. Məhkəmədən bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 2-ci Hərbi Polis bölməsinin kiçik əməliyyat müvəkkili (axtarış üzrə) vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. N nömrəli hərbi hissədən 2-ci Hərbi Polis bölməsinə 27 oktyabr 2023-cü il tarixli 2952 nömrəli və 04 noyabr 2023-cü il tarixli 3065 nömrəli məktublar daxil olduğu üçün bölmənin rəisi tərəfindən Təqsirləndirilən şəxs axtarılaraq saxlanılması və xidmət yerinə qaytarılması ona həvalə edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Laçın rayonunun Nağdalı kəndində yerləşən 4-cü taborunun 10-cu bölüyünün 3-cü tağımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, N avqust 2023-cü il tarixdə 10 gün müddətinə növbəti məzuniyyətə buraxılaraq ailəsi ilə birlikdə yaşadığı Sumqayıt şəhərinə getmiş, məzuniyyət müddəti bitdikdən sonra 31 avqust 2023-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. 06 noyabr 2023-cü il tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Kotec qəsəbəsi Mirzə Axundov küçəsində yaşadığı evin yaxınlığında yerləşən 4-cü Polis bölməsinin qarşısında onunla görüşmüş, Təqsirləndirilən şəxs izahat alacağını bildirmiş, Təqsirləndirilən şəxs izahatını alması üçün onu evinə dəvət etmiş, Təqsirləndirilən şəxs evdə izahat götürmək üçün icazəsinin olmadığını demiş və onu 2-ci Hərbi Polis bölməsinə dəvət edərək birlikdə oraya getmələrini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və birlikdə onun şəxsi avtomobilinə əyləşərək bölməyə tərəf yola düşmüşlər. Bölmənin nəzarət buraxılış məntəqəsinin qarşısında olduqları vaxt saat 21:05də anası A.Cəfərova Təqsirləndirilən şəxs mobil telefonuna zəng vurmuş, danışıq zamanı Təqsirləndirilən şəxs anasına bölmənin nəzarət buraxılış məntəqəsinin qarşısında olduqlarını demiş, həmin vaxt anasının ona “içəriyə girmə, qaç, yoxsa səni tutacaqlar” dediyini eşitmişdir. Bu vaxt Təqsirləndirilən şəxs ağlamağa başlamış və ona etiraz edərək içəriyə daxil olmaq istəmədiyini demişdir. Təqsirləndirilən şəxs nə qədər başa salmağa çalışsa da, sonuncu onun sözlərinə məhəl qoymamış və anası ilə danışması üçün telefonunu ona tərəf uzatmışdır. Telefonu aldıqdan sonra Təqsirləndirilən şəxs arxaya çevrilib qaçmağa başlamış, bu vaxt qaçmasına mane olmaq üçün onun sağ qolundan tutub bir qədər özünə tərəf dartmışdır. Təqsirləndirilən şəxs yenidən qaçmağa çalışdığı üçün dartışmışlar və müvazinətlərini itirib yerə yıxılmışlar. Yerdə bir qədər süpürləşdikdən sonra yenidən ayağa qalxdıqları vaxt Təqsirləndirilən şəxs hər iki ayağından tutub onu yerə yıxmış, daş parçalarından birini götürüb həmin daş parçası ilə onun sağ gicgah nahiyəsinə bir dəfə zərbə vurmuş, zərbənin təsirindən gözləri qaralmış və Təqsirləndirilən şəxs buraxmış, o, yenidən qaçmağa başlamışdır. Bu vaxt nəzarət buraxılış məntəqəsində olan hərbi polis əməkdaşlarına səslənərək “onu tutun, qoymayın qaçsın” deyə qışqırmış və bölmənin hərbi polis bölüyünün 3-cü hərbi polis tağımının 2-ci manqasının patrul nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirən Şahid2 dərhal Təqsirləndirilən şəxs arxasınca qaçıb onu tutmuşdur. Sonra yerdən qalxıb ona Təqsirləndirilən şəxs bölmənin içərisinə salmalarını demişdir. Təqsirləndirilən şəxs bölmənin qərargahına apardıqdan sonra o, oradan xidmət yerinə qaytarılması üçün N nömrəli hərbi hissədən gələcək olan nümayəndəyə təhvil verilənə qədər saxlanılması məqsədilə bölmənin qarovullar növbətçisinə, oradan isə həmin gün saat 23:00-da 1-ci Hərbi Polis bölməsinə aparılaraq qarovullar növbətçisinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Şahid3 tərəfindən 1-ci Hərbi Polis bölməsindən təhvil alınaraq 08 noyabr 2023-cü il tarixdə həmin hərbi hissəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 2-ci Hərbi Polis bölməsinin hərbi polis bölüyünün 3-cü hərbi polis tağımının 1-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edir. 06 noyabr 2023-cü il tarixdə 2-ci Hərbi Polis bölməsinin nəzarət buraxılış məntəqəsinin növbətçisi xidmətinə təyin olunduğu üçün xidmətini davam etdirərək həmin gün saat 21:00-da bölmənin hərbi polis bölüyünün 3-cü hərbi polis tağımının 2-ci manqasının patrul nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirən Şahid2 ilə nəzarət buraxılış məntəqəsində söhbət etdikləri vaxt bölmənin kiçik əməliyyat müvəkkili vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirən Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə birlikdə məntəqənin giriş qapısına tərəf gəldiklərini görmüşlər. Onlar bir qədər yaxınlaşdıqdan sonra dayanıb söhbət etməyə başlamışlar. Daha sonra saat 21:05-də onlar söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs mobil telefonuna zəng gəlmiş, telefonla danışıb qurtardıqdan sonra telefonu Zərərçəkmiş şəxs vermiş və anidən onun yanından qaçmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaçmasına mane olmaq üçün onun sağ qolundan tutub bir qədər özünə tərəf dartmışdır. Təqsirləndirilən şəxs yenidən qaçmağa çalışdığı üçün onlar dartışmışlar və müvazinətlərini itirib yerə yıxılmışlar. Yerdə bir qədər süpürləşdikdən sonra yenidən ayağa qalxmışlar. M.Təqsirləndirilən şəxsZeynalovun hər iki ayağından tutub onu yerə yıxmış, yerdəki daş parçalarından birini götürüb həmin daş parçası ilə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinə bir dəfə zərbə vurmuş, buna görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs buraxmış, o, yenidən qaçmağa başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs “onu tutun, qoymayın qaçsın” deyə qışqırmış və Şahid2 dərhal Təqsirləndirilən şəxs arxasınca qaçıb onu tutmuşdur. O, Zərərçəkmiş şəxs yaxınlaşanda onun sağ gicgah nahiyəsindən qan axdığını və yerdəki daş parçasının üzərində qan olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs bölmənin qərargahına aparmışlar. Təqsirləndirilən şəxs oradan xidmət yerinə qaytarılması üçün N nömrəli hərbi hissədən gələcək olan nümayəndəyə təhvil verilənə qədər saxlanılması məqsədilə bölmənin qarovullar növbətçisinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1lə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid3 göstərdi ki, o, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci tağımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət davam edir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin Laçın rayonunun Nağdalı kəndində yerləşən 4-cü taborunun 10-cü bölüyünün 3-cü tağımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətini davam etdirdiyi vaxt N avqust 2023-cü il tarixdə 10 gün müddətinə növbəti məzuniyyətə buraxılaraq ailəsi ilə yaşadığı Sumqayıt şəhərinə getmişdir. Təqsirləndirilən şəxs məzuniyyət müddəti bitdikdən sonra 31 avqust 2023-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. Daha sonra Təqsirləndirilən şəxs xidmət yerinə hələ də gəlmədiyi üçün onun xidmət yerinə qaytarılması məqsədilə hərbi hissə komandanlığı tərəfindən ona tapşırıq verilmiş və o, 04 noyabr 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək 4 gün müddətinə Sumqayıt şəhərinə ezam olunmuşdur. 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs təhvil almaq üçün 2-ci Hərbi Polis bölməsinə getmiş, orada ona Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissəyə təhvil verilənədək saxlanılması üçün Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhərində yerləşən 1-ci Hərbi Polis bölməsinə təhvil verildiyi bildirilmişdir. Həmin vaxt oradan 1-ci Hərbi Polis bölməsinə getmiş, saat 12:00-da Təqsirləndirilən şəxs və ona məxsus əşyaları təhvil almışdır. Növbəti gün, yəni 08 noyabr 2023-cü il tarixdə saat 17 radələrində N nömrəli hərbi hissənin qərargahına çatmışlar və Təqsirləndirilən şəxs hərbi hissənin komandanlığına təqdim edərək təhvil vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 (məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından ifadəsi tədqiq edilmişdir) verdiyi ifadəsində Şahid3 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan məhkəmə - tibbi ekspertizasının 13 noyabr 2023-cü il tarixli 2107 №-li rəyindən görünür ki, çavuş Zərərçəkmiş şəxs hadisə vaxtı aldığı sağ alın və gicgah nahiyələrinin sıyrılmış yaraları xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 06 noyabr 2023-cü il tarixdə və şəraitdə əmələ gəlmələri inkar olunmur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 98 nömrəli və 31 oktyabr 2023-cü il tarixli 316 nömrəli əmrlərindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs N aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 3-cü tağımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin olunmaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, 31 oktyabr 2023-cü il tarixdə isə həmin tağımın 2-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2023-cü il tarixli 243 nömrəli. 31 avqust 2023-cü il tarixli 253 nömrəli əmrlərindən çıxarışlardan və 2-ci Hərbi Polis bölməsinin 06 noyabr 2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs N avqust 2023-cü il tarixdə 10 gün müddətinə növbəti məzuniyyətə buraxılmış, 31 avqust 2023-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 06 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq xidmət etdiyi hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Qarnizonu Hərbi Polis rəisinin 25 oktyabr 2017-ci il tarixli 180 nömrəli və 2-ci Hərbi Polis bölməsi rəisinin 04 mart 2022-ci il tarixli 46 nömrəli əmrlərindən çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs 25 oktyabr 2017-ci il tarixdə Sumqayıt Qarnizonu Hərbi polisinin 1-ci hərbi polis tağımının nizamlayıcılar manqasının sürücüsü vəzifəsinə təyin olunmaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, 04 mart 2022-ci il tarixdə isə 2-ci Hərbi Polis bölməsinin kiçik əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissədən və 2-ci Hərbi Polis bölməsindən verilmiş tabelik barədə arayışlardan görünür ki. hadisə vaxtı çavuş Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs rəis hesab edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilmiş N fevral 2024-cü il tarixli 1969 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin sorğusu cavab olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli, 3857 saylı məktubunda göstərilmişdir ki, yanvar 2023-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2005-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin əsgəri X5 həmin hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 999 nömrəli göndərişi ilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X3 bölməsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Yoluxucu xəstəliklər bölməsində, xx.xx.2023-cü il tarixdən 31,03.2023-cü il tarixədək Psixiatriya bölməsində “Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya. Sol saidin iç səthinin çoxsaylı kəsilmiş-cızılmış yaralarından sonrakı dəri çapığı. Follikulyar angina. Covid-19” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Əsgər M.Ə.Ələsgərovun müayinə və müalicəsi başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə hospitaldan yazılmışdır. Əlavə olaraq bildirilir ki, N nömrəli hərbi hissənin əsgəri X1 Nazirliyinin Baş X8 bölməsində xx.xx.2023-cü il tarixdə (ambulator-2098) ambulator müayinədə olmuşdur. N nömrəli hərbi hissənin əsgəri X1 Nazirliyinin Baş X8 bölməsində 28.11,2023-cü il tarixdə (ambulator-21484) ambulator müayinədə olmuşdur. Məhkəmənin sorğusu əsasında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb xidməti rəisinin verdiyi arayışda göstərilmişdir ki, xx.xx.2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin hərbi qulluqçusu X2 888 hissənin tibb məntəqəsində qeydiyyatdadır. X2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə xx.xx.2023-cü il tarixdə saat 08:40-da tibb məntəqəsinə “Sağ saidin aşağı 1/3-nin içəri səthinin 2 (iki) ədəd kiçik ölçülü cızılmış yarası” diaqnozlu xəsarət izi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək eyni diaqnozla hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixində psixiatrın baxışı üçün Müdafiə Nazirliyinin Baş Klinik hospitalına göndərilmişdir. X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tibb məntəqəsində “Əlvan dəmirov” diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin tibb bölüyünə köçürülmüş və orada xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuşdur. xx.xx.2023cü il tarixdə saat 19:40-da hərbi hissənin tibb məntəqəsinə “Kürəyin sol və sağ yarısının cızılmış sıyrılmış yaraları. Döş qəfəsinin sol yarısının sıyrılmış, sol saidin yuxarı 1/3-nin bayır səthinin cızılmış sıyrılmış yaraları. Döş qəfəsinin qançırı sorulma mərhələsində” diaqnozlu xəsarət izi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi hissənin tibb məntəqəsində "qasıq nahiyyəsının epidermofitiyası, yuxarı tənəffüs yollarının katarı" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11:17-də hərbi hissənin tibb məntəqəsinə “Sol saidin içəri səthinin, döş qəfəsinin sol yarısının, sağ qarın nahiyyəsının kəsilmiş cızılmış yaraları və uzun sol səthinin cızılmış yarası (şüşə ilə)" diaqnozlu xəsarət izi ilə müraciət etmişdir. 26. 11.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək eyni diaqnozla hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuşdur. xx.xx.2023-ci ıl tarixində psixiatrın baxışı üçün Müdafiə Nazirliyinin Baş Klinik hospitalına göndərilmişdir. X2 xx.xx.2023-cu il tarixdən xx.xx.2023cu il tarixədək N nömrəli hərbi hissədə "Yayılmış impetiqo. qasıq epidermofitiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cu il tarixədək hərbi hissənin tibb məntəqəsində “Bədənin yayılmış piodermıyası sağalma mərhələsində” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş üzrə keçirilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2736 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 330.1 və 333.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin səhhətində olan problemlərlə bağı hərbi hissəyə qayıda bilməməsi ilə bağlı göstərdiklərinə tənqidi yanaşır və hesab edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur, bununla o məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Bu və digər xüsusatlarla bağlı müdafiə və ittiham tərəflərinin vəsatətləri əsasında, həmçinin məhkəmənin öz təşəbbüsü ilə tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, göstərilənlər təsdiq edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran, ona bəraət verilməsinə əsas olan hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ağır ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinə görə rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu və hazırda ordu sıralarından tərxis edildiyindən ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin tərxis olunmasını və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almağı, həmçinin həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi və sınaq müddəti təyin etməklə təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, sınaq müddəti təyin etməklə təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı dövlət ittihamçısının mövqeyi ilə razılaşmır. Məhkəmə təqsirləndirilən şəxsin ordu sıralarından tərxis olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmir. İşdəki məlumatlardan da məlum olduğu kimi, o Qanunla müəyyən olunmuş 18 ay xidmət etməmiş, həmin müddətin 31 avqust 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək olan hissəsini xdmətdən kənarda (ittihamda göstərildiyi kimi) keçirmişdir. 06 noyabr 2023-cü il tarixdə isə xidmət yerinə məcburi qaydada qaytarılmış, hərbi hissəyə qaytarılarkən onun hərbi hissəyə qaytarılması ilə bağlı hərbi qulluq vəzifəsini yerinə yetirən hərbi polisin əməkdaşına hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmiş və zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə işin hallarına bir daha istinad etməklə qeyd edir ki, bu cür işlərdə cəza təyin edərkən məhkəmə tərəfindən təyin edilən cəzanın Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən şəxslərin xidmətə yanaşmalarına, mənəvi-psixoloji durumlarına, nizam intizamına, digər şəxslər tərəfindən bu kateqoriyadan olan cinayət törədilməsinin qarşısını almaqla bağlı təsirini nəzərə alır. Məhkəmə bu iş üzrə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin və 333.4-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi və ya təyin edilən cəzanın şərti hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməli, cəza çəkmənin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək tutulub saxlandığı 01 (bir) gün təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 45 (qırx beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1 və 333.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək tutulub saxlandığı 01 (bir) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-133/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-133/2024
25.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver