Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-134/2023 14.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X21 Abbasovun sədrliyi, məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X6, X20 və Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X6 nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X10, müdafiəçi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X17 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Rəspublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 2-ci şöbəsinin bölmə komandiri vəzifəsində, kiçik-gizir hərbi rütbəsində xidmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasınada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Rəspublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin 2-ci şöbəsinin bölmə komandiri vəzifəsində, kiçik-gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2019-cu ilin mart ayında X1 ilə söhbət əsnasında sonuncu ona Xüsusi Dövlət Mühafizə Xidmətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, bu zaman kiçik gizir Təqsirləndirilən şəxs A.B.Ağasızadənin işə düzəlmək istəyini öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq onun əmlakını talamaq qərarına gəlib, bu məqsədlə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək vəzifədə çalışan tanışları vasitəsilə, 10000 manat məbləğində pulun guya özünün vasitəsilə həmin şəxsə çatdırılması müqabilində onun qısa müddət ərzində XDMX-ya işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib, A.B.Ağasızadəni özünə inandırmaqla razılığını almış, bundan sonra A.B.Ağasızadə atası vətəndaş X7 aldığı 7000 manat pulu təxminən 2019-cu ilin mart ayının sonları, aprel ayının əvvəllərində saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon ərazisində “Nəsimi” metrostansiyası yaxınlığında Svetlana Məmmədova küçəsi ilə İbrahim Sadıqlı küçəsinin kəsişməsində yerləşən “BABİKO” adlı restoranda kiçik gizir Təqsirləndirilən şəxs vermiş, qalan 3000 manat məbləğində pulu isə təxminən bir həftə sonra, yəni 2019-cu ilin aprel ayının əvvəllərində saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi ilə Cəfərov qardaşları küçəsinin kəsişməsində X3 yanında şəxsən Təqsirləndirilən şəxs vermişdir. Kiçik-gizir Təqsirləndirilən şəxs A.B.Ağasızadəni XDMX-ya düzəldəcəyi adı ilə ondan aldığı ümumilikdə 10000 manat pul müqabilində vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ona məxsus xeyli miqdarda pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən xidməti zərurət ilə əlaqədar olaraq mütəmadi olaraq gedib-gəldiyi Xarici İşlər Nazirliyindən tanıdığını, həmin qurumun inzibati binasında elektrik olaraq çalışan vətəndaş Şahid3 və sonuncunun qardaşı vətəndaş Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək 2019-cu ilin birinci yarımilində sonuncudan Bakı şəhəri Binəqədi rayonu “Varovskiy” adlandırılan ərazidə yerləşən kafelərin birində 10000 (on min) manat məbləğində pulu borc qismində əldə etmiş, 4-5 ay ərzində həmin məbləği geri qaytaracağını bildirsə də verdiyi vədə əməl etmədiyindən Zərərçəkmiş şəxs ondan pulu qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs əvvəlcə müxtəlif bəhanələr gətirərək pulu qaytarmağı gecikdirsə də, sonradan öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə təxminən 2019-cu ilin avqustsentyabr aylarında mobil telefon vasitəsilə aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs borclu olduğu 10000 (on min) manat məbləğində pulun qarşılığında sonuncunun oğlu Şahid4 yüksək vəzifəli tanışları vasitəsilə Xüsusi Dövlət Mühafizə Xidmətinə işə qəbul etdirəcəyini təklif etmiş, Zərərçəkmiş şəxs onun bu təklifi ilə razılaşsa da Təqsirləndirilən şəxs verdiyi vədlə bağlı heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müvafiq əmri ilə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra 2020-ci ilin sentyabr ayının ortalarında vətəndaş X11 övladı X6 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq arzusunda olduğunu bildiyindən daha çox qazanc əldə etmək məqsədilə, cinayətkar əməllərinə davam edərək aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, hərbi xidmətə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin A.B.Ağasızadənin hərbi xidmətə qəbul olunması üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda B.Şahid1 geniş əlaqələrə malik olduğunu bildirməklə 4000-5000 manat məbləğində pul müqabilində yüksək vəzifəli şəxslərin vasitəsi ilə oğlu A.B.Ağasızadəni Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul etdirəcəyi barədə yalan vəd verib, inandırmışdır. B.Şahid1 inanıb təklifini qəbul etdikdən sonra 2020-ci ilin sentyabr ayının sonlarında, yəni 27 sentyabr 2020-ci il tarixindən sonrakı günlərdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Ayna Sultanova» heykəlinin qarşısında Təqsirləndirilən şəxsla görüşərək oradan Nərimanov rayonu ərazisinə keçməklə “Nərimanov parkı” adlanan əraziyə gəlmiş və Təqsirləndirilən şəxs həmin yerdə B.Şahid1 4000 manat pulu almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Rəspubikası Cinayət Məcəlləsinin 178,2,2, 178.2,3 və 178.2.4-cü maddələri ilə əlan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, xidməti zərurət ilə əlaqədar olaraq mütəmadi olaraq gedib-gəldiyi Xarici İşlər Nazirliyindən tanıdığı, həmin qurumun inzibati binasında elektrik olaraq çalışan vətəndaş Şahid3 və onun qardaşı vətəndaş Zərərçəkmiş şəxs 2019-cu ilin birinci yarımilində Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonu “Varovskiy” adlandırılan ərazidə yerləşən kafelərin birində 10000 (on min) manat məbləğində pulu borc qismində əldə etmişdır. 4-5 ay ərzində həmin məbləği geri qaytaracağını bildirsə də verdiyi vədə əməl etmədiyindən Zərərçəkmiş şəxs ondan pulu qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs pulu qaytarmağa imkanı olmadığını bildirmişdir.Təxminən 2019-cu ilin avqustsentyabr aylarında o, Zərərçəkmiş şəxsla mobil telefon vasitəsilə aralarında olan danışıq zamanı ona borclu olduğu 10000 (on min) manat məbləğində pulun qarşılığında oğlu Şahid4 yüksək vəzifəli tanışları vasitəsilə Xüsusi Dövlət Mühafizə Xidmətinə işə qəbul etdirəcəyini təklif etmiş və Zərərçəkmiş şəxs onun bu təklifi ilə razılaşmışdır.Sonradan çalışdığı Xüsusi Dövlət Mühafizə Xidmətindən ehtiyata buraxıldığı üçün Zərərçəkmiş şəxs pulu qaytara bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərdi ki, o, vətəndaş X15 onun keçmiş iş yoldaşı baş çavuş Qədirov Ağasinin atası kimi tanımışdır. 2019-cu il tarixdə ona borca pul lazım olduğundan Ağasiya müraciət edərək köməklik etməsini xahiş etmiş, Ağasi də ona 2000 manat pul verə biləcəyini, vaxtı-vaxtında həmin pulun faizi ilə ona qaytaracağını bildirmişdir. 2019-cu ilin may ayında o, Ağasidən 2000 manat pulu ünvan 1 ünvanında, yəni köhnə iş yerində almışdır. Həmin ərəfələrdə işdən çıxdığına görə Ağasiyə olan borcunu qaytara bilməmiş və ondan 1 ay möhlət verilməsini xahiş etmişdir. Təxminən 1 ay keçdidkə o, Ağasi ilə danışmış və ona 3000 manat borcunu qaytarmaq istəmişdir. Lakin Ağasi ona verdiyi 2000 manat pulu bankdan götürüb və banka olan faizi ödəməsini bildirmişdir. Beləliklə onlar razılığa gələ bilməmişlər. Bu hadisənin üzərindən 1 il müddət keçdikdə, Ağasi Qədirovun atası Balağa Qədirov ondan Xətai RPİ-nə şikayət etmişdir. Həmin vaxt ərizəsində göstərdiyi məbləğ 10000 manat idi, lakin indiki ərizəsində 14.000 manat göstərilmişdir. Təqsirləndirilən şəxs bunu da qeyd etdi ki, Balağa Qədirovdan heç bir pul götürməmiş, onun barəsində yazdıqları tamamilə şər və böhtandır. Təqsirləndirilən şəxs müxtəlif epizodlarda bir-birini təkzib edən ifadələr versə də, bu ifadələr həm ayrı-ayrılıqda, həm də zərərşəkmiş şəxslər və şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən müəyyən olunur ki, nəticə etibarı ilə cəm şəkildə həmin ifadələr bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmaqla onun ifadəsinin özünü müdafiə xarakteri daşımasına dəlalət edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X18 məhkəməyə ifadə verib göstərdi ki, qardaşı Şahid1 hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində baş çavuş hərbi rütbəsində xidmət edir. Özü də qardaşı kimi həmin dövlət qurumunda xidmət etmək arzusunda olmuş, həmçinin atası da orada xidmət etdiyi üçün sonuncunun bir çox tanışları olmuşdur. Belə ki, 2019-cu ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü şöbəsinin rəisi, general-mayor Cəbrayıl Usubov və 2-ci şöbənin rəisi, polkovnik Ağamir Mayılov atasının tanışları olmuşlar. Atası onun da Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmasını istəmiş, təxminən 2019-cu ilin yanvar ayında atası ilə birlikdə işə düzəlmək məqsədi ilə sənədlərini toplayıb Xüsusi Dövlət Mühafizə Xidmətinə getmiş və orada ona çatışmayan sənədlərini düzəldib yenidən müraciət etməyini bildirmişlər. Təxminən 2019-cu ilin mart ayının sonlarında yenidən atası ilə birlikdə Nazirlər Kabineti ilə eyni binada yerləşən XDMX-nın inzibati binasına getmiş, binaya daxil olduqdan sonra atası B.Şahid1 əvvəldən tanıdıqları yuxarıda qeyd olunan şəxslərlə görüşüb söhbət edərkən o, dəhlizdə Təqsirləndirilən şəxs adlı bir nəfər şəxslə tanış olmuşdur. Söhbət əsnasında sonuncunun Xüsusi Dövlət Mühafizə Xidmətində bölük komandiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət etdiyi məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs işə düzəlmək üçün gəldiyini bildirərək boyunun nəzərdə tutulmuş normadan az olduğuna görə müəyyən çətinliklər yarandığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs köməklik edə biləcəyini deyib ona öz istifadəsində olan və hazırda xatırlamadığı mobil telefon nömrəsini verərkən o da öz nömrəsini sonuncuya vermişdir. O, bu qurumda xidmət edən yüksək vəzifəli tanışlarının olduğunu, həmin şəxslərin vasitəsilə onun işinin həll oluna bilmədiyini, özünün bu işi necə həll edəcəyini soruşmuş, həmçinin Təqsirləndirilən şəxs onun və atasının tanışlarının kimlər olduğunu da bilmişdir. Təqsirləndirilən şəxs onun sualına cavab olaraq yüksək vəzifədə olan tanışlarının bu işə ciddi yanaşmayacağını, özünün bu işin içində olduğunu, işin həll olunması üçün yol tapacağını bildirmişdir. XDMX-nin inzibati binasından çıxdıqdan sonra atası ilə birlikdə evə getmiş, həmin gün axşam saatlarında tanımadığı və hazırda xatırlamadığı mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng gəlmiş, dəstəyi qaldırarkən zəng edən şəxsin Təqsirləndirilən şəxs olduğunu anlayıb hal-əhval etmiş, söhbət əsanasında Təqsirləndirilən şəxs ona işinin düzəlməsi üçün rəhbərlikdən razılıq aldığını və bunun müqabilində 10.000 (on min) manat pul verməli olduğunu bildirmişdir. O, dərhal bu barədə atasına danışmış və XDMX-nin inzibati binasında tanış olduğu Təqsirləndirilən şəxs barədə məlumat verərək, Təqsirləndirilən şəxs onun işini düzəldə biləcəyini və bunun üçün ondan 10.000 manat pul istədiyini bildirmişdir. Atası Təqsirləndirilən şəxs əvvəldən tanıdığını, XDMX-də bölük komandiri vəzifəsində çalışdığı üçün işlərini daha rahat həll edə biləcəyini demişdir. Bundan sonra atası evdə olan 7000 manat məbləğində pulu ona vermiş və pulun çatışmayan hissəsini qısa zamanda kredit olaraq götürəcəyini demişdir. Həmin 7000 manat pulu qardaşı Şahid1 qeyd edilən vaxtlarda kredit götürmüş, lakin onların Təqsirləndirilən şəxs pul verəcəyini bilməmiş, atası sadəcə şəxsi biznes adı ilə qardaşından kredit götürdüyü pulu istəmişdir. Onlar Təqsirləndirilən şəxsla danışıqlarından 3-4 gün sonra, təxminən 2019-cu ilin mart ayının sonları, aprel ayının əvvəllərində o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edərək dediyi puldan 7000 (yeddi min) manatının hazır olduğunu və qalan 3000 (üç min) manatını isə sonra verəcəyini deyib həmin gün axşam 18 radələrində Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon ərazisində “Nəsimi metrostansiyası” üstündə Svetlana Məmmədova küçəsində hazırda adı “BABİKO” olan kafedə Təqsirləndirilən şəxsla görüşmüşdür. Belə ki, sonuncu istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə həmin vaxt onun istifadəsində olan xatırladığına görə ***-***- **-** saylı mobil nömrəyə zəng vuraraq dayandığı məkana onu istiqamətləndirmiş və sonuncu ilə danışaraq dayandığı yerə getmişdir. Onun həmin dövrdə istifadəsində ***-***- **-**, ***-***-**-** saylı mobil nömrələr və hazırda istifadə etmədiyi xatırlamadığı digər nömrələr olmuşdur. O, ***-***-**-** saylı mobil nömrəni bir neçə ildir ki, qardaşı Şahid1 vermiş, həmin dövrdə qeyd olunan mobil nömrəni sonuncuya verib-vermədiyini xatırlamır. Təqsirləndirilən şəxs özü həmişə onlarla danışarkən müxtəlif mobil nömrələrdən və xüsusilə “Vatsapp” proqramından istifadə etməklə onlarla əlaqə saxlamışdır. Onlar kafeyə daxil olaraq ümumi zaldan keçərək qarşıda sol tərəfdə kabinetlərin birində oturmuşlar. Həmin vaxt o, Təqsirləndirilən şəxsla görüşərkən yanlarında heç kim olmamış, onlar tək olmuşlar. Onlar çay içdikdən sonra əvvəlcə Təqsirləndirilən şəxs ondan sənədlərini istəmiş, o, üzərində olan hərbi biletin, ali təhsil almağı haqqında diplomunun və şəxsiyyət vəsiqəsinin kserosurələrini də sonuncuya vermişdir. Bundan sonra təxminən 5-10 dəqiqə orada dayanıb işi ilə bağlı söhbət etdikdən sonra şalvarının sağ yan cibindən çıxartdığı 7000 manat pulu Təqsirləndirilən şəxs yanında sayaraq sonuncuya vermiş və həmin vaxt Təqsirləndirilən şəxs ona narahat olmamasını, 2019-cu ilin sentyabr ayının əvvəllərində onu hərbi-həkim komissiyasına çağıracaqlarını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla sağollaşaraq getmiş, onların görüşlərindən təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edərək onun verəcəyi 3000 (üç min) manat pulu sabaha təcili çatdırmasını bildirmişdir. Bundan sonra, atası Balağa Qədirov ilə danışaraq Təqsirləndirilən şəxs pulu təcili istədiyini deyərkən atası 3000 manat pul götürüb ona vermişdir. Hazırda həmin pulu atasının borc olaraq aldığını və ya kredit götürdüyünü xatırlamır. O, ilk dəfə 7000 manatı verdiyi vaxtdan təxminən bir həftə sonra axşam saatlarında saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi ilə Cəfərov qardaşları küçəsinin kəsişməsində X3 yanında Təqsirləndirilən şəxsla görüşüb orada üzərində olan 3000 manat pulu sonuncuya vermişdir. Həmin vaxt onların yanında heç kim olmamış, o, pulu Təqsirləndirilən şəxs verdikdən sonra hər hansı problemin olubolmadığını soruşduqda, sonuncu ona heç bir problem olmadığını, sadəcə yuxarıda oturan adamla danışdıqdan sonra təcili qalan pulu istəməsi səbəbindən məcbur qalıb onu tələsdirərək pulun qalan hissəsini almağa məcbur olduğunu bildirmişdir. Beləliklə də, o, 10.000 (on min) manat pulu Təqsirləndirilən şəxs verikdən sonra atası B.Şahid1 Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə bir neçə dəfə danışsa da, görüşə bilməmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxs zəng edərək hərbi-həkim komissiyasından keçəcəyi ilə bağlı verdiyi vəd barədə soruşarkən sonuncu ona müxtəlif bəhanələr gətirərək səbrli olmağı və bu yaxınlarda komissiyadan keçəcəyini, işinin düzələcəyini demişdir. Elmarın onun komissiyadan keçməyini 2019-cu ilin sentyabr ayının sonlarınadək uzatdığını görüb artıq narahat olmağa başlamış və atası Təqsirləndirilən şəxsla danışıb görüş təyin etmişdir. Atası Təqsirləndirilən şəxsla təklikdə görüşmüş və onun işi barədə söhbət edərkən, sonuncu atasına işin qısa bir zamanda düzələcəyinə dair yalandan vədlər vermişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının ortlarında atasına zəng edərək onun işinin düzəlməsi üçün əlavə olaraq 5000 (beş min) manat pul istədiyini sonradan atasından eşitmişdir. Belə ki, həmin dövrdə o, Təqsirləndirilən şəxs barəsində Xətai rayon polis idarəsinə şikayət etsə də, atası hələ də onun işini həll etmək istəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs onun işi ilə bağlı verdiyi vədi həyata keçirəcəyi təqdirdə onun şikayəti geri çəkəcəyini söyləmiş, atası 4000 (dörd min) manat pul verəcəyinə razılaşaraq bu barədə heç kimə heç bir söz demədən bankdan kreditlə 4000 manat məbləğində pul götürmüş, 2020-ci ilin sentyabr ayının sonlarında saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Ayna Sultanova» heykəlinin qarşısında atasının tanışı olan Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxsla görüşmüş, daha sonra həmin ərazidə polis əməkdaşların sayının çox olması səbəbindən Nərimanov rayonu ərazisindəki “Nərimanov” parkına gəlmiş və atası 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Bununla da onlar Təqsirləndirilən şəxs ümumilikdə 14000 (on dörd min) manat pul vermişlər. Təqsirləndirilən şəxs həmin puldan hal-hazıradək hər hansı məbləğini qaytarmamışdır. Təqsirləndirilən şəxs izahat verərkən həmin pulun qardaşı Şahid1 tərəfindən guya borc olaraq verildiyini demiş, lakin həmin vaxtlarda qardaşı özü şəxsi ehtiyaclarının olması səbəbindən kreditlə pul götürmüşdür. Həmin puldan da böyük bir hissəsini atası onun işi üçün qardaşından almış, lakin atası qardaşına şəxsi biznes qurmaq üçün pul lazım olduğunu demişdir. Qardaşı Şahid1 Təqsirləndirilən şəxsla birlikdə xidmət etdiyi üçün həmin ərəfələrdə sonuncunun barəsində dələduzluq işinin olduğunu, özünün də yalançı biri olduğunu bilmiş, lakin o və atası sonuncuya onun işinə görə kiməsə pul vermələri ilə bağlı deməmişlər. Şahid1 XDMX-da çalışdığı üçün bu işlərə qatmaq istəməmişlər. Təqsirləndirilən şəxs yaxşı vəzifədə olması, vəzifəli tanışlarının olması, atasının Elmarı əvvəldən tanıması və ortaq tanışlarının olması səbəbindən onlar real olaraq sonuncunun onun işini həll edə biləcəyinə inanmışlar. Əslində isə Təqsirləndirilən şəxs onların pulunu almış və bunun müqabilində heç bir iş görməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs eyni üsulla Şahid4 atası Zərərçəkmiş şəxs 10000 (on min) manat pul almışdır. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona və atasına əldə etdiyi pulları Vüsal adlı general hərbi rütbəli şəxs verəcəyini bildirmiş, lakin, bildiyi qədəri ilə Təqsirləndirilən şəxs onları aldatmaq üçün həmin şəxsin adını yalandan çəkmiş, Vüsal adlı generala heç bir məbləğ verməmişdir. Qeyd olunan hallarla bağlı Təqsirləndirilən şəxs ona zəng etdiyi nömrələri istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Sonuncu ilə atası Balağa Qədirov həmin nömrələr vasitəsi ilə danışmış, Təqsirləndirilən şəxs onlarla “Vatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, əksər hallarda isə hazırda xatırlamadığı müxtəlif mobil nömrələrdən istifadə etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X20 məhkəməyə ifadə verib göstərdi ki, o, 1979- 1997-ci illərdə Sovet Partiya orqanında xidmət etmiş, daha sonra həmin qurumun adı dəyişdirilmiş və Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılmışdır. X18 onun kiçik oğludur və hazırda heç bir yerdə çalışmır. Böyük oğlu Şahid1 isə 2016-cı ildən Xüsusi Dövlət Mühafizə Xidmətində çalışır. 2020-ci ilin mart ayından isə xidmət etdiyi qurum Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti olaraq fəaliyyətinə davam etmişdir. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs təxminən 17 ildir ki tanıyır. O, təqaüdə çıxsa da, dost-tanışlarının orada xidmət etməsi səbəbindən tez-tez XDMX-nın inzibati binasına getmişdir. Belə ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin həmin dövrdə 3-cü şöbəsinin rəisi, general-mayor Cəbrayıl Usubov və 2-ci şöbənin rəisi, polkovnik Ağamiri Mayılov onun tanışları olmuşlar. Hazırda həmin şəxslər təqaüddə olsalar da, 2020-ci ilə qədər orada xidmət etmişlər. Təqsirləndirilən şəxs da bəzi vaxtlarda orada görmüş, orada olarkən Təqsirləndirilən şəxs onun kimlərin yanına getdiyini bilmiş və onu həmçinin Ağasının atası kimi tanımış, ona “dayday” kimi müraciət etmiş, ona görə aralarında tanışlıq münasibətləri yaranmışdır. 2019-cu ilin yanvar ayında oğlu Asəf Ağasızadə ilə birlikdə işə düzəltmək məqsədi ilə oğlunun sənədlərini toplayıb Xüsusi Dövlət Mühafizə Xidmətinə getmiş və orada onlara çatışmayan sənədləri düzəldib yenidən müraciət etməyi bildirmişlər. Təxminən 2019-cu ilin mart ayının sonlarında yenidən oğlu ilə birlikdə Nazirlər Kabineti ilə eyni binada yerləşən XDMX-nın inzibati binasına getmişlər. Binaya daxil olduqdan sonra o, əvvəllər tanıdığı Cəbrayıl Usubov və Ağamiri Mayılov ilə görüşüb oğlunun XDMX-yə işə düzəlməsi mövzusunda söhbətlər etmişlər. Həmin vaxt ona oğlu Asəf Ağasızadənin boyunun təyin olunmuş normalardan az olduğuna görə işə götürməkdə müəyyən çətinliklərin olduğu bildirilmişdir. O, tanışları ilə söhbət edərkən oğlu Asəf Ağasızadə dəhlizdə Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət əsnasında XDMX-da bölük komandiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət etməsi məlum olmuş, həmin vaxt oğlu Asəf Ağasızadə Təqsirləndirilən şəxs işə düzəlmək üçün gəldiyini bildirərək boyunun təyin olunmuş normalardan qısa olduğuna görə müəyyən çətinliklər yarandığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Asəfə köməklik edə biləcəyini deyib öz istifadəsində olan mobil telefon nömrəsini verərkən oğlu da öz nömrəsini vermişdir. XDMX-nin inzibati binasından çıxdıqdan sonra oğlu ilə birlikdə evə getmişlər. Həmin gün axşam saatlarında tanımadıqları və hazırda xatırlamadığı mobil telefon nömrəsindən oğlu Asəf Ağasızadənin həmin dövrdə istifadəsində olan təxminən ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmiş, cavab verərkən zəng edən şəxsin Təqsirləndirilən şəxs olduğunu anlayıb oğlu haləhval etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs oğluna işinin düzəlməsi üçün rəhbərlikdən razılıq aldığını və bunun müqabilində 10.000 (on min) manat pul verməli olduğunu bildirmişdir. Oğlu dərhal bu barədə ona danışmış və ona XDMX-nin inzibati binasında tanış olduğu Təqsirləndirilən şəxs barədə məlumat verərək ona Təqsirləndirilən şəxs işi düzəldə biləcəyini və bunun üçün 10.000 manat pul istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs XDMX-də çalışdığı üçün onların işini daha rahat həll edə biləcəyini deyib razılaşmışdır. Həmin vaxtlarda o, digər oğlu Şahid1 kredit götürdüyü pulu ona verməsini xahiş etmiş, Ağası pulun nə üçün lazım olduğunu bildirdikdə şəxsi biznes qurmaq üçün lazım olduğunu bildirmişdir. Şahid1 öz şəxsi işləri ilə əlaqədar 2019-cu ilin mart ayında yüksək məbləğdə kredit götürmüşdür. Bundan sonra oğlu 7000 manat pulu ona vermiş, oğlu Asəfin Təqsirləndirilən şəxsla danışığından 3-4 gün sonra, təxminən 2019-cu ilin mart ayının sonları, aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edərək dediyi puldan 7000 (yeddi min) manatının hazır olduğunu və qalan 3000 (üç min) manatını isə sonra verəcəyini deyib həmin gün axşam 18 radələrində Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon ərazisində “Nəsimi metrostansiyası”nın yaxınlığında Svetlana Məmmədova küçəsində kafelərin birində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin kafedə olarkən yanlarında heç kim olmamış, X30 Rəcəbova 7000 manat məbləğində pulu vermiş, təxminən 5-10 dəqiqə orada dayanıb oğlunun işi ilə bağlı söhbət etdikdən sonra özünün hərbi biletinin, ali təhsil almağı haqqında diplomunun və şəxsiyyət vəzisəqəsinin kserosurələrini də Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narahat olmamasını və 2019-cu ilin sentyabr ayının əvvəllərində oğlunu hərbi-həkim komissiyasına çağıracaqlarını bildirmişdir. Bundan sonra, oğlu Təqsirləndirilən şəxsla sağollaşaraq oradan birbaşa evə gəlmişdir. Həmin görüşdən təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs oğlunun mobil telefon nömrəsinə zəng edərək verəcəkləri 3000 (üç min) manat pulu sabaha təcili çatdırmasını bildirmişdir. Oğlu ona Təqsirləndirilən şəxs pulu təcili istədiyini deyərkən o, tanışından borc olaraq 3000 manat pul götürüb oğluna vermiş və aparıb E.R.Rəcəboca verməsini bildirmişdir. Oğlu A.B.Ağasızadə ilk dəfə 7000 manatı verdiyi vaxtdan təxminən bir həftə sonra axşam saatlarında saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi ilə Cəfərov qardaşları küçəsinin kəsişməsində X3 yanında Təqsirləndirilən şəxsla görüşüb orada üzərində olan 3000 manat pulu vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Oğlu pulu Təqsirləndirilən şəxs verdikdən sonra hər hansı problemin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs oğlu A.B.Ağasızadəyə hər hansı bir problemin olmadığını, sadəcə «yuxarıda oturan» adamla danışdıqdan sonra təcili qalan pulu istəməsi səbəbindən məcbur qalıb oğlunu tələsdirərək pulun qalan hissəsini istəməyə məcbur qaldığı bildirmişdir. Beləliklə də, oğlu Təqsirləndirilən şəxs 10.000 (on min) manat pulu verikdən sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə bir neçə dəfə danışsa da, sonuncu ilə görüşə bilməmişdir. 2019-cu ilin sentyabr ayının əvvələrində oğlu Təqsirləndirilən şəxs zəng edərək 2019-cu ilin sentyabr ayının əvvələrində hərbihəkim komissiyasından keçəcəyi ilə bağlı verdiyi vəd barədə soruşarkən, sonuncu oğluna müxtəlif bəhanələr gətirərək səbrli olmasını və bu yaxınlarda komissiyadan keçəcəsini və işinin düzələciyini demişdir. O, oğlunun komissiyadan keçməsini 2019-cu ilin sentyabr ayının sonlarınadək uzatdığını görüb artıq narahat olmağa başlamış və Təqsirləndirilən şəxsla danışıb görüş təyin etmişdir. O, Təqsirləndirilən şəxsla təklikdə görüşmüş və oğlunun işi barədə söhbət edərkən sonuncu ona işin qısa bir zamanda düzələcəyinə dair yalandan vədlər vermiş və işin «sınmaması» üçün ondan əlavə 4000-5000 (dörd-beş min) manat pul istəmiş, o, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə bu iş üçün bundan əvvəl götürdükləri, yəni Şahid1 götürdüyü krediti bağladıqdan sonra yenidən "xxxx"ın Badamdar filialından götürdüyü 9300 (doqquz min üç yüz) manat məbləğində kredit götürməsi barədə heç kimə heç bir söz demədən həmin puldan 4000 (dörd min) manat məbləğində pulu 2020-ci ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs vermək üçün sonuncu ilə görüşmüş, belə ki, o, həmin vaxtlarda, yəni 2020-ci ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin hospitalına getmiş və orada müalicə almışdır. Həmin hospitalda stasionar olaraq qalmasa da, ora təxminən səhər saat 10 radələrində getmiş, müalicələri bitdikdən sonra təxminən saat 16-17 radələrində oradan çıxmışdır. Orada müalicəsi ilə 3-cü mərtəbədə şəkər şöbəsində olan Ülkər həkim məşğul olmuş, müalicədə olduğu müddətdə uzun illərdir tanıdığı, yaxın ailəvi münasibətinin olduğu vətəndaş Şahid2 onun yanına yemək hazırlayıb gətirmiş, həmin hospitala ən yaxın olan park “Ayna Sultanova” heykəlinin yanındakı park olduğu üçün Təqsirləndirilən şəxsla görüşü ora salmışlar. Təxminən saat 16 radələrində hospitaldan çıxaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Ayna Sultanova» heykəlinin qarşısında onun tanışı olan Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxsla görüşmüşdür. O, artıq Təqsirləndirilən şəxs ehtiyat etdiyi üçün Şahid2 orada olmasını xahiş etmiş, sonuncu onlarla eyni yerdə dayansa da, Təqsirləndirilən şəxs həmin qadının onunla olduğunu bilməmiş, lakin şübhələndiyini ehtimal etmişdir. Onlar bundan sonra həmin ərazidə polis əməkdaşlarının çox olması səbəbindən “Nərimanov” parkına getməyə qərar vermişlər. O, nisbətən ucadan Şahid2 eşitdirmək üçün Təqsirləndirilən şəxs “Nərimanov parkına gedək” demişdir. Bundan sonra onlar parkdan avtobus dayanacağına keçmişlər, orada hazırda nömrəsini xatırlamadığı marşrut avtobusu ilə Nərimanov rayonu ərazisindəki “Nərimanov” parkına gəlmişlər, Şahid2 da həmin avtobusa minib onları izləmiş və o, orada 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verərkən Şahid2 bunun şahidi olmuşdur. Həmin parkda onlar “İstanbul” kafesinin qarşısında sol tərəfdə skamyada oturmuşlar, Elmar onun verdiyi pulu götürərək ayağının arasında saymış, Günay həmin vaxt yan skamyada oturmuş və onlar bir-birini görmüşlər. Bundan sonra Elmar 4000 manat pulu götürərək getmiş, o da Şahid2 yola salmışdır. Bununla da, onlar Təqsirləndirilən şəxs ümumilikdə 14000 (on dörd min) manat pul vermişlər. Təqsirləndirilən şəxs həmin puldan hal-hazıradək hər hansı məbləğini qaytarmamışdır. Təqsirləndirilən şəxs onlardan aldığı pulu geri qaytarması üçün danışıqlara getmək məqsədilə o, vəkili İsa Məmiyev və Təqsirləndirilən şəxs qayını olduğunu bildirən “Şahin” adlı şəxs Nərimanov parkının yaxınlığında görüşmüşlər. Şahin adlı şəxs İsa Məmiyevi əvvəl onun dostu bilərək söhbətə başlamış və Təqsirləndirilən şəxs qısa zamanda onlardan işə düzəltmək üçün aldığı ümumi məbləğdən 5000 manat məbləğində pulu özünün hissə-hissə qaytaracağını bildirmiş, bunu sırf bacısına, yəni Təqsirləndirilən şəxs həyat yoldaşına xatir edəcəyini söyləmişdir. Daha sonra o, İsa Məmiyevin özünün vəkili olduğunu öyrəndikdən sonra danışıqları davam etdirməyək çıxıb getmişdir. Şahin adlı şəxs ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs dələduz olmasını, X8 da aldadaraq pul aldığını və həmin fakt üzrə barəsində hökm çıxarıldığını, Təqsirləndirilən şəxs eyni üsulla Zərərçəkmiş şəxs 10000 (on min) manat pul aldığını qeyd etmişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcə Asəf Ağasızadəyə, sonra isə ona “həmin yüksək vəzifələri tanışların sənin sözünü eşitməzlər. Bu işləri ancaq aşağılarnan həll eləmək lazımdı. 20 ilə yaxındı burdayam, buranın hər şeyini bilirəm, işi həll edəcəm ancaq qiyməti də budu” sözlərini bildirmiş, bu sözlərdən sonra Təqsirləndirilən şəxs inanmışlar. Digər oğlu Şahid1 təcrübəsi az olduğu üçün və bu işlərdə sonuncunun adının hallanmaması üçün bu barədə Şahid1 heçnə deməmiş, sonuncunun bu söhbətlərdən sonradan xəbəri olmuşdur. Özü və Asəf Ağasızadə Təqsirləndirilən şəxs verdikləri 14000 manat pulu dəfələrlə qaytarmasını tələb etmiş, lakin, buna görə nə Təqsirləndirilən şəxs, nə də ailə üzvlərini təhqir etməmiş, hədə qorxu gəlməmişlər. Sadəcə verdiyi pulları geri almaq üçün hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Şahid1 isə bu məsələlərdən yalnız sonradan xəbəri olmuşdur. Həmin ərəfələrdə bankdan faizlə kredit götürən oğlu Şahid1 Təqsirləndirilən şəxs sələmə borc verməsi ağlabatan deyil. Odur ki, Təqsirləndirilən şəxs onlardan aldığı 14000 manat pulu boynundan atmaq üçün müxtəlif yalanlar uydurur. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, şəxsi bizneslə, yəni qapıpəncərə istehsalı ilə məşğuldur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs təxminən 4-5 il bundan əvvəl qardaşı Şahid3 vasitəsilə tanımışdır. Belə ki, qardaşı Şahid3 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binasında elektrik olaraq uzun illərdir çalışır. Təqsirləndirilən şəxs da Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi Xarici İşlər Nazirliyinin inzibati binasına xidmətə təyin olunmuş və ya xidməti məsələlər ilə bağlı gedib-gəlmişdir. Qardaşı Şahid3 Təqsirləndirilən şəxs oradan tanımış, aralarında yaxşı münasibətləri olmuş, özünün şəxsən Təqsirləndirilən şəxsla yaxın münasibəti olmamışdır. Təxminən 2019-cu ildə qardaşı Şahid3 onunla söhbət edən zaman iş yerindən tanıdığı Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olan Təqsirləndirilən şəxs borc pula ehtiyacı olduğunu ona bildirmiş, o, həmin vaxt qardaşından hansı səbəbdən həmin şəxsə pul lazım olduğunu və nə üçün bunu özündən istədiyini soruşmuşdur. Qardaşı ona Təqsirləndirilən şəxs şəxsi problemlərinin olduğunu, bunun üçün xeyli miqdarda borc pula ehtiyacı olduğunu bildirmiş, həmçinin qardaşı Şahid3 Təqsirləndirilən şəxs uzun illərdir tanıdığını, etibarlı adam olduğunu bildirərək borc verməsində heç bir narahatçılığa əsas olmadığını bildirmişdir. O, qardaşından Təqsirləndirilən şəxs hansı miqdarda pul lazım olduğunu soruşduqda, Şahid3 ona Təqsirləndirilən şəxs 10000 (on min) manat pula ehtiyacının olduğunu bildirmişdir. O, əvvəlcə ciddi şəkildə tanımadığı birinə 10000 manat məbləğində borc vermək istəmədiyindən tərəddüd etmiş və bunu qardaşı Şahid3 bildirmişdir. Lakin, qardaşı yenidən Təqsirləndirilən şəxs vəziyyətinin acınacaqlı olduğunu, maddi imkanının çox aşağı düşdüyünü, özünün isə etibarlı insan olduğunu, aldığı pulu dediyi vaxtda da qaytaracağını bildirmişdir. Qardaşı ondan yaşda böyük olduğu üçün hörmət əlaməti olaraq qardaşının sözünü yerə salmamış və qeyd etdiyi 10000 manat məbləğində pulu Təqsirləndirilən şəxs adlı şəxsə verməyə razı olmuş, bu barədə qardaşı Təqsirləndirilən şəxs ilə danışıqdan sonra vaxt təyin etmişlər, bundan sonra hazırda xatırlamadığı tarixdə o, qardaşı Şahid3 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Varovskiy” adlandırılan ərazidə görüşmüşlər. Təqsirləndirilən şəxs orta yaşlarda, uzun, arıq və ağbəniz şəxs olmuşdur. Həmin görüş zamanı yaxınlıqda olan kiçik bir çay evində oturmuş və çay içmişlər. Təqsirləndirilən şəxs ilk və son dəfə həmin vaxt görmüş və əlaqəsi həmin vaxtdan yaranmışdır. Təqsirləndirilən şəxs görüş zamanı pulu onun verəcəyini bildiyi üçün ona minnətdarlığını bildirmiş və aldığı pulu maksimum 4-5 ay ərzində tam şəkildə geri qaytaracağını vəd etmiş, bundan sonra o, 10000 manat pulu qardaşı Şahid3 yanında Təqsirləndirilən şəxs borc olaraq vermişdir. Elmar bundan sonra tələsdiyini bildirərək sağollaşaraq onlardan ayrılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs borcunu qaytarması üçün 4-5 ay vaxt verdiyi üçün həmin müddət ərzində sonuncunu narahat etməmiş, lakin ona borcunun qaytarması üçün söz verdiyi vaxt çatdıqda Təqsirləndirilən şəxs 10000 manat məbləğində borcu qaytarmasını tələb etməyə başlamışdır. Bir neçə dəfə o, Təqsirləndirilən şəxsla şəxsən əlaqə saxlayaraq borcunu qaytarmasını istədikdə sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmağı gecikdirmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs ona 10000 manat pulu qaytarmağa imkanının olmadığını, bunun qarşılığında oğlu Şahid4 özünün çalışdığı Xüsusi Dövlət Mühafizə Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Onun kiçik oğlu olan Şahid4 həmin ərəfələrdə onun yanında çalışaraq şəxsi bizneslə məşğul olmuş, o isə oğlu ali təhsilli olduğu üçün dövlət işində çalışmasını və gələcəkdə pensiya təminatının olmasını arzulamışdır. Bu barədə qardaşının da məlumatı olmuş və məhz qardaşının bununla bağlı Təqsirləndirilən şəxs dediyini ehtimal edir. Təqsirləndirilən şəxs onun borc olaraq verdiyi 10000 manat pulu qaytarmaması üçün oğlunu işə qəbul etdirməsi barədə təklifi haqqında bir qədər düşündükdən sonra razılaşmış, həmin vaxt Təqsirləndirilən şəxs ona pulu qaytarmaq fikri olmadığını, sadəcə guya oğlunu Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul etdirəcəyini bildirərək onu aldatdığını düşünmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt özünün uzun illərdir XDMX-də çalışdığını, geniş əlaqələrə malik olduğunu, tanışları olan vəzifəli şəxslər vasitəsilə onun oğlunun işə düzəlməsinə çalışacağını bildirmiş və ondan müəyyən qədər vaxt istəmiş, o da razılaşmış və bir müddət gözləməyə başlamışdır. Sonradan bir neçə dəfə işin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, təxminən 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs çalışdığı Xüsusi Dövlət Mühafizə Xidmətindən ehtiyata buraxıldığını öyrəndikdən sonra həmin şəxsin pulu ona qaytarmayacağını və oğlunun işə düzəlməsi üçün hər hansı bir köməklik etməyəcəyini başa düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs axtarmağı və borcu tələb etməyi dayandırmış, təxminən 3 ildən artıq müddət keçdiyi üçün o, Təqsirləndirilən şəxsla aralarında olan hər hansı bir yazışma və s. saxlamamışdır. Əvvəlcə bununla bağlı hər hansı bir orqana şikayət etmək fikri olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ondan borc adı ilə, lakin dələduzluq niyyəti ilə əldə edilən 10000 manat məbləğində puldan hər hansı məbləğ ona geri qaytarılmamışdır. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pullardan hansısa vəzifəli şəxslərə veribverməməsi haqqında məlumatı yoxdur, həmin pulları ilk öncə ondan borc olaraq almış, daha sonra oğlunu işə qəbul etdirəcəyini təklif etdikdə isə kiməsə pul verib-verməməsi barədə ona heç bir söz deməmişdir. Bundan başqa, Balağa adlı vətəndaşdan Təqsirləndirilən şəxs xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumatı vardır. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs xeyli miqdarda pulu həmin şəxsdən oğlunu XDMX-ya işə düzəltməsi üçün almışdır. Lakin, hansı miqdarda pulu necə və nə vaxt alması barədə məlumatı yoxdur. Övladı Şahid4 bunlardan əvvəlcədən heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs oğlunu işə düzəltməyi ona təklif etdikdə belə bu barədə oğlu Şahid4 deməmişdir. Sonuncunun bu məsələlərdən uzun müddət sonra məlumatı yaranmışdır. Təqsirləndirilən şəxs həmin ərəfələrdə bir neçə insana xeyli miqdarda borcu olmuş, həmin borcları qaytarmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif üsullarla pul ələ keçirmiş, ona da əvvəlcə borcu qaytaracağını bildirsə də sonradan oğlunu guya işə qəbul etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən onun pulunu qaytarmaq fikri olmadığını, bu səbəbdən müxtəlif üsullara əl atdığını düşünür.Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şahid Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Obyektlərin Mühafizəsi İdarəsinin 2-ci şöbəsinin əməkdaşı, çavuş Şahid1 məhkəməyə ifadə vərib göstərdi ki, Təqsirləndirilən şəxs həmin pulun onun tərəfindən borc qismində verildiyini desə də, o, Təqsirləndirilən şəxs nə borca pul vermiş, nə də ki, atası Balağa Qədirov və qardaşı X22 Rəcəbovla aralarında olan söhbətlərdən əvvəlcədən məlumatı olmuşdur. Əvvəldən bu barədə bildiyi halda, Təqsirləndirilən şəxs işdən çıxmamışdan pulu sonuncudan alıb qaytara biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs işdən çıxarılmasının səbəbi dələduzluq edərək adını xatırlamadığı vətəndaşdan XDMX-yə işə düzəlmək adı ilə pul alması olmuşdur. Təqsirləndirilən şəxs qardaşı və atasını aldatdığı üsulla həmin şəxsi də aldadıb pul almışdır. Bildiyinə görə bununla bağlı hətta Bakı Hərbi Məhkəməsi tərəfindən hökm də çıxarmışdır. Həmçinin, Təqsirləndirilən şəxs onun sələmə 2000 manat pul verdiyini bildirmiş, Təqsirləndirilən şəxs dediyi vaxtlarda istintaqa təqdim etdiyi çıxarışdan da göründüyü kimi onun adına 10000 manat kredit götürülmüşdür. Onun kredit götürüb kiməsə sələmə borc verməyi ağlabatan deyil. Təqsirləndirilən şəxs onlardan aldığı pulu geri qaytarması üçün danışıqlara getmək məqsədilə atası Balağa Qədirov, atasının vəkili İsa Məmiyev və Təqsirləndirilən şəxs qayını olduğunu bildirən Şahin adlı şəxs Nərimanov parkının yaxınlığında kafedə görüşmüşlər. Şahin adlı şəxs İsa Məmiyevi əvvəl atasının dostu bilərək söhbətə başlamış və Təqsirləndirilən şəxs qısa zamanda işə düzəltmək üçün aldığı ümumi məbləğdən 5000 manat məbləğində pulu özünün hissəhissə qaytaracağını bildirmiş, bunu sırf bacısına, yəni Təqsirləndirilən şəxs həyat yoldaşına xatir edəcəyini söyləmişdir. Daha sonra atası İsa Məmiyevin özünün vəkili olduğunu bildirdikdən sonra həmin Şahin adlı şəxs danışıqları davam etdirməyək çıxıb getmişdir. Şahid5 məhkəməyə ifadə vərib göstərdi ki, o, uzun illər Rusiya Federasiyasının Moskva şəhərində şəxsi bizneslə məşğul olmuş, təxminən 2020-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan “Xəzər MMC” şirkətinə aid kərpic zavodunun direktoru vəzifəsində çalışır. Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki tanıyır, həmin şəxsi bu illər ərzində cəmi 3-4 dəfə görmüş, aralarında münasibətlər normal olmuşdur. Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra təxminən 2020-2021-ci il tarixlərdə, atasının xalası nəvəsi olan Kamal adlı şəxs ona müraciət edərək kürəkəni Təqsirləndirilən şəxs bir neçə nəfərə xeyli miqdarda borclarının olduğunu, həmin borc sahiblərin də Təqsirləndirilən şəxs pullarını geri tələb etmək üçün evlərinə gəlib qızının qapısını döydüklərini və borclarını tələb etdiklərini bildirmişdir. Kamal həmin vəziyətdən çox narahat olmuş, özü də həmin vaxt Rusiya Federasiyasından gəlmiş və maddi imkanı yaxşı olduğundan Kamal ondan həmin borcların qaytarılmasında köməklik etməyini istəmişdir. O da bunun üçün, sırf bacı hesab etdiyi Kamalın qızı Emmanı borc sahibləri narahat etməsin deyə gücü çatdığı qədər Təqsirləndirilən şəxs borclu olduğu şəxslərin pullarını geri qaytarmağa çalışmışdır. Kamal onun verdiyi pulları hissə-hissə geri qaytaracağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs kimlərə borcunun olduğunu soruşmuş və əlaqə vasitəsiləri istəmişdir. Kamal bundan bir neçə gün sonra ona bir siyahı vermiş, həmin siyahıda Təqsirləndirilən şəxs borclu olduğu şəxslərin adları və əlaqə vasitələri qeyd olunmuşdur. Həmin vaxt o, bir neçə nəfərlə əlaqə saxlamış, həmin şəxslərdən bəziləri sırf Təqsirləndirilən şəxs borc aldıqlarını bildirmiş və özü həmin şəxslərlə görüşərək borc pulların bir hissəsini qaytarmışdır. Təqsirləndirilən şəxs borcları əvəzinə verdiyi pullar sonuncunun qayınatası Kamal tərəfindən ona tam şəkildə geri qaytarılmışdır. Həmin borclarını qaytardığı şəxslərin hazırda əlaqə vasitələri özündə yoxdur, adlarını üstündən 2-3 il keçdiyi üçün unutmuşdur. Bundan əlavə təxminən 2-3 nəfər şəxslə görüşdükdə isə həmin şəxslər Təqsirləndirilən şəxs sırf işə düzəltmək adı ilə pul verdiklərini bildirmişdilər. Həmin şəxslərin hazırda anket məlumatları onda yoxdur. Həmin şəxslər pullarını sırf işə düzəltmək adı ilə verdiklərini bildirdikləri üçün o, həmin şəxslərin pullarını özü tərəfindən verilməsinə razı olmamışdır. Buna görə də həmin şəxslərə tərəfindən heç bir məbləğdə pul verilməmişdir. Həmin şəxslərdən biri də Balağa adlı şəxs olmuşdur. Həmin vaxt öz adını bildirməmək üçün adını “Şahin” olaraq qeyd etmiş, başqa bir məqsədi olmamışdır. Balağa bir nəfər şəxslə birlikdə onunla Nərimanov parkında görüşmüş, orada olarkən o, ilk öncə hazırda xatırlamadığı məbləğdə pulun tərəfindən geri qaytarılacağını bildirmişdir. Həmin görüş zamanı Balağa ona Təqsirləndirilən şəxs pulu oğlunu işə düzəltmək üçün verdiyini bildirmişdir. Özü həmin vaxt Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu ona Balağaya sadəcə borcunun olduğunu, sonuncudan işə düzəltmək adı ilə pul almadığını bildirmişdir. Həmin vaxt arada ziddiyyət olduğu üçün Balağaya pul vermək fikrindən daşınmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs həqiqətən də Balağa adlı şəxsdən və hazırda adını xatırlamadığı başqa şəxslərdən işə düzəltmək adı ilə aldadaraq pul aldığını öyrənmişdir. Bildiyi qədəri ilə bununla bağlı Təqsirləndirilən şəxs barəsində hökm də çıxmışdır. Təqsirləndirilən şəxs məhkəməsi olduğu üçün işə düzəltmək adı ilə pul almağın cinayət məsuliyyətinə səbəb olduğunu bildiyindən artıq bu adla aldığı pulları borc olaraq aldığını bildirir və bu yolla cinayət məsuliyyətindən boyun qaçırmağa çalışır. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, borc sahibləri yalnız Təqsirləndirilən şəxs evinə gələrək verdikləri pulları geri tələb etmişlər. Təqsirləndirilən şəxs və ailə üzvlərinin təhqir edildiyi, həmin şəxslərə qarşı hədə-qorxu olunduğunu eşitməmişdir, bu barədə məlumatı yoxdur. Belə birşey olduğu təqdirdə Kamal ona məlumat verərdi. Təqsirləndirilən şəxs böhtan atıldığını isə düşünmür. Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binasında texniki işçi kimi, elektrik vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyində çalışdığı müddətdə tanımış, belə ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin (hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) əməkdaşları həmin nazirliyin inzibati binasına xidmətə təyin olunmuşlar. Təqsirləndirilən şəxs da tez-tez Xarici İşlər Nazirliyinin inzibati binasına gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs həmin inzibati binada xidmətə təyin olunubolunmadığını xatırlamır. Xatırladığına görə Təqsirləndirilən şəxs xidmət yoldaşlarının yanına Xarici İşlər Nazirliyinə gəlib-getmişdir. Həmin şəxs bölük komandiri olmuş, onun Təqsirləndirilən şəxsla münasibəti normal olmuşdur. Təxminən 2019-cu ilin birinci yarımilində Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olan Təqsirləndirilən şəxs ilə Xarici İşlər Nazirliyində görüşərkən sonuncu borc pula ehtiyacının olduğunu ona bildirmiş, həmin vaxt bir neçə nəfərdən də borc pul istəmiş, lakin müsbət nəticə əldə etməmişdir. O, Təqsirləndirilən şəxs nə qədər pula və hansı məqsədlə ehtiyacının olduğunu soruşduqda, maddi vəziyyətinin yaxşı olmadığını, açıqlamaq istəmədiyi şəxsi problemlərinin olduğunu və bu səbəbdən 10000 (on min) manat məbləğində borc pula ehtiyacının yarandığını ona demişdir. O, Təqsirləndirilən şəxs uzun illər tanımış və həmişə sözünə əməl edən, sözündə mərd biri kimi tanımış, bu səbəbdən sonuncuya köməklik etmək istəmişdir. Lakin, onun özünün maddi durumu Təqsirləndirilən şəxs 10000 manat borc verməyə imkan verməmiş, buna görə də Təqsirləndirilən şəxs pul verməsi üçün qardaşı Zərərçəkmiş şəxs ağız açmış, sonuncu əvvəlcə ciddi şəkildə tanımadığı birinə 10000 manat məbləğində borc vermək istəmədiyindən tərəddüd etsə də, o, Təqsirləndirilən şəxs vəziyyətinin acınacaqlı olduğunu, maddi imkanının çox aşağı düşdüyünü, həmçinin etibarlı insan olduğunu, aldığı pulu dediyi vaxtda qaytaracağını bildirmişdir. Bundan sonra qardaşı hörmət əlaməti olaraq onun sözünü yerə salmayaraq, 10000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verməyə razı olmuşdur. Bu barədə o, Təqsirləndirilən şəxs ilə danışıqdan sonra vaxt təyin etmiş və hazırda xatırlamadığı tarixdə o, qardaşı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Varovskiy” adlandırılan ərazidə görüşmüşlər. Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs ilk dəfə orada görüşmüşlər. Bildiyinə görə həmin vaxtdan sonra Elmar və Vaqif görüşməmiş, yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışlar. Həmin görüş zamanı yaxınlıqda olan kiçik bir çay evində oturmuş və çay içmişlər. Təqsirləndirilən şəxs aldığı pulu maksimum 4-5 ay ərzində tam şəkildə geri qaytaracağını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs 10000 manat pulu onun yanında Təqsirləndirilən şəxs borc olaraq vermişdir. Təqsirləndirilən şəxs bundan sonra tələsdiyini bildirərək sağollaşaraq onlardan ayrılmışdır. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs borcunu qaytarması üçün 4-5 ay vaxt verdiyi üçün həmin müddət ərzində Təqsirləndirilən şəxs narahat etməmiş, lakin borcunun qaytarması üçün söz verdiyi vaxt çatdıqda Vaqif Elmardan 10000 manat məbləğində borcu qaytarmasını tələb etməyə başlamışdır. Həmçinin, o da Təqsirləndirilən şəxs bir neçə dəfə pulu geri qaytarmasını tələb etmiş, çünki qardaşı Zərərçəkmiş şəxs onun sözlərinə əsasən inanıb Təqsirləndirilən şəxs həmin məbləğdə pulu vermişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq borcunun qaytarması istədikdə, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmağı gecikdirmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs qardaşı ilə mobil telefonla danışarkən 10000 manat pulu qaytarmağa imkanının olmadığını, bunun qarşılığında oğlu Şahid4 özünün çalışdığı Xüsusi Dövlət Mühafizə Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs oğlu Şahid4 ali təhsilli olduğu üçün dövlət işində çalışmasını və gələcəkdə pensiya təminatının olmasını arzulamışdır. Təqsirləndirilən şəxs qardaşının borc olaraq verdiyi 10000 manat pulu qaytarmaması üçün oğlunu işə qəbul etdirməsi barədə təklifi haqqında sonuncu ilə razılaşmışdır. Təqsirləndirilən şəxs həmin vaxt özünün uzun illər XDMX-də çalışdığını, geniş əlaqələrə malik olduğunu, tanışları olan vəzifəli şəxslər vasitəsilə Şahid4 işə düzəlməsinə çalışacağını bildirmiş və Zərərçəkmiş şəxs müəyyən qədər vaxt istəmiş, qardaşı da razılaşmış və bir müddət gözləməyə başlamışdır. Sonradan bir neçə dəfə işin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamış, onlar təxminən 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs çalışdığı Xüsusi Dövlət Mühafizə Xidmətindən ehtiyata buraxıldığını öyrəndikdən sonra artıq həmin şəxsin pulu qaytarmayacağını və Şahid4 işə düzəlməsi üçün hər hansı bir köməklik etməyəcəyini başa düşmüşlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs borc adı ilə, lakin dələduzluq niyyəti ilə əldə edilən 10000 manat məbləğində puldan hər hansı məbləğ geri qaytarılmamışdır. Şahid4 məhkəməyə verdiyi ifadəsindən görünür ki, o, Şahid3 məhkəmədə elan olunmuş ifadəsinə oxşar ifadə vermişdir. Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin sentyabr ayının sonlarında, “Vətən müharibəsi” yenicə başladığı günlərdə günortadan sonra “Ayna Sultanova” adlandırılan ərazidə Daxili İşlər Nazirliyinin xəstəxanasına Balağa Qədirovun yanına getmişdir. Orada olarkən Balağa Qədirova zəng gələrək telefondakı şəxs “səni gözləyirəm” demiş, Balağa Qədirov da ona “yaxşı Ayna Sultanovanın yanında park var, o körpünün arxa tərəfində, gəlirik ora.” sözlərini demişdir. Balağa Qədirov bundan sonra ona “Günay mənlə gedək” demiş, o da razılaşaraq “elə mən də ordan evə gedərəm” sözlərini söyləmişdir. Özü həmin vaxt məsələnin nə olduğunu bilməmişdir. Parka gəldikdən sonra Balağa Qədirov adını təxminən “Elman” olaraq xatırladığı uzun boylu biriylə söhbət etməyə başlamış, orada insanların və polislərin çox olduğunu gördükdən sonra Balağa Qədirov həmin şəxsə “Gedəy, Nərimanovda İstanbul kafesinə gedəy” demişdir. Bundan sonra parkın sağ tərəfinə keçərək 26 nömrəli avtobusa minmişlər. Daha sonra Nərimanov parkının yanında düşərək sağ tərəfə keçmiş, Balağa Qədirov və həmin şəxs “İstanbul kafesi”-nin yanında çöl tərəfdə oturmuş, özü isə nisbətən kənarda oturmuşdur. Həmin şəxs Balağa Qədirovla söhbət etdikdən sonra sonuncu skamyada oturduğu yerdə elə həmin şəxsə pul vermişdir. Pulu verdikdən sonra biraz da söhbət etmiş, daha sonra həmin şəxs çıxıb getmişdir. Bundan sonra Balağa Qədirova yaxınlaşaraq “ay Balağa nə puldu o?” dedikdə, sonuncu “Asəfin işinə görə verdim” sözlərini demişdir. Ardınca “sən onu dəqiq tanıyırsanmı? Ona güvənin varmı?” sualını Balağa Qədirova verdikdə sonuncu “Hə tanıyıram” cavabını vermişdir. Bundan sonra özü 5 nömrəli avtobusa əyləşərək evinə getmişdir. Ona ünvanlanan suallara cavab olaraq Balağa Qədirov və Asəf Ağasızadə tərəfindən həmin şəxsə əvvəlcə 10000 manat, daha sonra isə “Nərimanov” parkı ərazisində olarkən 4000 manat məbləğində pulun verildiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, X1 xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu Xüsusi Dövlət Mühafizə Xidmətində işə düzəltmək adı ilə aldadaraq 10000 (on min) manat məbləğində pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarından görünür ki, vətəndaş X20 xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək övladı X12 işə düzəltmək bəhanəsi ilə Təqsirləndirilən şəxs onları aldadaraq 14000 (on dörd min) manat məbləğində pullarını ələ keçirməsi barədə məlumat vermişdir. X1 ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs ilə aralarında olan “Watsapp” proqramı vasitəsilə həyata keçirilən yazışmaların ekran görüntülərini təqdim etmişdir. Həmin ekran görüntülərindən görünür ki, Asəf Ağasızadə ilə “Recebov Elmar 2 Sobe” adı ilə qeyd edilən şəxs arasında hər hansı işin həll olunması müqabilində verilən pulun geri qaytarılması ətrafında söhbət aparılır. A.B.Ağasızadə həmin yazışmalarda 18000 manat məbləğində pul tələb etdiyi halda “Recebov Elmar 2 Sobe” adı ilə qeyd edilən şəxs onlara yalnız 14000 manat borcunun olduğunu bildirir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatında qeyd olunan yazışmaların özü tərəfindən icra edilmədiyini bildirməklə həmin yazıların kimə məxsus olmasının araşdırılmasını xahiş etmişdir. Odur ki, cinayət işi üzrə zəruri olduğundan, həmin yazışmaların Təqsirləndirilən şəxs məxsus olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-müəllifşünaslıq ekspertiza tədqiqatına təqdim edilməsi üçün Təqsirləndirilən şəxs məxsus yazı nümunəsi götürülməli olsa da sonuncu tədqiqat üçün nümunələrin götürülməsinə razı olmadığını bildirmiş və nümunələr verməkdən imtina etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, Şahid1 xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 10000 manat məbləğində kredit əldə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Badamdar filialından götürülmüş müvafiq sənədlərin kserosurətindən görünür ki, vətəndaş X20 xx.xx.2020-ci il tarixdə 9300 manat məbləğində kredit əldə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 03 aprel 2023-cü il tarixli məktubuna qoşma kimi təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 05 dekabr 2020-ci il tarixdə saat 15:26:08-də 89 saniyə müddətinə telefon danışığı həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixdə saat 17:40-da Balağa Qədirovun istifadəsində olan **********04 saylı mobil nömrədən **********33 saylı mobil nömrəyə “Mene cvb ver Balagadi bir kelme soz de. Menden sene pisliy gelmez sadece cvb ver bir danisaq bele elemeyle birsey alimacaq xais edirem cvb ver” məzmunlu SMS, xx.xx.2019-cu il tarixdə saat 19:03-də isə Asəf Ağasızadənin istifadəsində olan **********85 saylı mobil nömrədən **********33 saylı nömrəyə “Salam Kamandir necesiz Agasinin qardasidi xais edirem bir cavab vererdiz” məzmuzlu SMS mətn göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna qoşma kimi təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Balağa Qədirovun istifadəsində olan “***- ***-**-**” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixdə uzunmüddətli telefon danışıqları həyata keçirilmişdir. Həmçinin, Asəf Ağasızadənin istifadəsində olan “***-***-**- **” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə telefon danışıqları həyata keçirilmiş və məzmunu bilinməyən sms göndərilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə telefon danışıqları gerçəkləşmişdir. Bundan başqa, həmin fayla baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**- **” saylı mobil nömrənin anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 20:30 radələrində, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində “GBBK1073F/GBBK1073 ALMLMRKT_F/"Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi" olaraq göstərilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 01 dekabr 2003-cü il tarixli 138şh nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaqla 2-ci Şöbənin əməkdaşı vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 16 aprel 2018-ci il tarixli 49şh nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 2-ci Şöbənin əməkdaşı, baş çavuş Təqsirləndirilən şəxs 17 aprel 2018-ci il tarixdən həmin şöbənin bölmə komandiri vəzifəsinə təyin edilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 02 oktyabr 2019-cu il tarixli 138şh nömrəli əmri ilə kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdıqda) xx.xx.2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1-1(093)-67/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş 12 aprel 2023-cü il tarixli 21-2/3- 1875 nömrəli məktubdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilmiş, sonuncunun cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-35/2022 saylı qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndində əsasən 01 il azaldılmış və cəza müddəti bitdiyi üçün şəxsi iş xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətindən təqdim edilən xidməti xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət cəhətdən xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının 27-dən sonrakı günlərdə ittiham olunduğu cinayət əməlini hərbi vəziyyət zamanı törətməsi cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət törətməsini, törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının başlanğıcının tutulduğu 15 iyun 2023-cü il tarixdən hesablanmasını (Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsi), barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). ”Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərşəkmiş şəxs cinayət təqibi mərhələsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 179-183-cü maddəllərinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək zərərçəkmiş şəxs qismində tanınmış (mülki iddiaçı) X11 təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oluna qarşı 14.000 (on dörd min) manat mülki iddiası vardır. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq, hesab edir ki, mülki iddia təmin olunmalı, 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs X16 ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X13 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 56 (əlli altı) iş saatına görə 336 (üç yüz otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı həsab ədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X14 Azərbaycan Rəspublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs X11 təqsirləndirilən şəxs X14 qarşı 14.000 (on dörd min) manat pul vəsaitinin qaytarılmasına dair mülki iddiası təmin edilsin. 14.000 (on dörd min) manat məbləğində pul təqsirləndirilən şəxs X5 tutularaq X16 ödənilsin. X9 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi 56 (əlli altı) iş saatına görə 336 (üç yüz otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs X14 isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apəllyasiya şikayəti və ya apəllyasiya protəsti vərilə bilər Hökmdən apellyasiya qaydasında şikayət və ya protest vərilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-134/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-134/2023
14.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver