Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-135/2023 17.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakları ilə 25 iyun 21991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər iməhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə növündə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 iyun N2-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin Bakı şəhəri Puta qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mərkəzi rabitə qovşaqının ötürücü rabitə mərkəzinin ötürücü rabitə qovşaqının bölməsinin mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olarkən 25 fevral N3-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xocəsən qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,864 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamin və ümumi təmiz çəkisi 1.175 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini 50 (əlli) manat müqabilində əldə edib, üzərində saxlamaqla daşımış və 25 fevral N3-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən ünvanında Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq, 43-cü Polis Bölməsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəgli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0.800 qram və 0.064 qram olmaqla ümumi təmiz çəkisi 0.864 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1.175 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlardan tanımadığı şəxslərdən müxtəlif qiymətə alır. Sonuncu dəfə 25 fevral N3-cü il tarixdə “Facebook” sosial şəbəkəsində Bakı şəhəri ərazisində narkotik vasitələrin satışı ilə bağlı səhifə görmüşdür. Həmin səhifəyə daxil olduqda Ukrayna Respublikasına aid xatırlamadığı mobil nömrəni oradan telefonuna qeyd edərək “Whatsapp” ismarıclaşma tətbiqi vasitəsi ilə həmin nömrə ilə əlaqə saxlamışdır. Zənginə orta yaşlı kişi cinsli şəxs cavab vermiş və danışıq əsnasında narkotik vasitəni əldə edə biləcəyi ünvanı ona demişdir. Həmin tarixdə saat 01 radələrində Bakı şəhəri, Xocəsən qəsəbəsində olan zaman əvvəllər tanımadığı yuxarıda qeyd etdiyi şəxsdən 50 (əlli) manat müqabilində iki ədəd gümüşü rəngli kağıza bükülmüş «patı» adlanan psixotrop maddə metamfetamin və bir ədəd gümüşü rəngli kağıza bükülmüş «kakos» adlanan narkotik vasitə heroin alıb, bir müddət sonra istifadə etmək məqsədi ilə əynində olan qara rəngli cins material şalvarın sağ yan cibinə qoyaraq həmin şəxsdən ayrılıb getmişdir. Dərhal qeyd etdiyi mobil nömrəni və “Whatsapp” proqramındakı telefon danışıqlarını silmişdir. Həmin gün, yəni 25 fevral N3cü il tarixdə, saat 02:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən «Rahat» marketin yanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu 43-cü PB-yə dəvət etmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti otaqlardan birində müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş cəmiyyət içində «patı» adlanan psixotrop maddə metamfetamin və bir ədəd gümüşü rəngli kağıza bükülmüş «kakos» adlanan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş həmin əşyalar zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, məhkəmədən bağışlanmasını xahiş edir. Şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 Rafail oğlunun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, 25 favral N3-ce il tarixdə saat 02:30 radələrndə Binəqədi RPİnin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nin 2ci avto-patrul marşrutunda xidmətdə olan zaman Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən “Rahat” marketin yanından keçdikdə bir nəfər şəxsin qaranlıq dalandan çıxdığını, şübhəli halda ətrafa baxaraq nəsə axtardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən gecə vaxtı qaranlıq dalanda nə axtardığını soruşduqda sonuncu onlara müxtəlif bəhanələr gətirməklə yalan məlumat verməyə başlamışdır. Bu səbəbdən onlar həmin şəxsi 43-cü PB-yə dəvət etmişlər. Polis bölməsində olan zaman ona məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Daha sonra video çəkilişlə T.Y.Şəhvələdovun üzərinə baxış keçirilmiş və ona üzərində hər-hansı qeyri qanuni əşyanın olduğu halda təqdim etməsi təklifi olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmış, həmin vaxt onun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Samsung” və “Nokia” markalı mobil telefonlar aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş iki ədəd bükülünün içərisindəki maddə “patı” adlanan psixotrop maddə metamfetamin, bir ədəd bükülünün içərisindəki maddə “kokos” adlanan narkotik vasitə heroindir. Onları 25 fevral N3-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xocəsən qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahidlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis sejantı X2 və polis serjantı Şahid3 Şahid1 Rafail oğlunun elan olunmuş ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.N3-cü il tarixli 6/1142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram və 0,064 qram, ümumi təmiz çəkisi isə 0,864 qram olan ağ rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamin və bir ədəd bükümdə gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1.175 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.N3-cü il tarixli 2481 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunələrindən MOP (+) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. İş materiallarına əlavə olunmuş xx.xx.N3-cü il tarixli raportdan aydın olur ki, Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları həmin tarixdə saat 02:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən ərazisində yerləşən “Rahat” marketin yanında bir nəfər şəxsin qaranlıq dalandan çıxaraq ətrafa baxaraq nəisə axtardığını görmüşlər, nə axtardığını soruşduqda müxtəlif bəhanələr gətirərək yalan məlumat verdiyinə görə araşdırılması üçün 43-cü Polis bölməsinə gətirilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş CD diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə psixotrop maddə-metafetamin, 1 (bir) ədəd bükümdə isə narkotik vasitə heroin aşkar edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 156 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs baş qərargah mərkəzi rabitə qovşağının ötürücü radio mərkəzinin ötürücü radio qurğular bölməsinin mexaniki vəzifəsinə təyin olunmaqla həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəməyə təklif etmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. Cinayət mühakimə icraatının təməl şərtləri, o cümlədən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri müasir cinayət mühakimə icraatında məhkəməni tərəfsiz arbitr rolunda görür və onun tərəfindən istər müdafiə, istərsə də ittiham funksiyalarının üzərinə götürülməsinə, o cümlədən cinayət təqibinin həyata keçirilməsi vəzifəsinə aid olan hərəkətlərin yerinə yetirilməsinə, qərarların qəbul edilməsinə yol vermir. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və dövlət ittihamçısının çıxışını nəzərə alaraq ona, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən (müəyyən müddətə azadlıqdan məhrum etmə növündə təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər) sınaq müddəti verilməklə şərti cəza təyin edilməsini, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27 aprel N3-cü il tarixli 2481 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümünələrindən MOP (+) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut- Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0.864 qram çəkidə psixotrop maddə - metafetamin və 1.175 qram çəkidə narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı Vəkil işlədiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməli, cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs şərti olaraq tətbiq edilsin və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut-Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0.864 qram çəkidə psixotrop maddə - metafetamin və 1.175 qram çəkidə narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-135/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-135/2023
17.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver