Məhkəmə qərarları › İş №1-1(093)-137/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-137/2020

11.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-137/2020 11.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Rafiq Qaraxan oğlu Abbasovun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1990-cı il tarixdə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuş, həmin ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün artilleriya rəisinin idarəetmə taqımının sürücüelektriki, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Həmidov X5 Nazirliyinin Ağdam rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün artilleriya rəisinin idarəetmə taqımının sürücü-elektriki vəzifəsində kiçik-çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N19-cu ilin iyun-avqust aylarında vətəndaşlar Şahid2 və Şahid1 ilə danışıb, bankdan əlverişli şərtlərlə və yüksək məbləğdə kredit götürməsi üçün həmin şəxslərin vasitəçiliyi ilə hazırlanacaq saxta «gizirin şəxsi vəsiqəsi» əsasında bankdan kredit götürməsinə kömək etmələri barədə razılığa gəldikdən sonra kredit almağı üçün zəruri sənədlərin, yəni şəxsiyyət və hərbi qulluqçunun şəxsi vəsiqəsi, əməkhaqqı kartının fotoşəkillərini öz mobil telefonu vasitəsilə «Whatsapp» mobil proqramından vətəndaş Şahid1, sonuncu isə öz növbəsində həmin mobil proqram vasitəsilə hazırda şəxsiyyəti istintaqa məlum olmayan, özünü Şahid1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin işçisi kimi təqdim etmiş «Şahin» adlı şəxsə göndərmişdir. Şahin adlı şəxs müvafiq sənədlərin surətləri ona göndərildikdən sonra Təqsirləndirilən şəxs adına saxta gizir vəsiqəsi hazırlayaraq Şahid1 göndərmiş, sonuncu ilə aralarındakı sövdələşməyə uyğun olaraq Şahid1la xx xxxx N19-cu il tarixdə Sumqayıt şəhərində görüşmüş, Şahid1 əldə etdiyi adına hazırlanmış saxta gizir vəsiqəsi ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sumqayıt filialına müraciət edərək 10.000 manat məbləğində kredit götürməyə nail olmaqla qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 3N.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, xx xxxx N14-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmaqla N nömrəli hərbi hissənin qərargah bölüyünün artilleriya rəisinin idarəetmə taqımının sürücü-elektriki vəzifəsində kiçik çavuş hərbi rütbəsində xidmət edir, N19-cu ilin iyul ayında ailə həyatı qurmağa hazırlaşdığı üçün bankdan kredit götürmək qərarına gəlmiş və Ağdam rayonunun Üçoğlan kəndindən tanıdığı Şahid2 zəng edərək pula ehtiyacı olduğunu və kredit götürməkdə köməklik etməsini istəmiş, Şahid2 ona Şahid1 adlı şəxsin bu işdə köməklik edə biləcəyini bildirmiş, daha sonra həmin şəxsin mobil telefon nömrəsini verərək zəruri olan sənədlərin yəni, şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi və profildən çəkilmiş şəkilləri Şahid1 mobil nömrəsinə vatsap proqramı vasitəsilə göndərməsini istəmiş, o da Şahid2 dediyi kimi qeyd olunan sənədləri Mətləbə göndərmiş, təxminən 2-3 gün sonra Şahid2 ona zəng edərək maraqlandığını və 10000 (on min) manat məbləğinədək zaminsiz kredit götürə biləciyini, əvəzində isə onlara 2300 (iki min üç yüz) manat pul verəcəyini bildirmiş, həmin vaxt pula ehtiyacı olduğu üçün həmin təkliflə razılaşmış, xx xxxx N19-cu il tarixdə Bakı şəhərinə gedib N Yanvar metro stansiyasının yaxınlığında Mətləblə görüşüb X4 şəhər filialına getmiş, bankın qarşısında Mətləb cibindən hərbi vəsiqə çıxararaq ona vermiş. həmin vəsiqəyə baxan zaman gizirin şəxsi vəsiqəsi olduğunu, ad, soyad, ata adının yazıldığını və gizir hərbi rütbəsində formada şəklinin olduğunu görmüş, sonuncudan bu vəsiqənin nə olduğunu soruşduqda Şahid1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçunun vəsiqəsini alıb saxta vəsiqəni ona verərək həmin vəsiqə əsasında kredit götürəcəyini bildirmiş, ondan saxta vəsiqəni götürüb həmin vəsiqəni təqdim etməklə kredit götürmək üçün banka müraciət etmiş, filialın əməkdaşı krediti hansı məqsədlə götürmək istədiyini soruşduqda toyuna xərcləyəcəyini bildirmiş, sənədləşmə işləri aparıldıqdan sonra 10000 (on min) manat məbləğində ayda 393 manat olmaqla 36 ay müddətində kredit götürmüş, filialdan çıxdıqdan sonra 2300 manat pulu Mətləbə vermiş, saxta gizir vəsiqəsini geri qaytararaq öz vəsiqəsini götürüb Ağdam rayonuna qayıtmışdır.Törətdiyi əməlindən peşmandır. Məhkəmədən bağışlanmasini xahiş edir. Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N19-cu ilin əvvəllərində Bakı şəhərində «Karvan» restoranında işləyən zaman müştəri kimi xidmət etdiyi Şahin adlı (soyadını və atasının adını bilmir, özünü təqdim etməsinə əsasən) bir nəfərlə tanış olmuş və aralarında münasibət yaranmışdır. Şahin özünü «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin işçisi kimi təqdim edərək onun mobil telefon nömrəsini (***-***-**-**) əldə edib telefonuna qeyd etmiş və bir neçə gün sonra hazırda xatırlamadığı xarici mobil operatordan «whatsapp» mobil proqramı vasitəsilə mesaj yazmış və aralarında olan danışıqlar «whatsapp» mobil proqramı vasitəsilə olmuşdur. N19-cu ilin aprel-may aylarında söhbət zamanı Şahin ona tanışlarından müddətdən artıq xidmət edən hərbi qulluqçu olsa, kredit götürməyinə kömək edə biləcəyini və bu işdən qazanc əldə edə biləcəklərini (götürülən hər 1000 manat kreditə görə N0 manat) bildirib maraqlanmağını istəmişdir. O, Ağdam rayon sakini Şahid2 mobil telefon nömrəsini əldə edərək zəng vurub bu barədə bildirdikdə sonuncu qardaşı Elməddin Zeynalov, Coşqun Əhmədli və Təqsirləndirilən şəxs bankdan kredit götürmək istədiklərini bildirmiş, o da Şahinlə danışdıqdan sonra Şahin ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara banklar tərəfindən az məbləğdə və daha çətin şərtlərlə kredit verildiyi barədə məlumat verərək onlara saxta gizir vəsiqəsi əsasında kredit götürmələrini təşkil edə biləcəyini demiş, bundan sonra adları qeyd olunan hərbi qulluqçular zəruri sənədləri, yəni şəxsiyyət və hərbi qulluqçunun şəxsi vəsiqələrinin, profildən fotoşəkillərini, eləcə də, əmək haqqı kartlarının fotoşəkillərini «whatsapp» mobil proqramı vasitəsilə ona göndərmiş, o da Şahinə göndərmişdir. Bundan sonra Şahin tərəfindən hazırlanmış saxta gizir vəsiqələrini əldə edərək adları qeyd edilən hərbi qulluqçularla N19-cu ilin iyun-avqust aylarında müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində görüşüb hazırlanmış saxta gizir vəsiqələrini onlara vermiş, vəsiqədə göstərilən məlumatlar barədə onları xəbardar etdikdən sonra adları qeyd olunan hərbi qulluqçular həmin vəsiqələri «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Abşeron rayonu və Sumqayıt şəhər filiallarına təqdim edib bilə-bilə saxta sənədlərdən istifadə etməklə həmin filiallardan 10.000 manat məbləğində kredit götürməyə nail olmuşlar. Bankdan kredit aldıqdan sonra isə əvvəlcədən razılaşdıqları qaydada həmin hərbi qulluqçulardan N00- 2500 manat məbləğində pul almış, həmin məbləğin N0-300 manatını Şahid2 vermiş, 500 manatı özünə götürmüş, qalan 1500 manat pulu isə Şahinə çatdırmış, saxta gizir vəsiqələrini isə həmin hərbi qulluqçulardan geri alaraq məhv etmişdir. Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, N19-cu ilin aprel-may aylarında Şahid1 ona zəng edərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına pul müqabilində bankdan kredit götürməkdə kömək edə biləcəyini bildirib bu barədə maraqlanmağını xahiş etmişdir. O, da qardaşı Elməddin Zeynalovun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu bildirib bankdan kredit götürmək istədiyini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs və X2 da kredit götürmək istədiyini bildirmişdir. Şahid1 kredit götürmək üçün zəruri sənədlərin, yəni şəxsiyyət və hərbi qulluqçunun şəxsi vəsiqələrinin, eləcə də, əməkhaqqı kartlarının fotoşəkillərini «whatsapp» mobil proqramı vasitəsilə göndərməyi tapşırmış, həmin sənədlərin surətləri göndərildikdən sonra bu barədə öyrənib məlumat verəcəyini bildirmiş, bundan sonra Mətləblə birgə adları qeyd edilən hərbi qulluqçularla N19-cu ilin iyun-avqust aylarında müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində görüşüb hazırlanmış saxta gizir vəsiqələrini onlara vermiş, adları qeyd olunan hərbi qulluqçular həmin vəsiqələri «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Abşeron rayonu və Sumqayıt şəhər filiallarına təqdim edib bilə-bilə saxta sənədlərdən istifadə etməklə həmin filiallardan 10.000 manat məbləğində kredit götürməyə nail olmuşlar. Bankdan kredit aldıqdan sonra isə əvvəlcədən razılaşdıqları qaydada həmin hərbi qulluqçulardan N00-2500 manat məbləğdə pul alınmış, həmin məbləğin N0-300 manatı ona çatmış, saxta gizir vəsiqələrini isə Şahid1 həmin hərbi qulluqçulardan geri alaraq məhv etmişdir. Şahid «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sumqayıt şəhər filialının kredit müxtəxəssisi Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, xx xxxx NN-ci il tarixdə Təqsirləndirilən şəxs 10000 manat məbləğində kreditlə pul vermiş, həmin gün tərtib edilmiş müqavilə və digər bank sənədləri Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs sənədlərinin saxta olması barədə məlumatı olmamış və bankın baş ofisinin sənədlərin saxta olub-olmamasını müəyyən etmək imkanları olmamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin texniki ekspertizasının xx xxxx NN-ci il tarixli 5/311, 5/312 nömrəli rəylərindən görünür ki, ekspertizaya şəxsi vəsiqələrin surəti təqdim edildiyindən həmin sənədlərin blanklarının və mətninin hansı üsulla hazırlanmasını, üzərində hər hansı düzəlişin aparılıb-aparılmamasını, üzərindəki möhür əkslərinin hansı üsulla vurulmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş SQ 00667274 nömrəli və SQ 00667311 nömrəli şəxsi vəsiqələrinin üzərində olan möhür əksləri N nömrəli hərbi hissənin möhürünün eksperimental nümunələri ilə eynilik təşkil etməmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən təqdim olunmuş xx.xx.N19-cu il tarixli, BPM **********87 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxta vəsiqədən istifadə etməklə Sumqayıt filialından 10000 manat məbləğində kredit götürmüşdür. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsi tərəfindən göndərilmiş xx.xx.NN-ci il tarixli 1/841 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi SQ 00667274 nömrəli vəsiqə Kadrlar idarəsi tərəfindən verilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N14-cu il tarixli 111 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə xidməti vəzifələrinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N17-ci il tarixli 315 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin 1-ci taborunun qərargah bölüyünün artilleriya rəisinin idarəetmə taqımının idarəetmə sürücü-elektrik vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməllər Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, onun gəncliyini, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsini, xidmət etdiyi yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.2-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin etməyi qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə əlaqədar məhkəmə xərci 142.52 Azn (yüz qırx iki manat əlli iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142319, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005, FÖEN **********1), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1800 (min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 142.52 Azn (yüz qırx iki manat əlli iki qəpik) ekspertiza xərci alınıb Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142319, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005, FÖEN **********1), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ3CTRE********************) hesabına keçirilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt apellyasiya məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar