Məhkəmə qərarları › İş №1-1(093)-137/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-137/2023

02.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-137/2023 02.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində ”həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin 1-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin manevr qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi baş çavuş hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, aralarında dostluq münasibəti olan vətəndaş Zərərçəkmiş şəxs1 N16-cı ilin may ayının əvvəllərində onunla mobil telefon əlaqəsi yaradıb Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə qəbulun qayda və şərtləri ilə bağlı soruşduğu zaman, sonuncunun kiçik qardaşı Şahid2 Daxili Qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirmək arzusunu öyrənib, Q.Q.X6 xidmətə qəbulun qanuni qaydası barədə qəsdlə məlumat verməyib, öz qulluq mövqeyindən istifadə etməklə, real imkana və səlahiyyətə malik olmadığı, həmçinin işə qəbul edilməsinə köməklik etmək niyyətində olmadığı halda, yaranmış maddi problemlərini qanunsuz şəkildə həll etmək üçün, tamah niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, qardaşını işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək guya əvvəllər bir neçə şəxsi pul müqabilində həmin qoşunlarda xidmətə qəbil etdirdiyi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək, sonuncunu ələ almışdır. Bundan təxminən iki gün sonra, yəni N16-cı ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 zəng edib adını, vəzifəsini və rütbəsini demədiyi rəisi ilə Ramilin işini danışdığını, rəisinin Ramilin hərbi biletini və atestatını istədiyini, həmin gün axşam saatlarında görüşüb qeyd edilən sənədləri ona verməli olduğunu bildirib, həmin məqsədlə razılaşdıqları kimi Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı yerləşən, həmin vaxt kirayə yaşadığı mənzildə görüşmüşlər. Orada Zərərçəkmiş şəxs1la təklikdə söhbət edərkən qeyd etdiyi tanışının köməkliyi ilə Ramili bir ay müddətində Daxili Qoşunların N nömrəli hərbi hissəsinə xidmətə qəbul etdirəcəyini, başqa şəxslərin həmin hərbi hissəyə N manat pulun müqabilində qəbul edildiyini, dost olduqları üçün rəisinin onun “xətrinə” N00 manat pulun müqabilində qardaşı Ramili həmin hərbi hissədə xidmətə qəbul olunmasına köməklik edəcəyinə razı olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 da həmin pulu hissə-hissə verməyə razı olmuşdur. Bundan bir neçə gün sonra, yəni N16-cı ilin may ayının ortalarında gəldikləri razılığa əsasən Zərərçəkmiş şəxs1la xidmət etdiyi N nömrəli hərbi hissənin qarşısında görüşüb həmin pulun əvvəlcə N00 (min) manatını, bir neçə gün sonra, yəni N16-cı ilin may ayının sonlarında həmin pulun 500 (beş yüz) manatını sonuncunun qardaşı Şahid2la xidmət etdiyi hərbi hissənin qarşısında görüşüb almış, pulun yerdə qalan 500 (beş yüz) manatını isə N16-cı ilin iyun ayının ortalarında xatırlamadığı taksi sürücüsünü Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə göndərərək sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs1 almış, qeyd edilən ərəfələrdə, yəni N16-cı ilin iyul ayının ortalarında pula ehtiyacı yarandığından qardaşı Ramilin hərbi həkim komissiyasından keçirmək adı ilə, Bakı metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən parkda çay içdikləri zaman Zərərçəkmiş şəxs1 aldadıb əlavə olaraq N0 (yüz) manat pulu da ondan almaqla, ümumilikdə vahid niyyətlə 2N0 (iki min yüz) manat pulu Zərərçəkmiş şəxs1 alıb qardaşı Ramilin yaxın günlərdə xidmətə başlayacağını vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra mülki şəxs kimi fərdi şəkildə taksi fəaliyyəti göstərdiyi müddətdə, aralarında qohumluq münasibəti olan vətəndaş Zərərçəkmiş şəxs2 ilə N16-cı ilin sentyabr ayının ortalarında ümumi mövzularda söhbət edərkən onun dövlət işi axtarması ilə bağlı fikrini öyrənib, eləcə də onun həmin ərəfədə şəxsi mənzilini satdığı üçün nağd pulunun olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, həmçinin işə qəbul edilməsinə köməklik etmək niyyətində olmadığı halda, yaranmış maddi problemlərini qanunsuz şəkildə həll etmək üçün, tamah niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs növbəti gün, yəni N16-cı ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 ilə yenidən görüşüb xidmət yerində olan adını, vəzifəsini və rütbəsini qeyd etmədiyi rəisi ilə onun Daxili Qoşunların xidmət etdiyi N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı danışdığını, başqa şəxslərin həmin işə 5000 manat pulun müqabilində qəbul edildiyini, qohum olduqları üçün rəisinin onun “xətrinə” N00 manat pulun müqabilində onu həmin hərbi hissədə işə qəbul olunmasına razı olduğunu bildirib, düzəldiləcəyi işin rahatlığı, təminatlı olması barədə şişirdirilmiş məlumatlar vermiş, daha asanlıqla inanıb aldanması üçün sonuncuya diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərini hazırlamağı, 4 ədəd 3x4 ölçüdə şəkil çəkdirməyi və həmin sənədləri istədiyi N00 manat pulla birlikdə mümkün qədər qısa müddət ərzində ona verməyi deyib, Zərərçəkmiş şəxs2 ələ alaraq özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən N16-cı ilin sentyabr ayının sonlarında Bakı metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən parkda təklikdə görüşərək Zərərçəkmiş şəxs2 qeyd edilən N00 manat pulu alıb ən geci altı ay ərzində xidmətə başlayacağını vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs mülki şəxs kimi fərdi şəkildə taksi fəaliyyəti göstərdiyi müddətdə, N22-ci ilin fevral ayının əvvəllərində sərnişin kimi idarə etdiyi avtomobilə əyləşmiş Hacıqabul rayonunun Atbulaq kənd sakini Şahid1la söhbət etdiyi zaman sonuncunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətində, yəni “Socar”da işə düzəlmək fikrini öyrənmiş, lakin Kənanın onun “Socar”da işə pul müqabilində işə düzəldən tanışının olması barədə dediklərinə tam olaraq, inanmadığını görüb sonuncunun atası Zərərçəkmiş şəxs3 ilə mobil telefon əlaqəsi yaratmışdır. Telefonda danışdıqları zamanı Zərərçəkmiş şəxs3 oğlu Kənanı “Socar”da işə düzəltmək arzusunun olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, həmçinin işə qəbul edilməsinə köməklik etmək niyyətində olmadığı halda, yaranmış maddi problemlərini qanunsuz şəkildə həll etmək üçün, tamah niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək, oğlunu işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Təqsirləndirilən şəxs bir neçə gündən sonra, yəni N22-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3la yenidən telefon əlaqəsi saxlamış və razılaşdıqları kimi sonuncunun yaşadığı Hacıqabul rayonunun Atbulaq kəndinə getmişdir. Orada, Zərərçəkmiş şəxs3 məxsus evdə söhbət etdikləri zaman sonuncuya oğlu Kənanın “xətrini” çox istədiyi üçün, məqsədinin cavan olan Kənanın dövlət işində işləməsinə köməklik etmək olduğunu, bu işi “Socar”da işləyən tanışlarının vasitəsi ilə edəcəyini, bu işin qiymətinin 5-N min manat olduğunu, lakin Kənanın xətrinə bu işi 4000 manat pulun müqabilində həll edəcəyini, həmin pulun müqabilində Kənanı “Socar”ın Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəldəcəyini deyib onu ələ almağa çalışmış, aralarında olan sonrakı telefon əlaqəsi zamanı isə daha asanlıqla aldanması üçün Zərərçəkmiş şəxs3 Kənanın 3x4 ölçüdə olan 4 ədəd fotoşəklini, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq və yaşayış yerindən ailə tərkibi haqqında arayışları, eləcə də 4000 (dörd min) manat pulu təcili olaraq verməsini tapşırıb Zərərçəkmiş şəxs3 özünə inandırıb tam olaraq, ələ almışdır. Gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni N22-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs3la Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında təklikdə görüşüb qeyd edilən sənədləri və 4000 (dörd min) manat pulu alıb N22-ci ilin may ayına kimi oğlunun işə başlayacağını vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs3 ilə ünsiyyət qurduğu müddət ərzində ona tam olaraq inanıb etibar etdiyinə əmin olduğundan, N22-ci ilin mart ayının əvvəllərində sonuncuya başqa şəxləri də “Socar”ın Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəldəcəyini bildirib, belə arzusu olan tanışları olarsa ona məlumat verməsini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 ağlına tanışı Zərərçəkmiş şəxs4 gəldiyindən ona bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs4 də Zərərçəkmiş şəxs3 sözlərinə əsasən Təqsirləndirilən şəxs inanıb ona kürəkənini “Socar”ın Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəltməyə köməklik etməkdə vasitəçilik etməyi Zərərçəkmiş şəxs3 xahiş etmişlər. Bundan bir neçə gün sonra, yəni N22-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs4 kürəkəninin sənədlərini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vasitəsi ilə ondan istədiyi 4000 (dörd min) manat pulu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs3 da öz növbəsində Təqsirləndirilən şəxslə qısa müddət sonra, yəni N22-ci ilin mart ayının ortalarında saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında, sonuncunun idarə etdiyi avtomobilin içərisində təklikdə görüşüb Zərərçəkmiş şəxs4 verdiyi 4000 manat pulu sənədlərlə birlikdə Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs həmin 4000 (dörd min) manat pulu alıb N22-ci ilin may ayına kimi Zərərçəkmiş şəxs4 kürəkəninin işə başlayacağını vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs3 ilə ünsiyyət qurduğu müddət ərzində ona tam olaraq inanıb etibar etdiyinə əmin olduğundan, N22-ci ilin mart ayının əvvəllərində sonuncuya başqa şəxləri də “Socar”ın Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəldəcəyini bildirib, belə arzusu olan tanışları olarsa ona məlumat verməsini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 ağlına həmçinin tanışı Zərərçəkmiş şəxs5 gəldiyindən ona bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs5 da Zərərçəkmiş şəxs3 sözlərinə əsasən Təqsirləndirilən şəxs inanıb ona oğlunu “Socar”ın Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəltməyə köməklik etməkdə vasitəçilik etməyi Zərərçəkmiş şəxs3 xahiş etmişlər. Bundan bir neçə gün sonra, yəni N22-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs5 oğlunun sənədlərini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vasitəsi ilə ondan istədiyi 4000 (dörd min) manat pulu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs3 da öz növbəsində Təqsirləndirilən şəxslə qısa müddət sonra, yəni N22-ci ilin mart ayının ortalarında saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında, sonuncunun idarə etdiyi avtomobilin içərisində təklikdə görüşüb Zərərçəkmiş şəxs5 verdiyi 4000 manat pulu sənədlərlə birlikdə Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs həmin 4000 (dörd min) manat pulu alıb N22-ci ilin may ayına kimi Zərərçəkmiş şəxs5 oğlunun işə başlayacağını vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, N12-ci ilin mart ayında müddətdən artıq həqiqi həqiqi hərbi xidmətə qəbul olunmaq üçün könüllü olaraq sənədlərini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə təqdim etmiş və xx.xx.N12-ci ildə kiçik çavuş hərbi rütbəsi ilə Daxili Qoşunların N nömrəli hərbi hissəsində xidmətə başlamışdır. O, xx.xx.N15-ci il tarixdə N nömrəli hərbi hissənin 1-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin manevr qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilərək, xx.xx.N16-cı il tarixədək, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanadək həmin vəzifədə xidmət etmiş, ehtiyata buraxıldıqdan sonra fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, ilk dələduzluq əməlini sinif yoldaşı olmuş Zərərçəkmiş şəxs1 qarşı etmişdir. Belə ki, N16-cı ilin may ayının əvvəllərində telefonda danışarkən Qalib Cəfərov ona zəng edərək kiçik qardaşı Şahid2 işsiz olduğunu, bu səbəbdən X11 Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltmək istədiyini bildirib, Daxili Qoşunlarda işə qəbulun hansı formada və hansı şərtlər əsasında aparıldığını, bunun üçün hansı sənədlərin lazım olduğunu soruşmuşdur. Həmin ərəfədə maddi çətinlikləri ilə bağlı pula ehtiyacı olduğundan Qabili aldadıb qardaşı X11 N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirəcəyinə vəd verərək ondan pul almaq qərarına gəlmişdir. Bu məqsədlə Qabilə qanuni məsləhətlər vermək əvəzinə yalandan ona guya əvvəllər bir neçə nəfəri işə düzəltdiyini deyib, onun xətrinə qardaşı Ramili də işə düzəldə biləcəyini bildirmişdir. Təxminən 2 gün sonra günorta saatlarında Qabilə zəng vuraraq guya rəislə qardaşı Ramilin işini danışdığını bildirib həmin gün axşam saatlarında görüşüb sənədlərini ona verməsini demişdir. Həmin gün saat N radələrində Qabillə mobil telefon əlaqəsi saxlayarkən söhbət etmək üçün evinə dəvət etmişdir. Qısa müddət sonra Qabil Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən, həmin vaxt kirayə yaşadığı mənzilə tək şəkildə gəlmişdir. Evdə söhbət edərkən Qabil qardaşı Ramilin onun xidmət etdiyi hərbi hissədə xidmət etmək istədiyini dedikdə, daha çox inandırmaq üçün ona həmin hərbi hissəyə xidmətə qəbulun N manat olduğunu, bununla bağlı rəislə söhbət etdiyini, rəisə Ramili yaxın adamı kimi təqdim etdiyini, bu səbədən rəisin bu işin həlli üçün N manat deyil, N00 manat istədiyini, özünün bu işdə hansısa maddi marağının olmadığını, məqsədinin dost kimi ona köməklik etmək olduğunu yalandan demişdir. Qabil ona N00 manat pulunun olmadığını deyib, yalnız ***-**** manat düzəldib verə biləcəyini, pulun qalan hissəsini isə Ramil işə düzəldikdən sonra verə biləcəyini bildirmişdir. Qabilə bunun mümkün olmasının çətin olduğunu, lakin yenə də bu barədə rəislə danışacağını demişdir. Bundan 2-3 gün sonra, yəni N16-cı ilin may ayının əvvəllərində, gecə saatlarında təcili pula ehtiyacı olduğundan Qabilə zəng edib onunla yaşadığı Zabrat qəsəbəsində görüşmüşdür. Söhbət zamanı Qabilə yalandan rəislə danışdığını, rəisin pulun N00 manatını təcili istədiyini demişdir. Qabil isə hazırkı vəziyyətində pulunun olmadığını, yaxın günlərdə ona xəbər edəcəyini demişdir. Təxminən 3-4 gün sonra, yəni N16-cı ilin may ayının ortalarında Qabil ona zəng vuraraq N00 manat pulu hazır etdiyini demiş, həmin gün Qabillə xidmət etdiyi hərbi hissənin qarşısında görüşmüş və həmin vaxt sonuncu ona N00 manat pul vermişdir. Qabilin ona tam inanması üçün bundan bir neçə gün sonra, yəni N16-cı ilin may ayının ortalarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə sonuncuya yazaraq bir neçə sənəd adı qeyd edib həmin sənədləri Ramilin toplayıb hazır saxlamasını demişdir. Bir neçə gündən sonra Qabil ona zəng vurub Ramilin sənədləri hazır etdiyini dedikdə, həmin sənədləri Daxili Qoşunların Baş İdarəsinə təqdim etmələrini tapşırmışdır. Bunu etməkdə məqsədi inandırıb istədiyi N00 manatı da aldadaraq Qabildən almaq olmuşdur. Qabil ona zəng edib Ramilin sənədlərini DQ-ın Baş İdarəsinə verməsini dedikdə, bu işin ən geci N gün müddətində həll olunacağına yalandan vəd vermişdir. Bundan 3-4 gün sonra, yəni N16-cı ilin may ayının sonlarında Qabil ona zəng edib rəisin yerdə qalan pulu da təcili şəkildə istədiyini demişdir. Qabil isə maddi imkanı tam çatmadığı üçün 500 manat pul verə biləcəyini deyib, həmin pulu növbəti gün günorta saatlarında Ramillin vasitəsi ilə xidmət etdiyi hərbi hissəyə göndərmişdir. O, Ramillə hərbi hissənin qarşısında təklikdə görüşmüş və qeyd edilən 500 (beş yüz) manat pulu sonuncudan alıb, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni N16-cı ilin iyun ayının ortalarında yenidən pula ehtiyacı olduğundan Qabildən yerdə qalan 500 manat pulu da almaq qərarına gəlib, bu məqsədlə sonuncuya zəng etmişdir. Qabil pulun hazır olduğunu, lakin evdən çıxa bilmədiyini demiş, o, özü də həmin ərəfədə X2 müalicədə olduğundan Zabrata gedə bilməmişdir. Bu səbəbdən xatırlamadığı taksi sürücüsündən Zabrata gedib Qabildən həmin pulu almasını xahiş etmişdir. Həmin taksi sürücüsü qısa müddət sonra Qabildən aldığı 500 manatı gətirib ona vermişdir. Bundan bir müddət sonra, N16-cı ilin iyul ayının ortalarında Qabilin qardaşı Ramil DQ-ın Baş İdarəsində imtahatan müsbət nəticə əldə etdiyindən hərbi xidmətə yararlı olubolmamasını müəyyən etmək üçün hərbi həkim komissiyasına göndərilmişdir. Bu məlumatı alan ərəfədə o, da hospitalda əməliyyat edilmişdir. Həmin vaxt şəxsi ehtiyacı üçün ona N0 manat da pul lazım olmuş, bu səbəbdən Ramilə zəng edib onu həkim komissiyasından özünün keçirəcəyini yalandan deyib, Bakı metropoliteninin Nərimanov stansiyasının yaxınlığında yerləşən parka gəlməsini bildirmişdir. Qısa müddət sonra Ramil qardaşı Qabillə birlikdə həmin yerə gəlmiş, orada çayxanalardan birində əyləşib çay içib söhbət edərkən Ramilin hərbi həkim komissiyasından keçirilməsi üçün oradakı tanıdığı həkimə N0 manat verəcəyini, həmin pulu verəcəyi halda komissiyadan asanlıqla keçəcəyini, əks halda ona çətinlik yaradıla biləcəyini yalandan demişdir. Həmin vaxt Qabil N0 (yüz) manat pulu ona vermiş, qeyd edilən N0 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. N0 manat pulu Qabildən aldıqdan 3-4 gün sonra, yəni N iyul N16-cı il tarixdə o, xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. Bundan bir neçə gün sonra, yəni N16-cı ilin iyul ayının sonlarında Qabil ona zəng vurub digər şəxslərin DQ-da xidmətə qəbulla bağlı əmrlərinin verildiyini, lakin qardaşı Ramilin əmrinin verilmədiyini demişdir. Qabilə problem olmadığını, yaxın günlərdə Ramilin də əmrinin veriləcəyini demiş, lakin Qabil artıq ona inanmadığını bildirib, israrla verdiyi pulları geri tələb etməyə başlamışdır. Sonrakı günlərdə Qabilin telefon zənglərinə cavab verməmiş və onunla görüşməmişdir. Qabilin barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirməsindən sonra məcbur olub ondan aldığı 2N0 manat pulu tam şəkildə geri qaytarmışdır. O, Qabildən qardaşı Ramili xidmətə qəbul etdirmək adı ilə pul almağı barədə kiməsə hər hansı bir formada müraciət etməmiş, pul və ya digər maddi nemət verməmiş, təklif etməmiş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 17 sentyabr N15-ci il tarixdə Gülbaharla ailə qurmuş, bundan bir müddət sonra isə Salyan rayonundan gətirib Bakı şəhərində kirayə yaşamışdır. N16-cı ilin yay aylarından etibarən arvadı Gülbaharla birlikdə hərdən Pərvanəgilə gedib-gəlmişlər. N16-cı ilin sentyabr ayının ortalarında ümumi mövzularda söhbət edərkən Pərvanə ona dövlət işi axtardığını demişdir. Həmin ərəfələrdə təcili olaraq pula ehtiyacı olduğundan Pərvanənin bu arzusunu, eləcə də onun bir ay öncə evini satdığı üçün nağd pulunun olmasını fürsət bilib, işə düzəltmək adı ilə aldadaraq onun pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə növbəti gün Pərvanəgilə gedib iş yerində olan rəislə onu Daxili Qoşunların xidmət etdiyi N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirəcəyi ilə bağlı danışdığını, rəisinə onun qohumu olduğunu deyib razı saldığını, Daxili Qoşunlara xidmətə qəbulun qiymətinin 5000 manat olduğunu, lakin rəisinin onun xətrinə bu işi N00 manat pulun müqabilində həll edəcəyini yalandan demişdir. Pərvanə ondan işin necə olmasını soruşduqda, sonuncuya 500-600 manat civarında maaş alacağını, il ərzində əlavə pul mükafatları da alacağını bildirib onu özünə inandırmışdır. Həmin vaxt Pərvanəyə rəisinin kim olmasını deməmiş, sonuncu da bu barədə ondan nəsə soruşmamışdır. Bundan bir neçə gün sonra Pərvanə ona zəng edib yaxınları ilə məsləhətləşdiyini, DQ-da müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmək üçün N00 manat pul verməyə razı olduğunu demişdir. Tam inanması üçün Pərvanəyə diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərini hazırlamağı, 4 ədəd 3x4 ölçüdə şəkil çəkdirməyini və həmin sənədləri N00 manat pulla birlikdə qısa müddət ərzində ona verməyini tapşırmışdır. N16-cı ilin sentyabr ayının sonlarında Pərvanə ilə yenidən telefon əlaqəsi yaradan zaman sonuncu pulu və sənədləri hazır etdiyini dediyindən onunla Bakı metropoliteninin “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən parkda görüşmək barədə razılaşmışlar. Bir neçə saat sonra Pərvanə həmin parka gəlib təklikdə olduqları zaman sənədləri və N00 (iki min) manat pulu ona vermişdir. Pulu aldıqdan sonra Pərvanəyə ən geci altı ay ərzində xidmətə başlayacağını yalandan demişdir. Lakin Pərvanənin xidmətə qəbul edilməsi istiqamətində hansısa hərəkət etməmiş. Vəd etdiyi müddət başa çatdıqdan sonra Pərvanə işi ilə bağlı maraqlanmağa başlamışdır. Pərvanəyə müxtəlif bəhanələr gətirsə də, sonuncu ondan əl çəkməyib israrla pulunu geri tələb etmişdir. Bu barədə arvadına və qohumlarına danışacağından, eləcə də ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən narahat olaraq, borca pul tapıb Pərvanəyə vurduğu maddi zərəri tam şəkildə geri qaytarmışdır. O, xidmətə qəbul etdirəcəyi adı ilə aldadaraq Pərvanədən pul almağı barədə kiməsə hər hansı bir formada müraciət etməmiş, pul və ya digər maddi nemət verməmiş, təklif etməmiş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, N22-ci ilin fevral ayının əvvəllərində idarə etdiyi avtomoillə Gəncə şəhərinə gedən zaman Sahil qəsəbəsi ərazisindən keçərkən Şahid1 adlı Hacıqabul rayonunun Atbulaq kənd sakini olan bir cavan oğlanı yol üstü sərnişin kimi götürmüşdür. Söhbət zamanı Kənan ona atası Zərərçəkmiş şəxs3 Dövlət Neft Şirkətində işlədiyini, özünün də dövlət işində işləmək istədiyini bildirib, dövlət işinə adam düzəldə bilən tanışının olub-olmadığını soruşmuşdur. Həmin ərəfədə pula ehtiyacı olduğundan Kənanı aldadıb onu işə qəbul etdirəcəyi adı ilə ondan pul almaq qərarına gəlmişdir. Bu məqsədlə Kənana yalandan tanışı olduğunu, qəbul vaxtını öyrənib ona məlumat verəcəyini, işə düzəlməsində köməklik edə biləciyini demiş, Kənan maşınından düşərkən bir-birilərinə mobil nömrələrini vermişlər. Bir müddət gözlədikdən sonra Kənana zəng edib onu Dövlət Neft Şirkətində işə düzəldəcəyini demiş, lakin bilmədiyi səbəbdən sonuncu onun mobil nömrəsini telefonda bloka atmışdır. Bu səbəbdən o, başqa bir mobil nömrədən yenə də Kənana zəng etmiş, lakin sonuncu onunla danışmaq istəməmişdir. Qısa müddət sonra bir nəfər ***- ***-**-** saylı mobil nömrədən istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edib Kənanın atası Hamlet olduğunu demiş, söhbət zamanı sonuncuya da tanışları olduğunu yalandan deyib oğlu X17 Şirkətində işə düzəltdirə biləcəyini bildirmişdir. Sonra Hamlet onunla görüşməyə razılaşmış və o, N22-ci ilin mart ayının əvvəllərində Hamletin dəvəti ilə sonuncunun yaşadığı Hacıqabul rayonunun Atbulaq kəndinə getmişdir. Görüşdükləri zaman Hamletə xətrini çox istədiyi üçün oğlu Kənana köməklik etmək istədiyini, məqsədinin cavan oğlan olan Kənanın dövlət işində işləməsinə köməklik etmək olduğunu, bu işi Dövlət Neft Şirkətində işləyən tanışlarının vasitəsi ilə edəcəyini, bu işin qiymətinin 5-N min manat olduğunu, lakin Kənanın xətrinə bu işi 4000 manat pulun müqabilində həll edəcəyini, həmin pulun müqabilində X17 Şirkətinin Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəldəcəyini yalandan demişdir. Hamlet ona razı olduğunu bildirib əlaqə saxlayacağını demişdir. Sonrakı telefon danışığı zamanı tam inanması üçün Hamletə oğlu Kənanın 3x4 ölçüdə olan 4 ədəd şəklini, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq və yaşayış yerindən ailə tərkibi haqqında arayışlar alıb saxlamasını demişdir. Bundan bir neçə gün sonra, N22-ci ilin mart ayının əvvəllərində Hamletlə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında təklikdə görüşmüş və həmin vaxt Hamlet ona qeyd edilən sənədləri və 4000 (dörd min) manat pulu vermişdir. Hamletə N22-ci ilin may ayına kimi oğlu Kənanın işə başlayacağına yalandan vəd vermiş, lakin sonuncudan 4000 manat pul alması barədə kiməsə nəsə deməmiş, bununla bağlı kiməsə hər hansı bir formada müraciət etməmiş, pul və ya digər maddi nemət verməmiş, təklif etməmiş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 adlı şəxsləri tanımamış, onlara qarşı hansısa qanunsuz əməl törətməmişdir. Zərərçəkmiş şəxs3 oğlu Kənanı işə düzəltməyi üçün ona verdiyi 4000 manat puldan savayı, başqa pul, o cümlədən Zərərçəkmiş şəxs4 və ya Zərərçəkmiş şəxs5 aid hər hansı bir pul verməmişdir. O, törətdiyi cinayət əməllərindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə orta məktəbdə bir sinifdə oxuduğu üçün aralarında normal münasibət olmuşdur. N16-cı ildə onun kiçik qardaşı Şahid2 işsiz olduğundan o, qardaşı X11 Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəltmək fikrində olmuş, sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs də Daxili Qoşunların Bakı şəhəri Babək prospekti ərazisində yerləşən N nömrəli hərbi hissəsində müdddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətdə olduğundan sonuncudan məsləhət almaq qərarına gəlmişdir. Bu səbəbdən Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun qaydaları və tələb edilən sənədlərin siyahısını öyrənmək üçün N16-cı ilin may ayının əvvəllərində Elçinə zəng vurmuşdur. Elçin ona Daxili Qoşunlara bir neçə adam işə düzəltdiyini və qardaşı Ramili də düzəldə biləcəyini deyib, Ramilin hərbi biletini gətirərək onunla görüşməyini bildirmişdir. Təxminən 2 gün sonra günorta saatlarında Elçin ona zəng vuraraq rəislə Ramilin işini danışdığını, rəisin də Ramilin hərbi biletinin və atestatını istədiyini, həmin gün axşam saatlarında onunla görüşüb həmin sənədləri verməyini demişdir. Bundan sonra o, Elçinlə sonuncunun kirayə yaşadığı, Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən mənzildə görüşmüşlər. Söhbət zamanı Elçin bu işin pul müqabilində düzələcəyini, başqaları üçün qiymətin N manata başa gəldiyini, lakin dost olduqları üçün qardaşı Ramilin işini rəisi ilə N00 manata danışdığını demişdir. Elçinə N00 manat pulu olmadığını, ***-**** manat əvvəlcə düzəldib verəcəyini, pulun qalan hissəsini isə Ramil işə düzəldikdən sonra verə biləcəyini demişdir. Elçin ona bu barədə rəisə bildirib məlumat verəcəyini demişdir. Təxminən 2-3 gün sonra N16-cı ilin may ayının əvvəllərində axşam saatlarında Elçin ona zəng vurub görüşmək istədiyini demiş və onlar Zabrat qəsəbəsində görüşmüşlər. Görüş zamanı Elçin ona rəisin pulu istədiyini, heç olmasa pulun N00 manatını verməli olduğunu demişdir. Elçinə pulunun olmadığını bildirib, yaxın günlərdə ona xəbər edəcəyini demişdir. Təxminən 3-4 gün sonra N16-cı ilin may ayının ortalarında günorta saat 14 radələrində Elçinlə Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən N nömrəli hərbi hissənin qarşısında görüşüb N00 (min) manat pulu təklikdə ona vermiş, Elçin pulu alıb hərbi hissəyə daxil olmuşdur. Bundan bir neçə gün sonra, N16-cı ilin may ayının ortalarında Elçin ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazıb bir neçə sənəd adı qeyd edərək həmin sənədləri Ramilin toplayıb hazır saxlamasını demişdir. Bir neçə gündən sonra Elçinə zəng vurub Ramilin sənədləri hazır etdiyini dedikdə, o, həmin sənədləri Daxili Qoşunların Baş İdarəsinə təqdim etmələrini, Ramilin işinin yaxın vaxtlarda həll olunacağını demişdir. N16-cı ilin may ayının sonlarında Elçin ona zəng vurub rəisin qalan pulu istədiyini demiş, o da Elçinə 500 manat pul verəcə biləcəyini bildirmişdir. Elçin də həmin pulu göndərməyimi dediyi üçün həmin pulu qardaşı Ramilə verib Elçinə çatdırmasını demişdir. Ramil də növbəti gün günorta saatlarında N nömrəli hərbi hissənin qarşısına gedərək orada həmin 500 manatı Elçinə vermişdir. Bir neçə gündən sonra X14 Baş İdarəsinə imtahana çağırılmış, imtahandan müsbət nəticə əldə etmişdir. Bundan bir neçə gün sonra, N16-cı ilin iyun ayının ortalarında Elçin ona zəng vuraraq rəisinin yerdə qalan 500 manatı da istədiyini demiş, o da Elçinə həmin pulun hazır olduğunu, lakin evdən çıxa bilmədiyini bildirmişdir. Elçin ona müalicədə olması səbəbindən özünün də gələ bilmədiyini bildirib, tanımadığı bir taksi sürücüsünü göndərib qeyd edilən 500 manatı həmin şəxsə verməyini demişdir. O da həmin pulu taksi sürücüsünə vermiş, qısa müddət sonra Elçin ona zəng edib 500 manatı sürücüdən aldığını bildirmişdir. Bundan bir müddət sonra, N16-cı ilin iyul ayının ortalarında Elçin ona zəng edib Ramilin hərbi həkim komissiyasından keçməli olduğunu bildirib, Baki metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda görüşmələrini demiş, o da Ramillə birlikdə həmin yerə getmişdir. Həmin vaxt Elçin ona Ramilin hərbi həkim komissiyasından keçirilməsi üçün tanıdığı həkimə N0 manat hörmət edəcəyini, həmin pulu verəcəyi halda Ramilin komissiyadan asanlıqla keçəcəyini, əks halda ona çətinlik yaradıla biləcəyini demişdir. Bu səbəbdən o, Elçinə N0 manat pul da vermişdir. N16-cı ilin iyul ayının sonlarında Ramil ona digər şəxslərin Daxili Qoşunlarda xidmətə qəbulla bağlı əmrlərinin gəldiyini, lakin onun əmrinin verilmədiyini bildirdiyindən zəng edib bu barədə Elçinə məlumat vermişdir. Elçin ona yaxın günlərdə Ramilin əmrinin veriləcəyini demiş, lakin bir neçə gün sonra Ramilin xidmətə qəbul edilmədiyini öyrənib Elçin tərəfindən aldadıldığını başa düşmüşdür. Elçinə zəng vuraraq bu barədə demiş və qardaşının xidmətə qəbul olunması ilə bağlı verdiyi, ümumilikdə 2N0 manat pulu geri tələb etmişdir. Elçin işin düzələcəyini bildirib, həmin pulu rəisinə verdiyini dedikdə, sonuncudan pulunu israrla geri istəmişdir. Elçin isə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaq istəməmiş, həmin ərəfələrdə Elçinin xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən azad edildiyini eşitmişdir. Sonradan Elçin onun zənglərinə cavab verməmiş, mobil nömrəsini dəyişmişdir. Lakin o, Elçindən əl çəkməmiş, qohum və tanışları vasitəsi ilə pulunu geri tələb etməyə davam etmiş, bu səbəbdən bir müddət sonra Elçin məcbur olub, aldadaraq ondan aldığı 2N0 (iki min yüz) manat pulu tam şəkildə geri qaytarmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs N15-ci ilin sentyabr ayının ortalarında onun xalası qızı Gülbaharla ailə qurmuş, bu səbəbdən aralarında qohumluq münasibəti olmaqla, əvvəllər münasibətləri normal olmuşdur. Elçin onun xalası qızı ilə ailə qurduqdan bir neçə ay sonra Bakı şəhərində yaşamağa başlamışlar. Gənc ailə olduqlarından və qohumluq münasibətləri yarandığından tez-tez onlara qonaq gəlmişdir. N16-cı ildən başlayaraq onun maddi çətinlikləri yaranmış, bu səbəbdən N16-cı ilin avqust ayında mərhum atasının ona hədiyyə etdiyi, Bilgəh kəndi ərazisində yerləşən bağ evini satmışdır. Həmin vaxt o, işləmədiyi üçün satdığı evin pulundan qalan pulla hansısa bir dövlət işinə düzəlmək istəmiş, bu arzusunu ailə üzvləri, qohumları arasında, o cümlədən Elçinin yanında danışmışdır. Həmin ərəfədə, yəni N16-cı ilin sentyabr ayının ortalarında Elçinlə söhbət edərkən sonuncu onu Daxili Qoşunların xidmət etdiyi hərbi hissəsində qeydiyyat şöbəsində çavuş kimi işə düzəldə biləcəyini demişdir. O, sevinərək Elçinə təşəkkür etmiş, Elçin rəisi ilə bu barədə danışacağını bildirib, ona dəqiq məlumat verəcəyini qeyd etmişdir. Növbəti gün Elçin yenidən onlara qonaq gəlib, ona xidmətə qəbul olunmağı barədə rəisi ilə danışdığını, qadınların Daxili Qoşunlarda xidmətə qəbulunun məhdud olduğunu, bu işin qiymətinin 5000 manat olduğunu, lakin qohum kimi ona hörmət etdiyi üçün onu N00 manat pulun müqabilində xidmətə qəbul etdirəcəyini demişdir. Elçindən işin necə olmasını soruşduqda, sonuncu ona maaşının 500- 600 manat olacağını, cari il ərzində əlavə pul mükafatları da alacağını bildirib, bu işi həll etmək üçün rəisindən çətinliklə razılıq aldığını demişdir. Valideynləri ilə məsləhətləşdikdən sonra Elçinə zəng edib onun təklifi ilə razı olduğunu bildirmişdir. Elçin ona diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərini hazırlamağı, 4 ədəd 3x4 ölçüdə şəkil çəkdirməyini və həmin sənədləri dediyi N00 manat pulla birlikdə təcili olaraq ona verməyini tapşırmışdır. N16-cı ilin sentyabr ayının sonlarında Elçinlə telefonda danışıb Bakı metropoliteninin “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən parka görüşmək barədə razılaşmışlar. Orada ikisi təklikdə olarkən Elçinin dediyi sənədləri və N00 (iki min) manat pulu sonuncuya vermişdir. Elçin pulu aldıqdan sonra, ən geci altı ay ərzində xidmətə başlayacağıni demişdir. Bundan təxminən bir ay sonra zəng edib işi ilə maraqlanmağa başlamış, Elçin hər dəfəsində pulunu rəisinə verdiyi və rəisindən xəbər gözlədiyini demişdir. Həmin vaxt Elçindən rəisinin kim olmasını soruşmamış, sonuncu da ona bu barədə nəsə deməmişdir. Bundan təxminən altı ay keçdikdən sonra Elçinə tez-tez zəng edib işi ilə maraqlanmışdır. Elçin müxtəlif bəhanələr gətirib yaxın vaxtlarda xidmətə başlayacağını demişdir. Bu səbəbdən Elçinin onu aldatdığını başa düşüb israrla pulumu geri istəməyə başlamışdır. Elçin yenə də müxtəlif bəhanələr gətirdiyindən, sonuncuya bu hadisə barədə qohumları arasında danışacağını, eləcə də ondan şikayət edəcəyini demişdir. Bundan bir müddət sonra, N17-ci ilin yaz aylarında Elçin onun pulunu tam şəkildə geri qaytarmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını və həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ifadə verib göstərdi ki, o, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, “Socar “Azneft” istehsalat birliyi 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsində sementləyici aqreqat motorçu işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onun oğlu Kənan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Araz” marketdə satıcı işləmişdir. N22-ci ilin fevral ayının əvvəllərində Kənan işdən çıxaraq yoldan keçən taksi kimi fəaliyyət göstərən avtomobilə əyləşmişdir. Həmin avtomobilin sürücüsü özünü Elçin kimi tanıtmışdır. Yolda olan zaman Elçin Kənandan harada işləməsini soruşmuş və oğlu Elçinə marketdə işlədiyini bilmişdir. Elçin Kənana yüksək vəzifədə işləyən tanışları olduğunu və onu işə düzəldə biləcəyini demişdir. Söhbət zamanı Elçin öz nömrəsini Kənana vermiş və onun da nömrəsini götürmüşdür. Kənan evə gəldikdən sonra Elçin zəng etməyə başlamış, Kənan da Elçinin hərəkətlərindən şübhələnib ona işə düzəlmək üçün pul verə biləməyəcəklərini deyib onun nömrəsini qara siyahıya atmışdır. Elçin Kənana başqa nömrədən zəng edərək, pul istəmədiyini yaxşılıq etmək istədiyini demişdir. Kənan ona zəng edərək, hadisəni danışıb Elçinin mobil nömrəsini ona göndərmişdir. O da Elçinə zəng etmişdir. Söhbət zamanı Elçin ona Kənana köməklik etmək istədiyini bildirib, Azərbaycan Respublikası Neft Şirkətində-Socar tanışları olduğunu demişdir. Elçinə işdə olduğunu və bir iki günə gəlib onunla görüşəcəyini demişdir. N22-ci ilin mart ayının əvvəllərində Elçin yaşadığı Hacıqabul rayonu, Atbulaq kəndinə gəlib onunla görüşmüşdür. Görüş zamanı Elçin ona yenə də Kənana köməklik etmək istədiyini, buna görə gəldiyini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində-Socar tanışları olduğunu və Kənanı “Socar”ın Bakı metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında olan filialına işə düzəldəcəyini demişdir. Elçin başqa tanışları varsa onlara da köməklik edə biləcəyini demişdir. Həmin vaxt ağlına Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 adlı tanışları gəlmiş, onlar barədə də Elçinə demişdir. Elçindən bunun müqabilində nə qədər pul verməli olduğunu soruşmuş, sonuncu ona hər bir adamı N.000 manata işə düzəltdiyini, hər biri üçün 4000 manat olmaqla ilkin 1N00 manat verməli olduqlarını, işə çıxdıqdan sonra qalan 6.000 manatı verəcəklərini demişdir. Elçinə razı olduğunu bildirib, yenidən əlaqə saxlayacağını demişdir. Bundan sonra o, Yasin və İmrana bu barədə danışmış, sonuncular onun sözlərinə əsasən Elçinə inanıb onlara da köməklik etməyini xahiş etmişlər. N22-ci ilin mart ayının əvvəllərində Elçinə zəng edərək, hansı sənədlərin lazım olduğunu soruşmuş, sonuncu ona şəkil, şəxsiyyət vəsiqənin surəti, sağlamlıq və yaşayış yeri haqqında arayışları alıb ona gətirməyini demişdir. N22-ci ilin mart ayının əvvəllərində saat 12 radələrində Elçinlə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında sonuncunun idarə etdiyi avtomobilin içərisində görüşmüş, həmin vaxt qeyd edilən sənədləri 4000 manat pulla birlikdə Elçinə vermişdir. N22-ci ilin mart ayının ortalarında isə İmranın kürəkəninin sənədlərini və 4000 manat pulu gətirib ona vermiş, o da Elçinlə danışıb yenə də N22-ci ilin mart ayının ortalarında saat 16 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında sonuncunun idarə etdiyi avtomobilin içərisində qeyd edilən sənədləri 4000 manat pulla birlikdə Elçinə vermişdir. Bundan sonra Yasin ona zəng edib, oğlunu işə düzəltmək üçün lazım olan 4000 manat pulun və sənədlərin hazır olduğunu demiş, qısa müddət sonra, yəni N22-ci ilin mart ayının ortalarında ona vermişdir. O da N22-ci ilin mart ayının ortalarında saat 13 radələrində “Binə” ticarət mərkəzinin qarşısında sonuncunun idarə etdiyi avtomobildə həmin sənədləri 4000 manat pulla birlikdə Elçinə vermişdir. Elçin ona N22-ci ilin may ayına kimi uşaqların işə çıxacağını demiş, o, həmin müddət ərzində mütəmadi olaraq Elçinlə danışmış, telefon danışıqları zamanı hər dəfə Elçin ona heç bir problem olmayacağını bildirmişdir. N22-ci ilin may ayının əvvəllərində o, Elçinə nə qədər zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Bu səbəbdən Elçinin onu aldatdığını başa düşmüş və ondan verdiyi pulları geri tələb etmişdir. Elçin isə hər dəfə müxtəlif bəhanələr gətirmiş, nəhayət onunla bütün əlaqəsini kəsmişdir. Bu səbədən Elçinin barəsində şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş 4000 manat maddi ziyandan təqsirləndirilən şəxsin atası tərəfindən 600 manat pul ödənilmiş, lakin 3400 manat ödənilməmiş qalmışdır. Elçin Quliyev tərəfindən ona vurulmuş 3400 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla arasında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs3 Şıxəli oğlunu təxminən N ildir ki, tanıyır, sonuncu ilə yaxın münasibəti olmuşdur. N22-ci ilin mart ayının əvvəllərində o, Hamlet və Zərərçəkmiş şəxs5 adlı ümumi tanışları görüşüb söhbət edən zaman Hamletin oğlu Kənanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində-Socara işə düzəldəcəyini öyrənmişdir. O, bu barədə Hamletdən soruşan zaman sonuncu ona Elçin adlı şəxslə tanış olduğunu və Elçinin vasitəsi ilə bu məsələni həll edəcəyini demişdir. Həmin vaxtlar onun kürəkəni işsiz olduğundan iş axtarmışdır. Bu səbəbdən o, Hamletdən tanışı Elçinin onun kürəkəninə də iş tapmaqda köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Hamlet də onun sözünə görə Elçinlə danışmış, Elçin Hamletə köməkilk edə biləcəyini demişdir. Həmçinin Yasin də Hamletdən xahiş edib, onun da oğlunu işə düzəldilməsinə köməklik etməsini xahiş etmişdir. Hamlet Elçinə bunun müqabilində hər bir adamı N.000 manata işə düzəltdiyini, hər biri üçün 4000 manat olmaqla ilkin 1N00 manat vermələrini, işə çıxdıqdan sonra hər biri qalan 6.000 manatı da verməli olduqlarını demişdir. Bir neçə gün sonra Elçin Hamletə “Socar”da işə düzələcək şəxslərin şəkil, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq və yaşayış yeri haqqında arayışları alıb hazır etmələrini demişdir. Buna görə də o, həmin sənədləri hazırlayıb, 4000 manat pul ilə birlikdə N22-ci ilin mart ayında Hamletə vermişdir. Bir neçə gün sonra Hamlet ona zəng edərək, pulu və sənədləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Elçinə verməsi barədə məlumat vermişdir. Daha sonra Hamlet onunla və Yasinlə görüşərək, Elçinin onu aldatdığını, pullarını ələ keçirdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş 4000 manat maddi ziyan ödənilmədən qalmışdır. Elçin Quliyev tərəfindən ona vurulmuş 4000 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla arasında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs3 Şıxəli oğlunu təxminən 17 ildir ki, tanıyır, sonuncu ilə yaxın münasibəti olmuşdur. N22-ci ilin mart ayının əvvəllərində o, Hamlet və Zərərçəkmiş şəxs4 adlı ümumi tanışları görüşüb söhbət edən zaman Hamletin oğlu Kənanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində-Socara işə düzəldəcəyini öyrənmişdir. O, bu barədə Hamletdən soruşan zaman sonuncu ona Elçin adlı şəxslə tanış olduğunu və Elçinin vasitəsi ilə bu məsələni həll edəcəyini demişdir. Həmin vaxtlar onun oğlu işsiz olduğundan iş axtarmışdır. Bu səbəbdən o, Hamletdən tanışı Elçinin onun oğluna da iş tapmaqda köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Hamlet də onun sözünə görə Elçinlə danışmış, Elçin Hamletə köməkilk edə biləcəyini demişdir. Habelə İmran da Hamletdən xahiş edib, onun kürəkəninin işə düzəldilməsinə köməklik etməsini xahiş etmişdir. Hamlet Elçinə bunun müqabilində hər bir adamı N.000 manata işə düzəltdiyini, hər biri üçün 4000 manat olmaqla ilkin 1N00 manat vermələrini, işə çıxdıqdan sonra hər biri qalan 6.000 manatı da verməli olduqlarını demişdir. Bir neçə gün sonra Elçin Hamletə “Socar”da işə düzələcək şəxslərin şəkil, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq və yaşayış yeri haqqında arayışları alıb hazır etmələrini demişdir. Buna görə də o, həmin sənədləri hazırlayıb, 4000 manat pul ilə birlikdə N22-ci ilin mart ayında Hamletə vermişdir. Bir neçə gün sonra Hamlet ona zəng edərək, pulu və sənədləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Elçinə verməsi barədə məlumat vermişdir. Daha sonra Hamlet onunla və İmranla görüşərək, Elçinin onu aldatdığını, pullarını ələ keçirdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş 4000 manat maddi ziyan ödənilmədən qalmışdır. Elçin Quliyev tərəfindən ona vurulmuş 4000 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. N22-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Araz” marketdə satıcı işləyirdi. İşdən çıxdıqdan sonra oradan keçən avtomobillərlə evə gedirmiş. Təxminən N22-ci ilin fevral ayının əvvəllərində işdən çıxaraq yoldan keçən taksi kimi fəaliyyət göstərən avtomobilə əyləşmişdir. Həmin avtomobilin sürücüsü özünü Elçin kimi tanıtmışdır. Yolda olan zaman Elçin ondan harada işlədiyini soruşmuş, o isə cavabında marketdə satıcı işlədiyini bildirmişdir. Elçin ona yüksək vəzifədə işləyən tanışlarının olduğunu və onu işə düzəldə biləcəyini demişdir. O, işə düzəlmək üçün pulunun olmadığını, Elçin isə təkidlə köməklik etmək istədiyini bildirmişdir. Söhbət zamanı Elşin ona mobil nömrəsini vermiş, onun da nömrəsini götürmüşdür. O, evə gəldikdən sonra Elçin ona zəng etməyə başlamış, Elçinin hərəkətlərindən şübhələnib ona işə düzəlmək üçün pul verə bilməyəcəklərini deyib Elçinin nömrəsini qara siyahıya atmışdır. Elçin ona başqa nömrədən zəng edərək, onun nömrəsini niyə qara siyahıya əlavə etdiyini, pul istəmədiyini, sadəcə yaxşılıq etmək istədiyini demişdir. O da Elçinə onun nömrəsini atasına verəcəyini və onunla danışmasını demişdir. O atası Zərərçəkmiş şəxs3 zəng edərək, hadisəni danışmış və Elçinin nömrəsini ona vermişdir. Daha sonra atası Elçinlə danışmış və onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində- Socara işə düzəltmək barədə razılaşmışdırlar. Həmçinin Elçin atasının tanışları İmran və Yasinə də oğlu və yeznəsini işə düzəltmək barədə söz vermişdir. Elçin atasını aldadaraq ondan 4000 manat, atası Zərərçəkmiş şəxs3 vasitəsi ilə İmran və Yasinin də hər birindən 4000 manat almışır. Həmin pulları atası N22-ci ilin mart ayı ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Elçinlə görüşərək vermişdir. N22-ci ilin may ayının əvvəllərində atası Elçinə nə qədər zəng etsə də, Elçin Zərərçəkmiş şəxs3 telefonlarına cavab verməməyə başlamışdır. Onlar artıq Elçinin onları aldatdığını başa düşmüş və ondan pulu qaytarmasını tələb etməyə başlamışdırlar. Elçin isə hər dəfə müxtəlif bəhanələr gətirməyə başladı sonra isə onlarla bütün əlqələrini kəsmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Şahid2 qardaşı Zərərçəkmiş şəxs1 ilə analoji məzmunda ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Qaradağ RPİ-nin N-cu polis bölməsinin rəisinə ünvanladığı xx.xx.N22-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun oğlu Kənanı və əlavə olaraq iki nəfəri işə düzəltmək adı ilə aldadaraq ondan ümumilikdə 1N00 (on iki min) manat məbləğində pul almışdır. xx.xx.N23-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs onu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyi adı ilə aldadaraq ondan N00 manat pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.N23-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs onu oğlunu “Socar”da işə düzəltdirəcəyi adı ilə aldadaraq ondan 4000 manat pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.N23-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs kürəkənini “Socar”da işə düzəltdirəcəyi adı ilə onu tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə aldadaraq ondan 4000 manat pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.N23-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs onun oğlunu “Socar”da işə düzəltdirəcəyi adı ilə onu tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə aldadaraq ondan 4000 manat pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. xx.xx.N23-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs onun qardaşını müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirəcəyi adı ilə aldadaraq ondan 2N0 manat pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. "xxxx" MMC-dən prokurorluğa daxil olmuş kompakt diskə baxış keçirilmiş, nəticədə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefondan xx.xx.N16-cı il tarixdə saat 13:23-də 59 saniyə, xx.xx.N16-cı il tarixdə saat 23:37-də 137 saniyə, xx.xx.N16-cı il tarixdə saat 23:44-də 19 saniyə, xx.xx.N16-cı il tarixdə saat 19:01-də 30 saniyə, xx.xx.N16-cı il tarixdə saat 15:19-da 34 saniyə, xx.xx.N16-cı il tarixdə saat 17:50-də 33 saniyə, xx.xx.N16-cı il tarixdə saat 15:37-də 9 saniyə, xx.xx.N16-cı il tarixdə saat 9:53-də 33 saniyə, xx.xx.N16-cı il l tarixdə saat N:48-də 62 saniyə, saat 12:13-də 31 saniyə, saat 13:01- də 13 saniyə, saat 13:03-də 32 saniyə, saat 13:09-da 55 saniyə danışıq apardığı, xx.xx.N16-cı il tarixdə saat 23:55-də, xx.xx.N16-cı il tarixdə saat 9:52, 9:53, 9:59, N:35, 14:41, 14:51, xx.xx.N16-cı il tarixdə saat 9:42-də SMS yazıldığı, saat N:01- də 11 saniyə, N:02-də 19 saniyə, N:32-də 46 saniyə danışıq apardığı, saat 11:46, 11:50, ll:53-də SMS yazdığı, saat 13:02-də 22 saniyə danışıq apardığı, tarixdə saat 15:02, 15:03, 15:13, 15:17, 15:18, 15:N, 15:22, 15523, 15:25, 15:27, 15:56, 15:57, 16:05, 16:07, 16:09, 16:12, 16:14, 16:36, 16:37-də SMS yazdığı, 16:57-də 15 saniyə danışıq apardığı, saat 19:06-da SMS yazdığı, xx.xx.N16-cı il tarixdə saat 13:40, 14:50, 14:51, 14:53, 17:22, 18:00, 18:07, 18:08, 18:11, 18:19, 18:N, 18:21, 18:23, 18:25, 18:57, N:30-da, xx.xx.N16-cı il tarixdə saat N:48, N:51, 13:N, 13:36-da SMS yazdığı, 09.07,N16-cı il tarixdə saat 9:44-də 47 saniyə danışıq apardığı, xx.xx.N16-cı il tarixdə saat 13:42, 13:44, xx.xx.N16-cı il tarixdə saat N:49, 11:00, 11:03, 11:11, ll:32-da, xx.xx.N16cı il tarixdə saat 14:08, 17:18, 17:19-də, xx.xx.N16-cı il tarixdə saat 11:30, 17:08, 17:15-də SMS yazdığı, saat 17:28-də, 19:49-da 18 saniyə, saat N:34-də 23 saniyə danışıq apardığı, saat 23:14, 23:48-də, xx.xx.N16-cı il tarixdə saat 11:54, 11:55, 15:47, 18:03, 18:11-də SMS yazdığı, saat 18:32-də 53 saniyə, xx.xx.N16-cı il tarixdə saat 19:05-də 58 saniyə, xx.xx.N16-cı il tarixdə saat ll:38-də 53 saniyə, xx.xx.N16-cı il tarixdə saat 19:33-də 4 və 148 saniyə, saat 19:36-da 151 saniyə, saat 19:39-da 274 saniyə, saat N:00-da 32 saniyə, xx.xx.N16-cı il tarixdə saat 12:09-da 66 saniyə, saat 12:15-də 19 saniyə, saat 12:44- də 38 saniyə, saat 15:52-də 38 saniyə müddətinə danışıqlar aparmışdır. Təqsirləndirilən şəxs qeyd olunan nömrəsindən xaric olan zənglərin siyahısına baxış keçirildikdə məlum olur ki, Zərərçəkmiş şəxs1 050 ***-**-** saylı mobil telefon nömrəsinə çox sayda zənglər edilərək danışıqlar aparılmış və SMS mətnləri yazılmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrəyə xx.xx.N16 N:41-də 13 saniyə, xx.xx.N16 12:49-də 11 saniyə, saat 13:02- də 16 saniyə, 22:47-də 31 saniyə müddətində danışıq aparmışdır. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.N17-ci il tarixli 238-575-N17 nömrəli məktubundan müəyyən olunur ki, X12 N15-N16-cı illər ərzində DİN-in Tibb İdarəsinin hospitalına müraciət etməmiş və qeydiyyata alınmamışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N12-ci il tarixli 99 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, X3 xx.xx.N12-ci il tarixli 14ş/h nömrəli əmrinə əsasən “kiçik çavuş” hərbi rütbəsi verilmiş Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N15-ci il tarixli 242 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, hərbi hissənin 1-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunda 1-ci yarımqrup komandiri, baş çavuş Təqsirləndirilən şəxs həmin tarixdə vəzifəsindən azad edilərək hərbi hissənin 1-ci xüsusi vasitələrin tətbiqi dəstəsində 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin manevr qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N16-cı il tarixli N1 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, baş çavuş Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı madddəsinin “e” bəndinə əsasən, yəni ximdəti uyğunsuzluğa görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminat növlərindən çıxarılaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.N22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-T serialı 226174 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.N17-ci il təvəllüdlü X5) övladı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında qismən etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, iş materialları, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N15-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərinin edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 178.2.2 və 178.2.3-cü maddəsi az ağır cinayətlər təsnifatına aiddir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarını, cəzasını ağırlaşdıran halların olmamasını, işin digər mühüm hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 fevral N23cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Məhkəmə heyəti gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N03-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N06-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N15-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 fevral N23-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməsi hüquqlarının olaması izah edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar