Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-138/2023 28.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «ALYANS» vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Mahmudlu stansiyası ünvanında qeydiyyatda olmaqla ünvan 2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə tağımının xüsusi mühafizə manqasının mühafizəçisi vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin fevral ayında xidmətdə yol verdiyi nöqsanlara görə ona iradını bildirmiş və intizam qaydasında cəzalandırılmasına səbəb olmuş, hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsi rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsində xidmət edən, mayor Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar əldə edərək hərbi hissədə onu nüfuzdan salması üçün aralarında sevgi münasibətləri olan Şahid1 Zərərçəkmiş şəxsla telefon vasitəsilə əlaqə saxlayıb, videogörüntülü danışaraq intim məzmunlu söhbətlər etməsini, danışıq zamanı sonuncuya əynində olan paltarları soyunmasını, cinsi orqanını göstərməsini deməyini, bunları etdiyi zaman baş verənləri qeydə alınmasını istəmiş və Şahid1 buna razılıq vermişdir. Təqsirləndirilən şəxs qurduğu plana əsasən Şahid1 22 fevral 2022-ci il tarixdə sonuncunun adına olan və özünün istifadə etdiyi, Bakcel mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib, yalandan bir qədər əvvəl həmin nömrədən özünün mobil telefonuna zəng edildiyini deyərək Zərərçəkmiş şəxsun onunla danışmasına, eləcə də tanış olmasına nail olmuş və tanış olan zaman o, özü haqqında yanlış məlumat verərək, guya Bakı şəhərində yerləşən hansısa xəstəxanada tibb bacısı işlədiyini bildirmişdir. Aralarında səmimi münasibət yarandıqdan sonra Şahid1 24 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs mobil telefonuna votsap proqramı vasitəsilə videogörüntülü zəng edərək, onunla cinsi əlaqədə olmaqla bağlı söhbət aparmış, həmin danışıq zamanı polkovnik-leytenant Zərərçəkmiş şəxs Şahid1 istəyi ilə əynində olan paltarlarını soyunaraq, cinsi orqanını göstərmiş və bu zaman sonuncunun yanında olan, Sona adlı tanışı ona məxsus başqa bir mobil telefonla videoçəkiliş aparararaq Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə olmasını, cinsi orqanını göstərməsini qeydə almışdır. Səhəri gün, yəni 25 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əvvəlcə Bakı şəhərində yerləşən taksafon telefonu, ardınca isə adına olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb, özündə Şahid1 ilə 24 fevral 2022-ci il tarixdə videogörüntülü danışan zaman paltarlarını soyunaraq cinsi orqanını göstərməsinə dair videogörüntü olduğunu deyib, qeyd edilən videogörüntünü sosial şəbəkədə yayacağını bildirərək qorxutmuş, qorxduğuna əmin olduqdan, həmçinin Zərərçəkmiş şəxs qeyd edilən videogörüntünü yaymaması müqabilində nə istəməsini soruşmasından sonra ondan hədəqorxu ilə pul tələb edib almaq qərarına gələrək, həmin videogörüntünü yaymaması müqabilində Zərərçəkmiş şəxs 2000 (iki min) manat məbləğində pul tələb etmiş və bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, N nömrəli hərbi hissənin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə tağımının xüsusi mühafizə manqasının mühafizəçisi vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin təxminən fevral ayının ortalarında qadağan olunmasına baxmayaraq onun hərbi hissədə smartfon tipli mobil telefon istifadə etməsi, həmçinin patrul rəisi xidmətində olan zaman yatması hərbi hissə üzrə cavabdeh olan mayor Zərərçəkmiş şəxs tərəfindən aşkar edilmiş və sonuncu səhəri gün bu barədə mühafizə taborunun komandiri, mayor Samiq Məmmədova məlumat verdiyi üçün mayor S.Məmmədov onu intizam qaydasında cəzalandırıb töhmət verərək, xidmətdən kənarlaşdırmışdır. Hərbi hissənin digər hərbi qulluqçulardan fərqli olaraq xidmətə təyin olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları növbəni təhvil verdikdən sonra növbəti gün xidmətdən azad olunduqları üçün xidmətdən kənarladırılması ona pis təsir etmiş və buna mayor Zərərçəkmiş şəxs səbəb olduğu üçün sonuncudan qisas almaq qərarına gəlmişdir. O, bu barədə bir qədər düşündükdən sonra aralarında sevgi münasibətləri olan, 2014-cü ildən tanıdığı Şahid1 ilə mayor Zərərçəkmiş şəxs videogörüntülü danışdıraraq, Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə videogörüntüsünü qeydə almaq, həmçinin daha sonra qeydə alınmış videogörüntünü sonuncunun mobil telefonuna göndərməklə hərbi hissədə belə bir videogörüntünün olması məlumatını yaymağı planlaşdırmış və həmin vaxt Şahid1 onun planı ilə razılaşmışdır. O, mayor Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə olan videogörüntüsünü qeydə almağı planşadırsa da Zərərçəkmiş şəxs bu məqsədlə pul almaq barədə fikirləşməmiş və məqsədi cəzalandırılmasına səbəb olduğu üçün ondan qisas almaq olmuşdur. Şahid1 onun təklifini qəbul etdiyi üçün o, əlaqə saxlaması üçün mayor Zərərçəkmiş şəxs mobil telefonunun nömrəsini demiş və bundan sonra Şahid1 istifadə etdiyi, onun adına olan Bakcel mobil operatoruna məxsus nömrə ilə Zərərçəkmiş şəxs mobil telefonuna zəng vuraraq tanış olmuşdur. Tanış olduqdan iki gün sonra Şahid1 onun mobil telefonuna zəng vuraraq, Zərərçəkmiş şəxsla videogörüntülü danışan zaman soyunmasını, cinsi orqanını göstərməsini istədiyi üçün sonuncunun bunları etdiyini, özünün isə baş verənləri başqa bir mobil telefonla qeydə aldığını demiş və qeydə aldığı videonu onun mobil telefonuna göndərmişdir. O, Şahid1 göndərdiyi videoya baxan zaman həqiqətən mayor Zərərçəkmiş şəxs videogörüntülü danışıq zamanı əynində olan paltarları soyunduğunu, cinsi orqanını göstərdiyini görmüş və həmin videogörüntünün necə qeydə alınmasını soruşduqda Şahid1 videogörüntünü tanışı olan bir qızın ona məxsus başqa mobil telefonla qeydə aldığını demişdir. O, mayor Zərərçəkmiş şəxs barəsində videogörüntü olduğunu bildikdən sonra Şahid1 ilə əlaqə saxlayacağını başa düşdüyü üçün üzərində sonuncunun Zərərçəkmiş şəxsla əlaqə saxladığı nömrənin olduğu mobil telefonu götürmüş və növbəti gün Bakı şəhərində 28 May adlanan ərazidə yerləşən taksafon telefonu vasitəsilə mayor Zərərçəkmiş şəxs mobil telefonuna zəng vuraraq barəsində videogörüntü olduğunu demişdir. Mayor Zərərçəkmiş şəxs barəsində videogörüntü olduğunu eşidib dərhal telefonu söndürdüyü üçün o, çox danışa bilməmiş və bir qədər sonra Şahid1 mobil telefonuna mesaj göndərdiyini görüb, həmin mobil telefonla yenidən zəng etmişdir. Aralarındakı telefon danışığı zamanı o, kim olması barədə məlumat verməyərək, mobil telefonunda çılpaq vəziyyətdə videogörüntülü danışmasına dair qeydə alınmış video olduğunu demiş və bu zaman mayor Zərərçəkmiş şəxs ondan nə istədiyini soruşmuşdur. O, mayor Zərərçəkmiş şəxs qorxduğunu başa düşdükdən sonra hədə-qorxu gələrək ondan pul almaq qərarına gəlmiş və buna görə də 2000 (iki min) manat məbləğində pul verməyəcəyi təqdirdə barəsində olan videogörüntünü sosial şəbəkədə yayacağını demişdir. Mayor Zərərçəkmiş şəxs 2000 manat məbləğində pulunun olmadığını, ancaq 1000 manat pul verə biləcəyini dedikdə o, razılaşmış və pulu hazır etdikdən sonra necə göndərməli olduğunu deyəcəyini bildirmişdir. O, mayor Zərərçəkmiş şəxs pul istəyən zaman Şahid1 yanında olmamış və mobil telefonunu qaytaran zaman Şahid1 bu barədə ümumiyyətlə məlumat verməmişdir. Onun əsas məqsədi mayor Zərərçəkmiş şəxs hərbi hissədə rüsvay etmək olduğu üçün daha sonra hərbi hissənin hərbi qulluqçuları arasında mayor Zərərçəkmiş şəxs intim xarakterli videosunun olması barədə söhbətlər etməyə başlamış və hərbi qulluqçulara videonu kimin qeydə almasını bilmədiyini deyərək mobil telefonunda olan videogörüntünü heç kimə göstərməmişdir. Mayor Zərərçəkmiş şəxs sonrakı günlərdə zənglərinə cavab vermədiyi üçün o, videogörüntünü mobil telefonuna göndərmiş və həmin videogörüntünü hərbi hissənin komandir heyətinə göndərəcəyini desə də mayor Zərərçəkmiş şəxs onunla əlaqə saxlamayaraq, ona hər hansı bir məbləğdə pul verməmişdir. Mayor Zərərçəkmiş şəxs bir müddət sonra baş verənləri onun təşkil etdiyini bilib, yanına çağıraraq bu barədə söhbət etsə də o, bunları inkar etmiş və daha sonra sonuncu şikayət etdiyi üçün barəsində araşdırma aparılaraq cinayət işi başlanılmışdır. Hazırda əməlindən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, o, N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsi rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən 22 fevral 2022-ci il tarixdə saat N radələrində hərbi hissədə xidməti otağında olan zaman ***-***-**-** nömrəsindən onun ***-***-**-** nömrəli mobil telefonuna zəng daxil olmuş və telefona cavab verdikdə zəng edən şəxsin qadın olduğunu bilmişdir. Zəng edən şəxs bir qədər əvvəl mobil telefonuna onun nömrəsindən zəng edildiyini bildirdikdə o, özünün heç kimə zəng etmədiyini, lakin onun mobil telefonu ilə hansısa xidmət yoldaşının zəng edə biləcəyini demiş və daha sonra telefonu söndürmüşdür. Bir qədər sonra həmin nömrədən mobil telefonuna yenidən zəng daxil olmuş və zəng edən qadın cinsli şəxs bu dəfə onunla tanış olmaq istədiyini demişdir. Həmin vaxt o, qadının təklifini qəbul etmiş və sonuncu adını deyib, Bakıxanov qəsəbəsində yaşadığını, 28 May metrostansiyasının yaxınlığında yerləşən xəstəxanada tibb bacısı kimi çalışdığını desə də o, adını xatırlamamışdır. Onlar bir qədər danışdıqdan sonra aralarında səmimi ünsiyyət yaranmış və səhəri gün həmin qadın onun mobil telefonuna cinsi əlaqədə olmaqla bağlı mesajlar göndərmişdir. O, daxil olan mesajlara cavab verdiyi üçün daha sonra qadın mobil telefonuna zəng vurmuş və görüşmək istədiyini bildirdikdə o, işlərinin çox olması ilə əlaqədar görüşə bilməcəyini demişdir. Onun bu sözündən sonra həmin şəxs votsap proqramı vasitəsilə videogörüntülü danışmağı təklif etmiş, lakin smartfon tipli mobil telefonu yaşadığı evdə olduğu üçün o, həmin qadınla videogörüntülü danışa bilməmişdir. Həmin gün o, hərbi hissə üzrə cavabdeh olduğu üçün gecə hərbi hissədə qalmış və səhəri gün növbəni təhvil verib yaşadığı evə getdikdən sonra smartfon tipli mobil telefonu ilə əvvəlki gün danışdığı qadının ***-***-**-** nömrəli mobil telefonuna videogörüntülü zəng etmişdir. Həmin vaxt qadın onun zənginə cavab verməsə də bir qədər sonra özü zəng etmiş və bundan sonra onlar videogörüntülü danışmağa başlamışlar. Videogörüntülü danışan zaman o, qadını ilk dəfə görmüş və həmin vaxt danışdığı qadın intim məzmunlu söhbətlər edərək əynində olan paltarlarını soyunmağa başlamışdır. Daha sonra qadın ondan platarlarını soyunub, cinsi orqanını göstərməsini istədiyi üçün o, bunları etmiş və cinsi orqanını göstərdikdən sonra danışdığı qadın mobil telefonuna zəng gəldiyini deyərək telefonu söndürmüşdür. Bir qədər sonra həmin şəxs onun mobil telefonuna işinin olması, danışa bilməməsi, daha sonra zəng edəcəyi barədə mesaj göndərmiş və cinsi orqanını göstərdikdən sonra qadının telefonu söndürməsi onda şübhə yaratdığı üçün daha əlaqə saxlamamışdır. Səhəri gün, yəni 25 fevral 2022-ci il tarixdə saat 17 radələrində onun ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** nömrəli şəhər telefonundan zəng edilmiş və o, telefona cavab verdikdə zəng edənin kişi cinsli bir şəxs olduğunu bilmişdir. Həmin şəxs ona kim olduğunu deməyərək, sadəcə olaraq əlində onunla bağlı videogörüntü olduğunu demiş və o, əvvəlki gün çılpaq vəziyyətdə videogörüntülü danışması barədə qeydə alınmış video olduğunu başa düşdüyü üçün heç bir söz demədən dərhal telefonu söndürmüşdür. Bir neçə dəqiqədən sonra o, bu barədə ətraflı məlumat əldə etməsi üçün ***-***-**-** nömrəli şəhər telefonuna zəng etsə də həmin nömrəyə zəng getməmiş və bundan sonra o, videogörüntülü danışdığı qadının zəng etdiyi ***-***-**-** nömrəsinə ona qarşı nə üçün belə hərəkət etməsinə dair mesaj göndərmişdir. O, mesaj göndərdikdən bir neçə dəqiqə sonra həmin nömrədən mobil telefonuna zəng edilmiş və zəng edən kişi cinsli şəxs ona “sən kimsən ki, hərbi hissədə camaatı incidirsən, 2-il əvvəl məni də incitmisən, əgər birdə kimisə incitsən videogörüntünü sosial şəbəkədə, xidmət etdiyin hərbi hissədə yayacam” ifadələrini işlədərək ona hədə-qorxu gəlməyə başlamışdır. O, telefonla danışdığı şəxsin kim olduğunu bilməsə də danışığından həmin şəxsin onu tanıyan, onunla eyni hərbi hissədə xidmət edən biri olduğunu başa düşmüş və nə istədiyini soruşduqda həmin şəxs 2000 (iki min) manat məbləğində pul verməyəcəyi təqdirdə çılpaq vəziyyətdə olan videosunu sosial şəbəkədə yayacağını bildirmişdir. O, qeyd edilən məbləğdə pulunun olmadığını, ancaq 1000 (min) manat pul verə biləcəyini dedikdə həmin şəxs razılaşmış və 24 saat ərzində pulu hazırlamasını, hazır etdikdən sonra pulu necə göndərməli olduğunu deyəcəyini bildirmişdir. O, telefonu söndürdükdən sonra qardaşı Seymur Kərimova zəng vurub 1000 manat pul istədiyi üçün sonuncu həmin məbləğdə pulu nə edəcəyini soruşmuş və o, əvvəlcə bildirməsə də daha sonra baş verənləri danışmışdır. Həmin vaxt qardaşı S.Kərimov heç kimə pul verməməsini, tanımadığı telefon nömrələrindən daxil olan zənglərə cavab verməməsini demiş və sonrakı günlərdə tanımadığı müxtəlif nömrələrdən zənglər edilsə də o, zənglərə cavab verməmişdir. O, daxil olan telefon zənglərinə cavab vermədiyi üçün daha sonra ***-***-**-** mobil nömrəsindən telefonuna 24 fevral 2022-ci il tarixdə çılpaq vəziyyətdə videogörüntülü danışan zaman qeydə alınmış videosunu göndərilmiş və videonu göndərən şəxs pulu verməyəcəyi təqdirdə həmin videonu hərbi hissənin komandir heyətinə göndərəcəyini bildirmişdir. Həmin vaxt o, bunlara əhəmiyyət verməmiş və bir müddət sonra hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid2 ona yaxınlaşıb, barəsində olan videogörüntüdən məlumatlı olduğunu deyərək, bu işin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən təşkil edildiyini bildirmişdir. O, maraqlandıqda bir neçə gün əvvəl patrul rəisi xidmətinə təyin edilmiş kiçik çavuş Təqsirləndirilən şəxs xidmət zamanı yatmasını yuxarı komandanlığıa bildirdiyi üçün Təqsirləndirilən şəxs ondan qisas alması üçün bunu etdiyini bilmiş və bu haqda söhbət etməsi üçün yanına çağırmışdır. Aralarındakı söhbət zamanı kiçik çavuş Təqsirləndirilən şəxs Şahid2 dediklərini inkar edib, bu işi özünün təşkil etmədiyini desə də o, Təqsirləndirilən şəxs sözlərinə inanmamış və utandığı üçün bu barədə hərbi hissə komandanlığına məruzə etməyərək, hansısa dövlət orqanına şikayətini bildirməmişdir. Bir müddət sonra, yəni 2022-ci ilin iyun ayında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları hərbi hissəyə gəlib ondan qeyd edilən hadisə barədə soruşduqları üçün o, şikayət etmək qərarına gəlmiş və şikayət ərizəsi yazdığı üçün araşdırma aparılmağa başlanılmışdır. Araşdırma zamanı onunla videogörüntülü danışan qadının zəng etdiyi ***-***-**-** nömrəsinin kiçik çavuş Təqsirləndirilən şəxs adına olduğu müəyyən edilmiş və araşdırma zamanı Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilərək götürülmüş şəkillər ona təqdim edildikdə o, 24 fevral 2022-ci il tarixdə videogörüntülü danışdığı qadının şəklini görüb dərhal tanımışdır. Araşdırma zamanı o, həmin qadının əvvəllər tanımadığı Şahid1 olduğunu bilmiş və bundan sonra kiçik çavuş Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Hazırda təqsirlənqdirilən şəxslə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təsirləndirilən şəxsin bağışlanmasını xahiş edir. Şahid N nömrəli hərbi hissənin mühafizə taborunun 1-ci mühafizə bölüyünün 2-ci tağımının 2-ci manqasının mühafizəçisi vəzifəsində xidmət edən, çavuş Şahid2 o, 26 fevral 2022-ci il tarixdə saat N radələrində hərbi hissənin ərazisində olan zaman xidmət yoldaşları kiçik çavuş Təqsirləndirilən şəxs, kiçik çavuş Şahid4 və çavuş Şahid3 siqaret çəkmək üçün təyin edilmiş yerdə olduqlarını görmüş və yanlarına getdikdə onların gülərək hərbi hissənin hərbi qulluqçusu, mayor Zərərçəkmiş şəxs danışdıqlarını bilmişdir. O, nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs mayor Zərərçəkmiş şəxs hansısa qadınla videogörüntülü danışan zaman soyunaraq cinsi orqanını göstərməsinə dair videonun yayıldığını demiş və söhbət zamanı orada olan hərbi qulluqçular bu barədə sadəcə olaraq eşitdiklərini desələr də bunu kimdən eşitdiklərini bildirməmişlər. Həmin vaxt o, adları qeyd olunan hərbi qulluqçulardan mayor Zərərçəkmiş şəxs barəsində qeydə alınmış videonu görüb-görməmələrini, mobil telefonlarında həmin videonun olub-olmamasını soruşmamış və həmin videonun yayılacağı təqdirdə hərbi hissənin nüfuzuna və hərbi qulluqçuların adına xələl gələcəyini deyib, videonu çəkən şəxsin ünvanına nalayiq söz işlədərək oradan ayrılmışdır. O, videonu çəkən, eləcə də yayan şəxsin ünvanına nalayiq söz işlətsə də yanında olan hərbi qulluqçular heç nə deməmiş, lakin buna baxmayaraq bir neçə gün əvvəl mayor Zərərçəkmiş şəxs patrul rəisi xidmətinə təyin edilən kiçik çavuş Təqsirləndirilən şəxs yatılı vəziyyətdə aşkar edib iradını bildirdiyi üçün Təqsirləndirilən şəxs onun yanında mayor Zərərçəkmiş şəxs arxasınca bunun əvəzini çıxacağına dair sözlər işlətməsinə, həmçinin videogörüntü barədə gülərək ətraflı danışmasına görə o, bu işin təşkilində kiçik çavuş Təqsirləndirilən şəxs şübhələnmişdir. Təxminən bir həftə sonra o, mayor Zərərçəkmiş şəxs hərbi hissədə fikirli halda olduğunu görmüş və yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncu hansısa bir qızla çıpaq vəziyyətdə videogörüntülü danışarkən özünün məlumatı olmadan bunun qeydə alındığını bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs tanımadığı nömrələrdən zəng edən şəxsin barəsində olan həmin videonu yaymaqla onu hədələdiyini demiş və həmin videonu yaymaması üçün ondan 2000 (iki min) manat məbləğində pul istədiyini bildirmişdir. Həmin vaxt o, mayor Zərərçəkmiş şəxs bu söhbəti kiçik çavuş Təqsirləndirilən şəxs eşitdiyni deyərək, yanına çağırıb bu barədə söhbət etməsini məsləhət görmüş və daha sonra Təqsirləndirilən şəxs yanına gedərək bu işin nəticələrinin yaxşı olmayacağını bildirmişdir. Bir müddət sonra mayor Zərərçəkmiş şəxs şikayət etdiyi üçün həmin faktla bağlı araşdırma aparılmağa başlanılmış və araşdırma zamanı etiraf etməsə də bu işin kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən təşkil edilməsi müəyyən edildiyi üçün barəsində cinayət işi başlanılmışdır. Şahid N nömrəli hərbi hissəsinin mühafizə taborunun 1-ci xüsusi mühafizə bölüyünün 1-ci tağımının 2-ci manqasında mühafizəçi vəzifəsində xidmət edən, çavuş Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci ilin təxminən fevral ayında o, bölük növbətçisi, çavuş Şahid3 tabor növbətçisi, kiçik çavuş Təqsirləndirilən şəxs isə patrul rəisi xidmətinə təyin edilmiş və həmin gün hərbi hissə üzrə cavabdeh mayor Zərərçəkmiş şəxs olmuşdur. Onlar həmin gün saat 18:00-da növbəni təhvil alaraq xidmət aparmağa başlamış və gecə saatlarında mayor Zərərçəkmiş şəxs xidmətə təyin olunan hərbi qulluqçuları bir neçə dəfə yoxlamağa gəlib kiçik çavuş Təqsirləndirilən şəxs yatmış vəziyyətdə aşkar etdiyi üçün ona iradını bildirmişdir. Mayor Zərərçəkmiş şəxs səhəri gün kiçik çavuş Təqsirləndirilən şəxs xidmət zamanı yatmış vəziyyətdə aşkar etməsini hərbi hissə komandanlığına məruzə etdiyi üçün mühafizə taborunun komandiri, mayor Samiq Məmmədov kiçik çavuş Təqsirləndirilən şəxs intizam qaydasında cəzalandırmış və onu daha xidmətə təyin etməyəcəyini deyərək, xidmətə təyin edilən hərbi qulluqçulardan fərqli olaraq gündəlik xidmət yerinə gəlməsini tapşırmışdır. Tabor komandiri mayor S.Məmmədovun kiçik çavuş Təqsirləndirilən şəxs xidmətdən kənarlaşdırması, ona gündəlik xidmət yerinə gəlməyini tapşırması sonuncunun xoşuna gəlməmiş və buna görə də mayor Zərərçəkmiş şəxs ona qarşı etdiklərindən narazı qalmışdır. Bu hadisədən bir neçə gün sonra, 2022-ci ilin təxminən fevral ayının sonlarında hərbi hissədə o, mayor Zərərçəkmiş şəxs hansısa qızla videogörüntülü danışan zaman soyunaraq, cinsi orqanını göstərməsinə dair qeydə alınmış videonun olması barədə söhbətlər eşitmiş və gedən söhbətlərdə bu işin kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən təşkil olunduğu deyilmişdir. O, bunu ilk kimdən eşitdiyini bilməmiş və çavuş Şahid3la birlikdə kiçik çavuş Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu bu işin onun tərəfindən təşkil edilibedilməməsi barədə konkret bir söz deməsə də mayor Zərərçəkmiş şəxs xidmət zamanı onu yatılı vəziyyətdə aşkar edib, tabor komandirinə bildirməsini nəzərdə tutaraq “o, bilmirdi ki, mənə qarşı elə hərəkət edəndə onun da axırı belə olacaq” demişdir. Kiçik çavuş Təqsirləndirilən şəxs bu sözündən sonra o, bu işin artıq onun tərəfindən təşkil edilməsinə əmin olmuş və hər ikisi kiçik çavuş Təqsirləndirilən şəxs iradını bildirərək bunun düzgün omadığını demişlər. Bir müddət sonra mayor Zərərçəkmiş şəxs bu hadisə ilə bağlı şikayətini bildirdiyi üçün araşdırma aparılmağa başlanılmış və araşdırma zamanı bunun kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən təşkil edilməsi, həmçinin sonuncunun qeyd edilən videogörüntünü yaymaması müqabilində mayor Zərərçəkmiş şəxs 2000 manat məbləğində pul tələb etməsi müəyyən edildiyi üçün barəsində cinayət işi başlanılmışdır. İfadəsində Şahid4 mayor Zərərçəkmiş şəxs barəsində intim xarakterli videonun olmasını ilk kimdən eşitdiyini xatırlamadığını və qeyd edilən videonu görmədiyini göstərmişdir. Şahid N nömrəli hərbi hissənin mühafizə taborunun 1-ci xüsusi mühafizə bölüyünün 2-ci tağımının 4-cü manqasının mühafizəçi vəzifəsində xidmət edən, çavuş Şahid3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin təxminən fevral ayında o, tabor növbətçisi, çavuş Şahid4 bölük nvbətçisi, kiçik çavuş Təqsirləndirilən şəxs isə patrul rəisi xidmətinə təyin edilmiş və həmin gün hərbi hissə üzrə cavabdeh mayor Zərərçəkmiş şəxs olmuşdur. Onlar həmin gün saat 18:00-da növbəni təhvil alaraq xidmət aparmağa başlamış və gecə saatlarında mayor Zərərçəkmiş şəxs xidmətə təyin olunan hərbi qulluqçuları bir neçə dəfə yoxlamağa gəlib kiçik çavuş Təqsirləndirilən şəxs yatmış vəziyyətdə aşkar etdiyi üçün ona iradını bildirmişdir. Mayor Zərərçəkmiş şəxs səhəri gün kiçik çavuş Təqsirləndirilən şəxs xidmət zamanı yatmış vəziyyətdə aşkar etməsini hərbi hissə komandanlığına məruzə etdiyi üçün mühafizə taborunun komandiri, mayor Samiq Məmmədov kiçik çavuş Təqsirləndirilən şəxs intizam qaydasında cəzalandırmış və onu daha xidmətə təyin etməyəcəyini deyərək, xidmətə təyin edilən hərbi qulluqçulardan fərqli olaraq gündəlik xidmət yerinə gəlməsini tapşırmışdır. Tabor komandiri mayor S.Məmmədovun kiçik çavuş Təqsirləndirilən şəxs xidmətdən kənarlaşdırması, ona gündəlik xidmət yerinə gəlməyini tapşırması sonuncunun xoşuna gəlməmiş və buna görə də mayor Zərərçəkmiş şəxs ona qarşı etdiklərindən narazı qalmışdır. Bu hadisədən bir neçə gün sonra, 2022-ci ilin təxminən fevral ayının sonlarında hərbi hissədə o, mayor Zərərçəkmiş şəxs hansısa qızla videogörüntülü danışan zaman soyunaraq, cinsi orqanını göstərməsinə dair qeydə alınmış videonun olması barədə söhbətlər eşitmiş və gedən söhbətlərdə bu işin kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən təşkil olunduğu deyilmişdir. O, bunu ilk kimdən eşitdiyini bilməmiş və çavuş Şahid4la birlikdə kiçik çavuş Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu bu işin onun tərəfindən təşkil edilibedilməməsi barədə konkret bir söz deməsə də mayor Zərərçəkmiş şəxs xidmət zamanı onu yatılı vəziyyətdə aşkar edib, tabor komandirinə bildirməsini nəzərdə tutaraq “o, bilmirdi ki, mənə qarşı elə hərəkət edəndə onun da axırı belə olacaq” demişdir. Kiçik çavuş Təqsirləndirilən şəxs bu sözündən sonra o, bu işin artıq onun tərəfindən təşkil edilməsinə əmin olmuş və hər ikisi kiçik çavuş Təqsirləndirilən şəxs iradını bildirərək bunun düzgün omadığını demişlər. Bir müddət sonra mayor Zərərçəkmiş şəxs bu hadisə ilə bağlı şikayətini bildirdiyi üçün araşdırma aparılmağa başlanılmış və araşdırma zamanı bunun kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən təşkil edilməsi, həmçinin sonuncunun qeyd edilən videogörüntünü yaymaması müqabilində mayor Zərərçəkmiş şəxs 2000 manat məbləğində pul tələb etməsi müəyyən edildiyi üçün barəsində cinayət işi başlanılmışdır. İfadəsində Şahid3 mayor Zərərçəkmiş şəxs barəsində intim xarakterli videonun olmasını ilk kimdən eşitdiyini xatırlamadığını və qeyd edilən videonu görmədiyini göstərmişdir Şahid1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs 2014-cü ildə Yevlax rayonunda yerləşən kafelərin birində ofisiant kimi çalışan zaman tanımış və evli olsa da həmin vaxtdan sonra aralarında sevgi münasibətləri yaranmışdır. O, ailəsi ilə birlikdə Bərdə rayonunda yaşasa da aralarında sevgi münasibəti olduğu üçün Bakı şəhərində gəldiyi zamanlarda Təqsirləndirilən şəxslə görüşmüş və onların münasibətləri 2022-ci ilin dekabr ayınadək davam etmişdir. 2022-ci ilin təxminən fevral ayında o, yenə də Bakı şəhərinə gələn zaman Təqsirləndirilən şəxslə görüşmüş və aralarındakı söhbət zamanı sonuncu Əlizamin adında komandirinin onda smartfon tipli mobil telefon aşkar etdiyini, həmçinin bir neçə dəfə cəzalandırılmasına səbəb olduğunu deyərək, bunun əvəzini çıxması, eləcə də gələcəkdə bir daha cəzalandırılmaması üçün Əlizaminin çılpaq vəziyyətdə olan videosunu əldə etmək istədiyini bildirmişdir. O, bunu necə edəcəyini soruşduqda kiçik çavuş Təqsirləndirilən şəxs ona Əlizaminlə telefon vasitəsilə əlaqə saxlayıb tanış olaraq, videogörüntülü danışmasını, videogörüntülü danışıq zamanı Əlizaminin soyunması, cinsi orqanını göstərməsi üçün sonuncunu başdan çıxarmasını, eyni zamanda baş verənləri qeydə almasını təklif etmiş və aralarında sevgi münasibətləri olduğu üçün o, bu təklifə razılıq vermişdir. O, kiçik çavuş Təqsirləndirilən şəxs Əlizaminin mobil telefonunun nömrəsini öyrəndikdən sonra telefon vasitəsilə əlaqə saxlamış və əvvəlcə yalandan həmin nömrədən mobil telefonuna zəng daxil olduğunu desə də daha sonra tanış olmaq istədiyini bildirmişdir. Əlizamin razılıq verdiyi üçün onlar tanış olmuş və tanış olan zaman o, yalandan özünü Səma kimi təqdim edərək Bakı şəhərində yerləşən xəstəxanaların birində tibb bacısı işlədiyini demişdir. O, təxminən iki gün Əlizaminlə danışaraq özünü inandırmış və aralarında səmimi ünsiyyət yarandığı üçün iki gün sonra onlar votsap proqramı vasitəsilə videogörüntülü danışmağa başlamışlar. O, Əlizaminlə videogörüntülü şəkildə qısa müddət əvvəl tanıdığı Sona adlı tanışının yaşadığı, Bakı şəhərində yerləşən evdə danışmış və videogörüntülü danışmamışdan əvvəl özünə məxsus digər mobil telefonu Sona adlı tanışına verib Əlizaminlə videogörüntülü danışığını qeydə almasını istədiyi üçün Sona kənardan dayanaraq mobil telefonla videoçəkiliş aparmışdır. O, Sona adlı tanışından videoçəkliş aparmasını istəsə də həqiqələri bildirməmiş və yalandan Əlizaminlə aralarında sevgi münasibətlərinin olduğunu, gələcəkdə baxmaları üçün bunu öz istəkləri ilə etdiklərini demişdir. O, Əlizaminlə videogörüntülü danışmağa başladıqdan sonra intim məzmunlu söhbətlər etməyə başlamış və Əlizamini başdan çıxarması üçün əynində olan paltarlarını soyunaraq əli ilə cinsi orqanını toxunmuşdur. Daha sonra o, Əlizamindən əynində olan paltarları soyunmasını, cinsi orqanını göstərməsini istədiyi üçün sonuncu bunları etmiş və bu zaman Sona adlı tanışı mobil telefonla bunları qeydə almışdır. O, Əlizaminin soyunaraq cinsi orqanını göstərməsinə nail olduqdan sonra danışığı yekunlaşdırmış və daha sonra qeydə aldığı videonu Təqsirləndirilən şəxs mobil telefonuna göndərərək, özünün mobil telefonundan həmin videonu silmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs həmin videogörüntünü nə etdiyini bilməmiş və 2022-ci ilin dekabr ayında ayrıldıqları üçün daha bu barədə məlumatı olmamışdır. İfadəsində Şahid1 aralarında sevgi münasibətləri olan Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə videosunu qeydə almağını istəyən zaman hədə-qorxu gələrək sonuncudan pul tələb edəcəyini demədiyini, bu işi görməsi üçün ona hər hansı bir məbləğdə pul vermədiyini və Zərərçəkmiş şəxs videonu silməyi qarşılığında pul istəməsindən ümumiyyətlə məlumatının olmadığını göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs barəsində olan videonun sosial şəbəkədə yayılacağı hədəsi ilə ondan 2000 (iki min) manat məbləğində pul tələb edilməsi barədə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə şikayətini bildirmişdir. Araşdırma zamanı götürülmüş, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3” markalı “SM-J330F” model mobil telefondan silinmiş foto və videoların bərpa olunması məqsədilə məhkəmə-kompüter texniki ekspertizası təyin edilmiş və ekspertiza zamanı silinmiş foto və videolar bərpa olunmuşdur. Bərpa olunmuş foto və videolara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonundan Şahid1 həm ayrıca, həm də Təqsirləndirilən şəxslə birlikdə fotoları, eyni zamanda Zərərçəkmiş şəxs 24 fevral 2022-ci il tarixdə Şahid1 ilə çılpaq vəziyyətdə videogörüntülü danışması barədə çəkilmiş fotolar aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə köçürülmüş videoya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kərimov X4 Rafət Çingiz qızı ilə mobil telefonun votsap proqramı vasitəsilə videogörüntülü danışan zaman sonuncunun istəyi ilə əynində olan paltarları soyunaraq cinsi orqanını göstərir. Araşdırma zamanı Zərərçəkmiş şəxs 24 fevral 2022-ci il tarixdə votsap proqramı vasitəsilə videogörüntülü danışdığı ***-***-**-** nömrəsinin kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə Bakcel MMC-yə sorğu vermiş və cavab alınmışdır. Bakcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-1431/23 nömrəli məktubdan örünür ki, Bakcell mobil operatoruna məxsus ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, votsap yazışmalarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunda “Elçin 73” adı ilə qeyd etdiyi mobil nömrəyə “Yox Əlizamin indi uşaqlara təşəkkür yazır və heç kəslə işi olmur, onu elə sındırdım ki, gəl görəsən” məzmununda mesaj göndərmişdir. Azercell Telekom MMC-dən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs adına olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif müddətlərdə danışıq olmuş, həmçinin Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs adına olan ***-***-**-** nömrəsinə müxtəlif müddətlərdə barəsində olan videonu yaymaqla hədə-qorxu gəlinərək, ondan pul tələb edilməsi barədə mesajlar göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 239 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə tağımının xüsusi mühafizə manqasının mühafizəçisi vəzifəsinə təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 207 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2015-ci il tarixli 0363 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Sülhməramlı qüvvələr taborunun qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş kapitan Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 132 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə tağımının xüsusi mühafizə manqasının mühafizəçisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 295 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 01455 nömrəli əmri ilə N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsi rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 45 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış polkovnik-leytenant Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını,himayəsində bir azyaşlı uşağının olmasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə kimi cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarının mövcudluğunu nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və humanizm, eləcə də cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından məqsədə müvafiq hesab etmir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinəəsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Qeyd edilənləri, həmçinin Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsi, zərər çəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, hərbi xidmətinin davam etdirmək arzusunda olduğunu, cəzasını ağırlaşdıran halın olmadığı, habelə məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını, törətdiyi cinayət əməlinə mənfi münasibətini, bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilər, onun əməlindən səmimi peşmançılıq hissi keçirərək günahını etiraf etməsi də təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi məsələsinə xidmət edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən hallar olmasını nəzərə alaraq və eləcə də təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri «ALYANS» Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 68 (altımış səkkiz) iş saatına görə 408 (dörd yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri «ALYANS» Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-in 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «ALYANS» Vəkil Bürosunun vəkili X1 etdiyi 68 (altımış səkkiz) iş saatına görə 408 (dörd yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri «ALYANS» Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-138/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-138/2023
28.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver