Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-139/2023 28.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi- Zərərçəkmiş şəxs2, müdafiəçi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsili, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu Sanqaçal-1 hərbi şəhərçiyində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə və ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən həmin hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 319 nömrəli əmri ilə Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında istismar müddəti başa çatmış və silahlanmadan çıxarılmış döyüş sursatlarının Azərbaycan Ordusunun X1 “RİM-2” təlim poliqonunda partlayış üsulu ilə məhv edilməsi üçün partlayış qrupunun komandiri təyin edilməklə sonuncu hərbi hissəyə ezam olunaraq, Müdafiə nazirinin 22 sentyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda partlayış işləri üzrə təlimat”ın 7.5-ci bəndinə əsasən hər bir ayrı işin yerinə yetirilməsi üçün partlayışın uğurla baş tutmasına və işlərin düzgün aparılmasına cavabdeh şəxs olaraq, N aprel N3-cü il tarixdə saat 11 radələrində həmin poliqonda Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında saxlanılan silahlanmadan çıxarılmış 400 ədəd “45/78 mm-lik UFB-75 atəş yığımını (mərmini) çuxurlarda partlayış üsulu ilə məhv edilməsini həyata keçirdikdən sonra həmin təlimatın 7.95-ci maddəsinin “bütün partlayış işlərindən sonra partlamadan dağılan partlayıcı maddələr ərazidən diqqətlə yığılmalı, tam partlamanın baş verməmə səbəbi müəyyən olunmalıdır” kimi tələbinə əsasən çuxurun ətrafına baxış keçirib partlayış zamanı partlamadan ətrafa səpələnmiş 45/78 mm-lik UFB- 75 atəş yığımının döyüş başlığını müəyyən edərək, qeyd olunan təlimatın 4.190-ci bəndinə əsasən yerində məhv edilməsini təşkil etməli olduğu halda, öz xidməti borcuna laqeyd münasibəti nəticəsində həmin tələbləri pozub xidməti vəzifəsini yerinə yetirməyərək, həmin əməllərin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, partlayış zamanı partlamadan ətrafa səpələnmiş 45/78 mmlik UFB-75 atəş yığımının döyüş başlığını müəyyən etməmiş və məhv edilməsini həyata keçirməmişdir. Nəticədə, Sumqayıt şəhər sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7 və Şahid1 X.Zərərçəkmiş şəxs2 mülkiyyətində olan və sonuncunun idarə etdiyi “Vaz- 21063” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə 15 aprel N3-cü il tarixdə həmin əraziyə gedərək, partlamış mərmilərin metal qırıntılarını yığmaqla məşğul olarkən Zərərçəkmiş şəxs1 bir gün əvvəl partlayış zamanı partlamadan çuxurların ətrafına səpələnmiş 45/78 mm-lik UFB-75 atəş yığımının döyüş başlığını çuxurun ətrafından yığıb, X.Zərərçəkmiş şəxs2 məxsus avtomobilin sol arxa tərəfində kiçik stulda oturub, həmin mərmi başlığını ayaq pəncələrinin arasına qoyub, üzərində olan mis materialı çəkic və linglə sökmək istəyən zaman çəkic zərbəsinin təsirindən mərmi başlığı partlamış və Zərərçəkmiş şəxs1 dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “çənəaltı, alət çənə və boyun nahiyəsinin ön səthini əhatə edən boyun üzvlərinin zədələnməsi ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qarın nahiyəsinin ön səthinin bağırsaq ilgəklərinin evakuasiyası ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qaraciyərin cırılması, sol əlin İ barmağının və sol ayaq pəncəsinin travmatik amputasiyası, sol said və sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, sol gözün göz qapaqlarının qançırları” kimi, ondan bir metr məsafədə dizləri üstə yerdə dayanmış Zərərçəkmiş şəxs2 dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “açıq kəllə-beyin travması, kəllə sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi evakuasiyası ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası, kəllə əsasının sınığı, sağ bazu və sağ said sümüklərinin açıq yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, boyun, döş qəfəsi, qarın, hər iki bazu, sağ bud-çanaq oynağı, hər iki bud, hər iki baldır və sağ daban nahiyələrinin əzilmiş, cırılmış yaraları, bədənin sıyrıqları” kimi xəsarətlər alıb, hər ikisi hadisə yerində ölmüş, onlardan təxminən 5 metr məsafədə dayanmış Zərərçəkmiş şəxs3 isə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “partlayış travması, döş qəfəsinin sağ yarısının qəlpə yarası, ağciyərlərin kotuziyası, ikitərəfli pnevatoraks. Sol budun orta-aşağı 1/3-nin arxa səthinin, sağ ayağın İ barmağının İ falanqasının qəlpə yarası, sağ ayağın İ barmağının distal falanqasının qəlpəli sınığı” kimi xəsarətlər almış, partlayış qəlpələrinin təsirindən X.Zərərçəkmiş şəxs2 əmlakına, yəni “21063” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat ziyan dəymiş, bununla da Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan bir şəxsin ağır dərəcəli bədən xəsarəti alması, daşınar əmlaka ziyan vurulması kimi ağır nəticələrə və iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 2014-2018-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mühəndis-istehkamçı ixtisası üzrə ali hərbi təhsil almış, 2018-ci ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətə başlayaraq, müxtəlif vəzifələrdə xidmət etmiş, N2-ci ilin yanvar ayından isə həmin hərbi hissənin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün komandiri vəzifəsində xidmət edir, hərbi rütbəsi baş leytenantdır. Xidmət etdiyi hərbi hissənin komandirinin N mart N3-cü il tarixli əmrinə əsasən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində olan yararsız sursatların partlayışla məhv edilməsi üçün partlayış qrupu ilə həmin hərbi hissəyə ezam olunmuş, həmin partlayış qrupunun rəhbəri o, üzvləri isə istehkamçılar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid3 və Şahid2 olmuşdur. N nömrəli hərbi hissəyə ezam olunmamışdan əvvəl o, başda olmaqla partlayış qrupunun üzvləri təlimatlandırılmış, müvafiq sənədləşmə aparılmışdır. Ona yararsız mərmilərin partlayış üsulu ilə məhv edilməsini “Azərbaycan Ordusuda partlayış işləri üzrə təlimat”ın tələblərinə uyğun olaraq həyata keçirməsi, partlayışın nəticəsinin və partlayışdan sonra ərazinin baxışını həyata keçirməsi, ətrafa düşə biləcək partlamamış mərmiləri müəyyən edib, yerində məhv edilməsi tapşırılmışdır. N mart N3-cü il tarixdə partlayış qrupunun üzvləri ilə Xızı rayonu ərazində yerləşən Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinə gəlmiş, partlayış işlərinin təşkil olunması üçün həmin hərbi hissənin zabitlərindən ibarət komissiya yaradılmış, komissiyanın üzvləri əvvəlcədən naryada uyğun partladılmalı olan sursatları müəyyən edib, ay ərzində nə qədər sursat məhv olunmasını təyin etmiş və “RİM-2” təlim poliqonunda həmin hərbi hissəyə məxsus yararsız sursatlardan 10 aprel N3-cü il tarixdə 5440 ədəd, 11 aprel N3-cü il tarixdə 2720 ədəd, 12 aprel N3cü il tarixdə 5440 ədəd, 13 aprel N3-cü il tarixdə 356N ədəd 25/80 mm-lik qəlpə-yandıran, izburaxan mərmilər rəhbəri olduğu partlayış qrupu tərəfindən partlayış üsulu ilə məhv edilmişdir. Rəhbəri olduğu partlayış qrupu tərəfindən sonuncu dəfə isə həmin ərazidə N aprel N3-cü il tarixdə 400 ədəd “45/78 mm-lik UFB-75 atəş yığımları (mərmi) məhv edilmişdir. Həyata keçirdiyi bütün partlayış işləri Müdafiə nazirinin 22 sentyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda partlayış işləri üzrə təlimat”a uyğun aparılmışdır. Əvvəlki günlərdə olduğu kimi N aprel N3-cü il tarixdə də səhər tezdən komissiya üzvləri tərəfindən hərbi hissənin anbarlarında olan yararsız sursatlar qaimələrə əsasən götürülərək, avtomobilə yüklənmiş, partlayıcı maddələr isə digər avtomobilə yüklənmiş, şəxsi heyət də başqa bir avtomobilə minmişdir. Məhv edilməli olan sursatların yüklənməsini və boşaldılmasını komissiya üzvləri həyata keçmiş, partlayış qrupunun vəzifə borclarına aid olmadığına görə partlayış qrupu həmin prosesdə iştirak etməmişdir. Sursatlar avtomobillərə yükləndikdən sonra xidmət etdiyi hərbi hissədən özü ilə gətirdiyi N ədəd elektrodetonatorları, dəbilqələri, zirehli gödəkcələri, partlayış işini həyata keçirmək üçün nəzərdə tutulmuş SMP avadanlıqlar olan çantanı, partlatma maşınını götürüb, partlayış qrupunun üzvləri Şahid3 və Şahid2la birlikdə avtomobilə minib, komissiyanın üzvləri ilə “RİM-2” təlim poliqonuna yola düşmüş, saat 11 radələrində partlayış aparmaq üçün nəzərdə tutulmuş əvvəllər də sursatları partlayış üsulu ilə məhv etdiyi çuxurların yanına gəlmişlər. Partlayış işlərinin aparılacağı yer onun tərəfindən təyin olunduqdan sonra komissiya üzvləri məhv edilməli olan 400 ədəd 45/78 mm-lik UFB-75 atəş yığımlarını (mərmi) onun göstərişi ilə 100 ədəd olmaqla yanaşı 4 çuxura yerləşdirmiş, həmin yığımların üzərinə 15 ədəd birinin çəkisi 3 kq 130 qramlıq “PP-3” partlayıcı maddə, 2 ədəd birinin çəkisi 165 kq olan “BB-1” partlayıcı maddə və 2 ədəd birinin çəkisi 550 qram olan “PP-2” partlayıcı maddə qoyulmuşdur. Komissiya üzvlərinin işi məhv edilməsi nəzərdə tutulan sursatları və partlayıcı maddələri onun təyin etdiyi yerə yığdıqdan sonra bitmiş və bundan sonrakı işlərə partlayış qrupunun rəhbəri kimi o, cavabdeh olduğuna görə qalan bütün işlər onun komandası və siqnalları ilə partlayış qrupu tərəfindən həyata keçirilməyə başlanmış, qrup rəhbəri kimi partlayış işinin həyata keçirilməsinə rəhbərlik etmək onun vəzifə borcu olmuş, həmin prosesə cavabdeh şəxs o, olmuşdur. Bir daha partlayış qrupunun rəhbəri kimi qrupun üzvlərini təlimatlandırıb, kimin nə iş görəcəyəni izah etmiş, onun icazə və göstərişi olmadan hər hansı bir hərəkət etməyi qadağan etmişdir. Sursatlar təyin olunmuş nöqtələrə boşaldılıb, ona təhvil verildikdən sonra komissiyanın üzvləri avtomobillə partlayış nöqtəsindən uzaqlaşmış, onunla partlayış qrupunun üzvləri sursatlara yaxınlaşmış, onun komandası ilə qrupun üzvləri “BB-1” partlayıcının içərisinə “PP-2” partlayıcıları yerləşdirmış, “PP-2”-nin içərisinə isə elektrodetanatorları qoymuşdur. Bundan sonra elektrodetonatorlara bitişik olan 2 ədəd naqili SPP-2 naqillərinə birləşdirib, detanotara birləşdirilmiş naqili 2 km məsafəyə çəkmişdır. Hər kəs sığınacağa yerləşmiş, bir daha ərazini nəzərdən keçirib, tam təhlükəsizliyə əmin olduqdan sonra naqillərin ucunu partlatma maşınına qoşub, maşının açarını fırladaraq partlayışı həyata keçirmişdir. Partlayışdan sonra 15-20 dəqiqə gözləmiş, avtomobil onu və partlayış qrupunun digər 2 nəfər üzvünü yenidən partlayış nöqtəsinə aparmış və digər çuxurlarda olan yararsız sursatları da eyni qayda və üsulla məhv edilməsini təşkil etmişdir. Hər dəfə partlayış baş verəndən sonra çuxura və çuxurların ətrafına baxış keçirmiş, telefonla foto və videoçəkiliş aparmışdır. Həmin gün sonuncu partlayışdan sonra onun komandası ilə partlayış qrupu partlayış nöqtəsinə gəlib, birlikdə çuxurun içərisini və çıxurların 100 metr radiusunu tam gəzərək, partlamamış sursatları axtarmışlar. Həmin gün eləcə də əvvəlki bütün günlərdə partlayış nöqtələrinin ətrafında, 100 metr radiusunda partlamamış sursat, mərmi başlığı görməmişdır. Əraziyə vizual baxış keçirərkən partlayışdan sonra torpağın altında qalan sursatı axtarmağa səlahiyyətli olmadığını bildirmişdir. Yalnız N aprel N3-cü il tarixdə partlayışdan sonra partlayış nöqtəsinin 100 metr radiusunda metal qırıntılar aşkar etmiş və həmin hissələri hərbi hissəyə təhvil vermiş, bu barədə tərtib olunmuş aktda da qeydlər olunmuşdur. Yararsız sursatların məhv edilməsi üçün yaradılmış komissiyanın üzvlərinin işi yararsız sursatları müəyyən edib, anbarlardan avtomobillərə yığmaq, daşınmasını təmin etmək və partlayış yerində ona təhvil verməkdən ibarətdir. Bundan sonrakı bütün proseslərə, yəni yararsız sursatların məhv edilməsinə, ərazinin baxışını keçirib, partlamamış sursat və mərmi başlıqlarının aşkar edilməsinə, aşkar olunduğu halda yerində məhv edilməsinə partlayış qrupunun rəhbəri kimi o, cavabdehdir. Bəlkə də, partlamamış döyüş sursatları torpaq altında və gözlə müşahidə edilməsi mümkün olmayan yerlərə düşdüyü üçün orada qala bilər. O, tabeliyində olan olan iki əsgərlə birlikdə təxminən 100 metr radiusunda vizual müşahidə həyata keçirmişdir. Belə bir hadisənin baş vermiş olmasını istəmədiyini bildirdi. Əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ifadə verib göstərdi ki, bəzi vaxtlar Xızı rayonunun Ağdərə kəndinə gedən yolun yaxınlığında yerləşən boş əraziyə gedərək, orada partlamış mərmilərin metal hissələrini yığıb satmaqla məşğul olmuş, metal qırıntıları yığmaq üçün həmin əraziyə N3-cü il ərzində yalnız aprel ayının 10, 12, 13, 14 və 15-də getmişdir. Hər gün səhər saatlarında Şahid1, Zərərçəkmiş şəxs1, Xaliq Əbilovla birlikdə evdən çıxıb, həmin əraziyə gedərək, metal qırıntıları yığıb, günün 2-ci yarısı evlərinə qayıtmış, hər dəfə əraziyə gedəndə 2 ədəd “Kamaz” və N ədəd “Maz” markalı avtomobillərlə əraziyə hərbi geyim formasında olan təxminən 6-7 nəfərin gəldiyini görmüş, onlar hərbi qulluqçuları uzaqdan müşahidə etmiş, hərbi qulluqçular onları görməmiş, həmin hərbi qulluqçular ərazidəki çuxurlarda partlayış həyata keçirdikdən 20-30 dəqiqə sonra ərazidən getmişlər. Hərbi qulluqçular getdikdən sonra onlar partlayış baş verən yerə gedərək, partlayış baş vermiş çuxurların ətrafına səpələnmiş mərmi qırıntılarını, yəni dəmir və latun hissələrini yığmışlar. Həmin vaxtlar çuxurların ətrafında eləcə də çuxurların 80-200 metr məsafəsində mərmi başlıqlarının olmasını da görmüş, mərmi başlıqlarının təhlükəli olacağından ehtiyat etdiyinə görə mərmi başlıqlarına toxunmamışdır. Mərmi başlıqlarının uzunluqları 15 sm, diametri isə 5 sm olmuş, üzərlərində də nazik qat mis material olmuşdur. Zərərçəkmiş şəxs1 beli ağrıdığına görə tez-tez əyilib-qalxa bilmədiyi üçün metal qırıntıları yığmaqda çətinlik çəkmiş, buna görə də Zərərçəkmiş şəxs1 çuxurların ətrafına torpağın üzərinə səpələnmiş mərmi başlıqlarını ağ vedrəyə yığıb, kiçik stulda oturaraq, vedrədən götürdüyü mərmi başlığını ayaqlarının arasına qoyub, əlində olan lingi mərmi başlığının üzərindəki mis materialın üzərinə qoyub, bir əli ilə lingi tutaraq, digər əli ilə çəkiclə lingə zərbə vurub, mərmi başlığının üzərində olan mis materialı kəsərək mərmidən ayırıb, salafan torbaya yığmaqla məşğul olmuşdur. 15 aprel N3-cü il tarixdə səhər saatlarında yenə də Xaliq Əbilovun avtomobili ilə Xaliq Əbilov, Zərərçəkmiş şəxs1, Şahid1 ilə həmin əraziyə getmiş, bu dəfə Xaliqin oğlu Zərərçəkmiş şəxs2 da onlarla birlikdə getmişdir. Təxminən saat 08 radələrində həmin əraziyə, yəni partlayış törədilən çuxurların yanına çatmışlar, həmin gün hərbi qulluqçular əraziyə gəlməmişlər. Yenə də Zərərçəkmiş şəxs1 başqa digərləri çuxurların yaxın ətrafına səpələnmiş partlamış mərmilərin metal hissələrini yığmaqla, Zərərçəkmiş şəxs1 isə çuxurların ətrafına, eləcə də çuxurların 80-200 metr məsafəsinə səpələnmiş mərmi başlıqlarını yığıb, eyni qayda ilə üzərində olan mis materialı sökməklə məşğul olmuşdur. Mərmi başlıqlarını ancaq çuxurlardan qeyd olunan məsafədə yerə səpələnmiş vəziyyətdə görmüş, çuxurların içərisində və çuxurların divarlarında torpağa batmış mərmi başlığı görməmiş, çuxurların divarlarından torpağa batmış mərmi başlıqları çıxarmamışlar. Həmin gün saat 15 radələrində Zərərçəkmiş şəxs1 çuxurdan 4-5 metr məsafədə Xaliq Əbilovun avtomobilinin sol arxa tərəfinə söykənib, çuxurların ətrafından həmişəki məsafədən yığdığı mərmi başlıqlarının üzərində olan mis materialı eyni qayda ilə sökən zaman Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 yanında dizlərini yerə qoyub, yığdığı metal qırıntılarını seçmiş, o, isə onlardan 3-4 metr kənarda dayanmış, X11 Nurulu isə çuxurların içərisində olmuşdur. Zərərçəkmiş şəxs1 arxasını avtomobilin sol arxa tərəfinə söykəyib, kiçik stulda oturub, 15 sm uzunluğunda olan mərmi başlığını tərpənməməsi üçün hər iki uc tərəfinlərini pəncələrinin arasına qoyaraq, bir əlində olan lingi mərmi başlığının üzərində olan mis materialın üzərinə qoyub, digər əlində olan çəkiclə lingin arxasına zərbə vuraraq, misi linglə kəsən zaman birdən partlayış baş vermiş, o, yerə yıxılmışdır. Tez Xankişigil tərəfə baxmış, Zərərçəkmiş şəxs2 ayaqları bükülü yanıüstə yıxıldığını görüb tez qaçaraq, Zərərçəkmiş şəxs2 qucağına almış, sonuncunun başının parçalandığını görmüşdür. Həmin vaxt onlardan 1 metr məsafədə isə Zərərçəkmiş şəxs1 avtomobilə söykənmiş vəziyyətdə başı yerə çökmüş vəziyyətdə görmüş, tez Zərərçəkmiş şəxs1 qucaqlayıb qaldırmış, Zərərçəkmiş şəxs1 də başının, sifətinin, qollarının parçalandığını görmüşdür. Bu zaman müvazinətini itirib yerə yıxılmış, sifətindən, sinəsindən qan axmış, sinəsində, sol budunun iç tərəfində, sağ ayağının baş barmağında ağrılar hiss etmişdir. X11 Nurulu onların yanına gəlmiş, sonunçular Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onu avtomobilə yerləşdirmiş, avtomobil sürətlə ərazidən uzaqlaşmışdır. Bir müddət gedəndən sonra avtomobil dayanmış, Şahid1 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, hadisə barəsində məlumat vermiş, az sonra onların yanına təcili yardım avtomobili gəlmiş, həkimlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 artıq öldüyünü deyib, onu avtomobilə yerləşdirərək, xəstəxanaya aparmışdır. O bildirmişdir ki, Zərərçəkmiş şəxs1 hər dəfə həmin gün və ya bir gün əvvəl çuxurlarda törədilmiş partlayış zamanı ətrafa səpələnən mərmi başlıqlarını yığıb, üzərilərində olan mis materialı sökmüşdür. Təqsirləndirilən şəxslə barışmış, onu bağışlayır, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 məhkəməyə ifadə verib göstərdi ki, məhrum Zərərçəkmiş şəxs2 onun böyük oğludur, N3-cü ilin aprel ayının 10, 12, 13, 14-də səhər saatlarında Şahid1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3la ona məxsus “Vaz 21063” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonunun Ağdərə kəndinin yaxınlığında yerləşən əraziyə gedərək, partlamış sursatların metal hissələrini yığmış, həmin vaxtlar hərbi geyim formasında olan təxminən 6-7 nəfər “Kamaz” və N ədəd “Maz” markalı avtomobillərlə həmin əraziyə gəlmiş, onlar uzaq məsafədən hərbi qulluqçulara görünmədən hərbi qulluqçuların hərəkətlərini izləmiş, hərbi qulluqçular ərazidə olan çuxurlarda mərmiləri partladaraq, parlayışı törətdikdən 20-30 dəqiqə sonra ərazidən uzaqlaşıb getmiş, onlar partlayışın baş verdiyi yerə gələrək, partlayışın törədildiyi çuxurların ətrafından metal qırıntılarını yığmağa başlamışlar. Həmin vaxtlar çuxurların ətrafına eləcə də çuxurların təxminən 80-200 metr radiusuna kimi məsafədə torpağın üzərinə səpələnmiş mərmi başlıqlarının olduğunu da görmüş, mərmi başlıqlarının uzunluqları 15 sm, diametri isə 5 sm olmuş, üzərilərində nazik qat mis material olmuşdur. Zərərçəkmiş şəxs1 beli ağrıdığına görə tez-tez əyilib-qalxmaqla metal qırıntıları yığmaqda çətinlik çəkmiş, buna görə də Zərərçəkmiş şəxs1 çuxurların ətrafına səpələnmiş mərmi başlıqlarını vedrəyə yığıb, özü ilə apardığı kiçik stulda oturaraq, vedrədən götürdüyü mərmi başlıqlarını bir-bir ayalarının arasına qoyub, əlində olan lingi mərmi başlığının üzərindəki mis materialın üzərinə qoyaraq, bir əli ilə lingi tutub, digər əli ilə çəkiclə lingə zərbə vuraraq, mərmi başlığının üzərində olan mis materialı kəsərək mərmidən ayırıb, torbaya yığmaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Şahid1 və onun oğlu Zərərçəkmiş şəxs2 ona məxsus Vaz 21063” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə 15 aprel N3-cü il tarixdə də səhər saatlarında həmin əraziyə getmiş, həmin gün əraziyə hərbi qulluqçular gəlməmiş, onlar ərazidə olan çuxurların yanına gedərək, yenə Zərərçəkmiş şəxs1 başqa digərləri çuxurların ətrafına səpələnmiş partlamış mərmilərin metal hissələrini yığmış, Zərərçəkmiş şəxs1 isə çuxurların ətrafına, eləcə də çuxurlardan təxminən 80-200 metr məsafəyə kimi əraziyə torpağın üzərinə səpələnmiş mərmi başlıqlarını yığıb, eyni qayda ilə üzərində olan mis materialı sökməklə məşğul olmuşdur. Bu qayda ilə saat 13 radələrinə kimi metal hissələri toplayaq nahar edib nahardan sonra da eyni işi davam etdirmişlər. Həmin gün saat 15 radələrində Zərərçəkmiş şəxs1 çuxurdan 4-5 metr məsafədə dayanmış ona məxsus avtomobilin sol arxa qapısına söykənib, kiçik stulda oturaraq, ərazidən yığıb ağ vedrəyə topladığı mərmi başlıqlarının üzərindəki mis materilları əlində olan çəkic və linglə döyəcləyib, mis materialı sökməklə məşğul olmuş, oğlu Rəşadla Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs1 yanında olmuşlar. Həmin vaxt o, sonunculardan təxminən 10 metr aralıda yerləşən çuxura düşüb, metal hissələri yığarkən partlayış səsi eşidib, dərhal çuxurdan çıxıb ilk Zərərçəkmiş şəxs3 görmüş, bu zaman Şahid1 da onun olduğu çuxurun yanındakı çuxurdan çıxmışdır. Avtomobilə tərəf gedəndə Zərərçəkmiş şəxs1 avtomobilin sol tərəfinə oturaqlı vəziyyətdə söykəndiyini, sonuncunun başının, sifətinin, ayaq topuğunun parçalandığını görmüşdür. Oğlu Rəşadı isə Zərərçəkmiş şəxs1 sol tərəfdə 1 metr məsafədə arxasıüstə yerə uzanmış vəziyyətdə başını zədələnmiş vəziyyətdə görmüşdür. Zərərçəkmiş şəxs3 isə Zərərçəkmiş şəxs1 sol tərəfdə 2- 3 metr məsafədə yerdə uzanıqlı, sifəti qanamış vəziyyətdə olmuşdur. Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs1, oğlu Rəşadı və Zərərçəkmiş şəxs3 avtomobilə yerləşdirib, avtomobillə sürətlə ərazidən uzaqlaşmışlar. Bir müddət hərəkət etdikdən sonra avtomobil dayanmış, Şahid1 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, 20 dəqiqə sonra onların yanına gələn həkimlər Zərərçəkmiş şəxs1lə oğlu Rəşadın öldüyünü bildirib, Zərərçəkmiş şəxs3 aparmışlar. İş üzrə şikayəti, tələbi, iddiası yoxdur. O, bildirmişdir ki, Zərərçəkmiş şəxs1 hər dəfə həmin gün və ya bir gün əvvəl çuxurlarda törədilmiş partlayış zamanı ətrafa səpələnən mərmi başlıqlarını yığıb, üzərilərində olan mis materialı sökmüşdür. Zərərçəkmiş şəxs1 və onların heç biri çuxurların içərisində və ya ətrafında torpağı qazıb, mərmi başlıqları çıxarmamışlar, həmişə mərmi başlıqları çuxurların ətrafına torpağın üzərinə səpələnmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, onu bağışlayır, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxs tərəfindən onun avtomobilinə dəymiş 865 (səkkiz yüz altmış beş) manat məbləğindən maddi ziyan tam ödənilmişdir. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş, həmin nigahdan 2 övladları var. Zərərçəkmiş şəxs1 15 aprel N3-cü il tarixdə səhər tezdən evdən çıxıb, metal qırıntıları yığmağa getmiş, həmin gün günorta vaxtı Xankişinin və qonşuları X6 Əbilovun metal qırıntıları yığan zaman baş vermiş partlayış zamanı öldüklərini bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, onu bağışlayır, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, N mart N3-cü il tarixdə partlayış qrupu ilə birlikdə xidmət etdiyi N nömrəli hərbi hissədən Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinə ezam olunmuş, N aprel N3-cü il tarixdə, eləcə də əvvəlki günlərdə ezam olunduqları hərbi hissəyə məxsus yararsız sursatları “RİM-2” təlim poliqonunda partlayış qrupunun rəhbəri Təqsirləndirilən şəxs və qrupun digər üzvü Şahid3la birlikdə partlayış üsulu ilə məhv etmişlər, hər dəfə, eləcə də N aprel N3-cü il tarixdə yararsız sursatları çuxurlarda məhv etdikdən sonra Təqsirləndirilən şəxs komandası və iştirakı ilə partlayış baş vermiş çuxurların 100 metr radiusuna baxış keçirmişlər, lakin həmin ətrafda partlamamış mərmi başlığının olmasını müəyyən etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, N mart N3-cü il tarixdən partlayış qrupu ilə birlikdə xidmət etdiyi hərbi hissədən Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinə ezam olunmuş, N aprel N3-cü il tarixdə, eləcə də əvvəlki günlərdə ezam olunduqları hərbi hissəyə məxsus yararsız sursatları “RİM-2” təlim poliqonunda partlayış qrupunun rəhbəri Təqsirləndirilən şəxs və qrupun digər üzvü Şahid2la birlikdə partlayış üsulu ilə məhv etmişlər, hər dəfə, eləcə də N aprel N3-cü il tarixdə yararsız sursatları çuxurlarda məhv etdikdən sonra Təqsirləndirilən şəxs komandası və iştirakı ilə partlayış baş vermiş çuxurların 100 metr radiusuna baxış keçirmişlər, lakin həmin ətrafda partlamamış mərmi başlığının olmasını müəyyən etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, Hərbi Dəniz Qüvvələrinin tərkibində olan N nömrəli hərbi hissənin silah-sursat anbarında saxlanılan istismar müddəti bitmiş döyüş sursatlarının məhv edilməsi məqsədi ilə yaradılmış komissiya tərəfindən sursatlar yoxlanıldıqdan sonra 2017-ci ildə onların məhv edilməsi barədə akt tərtib olunmuş və həmin akt təsdiq olunması üçün Müdafiə Nazirliyinə göndərilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0208 nömrəli, 13 oktyabr 2017-ci il tarixli əmr olmuş, həmin əmrdə qeyd olunan döyüş sursatlarının məhv edilməsi göstərilmişdir. Həmin əmr Hərbi Dəniz Qüvvələrinə daxil olduqdan sonra Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən döyüş sursatlarının poliqona daşınaraq müvafiq təlimata uyğun partladılmaqla məhv edilməsi barədə əmr imzalamışdır. Əmrə əsasən döyüş sursatlarının təhlükəsiz daşınaraq poliqonda partladılması ilə bağlı komissiya yaradılmış, komissiyaya rəhbərlik ona tapşırılmış, aidiyyəti xidmətlərə əmrin icrasından irəli gələn məsələlər, yəni avtomobil texnikası, tibbi və sair təminatların ayrılması tapşırılmışdır. Qeyd olunan əmrin icrası ilə bağlı Hərbi Dəniz Qüvvələrinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri tərəfindən hər il döyüş sursatlarının məhv edilməsi ilə bağlı ayrıca əmr imzalanmış, bununla bağlı hazırkı il üçün 27 fevral N3-cü il tarixli, 46 nömrəli əmr imzalanmış, həmin əmrlə komissiya yaradılmış və əmrin icrası həyata keçirilmişdir. Texniki cəhətdən yararsız olan istismar müddəti başa çatmış və silahlandırmadan çıxarılmış döyüş sursatları və partlayıcı maddələrin təhlükəsizlik qaydalarına riayət edilməklə müəyyənləşdirilməsi, bu zaman təhlukəsizlik tədbirlərinə riayət edilməsi, sursatların çeşidlənərək məhv edilmələri üçün hazırlanması və onların taktiki-texniki xassələrinin partlayış edən şəxsi heyətə çatdırılması komissiyanın üzvlərinin vəzifə borclarına aid olmuş, həmçinin partlayış işlərini həyata keçirmək üçün Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Xidmətinin N nömrəli hərbi hisssəsindən partlayış qrupu ayrılmışdır. Sonuncu dəfə N3-cü ilin aprel ayının 10, 11, 12, 13 və 14də hər gün səhər tezdən yararsız sursatlar, partlayıcı maddələlər başqa-başqa avtomobillərə yığılmış, şəxsi heyət isə başqa avtomobillərə minərək, Xızı rayonu ərazisində yerləşən “RİM-2” poliqonuna getmişlər, həmin vaxtlar partlayış qrupunun rəhbəri baş leytenant Təqsirləndirilən şəxs olmuşdur. Hər dəfə poliqona çatdıqdan sonra avtomobillər partlayış həyata keçirilən əraziyə gəlmiş, poliqonda döyüş sursatlarının təhlükəsiz qaydada partladılmaqla məhv edilməsi üçün qazılmış çuxurlar olmuş, Təqsirləndirilən şəxs göstərişi ilə yararsız sursatları çuxurlara yerləşdirib, ərazidən uzaqlaşmışlar. Partlayış yerində partlayış qrupu qalmış, partlayış qrupu işlərini yekunlaşdırdıqdan sonra partlayış yerindən uzaqlaşıb, onların yanına gəlmiş və Təqsirləndirilən şəxs uzaqdan partlayıcılara birləşdirilmiş naqillərin digər ucuna birləşdirilmiş partlayış maşınını işə salaraq, partlayışı həyata keçirmişdir. Sonuncu dəfə N aprel N3-cü il tarixdə həmin ərazidə 400 ədəd 45/78 mm-lik UFB-75 mərmiləri partladılmışdır. Həmin gün eləcə də əvvəlki tarixlərdə partlayış qrupu tərəfindən çuxurların ətrafına, çuxurların 100 metr radiusuna kimi baxış keçirilmiş və ətrafda partlamamış mərmi başlığının olması müəyyən olunmamış, hər dəfə partlayışdan sonra akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəməyə ifadə verib göstərdi ki, Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin anbarlarında saxlanılan yararsız sursatların məhv edilməsi üçün təşkil olunmuş komissiyanın üzvü olmuş, sonuncu dəfə N3-cü ilin aprel ayının 10, 11, 12, 13 və 14-də hər gün səhər tezdən yararsız sursatlar, partlayıcı maddələlər başqa-başqa avtomobillərə yığılmış, şəxsi heyət isə başqa avtomobillərə minərək, Xızı rayonu Yaşma kəndindən sonra olan dağlıq əraziyə yaxın yerləşən “RİM-2” poliqonuna getmişlər, həmin vaxtlar partlayış qrupunun rəhbəri baş leytenant Təqsirləndirilən şəxs olmuşdur. Hər dəfə poliqona çatdıqdan sonra avtomobillər partlayış həyata keçirilən əraziyə gəlmiş, poliqonda döyüş sursatlarının təhlükəsiz qaydada partladılmaqla məhv edilməsi üçün qazılmış çuxurlar olmuş, Təqsirləndirilən şəxs göstərişi ilə yararsız sursatları çuxurlara yerləşdirilib ərazidən uzaqlaşmışlar. Partlayış yerində partlayış qrupu qalmış, sonuncular işlərini yekunlaşdırdıqdan sonra partlayış yerindən uzaqlaşıb, onların yanına gəlmiş və Təqsirləndirilən şəxs uzaqdan partlayıcılara birləşdirilmiş naqillərin digər ucuna birləşdirilmiş partlayış maşınını işə salaraq partlayışı həyata keçirmişdir. Sonuncu dəfə N aprel N3-cü il tarixdə həmin ərazidə 400 ədəd 45/78 mm-lik UFB-75 mərmiləri partladılmışdır. Həmin gün eləcə də əvvəlki tarixlərdə partlayış qrupu tərəfindən çuxurların ətrafına, çuxurların 100 metr radiusuna baxış keçirilmiş, ətrafda partlamamış mərmi başlığının olması müəyyən olunmamışdır. Hər dəfə partlayışdan sonra akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N3-cü ilin aprel ayının əvvəllərində Sumqayıt şəhərində olan zaman tanışı Xaliq Əbilovla görüşmüş, Xaliq Əbilov ona Xızı rayonu Ağdərə yolunun kənarındakı ərazidə partladılmış sursatların ətrafa səpələnmiş hissələrini toplayıb satmağı təklif etdikdə sonuncu ilə razılaşmışdır. Bundan sonra ilk dəfə 10 aprel N3-cü il tarixdə səhər saat 05 radələrində Xaliq Əbilovla görüşüb, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1lə birlikdə Xaliq Əbilovun avtomobili ilə Xızı rayonunun Ağdərə kəndi istiqamətində təxminən 30 km yol gedərək, həmin ərazidə metal qırıntıları toplamağa başlamış, saat 11 radələrinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus 2 ədəd “Kamaz” və N ədəd “Maz” markalı, nömrəsini xatırlamadığı avtomobillərlə əraziyə hərbi qulluqçular gəlmiş, hərbi qulluqçuların gəldiklərini görüb, ərazidən uzaqlaşmışlar. Hərbi qulluqçular ərazidəki çuxurlarda mərmiləri partladıb, 20-30 dəqiqə sonra ərazidən uzaqlaşmış, hərbi qulluqçular ərazidən getdikdən sonra Xaliq Əbilovun avtomobili ilə partlayış baş vermiş yerə gedərək, çuxurların ətrafına səpələnmiş metal hissələrini yığmağa başlamışlar. Həmin vaxt çuxurların ərtafına, eləcə də çuxurlardan təxminən 80-200 metr məsafəyə kimi yerdə torpağın üzərində mərmi başlıqlarının olduğu görmüş, mərmi başlıqlarının təhlükəli ola biləcəyindən ehtiyat edərək, onlara toxunmamışdır. Mərmi başlıqlarının uzunluğu təxminən 15 sm olmuş, üzərilərində nazik mis material olmuş, mis materialı yalnız beli ağrıdığı üçün əyilib-qalmaqda çətinlik çəkən Zərərçəkmiş şəxs1 yığmışdır. Zərərçəkmiş şəxs1 vedrəyə 20-30 ədəd dağılmamış mərmi başlıqlarını yığıb bir yerdə oturaraq, başlıqları bir-bir taxtanın üzərinə qoyub lingi başlığın üzərinə qoyaraq çəkiclə vurması nəticəsində lingin kəsici hissəsi misi kəsmiş, bu yolla mis metalı mərmi başlığının üzərindən ayırmışdır. Bu qayda ilə N3-cü ilin aprel ayının 12, 13 və 14-də də həmin ərazidə metal hissələr yığmışlar. 15 aprel N3-cü il tarixdə səhər saatlarında Xaliq Əbilov, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Xaliqin oğlu X10 Əbilovun avtomobili ilə həmin əraziyə gedərək, metal toplamışlar. Həmin gün hərbi qulluqçular əraziyə gəlməmiş, yenə də Zərərçəkmiş şəxs1 çuxurların ətrafını gəzərək, çuxurların ətrafına, eləcə də çuxurlardan təxminən 80-200 metr radiusa kimi torpağın üzərinə səpələnmiş mərmi başlıqlarını vedrəyə yığıb, Xaliq Əbilovun avtomobilinin yanında kiçik stulda oturaraq, mərmi başlıqlarını bir-bir taxtanın üzərində qoyub, çəkic və linglə mərmi başlıqlarının üzərində olan mis materialı sökməklə məşğul olmuşdur. Həmin gün saat 15 radələrində Zərərçəkmiş şəxs1 bu qayda ilə mərmi başlıqlarının üzərində olan mis materilı sökən zaman o, yaxınlıqdakı çuxura düşmüş, təxminən 5 dəqiqə sonra qəribə mərmi partlayışı səsi eşidib, dərhal çuxurdan çıxmış, Zərərçəkmiş şəxs1 Xalid Əbilovun avtomobilinin yanında avtomobilə söykənmiş vəziyyətdə əl və ayağından qan axdığını, əl barmaqlarının yerində olmadığını, ayağının birinin isə topuqdan qopduğunu, sifət nahiyəsindən xəsarət almış vəziyyətdə görmüş, Zərərçəkmiş şəxs1 təxminən bir metr məsafədə Zərərçəkmiş şəxs2 yerdə uzanmış halda sifət nahiyəsindən qan axan vəziyyətdə görmüşdür. Onlardan bir neçə metr aralıda isə Zərərçəkmiş şəxs3 xəsarət almış vəziyyətdə görmüşdür. X14 yaralıları avtomobilə yerləşdirmiş, avtomobili idarə edərək, ərazidən uzaqlaşmışlar. Yolda avtomobilin mühərriki dayanmış, təkəri partlamış, dayandıqları yerdə mobil telefonunun şəbəkəsi yarandığına görə mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermiş, təxminən 20 dəqiqə sonra onların yanına təcili tibbi yardım avtomobili gəlmiş, həkimlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 artıq öldüyünü bildirdib, yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs3 təcili tibbi yardım avtomobilinə yerləşdirib aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında istismar müddəti başa çatmış və silahlanmadan çıxarılmış döyüş sursatlarının məhv edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 0208 nömrəli əmrindən görünür ki, Hərbi Dəniz Qüvvəllərinin Silah və Döyüş Sursatları anbarındakı texniki cəhətdən yararsız olan, istismar müddəti başa çatmış və silahlanmadan çıxarılmış döyüş sursatlarının məhv edilməsi məqsədilə Hərbi Dəniz Qüvvələri komandanına yararsız sursatların müəyyənləşdirilərək, məhv edilməsi üçün hazırlanmasının təmin edilməsi və məhvetmə yerinə daşınmaqla məhv edilməsinin təşkil edilməsi tapşırılmışdır. Müdafiə Nazirliyinin Mühəndis Qoşunları idarəsinin rəisinə sursatların xüsusi olaraq bu məqsədlə ayrılmış ərazidə bilavasitə məhv edilməsi, partlayış işlərinin həyata keçirilməsinin gedişində təhlükəsizlik qaydalarına dəqiq riayət olunması, ərazinin dövrələnməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri komandanı tərəfindən təsdiq edilmiş “Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin texniki ərazisində saxlanılan döyüş sursatlarının texniki baxışı haqqında” xx.xx.2017-ci il tarixli, 249 nömrəli aktdan görünür ki, texniki ərazidə saxlanılan 504N ədəd 45/78 mm-ilk UFB-75 atəş yığımı 45 mm-lik “SM-21-ZİF” artilleriya qurğusundan dəniz, hava və sahil hədəflərinə atəş açmaqla zirehi dəlməklə hədəfi məhv etmək üçün istifadə olunur, atəş yığımının gilizininin içərisində olan barıt 1958-ci ildə istehsal edilib, atəş yığımının özü 1978-ci ildə yığılıb, hal-hazırda N ədəd İİİ dərəcəli istifadəyə yararlı 45 mm-lik “SM-21-ZİF” artilleriya qurğusu N nömrəli hərbi hissədə saxlanılır və gələcəkdə Hərbi Dəniz Qüvvələrində istifadə olunması nəzərdə tutulmur. İstifadə olunmayan 504N ədəd həmin patronların uçotdan silinməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maddi-texniki təminat baş idarəsi silah və texnika idarəsinin raket-artilleriya silahları xidmətinin rəisi tərəfindən təsdiq edilmiş “döyüş sursatlarının silinməsi haqqında” xx.xx.2018-ci il tarixli, 59-q nömrəli aktdan görünür ki, “Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin texniki ərazisində saxlanılan döyüş sursatlarının texniki baxışı haqqında” xx.xx.2017-ci il tarixli, 249 nömrəli akta əsasən Hərbi Dəniz Qüvvələrinin tabelyində olan N nömrəli hərbi hissənin texniki ərazisində saxlanılan 504N ədəd 45/78 mm-ilk UFB-75 atəş yığımlarının utilizasiya edilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri komandanı tərəfindən Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli raportdan görünür ki, “Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin texniki ərazisində saxlanılan döyüş sursatlarının texniki baxışı haqqında” xx.xx.2017ci il tarixli, 249 nömrəli akta əsasən N nömrəli hərbi hissənin texniki ərazisində saxlanılan digər sursatlarda daxil olmaqla, 504N ədəd 45/78 mm-ilk UFB-75 atəş yığımlarının uçotdan silinməsi üçün qərar qəbul edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuş, həmin raport əsasında xx.xx.2018-ci il tarixdə Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən Müdafiə naziri qarşında vəsatət qaldırılmış və xx.xx.2018-ci il tarixdə Müdafiə naziri həmin vəsatətlə razılaşmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri komandanının “Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş sursatları anbarında istismar müddəti başa çatmış, istifadəyə yararsız və silahlanmadan çıxarılmış döyüş sursatlarının məhv edilməsi haqqında” xx.xx.N2-ci il tarixli, 093 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli, 0208 nömrəli əmrinə əsasən Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş sursatları anbarında texniki cəhətdən yararsız olan, istismar müddəti başa çatmış və silahlanmadan çıxarılmış məhv edilməsi planlaşdırılan sursatların müəyyənləşdirilməsini, seçilməsini, çeşidlənməsini həyata keçirərək məhv edilməsi üçün hazırlanmasını təmin etmək, həmin sursatların partlatma ərazisinə daşınmasını və yığılmasını həyata keçirib, Mühəndis Qoşunları Xidmətinin N nömrəli hərbi hissəsindən ezam olunmuş partlayış qrupu tərəfindən məhv edilməsini təşkil etmək həmin Qüvvələrin Maddi-texniki təminat idarəsinə tapşırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri komandanının xx.xx.N3-cü il tarixli, 44 nömrəl məktubundan görünür ki, Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin anbarlarında saxlanılan texniki cəhətdən nasaz, istismar müddəti başa çatmış, istifadəyə yararsız artilleriya, mina-tral və sualtı qayıq əleyhinə döyüş sursatlarının partlayış üsulu ilə məhv edilməsini davam etdirmək üçün Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Xidmətindən mühəndis istehkam qrupunun ayrılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri komandanının xx.xx.N3-cü il tarixli, 690 nömrəli məktubundan görünür ki, Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin uçotunda olan istismar müddəti başa çatmış, silahlanmadan çıxarılmış və istifadəyə yararsız artilleriya, mina-tral, sualtı qayıq əleyhinə döyüş sursatlarının və pirotexniki vasitələrin partlayış üsulu ilə məhv edilməsini davam etdirmək məqsədilə Milli Müdafiə Universitetinin rektorundan Azərbaycan Ordusunun Təlim və X4 “RİM-2” Təlim poliqonunun ayrılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N3-cü il tarixli, 76 nömrəli əmrindən görünür ki, Hərbi Dəniz Qüvvələri komandanın xx.xx.N2-ci il tarixli, 093 nömrəli əmrinə əsasən yararsız sursatların Azərbaycan Ordusunun X1 “RİM-2” təlim poliqonunda məhv edilməsi üçün komissiya yaradırılmışdır. Komissiyanın sədrinə texniki cəhətdən yararsız olan istismar müddəti başa çatmış və silahlandırmadan çıxarılmış döyüş sursatları və partlayıcı maddələrin təhlükəsizlik qaydalarına riayət edilməklə müəyyənləşdirilməsi, bu zaman təhlukəsizlik tədbirlərinə riayət edilməsi, çeşidlənməklə məhv edilmələri üçün hazırlanması və onların taktiki-texniki xassələrinin partlayış edən şəxsi heyətə çatdırılması, saxlama bölmələrinin rəislərinə isə məhv olunacaq döyüş sursatlarının partlayış işi aparacaq Mühəndis Qoşunlarının N nömrəli hərbi hissəsindən ezam olunmuş partlayış qrupunun rəhbərinə təhvil verilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.N3-cü il tarixli, 319 nömrəli əmrinə əsasən Mühəndis Qoşunları Baş idarəsinin rəisinin xx.xx.N3-cü il tarixli, 184/17 nömrəli telefonaqramması əsasında Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin saxlanclarında saxlanılan yararsız sursatların partladılması üçün partlayış qrupu yaradılaraq, rəhbəri baş leytenant Təqsirləndirilən şəxs, üzvləri isə istehkamçı əsgərlər Şahid3, Şahid2 təyin olunmuş və qrup rəhbərinə yararsız sursatların məhv edilməsini Azərbaycan Respublikasının Müdafiə nazirinin 22 sentyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda partlayış işləri üzrə təlimat”ın tələblərinə uyğun yerinə yetirməsi, sursatları şəxsi heyətdən, texnikadan, yaşayış və qeyri yaşayış binalarından və əkin sahələrindən təhlükəsiz məsafədə partladılması tapşırılmışdır. İş üzrə 15 may N3-cü il tarixli qərarla təyin edilmiş, 13 iyun N3-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sursatları partlayış üsulu ilə məhv edən partlayış qrupunun rəhbərinin və üzvlərinin fəaliyyəti Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda Partlayış işləri üzrə Təlimat”ın Vİİ fəslində (partlayış işləri zamanı təhlükəsizlik tədbirləri) göstərilmişdir: 7.4. Partlayış işlərinin yerinə yetirilməsi üçün təyin olunmuş bütün şəxslər partlayıcı maddələri, partlatma vasitələrini, onların xüsusiyyətlərini və onlarla davranış qaydalarını, eləcə də görüləcək işin ardıcıllığını, komandaları və təhlükəsizlik qaydalarını bilməlidir. 7.5. Hər bir ayrı işin yerinə yetirilməsi üçün partlayışın uğurla baş tutmasına və işlərin düzgün aparılmasına cavabdeh olaraq lazımlı səviyyədə hazırlıqlı şəxs qruplara rəhbər (komandir) təyin edilir. 7.6. Partlayış işləri aparan bölmənin (qrupun) hər bir əsgəri hansı işi hansı ardıcıllıqla görməli olduğunu əminliklə bilməlidir. 7.7. Bütün fəaliyyətlər partlayış rəhbərinin (partlayış qrupu komandirinin) komandaları və siqnalları ilə icra olunmalıdır. 7.8. Bütün siqnallar bir-birindən ciddi şəkildə fərqlənməli və bütün şəxsi heyət siqnalları dəqiq bilməlidir. 7.9. Partlayış işlərinin aparılması zamanı atımların hazırlanması, hədəfə yerləşdirilməsi və partladılması mərhələlərinin hamısında bir nəfər cavabdeh (partlayış rəhbəri, partlayış qrupunun komandiri və s.) olmalıdır. Partlayış qrupunun üzvlərinə digər tapşırıqları partlayış qrupunun rəhbəri bilavasitə ərazidə müəyyənləşdirir. Partlayış işləri həmin təlimatın 4.190-cı maddəsində qeyd olunanlar əsasən həyata keçirilir, partladılan 37-76 mm-lik mərmilərin qəlpələrinin ehtimal olunan uçma uzunluğu 500 metrə qədərdir. Mərmilərin (minaların) sıra ilə yığılmış qalaqlarının partladılması zamanı partlayış zərbəsinin gücü ilə onların bir hissəsi heç partlamadan ətrafa səpələnir. Mərmilərin ətrafa atılmasının radiusunun azaldılması məqsədilə partlayış atımları sıra ilə yığılmış mərmi qalaqlarının üzərinə qoyulur, atımların çəkisi və sayı artırılır. Bu məqsədlə sıra ilə yığılmış mərmi qalaqlarının üzərinə hər birinin çəkisi 5 kq-dan az olmayan bir neçə cəmləşdirilmiş atım və ya sıranın bütün uzunluğu boyunca keçən uzunsov atım tətbiq edilir. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin saxlanclarında saxlanılan texniki cəhətdən nasaz, istismar müddəti başa çatmış, isitifadəyə yararsız döyüş sursatlarının partlayış üsulu ilə məhv edilməsi üçün istehkam qrupunun təhlükəsizlik qaydaları ilə tanışlıq cədvəl”ındən görünür ki, Təqsirləndirilən şəxs partlayış işləri aparmaq üçün Azərbaycan Respublikasının Müdafiə nazirinin 22 sentyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda partlayış işləri üzrə təlimat”la və “qrup rəhbəri kimi partlayışdan sonra partlayış yerinin baxışı keçirməlidir” kimi tələblərlə tanış edilmişdir. Qeyd olunan hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda Partlayış işləri üzrə Təlimat”ın 7.4, 7.5, 7.6, 7.7, 7.8, 7.9 və 7.95-ci bəndlərinin tələblərinə riayət etməməsi olmuşdur. Belə ki, həmin təlimatın 7.95-ci bəndinə əsasən bütün partlayış işlərindən sonra partlamadan dağılan partlayıcı maddələr ərazidən diqqətlə yığılmalı, tam partlamanın baş verməmə səbəbi müəyyən olunmalıdır. Partlayış qrupunun rəhbəri partlayış apardıqdan sonra bilavasitə partlayış yerinə baxış keçirməli, orada partlamamış döyüş sursatları və partlayıcı vasitələrin olmamasına əmin olmalıdır. Bütün partlayış işlərindən sonra partlayış qrupunun rəhbəri partlamadan dağılan partlayıcı maddələri ərazidən diqqətlə yığmalı və tam partlamanın baş verməmə səbəbini müəyyən etməlidir. Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi mobil telefonda olan video və foto görüntülərə baxış keçirilməsi haqqında 02 may N3-cü il tarixli protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə Azərbaycan Ordusunun X1 “RİM-2” təlim poliqonunda 400 ədəd 45/78 mm-lik UFB-75 atəş yığımı (mərmi) məhv edilərkən və məhv edildikdən sonra o, sursatların və partlayıcıların foto və videoçəkilişini aparmışdır. Həmin görüntülərdə sursatların partlayışa hazır vəziyyətə gətirilməsi və partlayışdan sonra çuxurların görüntüləri əks olunmuş və çuxurların içərisində mərmi başlığının olmamışdır. Lakin həmin video və foto götürüntülərdə partlayışdan sonra yalnız çuxurların içərisinin foto və videoçəkilişinin aparıldığı, partlayışdan əvvəl və ya partlayışdan sonra çuxurların ətrafının və ya hər hansı bir radiusunun foto və videoçəkilişi aparılmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində tərtib edilmiş “Saxlanılması təhlükəli olan və gələcək istismarı qeyri-mümkün hesab edilən artilleriya döyüş sursatlarının məhv edilməsi” haqqında xx.xx.N3-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs rəhbər olduğu partlayış qrupu tərəfindən partlayış üsulu ilə xx.xx.N3-cü il tarixdə Azərbaycan Ordusunun X1 “RİM-2” təlim poliqonunda 400 ədəd 45/78 mm-ilk UFB-75 atəş yığımı (mərmi) məhv edilmişdir. Partlama zamanı N ədəd “BB-1” (böyük dərinlik bombası, N ədədinin çəkisi 165 kq), 60 ədəd “PP-3” partlatma patronu (N ədədinin çəkisi 3 kq 130 qram), N ədəd isə “PP-2” partlatma patronu (N ədədinin çəkisi 550 qram) partlayıcı vasitələrdən istifadə edilmişdir. Döyüş sursatlarının partladılmasından sonra partlatma sahəsinə baxış keçirilən zaman 12,5 kq “latun” əlvan metal qırıntıları aşkar edilmişdir. Hadisənin baş verdiyi, Xızı rayonu ərzisində yerləşən Azərbaycan Ordusunun Təlim və X4 “RİM-2” Təlim poliqonunun ərazisinə baxış keçirilməsi haqqında 15 aprel N3-cü il tarixli protokola əsasən müəyyən olunur ki, Bakı-Rostov M-5 magistral yolunun Yaşma qəsəbəsi ərazisindən üzü şimala doğri Ağdərə kəndi istiqamətində təxminən 12 km məsafə qət etdikdə yolun kənarında ** NC *** dövlət qeydiyyat nışanlı, “Vaz-21063” markalı açıq bej rəngli avtomobilin qabaq sağ təkəri sürtünmənin təsirindən cırılmış, diski isə əyilmiş vəziyyətdədir, avtomobilin sol yan hissəsi boyunca həmin hissədə hər iki qapı üzərində müxtəlif ölçüdə qəlpə təsirindən yaranmağa xarakterik zədə izləri vardır. Avtomobilin salonunda ön sərnişin oturacağında Zərərçəkmiş şəxs2, arxa oturacaqda isə Zərərçəkmiş şəxs1 meyitləri uzadılmışdır. Hər iki meyit üzərində, xüsusilə baş, qarın nahiyələrində, eləcə də yuxarı və aşağı ətraflarında dərin kəsilmiş-cırılmış yaraların olması müşahidə olunur. Həmin yerdən 10 km üzü Ağdərə kəndi istiqamətində getdikdə avtomobil yolundan 15 metr solda yer üzərində 60 sm diametrdə torpağa hopmuş qana bənzər izlər müşahidə olunur. Həmin qana bənzər izlərin ətrafında 2 ədəd taxta parçası, N ədəd çəkic, N ədəd ling, N ədəd kəlbətin və N ədəd salafan paketdə çoxsaylı kiçik ölçülü misə bənzər məlumatlar, qırmızı rəngli döşəkçə vardır. Həmin yerdən 7-8 metr məsafədə dərinlikləri 3-4 metr olan yanaşı çuxurlar var, çuxurların ətrafında və ümumi ərazidə partmamış döyüş sursatlarının hissələri vardır. Hadisə yerinə mütəxəssisin iştirakı ilə “əlavə baxış keçirilməsi haqqında” 17 aprel N3-cü il tarixli protokola əsasən müəyyən olunur ki, hadisə yerinin koordinatları 40°37'11.3"N 49°20'00.8"Edir. Hadisə yerinin ətrafında və həmin yerdən kilometrlərlə olan məsafələrdə hər hansı bir “Giriş qadağandır” və sair nişanverici işarələr yoxdur. Hadisə yerinin mərkəzinin yaxınlıqda 8 metr məsafədə çuxurlar yerləşir. Həmin cuxurların 30-40 metr radiusunda çoxsaylı 25, 30, 37 və 45/78 mm-lik UFB-75 mərmilərinin başlıqları səpələnmişdir. Həmin mərmi başlıqlarının hər birinin içərisində partlayıcı maddə var, başlıqlar partlamamış vəziyyətdədir. Cuxurların içərisində isə hər hansı mərmi başlığı və ya metal qırıntıları yoxdur. Hadisə yerindən 1N ədəd metal qırıntıları (qəlpələr) aşkar edilmiş, həmin metal qırıntıları oksidləşmədiyinə və quruluşuna görə 2-3 gün əvvəl partlamış 45/78 mm-lik UFB-75 mərmisinin qəlpələridir. 45/78 mm-lik UFB-75 atəş yığımının başlıq hissəsi MD-45M partladıcıdan ibarətdir, partladıcı və mərmi hissənin içərisində partladıcı maddə (trotil) olur. 45/78 mm-lik UFB-75 atəş yığımları partlayış üsulu ilə məhv etmək üçün onun üzərinə kifayət qədər müxtəlif kütləli partlayıcı maddə qoyulur. Partlayış nöqtəsindən kənara düşmüş yığımın başlıq hissəsinin partlamamasının səbəbinin partladılan sursatın xüsusiyyətləri ilə əlaqələndirmək olar (partlayış nəticəsində yaranmış təzyiq nəticəsində xəndəkdən kənara düşməsi ehtimal olunur). xx.xx.N3-cü il tarixdə mərhum Zərərçəkmiş şəxs1 tərəfindən 45/78 mm-lik UFB-75 atəş yığımının başlığını çəkic və linglə döyəcləməsi nəticəsində partlayışın baş verməsinin səbəbi mərminin və MD-45M partladıcının içərisində olan partladııcı maddənin (trotilin) zərbə və möhkəm silkələnmənin nəticəsində baş verməsi ehtimal olunur. Əşyalara baxış keçirilməsi haqqında 18 aprel N3-cü il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs1 meyitindən çıxarılmış N ədəd metal qırıntısı-34X16X5 mm ölçüdədir, parçalanmış vəziyyətdədir. Hadisə yerindən götürülmüş əşyalar: bir ədəd mərmi başlığı- boz rənglidir, hamar səthlidir, nisbətən deformasiyaya uğramışdır, içərisi boşdur, uzunluğu 15 sm, diametri isə 4.5 sm-dir, 1N ədəd metal qırıntısı-parçalanmış vəziyyətdədirlər, ən kiçiyinin ölçüsü 14X14X3, ən böyüyünün ölçüsü isə 50X8X5 mm-dir, 53 ədəd metal qırıntıları-qırmızımtıl rənglidir, ən böyüyünün ölçüsü 127X12X4, ən kiçiyinin ölçüsü isə 5X1,5 mm-dir. N ədəd çəkic-işlək və dəstək hissədən ibarətdir, uzunluğu 31 sm-dir, orta hissədə diametri 4 sm-dir, N ədəd ling-23 sm uzunluğundadır, uç hissəsi kəsicidır, N ədəd kəlbətin-uzunluğu 16 sm, orta hissəsə diametri 25 sm-dir. Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan geyim əşyaları: N ədəd gödəkçə- uzunluğu 65 sm, çiyin hissədən eni 39 sm-dir, üzərində çoxsaylı partlayış təsirində cırılmış, dıdılmış vəziyyətdədir, üzərində qana bənzər ləkələr vardır, N ədəd köynək-xakı rənglidir, uzunluğu 40 sm, çiyin hissədən eni 32 sm-dir, üzərində çoxsaylı partlayış təsirində cırılmış, dıdılmış vəziyyətdədir, üzərində qana bənzər ləkələr vardır, N ədəd qısa qol köynək-uzunluğu 44 sm, çiyin hissədə eni 30 sm-dir, üzərində çoxsaylı partlayış təsirində cırılmış, dıdılmış vəziyyətdədir, üzərində qana bənzər ləkələr vardır, N ədəd idman şalvarı-uzunluğu 78 sm, bel hissədə eni 33 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmış cırılmış, dıdılmış zədələr var, üzərində qana bənzər ləkələr vardır, N ədəd idman tumanı-uzunluğu 32 sm, bel hissədən eni 25 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmış cırılmış, dıdılmış zədələr, üzərində qana bənzər ləkələr vardır, 1 cüt ayaqqabı-uzunluqları 27 sm, pəncə hissədən eni 10 sm-dir, hər iki çütdə partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır, 1 cüt corab-uzunluqları 9 və eni 9 sm-dir, üzərində müxtəlif zədələr vardır, N ədəd jaket-papaqlıdır, uzunluğu 66 sm, çiyin hissədən eni 46 sm-dir, üzərində zədələr aşkar edilmir. Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan geyim əşyaları: N ədəd idman şalvarı- uzunluğu 89 sm, bel hissədən eni 38 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır, N ədəd qısaqol köynək-uzunluğu 56 sm, eni 44 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır, N ədəd ağ rəngli mayka-uzunluğu 50 sm, eni 42 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır, N ədəd uzunqol köynək-uzunluğu 58 sm, çiyin hissədən eni 38 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır, 1 cüt corab-21 və 16 sm uzunluqdadırlar, üzərlərində çoxsaylı partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır, N ədəd alt tumanı-uzunluğu 28, bel hissədən eni 36 sm-dir, üzərində çoxsaylı partlayış təsirindən yaranmağa xarakterik zədələr vardır. İş üzrə 19 aprel N3-cü il tarixli qərarla təyin edilmiş kompleks məhkəmə-ballistik və trasoloji eskpertizasının 25 may N3-cü il tarixli, 3/686; 3/687 nömrəli rəyindən görünür ki, məhkəməballistik-hadisə yerinə əlavə baxış zamanı götürülmüş 1) 0N ədəd mərmi başlığı boz rənglidir, uzunsov formalıdır, səthi nahamardır, üzərində partlayış nəticəsində yaranmağa xarakterik olan qaramtıl rəngli his ləkələri, batıq, sıyrıq zədələri vardır, deformasiyaya uğramış vəziyyətdədir. Predmetin son kənarının daxili hissəsində yiv izləri müşahidə olunur. Üzərində 31 M-2-78-0 hərf və rəqəmləri zavod işarəsi həkk olunmuşdur. Predmetin uzunluğu 150 mm, orta hissədə diametri 45 mm-dir. 2) 1N ədəd metal qırıntısı bozumtul rəngli olmaqla metaldan hazırlanmışdır. Həmin predmet öz ilkin forma və ölçülərini itirmiş, gövdəsi müxtəlif istiqamətlərə cırılaraq parçalanmışdır, üzərində termiki təsir nəticəsində yaranmağa xarakterik qaramtıl rəngli hiss ləkələri vardır. Həmin predmet 14x14x3, 38x8x4, 47x12x5, 45x17x6, 22x17x6, 24x20x11, 50x8x6, 24x20x11, 50x8x5, 47x18x6, 25x10x6,30x13x9 və 45x27x8 mm qabarit ölçülərinə malikdir. 3) Mərhum Zərərçəkmiş şəxs1 meytindən çıxarılan 0N ədəd mərmi parçası bozumtul rəngli olmaqla metaldan hazırlanmışdır. Həmin predmet öz ilkin forma və ölçülərini itirmiş, gövdəsi müxtəlif istiqamətlərə cırılaraq parçalanmışdır, üzərində termiki təsir nəticəsində yaranmağa xarakterik qaramtıl rəngli hiss ləkələri vardır. Həmin predmet 34x16x5.5 mm qabarit ölçülərinə malikdir. 4) Mərhum Zərərçəkmiş şəxs2 Xalıq oğlunun meyitindən çıxarılan 0N ədəd mərmi parçası bozumtul rəngli olmaqla metaldan hazırlanmışdır. Həmin predmet öz ilkin forma və ölçülərini itirmiş, gövdəsi müxtəlif istiqamətlərə cırılaraq parçalanmışdır, üzərində termiki təsir nəticəsində yaranmağa xarakterik qaramtıl rəngli hiss ləkələri vardır. Həmin predmet 22x17x5.5 mm qabarit ölçülərinə malikdir. 5) Hadisə yerinə baxış zamanı götürülmüş 53 ədəd metal predmet qırmızımtıl rəngdədir, səthi çirklidir. Predmetlər deformasiyaya uğramış vəziyyətdədir, qeyri müəyyən formadadır. Predmetlərin ölçüləri- 127x12x4.5, 80x12x1.5, 90x12x1.5, 115x12x3, 120x12x3, 75x12x2.1, 70x12x2.5, 65x9x1.8, 95x12x4.5, 67x9x2, 60x9x1.5, 62x9x1.2, 48x8.5x1.2, 36x9x1.2, 65x9x2, 53x8.5x1.5, 65x9x1.2, 77x13x4.5, 55x9x1.5, 45x9x1.5, 40x9x1.5, 50x9x1.5, 75x9x1.2, 65x8x1.5, 55x9x1.2, 55x9x1.1, 50x9x1.1, 45x9x2, 35x9x1, 45x8.5x1.1, 52x9x1, 50x9x1.2, 65x9x1.5, 45x8.5x1.5, 45x8.5x1.5, 50x8.5x1.5, 50x8.5x1.2, 40x8x1.3, 48x8.5x1.2, 30x8.1x1.1, 40x8.1x1.3, 60x7x1.2, 48x7.5x1.4, 35x7x1.2, 45x7x1.2, 43x8.5x1.3, 45x8.5x1.5, 50x9x1.5, 35x8x1.1, 60x9.1x1.5, 50x7x1.3 və 35x8.5x1.5 mm-dir. 6) Hadisə yerinə baxış zamanı götürülmüş N ədəd çəkic işlək və dəstək hissədən ibarətdir. İşlək hissə qaramtıl rəngli metaldan hazırlanmışdır, bir tərəfi küt-dördkünc, digər tərəfinin ucu isə küt olsada nazildilmiş formadadır. 7) Hadisə yerinə baxış zamanı götürülmüş N ədəd kəski (ling) boz rənglidir, uzunsov formalıdır, səthi nahamardır-çirklidir. 8) Hadisə yerinə baxış zamanı götürülmüş N ədəd boz rəngli kəlbətin metaldan hazırlanmışdır və iki qoldan ibarətdir. Qollar bir-birinə metal bərkidici vasitəsi ilə bərkidilmişdir. Məhkəmə-trasoloji-tədqiqata təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş geyim əşyaları: 1) N ədəd xaki rəngli, zəncirbəndli gödəkçənin səthi çirklidir, hisli üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Gödəkcənin üzəri partlayışın təsirindən cırılmış, didilmiş vəziyyətdədir və üzərində material çatışmamazlığı vardır. Gödəkcənin ön, sağ aşağı hissəsində 380x250 mm2 sahədə çoxsaylı 38x25 mm, 30x15 mm, 34x15 mm, 50x10 mm, 45x30 mm, 24x5 mm, 14x5 mm, 35x10 mm, 12x5 mm, 15x5 mm, 23x13 mm, 18x4 mm, 5x3 mm, 7x2 mm və s. ölçülərdə deşib keçən zədələr, ön, sağ çiyin hissəsində 80 mm aşağı sağ qolluq dairə tikişindən 90 mm solda bir ədəd 43x20 mm ölçülərdə deşib keçən zədə, ön, sağ çiyin hissəsində 110 mm aşağı sağ qolluq dairə tikişindən 12 mm solda bir ədəd 70x8 mm ölçülərdə deşib keçən zədə, sağ qolluğunun aşağı hissələri partlayışın təsirindən cırılmış və didilmiş vəziyyətdə üzərində çoxsaylı 240x60 mm, 200x90 mm, 150x75 mm,120x35 mm və s. ölçülərdə deşib-keçən zədələr, sağ qolluğunun ön yuxarı hissəsi qolluq tikişinindən aşağı 210x140 mm2 sahədə çoxsaylı 49x38 mm, 15x7 mm, 20x5 mm, 5x2 mm,12x5 mm, 14x3 mm və s. ölçülərdə deşib-keçən zədələr, sol qolluğunun ön hissəsində aşağı son kənarından 100 mm yuxarı içəri qol yan tikişindən 100 mm solda bir ədəd 45x15 mm ölçüdə deşib-keçən zədə, sol qolluğunun ön hissəsində aşağı son kənarından 220 mm yuxarı 170x180 mm2 sahədə üç ədəd 30x7 mm, 40x42 mm, 40x30 mm ölçüdə deşib keçən zədələr, sol qolluğunun arxa hissəsində aşağı son kənarından 40 mm yuxarı sol yan tikişindən 10 mm yuxarıda bir ədəd 100x25 mm ölçüdə deşib-keçən zədə, həmin zədədən 60 mm yuxarıda içəri yan tikişinin üzərində bir ədəd 17x5 mm ölçüdə deşib keçən zədə, arxa, sağ hissəsində aşağı son kənarından 40 mm yuxarıda 300x300 mm2 sahədə çoxsaylı 15x13 mm, 10x2 mm, 50x5 mm, 50x39 mm, 30x13 mm, 12x3 mm, 3x2 mm, 20x7 mm, 5x3 mm və.s ölçüdə deşib keçən zədələr, arxa hissəsində, sağ çiyin tikişindən 30 mm aşağı, sol qolluq dairə tikişindən 35 mm sağda bir ədəd 30x11 mm ölçüdə deşib keçən zədə vardır. 2) N ədəd xaki rəngli, uzunqol köynəyin səthi çirklidi, üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Köynəyin ön, sağ hissəsində aşağı son kənarından 39 mm yuxarıda sağ yan tikişindən 5 mm solda bir-birinin davamı olan 70x35 mm, 30x25 mm, 7x6 mm və s. ölçülərdə deşib keçən zədələr, ön, sağ hissəsində aşağı son kənarından 39 mm yuxarıda sağ yan tikişindən 5 mm solda bir-birinin davamı olan 70x35 mm, 30x25 mm, 7x6 mm və s. ölçülərdə deşib keçən zədələr, ön, sağ hissəsində qolaltı dairə tikişinin yuxarı son kənarından 75 mm aşağıda yan tikişinin üzərində bir ədəd 30x21 mm ölçüdə deşib keçən zədə, ön, sağ boyunluq hissəsinin üzərində sağ qolluq dairə tikişində 120 mm solda bir ədəd 12x7 mm ölçüdə deşib keçən zədə, ön, sağ qolluğunun aşağı son kənarından 30 mm yuxarı içəri yan tikişindən 20 mm yuxarıda bir ədəd 30x35 mm ölçüdə deşib keçən zədə, sağ qolluğunun ön, üst aşağı hissəsində 160x190 mm2 sahədə 130x85 mm, 30x10 mm, 18x17 mm ölçüdə deşib keçən zədələr, sol qolluğunun ön, üst hissəsində aşağı son kənarından 40x120 mm2 sahədə iki ədəd 40x12 mm, 45x10 mm ölçüdə deşib keçən zədələr, arxa hissəsində, aşağı son kənarından 30 mm yuxarı sağ yan tikişindən 5 mm solda 110x130 mm2 sahədə çoxsaylı 9x5 mm, 12x9 mm, 7x4 mm, 13x4 mm və s. ölçüdə deşib keçən zədələr, arxa hissəsində, sağ çiyin tikişindən 15 mm aşağı sağ yan tikişindən 5 mm solda bir ədəd 20x15 mm ölçüdə deşib keçən zədə, arxa hissəsində, sağ qolluq dairə tikişindən 15 mm aşağı 190x130 mm sahədə üç ədəd 55x53 mm, 50x40 mm, 20x9 mm ölçüdə deşib keçən zədələr vardır. 3) N ədəd göy rəngli, qısaqol köynəyin üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Köynəyin ön, sağ hissəsində aşağı son kənarının üzərində, sağ yan tikişinindən 45 mm solda bir ədəd 90x20 mm ölçüdə deşib keçən zədə, ön, sağ hissəsində aşağı son kənarından 130 mm yuxarı sağ yan tikişinindən 20 mm solda bir ədəd 9x5 mm ölçüdə deşib keçən zədə, ön, sağ hissəsində aşağı son kənarından 130 mm yuxarı sağ yan tikişinindən 20 mm solda bir ədəd 9x5 mm ölçüdə deşib keçən zədə, ön hissəsində qolluq dairə tikişindən 80 mm aşağı sağ yan tikişindən 15 mm solda bir ədəd 33x19 mm və bu zədənin ətrafında 3x2 mm ölçüdə deşib keçən zədə, arxa, sağ hissəsində aşağı son kənarından 5 mm yuxarı, 80x150 mm2 sahədə 15x9 mm və s. ölçülərdə deşib keçən zədələr, arxa hissəsində sağ çiyin tikişindən 30 mm aşağı sağ yan tikişindən 3 mm solda bir ədəd 4x3 mm ölçüdə deşib keçən zədə, arxa sağ qolluğunun üst hissəsində aşağı son kənarından 40 mm yuxarı qolluq dairə tikişindən 43 mm sağda çoxsaylı 11x8 mm, 30x22 mm, 5x3 mm ölçülərdə deşib keçən zədələr vardır. 4) N ədəd qara rəngli idman şalvarın səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Şalvarın ön hissəsində sağ ayaqlığın aşağı son kənarından 12 mm yuxarıda, sağ yan tikişindən 12 mm solda bir ədəd 30x12 mm ölçüdə deşib keçən zədə, ön hissəsində sol ayaqlığın aşağı son kənarının yan tikişinin üzərində 60x25 mm2 sahədə üç ədəd 5x5 mm, 7x8 mm, 20x12 mm ölçüdə deşib keçən zədələr, arxa hissəsində sol ayaqlığın aşağı son kənarından 10 mm yuxarıda içəri yan tikişindən 18 mm solda bir ədəd 18x9 mm ölçüdə deşib keçən zədə, arxa hissəsində sağ ayaqlığın aşağı son kənarından 22 mm 190x65 mm2 sahədə çoxsaylı 15x12 mm, 20x19 mm, 10x9 mm, 22x14 mm, 5x3 mm ölçüdə deşib keçən zədələr, arxa hissəsində sağ ayaqlığın aşağı son kənarından 22 mm 190x65 mm2 sahədə çoxsaylı 15x12 mm, 20x19 mm, 10x9 mm, 22x14 mm, 5x3 mm ölçüdə deşib keçən zədələr, arxa hissəsində bel tikişinin son kənarından 35 mm aşağı 300x230 mm2 sahədə çoxsaylı 45x7 mm, 15x5 mm, 20x7 mm, 22x5 mm, 30x3 mm, 23x15 mm, 40x15 mm, 25x14 mm 5x3 mm və s ölçüdə deşib keçən zədələr vardır. 5) N ədəd göy rəngli, idman tumanının səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Tumanın ön hissəsində bel tikişinin son kənarından 210 mm aşağı sağ yan tikişindən 170 mm solda bir ədəd 11x3 mm deşib keçən zədə, arxa hissəsində bel tikişinin son kənarından 110 mm aşağı 220x160 mm2 sahədə çoxsaylı 20x9 mm, 38x20 mm, 27x20 mm, 12x10 mm, 18x2 mm, 14x5 mm, 37x8 mm, 35x13 mm və s. ölçüdə deşib keçən zədələr, ön sağ ayaqlıq hissəsindən aşağı son kənarından 30 mm yuxarıda sağ yan tikişindən 170 mm solda bir ədəd 5x5 mm ölçüdə deşib keçən zədə, həmin zədədən 9 mm yuxarı 9x4 mm ölçüdə deşib keçən zədə, arxa hissəsində bel tikişinin son kənarından 60 mm aşağıda sağ yan tikişindən 130 mm solda bir ədəd 15x10 mm ölçüdə deşib keçən zədə, həmin zədədən 5 mm aşağıda üç ədəd 10x5 mm, 5x3 mm, 9x5 mm ölçüdə deşib keçən zədələr vardır. 6) 1 cüt qara rəngli, ayaqqabının səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Ayaqqabının sağ tayının arxa hissədən 33 mm önə doğru sağ yan hissəsindən aşağı son kənarından 33 mm yuxarda bir ədəd 25x9 mm ölçüdə deşib keçən zədə, həmin zədədən 35 mm önə doğru bir ədəd 15x8 mm ölçüdə deşib keçən zədə, sağ tay ayaqqabının arxa səthində, sol yan hissəsindən aşağı son kənarından 40 mm yuxarıda 5x4 mm ölçüdə deşib keçən zədə, sol tay ayaqqabının ön səthində sağ yan hissəsindən bir ədəd 20x9 mm ölçüdə deşib keçən zədə, həmin zədədən 37 mm arxaya bir ədəd 8x3 mm ölçüdə deşib keçən zədə, sol tay ayaqqabının içəri yan hissəsindən aşağı son kənarından 15 mm yuxarıda arxa hissəsindən 100 mm önə doğru bir ədəd 35x4 mm ölçüdə deşib keçən zədə, sol tay ayaqqabının alt səthində ön hissədən 80 mm arxaya doğru sağ yan hissəsindən 7 mm solda bir ədəd 32x15 mm ölçüdə deşib keçən zədə vardır. 7) 1 cüt göy rəngli corabın səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Corabın sağ tayının ön yuxarı hissəsində üç ədəd 25x13 mm, 13x10 mm, 17x9 mm ölçüdə deşib keçən zədələr, sağ tay corabın alt səthində arxa hissəsində 140x90 mm2 sahədə çoxsaylı 25x10 mm, 35x10 mm, 18x9 mm 19x15 mm, 18x11 mm, 29x15 mm və.s ölçüdə deşib keçən zədələr, sol tay corabın ön səthində 20x15 mm zədə və həmin zədədən 20 mm yuxarıda 10x7 mm ölçüdə deşib keçən zədələr, sol tay corabın ön səthində yuxarı boğazlıq hissəsində 5 mm önə doğru bir ədəd 7x6 mm ölçüdə deşib keçən zədə, həmin zədədən 25 mm yan boğazlıq hissəsinin üzərində 5x3 mm deşib keçən zədə vardır. 8) N ədəd mavi-yaşıl rəngli uzunqol zəncirbəndli papağı olan jaketin səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Jaket üzərində istismar nəticəsində yaranmağa xarakterik zədə vardır. Jaketin üzərində partlayış nəticəsində qəlpələrin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş geyim əşyaları: 1) N ədəd qara rəngli, yan hissəsində ağ rəngli xətləri olan idman şalvarın səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Şalvar ön və arxa hissədən partlayışın təsirindən parçalanmış vəziyyətdədir, şalvarın ön sağ ayaqlığının aşağı son kənarından 70 mm yuxarıda sağ yan hissəsindən 20 mm solda bir ədəd 70x30 mm ölçüdə deşib keçən zədə, ön sağ ayaqlığının aşağı son kənarından 350 mm yuxarıda 120x110 mm2 sahədə 20x9 mm, 12x7 mm, 10x12 mm, 25x7 mm ölçüdə deşib keçən zədə, ön hissəsində bellik tikişinin son kənarından 30 mm aşağıda 380x290 mm2 sahədə çoxsaylı 22x10 mm, 33x17 mm, 90x18 mm, 200x90 mm, 9x5 mm, 42x15 mm, 50x30 mm və.s ölçüdə deşib keçən zədələr, ön hissəsində sol ayaqlığının aşağı son kənarından 120 mm yuxarıda 400x180 mm2 sahədə çoxsaylı 43x20 mm, 30x10 mm, 9x8 mm, 130x80 mm, 40x20 mm, 11x9 mm, 60x60 mm və.s ölçüdə deşib keçən zədələr, arxa hissəsində sol ayaqlığının aşağı son kənarından 150 mm yuxarıda sol yan hissəsində bir ədəd 40x35 mm ölçüdə deşib keçən zədə, arxa, sol hissəsində bellik tikişinin son kənarından 30 mm aşağıda sol yan hissəsindən 25 mm sağda iki ədəd 7x5 mm, 15x9 mm ölçüdə deşib keçən zədələr, arxa, sol hissəsində bellik tikişinin son kənarından 180 mm aşağıda sol yan tikişindən 110 mm sağda bir ədəd 35x9 mm ölçüdə deşib keçən zədə, arxa, sağ ayaqlıq hissəsində çoxsaylı 125x75 mm, 110x50 mm, 140x150 mm, 100x40 mm, 70x30 mm, 9x4 mm, 15x5 mm və.s ölçüdə deşib keçən zədələr vardır. 2) N ədəd tünd qırmızı rəngli, qısaqol köynəyin səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Köynəyin ön, sağ hissəsində aşağı son kənarından 30 mm yuxarıda 500x200 mm2 sahədə çoxsaylı 65x35 mm, 59x30 mm, 20x15 mm, 30x10 mm, 15x12 mm, 11x7 mm, 30x15 mm, 5x4 mm və.s ölçüdə deşib keçən zədələr, arxa, sağ hissəsində aşağı son kənarından 50 mm yuxarıda sağ yan tikişindən 80 mm solda bir ədəd 7x5 mm ölçüdə deşib keçən zədə vardır. 3) N ədəd ağ rəngli maykanın səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Maykanın ön orta hissəsində aşağı son kənarından 100 mm yuxarıda 400x150 mm2 sahədə çoxsaylı 60x45 mm, 15x12 mm, 55x30 mm, 60x35 mm, 35x19 mm, 30x15 mm, 10x9 mm və.s ölçüdə deşib keçən zədələr, ön, sağ iplik hissəsinin üzərində çiyin tikişinin son kənarından 110 mm aşağıda 19x5 mm, 10x5 mm, 5x7 mm ölçüdə deşib keçən zədələr, arxa hissəsində aşağı son kənarından 45 mm yuxarıda, sağ yan hissəsindən 55 mm solda bir ədəd 7x3 mm ölçüdə deşib keçən zədə vardır. 4) N ədəd tünd qırmızı rəngli və qara rəng xətləri olan uzunqol köynəyin səthi üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Köynəyin ön hissəsində yuxarı hissədən yarıya kimi kəsilmiş vəziyyətdədir. Köynəyin ön, orta hissəsində 500x190 mm2 sahədə çoxsaylı 65x50 mm, 70x40 mm, 60x40 mm, 30x30 mm, 23x15 mm, 30x17 mm, 10x7 mm, 3x3 mm və.s ölçüdə deşib keçən zədələr, ön, sağ qolluq dairə tikişindən 43 mm aşağıda içəri yan tikişindən 50 mm sağda 140x60 mm2 sahədə çoxsaylı 5x5 mm, 11x7 mm, 5x3 mm, 7x3 mm ölçüdə deşib keçən zədələr, arxa sol qolluq hissəsində sol qolluğunun aşağı son kənarından 12 mm yuxarıda 140x100 mm2 sahədə çoxsaylı 55x35 mm, 35x25 mm, 5x3 mm, 7x3 mm, 30x20 mm, 12x10 mm və s.ölçüdə deşib keçən zədələr vardır. 5) 1 cüt qara rəngli, corabın səthi çirklidir, torpağa bulaşmış üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Corabın bir tayı partlayışın təsirindən parçalanmış vəziyyətdədir, üzərində material çatışmamazlığı var, o biri tay corabın ön, boğazlıq hissəsi didilmış bir ədəd 30x40 mm ölçüdə deşib keçən zədə vardır. 6) N ədəd ağ rəngli üzərində qara xətt yazıları olan alt tumanın səthi çirkli, hisli üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Tumanın ön, orta hissəsində 270x280 mm2 sahədə çoxsaylı 90x60 mm , 33x20 mm, 20x7 mm, 50x45 mm, 30x12 mm, 20x7 mm və s. ölçülərdə deşib keçən zədələr vardır. 7) N ədəd sağ tay, qara rəngli ayaqqabının səthi çirklidir, üzərində tünd qəhvəyi rəngli qana oxşar maddənin ləkələri vardır. Ayaqqabının üzərində partlayış nəticəsində qəlpələrin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmişdir. “Vaz-21063” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsində sol qapının aşağı son kənarından 300 mm yuxarıda bir ədəd 45x29 mm ölçüdə deşib keçən zədə, arxa sol hissəsində aşağı son kənarından 80 mm yuxarıda 70x100 mm2 sahədə 35x20 mm, 10x5 mm, 10x4 mm ölçüdə deşib keçən zədə, arxa sol hissəsinin sonunda aşağı son kənarından 80 mm yuxarıda 70x100 mm2 sahədə 35x20 mm, 10x5 mm, 10x4 mm ölçüdə deşib keçən zədələr, ön üst hissəsində sonunda öndən 410 mm arxaya, sağ qapı hissəsindən bir ədəd 30x58 mm ölçüdə deşib keçən zədə vardır. Avtomobil üzərində zədələrin ətrafları çatlarla müşayiət olunur. Tədqiq edilən 0N ədəd predmet (mərmi başlığı) konstruktiv əlamətlərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, üzərindəki zavod işarəsinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara, həmçinin N nömrəli hərbi hissənin texniki ərazisində saxlanılan döyüş sursatlarının texniki baxış haqqında 249 nömrəli akta əsasən, o, 1978-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 45/78 mm-lik UFB-75 markalı atəş yığımı-mərminin, tərkibində partlayıcı maddə olan ön hissəsidir, döyüş başlığıdır. 45/78 mm-lik UFB-75 markalı atəş yığımı-mərmidən “CM-21- ZİF” artilleriya qurğusundan dəniz, hava və sahil hədəflərinə atəş açmaqla zirehi dəlməklə hədəfi məhv etmək üçün istifadə olunur. Atəş yığımının gilizin içində olan barıt 1958-ci ildə istehsal edilib. Atəş yığımının özü isə 1978-ci ildə yığılıb. Artilleriya mərmisinin zərbə təsiri maneənin dəlməsindən və ya tam şəkildə onun müəyyən dərinliyədək daxilinə keçməsindən ibarətdir. Artilleriya mərmisinin zərbə təsiri maneənin qalınlığı və ya tam şəkildə onun müəyyən dərinliyədək daxilinə keçməsi ilə xarakterizə olunur, maneə ilə toqquşma anında mərminin malik olduğu kinetik enerjidən, onun formasından, örtüyünün bərkliyindən, maneənin xassələrindən, mərmi ilə maneənin toqquşma bucağından və partladıcının işədüşmə zamanından asılıdır. Təqdim olunmuş çəkic və kəsiklə partlayıcı təhlükəli predmet olan 45/78 mm-lik UFB-75 markalı atəş yığımı-mərminin döyüş başlığına təsir göstərdikdə (kəsdikdə, zərbə ilə vurduqda) həmin başlıq partlaya bilər. Həmin başlıq öz-özünə alışmadan partlaya bilməz. Lakin mexaniki təsir, o cümlədən üzərinə vurmaqla kəsməklə və buna bənzər digər təsir nəticəsində partlayışa məruz qala bilər. Hadisə yerindən götürülmüş 1N ədəd və 53 ədəd, mərhum Zərərçəkmiş şəxs1 meytindən çıxarılan 0N ədəd, mərhum Zərərçəkmiş şəxs2 Xalıq oğlunun meyitindən çıxarılan 0N ədəd ümumilikdə 66 (altmış altı) ədəd metal predmetin ölçülərinə, konstruktiv əlamətlərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara, habelə vizual və mikroskopik tədqiqatın nəticələrinə əsasən, onlar, tədqiq edilən metal parçanın hissəsini təşkil etmiş olduğu qurğudan partlayış nəticəsində parçalanaraq qopub ayrıldığını göstərir. Həmin predmetlər zavod üsulu ilə, müvafiq avadanlıqdan istifadə olunmaqla hazırlanmış qurğularda olduğu kimi xüsusi konstruksiyada olmaqla, tipik materialdan, səliqəli hazırlanmışdır ki, bu da həmin metal parçaların zavod üsulu ilə hazırlanmış qurğunun hissəsini təşkil etmiş olduğunu göstərir. Predmetlərin formasına, parçalanma vəziyyətinə, quruluşuna, xüsusi konstruksiyada hazırlanmasına və vizual görünüşünə əsasən, onların 45/78 mm-lik UFB-75 markalı atəş yığımı-mərminin-döyüş başlığının hissəsi olması istisna edilmir. Döyüş sursatlarının açıq hava şəraitində uzun müddət saxlanılması, müxtəlif atmosfer yağıntıları, hava tempraturunun dəyişməsi nəticəsində sursatların xarici və daxili material hissələrinə mənfi təsir göstərə, barıtların keyfiyyətsizləşməsinə, ümumiyyətlə isə döyüş sursatların özünü yararsız hala sala bilər. Bu səbəbdən də, atışdan sonra döyüş başlığının partlamaması mümkündür. Mərhum Zərərçəkmiş şəxs1 və Mərhum Zərərçəkmiş şəxs2 Xalıq oğlunun paltarlarının üzərində olan zədələrin marfoloji əlamətlərinə, həmçinin hadisə yerindən və meyitlərin müayinəsi zamanı bədəndən çıxarılmış, həmçinin hadisə yerindən götürülmüş digər metal predmetlərin forma və qurluşlarına görə, hadisə yerində 45/78 mm-lik UFB-75 markalı atəş yığımımərminin döyüş başlığının (gilizdən ayrı) partlaması istisna edilmir. “Əşyanın fotoşəkil üzrə tanınmaya təqdim edilməsi haqqında” 10 iyun N3-cü il tarixli protokola əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ona təqdim edilən mərmi başlıqlarının fotoşəkilləri arasından 45/78 mm-lik UFB-75 mərmisinin başlığını quruluşuna görə tanıyıb, xx.xx.N3-cü il tarixdə hadisə zamanı Zərərçəkmiş şəxs1 əlində partlamış mərmi başlığı ilə tanıdığı mərmi başlığının eyni olduğunu bildirmişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilməsi haqqında 15 aprel N3-cü il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, meyitin çənəaltı, alt çənə və boyun nahiyəsinin ön səthini əhatə edən 9.0x8.0 sm ölçüdə kənarları didilmiş və girintili-çıxıntılı, sıyrıntılı içərisində yumşaq toxumalar və çənə sümüyünün sınmış sümük fraqmentləri görünən əzilmiş-cırılmış yara vardır. Qarın nahiyəsinin ön səthində orta xətt üzrə, göbək nahiyəsində 10,0x7,0 sm ölçüdə içərisindən bağırsaq ilgəkələrinin evakuasiyası ilə müşahidə olunan kənarları didilmiş və girintiliçıxıntılı, sıyrıntılı əzilmiş-cırılmış yara vardır. Sol əlin İ barmağı daraq-falanqa oynağı səviyyəsindən, sol aşağı ətrafı sol ayaq pəncəsinin ayaq falanqa sümükləri səviyyəsindən travmatik amputasiyaları müşahidə edilir. Travmatik amputasiyaya məruz qalmış həmin hissələrdə sümük fraqmentinin ucu kələ-kötürdür, ətraf toxumalar didilib-cırılmış halda qansızmalıdır. Sol said nahiyəsinin orta 1/3-nin ön səthində 10.0x8,0 sm, sağ baldır nahiyəsinin aşağı 1/3-də 11,0x7,0 sm ölçüdə, kənarları kələ-kötür və qansızmalı, içərisində cırılmış və qansızmalı yumşaq toxumalar, sınmış sümük fraqmentləri görünən əzilmiş-cırılmış yaralar vardır. Sağ yanaq nahiyəsində 8.0x4,5 sm, döş qəfəsinin ön səthinin sol yarısında 13.0x2.5 sm, döş qəfəsinin ön səthinin sağ yarısında 12,5x6,0 sm, qarın nahiyəsinin ön səthində orta xətt üzrə göbəkdən yuxarıda 4.0x3.0 sm, qarın nahiyəsinin sağ yarsında 3,0x2.5 sm, sol əlin bayır-arxa səthində 10.0x4.0 sm, sol baldır nahiyəsinin yuxarı 1/3-nin ön-iç səthində 14.0x5.0 sm, sol baldır nahiyəsinin orta 1/3-nin bayır səthində 5.0x2.5 sm ölçülərdə kənarları didilmiş və girintili-çıxıntılı, sıyrıntılı əzilmiş-cırılmış yaralar vardır. Başın alın nahiyəsində çoxsaylı ölçüləri 0.2x0.2 sm-dən, 0.7x0.3 sm-dək, qaşarası nahiyədə 1.5x0.5 sm, sağ qaş nahiyəsində 1.2x0.6 sm, sol qaş nahiyəsində 1.0x0.4 sm 1 0x0.5 sm, sağ qulaq seyvanında 2.0x1.5 sm, sağ gözun bayır kənarında 1.5x0.6 sm, 2.0x0.6 sm, burun nahiyəsində 1.0x0.5 sm, doş qəfəsinin ön səthinin sağ yarsında 11.0x8.0 sm, sağ bazu oynağı nahiyəsinin ön səthində 10.0x7.0 sm sahələrdə fasiləli yerləşən, döş qəfəsinin sağ yan səthində 13.0x3.0 sm, sağ bazu nahiyəsinin orta 1/3-nin ön səthində 1.0x0.7 sm, 1.2x0.8 sm, 1.2x1.0 sm, 2.0x1.5 sm, sağ bazu nahiyəsinin aşağı 1/3-nin ön səthində 1.5x0.4 sm, 2.0x0.7 sm, hər iki əlin İİ,İİİ,İV,V barmaqlarının arxa səthində ölçüləri 2.0x1.0 sm-dən 3.0x1.5 sm-dək, sağ qalça çuxuru nahiyəsində 2.5x2.0 sm, sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthində 2.5x2.0 sm, sağ bud nahiyəsinin orta 1/3-nin arxa səthində 2.0x1.5 sm, sol bud nahiyəsinin orta 1/3-nin arxa səthində 1.0x1.0 sm, 2.0x1.5 sm, sol baldır nahiyəsinin orta 1/3-nin iç səthində 8.0x1.5 sm ölçülərdə, kənarları nahamar, qeyri-müəyyən formalı, ətrafı zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli, bəzi hissələrdə hisə bulaşmış sıyrıqlar vardır. Sol gözün üst və alt göz qapaqları qırmızımtıl-çəhrayı rəngli qançırlıdır. Meyitin qarın nahiyəsindən N ədəd gümüşü rəngli metal qırıntısı aşkar olunmuş, həmin metal qırıntısı və meyitin əyində olan paltarlar qablaşdırılaraq götürülmüşdür. İş üzrə mərhum Zərərçəkmiş şəxs1 barəsində 15 sentyabr N3-cü il tarixli qərarla təyin edilmiş, məhkəmə-tibbi ekspertizasının həmin tarixli 03 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı çənəaltı, alət çənə və boyun nahiyəsinin ön səthini əhatə edən boyun üzvlərinin zədələnməsi ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qarın nahiyəsinin ön səthinin bağırsaq ilgəklərinin evakuasiyası ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qaraciyərin cırılması, sol əlin İ barmağının və sol ayaq pəncəsinin travmatik amputasiyası, sol said və sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, sol gözün göz qapaqlarının qançırları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən, ölümündən bir qədər əvvəl, yəni xx.xx.N3-cü il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Xəsarətlərin alınması şəraiti istintaqın gəldiyi nəticəyə uyğundur, mərmi partlaması nəticəsində əmələ gəlmələri mümkündür. Zərərçəkmiş şəxs1 ölümünə səbəb çənəaltı, alt çənə və boyun nahiyəsinin ön səthini əhatə edən boyun üzvlərinin zədələnməsi ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qarın nahiyəsinin ön səthinin bağırsaq ilgəklərinin evakuasiyası ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qaraciyərin cırılmış yarası, sol əlin İ barmağının və sol ayaq pəncəsinin travmatik amputasiyası, sol said və sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqların törətdiyi çoxlu qanitirmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 meyitinə baxış keçirilməsi haqqında 15 aprel N3-cü il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, meyitin başı deformasiyaya uğramışdır. Başın sağ alıntəpə-gicgah nahiyələrini əhatə edən 12x10 sm kənarları kələ-kötür və sıyrıntılı, içərisində sınmış, qəlpəli kəllə tağı sümüklərinin fraqmentləri görünən və baş beynin hissəvi evakuasiyası ilə müşayiət olunan əzilmiş-cırılmış yara vardır. Sağ bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthində 7.0x6.0 sm, sağ said nahiyəsinin yuxarı-orta 1/3-də 15.0x9.0 sm ölçüdə kənarları kələ-kötür və qansızmalı, içərisində cırılmış və qansızmalı yumşaq toxumalar, sınmış sümük fraqmentləri görünən, əzilmiş-cırılmış yaralar vardır. Sağ baldır sümüklərinin aşağı 1/3-də patoloji hərəkətlilik, deformasiya və krepitasiya müşahidə olunur. Boyun nahiyəsinin ön səthində 2.5x1.5 sm, döş qəfəsinin sağ yan səthində 3.3x2.5 sm, qarın nahiyəsinin sağ yarsında 7.0x3.5 sm, sağ bazu nahiyəsinin orta 1/3-nin arxa-iç səthində 6.0x5.0 sm, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthində 2.5x1.5 sm, sol bazu nahiyəsinin aşağı 1/3-nin ön səthində 4.0x2.5 sm, sağ bud-çanaq oynağı nahiyəsinin bayır səthində 3.0x3.0 sm, sağ bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1.5x0.8 sm, sağ bud nahiyəsinin orta 1/3-nin bayır səthində 2.0x2.0 sm, sağ bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində 4.5x2,5 sm sağ bud nahiyəsinin aşağı 1/3-nin ön-bayır səthində 8.0x2.0 sm, sol bud nahiyəsinin orta 1/3-nin ön səthində 1,2x1.0 sm, sağ baldır nahiyəsinin aşağı 1/3-nin iç səthində 3.0x1.5 sm, sol baldır nahiyəsinin aşağı 1/3-nin ön səthində 3.5x1.5 sm, sağ daban nahiyəsində 1.5x1.0 sm, 4.0x3.0 sm ölçülərdə kənarları didilmiş və girintili-çıxıntılı, sıyrıntılı əzilmişcırılmış yaralar vardır. Alın nahiyəsinin sol hissəsində 3.0x2.5 sm, sağ qaşüstü nahiyədə 2.0x1.0 sm, burun nahiyəsində 1.5x0.6 sm, 1.1x1.0 sm, sağ alt göz qapağında 1.0x0.5 sm, sağ yanaq nahiyəsində 0.8x0.7 sm, döş qəfəsinin sağ yan səthində 0.8x0.6 sm, 1.1x1.0 sm, qarın nahiyəsinin sağ yarsında 0.7x0.7 sm, 1.0x1.0 sm, 1.2x1.0 sm, sol said nahiyəsinin aşağı 1/3-nin arxa səthində 15.0x10.0 sm sahədə fasiləli yerləşən, sağ bud nahiyəsinin orta 1/3-nin bayır səthində 0.8x0.7 sm, 1.2x1.0 sm, sağ bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində 1.5x1.0 sm ölçülərdə kənarları nahamar, qeyri-müəyyən formalı, ətrafı zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli bəzi hissələrdə hisə bulaşmış sıyrıqlar vardır. Meyitin döş qəfəsindəki yaradan N ədəd gümüşü rəngli metal qırıntısı aşkar olunmuş, həmin metal qırıntısı və meyitin əyində olan paltarlar qablaşdırılaraq götürülmüşdür. İş üzrə mərhum Zərərçəkmiş şəxs2 barəsində 15 sentyabr N3-cü il tarixli qərarla təyin edilmiş, məhkəmə-tibbi ekspertizasının həmin tarixli 04 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı açıq kəllə-beyin travması, kəllə sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi evakuasiyası ilə müşayiət olunan geniş sahəli əzilmişcırılmış yarası, kəllə əsasının sınığı, sağ bazu və sağ said sümüklərinin açıq yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, boyun, döş qəfəsi, qarın, hər iki bazu, sağ budçanaq oynağı, hər iki bud, hər iki baldır və sağ daban nahiyələrinin əzilmiş, cırılmış yaraları, bədənin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl, yəni xx.xx.N3-cü il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Xəsarətlərin alınması şəraiti istintaqın gəldiyi nəticəyə uyğundur, mərmi partlaması nəticəsində əmələ gəlmələri mümkündür. Zərərçəkmiş şəxs2 ölümünə səbəb kəllə tağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları və beyin toxumasının evakuasiyası (xaricə tökülməsi) olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs3 barəsində 15 sentyabr N3-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 25 may N3-cü il tarixli, 01 TS nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində “partlayış travması, döş qəfəsinin sağ yarısının qəlpə yarası, ağciyərlərin kotuziyası, ikitərəfli pnevatoraks. Sol budun orta-aşağı 1/3-nin arxa səthinin, sağ ayağın İ barmağının İ falanqasının qəlpə yarası, sağ ayağın İ barmağının distal falanqasının qəlpəli sınığı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyların) təsirindən törənmişlər, xx.xx.N3-cü il tarixdə əmələ gəlmişlər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Xəsarətlərin alınması şəraiti istintaqın gəldiyi nəticəyə uyğundur, mərmi partlaması nəticəsində əmələ gəlmələri mümkündür. Mərhum Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd uzunqol köynək, bir cüt corab, bir ədəd alt tumanın üzərindəki zədələr formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən onların səthindən partlayıcı maddənin (trotilin) və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, qeyd edilən zədələr partlayış nəticəsində qəlpələrin təsirindən, partlayış mərkəzində, öndən arxaya doğru istiqamətdə yaranmağa xarakterikdir. Həmin zədələrin alınma şəraiti istintaqın gəldiyi nəticəyə uyğundur və təqdim edilmiş partlayıcının partlaması nəticəsində qəlpələrin təsirindən yarana bilər. Mərhum Zərərçəkmiş şəxs2 məxsus məxsus bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd idman tumanı, bir cüt ayaqqabı, bir cüt corabın üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən onların səthindən partlayıcı maddənin (trotilin) və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, qeyd edilən zədələr partlayış nəticəsində qəlpələrin təsirindən, partlayış mərkəzinə yaxın məsafədən müxtəlif istiqamətlərdə yaranmağa xarakterikdir. Həmin zədələr təqdim edilmiş partlayıcının partlaması nəticəsində qəlpələrin təsirindən yarana bilər. “Vaz-21063” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən onların səthindən partlayıcı maddənin (trotilin) və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, qeyd edilən zədələr partlayış nəticəsində qəlpələrin təsirindən, partlayış mərkəzinə uzaq məsafədən partlayışın təsirindən soldan-sağa, aşağıdan-yuxarı doğru istiqamətdə yaranmışdır. Bu zədələr təqdim edilmiş partlayıcının partlaması nəticəsində qəlpələrin təsirindən yarana bilər. İş üzrə 10 may N3-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-əmtəəşünaslıq eskpertizasının 07 iyun N3-cü il tarixli, 9/3568 nömrəli rəyindən görünür ki, 1985-ci il buraxılışlı “Vaz-21063” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 865 manat müəyyən edilmişdir. ƏN-Vİİİ 500307 nömrəli “nəqliyyat vasitəslərinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, ** NC *** qeydiyyat nişanlı, “21063” markalı minik avtomobilinin sahibi X8 həmin avtomobillə bağlı bütün səlahiyyətlərini X5 etibar etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahid ifadələri, ekspert rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini qismən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, xidmət yeri üzrə müsbət xarekterizə edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli, İ-1553 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr N0-ci il tarixli İ- 711 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Baş nazirinin 05 noyabr N2-ci il tarixli, İ-85258 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr N0-ci il tarixli, 0359t nömrəli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif olunmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varislərinin ona qarşı heç bir şikayət, tələbi və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 342.2-ci maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral 2017ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddəyə nisbətdə CM-nin 62-ci maddəsinin müddəalarını (cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə məhkəmə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər) tətbiq etməklə ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məhkəməyə təklif etmişdir. Bununla bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (...məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Cinayət mühakimə icraatının təməl şərtləri, o cümlədən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsipləri müasir cinayət mühakimə icraatında məhkəməni tərəfsiz arbitr rolunda görür və onun tərəfindən istər müdafiə, istərsə də ittiham funksiyalarının üzərinə götürülməsinə, o cümlədən cinayət təqibinin həyata keçirilməsi vəzifəsinə aid olan hərəkətlərin yerinə yetirilməsinə, qərarların qəbul edilməsinə yol vermir. Odur ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), CM-nin 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və CM-nin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına və yuxarıda verilən şərhə əsasən dövlət ittihamçısının çıxışını nəzərə alıb, habelə məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hal təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində CM-nin 62-ci maddəsinin müddəaları (cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə məhkəmə tərəfindən nəzərə alınıb Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər) tətbiq etməklə, həmin Məcəllənin 342.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü - hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan- mərhum Zərərçəkmiş şəxs1 meyitindən çıxarılmış N ədəd metal qırıntısı, mərhum Zərərçəkmiş şəxs2 meyitindən çıxarılmış N ədəd metal qırıntısı, hadisə yerindən götürülmüş N ədəd mərmi başlığı, 1N ədəd metal qırıntıları, 53 ədəd qırmızımtıl rəngli metal qırıntıları, N ədəd çəkic, N ədəd ling, N ədəd kəlbətin, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş N ədəd gödəkcə, N ədəd köynək, N ədəd qısaqol köynək, N ədəd idman şalvarı, N ədəd idman tumanı, 1 cüt ayaqqabı, 1 cüt corab, N ədəd jaket, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş N ədəd idman şalvarı, N ədəd qısaqol köynək, N ədəd ağ rəngli mayka, N ədəd uzunqol köynək, 1 cüt corab, N ədəd alt tumanı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində saxlanılan N ədəd mərmi başlığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xızı rayon Polis şöbəsinin duracağında saxlanılan “Vaz 2106” markalı, “** NC ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş üzrə maddi ziyan yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 342.2-ci maddəsi ilə 5% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan- mərhum Zərərçəkmiş şəxs1 meyitindən çıxarılmış N ədəd metal qırıntısı, mərhum Zərərçəkmiş şəxs2 meyitindən çıxarılmış N ədəd metal qırıntısı, hadisə yerindən götürülmüş N ədəd mərmi başlığı, 1N ədəd metal qırıntıları, 53 ədəd qırmızımtıl rəngli metal qırıntıları, N ədəd çəkic, N ədəd ling, N ədəd kəlbətin, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş N ədəd gödəkcə, N ədəd köynək, N ədəd qısaqol köynək, N ədəd idman şalvarı, N ədəd idman tumanı, 1 cüt ayaqqabı, 1 cüt corab, N ədəd jaket, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş N ədəd idman şalvarı, N ədəd qısaqol köynək, N ədəd ağ rəngli mayka, N ədəd uzunqol köynək, 1 cüt corab, N ədəd alt tumanı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində saxlanılan N ədəd mərmi başlığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xızı rayon Polis şöbəsinin duracağında saxlanılan “Vaz 2106” markalı, “** NC ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. İş üzrə məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-139/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-139/2023
28.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver