Məhkəmə qərarları › İş №1-1(093)-139/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-139/2025

24.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-139/2025 24.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X11 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, qanuni nümayəndələri Nümayəndə, Müəllim: X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Kiçik Pirəli ərazi dairəsi, Kiçik Pirəli kəndində daimi qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında kirayə yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan iki şəxsə qarşı Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə, eləcə də işgəncə verməklə, güclü fiziki ağrı və psixi iztirablar vermiş, həmçinin hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təminedici gəmilər divizionunun üzən kranının (T030) mühərrikçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2024-cü ilin noyabr ayının təxminən əvvəllərində “TikTok” sosial şəbəkəsində tanış olaraq aralarında sevgi münasibəti yaranmış Şahid1 yetkinlik yaşma çatmayan azyaşlı övladları xx xxxxxx 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə birlikdə onunla yaşamaq istəməsi ilə razılaşmış və 19 noyabr 2024-cü il tarixdən o, Şahid1 və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladları ilə birlikdə kirayədə yaşadığı ünvan 2 ünvanında yaşamağa başlamışlar. Bundan sonra, K.A.Abduliayev 19 noyabr 2024-cü il tarixdən 05 fevral 2025-ci il tarixədək olan müddət ərzində aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan uşaqlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir-birləri ilə evdə oyun oynayıb səs-küy salmalarını bəhanə gətirərək sonuncuları guya tərbiyələndirmək adı ilə cəzalandırmaq məqsədilə dəfəiəriə və mütəmadi olaraq şillə və yumruq zərbələri ilə, həmçinin iplə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq, eləcə də onların bədənlərinin müxtəlif nahiyələrini çimdikləyərək və hər ikisinin baş nahiyələrini qəsdən bir-birinə toqquşduraraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Bundan başqa, K.A.Abduliayev aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan uşaqlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evdə yüksək səslə oyun oynayıb səs-küy salmalarını bəhanə gətirərək sonuncuları guya tərbiyələndirmək adı ilə cəzalandırmaq məqsədilə 2025-ci ilin yanvar ayının təxminən əvvəllərində axşam saatlarında mətbəx bıçağını qazın yanar hissəsində qızdırıb əvvəlcə Zərərçəkmiş şəxs1 sağ qolunun bilək nahiyəsinə 2 dəfə, sonra Zərərçəkmiş şəxs2 sağ əlinin bilək nahiyəsinə təxminən 4-5 dəfə basıb, daha sonra isə Zərərçəkmiş şəxs1 ayağından tutub sürüyərək evin digər otağına aparmaqla hər ikisinə güclü fiziki ağrı və psixi iztirablar verərək Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid “sağ bazunun, sağ saidin, hər iki budun piqmentasiya sahələri” xəsarətləri, Zərərçəkmiş şəxs2 isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid “sağ saidin piqmentasiya sahələri” xəsarətlərini yetirmiş, bununla da o, aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə, eləcə də işgəncə verməklə, güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Bundan sonra, o, 2025-ci ilin yanvar ayının təxminən əvvəllərində axşam saatlarında kirayədə yaşadığı ünvan 2 ünvanında aşkar surətdə yetkinlik yaşma çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 evdə yüksək səslə oyun oynayıb səs-küy salmasını, evi natəmiz vəziyyətə gətirməsini bəhanə gətirərək sonuncunu qucağına alıb paltarından tutaraq kirayə yaşadığı çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin eyvanından üzü aşağı sallayaraq bir daha evdə səs salacağı təqdirdə sonuncunu oradan aşağı atmaqla öldürəcəyini bildirməklə Zərərçəkmiş şəxs1 öldürəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, N avqust 2023- cü il tarixdən 18 mart 2025-ci il tarixədək Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N saylı hərbi hissəsinin təminedici gəmilər divizionunun üzən kranının (T030) mühərrikçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etmişdir. 2024-cü ilin noyabr ayının təxminən əvvəllərində “TikTok” sosial şəbəkəsində Şahid1 adlı şəxslə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. 18 noyabr 2024-cü il tarixdə Şahid1 mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq ərini sevmədiyini və artıq onunla yaşamaq istəmədiyini bildirərək onun yanına gəlmək və onunla birlikdə yaşamaq istədiyini bildirmiş, o da həmin vaxt Şahid1 ilə razılaşaraq sonuncuya uşaqlarını da götürüb kirayə yaşadığı evə gəlməyini demişdir. 19 noyabr 2024-cü il tarixdən 05 fevral 2025-ci il tarixədək o, Şahid1 və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadığı ünvan 2 ünvanında yaşamağa başlamışlar. Şahid1 ilə birlikdə yaşadıqları müddətdə işdən evə yorğun gəldiyi üçün istirahət etmək istədiyi zaman sonuncunun uşaqları Fərid və Fəridə mütəmadi olaraq evdə oyun oynayıb səs-küy saldıqlarına görə istirahət edə bilmədiyi üçün həmişə uşaqlara əsəbiləşmiş, bu səbəbdən də həmin müddətdə mütəmadi olaraq Şahid1 uşaqları Fərid və Fəridənin hərəkətlərinə dözə bilməyib şillə və yumruq zərbələri ilə, həmçinin iplə Fərid və Fəridənin bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onların bədənlərinin müxtəlif nahiyələrini çimdikləmiş, uşaqların hər ikisinin başlarını bir- birinə toqquşduraraq vurmuş, onları tək ayaq üstündə saxlamışdır. Bunları etməkdə məqsədi uşaqları tərbiyələndirmək və onların mütəmadi olaraq tərbiyəsiz hərəkətlər etmələrinin qarşısını almaq olmuşdur. 2025-ci ilin təxminən yanvar ayının əvvəllərində axşam saatlarında işdən evə qayıdarkən Fərid və Fəridənin yenə də evdəki əşyaları dağıtdıqlarını, evi natəmiz vəziyyətə gətirdiklərini, evdə yüksək səslə oyun oynayıb səs-küy saldıqlarını görüb həmin vaxt əsəbi olduğundan və uşaqların həmin hərəkətləri mütəmadi xarakter daşımağa başladığından Fərid və Fəridəni özü ilə birlikdə mətbəxə aparmış, sonra isə mətbəxin qapısını əli ilə örtmüşdür. Daha sonra, mətbəxdə stolun üzərində olan mətbəx bıçağını qazın yanar hissəsində təxminən 2 dəqiqə qızdıraraq əvvəlcə 7 yaşında olan Fəridənin sağ qolunun bilək hissəsinə və biləkdən yuxarı hissəsinə 2 dəfə basmış, daha sonra isə həmin bıçağı Şahid1 oğlu Fəridin sağ qolunun bilək hissəsinə bir neçə dəfə basmışdır. Həmin vaxt, Fərid və Fəridə qorxduqları və bilək nahiyələri yandıqları üçün ağlayıb qışqırmağa başlamışlar, o isə özünü sakitləşdirib oradan uzaqlaşmışdır. Bu zaman, uşaqlarının uca səslə qışqırıb ağladıqlarını eşidən Şahid1 mətbəxə qaçmış və ondan nə üçün belə etdiyini soruşduqda “bunların əlindən evdə otura bilmirəm” demişdir. Şahid1 qızı Fəridəni və oğlu Fəridi evin digər otağına aparmışdır. Həmin gün, üzərindən təxminən yarım saat keçdikdən sonra Fəridə və Fəridin yenə də eyni hərəkətləri nümayiş etdirdiklərini, evdə yüksək səslə oyun oynayıb səs-küy saldıqlarını, evi natəmiz vəziyyətə gətirdiklərini gördüyü üçün Fəridi qucağına alaraq kirayə yaşadığı mənzilin eyvanına aparmış, lakin ölümlə hədələməmiş və uşağın ayağından tutub evyandan aşağı sallamamışdır. Sadəcə yenə tərbiyələndirmək və qorxutmaq məqsədi ilə həmin hərəkəti etmiş, lakin Ramilə uşağı onun qucağından almış və uşaqlarının hər ikisini evin digər otağına aparmışdır. 05 fevral 2025-ci il tarixdə atası və anası Qəbələ rayonundan Bakı şəhərinə gələcəkləri üçün, eləcə də Şahid1 və sonuncunun azyaşlı uşaqlarının qeyri-rəsmi onunla yaşamasından qardaşından başqa digər ailə üzvlərinin məlumatı olmadığı üçün Şahid1 ailə üzvlərinin sonuncunu görməməsi məqsədilə uşaqları ilə birlikdə müvəqqəti olaraq başqa bir evə getməsini bildirmiş, Şahid1 onunla razılaşaraq 05 fevral 2025-ci il tarixdə uşaqlarını da götürüb Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən tanışı Səadət adlı qadının yaşadığı evə getmiş və 08 fevral 2025-ci il tarixədək həmin ünvanda qalmışdır. Bundan sonra, Şahid1 əri Nümayəndə arvadı Ramilənin və iki azyaşlı uşaqlarının onunla birlikdə yaşadıqları müddətdə onun və qardaşı Şahid2 uşaqlarını döyməsi Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdiyi üçün cinayət işi başlanmışdır. Hazırda törətdiyi əməllərdən peşmandır, məhkəmədən yüngül cəza verilməsi xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndə və müəllimin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 10 saylı tam orta məktəbin 5-ci sinif şagirdidir. Tarixini dəqiq xatırlamadığı vaxtda anası Ramilə bacısı Zərərçəkmiş şəxs1 və onun paltarlarını yığmış, sonra anasının dostu Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxtdan atası Fərəc gəlib onları tapana qədər anasının dostu Kənanın evində birlikdə yaşamışlar. Həmin vaxt, bacısı Zərərçəkmiş şəxs1 da onlarla birlikdə Təqsirləndirilən şəxs evində qalmışdır. Evdə səs-küy saldıqlarına və oynadıqlarına görə Kənan əsəbiləşərək onu və bacısı Zərərçəkmiş şəxs1 döymüş, üzlərinə və bədənlərinin müxtəlif nahiyələrinə şillə və yumruq zərbələri vurmuş, həmçinin iplə bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vurmuş, bədənlərinin müxtəlif nahiyələrini bərkdən çimdikləmiş, bacısı Zərərçəkmiş şəxs1 ilə onun başını toqquşduraraq bərk şəkildə bir-birinə vurmuş, onları evin içərisində tək ayaq üstündə saxlamış, yeməklərini ayaq üstə yemələrini demişdir. Br dəfə bacısı Zərərçəkmiş şəxs1 ilə evdə oyun oynadıqlarına görə Kənan bacısı Fəridəni qucağına alıb paltarından tutaraq yaşadıqları binanın 7-ci mərtəbəsindəki mənzilin eyvanından aşağı sallamış və bir daha səs salacağı təqdirdə bacısı Fəridəni oradan aşağı atmaqla öldürəcəyini demişdir. Bacısı Fəridə qorxduğu üçün ağlayaraq qışqırmış, özü də qorxduğu üçün ağlamışdır. Həmin vaxt, anası Şahid1 bacısı Fəridəni Kənanın əlindən almışdır. Kənan onu da qucağına alıb pəncərədən sallamaq istədikdə anası onun əlindən alıb içəri otağa aparmışdır. Bir dəfə bacısı Fəridə ilə evdə oyun oynayıb səs-küy saldıqlarına görə Kənan əsəbiləşərək onu və bacısı Zərərçəkmiş şəxs1 evin mətbəxinə aparmış, onları mətbəxə salıb qapını örtdükdən sonra stolun üzərində olan bıçağı götürüb qazın yanar hissəsində qızdıraraq qızmış bıçağı bacısı Fəridənin sağ qolunun 2 dəfə basıb qolunu yandıdığı üçün bacısı qışqıraraq ağlamağa başlamışdır. Sonra, Kənan həmin qızmış bıçağı onun sağ qolunun bilək hissəsinə 4-5 dəfə basmış, qolu yandığı üçün o da ağlayıb qışqırmağa başlamışdır. Həmin vaxt onların səsinə anası Şahid1 mətbəxə daxil olaraq Kənanın onların qollarını yandırdığını görüb nə üçün belə etdiyini soruşmuş, Kanan “yaxşı edirəm, bunların əlindən evdə otura bilmirəm” demişdir. Anası onları Kənanın əlindən alıb başqa otağına aparmışdır. Təqsirləndirilən şəxs onları cox döymüş və qorxutmuşdur. Məhkəmə iclasında qanuni nümayəndə və müəllimin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 10 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir. Tarixini bilmədiyi vaxtda anası Ramilə qardaşı Fərid və o, anasının dostu Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs evdə səs-küy saldıqlarına və oynadıqlarına görə əsəbiləşərək onu və qardaşı Fəridin döymüş, şillə və yumruq vurmuş, iplə bədənlərinin nahiyələrinə zərbələr vurmuş, bədənlərindən bərkdən çimdikləmiş, qardaşı Fərid ilə onun başını toqquşduraraq bir-birinə vurmuş, onları evin içərisində tək ayaq üstündə saxlamış, yeməklərini ayaq üstə yemələrini bildirmişdir. Bir dəfə qardaşı Fəridlə evdə oyun oynadıqlarına görə Kənan onu qucağına alıb paltarından tutaraq yaşadıqları binanın 7-ci mərtəbəsindəki mənzilin eyvanından aşağı sallamış və bir daha səs salacağı təqdirdə onu oradan aşağı atmaqla öldürəcəyini demişdir. Həmçinin səs saldıqlarına görə bıçağı qızdırıb onun və qardaşının qollarını bir neçə yerdən qaynar bıçaqla yandırmışdır. Kənan onları qorxudub, pis döymüşdür. Hazırda öz evlərində atası ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsilərin qanuni nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 və Fəridə Cəfərovun atasıdır. Ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində fərdi tikilidə yaşayır. 2014-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adlı iki azyaşlı uşağı vardır. 19 noyabr 2024cü il tarixdə axşam saatlarında işdən evə qayıdarkən arvadı Şahid1 və iki azyaşlı övladı Fərid və Fəridənin evdə olmadıqlarını görmüş, həmin vaxt arvadı Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də sonuncu ilə heç cür əlaqə saxlaya bilməmiş, həmin gün Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə yaxınlaşaraq ailə üzvlərinin itkin düşməsi ilə bağlı müraciət etmişdir. Polis əməkdaşları onun müraciətini rəsmiləşdirib qeydə almışlar və axtarış aparacaqlarını demişlər. Sonra yaşadığı evə qayıtmış və ailə üzvlərini axtarmağa başlamışdır. 08 fevral 2025-ci il tarixdə arvadı Ramilə və 2 azyaşlı övladlarını tapmış, həmin vaxt Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində xatırlamadığı ünvana yollanaraq ailə üzvlərini oradan götürdükdən sonra aiiə üzvləri ilə biriikdə 40-cı Polis Bölməsinə gəlmişlər. Polis bölməsində arvadı Şahid1 iki azyaşlı uşaqları ilə birlikdə 19 noyabr 2024-cü il tarixdən 05 fevral 2025-ci il tarixədək X4 adlı şəxsin kirayə yaşadığı ünvan 2 ünvanında qaldıqlarını, arvadı qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxslə həmin evdə birlikdə ər-arvad kimi yaşadıqlarını, arvadı Şahid1 Təqsirləndirilən şəxslə ‘TikTok” sosial şəbəkəsində tanış olaraq 19 noyabr 2024-cü il tarixdə sonuncu ilə birlikdə yaşamaq məqsədilə Təqsirləndirilən şəxs kirayə tutduğu mənzilə gedib iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Polis bölməsində olduğu zaman uşaqları Fərid və Fəridə təklikdə ona anaları ilə biriikdə Təqsirləndirilən şəxs evində qaldıqları müddətdə onları mütəmadi olaraq döydüyünü demiş, lakin arvadı Şahid1 Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğunu, şikayət etdiyi təqdirdə onu işdən çıxaracaqlarını və ailə üzvlərinə qarşı başqa cinayət əməli törədəcəyindən qorxduğu üçün bu barədə polisə məlumat verməmişdir. Evdə olduğu zaman azyaşlı övladları Fərid və Fəridədən Təqsirləndirilən şəxs onlara qarşı konkret olaraq nə etdiyini soruşduğu zaman uşaqları ona Kənanın mütəmadi olaraq evdə oyun oynayıb səs-küy saldıqlarına görə sonuncunun əsəbiləşərək mütəmadi olaraq şillə və yumruq zərbələri ilə, həmçinin iplə onların bədən nahiyələrinə zərbəiər vuraraq onları döydüyünü, onların bədənlərinin müxtəlif nahiyələrini çimdiklədiyini, hər ikisinin başlarını bir-birinə toqquşduraraq vurduğunu, saatlarla tək ayaq üstündə saxladığını, yeməyi ayaq üstə yemələrini bildirdiyini, qızı Fəridəni qucağına alaraq paltarından tutub binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürməklə hədələdiyini eləcə də onları mətbəxə aparıb mətbəxdəki bıçağı ocağın yanar hissəsində qızdıraraq onların sağ qolunun bilək nahiyəsinə basıb yandırdığım demişlər. Sonra, azyaşlı uşaqlarının qollarındakı yanıq izlərini görmüş və baş verənləri qəbul edə bilməyib 10 mart 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarına qarşı dəfələlə əzab və işgəncələr verdiyinə görə şikayətçidir və məhkəmədən qanuna uyğun şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü ildə Nümayəndə ilə ailə həyatı qurmuş, birgə Fərid və Fəridə adlı, 7 və 11 yaşlarında iki azyaşlı uşağı vardır. 2024-cü ilin noyabr ayının təxminən əvvəllərində “TikTok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı şəxslə tanış oimuş və aralarında sevgi münasibətləri yaranmışdır. Sonra, 18 noyabr 2024-cü il tarixdə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq artıq əri ilə yaşamaq istəmədiyini bildirərək Kənana Abdullayevin yanına getmək və sonuncu ilə birlikdə yaşamaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin vaxt onunla razılaşaraq ona uşaqlarını da götürüb kirayə yaşadığı evə gəlməyini demişdir. Səhəri gün 19 noyabr 2024-cü il tarixdə əri işə getdikdən sonra azyaşlı uşaqları Fərid və Fəridəni də götürərək Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvana getmiş və 19 noyabr 2024-cü il tarixdən 05 fevral 2025-ci il tarixədək o, azyaşlı övladları Fərid və Fəridə, Kənana Abdullayev sonuncunun kirayədə yaşadığı ünvan 2 ünvanında birlikdə yaşamağa başlamışlar. 19 noyabr 2024-cü il tarixdən 05 fevral 2025-ci il tarixədək Təqsirləndirilən şəxs işdən evə yorğun qayıtdığı üçün istirahət etmək istədiyi zaman uşaqların yaratdığı səs-küyə görə əsəbiləşərək mütəmadi olaraq şillə və yumruq zərbələri ilə, həmçinin iplə uşaqları Fərid və Fəridənin bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vuraraq onları döymüş, onların bədənlərinin müxtəlif nahiyələrini çimdikləmiş, uşaqların hər ikisinin başlarını bir-birinə toqquşduraraq vurmuş, saatlarla tək ayaq üstündə saxlamış, yeməyi ayaq üstündə yemələrini bildirmişdir. Yeni il bayramından sonra, təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs axşam saatlarında evə gəldikdən sonra heç bir səbəb olmadan uşaqlarının evdə oyun oynadığını, səs-küy saldığını bildirib, başının səs götürmədiyini deyərək uşaqları Fərid və fəridəni özü ilə birlikdə mətbəxə aparıb orada söhbət edəcəyini bildirmiş, sonra Təqsirləndirilən şəxs mətbəxin qapısını əli ilə örtmüşdür. Bir qədər keçdikdən sonra uşaqları Fərid və Fəridənin uca səslə qışqırıb ağladıqlarını eşidib mətbəxə qaçmış, mətbəxin qapısını açdıqda uşaqları Fərid və Fəridənin sağ qollarının bilək hissələrində yanıq izlərinin olduğunu, eləcə də Təqsirləndirilən şəxs əlində mətbəx bıçağının olduğunu və həmin bıçağın kəsici hissəsinin qaraldığını görmüşdür. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduğu zaman sonuncu ona mətbəxdəki bıçağı ocaqda qızdıraraq Fərid və Fəridənin qollarının bilək hissələrinə basdığını demiş, Kənandan nə üçün belə etdiyini soruşduqda sonuncu ona “yaxşı edirəm, bunların əlindən evdə otura bilmirəm” demişdir. Həmin vaxt, Kənana uşaqlarının qollarını yandırmasına etiraz etmiş, daha sonra sonuncu qızı Fəridənin ayağından tutub sürüyərək Fəridəni evin digər otağına aparmışdır. Bundan sonra qızı Fəridəni və oğlu Fəridi də götürüb evin digər otağına keçmişdir. Həmin gün, üzərindən təxminən yarım saat keçdikdən sonra Təqsirləndirilən şəxs qızı Fəridəni qucağına alaraq paltarından tutub kirayə yaşadığı binanın 7-ci mərtəbəsində yerləşən mənzilin eyvanından aşağı sallayaraq bir daha səs salacağı təqdirdə qızı Fəridəni oradan aşağı atmaqla öldürəcəyini demiş, qızı Fəridə isə qorxduğu üçün qışqırıb ağlamağa başlamışdır. Təqsirləndirilən şəxs qızı Fəridəni eyvandan aşağı salladığını görüb Kənanı arxaya doğru çəkmiş, qızı Fəridəni yerə qoymuş, daha sonra Kənan oğlu Fəridi qucağına alıb eyvandan aşağı sallamaq istədikdə yenə də Kənana mane olaraq oğlu Fəridi onun qucağından almış və uşaqlarının hər ikisini evin digər otağına aparmışdır. 05 fevral 2025-ci il tarixdə Kənana Abdullayev atası və anasının Qəbələ rayonundan yaşadığı evə gələcəklərini, bu səbəbdən ailə üzvlərinin onu və uşaqlarını görməməsi üçün ona başqa bir evə getməsini demiş, o da həmin tarixdə, yəni 05 fevral 2025-ci il taixdə uşaqlarını da götürüb Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən tanışı Səadət adlı qadının yaşadığı evə getmiş və 05 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək həmin ünvanda qalmışdır. 08 fevral 2025-ci il tarixdə əri Nümayəndə polis əməkdaşları ilə gəlib onu və azyaşlı uşaqlarını həmin ünvandan götürmüş və birlikdə Binəqədi RPİ-nin 40-cı polis bölməsinə, daha sonra isə əri ilə birlikdə yaşadığı ünvana gedərək həmin tarixdən birlikdə yaşamağa davam etmişlər. Polis bölməsindən çıxdıqdan sonra uşaqları Fərid və Fəridə həmin müddətdə Kənana Abdullayevin və sonuncunun qardaşı Şahid2 onları döymələri və əzab vermələri barədə ataları Nümayəndə məlumat vermiş, lakin o, əri Nümayəndə Təqsirləndirilən şəxs şikayət etməsinə icazə verməmişdir. Üzərindən bir müddət keçdikdən sonra, əri Nümayəndə uşaqlarının qollarındakı yanıq izlərini görərək olanları qəbul edə bilməyəcəyini ona demiş və 10 mart 2025-ci i! tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs və Şahid2 azyaşlı uşaqlarını döymələri və işgəncə vermələri barədə məlumat vermişdir. Məhkəmədə prosess iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsində görünür ki, Təqsirləndirilən şəxs qardaşıdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət edirdi. İşi ilə əlaqədar qardaşı Kənan ünvan 2 ünvanında kirayə yaşayırdı. O, isə atası və anası ilə birlikdə Qəbələ rayonunda yaşamışdır. 2025-ci ilin təxminən yanvar ayının əvvəllərində valideynləri qardaşı Kənana ərzaq və yemək göndərmişdirlər. Bu səbəbdən, həmin qardaşı Kənanla əlaqə saxlayaraq ailə üzvlərinin ona yemək və ərzaq göndərdiyi üçün yanına gələcəyini demişdir. Qardaşı Kənan da həmin vaxt ondan ata və anasının onunla birlikdə yanına gəlib-gəlmədiyini soruşduqda, tək gələcəyini bildirmişdir. Kənan ata və anasına kirayə olduğu evdə guya iş yoldaşları ilə birlikdə qaldığını demişdir. Bundan sonra, Kənanın kirayə yaşadığı ünvan 2 ünvanına getmiş, həmin vaxtadək heç Bakıya gəlməmişdir. Binanın qarşısına çatdığı zaman qardaşı Kənan onunla əlaqə saxlayaraq evdə başqa bir qadınla yaşadığını bildirdi. Ondan həmin qadının kim olduğunu soruşduqda, ona həmin qadınla bir neçə ay əvvəl “TikTok” sosial şəbəkəsində tanış olduqlarını və aralarında sevgi münasibətləri olduqları üçün birlikdə yaşadıqlarını dedi. Həmin vaxt qardaşı Kənana etiraz edərək evə gəlməyəcəyini, qapının qarşısında ailə üzvlərinin göndərdiyi ərzaq və yeməkləri ona verib qayıdacağını bildirmişdir. Bundan sonra, qardaşı Kənanın yaşadığı ünvana qalxmış, lakin, qardaşı Kənan onun qayıtmağına icazə verməmişdir. Evə girdikdən sonra Kənanın həmin evdə sonradan ad, soyadının Şahid1 olduğunu bildiyi qadınla, həmçinin həmin qadının Fərid və Fəridə adlı iki azyaşlı uşaqları ilə birlikdə yaşadığını görmüşdür. Həmin uşaqlardan Fəridənin 7, Fəridin isə 11 yaşı olmuşdur. Buna görə qardaşı Kənana etiraz edərək nə üçün aldatdığını, nə üçün evdə başqa bir qadınla və həmin qadının iki azyaşlı uşağı ilə birlikdə yaşadığını soruşmuş, Kənan isə ona artıq olub-keçdiyini, Ramilə ilə aralarında sevgi münasibətlərinin olduğunu, Ramilənin evli olduğunu, lakin Ramilənin ərinin başqa bir qadınla yaşadığını, sonuncunun ailəsinə və uşaqlarına baxmadığını bildirdi. Bundan sonra, o qardaşı Kənana işinin olmadığını, buna görə də ən çox iki gün qalıb Qəbələyə qayıdacağını demiş, Kənan isə ona iş tapacağını, narahat olmamağını demişdir. Növbəti gün, qardaşı Kənanla birlikdə şəhərə çıxaraq iş axtarmağa başlamış və həmin gün də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Salam Baku” restoranında ofisiant işi tapmışdır. Bundan sonra həmin restoranda ofisiant kimi işləməyə və qardaşı Kənanın kirayə yaşadığı evdə Kənan, Ramilə və sonuncunun iki azyaşlı uşaqları Fərid və Fəridə ilə birlikdə yaşamağa başlamışdır. Ramilənin azyaşlı uşaqları Fərid və Fəridə çox nadinc idilər, bir yerdə dayanmırdılar, mütəmadi olaraq evdə oyun oynayıb, səs-küy salırdılar. Qardaşı Kənan da işdən evə gəldiyi zaman yorğun olduğu üçün başının uşaqların səs-küyünü götürmədiyini deyirdi, buna görə də uşaqlara əsəbiləşirdi. Kənan, mütəmadi olaraq uşaqların bu hərəkətlərinə dözə bilmədiyini deyib şillə və yumruq zərbələri ilə, həmçinin iplə (kəndirlə) Fərid və Fəridənin bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vuraraq onları döyür, onların bədənlərinin müxtəlif nahiyələrini çimdikləyir, Fərid və Fəridənin başlarını bir-birinə toqquşduraraq vurur, saatlarla tək ayaq üstündə saxlayır, yeməyi belə ayaq üstündə yemələrini bildirirdi. O, həmin vaxt Kənana etiraz edərək nə üçün uşaqları döydüyünü və vurduğunu soruşduğu zaman, Kənan ona uşaqları bu formada tərbiyələndirdiyini bildirirdi. Həmin müddətdə, yəni 2025-ci ilin təxminən yanvar ayının əvvəllərində işdən evə gəldiyi zaman Ramilənin uşaqları Fərid və Fəridənin divanda oturaraq ağladıqlarını və onların hər ikisinin sağ qollarının bilək nahiyələrinin yandığını, uşaqların qollarında yanıq izlərinin olduğunu görmüşdür. Onlardan nə baş verdiyini soruşduqda, “Kənan əmi" edib dedilər. Kənanın nə etdiyini soruşmuş, uşaqlar Kənanın bıçağı ocaqda qızdıraraq bir neçə dəfə onların qollarının bilək nahiyələrinə basdığını dedilər. Bundan sonra, o, Kənanın yanına gedərək ona nə üçün belə hərəkət etdiyini, düzgün hərəkət etmədiyini bildirmişdir. Kənan isə ona uşaqların onları əsəbiləşdirdiyini, davamlı səs-küy saldıqlarını, başının səs götürmədiyini, buna görə də əsəbiləşərək bıçağı qızdırıb onların qollarına basdığını, bu formada uşaqlan tərbiyələndirdiyini demişdir. Ona yenədə etdiyi hərəkətin düzgün olmadığını, onların uşaq olduğunu bildirmişdir. Üzərindən təxminən yarım saat keçmişdi ki, Fərid və Fəridə yenə də oyun oynayıb səs-küy salmağa, evi dağıdaraq natəmiz vəziyyətə gətirməyə başladılar. Həmin vaxt, o, uşaqlara irad bildirərək sakit olmalarını bildirsə də, uşaqlar sakit dayanmamışlar.. Bundan sonra, əsəbiləşərək Ramilənin azyaşlı qızı Fəridənin üzərinə gedib onun üzünə bir dəfə şillə vurmuş, sonra isə onu qucağıma alıb yuxarı qaldıraraq yerə çırpıb Fəridəyə “indi döyülmədiniz, siz?, ağıllanmayacaqsınız?” demişdir. Həmin vaxt, anaları Ramilə ona etiraz edərək Fəridəni evin digər otağına aparmışdır. Ramilə və onun iki azyaşlı uşaqları o Kənanın evinə getdiyi vaxtdan, yəni 2025-ci ilin yanvar ayının əvvəllərindən 05 fevral 2025-ci il tarixədək həmin evdə qardaşı və onunla birlikdə yaşayırdılar. X10 uşaqları döydüyünə görə etiraz etsə də, mane ola bilmirdi, çünki Ramilə qardaşı Kənandan qorxurdu. Ramilənin əri Fərəc onunla birlikdə yaşadıqları müddətdə qardaşı Kənanın onun uşaqlarını döyməsi barədə 2025-ci ilin mart ayında şikayət etdiyi üçün Suraxanı RPl-də araşdırma başlanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, 15 mart 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Mətin İsmayılov tərəfindən yetkinlik yaşına çatmayan vətəndaşlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 19 noyabr 2024cü il tarixdən 05 fevral 2025-ci il tarixədək mütəmadi olaraq fiziki əzab verilməsi faktına görə Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, həmin tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsindən CM-nin 133.2.1 və 133.2.4-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 01 aprel 2025-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. 03 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələrindən CM-nin 133.2.1, 133.2.4, 133.2.6 və 134-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həmin maddələr ilə davam etdirilmişdir. 03 iyun 2025-ci il tarixdə ********* №-li cinayət işindən vətəndaş Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə ********* №-li cinayət işi ayrılmışdır. 04 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavələr və düzəlişlər edilərək o, Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4, 133.2.6 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Nümayəndə arvadı Şahid1 Mchübbət qızının azyaşlı övladları ilə birlikdə tanımadığı şəxsin evində qalması və həmin müddətdə Kənan və Sənan adlı şəxslərin azyaşlı uşaqlarına qarşı zor tətbiq etmələri və yanıq xəsarətləri yetirmələri barədə 10 mart 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. Daha sonra Nümayəndə arvadı Şahid1 təxminən 1 ay əvvəl azyaşlı övladları ilə birlikdə tanımadığı şəxsin Qaraçuxur qəsəbəsi ərazisində yerləşən evində qalması və həmin müddətdə azyaşlı uşaqlarının Kənan və Sənan adlı şəxslər tərəfindən şiddətə məruz qalması barədə 10 mart 2025-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci il tarixli 173 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sağ bazunun, sağ saidin, hər iki budun piqmentasiya sahələri, qeyd edilən piqmentasiya sahələri termiki yanıq izləri olub yüksək hərarətə malik əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən təxminən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, xəsarətlərin xarakterinə və lokalizasiyalarma görə həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınmaları inkar olunmur, həmçinin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci ii tarixli 172 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sağ saidin piqmentasiya sahələri, termiki yanıq izləri olub yüksək hərarətə malik əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən təxminən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, xəsarətlərin xarakterinə və lokalizasiyalarına görə həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınmaları inkar olunmur, həmçinin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Məhkəmə-psixoloji ekspertizasının 13 may 2025-ci il tarixli 1532 №-!i rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafına görə baş vermiş hadisələri, iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, yadda saxlamaq, yada salmaq və ifadə vermək qabiliyyətlərinə malikdir, Zərərçəkmiş şəxs2 istintaq tərəfindən müəyyən edilmiş ona qarşı edilmiş hərəkətlərin mahiyyətini yaş xüsusiyyətləri ilə əlaqədar tam şəkildə anlamaq qabiliyyətinə malik olmamışdır, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur, ona qarşı cinayət əməlləri törədilərkən onda psixi- emosional vəziyyətində qorxu, həyəcan, gərginlik kimi hallar yaranmışdır, Zərərçəkmiş şəxs2 azyaşlı olduğundan ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır, fiziki təzyiqlərə məruz qaldığı dövrdə yaş xüsusiyyətləri və psixi-emosional vəziyyəti ilə əlaqədar köməksiz vəziyyətdə olmuşdur, Zərərçəkmiş şəxs2 özündən uydurmağa meyillilik aşkar olunmamışdır. Məhkəmə-psixoloji ekspertizasının 13 may 2025-ci il tarixli 1533 N°-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına görə baş vermiş hadisələri, iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, yadda saxlamaq, yada salmaq və ifadə vermək qabiliyyətlərinə malikdir, Zərərçəkmiş şəxs1 istintaq tərəfindən müəyyən edilmiş ona qarşı edilmiş hərəkətlərin mahiyyətini yaş xüsusiyyətləri ilə əlaqədar tam şəkildə anlamaq qabiliyyətinə malik olmamışdır, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur, ona qarşı cinayət əməlləri törədilərkən onda psixi- emosional vəziyyətində qorxu, həyəcan, gərginlik kimi hallar yaranmışdır, Zərərçəkmiş şəxs1 azyaşlı olduğundan ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır, fiziki təzyiqlərə məruz qaldığı dövrdə yaş xüsusiyyətləri və psixi-emosional vəziyyəti ilə əlaqədar köməksiz vəziyyətdə olmuşdur, Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillilik aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Mərkəzi X5 Şəxsindən daxil olmuş 05 may 2025-ci il tarixli 18-1-52/2-1151/2025 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu, Kiçik Pirəli kəndində daimi qeydiyyatda olan xx xxxx 2003-cü ii təvəllüdlü Təqsirləndirilən şəxs Qəbələ RMX-nin Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 daxil olmuş 05 may 2025-ci il tarixli 3-28- 29/2- 4511/2025 nömrəli məktubdan görünür ki, xx xxxx 2003-cü il təvəllüdlü, Qəbələ rayonu, Kiçik Pirəli kəndində daimi qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 7 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş 15 may 2025-ci il tarixli 1/2475 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abduila oğlu son 5 ildə stasionar müalicə üçün 2 nömrəli X2 müracət etməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2023-cü il tarixli 218 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quliı qçusu, əsgər Təqsirləndirilən şəxs ğlu N avqust 2023-cü il tarixdə N nön əli hərbi hissənin şəxsi heyətinin siyahısına daxi edilmiş və həmin hərbi hissənin təminedici gəmilər divizionunun üzən kranının (T030) mühərrikçisi vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2025-ci il tarixli 82 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N aprel 2025-ci il tarixdə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata tərxis edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş 13 fevral 2025ci il tarixli 1003 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abdulia oğlu praktiki sağlam olmaqla hərbi xidmətə yararlıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 16 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 evdə yüksək səslə oyun oynayıb səs-küy salmasını, evi natəmiz vəziyyətə gətirməsini səbəbindən sonuncunu qucağına alıb paltarından tutaraq kirayə yaşadığı çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin eyvanından üzü aşağı sallayaraq bir daha evdə səs salacağı təqdirdə sonuncunu oradan aşağı atmaqla öldürəcəyini bildirmədiyinə, həmin hərəkəti etmədiyinə dair ifadəsi özünümüdafiə xarakteri daşıyır, ibtidai istintaq zamanı özünün, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər, şahid ifadələri və digər sübutlarla həmin faktı təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlara işgəncə və əzab vermə halına heç bir halda bəraət qazandırmaq olmaz, Təqsirləndirilən şəxs azyaşlı uşaqlara qarşı törətdiyi əməlin tərbiyyələndirmək üsülu kimi adlandırılması onun əməlinin hüquqi tövsifinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 134-cü maddələri ilə düzgün olaraq ittiham verildiyini təsdiq edir və Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü madddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmadığı müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.7 maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsi, eləcə də CM- in 134cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini aşkar surətdə azyaşlı və köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb qeyd edir ki, təqsirləndirilən şəxs azyaşlı uşaqların ondan aslı şəraitdə yaşadıqları dövrdə davamlı olaraq qəddar üsullarla işgəncə və əzab verməsi, real əsaslar üzrə ölümlə hədələməsi, hazırda zərərçəkmiş şəxslərlə barışmaması, ümumiyyətlə cinayətin xarakteri və ictimai təhlükəliyi bağımından əməlin cəmiyyətdə mənfi emosiyalar yaratdığından barəsində təqsirləndiridiyi maddəllərin sanksiyasında olan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. Həmin Konvensiyanın 19-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, iştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual suiistifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər. 2-ci bəndində göstərilir ki, lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə zəruri kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda sadalanmış kobud rəftar hallarının qarşısının alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində məlumat verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın müalicəsinin və sonrakı tədbirlərin digər formalarını həyata keçirmək, habelə, lazım gələrsə, məhkəmə prosesinə başlamaq üçün səmərəli prosedurlar daxil edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasinin Qanununun 12-ci maddəsinin tələblərinə görə uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 134-cü maddələri ilə təyin olunan cəza cinayətlərin məcmusu üzrə qismən toplanmalı və ona qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə onun şübhəli şəxs kimi tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 134-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6-ci maddələri ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar