Məhkəmə qərarları › İş №1-1(093)-140/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-140/2023

28.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-140/2023 28.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə N5 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, hazırda işsiz, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Aşağı Quşçular kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Gilavar sanatoriyası ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Qasımov XN Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün rabitə manqasının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N1 aprel N0N3-cü il tarixdə saat 08:00-dan NN may N0N3-cü il tarixdə saat 11:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün rabitə manqasının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemləri olduğu üçün N1 aprel N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmiş, bundan sonra hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı barəsində aparılan araşdırma ilə əlaqədar izahat verməsi üçün Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinə dəvət olunmuş, lakin təhqiqatçının xidməti zərurətlə əlaqədar Sumqayıt Hərbi prokurorluğunda olduğunu bildikdən sonra prokurorluğa gəlmiş və NN may N0N3-cü il tarixdə saat 11 radələrində təhqiqatçı tərəfindən Sumqayıt Hərbi prokurorluğunun inzibati binasında izahatı alınmışdır. O, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamış, hərbi hissədə digər hərbi qulluqçularla münasibəti yaxşı olmuş, digər hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, hərbi hissədə olan digər hərbi qulluqçularla heç bir düşmənçilik münasibəti və ya ədavəti olmamışdır. Bundan başqa o, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və ya onlardan icazə almamışdır. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün rabitə manqasının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissədə xidmət etdiyi müddətdə N1 aprel N0N3-cü il tarixdə saat 08:00dan N3 may N0N3-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmiş, hərbi hissəyə qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxsla bu barədə söhbət etdikdə sonuncu şəxsi və ailə problemləri olduğu üçün hərbi hissəni özbaşına tərk etdiyini bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs N iyun N0N3-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, onunla arasında xidməti münasibətdən savayı dostluq, düşmənçilik və s. olmamışdır. Qasımov XN Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün rabitə manqasının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət etmiş, xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Həmçinin Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı komandirlərinə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, onunla arasında xidməti münasibətdən savayı dostluq, düşmənçilik və s. olmamışdır. Tabeçiliyində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il saat 08:00 radələrindən xx.xx.N0N3-cü il saat 08:00-dək xidmət yerini özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı komandirlərinə məlumat verməmişdir. Xidmət yerini özbaşına tərk etməsinin səbəbi kimi ailə problemlərinin olmasını göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 0N fevral N015-ci il tarixli N7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi nəzdində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığını bitirmiş və hərbi xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən gəlmiş, 0N fevral N015-ci il tarixdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sərəncamına, şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti 03 fevral N0N5-ci il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli N47 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Qasımov XN nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 05 avqust N0NN-ci il tarixli 0N əç nömrəli əmri ilə, hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin edildiyinə görə Heydər Əliyev adına Hərbi İnstitutdan gəlmiş hesab edilmiş, N avqust N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, vəzifəsini təhvil almış və icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 339 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsindən kəşfiyyat bölüyünün rabitə manqasının baş radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N1 aprel N0N3-cü il tarixli 1N1 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N1 aprel N0N3-cü il tarixdə saat 08 00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N3 may N0N3-cü il tarixli 153 nömrəii əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N3 may N0N3-cü il tarixdə xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. "Vətəndaşların Hərbi Prokurorluğun inzibati binasına buraxılmasının qeydiyyatı kitabı”ndan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs NN may N0N3-cü il tarixdə saat 11:00-dan həmin gün saat 11:40-dək Sumqayıt Hərbi prokurorluğunda olmuşdur. 17 iyun N0N3-cü il tarixli "sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs N1 aprel N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etməsinin bitmə vaxtı NN may N0N3-cü il tarixdə saat 11:00 hesab olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N0N3-cü il tarixli 170 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N may N0N3-cü il tarixli 0N9əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10 maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət müddəti başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N iyun N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N5 may N0N3- cü il tarixli 58N1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, lakin heç bir medalla təltif olunmamışdır. Bakı şəhəri Sanunçu RİH Başçısının Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyası ünvanında anası Qasımova Sevindik qızı və həyat yoldaşı X1 ilə birgə yaşayır, həmçinin X3 barəsində həmin ünvanda yaşadığı müddət ərzində qəsəbə nümayəndəliyinə istər yazılı, istərsə də şifahi heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir bir məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, evli olmaqla ailənin yeganə qazanc gətirəni olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 333.4-cü maddəsi az ağır cinayətlər təsnifatına aiddir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral N017ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğu üçün cinayət qanunvericiliyinin tələblərinə görə ona hərbi qulluqçular üçün nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinin tələbinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təyin oluna bilər. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara təyin oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 8.1-ci 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alıb onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün saymır. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinin müddəaları tətbiq olunmalı və ona ittiham olunduğu həmin Məcəllənin 333.4-cü maddəsinin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü- ictimai işlər cəzası təyin edilməsi və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs oğlunun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 333.4-cü maddəsi ilə 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin. Hökm icra olunması Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar