Məhkəmə qərarları › İş №1-1(093)-142/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-142/2020

11.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-142/2020 11.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1999-cu ildə Şirvan şəhərində anadan olmuş, subay,orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin avtomobil bölüyünün N-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin NN2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, təqsirləndirilir ondan ötrü ki, o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmişdir. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil bölüyünün N-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən xx xxx 2020-ci il tarixdə saat 07:50 radələrində, avtomobil bölüyünün dəhlizində həmin tağımın N-cü manqasının sürücüsü vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında sanitar qovşağını təmizləməyə görə yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N8, 42-ci, habelə İntizam Nizamnaməsinin 1 və N-cü maddələrinin “hərbi qulluqçular biri-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” tələblərini kobud surətdə pozaraq, əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir kəllə zərbəsi vurub sağ əli ilə sifət nahiyəsinə bir zərbə vurmaqla geriyə doğru itələmiş, sonra yataq otağında olan çarpayılardan birini Zərərçəkmiş şəxs üzərinə doğru qüvvətlə itələdikdə həmin çarpayı sonuncunun sağ baldır nahiyəsinə dəymiş və nəticədə Zərərçəkmiş şəxs qəsdən «sol gözaltı nahiyənin hematoması və həmin göz orbitinin, sağ budun qançırı və üst dodağın sol bayır kənarının yarası» diaqnozlu, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verərək göstərdi ki, o, xx.xx.2019-cu il tarixdən N nömrəli hərbi hissənin avtomobil bölüyünün N-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, əsgər Zərərçəkmiş şəxs hərbi xidmətə başladığı vaxtdan tanımış, onunla münasibətləri xidməti olmuş, aralarında qohumluq və ya düşmənçilik əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs istintaq olunan faktla bağlı ifadəsində göstərmişdir ki, o, xx xxx 2020-ci il tarixdə saat 18:00-da əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid4lə birlikdə bölüyün gün növbətçisi qismində xidmətə təyin olunmuş, xx xxx 2020-ci il tarixdə saat 07:50 radələrində bölüyün binasının sanitar qovşaqlarını təmizləməyə görə əsgər Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, həmin vaxt bölük növbətçisi olan, əsgər ŞahidN ona və əsgər Zərərçəkmiş şəxs bölüyün sanitar qovşağını təmizləmək göstərişi vermiş, bundan sonra o, əsgər Zərərçəkmiş şəxs əvvəlki gün «yat» əmri verildikdən sonra sanitar qovşağı özünün təmizlədiyini, sanitar qovşağı təmizləməkdə Zərərçəkmiş şəxs növbəsi olduğunu bildirərək sonuncudan «getmirsən ayaqyolunu təmizləməyə?» deyə soruşmuş, Zərərçəkmiş şəxs isə bundan əvvəl onunla növbədə olanda həm «yat» əmrindən sonra, həm də səhər vaxtı sanitar qovşağı öz aralarındakı razılığa əsasən təmizlədiyini, bu dəfə növbənin onda olduğunu demiş, bundan sonra o, yenə Zərərçəkmiş şəxs sanitar qovşağı təmizləməyini bildirəndə sonuncu, təmizləməyəcəyini bildirmiş, sonra o, Zərərçəkmiş şəxs «mənim beynimi xarab eləmə, mənim heç nə vecimə deyil» deyib yumruğunu sıxaraq sonuncunun üzərinə doğru getmiş, Zərərçəkmiş şəxs isə «mənim də heç nə vecimə deyil» deyil demiş, bundan sonra yataq otağının giriş qapısının önündə aralarında mübahisə başlanmış və Zərərçəkmiş şəxs onu qucaqlayaraq özünə doğru sıxmış, o isə, əsgərlərin onlara baxdığını, belə etməməsini demiş, həmin vaxt bölükdə olan əsgər yoldaşları Şahid2 və Şəfail Əmirli araya girərək onları ayırmış, o, həmin anda əsəbiləşərək əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir kəllə zərbəsi vurmuş və sağ əli ilə sonuncunun sifət nahiyəsinə zərbə ilə vuraraq möhkəm formada geriyə doğru itələmiş, əsgər yoldaşları onları ayırdıqdan sonra yataq otağına getmiş, Zərərçəkmiş şəxs da onun arxasınca gəlmiş, o, Zərərçəkmiş şəxs arxasınca gəldiyini görüb yataqxanada olan çarpayılardan birini sonuncunun üzərinə doğru qüvvətlə itələmiş, həmin çarpayı Zərərçəkmiş şəxs sağ ayağına dəymiş, yenidən əsgər yoldaşları araya girərək onları aralaşdırmış, hadisələr bununla da yekunlaşmış və bundan sonra səs-küyü eşidib otağa gələn bölük növbətçisi, əsgər ŞahidN hadisələr barədə bölük komandiri, baş leytenant Qara Abdullazadəyə məruzə etmiş, bundan sonra bölük komandirləri onları qəbul edərək hadisələr barədə sorğu etmiş və onlar hadisələri olduğu kimi danışdıqdan sonra, tibb məntəqəsinə gedərək bədən baxışından keçirilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə etdikləri mübahisə zamanı birbirilərinin ünvanına nalayiq ifadələr işlətməmiş və hadisələri əsgərlər Şahid4, Şahid1 və Şahid2 birbaşa olaraq görmüş, sonradan hadisələr barədə ŞahidN və Qara Abdullazadə də məlumatlı olmuşlar.Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs üzr istədiyini sonuncu onu bağışladığını göstərməklə məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, xx xxxx 2019-cu tarixdə SHXÇDX-nin Gədəbəy rayon şöbəsindən hərbi xidmətə çağırılaraq xidmət etmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, həmin hərbi hissənin avtomobil bölüyünün N-cü tağımının N-cü manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, xidməti ilə bağlı bütün növ təminatlarla təmin olunmuş, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə başladığı vaxtdan tanımış, onunla münasibətləri xidməti olmuş, aralarında heç bir qohumluq və ya sair münasibət, eləcə də düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs istintaq olunan faktla bağlı ifadəsində qeyd etmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 18:00-da əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 ilə birlikdə bölüyün gün növbətçisi qismində xidmətə təyin olunmuş, növbəti gün, yəni xx xxx 2020-ci il tarixdə saat 07:50 radələrində bölüyün binasının sanitar qovşaqlarını təmizləmək üstündə əsgər Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, belə ki, bölük növbətçisi, əsgər ŞahidN ona və əsgər Təqsirləndirilən şəxs bölüyün sanitar qovşağını təmizləmək göstərişi vermiş, bundan sonra əsgər Təqsirləndirilən şəxs əvvəlki gün «yat» əmri verildikdən sonra sanitar qovşağı özünün təmizlədiyini, sanitar qovşağı təmizləməkdə onun növbəsi olduğunu bildirərək ondan «getmirsən ayaqyolunu təmizləməyə?» deyə soruşmuş, o isə, bundan əvvəl növbədə olarkən həm «yat» əmrindən sonra, həm də səhər vaxtı sanitar qovşağı təmizlədiyini, bu dəfə növbənin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təkrarən ona sanitar qovşağı təmizləməyini bildirəndə o, təmizləməyəcəyini demiş, sonra Təqsirləndirilən şəxs ona «mənim beynimi xarab eləmə, mənim heç nə vecimə deyil» deyərək yumruğunu sıxaraq onun üzərinə doğru gəlmiş, o isə «mənim də heç nə vecimə deyil» deyil demiş, bundan sonra yataq otağının giriş qapısının önündə aralarında mübahisə başlanmış və üzərinə gələn əsgər Təqsirləndirilən şəxs onu vurmasının qarşısını almaq məqsədilə sonuncunu qucaqlayaraq özünə doğru sıxmış, həmin vaxt bölükdə olan əsgər yoldaşları Şahid2 və Şəfail Əmirli araya girərək onları ayırmış, sonra əsgər Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə kəllə zərbəsi endirmiş və sağ əli ilə onun sifət nahiyəsinə zərbə ilə vuraraq möhkəm formada geriyə doğru itələmiş, əsgər yoldaşları onları ayırdıqdan sonra Təqsirləndirilən şəxs yataq otağına doğru getmiş, o da, əsəbiləşərək sonuncunun arxasınca getmiş, Təqsirləndirilən şəxs yataqxanada olan çarpayılardan birini onun önünə doğru qüvvətlə itələmiş və çarpayı onun sağ ayağına dəymiş, yenidən əsgər yoldaşları araya girərək onları aralaşdırmış, hadisələr bununla da yekunlaşmış və bundan sonra səs-küyü eşidib otağa gələn bölük növbətçisi, əsgər ŞahidN hadisələr barədə bölük komandiri, baş leytenant Qara Abdullazadəyə məruzə etmiş, bundan sonra bölük komandiri onları qəbul edərək baş verənlər barədə onlardan soruşmuş və onlar hadisələri olduğu kimi məruzə etmiş, sonra isə tibb məntəqəsinə gedərək bədən baxışından keçirilmişdir. Zərərçəkmiş şəxs ifadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə 07:50 radələrində Təqsirləndirilən şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncunun ona zor tətbiq etməsi nəticəsində sol gözündə və sağ budunda qançır, üst dodağında sıyrıq xəsarətləri yaranmış və o, fiziki ağrılar hiss etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qarşı zor tətbiq etməmiş, onlar birbirilərinin ünvanına nalayiq ifadələr işlətməmiş, hərbi xidmətdə olarkən əsgər Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən hər hansı zorakılığa və nizamnamədən kənar hərəkətlərə məruz qalmamış, kiməsə qarşı, o cümlədən Təqsirləndirilən şəxs və digər hərbi qulluqçulara qarşı bu cür hərəkətlərə yol verməmiş, Təqsirləndirilən şəxs ilə aralarında baş verən mübahisəni birbaşa olaraq əsgərlər Şahid4, Şahid1 və Şahid2 görmüş, sonradan hadisələr barədə ŞahidN və Qara Abdullazadə də məlumatlı olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyindən onunla barışaraq, onu bağışladığını, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını göstərərək məhkəmədən ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində verərək göstərdi ki, o, xx xxxx 2019-cu tarixdə SHXÇDX-nin Tərtər rayon şöbəsindən hərbi xidmətə çağırılaraq xidmət etmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, həmin hərbi hissənin avtomobil bölüyünün N-cü tağımının 1-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmişdir. xx xxx 2020-ci il tarixdə saat 18:00-da əsgər ŞahidN bölük növbətçisi, əsgərlər Şahid4, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bölüyün gün növbətçiləri qismində xidmətə təyin edilmişdilər. xx xxx 2020-ci il tarixdə saat 07:50-də səhər yeməyindən çıxıb bölüyün yataqxanasına gəlmiş, kazarmaya daxil olarkən gün növbətçiləri olan əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs sanitar qovşağını təmizləmək üstündə mübahisə etdiklərini görmüş və mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sifət nahiyyəsinə kəlləsi ilə yumruq, əli ilə isə sifət nahiyyəsinə sillə zərbəsi vuraraq dərhal onları aralasaq da, yenidən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs arxasınca gedərək onu çarpayıya itələyərkən sonuncunun ayağı dəmirə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və ŞahidN məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyini təsdiq etdilər. İbtidai istintaq vaxtı dindirlmiş Şahid4 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sifət nahiyyəsinə kəlləsi ilə yumruq, əli ilə isə sifət nahiyyəsinə sillə zərbəsi vurduğunu görmüşdür. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi Ekspertiza və X2 təqdim edilmiş xx.xx.2020-ci il tarixli 616 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol gözaltı nahiyənin hematoması, həmin göz orbitinin, sağ budun qançırı və üst dodağın sol bayır kənarının yarası, bərk küt əşyanın təsirindən törənmişdir, məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarda göstərilən tarixdə və şəraitdə törənməsi inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2019-cu il tarixli 24 nömrəli əmrindən edilən çıxarışdan məlum olur ki, həmin tarixdən Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə avtomobil bölüyünün 2ci tağımının N-cü manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2019-cu il tarixli 100 nömrəli əmrindən edilən çıxarışdan aydın olur ki, həmin tarixdən Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad olunaraq arxa komanda məntəqəsinin təminatı bölüyünün texniki xidmət tağımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2019-cu il tarixli 289 nömrəli əmrindən edilən çıxarışdan görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad olunaraq avtomobil bölüyünün bölüyünün N-cü tağımının 2-ci manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 2879 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekpertizasının xx xxx 2020-ci il tarixli 616 saylı rəyi ilə və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 200N-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətdə təqsirli şəxslərin rolu və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 1N-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə Mirmehdi Mrizadə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, gənc olmasını, xidmət etmək arzusunda olmasını, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla məhkəməyə ərizə təqdim etməsini onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.N-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Məhkəmə qeyd olunan cinayət işi üzrə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motivi, üsulu, cinayətin törədlilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alaraq hesab edir ki, cəzanın təyin edilməsi zamanı qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları təyin olunmasını mümkün saymır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə təqdim etməsini nəzərə alaraq yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin NN2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza-cərimə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə olan qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin N45-N49, N51-N5N, N56, N58, N8N-N84-cü maddələrinin tələblərini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN2.1-ci maddəsi ilə barəsində həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan və məhkəmə xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar