Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-142/2024 14.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı1, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Bakı şəhəri Suraxanı rayonunda yerləşən Suraxanı-1 hərbi şəhərciyində qeydiyyatda olmaqla, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin hərbi şəhərciyində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Bakı Hərbi Məhkəməsinin 24 iyun N2-ci il tarixli 1-1(093)-107/N2 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin S-300PMU2 divizionlar qrupunun 1-ci S-300PMu2 zenit-raket divizionun məxvi hissə rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin S-300PMU2 divizionlar qrupunun 1-ci S- 300PMU2 zenit-raket divizionunun məxfi hissə rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin iyul ayının sonlarında gənc əsgərlərin toplantısında iştirak etmək üçün Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəsindən həmin hərbi hissəyə ezam edilmiş əsgər X4 həmin hərbi hissənin divizionunun qarşısında ona yaxınlaşaraq ailəsi ilə əlaqə yaratmaq üçün onun mobil telefonundan istifadə etmək üçün icazə istəmiş, o da ailəsi ilə əlaqə yaratması üçün öz şəxsi istifadəsində olan mobil telefonu Namik Hacımuradova təqdim edib ailəsi ilə danışmasına şərait yaratmışdır. Daha sonra yaranmış təsadüfi söhbət əsnasında Namik Hacımuradovdan N nömrəli hərbi hissədə qalıb xidmət etmək istəyib-istəməməsi ilə bağlı maraqlanmış, bu zaman Namik Hacımuradov ona həmin hərbi hissədə qalıb xidmət etmək arzusunda olduğunu söylədikdə o, həmin vaxtlarda borcları olduğu üçün qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq 1200 (min iki yüz) manat pul müqabilində Namik Hacımuradova N nömrəli hərbi hissədə qalıb xidmət etməsinə köməklik edə biləcəyini deyərək özünə inandırmış, Namik Hacımuradov isə ona bununla bağlı ailəsi ilə danışmalı olduğunu bildirdikdə, bu zaman o, yenidən Namik Hacımuradovun ailəsi ilə əlaqə yaratması üçün öz şəxsi istifadəsində olan mobil telefonu təqdim edib Namik Hacımuradovun ailəsi ilə danışmasına şərait yaratmış, Namik Hacımuradov isə qardaşı Şahid ilə danışaraq onun təklifi barədə məlumat verərək bu barədə atasına məlumat verməsini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Dağıstan Respublikasının Mahaçqala şəhərində usta işləyən Namik Hacımuradovun atası Hacımuradov X5 mobil rabitəsinin “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsindən onun şəxsi istifadəsində olan ***-***-**-** mobil telefona “Whatsapp” mobil tətbiqində zəng etmiş və danışıq zamanı o, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq 1200 (min iki yüz) manat pul müqabilində oğlu Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmət etməsinə köməklik edə biləcəyini deyib özünü bu işi görə biləcək şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs özünə inandırmaqla razılığını almış, 24 iyul N2-ci il tarixdə Zərərçəkmiş şəxs ona həmin 1200 (min iki yüz) manat pulu çatdırması üçün oğlu Şahid adına 1200 (min iki yüz) manat pul göndərmiş, Şahid da öz növbəsində həmin gün saat 14 radələrində 1200 (min iki yüz) manat pulu Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “23 Pioneer supermarket” adlı mağazanın daxilində olan "MilliÖN’' elektron ödəmə sistemi vasitəsilə onun adına olan "xxxx" ASC-yə məxsus «4169 7414 7157 3830» nömrəli bank hesabına köçürmə yolu ilə göndərmişdir. O, Zərərçəkmiş şəxs oğlu Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmət etməsi üçün 1200 (min iki yüz) manat məbləğində olan pulu tez bir zamanda onun kart hesabına köçürməsini görüb, bu işin görülməsi üçün az miqdarda pul istədiyini düşünərək vahid niyyətlə Yaqub Hacimuradovdan həmin işin görülməsi üçün qanunsuz yolla əlavə qazanc əldə etmək məqsədi ilə bir neçə gün sonra, yəni 01 avqust N2-ci il tarixdə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan Rusiya mobil rabitə vasitəsi olan “Bilayn” operatoruna məxsus +7-963-408- 59-93 mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqində zəng edərək guya “komissiya N manata razı deyil, bunun üçün əlavə 800 manat pul lazımdır” deyib Zərərçəkmiş şəxs yenidən özünə inandırmaqla razılığını almış, 02 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs ona həmin 800 (səkkiz yüz) manat pulu çatdırması üçün oğlu Şahid adına 800 (səkkiz yüz) manat pul göndərmiş, Fərid Hacımurdaov da öz növbəsində həmin gün saat 14 radələrində 800 (səkkiz yüz) manat pulu Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “23 Pioneer supermarket” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə onun adına olan "xxxx" ASC-yə məxsus «4169 7414 7157 3830» nömrəli bank hesabına köçürmə yolu ilə göndərmiş, lakin o, vədi üzrə heç bir real hərəkət etməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2000 (iki min) manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, təkrarən 18 avqust N2-ci il tarixdə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan Rusiya mobil rabitə vasitəsi olan “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqində zəng edərək real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq 800 (səkkiz yüz) manat pul müqabilində oğlu Namik Hacımuradovu komandirin sürücüsü qoymaq istədiyini deyib özünü bu işi görə biləcək şəxs kimi təqdim edərək özünə inandırmaqla razılığını almış, 19 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs ona həmin 800 (səkkiz yüz) manat pulu çatdırması üçün oğlu Şahid adına 800 (səkkiz yüz) manat pul göndərmiş, Fərid Hacımurdaov da öz növbəsində həmin gün saat 14 radələrində 800 (səkkiz yüz) manat pulu Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən “R.A.A” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə onun adına olan "xxxx" ASC-yə məxsus «4169 7414 7157 3830» nömrəli bank hesabına köçürmə yolu ilə göndərmiş, lakin o, vədi üzrə heç bir real hərəkət etməyərək, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz) manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, N nömrəli hərbi hissənin zenit-raket divizionunun məxfi hissə rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin iyul ayının sonlarında həmin hərbi hissənin divizionunun qarşısında ləzgi dilində xidmət yoldaşları ilə danışarkən, əsgər X4 ona yaxınlaşaraq ailəsi ilə əlaqə yaratmaq üçün onun mobil telefonundan istifadə etmək üçün icazə istəmiş, o da ailəsi ilə əlaqə yaratması üçün öz şəxsi istifadəsində olan mobil telefonu Namik Hacımuradova təqdim edib ailəsi ilə danışmasına şərait yaratmışdır. Bu zaman o, Namik Hacımuradovdan N nömrəli hərbi hissədə qalıb xidmət etmək istəyib- istəməməsi ilə bağlı maraqlanmış, bu zaman Namik Hacımuradov ona həmin hərbi hissədə qalıb xidmət etmək istədiyini demişdir. O, həmin vaxtlarda ayrı-ayrı mülki şəxslərdən ümumillikdə 800 manat məbləğində borca pul götürmüş, lakin həmin pulu geri qaytara bilməmişdir. Bunun üçün bir çox yaxın dost və tanışlarına müraciət etsə də, heç kim ona pul verməmişdir. Ona həmçinin şəxsi ehtiyacları üçün pul lazım olmuşdur. O, həmin vaxt Namik Hacımuradovun N nömrəli hərbi hissədə xidmət etmək arzusunda olduğunu görüb, maddi qazanc əldə etmək üçün Namik Hacımuradova “istəyirsən səni burda saxlayım daimi burda qal xidmət elə, lakin bunun müqabilində mənə N manat pul verməli olacaqsan” demişdir. Namik Hacımuradov isə ona “gərək bu barədə ailəmə deyim” dedikdə, o, Namik Hacımuradova “istəyirsən al telefonu ailənlə danış mənim dediyimi də de" demiş və özünün şəxsi istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonu Namik Hacımuradova vermişdir. Namik Hacımuradov isə mobil telefonu ondan götürərək ***-***-**-** nömrəli mobil telefona zəng edərək qardaşı adlandırdığı Fərid adlı şəxsə onun dedikləri barədə məlumat verərək, bu barədə atası ilə danışıb ona bir məlumat verməyini xahiş etmişdir. Daha sonra o, Namik Hacımuradovla aralarında söhbətləşərkən Namik ona atasının Dağıstan Respublikasının Maxaçkala şəhərində işlədiyini, bu səbəbdən qardaşının vasitəsilə onunla əlaqə yaratdığını demişdir. Bir neçə dəqiqə sonra onun şəxsi istifadəsində olan 051-629-88- 62 mobil telefona Rusiya mobil rabitəsinin “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsindən “Whatsapp” mobil tətbiqində zəng gəlmişdir. O, zəngi qəbul etdikdə özünü Namik Hacımuradovun atası olduğunu və adının Zərərçəkmiş şəxs olduğunu bildirərək ondan “nə olub, nə işdi” deyə soruşmuşdur. O isə Zərərçəkmiş şəxs aldadaraq onu özünə inandırıb pulunu ələ keçirmək üçün özünə güvənli şəkildə özünü apararaq “Namiki xidmətinin sonuna kimi N nömrəli hərbi hissədə saxlaya biləcəyini və bunun müqabilində N manat məbləğində pul verməli olduğunu” demişdir. Zərərçəkmiş şəxs isə cavabında ona “bəs sənə necə inanım?, səni tanımıram, aldatmırsan ki?” soruşmuş, o isə Zərərçəkmiş şəxs inandırmaq üçün “mən səni aldatmıram, özüm də ləzgiyəm, Qəbələ rayonundanam, sənə söz verirəm bu işi həll edirəm” deyərək yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs onun yalan vədlərinə inanıb onunla razılaşaraq, ən geci sabah N manat məbləğində pulun ona çatdıracağını demiş və zəngi sonlaşdırmışlar. 24 iyul N2-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid ***-***- **-** nömrəli mobil telefonla ona məxsus ***-***-**-** mobil telefon nömrəyə “Whatsapp” mobil tətbiqində zəng edərək “qardaşım Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsi üçün atamla razılaşıb qərar gəldiyiniz N manat pulu kart hesabınıza köçürmək istəyirəm, zəhmət olmasa bank kartınızın şəkilini çəkib mənə göndərərdiniz” demişdir. O da Fəridə “yaxşı göndərirəm” deyərək zəngi sonlaşdırmışdır. Daha sonra o, şəxsi istifadəsində olan ***-***-**-** nömrə ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə Fəridə məxsus ***-***-**-** nömrəli mobil telefona özünə məxsus 4169 7414 7157 3830 nömrəli "xxxx" bank kartının şəklini göndərmişdir. Bundan sonra 24 iyul N2-ci il tarixdə saat 14 radələrində həmin N manat pul onun adına olan 4169 7414 7157 3830 nömrəli "xxxx" kartına göndərmişdir. O, Zərərçəkmiş şəxs Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmət etməsi üçün N manat məbləğində olan pulu tez bir zamanda onun kart hesabına köçürməsini görüb, bu işin görülməsi üçün az pul istədiyini düşünərək, gələcəkdə Zərərçəkmiş şəxs zəng edərək bu işin görülməsi üçün əlavə pul istəyə biləcəyini düşünərək, Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalaraq xidmətini davam etdirməsi üçün əlavə pul almaq üçün 01 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan Rusiya mobil rabitə vasitəsi olan “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsinə şəxsi istifadəsində olan 051- ***-**-** mobil telefon nömrəsi ilə “Whatsapp” mobil tətbiqində zəng edərək guya "komissiya N manata razı deyil, bunun üçün əlavə 800 manat pul lazımdır” demişdir. Zərərçəkmiş şəxs həmin vaxt ondan artıq heç nə soruşmayaraq Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsi üçün onunla razılaşmışdır. Bundan sonra 02 avqust N2-ci il tarixdə saat 14 radələrində həmin 800 manat pul onun adına olan 4169 7414 7157 3830 nömrəli "xxxx" kartına göndərmişdir. O, Zərərçəkmiş şəxs oğlu Namik Hacımuradovun guya N nömrəli hərbi hissədə qalaraq xidmətini davam etdirməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək aldadıb onun 2000 manat pulunu ələ keçirmişdir. O, əldə etdiyi 2000 manat məbləğində pulun bir hissəsini borclarına, bir hissəsini isə öz şəxsi ehtiyaclarına sərf edərək xərcləmişdir. Onun həmin vaxtlarda yenidən pula ehtiyacı olduğundan tez bir zamanda pul necə əldə edə biləcəyi haqqında düşünərək, Zərərçəkmiş şəxs yenidən yalandan guya oğlu Namik Hacımuradovu komandirin sürücüsü qoymağı üçün vəd verib pulunu ələ keçirə biləcəyini düşünərək, bu məqsədlə, N2-ci ilin avqust ayının ortalarında o, Müdafiə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən N nömrəli hərbi hissəsinin əsgər yataqxanasında əsgər Namik Hacımuradovu görüb yanına çağıraraq xidməti otağına gəlməyini istəmişdir. Namik Hacımuradov onun ardınca hərbi hissədə yerləşən onun xidməti otağına gəldikdə Namik Hacımuradovdan “komandirin sürücüsü olmaq istəyirsən” deyə soruşmuşdur. Namik Hacımuradov ona “bəli, komandirin sürücüsü olmaq istəyərəm, lakin mənim sürücülük vəsiqəm yoxdu” demiş, o da Namik Hacımuradova “səni göndərəcəm kursa hərbinin hesabına sürücülük vəsqəsi alacaqsan, daha sonra səni komandirin sürücüsü qoyacam, lakin bunun müqabilində atan 800 manat pul verməlidir” demişdir. Namik Hacımuradov ona “bu barədə atamla danışmaq lazım” dedikdə, o, Namik Hacımuradova “özüm danışaram atanla, əsas sən istə” demişdir. Namik Hacımuradov həmin vaxt ona “oldu” dedikdən sonra o, Namik Hacımuradova otaqdan çıxaraq əsgər yoldaşlarının yanına getməsini və bu barədə heç kimə heç bir söz deməməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilk öncə zəng etməyərək, əsgər Namik Hacımuradova yaxınlaşmaqda məqsədi onun fikrini alaraq, Zərərçəkmiş şəxs nə kimi yalan vəd verəcəyini dəqiqləşdirmək olmuşdur. Beləliklə, o, 18 avqust N2-ci il tarixdə təkrar olaraq Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan Rusiya mobil rabitə vasitəsi olan “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsinə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “Whatsapp” mobil tətbiqində zəng edərək guya “Namikin N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsi işi düzəlib, komissiya artıq razılaşdı, indi onu komandirin sürücüsü qoymaq istəyirəm, 40 günə sürücülük vəsiqəsini 800 manata alıb verə bilərəm, sən təcili sabaha pulu mənə çatdıra bilərsən? demişdir. Zərərçəkmiş şəxs onun bu sözlərinə inanıb onunla razılaşmışdır. Bundan sonra 19 avqust N2-ci il tarixdə saat 14 radələrində həmin N manat pul onun adıma olan 4169 7414 7157 3830 nömrəli "xxxx" kartına göndərmişdir. Bununla bağlı, daha sonra Şahid ona zəng edərək 800 manat məbləğində pulun "xxxx" kartına göndərdiyini demişdir. O, Zərərçəkmiş şəxs yalan vəd verərək ələ keçirdiyi həmin 800 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, öz xidməti otağında olarkən N2-ci ilin avqust ayının sonlarında əsgər Namik Hacımuradov ona “mən burda qalacaqdım bəs?, məni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə kursa göndərirlər” dedikdə, o, Namik Hacımuradova yalandan “narahat olma, sən gedəcəksən kursa hərbi hesabına sürücülük vəsiqəsi alacaqsan, bir həftə sonra özüm gəlib səni götürəcəm, xidmət yerinə qalıb xidmətini davam edəcəksən” demiş və Namik Hacımuradov otaqdan çıxaraq getmişdir. O, Zərərçəkmiş şəxs yalandan vədlər verib aldadaraq ümumillikdə 2800 manat pulunu ələ keçirməsinin aşkara çıxmamasına çalışsa da, daha sonra X7 Nazirliyinin Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissəsində kursu keçdikdən sonra Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. Bundan sonra artıq onun Zərərçəkmiş şəxs yalan vədlər verib özünü həmin işləri görə biləcək biri kimi təqdim edərək aldadıb ümumilikdə 2800 manat pulunu ələ keçirməyi aşkar çıxmışdır. O, bununla bağlı Yaqub Hacımurad və Şahidla müxtəlif vaxtlarda danışaraq Zərərçəkmiş şəxs yalandan vədlər verib aldadaraq ələ keçiridiyi ümumilikdə 2800 manat məbləğində pulu geri qaytaracağı barədə müxtəlif bəhanələr edərək həmin pulu geri qaytarmamışdır. O, 14 fevral N4-cü il tarixdə Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi 2800 manat puldan yalnız 1000 manat məbləğində pulu oğlu Şahid adına olan “4169 7388 4103 6811” nömrəli "xxxx" kartına göndərərək geri qaytarmışdır. Yerdə qalan 1800 manat məbləğində pulu isə Zərərçəkmiş şəxs müxtəlif bəhanələr edərək geri qaytarmamışdır. Məhkəmə iclasının davamında Təqsirləndirilən şəxs göstərdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı məhkəmə zamanı tam şəkildə ödəmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsə vurulmuş ziyanın iyirmi beş faizi (700,00 manat) miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.N4-cü il tarixli ərizədə o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Şahid göstərdi ki, N2-ci ilin iyul ayının sonlarında qardaşı Namik Hacımuradov hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun şəxsi istifadəsində olan “Azərfon” operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək N nömrəli hərbi hissədə məxfi hissə rəisi vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs adlı şəxsin onu N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsinə köməklik edə biləcəyini və bunun müqabilində N manat məbləğində pul istədiyi barədə məlumat verərək, bu barədə atamla danışıb ona bir məlumat verməyimi xahiş etdi. O da bu barədə Dağıstan Respublikasının Maxaçkala şəhərində işləyən atası Zərərçəkmiş şəxs istifadə etdiyi “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqində zəng edərək bu barədə məlumat vermişdir. Telefon danışığı zamanı atası Zərərçəkmiş şəxs ona “əgər Namiki N nömrəli hərbi hissədə N manat məbləğində pul müqabilində saxlayırlarsa, sən mənə həmin adamın nömrəsini ver, mən özüm onunla danışım” demişdir. O, da Zərərçəkmiş şəxs dediyi kimi Namik Hacımuradovun ona zəng etdiyi hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək ona atası ilə danışdığını və atasının Cəsarətin özü ilə danışmaq istədiyini bildirərək onun mobil telefon nömrəsini ona verməsini demişdir. Namiq də ona Cəsarətin istifadə etdiyi “AzerceH” operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Bundan sonra o, həmin nömrəni “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs istifadə etdiyi “Bilayn” operatoruna məxsus +7-***-***-**-** mobil telefon nömrəsinə mesaj yazaraq göndərmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ona zəng edərək həmin Cəsarət adlı şəxslə danışdığını, həmin şəxsin Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsi müqabilində N manat pul istədiyini bildirib həmin pulu bir neçə günə onun adına göndərəcəyini və onun həmin pulu Cəsarətə çatdırmalı olacağını tapşırmışdır. Beləliklə 24 iyul N2-ci il tarixdə Zərərçəkmiş şəxs onun adına N manat məbləğində pul göndərmişdir. O da həmin N manat məbləğdə pulu “Korona Pay” mobil tətbiqi vasitəsilə öz adına olan “Kapital” birbank kartına yönləndirib nəğdləşdirmişdir. Daha sonra ona məxsus ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək “qardaşım Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsi üçün atamla razılaşıb qərar gəldiyiniz N manat pulu kart hesabınıza köçürmək istəyirəm, zəhmət olmasa bank kartınızın şəkilini çəkib mənə göndərərdiniz” demişdir. Təqsirləndirilən şəxs da ona “yaxşı göndərirəm” deyərək zəngi sonlaşdırmişdir. Daha sonra Təqsirləndirilən şəxs 051- ***-**-** nömrəsi ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə ona məxsus ***-***-**-** nömrəli mobil telefona özünə məxsus 4169 7414 7157 3830 nömrəli "xxxx" bank kartının şəklini göndərmişdir. Bundan sonra o, 24 iyul N2-ci il tarixdə saat 14 radələrində həmin N manat pulu Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “23 Pioneer supermarket” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4169 7414 7157 3830 nömrəli "xxxx" kartına göndərmişdir. Bundan sonra 01 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi “Bilayn” operatoruna məxsus +7-***- ***-**-** mobil telefon nömrəsilə “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək “Cəsarət mənə zəng vurub bildirdi ki, komissiya N manata razı deyil, bunun üçün əlavə 800 manat pul vermək lazımdır, mən sənə 800 manat pul göndərəcəm, Cəsarətin kartına atarsan” demişdir. 02 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs onun adına 800 manat məbləğində pul göndərmişdir. O da həmin 800 manat məbləğdə pulu “Korona Pay” mobil tətbiqi vasitəsilə öz adına olan “Kapital” birbank kartına yönləndirib nəğdləşdirmişdir. Daha sonra o, 02 avqust N2-ci il tarixdə saat 14 radələrində həmin 800 manat pulu Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “23 Pioneer supermarket” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4169 7414 7157 3830 nömrəli "xxxx" kartına göndərmişdir. Bundan bir neçə gün sonra, yəni 18 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi “Bilayn” operatoruna məxsus +7-963- ***-**-** mobil telefon nömrəsilə “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək “Cəsarətin ona təkrar zəng vurub Namiki komandirin sürücüsü qoymaq üçün sürücülük vəsiqəsi lazım olduğunu və 40 günə sürücülük vəsiqəsini 800 manata alıb verəcəyini və bunun üçün təcili sabaha 800 manat pulun ona çatdırmalı olduğunu dediyini bildirərək, mən sənə 800 manat pul göndərəcəm, Cəsarətin kartına atarsan” demişdir. 19 avqust N2-ci il tarixdə Zərərçəkmiş şəxs onun adına 800 manat məbləğində pul göndərmişdir. O da həmin 800 manat məbləğdə pulu “Korona Pay” mobil tətbiqi vasitəsilə öz adına olan “Kapital" birbank kartına yönləndirib nəğdləşdirmişdir. Daha sonra 19 avqust N2-ci il tarixdə saat 14 radələrində həmin 800 manat pulu Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən “R.A.A” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4169 7414 7157 3830 nömrəli "xxxx" kartına göndərmişdir. Bundan sonra N2-ci ilin sentyabr ayının sonlarında Namik Hacımuradov hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə ona zəng edərək ona “gizir Təqsirləndirilən şəxs məni N nömrəli hərbi hissədə saxlayacağını bildirsə də, hazırda məni Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndəriblər” demişdir. O da bununla bağlı Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq qardaşı Namik Muradovun ona dediklərini barədə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsi barədə maraqlanmış, lakin Təqsirləndirilən şəxs Namik Muradovun N nömrəli hərbi hissədə xidmətini davam etdirəcəyi barədə yalan vədlər vermiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməmişdir. Namik Hacımuradov xidmətini davam etdirmək üçün Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərilmiş və xidmətini orada başa vurub ordu sıralarından ehtiyata tərxis edilmişdir. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə Namik Hacımuradovun N nömrəli hərbi hissədə qalıb xidmətini davam etdirməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs özünə inandırıb aldarmaqla bunun müqabilində ümumillikdə 2800 manat məbləğində pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs 14 fevral N4-cü il tarixdə Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi 2800 manat puldan yalnız 1000 manat məbləğində pulu onun adınaa olan 4169 7388 4103 6811 nömrəli "xxxx" kartına göndərmişdir. O, bununla bağlı Zərərçəkmiş şəxs məlumat verərək, 1000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs yerdə qalan 1800 manat məbləğində pulu isə müxtəlif bəhanələr edərək hazırki tarixədək geri qaytarmamışdır. Məhkəmə iclasının davamında Şahid bildirdi ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxs olan atası ilə barışmışdır. Atasının Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Atası rusiyada olduğundan məhkəməyə gələ bilmir və ərizə göndərəcəkdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs (Rusiya Federasiyasında olması səbəbindən məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) ifadəsində Şahid və təqsirləndirilən şəxsin ifadələrində göstərilən xüsusatları təsdiq etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş, Rusiya Federasiyasında notarial qaydada verilmiş 31 oktyabr N4-cü il tarixli ərizəsində göstərilmişdir ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Onun cinayət məsuliyyətindən azad olunmasını istəyir. İşdə olan vətəndaş Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı 11 mart N4-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğlu X2 N nömrəli hərbi hissədə qalıb xidmət etməsinə köməklik edəcəyi baradə yalan vədlər verib aldadaraq 2800 manat məbləğində pulunu ələ keçirmişdir. İşdə olan vətəndaş Şahid Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı 11 mart N4-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 N nömrəli hərbi hissədə qalıb xidmət etməsinə köməklik edəcəyi baradə atası Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq 2800 manat məbləğində pulunu ələ keçirmişdir. İşdə olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 79 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin S-300PMU2 divizonlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizonunun məxfi hissə rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan “MilliÖN” elektron ödəmə sistemindən edilmiş çıxarışdan görünür ki, 24 iyul N2-ci il tarixdə Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “23 Pioneer supermarket” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə “R***** c****** q*****’’ oğlunun adına olan “4169 74****** 3830” nömrəli "xxxx" kartına N manat pul göndərilmişdir. İşdə olan “MilliÖN” elektron ödəmə sistemindən edilmiş çıxarışdan görünür ki, 02 avqust N2-ci il tarixdə Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “23 Pioneer supermarket” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə “R***** C****** Q*****’’ oğlunun adına olan “4169 74****** 3830” nömrəli "xxxx" kartına 800 manat pul göndərilmişdir. İşdə olan “MilliÖN” elektron ödəmə sistemindən edilmiş çıxarışdan görünür ki, 19 avqust N2-ci il tarixdə Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən “R.A.A” adlı mağazanın daxilində olan “MilliÖN” elektron ödəmə sistemi vasitəsilə “R***** c****** q*****” oğlunun adına olan “4169 74****** 3830” nömrəli "xxxx" kartına 800 manat pul göndərilmişdir. İşdə olan "xxxx" MMC-dən daxil olmuş CD disklərə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə N2, N3 və N4-cü il tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə, Şahid istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aralarında çoxsaylı telefon danışıqları olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 24 iyun N2-ci il tarixli, 1-1(093)-107/N2 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin (terminal nömrəsi: K0103014, əməliyyat İD: 6********) 18866 saylı, xx.xx.N4-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 700,00 (yeddi yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əsasən, Bakı Hərbi məhkəməsinin 19 dekabr N3-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini isə o, N2-ci ilin avqust ayında törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Bakı Hərbi məhkəməsinin 19 dekabr N3-cü il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edildiyi tarixdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr N2-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 10 (on) iş saatı, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X3 60 (altmış) manat, Müdafiəçi isə 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X3 60 (altmış) manat, Müdafiəçi isə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun olan hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-142/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-142/2024
14.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver