Məhkəmə qərarları › İş №1-1(093)-144/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-144/2023

26.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-144/2023 26.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər hərbi rütbəsində xidmətdə olarkən N may 2023-cü il taixdə saat 08:00-dan N iyun 2023-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən N iyun 2023-cü il tarixdə saat 08:00-dan 15 iyun 2023-cü il tarixdə saat 16:35-dək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- baş əsgər hərbi rütbəsində xidmətdə olarkən N may 2023-cü il tarixdə saat 08:00-dan N iyun 2023-cü il tarixdə saat 08:00-dək və N iyun 2023-cü il tarixdə saat 08:00dan 15 iyun 2023-cü il tarixdə saat 16:35-dək hərbi hissəni özbaşına tərk etmişdir. O, N iyun 2023-cü il tarixdə saat 08:00-da səhər düzülüşündə iştirak etməyərək hərbi hissəni özbaşına tərk etdikdən sonra 15 iyun 2023-cü il tarixdə saat 16 radələrində barəsində aparılan araşdırma ilə bağlı Sumqayıt Hərbi prokurorluğuna gəlmiş və izahat vermişdir. Hərbi hissəni özbaşına tərk etməyinə səbəb şəxs və ailə problemləri olmuş, hərbi xidmətə münasibəti müsbət olmuş, xidmət keçməklə bağlı problemi olmamış, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, xidmət yerini özbaşına tərk etdiyi tarixlərdə Bakı şəhərində yerləşən evində olmuş və borclarını ödəmək üçün pul axtarmış, bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş, onlardan icazə almamış, törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir.Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- baş əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemləri ilə əlaqədar N may 2023-cü il tarixdə saat 08:00-dan N iyun 2023-cü il tarixdə saat 08:00-dək və N iyun 2023-cü il tarixdə saat 08:00-dan 16 iyun 2023-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə komandirlərinə və ya rəislərinə məlumat verməmiş, onlardan icazə almamış, törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs hərbi xidmət müddətində tanımış, onunla arasında xidməti münasibətdən savayı dostluq, düşmənçilik və s. olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- baş əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemləri ilə əlaqədar N may 2023-cü il tarixdə saat 08:00-dan N iyun 2023-cü il tarixdə saat 08:00-dək və N iyun 2023-cü il tarixdə saat 08:00-dan 16 iyun 2023-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- baş əsgər Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayında bağlaşma əsasında 3 (üç) il müddətinə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 339 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N may 2023-cü il tarixli 6148 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N may 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may 2023-cü il tarixli 145 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N may 2023-cü il tarixdə saat 08:00 radələrində xidməti yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N iyun 2023-cü il tarixli 6869 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2023-cü il tarixli 164 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə xidmət yerinə qayıtmış hesab edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N iyun 2023-cü il tarixli 7056 nömrəli raportdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2023-cü il tarixli 168 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. Vətəndaşların hərbi prokurorluğun inzibati binasına buraxılmasının qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 16:35-də Sumqayıt Hərbi prokurorluğunun inzibati binasına daxil olmuşdur. 26 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etməsi əməlinin bitmə vaxtı 15 iyun 2023-cü il tarixdə saat 16:35 hesab olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 19 iyun 2023-cü il tarixli 6548 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. AZ-İİ seriyalı 423497 №-li nikah və AZ-İV seriyalı 689189 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində bir azyaşlı (xx.xx.2022-ci il təvəllüdlü X1) övladı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq pul təminatından 5% (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar