Məhkəmə qərarları › İş №1-1(093)-144/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-144/2025

01.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-144/2025 01.08.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ XN Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri N Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 199N-ci il tarixdə Ağdam rayonunun Çullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Çullu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağcayev X1 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin artilleriya divizionunun idarəetmə taqımının (divizion komandirinin) atəş dəstək qrupunun komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 13 mart N0NN-ci il tarixdə saat 19:00da xidmət vaxtı başa çatdığı üçün hərbi hissədən getmiş, N mart N0NN-ci il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmalı olduğu halda, üzürlü səbəblər olmadan xidmət yerinə gəlməyərək N8 mart N0NN-ci il tarixdə saat 11:00-da hərbi hissəyə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xidmətdə olarkən 1N mart N0NN-ci il tarixdə saat 16 radələrində özünü pis hiss etdiyi üçün N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, orada müayinə olunduqdan sonra 37.N° hərarəti olduğu müəyyən edildiyinə görə ona qəbul etməsi üçün “Parasetamol” adlı preparat verilmiş, həmin pereparatı qəbul etdikdən sonra müayinə olunması üçün həmin hərbi hissənin ərazisində yerləşən NN4 nömrəli hərbi hissənin tibb bölüyünə göndərilmişdir. O həmin bölükdə həkim tərəfindən rentgen müayinəsi olunmuş, daxili orqanlarında hər hansı problem olmadığından bölükdən buraxılmışdır. O daha sonra və növbəti gün, yəni 13 mart N0NN-ci il tarixdə xidməti yerində olaraq xidmətini davam etdirmiş, həmin gün saat 19 radələrində digər hərbi qulluqçular kimi hərbi hissədən buraxıldığı üçün yaşadığı ünvanına getmişdir. N mart N0NN-ci il tarixdə səhər saatlarında evdə olduğu zaman bədəninin hərarəti 39.N°-yə qalxmış, buna görə də N mart N0NN-ci il tarixdə saat 08:00-da xidməti yerində olmalı olduğu halda hərbi hissəyə gedə bilməmişdir. N mart N0NN-ci il tarixdən N8 mart N0NN-ci il tarixədək ev şəraitində müalicə olunmuş, sağaldıqdan sonra N8 mart N0NN-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmışdır. Evdə olduğu müddətdə komandirləri onunla əlaqə saxlayıb hərbi hissəyə gəlməməsinin səbəblərini soruşduqda onlara xəstə olduğunu bildirmiş, onlar xəstə olduğu üçün hərbi hissənin tibb məntəqəsinə və ya Baş Klinik Hospitala müraciət etməsini tələb etsələr də, o, evdən çıxa bilməmişdir. Hazırda xidmətini davam etdirir, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun qərargah rəisi, mayor ŞahidN ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 13 mart N0NN-ci il tarixdə saat 19 radələrində iş vaxt bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N mart N0NN-ci il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmalı olduğu halda xidməti yerinə qayıtmamış, yalnız N8 mart N0NN-ci il tarixdə saat 11:00-da xidmət yerinə qayıtmışdır. O, Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq xidmət yerinə gəlməməsinin səbəblərini soruşduqda sonuncu xəstə olduğunu, buna görə də xidmət yerinə gələ bilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xidmət yerinə gələrək hərbi hissənin tibb məntəqəsinə və ya Baş Klinik Hospitala müraciət etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs isə hərbi hissəyə gələ bilmədiyini bildirərək, hospitala müraciət etməkdən imtina etmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, kapitan Şahid1 elan edilmiş ifadəsindən görünür ki, ŞahidN ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, xx.xx.N0NN-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə cinayət işi başlanmış, 16 may N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tanınmış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında 19 mart N0N0-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N3 avqust N0NN-ci il tarixli NN6 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs artilleriya divizionunun 1-ci batareyasının N-ci taqımının 1-ci topunun komandiri vəzifəsindən azad olunaraq artilleriya divizionunun idarəetmə taqımının (divizion komandirinin) atəş dəstək qrupunun komandiri vəzifəsinə təyin edilmişdir. 11 may N0N3-cü il tarixli raportdan görünür ki, artilleriya divizionunun idarəetmə taqımının (divizion komandirinin) atəş dəstək qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət müddətinin 3 (üç) il müddətinə artırılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmış, həqiqi hərbi xidmət müddətini uzadılması haqqında bağlaşmaya əsasən xidmət müddəti 3 (üç) il müddətinə artırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun komandiri, mayor Cavid Əhmədzadə tərəfindən tərtib olunmuş N mart N0NN-ci il tarixli N9NN nömrəli raportdan görünür ki, artilleriya divizionunun idarəetmə taqımını atəş dəstək qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu-əsgər Təqsirləndirilən şəxs N mart N0NN-ci il tarixdə saat 08:00 radələrində xidməti yerinə çıxmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N0NN-ci il tarixli 83 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, artilleriya divizionunun idarəetmə taqımının (divizion komandirinin) atəş dəstək qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu-əsgər Təqsirləndirilən şəxs N mart N0NN-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, kapitan Şahid1 tərəfindən tərtib olunmuş N8 mart N0NN-ci il tarixli 3411 nömrəli raportdan görünür ki, artilleriya divizionunun idarəetmə taqımını atəş dəstək qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu-əsgər Təqsirləndirilən şəxs N8 mart N0NN-ci il tarixdə saat 11:00 radələrində xidməti yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N8 mart N0NN-ci il tarixli 100 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, artilleriya divizionunun idarəetmə taqımının (divizion komandirinin) atəş dəstək qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu-əsgər Təqsirləndirilən şəxs N8 mart N0NN-ci il tarixdə saat 11:00 radələrində xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin NN4 nömrəli hərbi hissəsindən daxil olmuş N may N0NN-ci il tarixli 3-NN-N04/N-N0N/N0NN nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs N0NNci il ərzində hərbi hissənin tibb bölüyünə müraciəti ilə bağlı ambulator və stasionar uçot sənədlərində heç bir qeydiyyat aşkar olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ə.D.Məlikov adına X3” XN daxil olmuş N3 may N0NN-ci il tarixli-18-1-18/N-410/N0NN nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tibbi mərkəzə hər hansı müraciəti daxil olmamışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus tibbi kitabçadan, N nömrəli hərbi hissənin “Ambulator xəstələrin qeydiyyatı” və “Tibb məntəqəsində stasionar müalicədə olan xəstələrin qeydiyyatı” kitablarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs N mart N0NN-ci il tarixdən N8 mart N0NN-ci il tarixədək olan müddər ərzində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına, N nömrəli hərbi hissənin tibb məntəqəsinə və ya digər tibb müəssisəsinə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs evlidir, iki azyaşlı uşağı vardır. Eyni zamanda müharibə veteranıdır, “Vətən müharibəsi iştirakçısı”, Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad oluinmasına görə”, “Laçinin azad olunmasına görə” və “Sücaətə görə” medalları ilə təltif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi hissəni tərk etməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 333.3-cü maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 1N.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin N8.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin N8.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin N9.1.4 və N9.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, “Vətən müharibəsi iştirakçısı”, Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad oluinmasına görə”, “Laçinin azad olunmasına görə” və “Sücaətə görə” medalları ilə təltif edilməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, cəzasını yügülləşdirən halların olması, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə N8 aprel N0NN-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 176 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri N saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 34N-349, 3N1-3N3, 3N6, 3N8, 383-384.1 və 38N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə N% məbləğində pul tutulmaqla 03 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar