Məhkəmə qərarları › İş №1-1(093)-145/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-145/2023

04.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-145/2023 04.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 9 iyul 199N-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Gəncə şəhəri X5 prospekti bina 6N mənzil 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 1N3 mənzil 47 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Hərbi məhkəməsinin 3 noyabr N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu– baş əsgər hərbi rütbəsində xidmətdə olarkən N3 yanvar N3-cü il tarixdən 15 fevral N3-cü il tarixədək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, N iyun N-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə başlamış, N iyun N-ci il tarixdə həmin hərbi hissənin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsinə təyin edilmiş və 9 mart N3-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Şəxsi və ailə problemləri olduğu üçün N3 yanvar N3-cü il tarixdə saat 08:00-da səhər düzülüşündə iştirak etməyərək hərbi hissəni özbaşına tərk etmiş, daha sonra 15 fevral N3-cü il tarixdə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Hərbi məhkəməsində keçirilən hazırlıq iclasında iştirak etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun komandiri, kapitan Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemləri olduğu üçün N3 yanvar N3-cü il tarixdə saat 08:00-dan 16 fevral N3-cü il tarixdə saat 15:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor ŞahidN kapitan Şahid1 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətinə daxilolma haqqında N-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə, yəni N5-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun Nci il tarixli 169 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusununun Baş Qərargah rəisinin 4 iyun N-ci il tarixli N əç nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusununun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş və N iyun N-ci il tarixdən hərbi hissənin sərəncamda olan şəxsi heyətinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun Nci il tarixli 189 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Həsənov XN nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 4 iyun N-ci il tarixli N əç nömrəli əmri ilə hərbi hissənin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1ci mühəndis istehkam manqasının baş istehkamçısı vəzifəsinə təyin edildiyinə görə N iyun N-ci il tarixdən sərəncamda olan şəxsi heyətin siyahısından çıxarılmış, vəzifəsini təhvil almış, icrasına başlamış və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N4 yanvar N3-cü il tarixli 30 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs N3 yanvar N3-cü il tarixdə saat 08:00-dan etibarən xidməti yerinə çıxmamış hesab edilmiş və adı hərbi hissənin xidməti yerinə çıxmayanların siyahısına salınmışdır. Bakı Hərbi Məhkəməsi tərəfindən təqdim edilmiş N5 iyun N3-cü il tarixli 1-1(093)-51/N3 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş əsgər Təqsirləndirilən şəxs 15 fevral N3-cü il tarixdə məhkəmə iclasında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral N3-cü il tarixli 54 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs 16 fevral N3-cü il tarixdə saat 08:00-dan etibarən xidməti yerinə qayıtmış hesab edilmiş və adı hərbi hissənin xidməti yerinə çıxmayanların siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N3-cü il tarixli 54 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin N-ci taborunun qərargah bölüyünün mühəndis istehkam taqımının 1-ci mühəndis istehkam manqasının baş istehkamçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 08 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət müddəti başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 6 mart N3-cü il tarixli 1-1(093)-51/N3 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 3 noyabr N-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətində hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. N5 iyun N3-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs N3 yanvar N3-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi əməlinin bitmə vaxtı 15 fevral N3-cü il hesab olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N5 may N3-cü il tarixli 5798 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.N3-cü il tarixli 708 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 3 noyabr N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası başlanılmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi xarakterizə olunmasını, eyni zamanda əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğuna görə barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə cəzasının real tədbiq edilməsini də qanunun yuxarıda göstərilən müddəalarına görə humanizm prinsiplərinə uyğun saymır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin 6 mart N3-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməsi başlanılımamış və bundan sonra da, onun icra edilməsi qeyri mümkündür. Ona görə də, ona hazırki hökmlə təyin ediləcək cəzaya əvvəlki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərinə əsasən qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Qanunun tələbinə əsasən Bakı hərbi məhkəməsinin 06 mart N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tam çəkilməməsi nəzərə alınıb, həmin cəzanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulduqla 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası yaranır. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3 və 70.N-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm mümkün, həm də məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən ona Bakı hərbi məhkəməsinin 6 mart N3-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası CM-in 68.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulub, təşkil olunmuş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla qəti cəza təyin edilməli və barəsində CM-in 70.1-ci maddəsi tədbiq edilməklə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin 6 mart N3-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası CM-in 68.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulub, təşkil olunmuş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və üzərində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşadığı yer üzrə Gəncə şəhəri probasiya idarəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar