Məhkəmə qərarları › İş №1-1(093)-145/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-145/2024

25.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-145/2024 25.07.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs : Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinin) qərargah bölüyünün 4-cü mühafizə taqımının sürücüsü, kiçik gizir barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 35N.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Xızı rayonunun Sitalçay qəsəbəsində yerləşən Çevik XN (31NN nömrəli hərbi hissəsinin) qərargah bölüyünün 4-cü mühafizə taqımının sürücüsü vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən N7 mart NNN4-cü il tarixdə saat N radələrində hərbi hissənin qərargah bölüyü ilə hərbi hissənin yaxınlığındakı poliqonda keçirilmiş “AK-74” markalı silahdan “N-ci təlim atış çalışması”ndan və “PM” markalı silahdan isə “1-ci təlim atış çalışması”ndan həmin gün saat N radələrində şəxsi heyətlə birlikdə hərbi hissəyə qayıtmış, həmin gün saat N radələrində hərbi hissənin qərargahının inzibati binasının 4-cü mərtəbəsində yerləşən qərargah bölüyünün taqım komandirləri üçün nəzərdə tutulmuş xidməti otağında olan iş stolunun yanında əyləşərək özünə təhkim olunmuş “QV 5N6” nömrəli “Makarov” (PM) konstruksiyalı tapançasını təmizləməklə məşğul olarkən həmin gün saat 16:35-də bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN otağa daxil olaraq qərargah bölüyünün komandiri, baş leytenant Şahid1 təhkim edilmiş üzərində daraq olan “РШ N843” nömrəli “Makarov” (PM) konstruksiyalı N1 ədəd tapançanı və əlavə N1 ədəd darağı otaqdakı yazı masasının üzərinə qoymaqla, ona həmin silahın və darağın hərbi hissə növbətçisinə təhvil verməsi barədə baş leytenant Şahid1 göstəriş verdiyini bildirmişdir. Bundan sonra, həmin vaxt ayaqüstə olan Təqsirləndirilən şəxs baş leytenant Şahid1 göstərişini icra etmək məqsədi ilə yazı masasına yaxınlaşaraq sol əli ilə masanın üzərində olan silahı daraqla birlikdə silahın lüləsini özündən sol tərəfdə təxminən 1,5 metr məsafədə iş masasının arxasında stulda əyləşmiş, həmin bölüyün 1-ci mühafizə taqımının komandiri, leytenant Zərərçəkmiş şəxs istiqamətlənmiş vəziyyətdə götürüb Dövlət Sərhəd Xidmətində silahla davranış qaydalarını müəyyən edən “Atəş Silahları və atış nəzəriyyəsi” kitabının 4-cü bölməsinin 1N-cu hissəsinin 5-ci bəndində göstərilmiş «silahı insanlara və atış sahəsinin əksi istiqamətində yönəltməmək» kimi tələblərini pozaraq ehtiyatsızlıqdan tətiyi sıxması nəticəsində silahdan bir dəfə atəş açılmış və silahın lüləsi leytenant Zərərçəkmiş şəxs tərəf istiqamətləndiyindən silahdan çıxan güllə Zərərçəkmiş şəxs döş qəfəsinə dəyərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «sağ körpücüküstü nahiyədən daxil olub, sağdan sola, yuxarıdan aşağı istiqamətlənməklə, sol kürək sümüyü proyeksiyasında sona çatan, ikitərəfli hemopnevmotoraksla müşayiət olunan, sağ N-ci, 3-cü və 4-cü qabırğaların yerinin dəyişmiş çoxparçalı, 4-cü, 5-ci və 6-cı döş fəqərəsinin arxa çıxıntısının sınığı ilə nəticələnmiş kor güllə yaralanması» xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.1-1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Çevik X4 (31NN nömrəli hərbi hissə) Xızı rayonunun Sitalçay qəsəbəsində, həmin hərbi hissənin qərargah bölüyü isə hərbi hissənin qərargahının yerləşdiyi binanın dördüncü mərtəbəsinə yerləşir. X7 Komandanının əmrinə əsasən hərbi hissənin qərargah bölüyü ilə N5-N7 mart NNN4-cü il tarixlərdə “AK-74” markalı silahdan “N-ci təlim atış çalışması”nın və “PM” markalı silahdan isə “1-ci təlim atış çalışması”nın keçirilməsi nəzərdə tutulduğu üçün N7 mart NNN4-cü il tarixdə saat N radələrində atış çalışmalarının həyata keçirilməsi məqsədi ilə şəxsi heyətlə birlikdə Xızı rayonunun Sitalçay qəsəbəsində yerləşən, hərbi hissəyə yaxın ərazidə olan təlim poliqonuna yollanmışlar. Həmin poliqonda olduqları zaman o da daxil olmaqla qərargah bölüyünün şəxsi heyəti atışın şərtlərinə uyğun olaraq növbəli şəkildə özlərinə təhkim olunmuş AK-74 markalı avtomat və PM markalı tapança silahlarından əvvəlcədən müəyyən olunmuş sayda verilmiş güllələrdən istifadə edərək müxtəlif məsafədə yerləşdirilmiş «bədən fiqurları»na atəş açıb atış çalışmasını yekunlaşdırmışlar. Atış çalışması yekunlaşdıqdan sonra şəxsi heyət bir qayda olaraq düzülmüş və hər bir hərbi qulluçunun silahlarının və daraqlarının güllə ilə dolu olub-olmaması bölük komandiri, baş leytenant Şahid1 tərəfindən yoxlanılmışdır. Bütün bunlardan sonra atış saat N radələrində yekunlaşmış və şəxsi heyətlə birlikdə hərbi hissəyə qayıtmışdır. N7 mart NNN4-cü il tarixdə saat N radələrində hərbi hissənin ərazisində olan hərbi hissə qərargahının inzibati binasının 4-cü mərtəbəsində yerləşən qərargah bölüyünün istifadəsi üçün nəzərdə tutulmuş əsgər yataqxanasına çatdıqdan sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına təhkim olunmuş «AK 74» markalı avtomat silahlar saxlanılması üçün nəzərdə tutulmuş silah otağına təhvil verilmiş, o isə özünə təhkim olunmuş “PM” markalı “QV 5N6 D” nömrəli tapançanı təmizlədikdən sonra təhvil vermək məqsədi ilə bölüyün daxilində yerləşən taqım komandirlərinin otağında olan seyfə qoymuşdur. Bundan sonra həmin gün saat 14 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları nahardan gəlmiş və özlərinə təhkim olunmuş silahları götürərək təmizləməyə başlamışlar. Həmin vaxt əsgərlərə nəzarət etdiyi üçün özünə təhkim olunmuş silahı təmizləyib təhvil verə bilməmişdir. Əsgərlər silahlarını təmizlədikdən sonra həmin gün saat N radələrində yuyunma otağına gedərək yuyunub bölük komandirinin xidməti otağının yanında yerləşən taqım komandirlərinin xidməti otağına gəlmiş və otaqda iş masasının kənarında əyləşərək silahını təmizləməyə başlamışdır. Otaqda olduğu zaman leytenant Zərərçəkmiş şəxs və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid3 da orada olmuşlar. Leytenant Zərərçəkmiş şəxs otağın pəncərəsinin qarşısındakı iş masasının arxasında, kürəyi pəncərəyə tərəf, əsgər Şahid3 isə onunla üzbəüz əyləşmişdir. Onlar qarşı-qarşıya əyləşib xidməti sənədlərə qeydiyyatlar aparmaqla məşğul olmuşlar. O isə otağın qapısı istiqamətinə baxdıqda iş masasının sağ tərəfindəki stulun üzərində əyləşib silahını təmizləmişdir. Silahını təmizlədikdən sonra kaburasına qoyub ayağa qalxaraq silahı hərbi hissə növbətçisinə təhvil verməyə getmək məqsədi ilə otağı tərk etmək istədiyi zaman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN otağa daxil olaraq ona ünvanlanmış şəkildə “bölük komandiri bu silahı verdi ki, hissə növbətçisinə təhvil verəsiz” deyə bildirərək əlindəki PM markalı silahı və silaha bir ədəd əlavə darağı iş masasının üzərinə qoymuşdur. Həmin vaxt saat 17:NN düzülüşünə az qaldığı üçün tələsdiyindən silahı və darağı götürərkən silahın qoruyucuya alınıb-alınmamasına diqqət yetirməmiş və iş masasına yaxınlaşaraq sol əli ilə silahı və darağı birlikdə götürüb otağı tərk etmək istədiyi anda bilməyərəkdən barmağı silahın tətiyinə dəymiş və anidən silahdan bir dəfə atəş açılmışdır. Silahdan atəş açıldığı an bir anlıq silah və daraq əlində hərəkətsiz vəziyyətdə qalaraq nə baş verdiyini başa düşməyə çalışmışdır. Həmin vaxt otaqda olan leytenant Zərərçəkmiş şəxs baxdıqda onun yıxılmamaq üçün əlləri ilə masanın kənarlarından tutaraq öz sabitliyini saxlamaq istədiyini, lakin müvazinətini itirərək yerə yıxıldığını və qışqırmağa başladığını görmüşdür. Bunu görən kimi cəld şəkildə Zərərçəkmiş şəxs yaxınlaşmış və həmin vaxt Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən qan axdığını görüb kitelini əynindən çıxardaraq ilkin yardım göstərməyə çalışmışdır. Elə bu vaxt atəş səsini eşidərək leytenant Elçin İsayev, baş leytenant Şahid1 və digər hərbi qulluqçular otağa daxil olmuşlar. Otağa gələn hərbi qulluqçular leytenant Zərərçəkmiş şəxs köməklik göstərməyə çalışmış və hərbi hissənin tibb məntəqəsinə məlumat vermişlər. Bir qədər sonra hərbi hissənin tibb məntəqəsinin həkimi otağa gələrək leytenant Zərərçəkmiş şəxs ilkin yardım göstərmiş və o, yaralı vəziyyətdə hərbi hissənin təcili tibbi yardım avtomobili ilə müayinə və müalicə olunması üçün Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə edilmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, xidmət etdiyi müddət ərzində həm atış çalışmalarından əvvəl, həm də mütəmadi olaraq digər vaxtlarda silahla davranış qaydaları ilə təlimatlandırılmışdır. Həmin qaydalara əsasən atış həyata keçirildikdən sonra silah təhlükəsizlik qaydalarına riayət edilərək boşaldılmalı, silah boşaldılarkən lüləsi şəxsi heyətə tərəf istiqamətlənməməli, silah atış həyata keçirilən hallar istisna olmaqla hər bir halda qoruyucuya alınmalı, lüləsi şəxsi heyətə tərəf olduğu halda tətiyə basılmamalıdır. Hadisədən əvvəl, yəni əsgər ŞahidN tərəfindən taqım komandirlərinin xidməti otağındakı iş masasının üzərinə qoyulmuş “PM” markalı tapançanı həmin yerdən götürərkən silahın qoruyucuda olub-olmamasına diqqət yetirməli, anidən barmağının tətiyə dəyməsinin qarşını almalı, silahın lüləsinin istiqamətini dəyişməli və digər təhlükəsizlik qaydalarına riayət etməli olmuş, lakin tələsdiyi üçün bu qaydalara əməl etməmişdir. Silahla ehtiyatsız davranması nəticəsində atəş açılmış və leytenant Zərərçəkmiş şəxs yaralanmışdır. Leytenant Zərərçəkmiş şəxsla hadisədən əvvəl və ya digər vaxtlarda hər hansı bir mübahisələri olmamış, münasibətləri normal, xidməti olmuşdur, indi də münasibətləri yaxşıdır, ondan üzr istəmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinin) qərargah bölüyünün 1-ci mühafizə taqımının komandiridir, rütbəsi leytenantdır, xidmət etdiyi hərbi hissədə il ərzində hər N aydan bir, ümumilikdə 4 dəfə təlim atış çalışması təşkil edildiyindən bu ilin ilk tədris dövründə, yəni N5 mart NNN4-cü il tarixdən N7 mart NNN4-cü il tarixədək hərbi hissənin qərargah bölüyünün şəxsi heyəti təlim atışlarına cəlb edilmişdir. Bölüyün şəxsi heyətinin say tərkibi çox olduğundan əsgərlər, gizirlər və zabitlər hissəli şəkildə təlim atışlarına cəlb edilmişdir. Beləliklə, N5-N6 mart NNN4-cü il tarixlərdə bölüyün bir hissəsi təlim atışları üçün poliqona getmiş, o da daxil olmaqla digər hissəsi isə N7 mart NNN4-cü il tarixdə səhər saat N radələrində poliqona gedərək atış çalışmasının davamı olaraq həmin təlim atışında iştirak etmişdir. Təlim müddəti dövründə bölüyün əsgərlərinə “AK-74” və “AKS-74” markalı avtomat silahlar təhkim edildiyindən onlar həmin silahlarla, zabit və gizirlər isə özlərinə təhkim edilmiş “PM” markalı silahlarla təlim atışlarına cəlb edilmişdirlər. Poliqonda olduqları zaman qərargah bölüyünün şəxsi heyəti atışın şərtlərinə uyğun olaraq növbəli şəkildə özlərinə təhkim olunmuş silahlardan əvvəlcədən müəyyən olunmuş sayda verilmiş güllələrdən istifadə edərək müxtəlif məsafədə yerləşdirilmiş «bədən fiqurları»na atəş açıb atış çalışmasını yekunlaşdırmışlar. Atış yekunlaşdıqdan sonra şəxsi heyət bir qayda olaraq düzülmüş və hər bir hərbi qulluçunun silahlarının və daraqlarının güllə ilə dolu olubolmaması bölük komandiri, baş leytenant Şahid1 tərəfindən yoxlanılmışdır. Bütün bunlardan sonra atış saat N radələrində yekunlaşmış və şəxsi heyətlə birlikdə hərbi hissəyə qayıtmışlar. Həmin gün atışdan gələn şəxsi heyət silahlarını bölüyün silah otağına təhvil verdikdən sonra yeməyə getmişlər. Şəxsi heyət yeməyini yeyib bitirdikdən sonra bölüyə gəlmiş və silah otağından özlərinə təhkim edilmiş silahları təmizləmək üçün götürmüşlər. Bölüyün şəxsi heyəti həmin gün saat 16 radələrinədək silahlarını təmizləyib bitirdikdən sonra silahlarını silah otağına təhvil vermiş və günün nizam qaydalarına uyğun olaraq axşam idmanına hazırlaşmağa başlamışdır. Daha sonra o, xidməti vəzifələrinin icrası ilə əlaqədar, yəni tabeliyində olan şəxsi heyətin fiziki hazırlıqları üzrə normativlərinin qiymətləndirilməsini aparmaq üçün bölüyün daxilində yerləşən tağım komandirləri üçün nəzərdə tutulmuş otağa daxil olaraq otağın pəncərəsinin qarşısında olan stulda üzü otağın qapısı istiqamətində əyləşmişdir. Həmin vaxt yazıları tez bir zamanda yekunlaşdırmasına köməklik etməsi üçün bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 yanına çağırmış və sonuncu onunla üzbəüz əyləşmişdir. Əsgər Şahid3la birlikdə şəxsi heyətin idman göstəricilərinin qeydiyyatını apararkən kiçik gizir Təqsirləndirilən şəxs həmin otağa daxil olaraq onların yanında oturmuş və xidməti silahını təmizləməyə başlamışdır. Həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs onun qarşısındakı masanın üzü qapı istiqamətində baxdıqda sağ yan tərəfindəki stulda əyləşmişdir. Həmin vaxt saat 17:NN düzülüşünə qədər yazıları yekunlaşdırmaq üçün tələsmiş və buna görə də kənarda baş verənlərə, o cümlədən otağa girib-çıxanlara demək olar ki fikir verməmişdir. Yazı masasında normativlərin qeydiyyatını aparan zaman bir anlıq başını yuxarıya qaldırdıqda əsgər ŞahidN otaqda olduğunu və kiçik gizir Təqsirləndirilən şəxs qarşısında əyləşdiyi masanın üzərindən bir ədəd “PM” markalı tapançanı və darağı sol əlini uzadaraq götürdüyünü ötəri şəkildə görmüşdür. Həmin vaxt diqqəti yalnız yazı işlərində olduğundan əsgər ŞahidN otağa nə zaman daxil olmasını, kiçik gizir Təqsirləndirilən şəxs nə zaman oturmuş olduğu stuldan ayağa qalxmasını və yazı masasının üzərinə silah və darağın nə zaman qoyulmasını bilməmişdir. Bundan sonra yenidən başını aşağı salıb yazı işlərinə davam edərkən anidən silahdan atəş açıldığını eşitmiş və silahdan çıxan güllənin ona dəydiyini, həmçinin bel nahiyəsindən şiddətli ağrılar olduğunu hiss etmişdir. Elə bu anda qarşısındakı masadan tutaraq müvazinətini saxlamağa çalışsa da bel nahiyəsində şiddətli ağrı olduğu üçün ağrıya dözə bilməyib oturduğu stuldan yerə yıxılmışdır. Həmin vaxt ağrını daha çox bel nahiyəsində hiss etdiyi üçün güllənin ona qarın və ya sinə nahiyəsindən dəydiyini düşünmüşdür. Lakin daha sonra boğazla çiyin nahiyəsinin birləşdiyi yerdən axan qandan, həmçinin həmin nahiyədə olan qıcıqlanmadan bilmişdir ki, güllə boğazla çiyninin birləşdiyi nahiyəsindən dəymişdir. O, hadisə zamanı yalnız kiçik gizir Təqsirləndirilən şəxs əlində silah olduğundan onun əlindəki silahdan atəş açıldığını bilmişdir. Hadisədən sonra da kiçik gizir Təqsirləndirilən şəxs əlində silah şok vəziyyətində donub qalmış və silah kiçik gizir Təqsirləndirilən şəxs sol əlində olmuşdur. Daha sonra atəş səsinə bölüyün şəxsi heyəti gələrək otağa daxil olmuş və tibb məntəqəsinə zəng edərək kömək çağırmışlar. Hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti mayoru Aqil Hüseynov oraya gələrək ona ilkin tibbi yardım göstərmişdir. Tibbi yardım zamanı əynində olan qara rəngli uzunqol köynək kəsildikdə, həmin həkim onun bel nahiyəsinin şişmiş vəziyyətdə olduğunu görmüş və güllənin həmin hissədə qaldığını bildirmişdir. Bundan sonra oradan Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə edilmiş və cərrahiyyə əməliyyatı zamanı belinin yuxarı hissəsində olan həmin güllə çıxarılmışdır. Kiçik gizir Təqsirləndirilən şəxslə aralarında heç bir zaman düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə xidməti olmuşdur. Hadisə baş verməmişdən əvvəl aralarında nizamnamə qaydalarının pozulmasına, qanuna zidd hərəkətlərə, o cümlədən hər hansı mübahisəyə, zorakı hərəkətlərə və ya təhqirə yol verilməmişdir. Sonradan bilmişdir ki, atış açılan silah qərargah bölüyünün komandiri, baş leytenant Şahid1 təhkim olunmuş silah olmuş, sonuncu həmin silahı təhvil verməsi üçün əsgər ŞahidNla kiçik gizir Təqsirləndirilən şəxs göndərmiş, kiçik gizir Təqsirləndirilən şəxs baş leytenant Şahid1 təhkim olunmuş “PM” markalı silahla ehtiyatsız davranması nəticəsində həmin silahdan atəş açılmış və silahdan çıxan güllə onun sağ çiyni ilə boğazının birləşdiyi nahiyədən dəyərək ona bədən xəsarəti yetirmişdir. Hadisə zamanı həmin otaqda ondan başqa kiçik gizir Təqsirləndirilən şəxs, əsgərlər: ŞahidN və Şahid3 olmuşdur. Baş leytenant Şahid1 məxsus “PM” markalı silahın atışdan gəldikdən sonra baş leytenant Şahid1 özü və ya digər hər hansı şəxs tərəfindən, o cümlədən, kiçik gizir Təqsirləndirilən şəxs tərəfindən doldurulmasının şahidi olmamış, silahın doldurulması ilə bağlı hər hansı səs eşitməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət tələbi yoxdur. Məhkəmə iclasında şahid - Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinin) qərargah bölüyünün komandiri, baş leytenant Şahid1 göstərdi ki, X7 Komandanının əmrinə əsasən komandiri olduğu qərargah bölüyünə N5-N7 mart NNN4-cü il tarixlərdə “AK-74” markalı silahdan “N-ci təlim atış çalışması”nın və “PM” markalı silahdan isə “1-ci təlim atış çalışması”nın keçirilməsi nəzərdə tutulduğu üçün N7 mart NNN4-cü il tarixdə saat N radələrində atış çalışmalarının həyata keçirilməsi məqsədi ilə şəxsi heyətlə birlikdə Xızı rayonunun Sitalçay qəsəbəsində yerləşən hərbi hissəyə yaxın ərazidə olan təlim poliqonuna yollanmışlar. Həmin poliqonda olduqları zaman qərargah bölüyünün şəxsi heyəti atışın şərtlərinə uyğun olaraq növbəli şəkildə özlərinə təhkim olunmuş silahlardan əvvəlcədən müəyyən olunmuş sayda verilmiş güllələrdən istifadə edərək müxtəlif məsafədə yerləşdirilmiş «bədən fiqurları»na atəş açaraq atış çalışmasını yekunlaşdırmışlar. Atış yekunlaşdıqdan sonra şəxsi heyət bir qayda olaraq düzülmüş və hər bir hərbi qulluqçunun silahlarının və daraqlarının güllə ilə dolu olub-olmaması onun tərəfindən yoxlanılmış, lakin həmin vaxt ailə problemləri ilə əlaqədar, yəni bir neçə gün öncə qız övladının ağır dərəcəli yanıq xəsarəti alması ilə bağlı fikirli olduğundan özünə təhkim olunmuş “РШ N843” nömrəli “PM” markalı tapançadan atış həyata keçirdikdən sonra həmin tapançanı diqqətlə yoxlaya bilməmişdir. Bütün bunlardan sonra atış saat N radələrində yekunlaşmış və şəxsi heyətlə birlikdə hərbi hissəyə qayıtmışlar. N7 mart NNN4-cü il tarixdə saat N radələrində hərbi hissənin ərazisində olan hərbi hissə qərargahının inzibati binasının 4-cü mərtəbəsində yerləşən qərargah bölüyünün istifadəsi üçün nəzərdə tutulmuş əsgər yataqxanasına çatdıqdan sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına təhkim olunmuş «AK 74» markalı avtomat silahlar bunun üçün nəzərdə tutulmuş silah otağına təhvil verilmiş, özünə təhkim olunmuş “PM” markalı tapançaların saxlanılması üçün nəzərdə tutulmuş silah otağı hərbi hissənin qərargahının inzibati binasının birinci mərtəbəsində yerləşdiyindən daha sonra təhvil verməyi düşünərək silahını təhvil verməmişdir. Bundan sonra xidməti vəzifələrinin icrası ilə bağlı sənədlərin hazırlanması ilə məşğul olmuş və silahı xidməti otağındakı masanın çəkməcəsinə qoymuşdur. Həmin gün saat N radələrində kiçik gizir Təqsirləndirilən şəxs hərbi hissənin qərargahının inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti otağında olduğu zaman ondan öz silahı ilə birlikdə onun da silahını təhvil verməsini xahiş etmişdir. Lakin, kiçik gizir Təqsirləndirilən şəxs xidməti otağı tərk edərkən onun xidməti silahını götürməyi unutmuşdur. Buna görə də həmin gün saat 16:3N radələrində kiçik gizir Təqsirləndirilən şəxs silahını götürmədiyini görərək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN silahını kiçik gizir Təqsirləndirilən şəxs çatdırmasını tapşırmışdır. Həmin vaxt masanın çəkməcəsindən silahı və silaha aid bir ədəd darağı götürərək əsgər ŞahidN vermiş, sonuncu ona təhkim olunmuş PM markalı tapança silahını və bir ədəd darağı götürərək kiçik gizir Təqsirləndirilən şəxs vermək üçün getmişdir. Bundan bir qədər sonra taqım komandirlərinin otağından bir dəfə atəş səsi eşitmiş və leytenant Elçin İsayev, ardınca da o, cəld şəkildə həmin otağa getmişlər. Otağa daxil olduğu zaman tabeliyində 1ci taqımın komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə, sol əli ilə sağ çiynini tutaraq «ağrıdır» ifadəsini dəfələrlə işlətdiyini eşitmiş və otaqda olan kiçik gizir Təqsirləndirilən şəxs isə özünü itirmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt otaqda ondan başqa müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 və əsgər ŞahidN da olmuşdur. Leytenant Zərərçəkmiş şəxs xəsarət aldığı üçün ilkin tibbi yardım göstərilərək ixtisaslı müayinə olunması üçün xəstəxanaya təxliyə olunmuşdur. Hadisənin baş vermə şəraiti ilə maraqlandıqda əsgər ŞahidN ona təhkim olunmuş PM markalı tapança silahını onun göstərişinə uyğun olaraq kiçik gizir Təqsirləndirilən şəxs təhvil verdiyini, yəni otaqda olan masanın üzərinə qoyduğunu bildirmiş, kiçik gizir Təqsirləndirilən şəxs isə onun sözlərini təsdiq edərək həmin silahı götürdüyünü və əlində olarkən anidən atəş açıldığını demişdir. Hadisədən əvvəl, yəni təlim atışı zamanı “1-ci təlim atış çalışması”nda ona təhkim olunmuş PM markalı tapança silahının içərisində olan daraqda N6 ədəd güllə olmuş, həmin məşq zamanı atəş açaraq çalışmanı yekunlaşdırmış, lakin neçə dəfə atəş açdığını dəqiq olaraq xatırlamır. Belə ki, “PM” markalı tapançadan doldurulduqdan sonra yalnız avtomatik rejimdə tək-tək atəş açmaq mümkündür, yəni tapança bir dəfə doldurulduqdan sonra təkrar doldurmağa ehtiyac olmur və doldurulduqdan sonra daraqda olan bütün güllələr hər dəfə tətiyə basdıqca atəş açılaraq istifadə olunur. “PM” markalı silahlarda daraqda güllə bitdikdən sonra tapançanın lülə qapağı geriyə doğru çəkilmiş vəziyyətdə qalır və tətiyi basdıqdan sonra əvvəlki yerinə qayıdır. Həmin gün atış zamanı silahda ləngimə olduğundan lülə qapağı geriyə çəkilmiş vəziyyətdə qalması və tətiyə basmaqla lülə qapağını yerinə qaytardıqdan sonra atəş açılmadan güllənin lülənin içərisində qalmasını düşünür. Buna görə də daraqda olan bütün güllələri istifadə etdiyini zənn etdiyi, həmçinin ailə problemləri ilə əlaqədar fikirli olduğu üçün ona təhkim olunmuş silahı bir daha yoxlamamışdır. N7 mart NNN4-cü il tarixdə “1-ci təlim atış çalışması”nı yekunlaşdıraraq hərbi hissəyə qayıtdıqdan sonra birbaşa xidməti otağına getmiş və silahını iş masasının çəkməcəsinə qoyaraq xidməti işləri ilə məşğul olmuşdur. Xidməti işləri çox olduğundan silahı təmizləməmiş və həmin silahı əsgər ŞahidN verdiyi ana qədər silah cəkməcədə qalmışdır. Özünə təhkim olunmuş “PM” markalı silah atışdan gəldikdən sonra nə onun, nə də digər şəxslər tərəfindən doldurulmamışdır. Silah xidməti otağındakı masanın çəkməcəsində olmuş və həmin silaha ondan başqa heç bir şəxs toxunmamışdır. Məhkəmə iclasında şahid - Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinin) qərargah bölüyünün 1-ci taqımının 1-ci manqasının baş atıcısı, sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər ŞahidN göstərdi ki, xidmət etdiyi hərbi hissədə il ərzində hər N aydan bir, ümumilikdə 4 dəfə təlim atış çalışması təşkil olunduğundan bu ilin ilk tədris dövründə, yəni N5 mart NNN4-cü il tarixdən N7 mart NNN4cü il tarixədək hərbi hissənin qərargah bölüyünün şəxsi heyəti təlim atışlarına cəlb edilmişdir. Həmin dövrdə bölüyün şəxsi heyətinin say tərkibi çox olduğundan əsgərlər, gizirlər və zabitlər hissəli şəkildə təlim atışlarına cəlb edilmişdi. Belə ki, N5-N6 mart NNN4cü il tarixlərdə o da daxil olmaqla bölüyün müəyyən bir hissəsi təlim atışları üçün hərbi hissənin yaxınlığında yerləşən poliqona getmiş, qalan hissəsi isə N7 mart NNN4-cü il tarixdə səhər saat N radələrində atış çalışmasının davamı olaraq həmin təlim atışında iştirak etmişdir. Bölüyün əsgərlərinə “AK-74” və “AKS-74” markalı avtomat silahları təhkim edildiyindən onlar həmin silahlarla, zabit və gizirlər isə “PM” markalı silahlarla təlim atışlarına cəlb edilmişdir. Bölüyün şəxsi heyətinin qalan hissəsi N7 mart NNN4-cü il tarixdə səhər saatlarında təlim atışlarında iştirak edərək saat N radələrində hərbi hissəyə qayıtmışdır. Həmin gün atışdan gələn şəxsi heyət silahlarını bölüyün silah otağına təhvil verdikdən sonra yeməyə getmişdir. Şəxsi heyət yeməyini yeyib bitirdikdən sonra bölüyə gəlmiş və silah otağından özlərinə təhkim edilmiş silahları təmizləmək üçün götürmüşlər. Bölüyün şəxsi heyəti həmin gün saat 16 radələrinədək silahlarını təmizləyib bitirdikdən sonra silahlarını silah otağına təhvil vermiş və günün nizam qaydalarına uyğun olaraq axşam idmanına hazırlaşmağa başlamışdır. Həmin vaxt zabit və gizirlər də özlərinə təhkim olunmuş silahlarını təmizləyib hərbi hissə növbətçisinə təhvil vermişlər. Lakin, kiçik gizir Təqsirləndirilən şəxs taqım komandirlərinin xidməti otağında öz silahını təmizlədiyinə görə o, silahını aparıb hərbi hissə növbətçisinə təhvil verə bilməmişdir. Belə ki, o, bölük komandirinin otağında xidməti tapşırıqların icrası ilə məşğul olarkən, bölük komandiri, baş leytenant Şahid1 atışda istifadə etdiyi “PM” markalı silahı və bir ədəd boş sursat darağını həmin gün saat 16:3N radələrində ona verərək “apar bu silahı kiçik gizir Təqsirləndirilən şəxs ver, öz silahı ilə birlikdə aparıb hərbi hissə növbətçisinə versin” deyə tapşırıq vermişdir. Həmin tapşırığın icrası ilə bağlı baş leytenant Şahid1 təhkim olunmuş tapança silahını və silaha məxsus bir ədəd darağı götürərək taqım komandirlərinin otağına getmişdir. Həmin vaxt otaqda xidmət yoldaşı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3, kiçik gizir Təqsirləndirilən şəxs və leytenant Zərərçəkmiş şəxs olmuşdur. Otağa daxil olduqda leytenant Zərərçəkmiş şəxs iş masasının arxasında, kürəyi pəncərəyə tərəf, əsgər Şahid3 isə leytenant Zərərçəkmiş şəxsla üzbəüz, kürəyi otağın qapısına tərəf oturmasını görmüşdür. Həmin vaxt leytenant Zərərçəkmiş şəxs və əsgər Şahid3 xidməti sənədlərə qeydiyyatların aparılması ilə məşğul olmuş, kiçik gizir Təqsirləndirilən şəxs isə otağın qapısı istiqamətində baxdıqda həmin iş masasının sağ tərəfindəki stulun üzərində əyləşmişdir. Otağa daxil olduğu zaman kiçik gizir Təqsirləndirilən şəxs özünə təhkim olunmuş silahı təmizləməyi yekunlaşdıraraq kaburasına qoyub ayağa qalxmış və otağın qapısına tərəf addımlamışdır. Həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq bölük komandirinin ona vermiş olduğu silahı və boş darağı iş masasının üzərinə qoyub “cənab gizir, bölük komandiri dedi ki, bu silahı da hərbi hissə növbətçisinə təhvil verəsiz” deyə kiçik gizir Təqsirləndirilən şəxs bildirmişdir. Daha sonra çevrilib otaqdan bayıra çıxmaq istəyərkən bir dəfə atəş səsi eşitmiş və atəş səsini eşidən kimi anidən geriyə çevrilmişdir. Bu zaman leytenant Zərərçəkmiş şəxs yerə yıxılmamaq üçün müvazinətini saxlamağa çalışsa da müvazinətini itirərək oturduğu stuldan yerə yıxıldığını və uca səslə qışqırdığını, kiçik gizir Təqsirləndirilən şəxs dayandığı yerdən bir qədər aralıda, üzü leytenant Zərərçəkmiş şəxs tərəf istiqamətdə və baş leytenant Şahid1 təhkim olunmuş “PM” markalı silahın sol əlində və lüləsi döşəmə istiqamətində olmaqla ayaqüstə dayandığını görmüşdür. Elə həmin vaxt atəş səsini eşidərək ilk növbədə leytenant Elçin İsayev və baş leytenant Şahid1 otağa gəlmiş, ardınca isə digər zabit və gizirlər də otağın qarşısına gələrək otağa daxil olmuşlar. Onlar həmin vaxt əsgər heyətini oradan uzaqlaşdırmış və tibb məntəqəsinə zəng edərək kömək istəmişlər. Bundan sonra tibb məntəqəsindən həkim gələrək leytenant Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş və onu xəstəxanaya təxliyyə etmişlər. Məhkəmə iclasında şahid - Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinin) qərargah bölüyünün N-ci taqımının N-ci manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid3 göstərdi ki, N7 mart NNN4-cü il tarixdə təlim atışlarından qayıtdıqdan sonra şəxsi heyət silahlarını bölüyün silah otağına təhvil vermiş və yeməyə getmişdir. Şəxsi heyət yeməyini yeyib, bitirdikdən sonra bölüyə gəlmiş və silah otağından özlərinə təhkim edilmiş silahları təmizləmək üçün götürüb saat 16 radələrinədək silahlarını təmizləyib bitirdikdən sonra silahlarını silah otağına təhvil verərək günün nizam qaydalarına uyğun olaraq axşam idmanına hazırlaşmağa başlamışlar. Həmin vaxt xidmət etdiyi bölüyün taqım komandiri, leytenant Zərərçəkmiş şəxs onu taqım komandirləri üçün nəzərdə tutulmuş xidməti otağa çağıraraq şəxsi heyətin fiziki hazırlıqlarına dair sənədlərinə müvafiq qeydlərin aparılmasına köməklik etməsini tapşırmışdır. O, da həmin otağa daxil olaraq leytenant Zərərçəkmiş şəxsla üzbəüz əyləşib onun yazı işlərinə kömək etməyə başlamışdır. Bundan bir neçə dəqiqə sonra bölüyün sürücüsü, kiçik gizir Təqsirləndirilən şəxs həmin otağa daxil olaraq yazı masanının yanında, stulda oturmuş və xidməti silahını təmizləməyə başlamışdır. Həmin gün saat 16:3N radələrində xidmət yoldaşı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN otağa daxil olaraq kiçik gizir Təqsirləndirilən şəxs ünvanlanmış şəkildə “bölük komandiri bu silahı verdi ki, hissə növbətçisinə təhvil verəsiz” deyə bildirərək əlindəki silahı masanın üzərinə qoyub geri çevrilərək otaqdan çıxmaq istəmişdir. Həmin vaxt artıq kiçik gizir Təqsirləndirilən şəxs öz silahını təmizləməyi yekunlaşdıraraq ayağa qalxmışdır. Ayaq üstündə olan kiçik gizir Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq həmin silahı masanın üzərindən götürüb bayıra çıxmaq istəyərkən silahdan anidən bir dəfə atəş açılmış və o, atəş səsini eşidərək yerindən ayağa qalxmışdır. Həmin vaxt leytenant Zərərçəkmiş şəxs yıxılmamaq üçün əlləri ilə masanın kənarlarından tutaraq öz sabitliyini saxlamaq istədiyini, lakin müvazinətini itirərək yerə yıxılmasını və qışqırmağa başladığını görmüşdür. Daha sonra atəş səsinə zabit və gizirlər gələrək otağa daxil olmuşlar. Onlar həmin vaxt əsgər heyətini oradan uzaqlaşdıraraq tibb məntəqəsinə zəng edib kömək istəmişlər. Bundan sonra tibb məntəqəsinin həkimi gələrək leytenant Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş və onu müalicə və müayinə olunması üçün tibb müəssisəsinə təxliyyə etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik XN (31NN nömrəli hərbi hissəsinin) komandirinin N8 avqust NNN1-ci il tarixli NN4N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs qərargah bölüyünün 4-cü mühafizə taqımının sürücüsü vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik XN (31NN nömrəli hərbi hissəsinin) komandirinin N yanvar NNN3-cü il tarixli N16 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 53-cü maddəsinə müvafiq olaraq müxtəlif vaxtlarda təşkil olunmuş “Sürücü və sürücü-mexaniklərin hazırlığı” proqramı üzrə tam kursu bitirmiş baş çavuş Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətində 5 (beş) il gizir qismində xidmət etmək üçün öhdəlik verməsi ilə əlaqədar gizir heyətinə keçirilmiş və “kiçik gizir” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik XN (31NN nömrəli hərbi hissəsinin) komandirinin N5 avqust NNNN-ci il tarixli NN17 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan respublikası Qanununun 36.1.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyyatından gəlmiş müddətli həqiqi hərbi xidmət dövründə Dövlət Sərhəd Xidməti Akademiyasının (NNNN nömrəli hərbi hissə) bazasında N (altı) aylıq “Zabit hazırlığı” kursunu bitirmiş gizir Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində könüllü qaydada 5 (beş) il gizir qismində xidmət etmək üçün öhdəlik vermələri ilə əlaqədar N5 avqust NNNN-ci il tarixdən həqiqi hərbi xidmətə qəbul edilmiş hesab edilərək Çevik X5 sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik XN (31NN nömrəli hərbi hissəsinin) komandirinin N9 noyabr NNNN-ci il tarixli N333 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Zərərçəkmiş şəxs qərargah bölüyünün 1-ci mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik XN (31NN nömrəli hərbi hissəsinin) komandirinin N noyabr NNN3-cü il tarixli N319 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Zərərçəkmiş şəxs leytenant hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X4 (31NN nömrəli hərbi hissəsi) tərəfindən təqdim edilmiş “silah və sursatların təhkim edilməsi və uçotu kitabı”nın surətindən görünür ki, baş leytenant Şahid1 “PM” markalı, “RŞ N843” nömrəli tapança silahı, Təqsirləndirilən şəxs isə “PM” markalı, “QV 5N6” nömrəli tapança silahı təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X5 N4 mart NNN4-cü il tarixli N43 nömrəli “Praktiki atışların keçirilməsi haqqında” əmrindən çıxarışdan görünür ki, N5-N7 mart NNN4-cü il tarixlərdə qərargah bölüyünün şəxsi heyəti ilə “AK-74” markalı silahdan Nci təlim atış çalışmasının və “PM” markalı silahdan 1-ci təlim atış çalışmasının keçirilməsi nəzərdə tutulmuş, atışın baş rəhbəri baş leytenant Şahid1, atəş nöqtələrinə rəhbərlər – baş leytenant X8, leytenant X13, gizir X6, kiçik gizir X9, sursat paylama məntəqəsinin rəisi X1N təyin edilmişdir. N7 mart NNN4-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin X7 31NN nömrəli hərbi hissəsinin Xızı rayonunun Sitalçay qəsəbəsində dislokasiya olunmuş qərargah bölüyünün taqım komandirləri üçün nəzərdə tutulmuş xidməti otağıdır. Qərargah bölüyü hərbi hissənin inzibati binasının 4-cü mərtəbəsində yerləşir. 4-cü mərtəbəyə qalxdıqda bir ədəd dəhliz nəzərə çarpır. Dəhlizin sol tərəfində yerləşən qapıya baxdıqda, qapının sağ üst tərəfində “Qərargah bölüyü” yazılmış lövhə müşahidə edilir. Həmin qapıdan içəri girdikdə qərargah bölüyünün şəxsi heyətinin xidməti fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulmuş xidməti otaqlar, yataqxana, sanitar qovşaq, silah otağı və s. müşahidə edilir. Qapıdan içəri girdikdə, sağdakı birinci otaq bölük komandiri üçün nəzərdə tutulmuş xidməti otaqdır. Həmin otaqdan sonrakı otaq isə taqım komandirləri üçün nəzərdə tutulmuş xidməti otaqdır. Qeyd olunan otağın eni 3.1N metr, uzunluğu 6,5N metr, hündürlüyü N.95 metrdir. Otaq dağınıq vəziyyətdədir. Yerdə çoxsaylı yara bandları, kəsilmiş kağızlar və sarğılar, həmçinin qanabənzər ləkələr vardır. Otağa daxil olduqda sol tərəfdə 1 ədəd dolab, həmin dolabla üzbəüz, otağın sağ tərəfində bir ədəd stol, həmin stoldan sol tərəfdə, otağın qapısı ilə üzbəüz yerdə bir ədəd stol, otağın sağ və sol künclərində N ədəd dolab, sağ küncdəki dolabın önündə bir ədəd N mərtəbəli seyf və N ədəd boz rəngli oturacaq, sol küncdəki dolabın önündə isə 1 ədəd qara rəngli, yumuşaq materialdan hazırlanmış stul vardır. Otağın sağ və sol küncünün ortasında 1 ədəd pəncərə vardır. Pəncərənin uzunluğu 1.67 metr, eni 1.37 metrdir. Dolabların hər üçündə müxtəlif kitablar, sənədlər, o cümlədən Dövlət Sərhəd Xidmətinə məxsus xüsusi jurnallar vardır. Otağın sağ tərəfində olan stolun üzərində bir ədəd ağ rəngli dəsmal, bir ədəd hərbi çanta və bir ədəd zirehli dəbilqə vardır. İştirakçı Təqsirləndirilən şəxs həmin əşyaların leytenant Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Otağın sol tərəfində olan masanın üzərində qəhvəyi və sarı rəngli parçalar, kağızlar, həmçinin 1 ədəd qələm, 1 ədəd hərbi çanta, 1 ədəd “PM” markalı tapança və 1 ədəd sursat darağı vardır. İştirakçı Təqsirləndirilən şəxs həmin silah və sursat darağının bölük komandiri, baş leytenant Şahid1 təhkim edildiyini, hadisəni həmin silahla törətdiyini bildirmişdir. Tapançanın lüləsi otağın sol küncünə tərəf, əl tutacağı isə sağ küncünə tərəf istiqamətlənmişdir, üzərində 1 ədəd sursat darağı vardır. Sursat darağı tapançadan ayrıldıqda, darağın boş olması müəyyən edilmişdir. Tapança təhlükəsizlik qaydalarına əməl edilməklə boş və ya dolu olması yoxlanılaraq müəyyən edilmişdir ki, tapançanın patron yuvası boşdur. Tapançanın üzərində “RŞ N843” hərf və rəqəmləri həkk edilmiş, tapança qoruyucu rejimə alınaraq nömrələnmişdir. Masanın üzərində olan digər sursat darağı stolun sağ küncündə, içərisi boşdur. İştirakçı Təqsirləndirilən şəxs hadisəni ehtiyyatsızlıqdan törətdiyini bildirərək leytenant Zərərçəkmiş şəxs atəş açdığı yeri, həmçinin hadisədən öncə leytenant Zərərçəkmiş şəxs dayandığı yeri göstərmişdir. Hadisə yerinə baxış zamanı bir ədəd “RŞ N843” nömrəli tapança, N ədəd sursat darağı, bir ədəd gilizə bənzər metal predmet, qanabənzər ləkələrdən tampon nümunələri, həmçinin iştirakçı Təqsirləndirilən şəxs təhkim edilmiş “QV 5N6” nömrəli tapança və N ədəd sursat darağı qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin 11 mart NNN4-cü il tarixli 586 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ körpücüküstü nahiyədən daxil olub, sağdan sola, yuxarıdan aşağı istiqamətlənməklə, sol kürək sümüyü proyeksiyasında sona çatan, iki tərəfli hemopnevmotoraksla müşayiət olunan, sağ N-ci, 3-cü və 4-cü qabırğaların yerinin dəyişmiş çoxparçalı, 4-cü, 5-ci və 6-cı döş fəqərəsinin arxa çıxıntısının sınığı ilə nəticələnmiş kor güllə yaralanması – patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmişdir, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3N aprel NNN4-cü il tarixli 3-16-16/N-3/559; 3/56N; 3/561 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N1 ədəd silah 1974-cü ildə zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, “RŞ N843” №-li, “Makarov” (PM) konstruksiyalı tapançadır-yivli odlu silahdır, saz vəziyyətdədir, hissə və mexanizmləri tamdır, tətiyi çəkmədən atəş açılmır, istifadəyə, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş NN ədəd üzərində “31N4 N” və “83NN 1” rəqəmləri olan predmet, 8 ədəd patron tutumuna malik olan, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançada komplekt hissə kimi istifadə etmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçalardır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş N1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, “QV 5N6” №-li, “Makarov” (PM) konstruksiyalı tapançadır - yivli odlu silahdır, saz vəziyyətdədir, hissə və mexanizmləri tamdır, tətiyi çəkmədən atəş açılmır, istifadəyə, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş NN ədəd predmet, 8 ədəd patron tutumuna malik olan, 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçalardır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş N1 ədəd giliz və N1 ədəd güllə, 9 mm kalibrli olub, həmin kalibrə malik olan “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların atəşlə ayrılmış hissələridir, gilizidir-gülləsidir. Həmin giliz və güllə “RŞ N843” №-li “Makarov” (PM) konstruksiyalı tapançadan atılmışdır. Tədqiq edilən gilizin və güllənin üzərində olan gilizlərin daxilindən, gilizin daxilində isə güllənin səthindən qalmağa xarakterik izlər qalmadığından, güllənin atılmamışdan əvvəl gilizlə vahid bütövlük təşkil etdiyini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş iki ədəd tapançanın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin tapançalardan atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində leytenant “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd hərbi kitel, bir ədəd uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədə vardır. Zədənin ətrafında mis metal izinin və atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə onun formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd hərbi kitelin, bir ədəd uzunqol köynəyin ön, sağ yuxarı hissəsində olan zədə giriş zədəsi olmaqla, bir atəş nəticəsində, diametri 9 mm olan güllənin təsirindən, təxminən 1 metrdən yuxarı məsafədən öndən-arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədənin “Makarov” (PM) konstruksiyalı tapançada atılmış tədqiqata təqdim edilmiş güllənin təsirindən yaranması mümkündür. Geyim əşyalarının üzərindəki zədələrin ətrafından aşkar edilmiş atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəcikləri, o cümlədən, iki ədəd tapançanın lülə kanallarından aşkar edilmiş hissəciklərlə öz kimyəvi tərkib hissəsinə görə eynilik təşkil edir. Bu hissəciklər nitrobirləşmələrdən ibarətdir. Lakin yivli odlu silahların patronlarına doldurulan barıtlar kimyəvi tərkibinə görə eyni olduğundan konkret olaraq zədələrin təqdim edilmiş tapançaların hansı birindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən, fiziki qüvvənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin N3 may NNN4-cü il tarixli N3-MTB saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/H(İİ)-dır, təqdim edilmiş bir ədəd kitel, bir ədəd köynək və hadisə yerindən götürülmüş nümunələr üzərində insan qanı aşkar olunmuş, həmin qanın qrup mənsubiyyəti tədqiq edildikdə “A” və “H” antigenləri alınmış, beləliklə, qeyd edilən qan ləkələri ABO sistemi üzrə A/H(İİ) qruplu şəxsə, o cümlədən bu qrupdan olan Zərərçəkmiş şəxs məxsus ola bilər. N3 may NNN4-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaqa təqdim edilmiş bir ədəd kompakt disk ağ rəngli olmaqla dairəvi formadadır. Diskin üzərində istehsal şirkətinə və diskin parametrlərinə dair heç bir məlumat həkk edilməmişdir. Müəyyən edilmişdir ki, diskin içərisində «VİD-NNN4N3N7-WANNN1» adlı «.mp4» və «VİD-NNN4N3N7-WANNN4» adlı «.mp4» formatlı iki ədəd video görüntü vardır. Həmin video görüntülərə daxil olunaraq baxış keçirilmişdir. «VİD-NNN4N3N7- WANNN1» adlı fayla daxil olduqda müəyyən edilmişdir ki, videogörüntünün başlama tarixi N7 mart NNN4-cü il tarixdə saat 16:34:59, bitmə tarixi isə N7 mart NNN4-cü il tarixdə 16:43:NN olmaqla N7 dəqiqə N1 saniyə müddəti əhatə edir, videoqeydiyyat aparılarkən görüntünün yuxarı və aşağı hissəsində tarix və vaxt göstərilmişdir. Həmin video qeydiyyatın əsgər yataqxanasının dəhlizinin sol divar istiqamətində künc hissəsində quraşdırılmış videokamera vasitəsi ilə aparıldığı ehtimal olunur, əsgər yataqxanasının dəhlizinin və sağda yerləşən qapıları açıq vəziyyətdə olan iki otağının qarşısının görüntüləri qeydə alınmışdır. Görüntülərə əsasən müəyyən olunur ki, N7 mart NNN4-cü il tarixdə saat 16:35:N4-də sağdakı birinci otaqdan ŞahidN sağ əlində tapança ilə çıxaraq ikinci otağa daxil olur, daha sonra 16:35:NN-də birinci otaqdan ardıcıl şəkildə baş leytenant Şahid1 və leytenant Elçin İsayev qaçaraq çıxıb ikinci otağa daxil olur, onlar daxil olan zaman əsgər Şahid3 otaqdan çıxaraq narahat şəkildə həmin otağın qapısının qarşısında dayanır və bundan sonra qapının qarşısına çoxlu sayda hərbi qulluqçu toplaşır. Sonrakı müddət ərzində bir neçə hərbi qulluqçu cəld şəkildə otağa daxil olur və otağı tərk edirlər, saat 16:41-də bir neçə hərbi qulluqçunun köməkliyi ilə ikinci otaqdan leytenant Zərərçəkmiş şəxs xərəyin üzərində çıxarılaraq aparılır. «VİD-NNN4N3N7-WANNN4» adlı fayla daxil olduqda görünür ki, videogörüntünün başlama tarixi N7 mart NNN4-cü il tarixdə saat 16:N4:N8, bitmə tarixi isə N7 mart NNN4-cü il tarixdə 16:3N:58 olmaqla N6 dəqiqə 5N saniyə müddəti əhatə edir, videoqeydiyyat aparılarkən görüntünün yuxarı və aşağı hissəsində tarix və vaxt göstərilmişdir. Həmin video qeydiyyatın əsgər yataqxanasının dəhlizinin sol divar istiqamətində künc hissəsində quraşdırılmış videokamera vasitəsi ilə aparıldığı ehtimal olunur, əsgər yataqxanasının dəhlizinin və sağda yerləşən qapıları açıq vəziyyətdə olan iki otağın qarşısının görüntüləri qeydə alınmışdır. Görüntülərə əsasən müəyyən olunur ki, kiçik gizir Təqsirləndirilən şəxs N7 mart NNN4-cü il tarixdə saat 16:N4də dəhlizin baş tərəfindən sərbəst yerişlərlə gələrək sağdakı ikinci otağa daxil olur, sonrakı müddət ərzində bir neçə hərbi qulluqçu həmin otağa girib-çıxır, saat 16:N4-də otağa daxil olmuş Təqsirləndirilən şəxs həmin müddət ərzində otağı tərk etmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X1 daxil olmuş NN may NNN4-cü il tarixli 3-38-31/N-1N5N/N4 nömrəli məktuba əlavə edilmiş Dövlət Sərhəd Xidmətində silahla davranış qaydalarını müəyyən edən “Atəş silahları və atış nəzəriyyəsi” kitabından çıxarışdan görünür ki, təhlükəsizlik qaydalarına nasaz tapançadan və nasaz patronlardan istifadə etməmək, əmr almadan silahı doldurmamaq, əmr almadan atəş açmamaq, atəş qurtardıqdan sonra silahı qoruyucuya qoymaq, silahı insanlara və atış sahəsinin əks istiqamətinə yönəltməmək, şəxsi silahı, kimliyindən asılı olmayaraq heç kimə verməmək aiddir. NN may NNN4-cü il tarixli istintaq eksperimentinin keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaq materiallarına, keçirilmiş istintaq eksperimentinə, məhkəmə-tibbi, məhkəmə-ballistik, atəş izləri və trasoloji ekspertizaların rəylərinə əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs yazı masasının giriş qapısına nisbətdə sol ön səviyyəsində dayanmaqla yazı masasının üstündəki silah və darağı birlikdə masanın üstündən götürərək çevrilib otaqdan çıxmaq istədikdə baş barmağı istisna olmaqla barmaqlarından hər hansı birinin tətiyə toxunaraq tətiyi çəkməsi nəticəsində açılmış atəş zamanı, atəşin istiqaməti Zərərçəkmiş şəxs nisbətdə öndən arxaya, yuxarıdan aşağıya və sağdan sola olmaqla açılmış atəş nəticəsində sonuncunun yaralanması mümkün hal hesab olunur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalından təqdim edilmiş 16 aprel NNN4-cü il tarixli 778 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Dövlət Sərhəd Xidmətinin Çevik X4 (31NN nömrəli hərbi hissəsinin) tərəfindən Təqsirləndirilən şəxs tərəfindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 35N.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tədbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin Çevik X4na (31NN nömrəli hərbi hissəsinin) həvalə olunmalıdır İş üzrə maddi sübut kimi tanınan və Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinə) məsul saxlancına verilmiş - N1 ədəd «РШ N843» nömrəli «Makarov» (PM) konstruksiyalı tapança və NN ədəd sandıqça həmin hərbi hissənin istifadəsinə verilməli, N1 ədəd giliz, N1 ədəd güllə, N1 ədəd gödəkçə, N1 ədəd köynək və hadisə yerindən götürülmüş nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə xərci NNN (iki yüz) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi NN (iyirmi) iş saatına görə 1NN (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 35N.1-1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 15 % (on beş faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin Çevik X4na (31NN nömrəli hərbi hissəsinin) həvalə olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs NNN (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi NN (iyirmi) iş saatına görə 1NN (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 14 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Çevik XN (31NN nömrəli hərbi hissəsinə) məsul saxlancına verilmiş - N1 ədəd «РШ N843» nömrəli «Makarov» (PM) konstruksiyalı tapança və NN ədəd sandıqça həmin hərbi hissənin istifadəsinə verilsin. N1 ədəd giliz, N1 ədəd güllə, N1 ədəd gödəkçə, N1 ədəd köynək və hadisə yerindən götürülmüş nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan NN (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar