Məhkəmə qərarları › İş №1-1(093)-146/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-146/2024

04.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-146/2024 04.07.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2005-ci il tarixda Samux rayonunda anadan olmuş, Samux rayonunun Qarayeri kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən 02 sentyabr 2004-cü il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 17 aprel N4-cü il tarixdə saat 21 radələrində taborun inzibati binasında yerləşən əsgər yataqxanasına daxil olub xidmət etdiyi taqımın 1-ci manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs sıra düzülüşü olduğunu bildirdikdə Zərərçəkmiş şəxs ona kitelini tikdiyini və qısa zamanda işini bitirib sıraya gələcəyini demiş, bir neçə dəqiqə sonra o, Zərərçəkmiş şəxs sıra düzülüşünə gəlmədiyini görüb yenidən əsgər yataqxanasına daxil olaraq yüksək tonla və daha sərt şəkildə dərhal sıraya keçməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun bu cür danışığını özünə qarşı hörmətsizlik kimi qəbul edib nalayiq ifadələrlə ona cavab qaytardıqda o,əsəbiləşərək sonuncunu cəzalandırmaq, eləcə də, öz üstünlüyünü göstərmək məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» tələblərini kobud surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə gedib sağ əli ilə burun nahiyəsinə bir yumruq zərbəsi vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «burun belinin yarası və hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı» xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 17 aprel N4-cü il tarixdə saat 21 radələrində taborun inzibati binasında yerləşən əsgər yataqxanasına daxil olub xidmət etdiyi taqımın 1-ci manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs sıra düzülüşü olduğunu bildirdikdə Zərərçəkmiş şəxs ona kitelini tikdiyini və qısa zamanda işini bitirib sıraya gələcəyini demiş, bir neçə dəqiqə sonra o, Zərərçəkmiş şəxs sıra düzülüşünə gəlmədiyini görüb yenidən əsgər yataqxanasına daxil olaraq ondan sıraya keçməsini tələb etmiş, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə ona cavab qaytardıqda o,əsəbiləşərək Zərərçəkmiş şəxs üzərinə gedib sağ əli ilə burun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 17 aprel N4-cü il tarixdə saat 21 radələrində əsgər yataqxanasının çarpayılar olan hissəsində stulda oturub kiletinin şevronunu tikən zaman xidmət etdiyi taqımın 3-cü manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs əsgər yataqxanasına daxil olub düzülüş verildiyini dedikdə o, Təqsirləndirilən şəxs qısa zaman ərzində sıraya gələcəyini bildirmiş və şevronu tikməyə davam etmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən əsgər yataqxanasına daxil olub yüksək tonla və kobud şəkildə ondan sıraya gəlməsini tələb etdikdə o, Təqsirləndirilən şəxs bu cür danışığından əsəbiləşib nalayiq ifadələrlə çıxıb getməsini istəmiş, bu zaman Təqsirləndirilən şəxs əsəbi şəkildə onun üzərinə gələrək sağ əli ilə burun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. O, zərbə nəticəsində kəskin ağrı hiss etdiyindən burnunu tutaraq yerə əyilmiş və burnundan qan gəldiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs oradan çıxıb getmiş, o isə sanitar qovşaqda yuyunduqdan sonra sıraya gedib xidmətini davam etdirmiş və baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Buna baxmayaraq səhəri gün, yəni 18 aprel N4-cü il tarixdə səhər saat 07 radələrində sıra baxışı zamanı 10-cu bölük üzrə cavabheh şəxs gizir Şahid2 onun burnunda şişkinlik və qızartı olduğunu görüb bu barədə tabor üzrə cavabdeh şəxs kapitan Şahid1 məruzə etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 göstərdi ki, o, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci taqımının komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 18 aprel N4-cü il tarixdə saat 07 radələrində 10-cu bölüyün şəxsi heyətinə sıra baxışı keçirən zaman həmin bölüyün 3-cü taqımının 1-ci manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik və qızartı olduğunu aşkar edib bu barədə 4-cü tabor üzrə cavabdeh şəxs kapitan Şahid1 məruzə etmiş, bu zaman Zərərçəkmiş şəxs həmin xəsarəti Təqsirləndirilən şəxs burnuna bir yumruq zərbəsi vurması nəticəsində aldığını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı raport yazılmış və araşdırma başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 22 aprel N4-cü il tarixli, 811 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – burun belinin yarası və hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı, bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər. Sözügedən xəsarətin dərəcəsi barədə isə Zərərçəkmiş şəxs həkim-mütəxəssis otorinolorinqoloqun (LOR) müayinəsindən keçirilməklə əlavə məhkəmə-tibbi ekspertizasından sonra fikir söyləmək mümkün ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 15 may N4-cü il tarixli, 975-Ə nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – burun belinin yarası və hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı, bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlanmış 19 aprel N4-cü il tarixli ərizəsindən görünür ki, 17 aprel N4-cü il tarixdə saat 21 radələrində əsgər yataqxanasında olarkən əsgər Təqsirləndirilən şəxs onun burun nahiyəsinə bir yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış 18 aprel N4-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbəsi vuraraq sonuncuya xəsarət yetirmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin “zədələnmələrin qeydiyyatı kitabı”-nın surətindən görünür ki, 17 aprel N4-cü il tarixdə saat 21 radələrində əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq ona “burunun küt travması, burun üstü nahiyəsinin sıyrıqları yarası, hər iki gözaltı nahiyənin qançırı” diaqnozlu xəsarətlər yetirmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 191 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edildiyindən N iyun N3-cü il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 289 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin edildiyindən N sentyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, əsgərlər: Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 01 may N4-cü il tarixli, 3943 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində həvəsləndirilməmiş və bir dəfə intizam qaydasında cəzalandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində mənfi xarakterizə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 332.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər (CM-nin 54-cü maddəsi) və məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır (Cəzaların İcrası Məcəlləsi 153.1-ci maddəsi). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda müddətli həqiqi hərbi xidmətdə olmaqla bir ildən artıq xidmət keçməsini nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar