Məhkəmə qərarları › İş №1-1(093)-147/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-147/2023

27.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-147/2023 27.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Quba rayonu, İkinci Nügədi ərazi dairəsi, Pirvahid kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin minaatan batareyasının baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən 2N may 2023cü il tarixdə səhər düzülüşündən sonra saat N radələrində tabeliyində olan həmin batareyanın atəşə dəstək qrupunun kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin 1-ci taborunun inzibati binasının yanında ona yaxınlaşaraq iki gün öncə ot biçən alətin qaz əyləcini qırdığına və əyləcin pulunu vermədiyinə görə ünvanına nalayiq ifadələr işlətməsi barədə əsgər yoldaşı Şahid3 eşitdiyini bildirmiş və bunun həqiqətəuyğun olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs nalayiq ifadə işlətmədiyini demiş, lakin yeni əyləcin alınması üçün Zərərçəkmiş şəxs 10 manat pul verəcəyi ilə bağlı əvvəlcədən razılaşdıqları halda, yalnız 5 manat pul göndərdiyindən aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına «səni 5 manatlıqlarnan satın alaram», habelə hərbi qulluqçuya yaraşmayan digər kobud və nalayiq ifadələr işlətmiş, bu zaman Zərərçəkmiş şəxs həmin ifadələrə cavab olaraq «məni satın alanın hər şeyini ...» kimi nalayiq ifadələrdən istifadə etdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs «əsgər» hərbi rütbəsində olmaqla ona cavab qaytarmasından bir qədər də əsəbiləşib öz üstünlüyünü göstərmək niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinin «rəis tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir» kimi tələblərini pozaraq qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs dodaq nahiyəsinə qəsdən sol əli ilə bir yumruq zərbəsi vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa zərərvurmayan «alt dodağın sağ küncünün qırmızı şahəsinin səthi əzilmiş-çapılmış yarası» xəsarətini yetirib rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N iyun 2022-ci il tarixdə həmin hərbi hissənin minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edilmiş, batareyanın hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xidmət müddətində tanımışdır. 2N may 2023-cü il tarixdə hərbi hissənin minaatan batareyasına təhkim olunmuş ərazidə təmizlik işləri görülmüş, o, batareyanın baş çavuşu olduğuna görə tabeliyində olan şəxsi heyəti ərazidə təmizlik işləri görmək üçün ayırmış, nahar fasiləsi zamanı şəxsi heyət nahar yeməyinə düzülmüş, ərazidə ot biçən alətlə işləyən əsgər Məhəmməd Müslümzadə ona yeməyə getməsini, yeməkdən çıxdıqdan sonra gəlib otları biçəcəyini bildirmiş, o, isə ot biçən alətin yanında kiminsə qalmalı olduğunu bildirdikdə, Zərərçəkmiş şəxs ot biçən alətin yanında dayana biləcəyini və nahar yeməyinə sonradan gedə biləcəyini demiş, o, razılıq vermiş və şəxsi heyəti nahar yeməyinə aparmışdır. Yeməkdən qayıtdıqdan sonra Zərərçəkmiş şəxs ona ot biçən alətin qaz əyləcini sındırdığını bildirmiş, o, Zərərçəkmiş şəxs danladıqda sonuncu ona ot biçəni bilməyərəkdən qırdığını demiş, bundan sonra o, Zərərçəkmiş şəxs həmin əyləcin bərpası üçün 10 manat verməsini söyləmiş, Zərərçəkmiş şəxs isə heç bir problem olmadığını deyərək onunla razılaşmış, lakin üzərində pulunun olmadığını bildirmiş, o, cavab olaraq Zərərçəkmiş şəxs hesab nömrəsi verəcəyini, həmin hesab nömrəsinə valideynlərinin 10 manat pul göndərməsini bildirmişdir. Batareyanın digər əsgəri Şahid3 bank kartı olduğundan həmin bank kartının hesabının nömrəsini Zərərçəkmiş şəxs təqdim etmiş, ot biçən alətin qaz pedalını özünün alacağını, pulu isə həmin kart hesabına göndərməsini sonuncuya demişdir. 2N may 2023-cü il tarixdə saat N radələrində Zərərçəkmiş şəxs ona yaxınlaşaraq sözünün olduğunu bildirmiş və onunla birlikdə 1-ci taborun sağ yan tərəfinə keçmiş, həmin vaxt Zərərçəkmiş şəxs ona ot biçən aləti sındırdığına görə ünvanına «peysər» söyüşü söydüyünü eşitdiyini bildirmiş, o, əslində Zərərçəkmiş şəxs qeyd olunan 10 manat pulu gec göndərdiyinə görə əsəbiləşdiyindən, həmçinin şəxsi və ailə problemləri ilə bağlı özündə olmadığından Şahid3 zəng edərək «o peysərə denən pulu göndərsin» deyə bildirsə də, sonradan həmin sözləri deməsinin düzgün olmadığını başa düşdüyündən söhbət zamanı Zərərçəkmiş şəxs həmin sözləri dediyini etiraf etməyə çəkinmiş, bu səbəbdən də sonuncuya belə bir söz demədiyini bildirmiş, bu zaman onların arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı o, Zərərçəkmiş şəxs 10 manat deyil, 5 manat göndərdiyini əsas gətirərək əsəbi halda cibindən 5 manatlıq əskinazları çıxarıb sonuncuya göstərmiş və «səni 5 manatlıqlarnan satın alaram», «mənimkindən aşağısan» və sair bu kimi nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs onun işlətdiyi nalayiq ifadələri qaytararaq «məni satın alanın hər şeyini ...» deyə bildirmiş, bu zaman o, əsgərin cavab qaytarmasından bir qədər də əsəbiləşmiş və sağ əli ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsi nəticəsində Zərərçəkmiş şəxs alt dodağının sağ tərəfi partlamış və qan gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs üzr istəmiş və hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci ilin sentyabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini davam etdirmiş, baş gizir Təqsirləndirilən şəxs həmin hərbi hissədə xidmətdə olduğu müddətdə tanımışdır. Hərbi hissənin minaatan batareyasının atəşə dəstək qrupunun kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2N may 2023-cü il tarixdə saat 12:30 radələrində batareyaya təhkim olunmuş ərazidə təmizlik işləri görülmüş, batareyanın baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs onu və digər şəxsi heyəti ərazidə təmizlik işləri görmək üçün ayırmış, bir qədər sonra nahar fasiləsi olduğu üçün şəxsi heyət nahar yeməyinə düzülmüş, təmizlik işləri görülən zaman ərazidə olan otları ot biçən alətlə biçən əsgər Məhəmməd Müslümzadə yeməyə getməli olduğundan kiminsə ot biçən alətin yanında qalması zərurəti yaranmış, bu zaman o, ot biçən maşının yanında dayana biləcəyini və nahar yeməyinə sonradan gedə biləcəyini Təqsirləndirilən şəxs demiş, Təqsirləndirilən şəxs razılıq vermiş və şəxsi heyət nahar yeməyinə getmiş, bu zaman o, şəxsi təşəbbüsü ilə ot biçən aləti işə salmaq qərarına gəlmiş, lakin işə salmaq istəyərkən qaz pedalını qırmış, həmin gün nahar yeməyindən sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış və hansı səbəbdən ot biçən alətin qaz əyləcini sındırdığını soruşmuş, o, bilmədən şəxsi ehtiyatsızlığından sındırdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona həmin əyləcin bərpası üçün 10 manat verməli olduğunu demiş, o, razılaşmış, lakin üzərində pulunun olmadığını bildirmiş, Təqsirləndirilən şəxs cavab olaraq ona hesab nömrəsi verəcəyini, həmin hesab nömrəsinə valideynlərinin 10 manat göndərməsini demiş, daha sonra Təqsirləndirilən şəxs Şahid3 plastik kart hesabının nömrəsini ağ kağıza yazıb ona vermiş və ot biçən alətin qaz pedalını özünün alacağını, pulu isə həmin kart hesabına göndərməsini söyləmişdir. Həmin gün həqiqətən Təqsirləndirilən şəxs ot biçən alətin qaz əyləcini alıb gətirmiş, o, qaz əyləcinin üzərinə baxan zaman üzərində 4 manat 50 qəpik yazıldığını görmüş, bundan sonra o, anası Səadət Fətəliyevaya zəng edərək hərbi hissədə işləyən zaman ot biçən alətin qaz əyləcini bilmədən sındırdığını, bunun üçün ona 5 manat pul göndərməsini bildirmiş, həmçinin qeyd olunan kart hesab nömrəsini anasına demiş və 5 manat pulu həmin kart hesabına göndərməsini xahiş etmiş, anası isə onunla razılaşmışdır. 28 may 2023-cü il tarixdə Şahid3 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs ona «o, peysərə denən qırdığının pulunu göndərsin» dediyini bildirmiş, o, Təqsirləndirilən şəxs sözlərindən əsəbiləşmiş, həmçinin anası Səadət Fətəliyevaya zəng etmiş və pulu göndərib-göndərməməsini soruşmuş, anası isə ona cavab olaraq 5 manat pulu dediyi kart hesabına göndərdiyini təsdiqləmiş, 2N may 2023-cü il tarixdə saat 09:30 radələrində o, 1-ci taborun inzibati binasının yaxınlığında düzülüşdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun onun ünvanına Şahid3 dediyi nalayiq ifadə ilə bağlı narazılığını bildirmiş, Təqsirləndirilən şəxs isə cavabında ona nalayiq ifadə istifadə etmədiyini bildirmiş, bu zaman onların arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs onun 10 manat deyil, 5 manat göndərtdirdiyini əsas gətirərək əsəbi halda cibindən 5 manatlıq əskinazları çıxarıb göstərmiş və «səni 5 manatlıqlarnan satın alaram», «mənimkindən aşağısan» və sair bu kimi kobud və nalayiq ifadələr işlətmiş, o, özünə qarşı işlətdiyi nalayiq ifadələri Təqsirləndirilən şəxs qaytararaq «məni satın alanın hər şeyini ...» deyə bildirmiş, bu zaman Təqsirləndirilən şəxs onun cavab qaytarmasından bir qədər də əsəbiləşmiş və sağ əli ilə ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuş, nəticədə onun alt dodağının sağ tərəfi partlamış və qan gəlməyə başlamış, Təqsirləndirilən şəxs onun dodağından qan gəldiyini görüb mübahisəyə son qoymuşdur. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci ilin iyun ayından həmin hərbi hissədə müddətli həqiqi hərbi xidmətini davam etdirmiş, baş gizir Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs hərbi hissədə xidmət etdiyi müddətdə tanımışdır. 2N may 2023-cü il tarixdə saat 12:30 radələrində N nömrəli hərbi hissənin minaatan batareyasına təhkim olunmuş ərazidə təmizlik işləri görülmüş, Təqsirləndirilən şəxs onu və digər şəxsi heyəti ərazidə təmizlik işləri görmək üçün ayırmış, bir qədər sonra nahar fasiləsi olduğu üçün şəxsi heyət nahar yeməyinə düzülmüş, təmizlik işləri görülən zaman ərazidə olan otları ot biçən alətlə biçən əsgər Məhəmməd Müslümzadə yeməyə getməli olduğundan kiminsə ot biçən alətin yanında qalması zərurəti yaranmış, bu zaman Zərərçəkmiş şəxs ot biçən alətin yanında dayana biləcəyini və nahar yeməyinə sonradan gedə biləcəyini Təqsirləndirilən şəxs demiş, Təqsirləndirilən şəxs isə razılıq verdikdən sonra şəxsi heyət nahar yeməyinə getmişdir. Həmin gün axşam radələrində ona Zərərçəkmiş şəxs ot biçən alətin qaz əyləcini qırması, Təqsirləndirilən şəxs isə bununla bağlı Zərərçəkmiş şəxs danladığı və yeni əyləc alınması üçün sonuncudan 10 manat məbləğində pul istədiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşmış, lakin üzərində nağd pul olmadığını bildirmişdir. Onun istifadəsində olan bank kartı Təqsirləndirilən şəxs olduğundan sonuncu kartın hesab nömrəsini Zərərçəkmiş şəxs verərək qeyd olunan 10 manat pulu həmin karta göndərtdirməsini bildirmişdir. 28 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs pulu göndərib-göndərmədiyini soruşmuş, o, isə cavabında 10 manat məbləğində pul daxil olmadığını söylədikdə Təqsirləndirilən şəxs əsəbiləşərək «o peysərə denən pulu göndərtdirsin» deyə bildirmiş, o, da öz növbəsində həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sözlərini olduğu kimi çatdırmışdır. Növbəti gün, yəni 2N may 2023-cü il tarixdə səhər saatlarında digər əsgər yoldaşlarından həmin gün saat N radələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında qeyd olunan nalayiq ifadəyə görə, habelə pulun az göndərilməsi səbəbindən mübahisə baş tutduğunu, Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs dodaq nahiyəsinə bir yumruq zərbəsi vurduğunu və sonuncunun dodağının qanadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, 2021-ci ilin dekabr ayından etibarən həmin hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmiş, 2N may 2023-cü il tarixdə səhər saat N radələrində o, hərbi hissənin qərargahının inzibati binasının qarşısında olarkən hərbi hissənin minaatan batareyasının hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs və həmin batareyanın baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs ona təqdim edilmiş, həmin vaxt Zərərçəkmiş şəxs alt dodaq nahiyəsindən qan gəldiyini görmüş, o, nə baş verdiyini soruşduqda ona bir neçə dəqiqə öncə aralarında baş tutmuş mübahisə zəminində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurmaqla xəsarət yetirdiyi məlum olmuş, mübahisənin hansı səbəbdən və hansı şəraitdə baş verdiyini dəqiqləşdirərkən öyrənmişdir ki, 2N may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ot biçən alətin qaz əyləcini qırmış, Təqsirləndirilən şəxs isə bununla bağlı Zərərçəkmiş şəxs danlamış və yeni əyləc alınması üçün Zərərçəkmiş şəxs 10 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşmış, lakin üzərində nağd pul olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə əsgər Şahid3 istifadəsində olan bank kartının hesab nömrəsini Zərərçəkmiş şəxs verərək qeyd olunan 10 manat pulu həmin karta göndərtdirməsini tapşırmış, 28 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid3 istifadəsində olan smartfon tipli mobil telefona zəng edərək Zərərçəkmiş şəxs pulu göndərib-göndərmədiyini soruşmuş, Şahid3 isə cavabında 10 manat məbləğində pul daxil olmadığını söylədikdə, Təqsirləndirilən şəxs əsəbiləşərək «o peysərə denən pulu göndərtdirsin» deyə bildirmişdir. Növbəti gün, yəni 2N may 2023-cü il tarixdə saat N radələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında pulun gec göndərilməsi və yuxarıda qeyd olunan nalayiq ifadə ilə bağlı mübahisə baş tutmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dodaq nahiyəsinə bir yumruq zərbəsi vurmuş və sonuncunun dodağı qanamışdır. O, bu barədə ətraflı məlumat aldıqdan sonra faktla bağlı araşdırma başlanması, Zərərçəkmiş şəxslə fərdi söhbətin aparılması və sonuncuya tibbi yardım göstərilməsi üçün tədbir görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, 2016-cı ilin yanvar ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində manqa komandiri vəzifəsinə təyin edilmiş, hazırda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində, 2-ci taborun tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmətini davam etdirir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N mm-lik minaatan batareyasının baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs və həmin batareyanın atəşə dəstək qrupunun kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, həmin şəxslərlə münasibəti xidməti olmuş, aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. Baş vermiş hadisə ilə bağlı 2N may 2023-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinin növbətçi həkimi təyin olduğu müddətdə həmin gün saat 12 radələrində əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə müraciət etmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs alt dodaq nahiyəsindən qan gəldiyini müəyyən etmişdir. Əsgər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra müvafiq sənədləşmə işlərini aparmış, həmçinin əsgər Zərərçəkmiş şəxs bədəninə baxış keçirmiş və hər hansı digər xəsarət aşkar etməmişdir. Zərərçəkmiş şəxs xəsarəti hansı şəraitdə aldığını soruşduqda bildirmişdir ki, həmin gün saat N radələrində xidmət etdiyi batareyanın baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş mübahisə zəminində baş gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra hərbi hissənin digər hərbi qulluqçularından 2N may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ot biçən maşının qaz əyləcini sındırdığını daha sonra bu səbəbdən 2N may 2023-cü il tarixdə baş gizir Təqsirləndirilən şəxs ilə mübahisə baş verdiyini öyrənmişdir. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dodaq nahiyəsinə bir yumruq zərbəsi vurmuş və Zərərçəkmiş şəxs dodağı qanamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2022-ci il tarixli 185 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutduğu vəzifədən azad edilmiş və hərbi hissənin minaat batareyasının baş çavuşu təyin edilərək vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 300 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə hərbi hissə komandirinin sərəncamında olanların siyahısından çıxarılaraq hərbi hissənin minaatan batareyasının 1-ci atəş dəstək taqımının 2-ci manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2023-cü il tarixli 95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 27 mart 2023-cü il tarixdə hərbi hissənin minaatan batareyasının 1-ci atəş dəstək taqımının 2-ci manqasının heyət nəfəri vəzifəsindən azad edilərək həmin batareyanın atəş dəstək qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı 31 may 2023-cü il tarixli ərizəsindən görünür ki, 2N may 2023-cü il tarixdə saat N radələrində Təqsirləndirilən şəxs onun ağız nahiyəsinə bir yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun tibb məntəqəsinin sanitar təlimatçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Şahid2 2N may 2023cü il tarixli 4593 nömrəli raportundan görünür ki, həmin gün tibb məntəqəsində növbətçi olduğu zaman saat 12:30 radələrində Zərərçəkmiş şəxs məntəqəyə müraciət etmiş və ona «alt dodağın sağ bucağının kəsilmiş yarası» diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi, mayor Şahid1 2N may 2023-cü il tarixli 4595 nömrəli raportundan görünür ki, həmin gün Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxs ona qarşı qanunsuz hərəkətlərə yol verdiyini, o cümlədən ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu bildirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin minaatan batareyasının baş çavuşu, baş gizir Təqsirləndirilən şəxs ilə həmin batareyanın atəşə dəstək qrupunun kəşfiyyatçısı, əsgər Zərərçəkmiş şəxs arasında 2N may 2023cü il tarixdə tabelik münasibətləri olmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin «zədələnmələrin qeydiyyatı kitabı»ndan edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 2N may 2023-cü il tarixdə saat 12:30-da hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və ona «alt dodağın sağ bucağının kəsilmiş yarası» diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X4 rayon şöbəsinin 08 iyun 2023-cü il tarixli 253 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu «alt dodağın sağ küncünün qırmızı şahəsinin səthi əzilmişçapılmış yarası» xəsarəti küt əşyanın təsirindən Zərərçəkmiş şəxs göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur. Həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmanın əlavəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti 5 (beş) il müddətinə, yəni 02 may 2027-ci il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 06 iyun 2023-cü il tarixli 6129 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 02 iyun 2022-ci il tarixli məktubundan görünür ki, hökm üzrə təyin olunmuş cərimə cəzası dövlət nəfinə tam ödənilmiş və məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarını əlavə olunmuş AZ-T serialı 228003 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2022-ci il təvəllüdlü X1) övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş medal vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711, 2712, 2714 nömrəli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxs, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını və ona qarşı heç bir şikayət, tələbinin və mülki iddiasının olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711, 2712, 2714 nömrəli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq pul təminatından 5% (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar