Məhkəmə qərarları › İş №1-1(093)-148/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-148/2020

24.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-148/2020 24.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Mahmudova Nilufər Akif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru XN, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən X6 iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxx N994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, N nömrəli hərb hissədə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət edir, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası CM-nin 329.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: XN0 təqsirləndirilir ondan ötrü ki, o, o, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. O, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin nəzarət texniki məntəqəsinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, xx.xx.2020-ci il tarixdə saat N radələrində park nöbətçisi olduğu vaxt, hərbi hissənin avtomobil parkında, N-ci mühəndis-mövqe bölüyünün 2-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zəminində sonuncunun üzərinə doğru gedərək sol çiyin nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vurmuş və həmin əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq sağ ayaq-baldır nahiyəsinə 2-3 dəfə ardıcıl təpik zərbələri endirmiş, həmin vaxt parkın gün növbətçiləri qismində xidmətdə olan əsgərlər Şahid2 və Şahid3 onları aralaşdırdıqdan sonra Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə iki yumruq zərbəsi vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 47-ci maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalarına, yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümayişi göstərmələrinə, o cümlədən həmin nizamnamənin 47-ci maddəsinin komandirin (rəisin) tabeliyində olanlara rəğbət və ehtiram göstərməsinə, qayğılarına qalmalı olmasına, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməsinə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmasına dair tələblərini kobud surətdə pozub, rəis olmaqla, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı, tabeliyində olan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid «boyunun sol yan səthində qançır və sağ baldırın aşağı N/3-nin içəri səthinin sıyrıqla müşayiət olunan qançırı» xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, təqsirləndirilən şəxs XN0 qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən XN0 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verərək göstərdi ki, o, xx xxxxxx 20N9-cu il tarixdən etibarən isə N nömrəli hərbi hissənin texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət etməyə başlamış, xidməti ilə bağlı bütün növ təminatlarla təmin olunmuş, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmətdə olarkən tanımışdır. xx xxxxx 2020-ci il tarixdə park növbətçisi qismində xidmətə təyin olunmuş, həmin vaxt əsgər Şahid2 və əsgər Şahid3 da avtomobil parkında parkın gün növbətçiləri təyin olunmuşdur. O, həmin gün saat N radələrində öz xidməti otağında avtomobillərin texniki sazlığı kitabında qeydiyyatlar apararkən, Şahid2 və Şahid3 otağının qapısının önündə olduğu vaxt kiminsə Şahid3 irad bildirdiyini eşitmiş, əsgərlərdən kimin gəldiyini soruşduqda, onlar, hərbi hissə növbətçisinin köməkçisi, MAHHXHQ-su Zərərçəkmiş şəxs gəldiyini bildirmişdir. O, parka heç kəsin gəlmək səlahiyyətinin olmadığını demiş və çölə çıxmışdır. Zərərçəkmiş şəxs onun oturduğu otağa daxil olmuşdur. O, Zərərçəkmiş şəxs parkda nə gəzdiyini soruşmuş, o, isə hərbi hissə növbətçisinin göstərişi ilə park naryadlarını yoxlamağa gəldiyini bildirmiş, Zərərçəkmiş şəxs parka daxil olmaq və onları yoxlamaq səlahiyyətinin olmadığını və parkı tərk etməsini bildirmiş, Zərərçəkmiş şəxs getdikdən biraz sonra əsgər Şahid2 ona yaxınlaşıb Zərərçəkmiş şəxs parkın gün növbətçisinin otağında olan radiokalonkanı götürüb özü ilə apardığını demişdir. O, çıxıb Zərərçəkmiş şəxs radiokalonkanı hara apardığını soruşmuş, Zərərçəkmiş şəxs isə radiokalonkanı hissə növbətçisinə verəcəyini demişdir. O, Zərərçəkmiş şəxs bu sözlərindən əsəbiləşib, o, kim olduğunu, nə ixtiyarla parka gəldiyini soruşmuş və üzərinə doğru gedib sol çiyin nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vurmuş və həmin əli ilə boğazından tutub sağ ayağına 2-3 dəfə təpik zərbəsi vurmuşdur. Əsgərlər Şahid3la Şahid2 onları aralaşdırmağa gəlmişdir. O, Zərərçəkmiş şəxs çiyininə iki dəfə yumruq zərbəsi vurmuş, sonra onlar əsgərlərin köməyi ilə bir-birlərindən aralanmışlar. Zərərçəkmiş şəxs çıxıb nəzarət buraxılış məntəqəsinə doğru getmiş, o isə, Zərərçəkmiş şəxs arxasınca gedib sonuncunun qolundan tutaraq hərbi hissə komandirinin yanına aparmış, qərargaha çatdıqda komandirin qapısını döymüş, lakin qapı bağlı olmuşdur. Dəhlizə çıxan hissə növbətçisi, leytenant ŞahidN nə baş verdiyini soruşmuş, o, ŞahidN yaxınlaşıb Zərərçəkmiş şəxs onu yoxlamaq səlahiyyətinin olmadığını demiş və şikayətlənmiş, ŞahidN onu sakitləşdirərək xidmət yerinə, yəni avtomobil parkına göndərmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs üzr istədiyini sonuncu onu bağışladığını göstərməklə məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, xx xxxxxx 20N9-cu il tarixdən N nömrəli hərbi hissədə xidmət etməyə başlamış, həmin tarixdən N nömrəli hissənin N-ci mühəndis-mövqe bölüyünün 2-ci mühəndis-mövqe tağımının 2-ci mühəndis-mövqe manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu qismində, əsgər hərbi rütbəsində xidmət etmişdir. Gizir X7 N nömrəli hərbi hissədə xidmət etməyə başladığı vaxtdan tanımışdır. xx xxxxx 2020-ci il tarixdə hərbi hissə növbətçisinin köməkçisi qismində növbəyə təyin olunmuş, həmin tarixdə saat N radələrində hərbi hissə növbətçisi, leytenant ŞahidN ona daxili naryadları yoxlamaq təlimatı vermiş və özü növbətçi otağında telefon vasitəsilə hərbi hissədəki vəziyyət barədə Hərbi Hava Qüvvələri növbətçisinə məruzə etməyə başlamış, o, ilk olaraq qərargah binasından çıxaraq ərazi patrullarını yoxlamış, sonra qərargahdan 300 metr aralıda, yeməkxana ilə üzbəüz olan həmin yerdən çıxıb park naryadlarını yoxlamağa getmiş, avtomobil parkına normal yolla, qərargahın qarşısından pilləkənlərlə enmiş, park növbətçisinin otağı ilə texniki nəzarət məntəqəsinin rəisinin otağının arasında bir əsgərin əli cibində dayandığını görmüş, yaxınlaşdıqda həmin əsgərin Şahid3 olduğunu görmüşdür. Yanına gedib əlinin cibində olmasına görə irad bildirmiş, park növbətçisi olan gizir Nicat Oruclu otağından səslənərək kimin gəldiyini soruşmuşdur. Əsgər Şahid3 hərbi hissə növbətçisinin köməkçisinin gəldiyini bildirmişdir. XN2 oturduğu otağa daxil olmuş, N.Oruclu ondan parkda nə gəzdiyini soruşmuş, o isə, hərbi hissə növbətçisinin göstərişi ilə park naryadlarını yoxlamağa gəldiyini demişdir. Nicat Oruclu ona saat N8:00-dan sonra parka girmək ixtiyarının olmadığını bildirmiş, o isə, hərbi hissə növbətçisinin köməkçisi kimi parka daxil olaraq naryadları yoxlamaq səlahiyyətinin olduğunu demişdir. N.Oruclu heç kimin N8:00-dan sonra avtomobil parkına daxil olmaq ixtiyarının olmadığını təkrarlamış və ona getməsini bildirmişdir. O, həmin yerdən çıxdıqdan sonra texniki nəzarət məntəqəsinin rəisinin otağı ilə yanyana yerləşən park növbətçisinin otağında, qapının yanında, yerdə radiokalonkanın olduğunu görmüş, o, həmin radiokalonkanı götürmüş və otaqdan çıxıb qərargaha doğru getmiş, radiokalonkanı götürməkdə məqsədi park naryadlarının diqqətinin yayınmaması və normal xidmət aparmalarını təmin etmək istəməsi olmuşdur. Biraz irəlilədikdən sonra, əsgər Şahid2 radiokalonkanı apardığını gizir N.Orucluya bildirmiş, gizir N.Oruclu gələrək ondan radiokalonkanı hara apardığını əsəbi formada soruşmuş, o isə, radiokalonkanı hissə növbətçisinin otağına apardığını bildirmişdir. N.Oruclu kalonkanın özünə aid olduğunu demiş və əsəbi formada onun üzərinə doğru gələrək nalayiq ifadələr işlətməklə radiokalonkanı əlindən alıb yerə ataraq bir təpik vurmaqla parkın ərazisinə doğru tullamış, ondan əsəbi formada kim olduğunu, radiokalonkanı niyə götürdüyünü, parka niyə girdiyini soruşmuşdur. O isə, radiokalonkanı götürüb hissə növbətçisinə verəcəyini bildirəndə N.Oruclu özündən çıxaraq onun sol çiyin nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi endirmiş və üzərinə gələrək boğazından sağ əli ilə möhkəm formada sıxaraq tutmuş, boğazını tutmağa davam edərək sağ ayaq-baldır nahiyəsinə 2-3 dəfə ardıcıl təpik zərbələri vurmuşdur. O, özünü müdafiə etmək və N.Oruclunu özündən aralaşdımaq məqsədilə sinəsindən əlləri ilə itələmiş, əsgərlər Şahid3 və Şahid2 aralarına girərək onları aralaşdırmağa çalışarkən Nicat Oruclu onun sol çiyin nahiyəsinə daha iki yumruq zərbəsi vurmuş, onlar əsgərlərin köməyi ilə bir-birlərindən aralanmışlar. O, həmin yerdən çıxıb sakitləşmək üçün nəzarət buraxılış məntəqəsinə doğru getmiş, Nicat Oruclu onun arxasınca gəlib qolundan tutub onu dartışdıraraq hərbi hissə komandirinin yanına getməyini bildirmişdir. Qərargaha doğru getdərkən, parkın içindən keçəndə N. Oruclu park naryadlarına səslənərək «köməkçi maşınların arasında idi də, maddi marağı nə idi?» deyə soruşmuş, o, N. Orucluya maşınların arasında olmadığını, qərargahın qarşısından normal yolla parka gəlib naryadları yoxladığını demişdir. Qərargaha çatanda N.Oruclu komandirin otağına doğru getmiş, dəhlizə çıxan hissə növbətçisi, leytenant ŞahidN nə baş verdiyini soruşmuşdur. Gizir N.Oruclu ŞahidN doğru gedərək onun park növbətçisini yoxlamaq səlahiyyətinin olmadığını bildirmiş və ondan şikayətlənmişdir. A. Əsədov N.Oruclunu sakitləşdirərək xidmət yerinə, parka göndərmişdir. O, da, təngnəfəs halda ŞahidN yanına gedərək XN2 ona qarşı nalayiq ifadələr işlədərək zor tətbiq etdiyini bildirmişdir. ŞahidN isə ona hadisə barədə raport yazmağını demiş və o da, baş verənlərə dair raport yazaraq komandirə məruzə etmişdir. Hadisədən sonra Nicat Oruclu ondan üzr istədiyindən onunla barışaraq, onu bağışladığını, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını göstərərək məhkəmədən ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən ŞahidN ifadəsində verərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə XN0 park növbətçisi olmuş, saat təxminən N radələrində avtomobil parkında texniki nəzarət məntəqəsinin rəisinin otağının qarşısında dayanıb içəridə əyləşən N. Oruclu ilə söhbət edərkən, hərbi hissə növbətçisinin köməkçisi olan müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, əsgər Zərərçəkmiş şəxs qərargah binasından pilləkənlər vasitəsilə enərək parka gəldiyini və əsgər Şahid3 irad bildirdiyini görmüşdür. Zərərçəkmiş şəxs əsgər Şahid3 əllərini cibində saxlamağına görə irad bildirmişdir.N. Oruclu yüksək səslə kimin gəldiyini soruşmuş və o da Şahid3la eyni vaxtda Zərərçəkmiş şəxs gəldiyini N.Orucluya bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs gizir N. Oruclunun oturduğu otağa daxil olmuş, Zərərçəkmiş şəxs gördükdən sonra N.Oruclu parkda nə gəzdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə hərbi hissə növbətçisinin göstərişi ilə park naryadlarını yoxlamağa gəldiyini bildirmişdir. XN4 Əliyevə saat N8:00-dan sonra parka girmək ixtiyarının olmadığını bildirmiş, Zərərçəkmiş şəxs texniki nəzarət məntəqəsinin rəisinin otağlndan çıxdıqdan sonra həmin otaq ilə yanyana yerləşən park növbətçisinin otağına girmiş, otaqda qapının yanında arabir musiqi dinləmək üçün istifadə etdikləri radiokalonkanı görüb götürərək qərargaha doğru getmişir. O, Zərərçəkmiş şəxs radiokalonkanı apardığını gizir N. Orucluya demiş, gizir N. Oruclu Zərərçəkmiş şəxs radiokalonkanı hara apardığını əsəbi formada soruşmuş, Zərərçəkmiş şəxs isə radiokalonkanı hissə növbətçisinin otağına apardığını demiş, Nicat Oruclu radiokalonkanın özünə aid olduğunu bildirmiş və əsəbi formada Zərərçəkmiş şəxs üzərinə doğru gedərək ünvanına nalayiq ifadələr işlətməklə radiokalonkanı əlindən almış, yerə atıb təpik vuraraq radiokalonkanı parkın ərazisinə doğru tullamışdır. N.Oruclu əsəbiləşərək Zərərçəkmiş şəxs üzərinə doğru getmiş və əli ilə boğazından tutmuş, Zərərçəkmiş şəxs də həmin vaxt zərbə endirməsinin qarşısını almaq məqsədilə N.Oruclunun gödəkçəsinin yaxasından tutmuş, o, əsgər Şahid3 ilə birgə onlara doğru gedərək aranı sakitləşdirməyə çalışmış, mübahisə zamanı Nicat Oruclu Zərərçəkmiş şəxs sağ ayağına 2-3 dəfə təpik zərbəsi vurmuş, bu zaman Zərərçəkmiş şəxs N.Oruclunu özündən aralaşdımaq məqsədilə sonuncunu sinəsindən itələmiş, həmin vaxt onları aralaşdırarkən gizir Oruclu əsgər Əliyevin sol çiyin nahiyəsinə daha iki yumruq zərbəsi də vurmuşdur. Aralaşandan sonra Zərərçəkmiş şəxs nəzarət buraxılış məntəqəsinə doğru gedərkən, N. Oruclu da arxasınca getmişdir. Zərərçəkmiş şəxs qərargaha komandirin qəbuluna gəlmişlər. Onları sakitləşdirərək N.Oruclunu avtoparka qaytarmışlar. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt baş verən hadisələrin şahidi onunla birlikdə park naryadı olan əsgər Şahid3 olmuş, faktla bağlı ilkin araşdırma aparılan zaman verdiyi izahatlarda faktla bağlı ilkin araşdırma aparılan zaman müxtəlif vaxtlarda izahatlar verərkən hadisələri düzgün xatırlamadığı üçün XNN Əliyevə qarşı zor tətbiq etməsi barədə müxtəlif məzmunlu izahatlar vermiş, lakin ifadəsində hadisələri reallıqda olduğu kimi qeyd etmiş, hadisə günü Zərərçəkmiş şəxs narkotik və ya psixotrop maddələrin, yaxud spirtli içkinin təsiri altında olmamış, xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs və N.Oruclu xidməti yerlərində olmadıqları müddətdə hər hansı ağır nəticələrə səbəb olan hadisələr baş verməmiş, onlar arasında əvvəllər bu kimi nizamnamədən kənar hallar baş verməmiş, Zərərçəkmiş şəxs parka normal yolla, qəragahın önündən pilləkənlə enərək daxil olmuş, gizir Oruclunun fəaliyyətini yoxlamağa dair heç nə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 məhkəmədə şahid qismində dindirilmiş ŞahidN ifadəsinə uyğun ifadə verərək onun göstərdiyini təsdiq etdilər. İbtidai istintaq vaxtı dindirlmiş Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, əsgər Nicat Oruclu əsgər Zərərçəkmiş şəxs sol çiyin nahiyyəsinə sağ əli ilə bir yumruq zərbəsi, həmçinin Zərərçəkmiş şəxs boğaz nhiyyəsindən tutaraq ayaq nahiyyəsinə 2-3 yumruq zərbəsi vurmuşdur. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi Ekspertiza və X3 təqdim edilmiş xx.xx.2020-ci il tarixli 5N9 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun boyunun sol yan səthində qançır və sağ baldırının aşağı N/3-nin içəri səthinin sıyrıqla müşayiət olunan qançır aşkar olunmuş, tibbi sənədində isə ona xx.xx.2020-ci il tarixdə «sol çiyin nahiyəsində ağrı, hərəkət məhdudluğu, boyun nahiyəsinin qançırı» diaqnozu təyin edilmiş, yuxarıda qeyd edilən xəsarətlər - bərk küt əşyanın zərbəvi təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.20N9-cu il tarixli 26 nömrəli əmrindən edilən çıxarışdan aydın olur ki, həmin tarixdən gizir XN0 hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə maddi-texniki təminat bölməsinin nəzarət texniki məntəqə rəisi vəzifəsinə təyin edilmişdir. XN0 xx.xx.2020-ci il tarixdə həmin tarixdən 5 il müddətinə gizir hərbi rütbəsi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, XN0 ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Zərərçəkmiş şəxs arasında rütbəyə görə tabelik münasibətləri vardır, gizir N.R.Oruclu əsgər Zərərçəkmiş şəxs rəis hesab olunur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli N804 №-li arayışdan görünür ki, XN0 hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilən xidməti xasiyyətnaməyə əsasən XN0 müsbət cəhətdən xarakterizə olunur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 alınmış tələbnaməyə əsasən XN0 əvvəllər məhkum edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs X6 yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekpertizasının xx xxxxx 2020-ci il tarixli 5N9 saylı rəyi ilə və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının N-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin N5-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətdə təqsirli şəxslərin rolu və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx N996-cı il tarixli 4 №-li qərarının N3-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 59.N və 59.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə Nicat Oruclunun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, gənc olmasını, xidmət etmək arzusunda olmasını, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla məhkəməyə ərizə təqdim etməsini onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 6N-ci maddəsinə əsasən Nicat Oruclunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Məhkəmə qeyd olunan cinayət işi üzrə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motivi, üsulu, cinayətin törədlilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alaraq hesab edir ki, cəzanın təyin edilməsi zamanı qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 cəzasını yüngülləşdirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən əməli törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbi olmaması barədə məhkəməyə ərizə təqdim etməsini nəzərə alaraq yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxs XN0 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə olan qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunmalıdır. Cinayət prosessual-qanunvericiliyin tələblərinə görə şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir (CPM-nin N97.N.5-ci maddəsi). Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir (CPMnin N93.3-cü maddəsi). Cinayət-Prosessual Məcəlləsinin N93.2-N93.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir (CPM-nin N93.5-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 20N8-ci il tarixli, 202 saylı qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N93.2 və N93.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İbtidai istintaqın sonuncu mərhələsində təqsirləndirilən şəxs X6 müdafiəçisi Bakı şəhəri N4 saylı vəkil bürosunun vəkili X8 25 saat iş saatı hüquqi yardımın göstərilməsi ilə əlaqədar N50 manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi haqqının ödənilməsinə dair hesabat təqdim etmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərdiyi üçün adları qeyd edilən vəkillərə onların təqdim etdikləri hesabata uyğun ödəniş edilməli, Bakı şəhəri N4 saylı vəkil bürosunun vəkili X5 25 (iyirmi beş) iş saatı müqabilində N50 (bir yüz əlli) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 35N-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: XN0 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.N-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 5% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Cəzaçəkməsinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan yoxdur. Bakı şəhəri N4 salyı Vəkil Bürosunun vəkili X5 25 (iyirmi beş) saat iş saatı müqabilində N50 (bir yüz əlli) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar