Məhkəmə qərarları › İş №1-1(093)-148/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-148/2023

18.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-148/2023 18.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və X1, müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx 1976-cı il tarixdə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Ağdam rayonunun Əhmədağalı kəndində daimi qeydiyyatda olmaqla faktiki orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam Rayon Məhkəməsinin N1 may N01N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 1N8-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15% dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsində ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Ağdam rayonunun ərasizində yerləşən N nömrəli hərbi hissəsinin artilleriya divizionunun idarəetmə taqımının radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N0N1-ci ilin dekabr ayının ortalarında vətəndaş Zərərçəkmiş şəxs1 ilə söhbət əsnasında sonuncuya xidmət etdiyi hərbi hissənin qazanxanasında mülki işçilər üçün nəzərdə tutulmuş müvafiq vakant yerlərin olduğunu demiş, bundan sonra Zərərçəkmiş şəxs1 ona, qayını vətəndaş Şahid1 qeyd olunan vəzifəyə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qayını Zərərçəkmiş şəxsN həmin işə düzəlmək istəyini öyrəndikdən sonra real imkana və səlahiyyətə malik olmadığı, eləcə də işə qəbul etdirilməsinə köməklik etmək niyyətində olmadığı halda aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq Zərərçəkmiş şəxs1 əmlakını talamaq qərarına gəlib, bu məqsədlə Müdafiə Nazirliyində ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifədə çalışan tanışı vasitəsilə, N300 (iki min üç yüz) manat məbləğində pulun guya özünün vasitəsilə həmin şəxsə çatdırılması müqabilində Zərərçəkmiş şəxsN qısa müddət ərzində N nömrəli hərbi hissənin qazanxanasında mülki işçi kimi işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs1 özünə inandırmaqla razılığını almış, bundan sonra N0N1-ci ilin dekabr ayının ortalarında saat 18 radələrində Ağdam rayonunun Paşabəyli kəndində sonuncudan N300 (iki min üç yüz) manat məbləğində pul almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyininin Ağdam rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən vətəndaş Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olduğu vətəndaş Zərərçəkmiş şəxsN özünün xidmət etdiyi hərbi hissənin qazanxanasında mülki işçi kimi işə düzəlmək arzusunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də işə qəbul etdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona geniş əlaqələrə malik olmaqla, xidmət etdiyi Müdafiə Nazirliyində ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifədə xidmət edən şəxsə N300 (iki min üç yüz) manat məbləğində pulun verilməsi müqabilində Zərərçəkmiş şəxsN Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qazanxanasında mülki işçi kimi işə düzəldəcəyinə dair yalandan vəd verib, sonuncunu özünə inandırmaqla razılığını almış, bundan sonra N0NN-ci ilin yanvar ayının ortalarında saat 18 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin yaxınlığında Zərərçəkmiş şəxsN N300 (iki min üç yüz) manat məbləğində pul almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, özgənin əmlakını aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Ağdam rayonunun Qızıl Kəngərli kəndində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki-təminat bölüyünün təsərrüfat taqımının səyyar-səhra hamamının dizelçi-elektriki vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən, N0NNci ilin sentyabr ayının əvvəllərində vətəndaş X1 övladı Yusif Mustafayevin gənc əsgərlərin olduğu N nömrəli hərbi hissədən N ay xidmət edib bölünərkən cəbhə bölgəsində yerləşən hərbi hissəyə yox, rayon mərkəzində yerləşən hərbi hissədə xidmət keçmək arzusunda olmasını öyrəndikdən sonra özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, hər hansı hərbi qulluqçunun xidmət yerini dəyişmək üçün real imkanlara, səlahiyyətlərə malik olmadığı və sonuncunun övladı Y.Mustafayevə hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, N oktyabr N0NN-ci il tarixdə axşam radələrində İ.Mustafayevlə mobil telefon vasitəsilə danışarkən adını, soyadını, vəzifəsini, rütbəsini və iş yerini demədiyi vəzifəli şəxsə N000 (iki min) manat məbləğində pulun guya özünün vasitəsilə çatdırılması müqabilində sonuncunun övladı X10 rayonunun Yuxarı Veysəlli kəndində olan xidmət yerini Ağcabədi rayonu Taxta körpü adlanan ərazidə yerləşən N nömrəli hərbi hissəyə dəyişəcəyi barədə yalan vəd verib, İbadət Mustafayevin razılığını almış, bundan sonra o, 03 oktyabr N0NN-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N0 Yanvar dairəsinin yaxınlığında körpünün altında sonuncu ilə görüşüb ondan N000 (iki min) manat məbləğində pul almış, lakin vədi üzrə İ.Mustafayevin övladı Y.Mustafayevin xeyrinə heç bir hərəkət etməyərək özgənin əmlakını aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, N9 sentyabr N014-cü il tarixdə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və sonuncu xidmət yeri Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissə olmuş, N may N0N3-cü il tarixdə isə Müdafiə nazirinin müvafiq əmri ilə yaşa görə ordu sıralarından ehtiyata buraxılmışdır. N0N1-ci ilin dekabr ayının ortalarında Ağdam rayonunun Quzanlı qəsəbəsində olan zaman tanışı Zərərçəkmiş şəxs1 ilə görüşmüş və söhbətləri işdən düşmüşdür. Həmin ərəfələrdə ona maddi ehtiyaclarına görə pul lazım olduğundan xidmət etdiyi N nömrəli hərbi hissənin qazanxanasında mülki işçilər üçün nəzərdə tutulmuş vakant yerlərin olduğunu Zərərçəkmiş şəxs1 demiş, sonuncu da, qayınları olan Mehman və Şahid1ların işsiz olduğunu və onları həmin vəzifəyə düzəldə bilib-bilməyəcəyini ondan soruşmuşduqda o, yalandan Zərərçəkmiş şəxs1 qayınları Mehman və Şahid1ları həmin işə düzəldə biləcəyəni söyləmişdir. Zərərçəkmiş şəxs1 bu işin qarşılığında nə qədər pul alacağını ondan soruşmuş, o, hər qayını üçün bu işi N300 manata, ümumilikdə 4600 manata görəcəyini demişdir. Elçin evə gedib qayınları ilə məsləhətləşəcəyini və bundan sonra ona bir məlumat verə biləcəyini demişdir. Təxminən 5-6 gün keçdikdən sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək iş məsələsi ilə bağlı onunla görüşmək istəmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN N0N1-ci ilin dekabr ayının ortalarında saat 18 radələrində Ağdam rayonunun Paşabəyli kəndinə gedərək orada sonuncu ilə görüşmüşlər. O, Elçinlə Mahmudu görüşə çağıran zaman Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qazanxanasında heç bir vakant yer olmamış və həmçinin onun kimisə işə düzəltmək kimi bir səlahiyyəti olmamışdır. Həm Elçin, həm də Mahmud ona iş haqqında suallar verməyə başlamışlar. Elçin bir neçə dəfə Mahmudu N nömrəli hərbi hissənin qazanxanasında mülki işçi kimi işə düzəldə biləcəyi barədə ondan soruşduqda, o, əminliklə bu işi həll edəcəyini deyib Elçini inandırmağa çalışmışdır. O, Elçinə Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışı vasitəsilə Mahmudu hərbi hissədə mülki işçi kimi işə düzəldəcəyini demişdir. Həmin vaxt Elçin ona inanmış və N300 manat məbləğində pulu ona vermiş, o, pulu aldıqdan sonra şəxsi ehtiyaclarına xərcləmiş və danışdıqları kimi Mahmdun işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. N0NN-ci ilin yanvar ayının ortalarında günorta radələrində Elçin yenidən ona zəng edərək digər qaynı Zərərçəkmiş şəxsN da N300 manat məbləğində pulu hazır etdiyini, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qazanxanasında mülki işçi kimi işə düzəlmək istədiyini və bu səbəbdən görüşmək istədiklərini ona demişdir. Onlar həmin günü, yəni N0NN-ci ilin yanvar ayının ortalarında saat 18 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin yanında görüşərək iş barəsində söhbət etməyə başlamışlar, o, Mehmanla Elçini görüşə çağıran zaman Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qazanxanasında heç bir vakant yer olmamış və həmçinin onun kimisə işə düzəltmək kimi bir səlahiyyəti olmamışdır. Həmin vaxt Mehman ondan işi kimin vasitəsilə düzəldəcəyini soruşmuş, o, yalandan Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışı vasitəsilə bu işi həll edəcəyini söyləmişdir. Həmin vaxt ona inandıqları üçün orada Mehman üzərində olan N300 manat məbləğində pulu ona vermişdir. O, Mehman və Mahmudun onsuzda işə qəbul olunmayacaqlarını və bir müddət sonra isə sonuncuları aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirdiyi üçün ondan şikayət edəcəklərini yaxşı anlamışdır. N0NN-ci ilin mart ayının əvvəllərində səhər radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində Mahmud və Mehmanla görüşmüş və hərəsinə, ayrı-ayrılıqda ilkin olaraq 400 manat məbləğində pulu maaş adı ilə vermişdir. Mahmud və Mehman bu pulun nə pul olduğunu ondan soruşmuşlar. O, Mahmud və Mehman qardaşlarına bu pulun maaşları olduğunu demişdir. Mahmud ona biz axı işləməyə-işləməyə necə maaş ala bilərik sualını vermiş, özü isə yenidən Mahmud və Mehmanı aldatmaq üçün “yaxın zamanlarda işə başlayacaqsınız, hələlik bununla idarə edin” demişdir. O, bu minvalla N0NN-ci ilin mart ayından sentyabr ayınadək Mahmud və Mehmanın hər birinə N600 manat, ümumilikdə 5N00 manat pulu “maaş” adı ilə vermişdir. N0NN-ci ilin oktyabr ayından Mahmud və Mehmana verdiyi ödənişləri dayandırmışdır. Bundan sonra Elçin və Mehman işə düzəlmək məsələsinin alınmadığını görüb verdikləri ümumilikdə 4600 manatı ondan tələb etməyə başlamışlar. O, Elçin və Mehmana pullarını artıqlaması ilə qaytardığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 16 fevral N0N3-cü il tarixdə onun işə düzəltmək adı ilə aldığı pulları qaytarmadığını görüb barəsində qanuni tədbirlər görülməsi üçün Ağdam Hərbi Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. 01 iyun N0N3-cü il tarixdə günorta radələrində Mahmud və Mehman qardaşları onunla Ağdam rayonunun Quzanlı qəsəbəsində görüşərək onun sonuncuların hər birinə “maaş” adı ilə verdiyi pulları borclarına çıxdıqlarını və üstəlik hər birində 300 manat pulun da artıq qaldığını ona demişlər. Həmin vaxt həm Mahmud, həm də Mehmanın hərəsi ona artıq qalan 300 manat pul vermişdir. Bununla da onun Zərərçəkmiş şəxs1, Mehman və Şahid1 qardaşlarına heç bir borcu qalmamışdır. Eynilə də adı çəkilən şəxslərin də ona heç bir məbləğdə borcu qalmamışdır. N0NN-ci ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində o, həyat yoldaşı X3 Sumqayıt şəhərində yerləşən “İOL” Göz Klinikasına müayinəyə aparmış, həmin vaxt o, orada İbadət adlı şəxslə tanış olmuş, özü isə hərbi geyim formasında olmuşdur. Söhbət əsnasında İbadət oğlu Yusif Mustafayevin gənc əsgər olduğunu və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyini ona demişdir. İbadət bundan sonra Yusifin gənc əsgərlərin hazırlıq kursunu (karantin) bitirməsinə az qaldığını və bölünmə zamanı cəbhə bölgəsindəki ucqarda yerləşən hərbi hissələrə yox, rayon mərkəzlərində yerləşən hər hansı hərbi hissələrdən birinə göndərilməsini istədiyini ona söyləmişdir. O, bu məsələdə İbadətə kömək edə biləcəyini demiş, həmin ərəfələrdə onun şəxsi ehtiyaclarına görə pula ehtiyacı olmuşdur. O, İbadətlə söhbət edən zaman onun hansısa hərbi qulluqçunun yerini dəyişə biləcək həm tanışı, həm də onun hansısa hərbi qulluqçunun yerini dəyişdirmək kimi səlahiyyəti olmamışdır. Bundan sonra o, İbadətə Yusifi təxminən 4000-5000 manat qarşılığında Ağcabədi rayonu Taxta körpü adlanan yerdə yerləşən hərbi hissələrdən birinə saldırılmasının mümkün olduğunu demişdir. N oktyabr N0NN-ci il tarixdə axşam radələrində İbadət Yusifin xidmət yerini dəyişmək üçün ona zəng etmiş, İbadət Yusifin N0NN-ci ilin sentyabr ayında bölünərək Füzuli rayonunda yerləşən N nömrəli hərbi hissəyə göndərildiyini ona demiş, o, İbadətə N000 manat qarşılığında Yusifin xidmət yerini Füzuli rayonundan Ağcabədi rayonu Taxta körpü adlanan yerdə yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilə biləcəyini demişdir. O, bundan başqa İbadətə N000 manat məbləğində pulun təcili olaraq sabah, yəni 03 oktyabr N0NN-ci il tarixdə səhər radələrində ona çatmalı olduğunu söyləmişdir. O və İbadət 03 oktyabr N0NN-ci il tarixdə saat 11 radələrində Bakı şəhərində N0 yanvar dairəsinin yaxınlığında körpünün altında görüşmüşlər. İbadət Yusifin xidmət yerini kimin vasitəsilə dəyişəcəyini ondan soruşmuş, o, Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə Yusifin xidmət yerini dəyişəcəyini İbadətə demişdir. İbadət bir neçə dəfə ondan oğlu Yusifin xidmət yerini dəyişə biləcəyi barədə soruşduqda, o, sonuncunu inandırmaq üçün əminliklə bu işi həll edəcəyini söyləmişdir. İbadət bundan sonra üzərində olan N000 manat pulu ona vermişdir. 04 oktyabr N0NN-ci il tarixdə axşam saatlarında İbadət ona zəng edərək Yusifin xidmət yerinin dəyişilməsi ilə bağlı fikrini dəyişdiyini, oğlunun xidmət yerini dəyişdirməyə ehtiyac olmadığını və ona verdiyi N000 manat məbləğində pulu ondan geri istəmişdir. O, isə maddi imkanı olmaması səbəbindən İbadətin pulu qaytara bilməmiş və vaxtı suni surətdə uzatmağa başlamışdır. Bundan sonra İbadət 31 yanvar N0N3-cü il tarixdə ondan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Hazırda törətdiyi əməllərdən çox peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, ekspert rəyi, sənədlər və cinayət işinin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 göstərmişdir ki, N0N1-ci ilin dekabr ayının ortalarında Ağdam rayonunun Quzanlı qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs görmüş və sonuncu ilə söhbət zamanı Ramil xidmət etdiyi N nömrəli hərbi hissənin qazanxanasında mülki işçilər üçün nəzərdə tutulmuş vakant yerlərin olduğunu və “əgər işləmək istəyən tanışları olarsa həmin vəzifələrə düzəldə biləcəyini” ona söyləmişdir. O, Ramilə qayınları Mehman və Şahid1ların işsiz olduğunu və sonuncuları həmin vəzifələrə düzəldə bilibbilməyəcəyini soruşmuş, Ramil Mehman və Şahid1ları asanlıqla göstərilən vəzifələrə düzəldə biləcəyini ona söyləmişdir. O, Ramildən bunun qarşılığında nə qədər pul alacağını soruşmuş, Ramil tanımadığı digər şəxslərə bu məsələni N500 manata düzəltdiyini, lakin o, sonuncunun tanışı olduğu üçün isə bu məsələni N300 manata həll edə biləcəyini söyləmişdir. Ramil Mehman və Mahmudun hər biri üçün N300 manat, ümumilikdə isə sonunculardan 4600 manat məbləğində pul alacağını söyləmişdir. Bundan sonra o, Mehman və Mahmudla birlikdə bu məsələni müzakirə etmiş, əvvəlcə Mahmudun Ramilin dediyi yerdə işə düzəlməsi, daha sonra isə müsbət nəticə olarsa Mehmanın da həmin işə düzəlməsi barədə qərar vermişlər. Lakin həmin vaxt Mahmudun maddi imkanı zəif olduğundan pulu olmamış, o, Mahmudun əvəzinə borca N300 manat verəcəyini demiş, Mahmud isə işə başlayan kimi tez bir zamanda onun borcunu qaytaracağına dair söz vermişdir. O, Mahmudla birlikdə N0N1-ci il dekabr ayının ortalarında saat 18 radələrində Ağdam rayonunun Paşabəyli kəndində Ramillə görüşmüş, bir neçə dəfə Ramildən Mahmudu N nömrəli hərbi hissənin qazanxanasında mülki işçi kimi düzəldə biləcəyi barədə soruşduqda sonuncu əminliklə bu işi həll edəcəyini deyib onu inandırmışdır. Ramil bundan başqa onları inandırmaq üçün N0NN-ci ilin yanvar ayının 10-dək Mahmudun əmrinin olacağını və tezliklə işə başlayacağını söyləmişdir. O, Ramildən kimin vasitəsilə bu işi həll edəcəyini soruşmuş, Ramil Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışı vasitəsilə qaynı Mahmudu hərbi hissədə mülki işçi kimi düzəldəcəyini ona söyləmiş, o, üzərində olan N300 manat məbləğində pulu Ramilə vermişdir. Bundan başqa qaynı Zərərçəkmiş şəxsN N0NN-ci ilin yanvar ayının ortalarında ona zəng edərək qeyd olunan işə başlamaq üçün N300 manatı hazır etdiyini ona demiş, o, Ramilə zəng edərək digər qaynı Mehmanın da N300 manatını hazır etdiyini və görüşmək istədiyini ona söyləmişdir. Onlar N0NN-ci ilin yanvar ayının ortalarında saat 18 radələrində Ramillə Ağdam Rayon Təhsil Şöbəsinin yanında görüşmüş, Ramil Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışı vasitəsilə Mehmanı hərbi hissədə mülki işçi kimi düzəldəcəyini söyləmiş, bundan sonra Mehman üzərində olan N300 manatı Ramilə vermişdir. N0NN-ci ilin mart ayının əvvəllərində Ramil Mehman və Mahmudla görüşərək işləməyə-işləməyə onların hərəsinə ilkin olaraq “maaş” adı ilə 400 manat məbləğində pul vermişdir. Ramil bu minvalla N0NN-ci ilin mart ayından sentyabr ayınadək Mahmud və Mehmanın hər birinə N600 manat, ümumilikdə 5N00 manat pulu “maaş” adı ilə vermiş, N0NN-ci ilin oktyabr ayında Ramilin Mehman və Mahmuda “maaş” adı ilə verdiyi aylıq ödənişlər dayanmışdır. Bundan sonra o və Mehman işin alınmadığını görərək işə düzəltmək adı ilə Ramilə ümumilikdə verdikləri 4600 manatı tələb etməyə başlamışlar. Ramil isə pulu qaytarmaqdan imtina etmişdir. O, 16 fevral N0N3-cü il tarixdə Ramilin barəsində Ağdam Hərbi Prokurorluğuna ərizə ilə müraciət etmiş, 1 iyun N0N3-cü il tarixdə Mahmud Ramilin “maaş” adı ilə sonuncuya verdiyi N600 manat puldan ona olan N300 manat borcunu qaytarmış, bundan başqa Mehman işə düzəlməsi üçün Ramilə verdiyi N300 manatı sonuncunun ona “maaş” adı ilə verdiyi N600 manatla əvəzləşdirmiş, artıq qalan 300 manatı da həm Mahmud, həm də Mehman Ramilə qaytarmışdır. Hazırda onun və qaynı Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs qarşı şikayəti, heç bir maddi və digər tələbi yoxdur. Zərərçəkmiş şəxsN göstərmişdir ki, N0N1-ci ilin dekabr ayının ortalarında yeznəsi Zərərçəkmiş şəxs1 o və qardaşı Mahmudla görüşərək Ramil adlı tanışının N300 manat pul müqabilində həm onun, həm də Mahmudun N nömrəli hərbi hissənin qazanxanasında mülki işçi kimi işə qəbul oluna biləcəyini söyləmişdir. Onlar birlikdə bu məsələni məsləhət etdikdən sonra ilk öncə Mahmudun Ramilin təklif etdiyi işə başlamasını, daha sonra isə müsbət nəticə olarsa onun da işə qəbul olunması barədə razılığa gəlmişlər. Elçin işə başlaması üçün Mahmudun yerinə N300 manat verəcəyini söyləmiş, sonuncu isə işə başladıqdan sonra Elçinin borcunu qaytaracağına dair söz vermişdir. N0N1-ci ilin dekabr ayının ortalarında Elçin, Mahmud və Ramil Ağdam rayonunun Paşabəyli kəndində görüşmüşlər. Həmin vaxt Elçin Mahmudun adı çəkilən vəzifədə işə qəbul olunması ilə əlaqədar olaraq N300 manat məbləğində pulu Ramilə vermiş, o, adı çəkilən işə düzəlməsi üçün N300 manatı düzəltmiş və bu barədə Elçini məlumatlandırmışdır. N0NN-ci ilin yanvar ayının ortalarında saat 18 radələrində o, Elçin və Ramil Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin yanında görüşmüşlər. O, Ramildən onu N nömrəli hərbi hissənin qazanxanasında mülki işçi kimi işə düzəldə biləcəyi barədə soruşduqda sonuncu əminliklə bu işi həll edəcəyini deyib onu inandırmış, Elçin Ramildən kimin vasitəsilə onu işə kimi düzəldəcəyini soruşmuş, Ramil Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışı vasitəsilə onu hərbi hissədə mülki işçi kimi düzəldəcəyini söyləmişdir. Bundan sonra o, N300 manatı Ramilə vermiş, N0NN-ci ilin mart ayının əvvəllərində səhər radələrində Ramil, o və Mahmudla Ağdam rayonunun Quzanlı qəsəbəsində görüşmüşdür. Ramil həmin vaxt onun və Mahmudun hərəsinə, ayrı-ayrılıqda ilkin olaraq 400 manat məbləğində pulu “maaş” adı ilə vermişdir. O və Mahmud bu pulun nə pul olduğunu Ramildən soruşmuş, sonuncu onlara “bu pul maaşınızdır” demişdir. Ramil bu minvalla N0NN-ci ilin mart ayından sentyabr ayınadək ona və Mahmudun hər birinə N600 manat, ümumilikdə 5N00 manat pulu “maaş” adı ilə vermişdir. N0NN-ci ilin oktyabr ayından Ramilin ona və Mahmuda verdiyi ödənişləri dayandırmış, o və Mahmud zaman keçdikcə Ramil tərəfindən aldanıldığını artıq anlamış və bu səbəbdən Ramilin ona və Mahmuda verdiyi “maaş”ları hər ikisi kənara qoymuşlar. Bundan sonra o və Elçin işin alınmadığını görərək Ramildən işə düzəltmək adı ilə sonuncuya ümumilikdə verdiyi 4600 manatı məbləğində pulu tələb etməyə başlamışlar. Ramil isə müxtəlif bəhanələr gətirərək işə düzəltməyi üçün onun və Elçinin sonuncuya verdiyi 4600 manat məbləğində pulu onlara qaytarmamışdır. Bu səbəbdən Elçin Ramil barəsində 16 fevral N0N3-cü il tarixdə Ağdam Hərbi Prokurorluğuna ərizə ilə müraciət etmiş, 01 iyun N0N3-cü il tarixdə Mahmud Ramilin “maaş” adı ilə verdiyi N600 manat puldan Elçinə olan N300 manat borcunu qaytarmışdır. Bundan başqa o, işə düzəlməsi üçün Ramilə verdiyi N300 manatı sonuncunun ona “maaş” adı ilə verdiyi N600 manatla əvəzləşdirmiş, artıq qalan 300 manatı da həm o, həm də Mahmud Ramilə qaytarmışdır. Hazırda onun və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, maddi və digər tələbi yoxdur. Şahid1 anoloji məzmunlu ifadə verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ifadələrində göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Zərərçəkmiş şəxs X4 göstərmişdir ki, N0NN-ci ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində o, həyat yoldaşı X5 gözlərində olan problemlərlə əlaqədar olaraq Sumqayıt şəhərində yerləşən “İOL” Göz Klinikasına aparmış, həmin vaxt orada hərbi qulluqçu olan Ramil adlı şəxslə tanış olmuş, o Ramilə oğlu Yusifin gənc əsgərlərin olduğu N nömrəli hərbi hissədən hazırlıq müddəti bitdikdən sonra cəbhə bölgəsindəki hərbi hissələrə yox, rayon mərkəzlərində yerləşən hər hansı hərbi hissələrdən birinə göndərilməsini istədiyini Ramilə söyləmişdir. Ramil Yusifi təxminən 4000-5000 manat qarşılığında Ağcabədi rayonu Taxta körpü adlanan yerdə yerləşən hərbi hissələrdən birinə saldırılmasının mümkünlüyünü demiş və Ramilin nömrəsini götürmüşdür. Yusif N0NN-ci ilin sentyabr ayının axırlarında xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Füzuli rayonunun Yuxarı Veysəlli kəndində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş, N oktyabr N0NNci il tarixdə axşam radələrində Ramilə zəng edərək bu deyərək bu səbəbdən oğlunun xidmət yerini dəyişmək istədiyini sonuncuya söyləmişdir. Ramil N000 manat qarşılığında oğlu Yusifin xidmət yerini Füzuli rayonundan Ağcabədi rayonu Taxta körpü adlanan yerdə yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilə biləcəyini ona demiş, o, da, Ramilin bu təklifi ilə razılaşmışdır. Onlar 03 oktyabr N0NN-ci il tarixdə saat 11 radələrində Ramilin təklifi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən N0 yanvar dairəsinin yaxınlığında körpünün altında görüşmüşlər. O, bir neçə dəfə Ramildən oğlu Yusifin xidmət yerini cəbhə bölgəsindən Ağcabədi rayonu Taxta körpü adlanan yerdə yerləşən N nömrəli hərbi hissəyə dəyişə biləcəyi barədə soruşduqda, sonuncu əminliklə bu işi həll edəcəyini deyib onu inandırmışdır. O, Ramildən bu işi kimin vasitəsilə görəcəyini soruşmuş, Ramil Müdafiə Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışı vasitəsilə Yusifin xidmət yerini dəyişəcəyini ona söyləmişdir. Bu vaxt o, üzərində olan N000 manat pulu Ramilə vermiş, 04 oktyabr N0NN-ci il tarixdə o, Yusifin xidmət yerinin dəyişməsi ilə bağlı nahaq yerə Ramilə N000 manat verdiyini düşünmüşdür. Çünki Yusifin ona “xidmət zamanı bölgüdə hansı hərbi hissəyə düşəcəyi təqdirdə xidmət yerini dəyişməməsini ondan xahiş etməsi” yadına düşmüşdür. Buna görə o, 04 oktyabr N0NN-ci il tarixdə saat N0 radələrində Ramilə zəng edərək fikrini dəyişdiyini və oğlu Yusifin xidmət yerini cəbhə bölgəsindən Ağcabədi rayonu Taxta körpü adlanan yerdə yerləşən N nömrəli hərbi hissəyə dəyişəcəyi adı ilə sonuncuya verdiyi N000 manatı geri qaytarmasını Ramilə demiş, Ramil tezliklə onun Yusifin xidmət yerini dəyişməsi ilə bağlı verdiyi N000 manatı qaytaracağını vəd etmişdir. Lakin üzərindən bir müddət keçdikdən sonra o, Ramilin N000 manatı qaytarmadığını görmüş, Ramil isə hər dəfəsində N000 manatı ona qaytaracağına dair söz versə də, nəticədə həmin məbləği ona qaytarmaqdan imtina etmişdir. O, Ramilin onu aldatdığını və oğlunun xidmət yerini dəyişməsi üçün sonuncuya verdiyi N000 manatı qaytarmadığını görərək 31 yanvar N0N3-cü il tarixdə sonuncunun ona qarşı dələduzluq etməsi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 Qaynar xəttinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və oğlunun xidmət yerini dəyişdirilməsi üçün sonuncuya verdiyi N000 manatı tələb edir. Şahid X7 anoloji məzmunlu ifadə verərək zərərçəkmiş şəxs İ.M.Mustafayevin ifadəsində göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. X4 xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs, oğlu Yusifin xidmət yerini digər hərbi hissəyə dəyişmək adı ilə aldadaraq onun N000 (iki min) manat məbləğində pulunu ələ keçirməsi barədə məlumat vermişdir. xx.xx.N0N3-cü il tarixli ərizədən görünür ki, vətəndaş Tahirov X8 Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs qayınları Zərərçəkmiş şəxsN və Şahid1 N nömrəli hərbi hissənin qazanxanasına mülki işçi kimi işə düzəldəcəyi adı ilə aldadaraq ondan N300 manat və Zərərçəkmiş şəxsN N300 manat olmaqla, ümumilikdə 4600 manat məbləğində pul alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat vermişdir. Məhkəmə-Fonoskopik ekspertizasının 11 may N0N3-ci il tarixli, 4/547 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-XN, “KN” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. “Azercell Telekom MMC”-dən daxil olmuş kompakt disklərə keçirilmiş baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə XN məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.N0NN-xx.xx.N0N3-cü il tarixlərdə, həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Şahid1 məxsus, müvafiq olaraq ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri arasında xx.xx.N0N1-xx.xx.N0N3-cü il tarixlərdə müxtəlif vaxtlarda telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N014-cü il tarixli 304 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N014-cü il tarixli 309 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş və həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N0 dekabr N017-ci il tarixli 367 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin artilleriya divizionunun N-ci haubitsalı artilleriya batareyasının N-ci haubitsalı artilleriya taqımının 4-cü topun sürücüsü vəzifəsindən artilleriya divizionunun idarəetmə taqımının radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli 03 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin artilleriya divizionunun idarəetmə taqımının radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsindən hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N6 mart N0NN-ci il tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsindən maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının səyyar səhra hamamının dizelçi-elektriki vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N3 may N0N3-cü il tarixli 151 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, N3 may N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin N1 may N01N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 1N8-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15% dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.14-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN dəymiş maddi ziyanın tam ödənilməsi) cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.N-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək aparılan döyüş əməliyyatlarında iştirak edərək göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli N371 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, eyni zamanda onun azadlaqdan məhrum edilməsinin ailəsinin həyat şəraitinə mənfi təsirini də nəzərə alıb törətdiyi cinayətlərə görə Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini qanunun tələblərinə və məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-in 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-in 187-ci maddəsi). Zərər çəkmiş şəxs X4 tərəfindən Təqsirləndirilən şəxs qarşı N000 (iki min) manat məbləğində mülki iddia verilmişdir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia dəymiş maddi ziyan həcmində olduğundan tam təmin edilməli və həmin N000 (iki min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs XN verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Ağdam rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs X4 tərəfindən Təqsirləndirilən şəxs qarşı N000 (iki min) manat məbləğində mülki iddia təmin edilsin. Məhkəmə fonoskopik ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar