Məhkəmə qərarları › İş №1-1(093)-149/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-149/2023

14.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-149/2023 14.08.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi - Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1986-cı il tarixdə Dəvəçi rayonu Zeyvə kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Sumqayıt şəhəri X4 qəsəbəsi ərazisində yerləşən rabitə bölüyünün telefon taqımının avtomatik idarəetmə sistemləri bölməsinin operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olmaqla uşağa qulluq etmək üçün 05 iyun NN-ci il tarixdən 01 fevral N5ci il tarixədək məzuniyyətə çıxdığı müddətdə N5 yanvar N3-cü il tarixdə saat 19:30 radələrində müştəri qismində gəldiyi Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsindəki “Selcan Beauty” gözəllik salonunda ona göstərilən xidmətdən narazılığını bildirərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulması ilə ifadə olunan hərəkətlər etməklə əsassız olaraq salonda çalışan şəxslərlə mübahisə edib onları təhqir etmiş, olduğu yerin ictimai yer olmaqla salonda çalışanların və müştərilərin olmasına baxmayaraq ətrafdakılar üçün nümayişkaranə surətdə etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə ona irad bildirərək etdiyi qanunsuz hərəkətləri dayandırmasını tələb edən gözəllik salonunda çalışan şəxslər, Zərərçəkmiş şəxs4 sağ və sol qolları, boğazı və sinə nahiyəsinə əlləri ilə vurub zor tətbiq etməklə ona dərəcələri təyin edilməyən “boyunun arxa səthinin, döş vəzisinin, sağ və sol bazunun qançırları, sağ əlin arxa səthinin sıyrıqları” xəsarətlərini, Zərərçəkmiş şəxs5 sağ və sol qolları, burnu və boğazına əlləri ilə vurub zor tətbiq etməklə ona dərəcələri təyin edilməyən “boyunun sol yarısının bayır səthinin, burun belinin, sağ saidin sıyrıqları” xəsarətlərini, Zərərçəkmiş şəxsN ayağına təbiklə, sağ gözünə və hər iki qollarına əlləri ilə vurub zor tətbiq etməklə ona dərəcələri təyin edilməyən “sağ əlin İİİ barmağının dırnaq sədəfinin ucunun cüzi hissəsinin travmatik ayrılması, sağ saidin orta üçdə birinin iç və ön səthlərinin sıyrıqları, sağ gözün üst qapağının, sağ baldırın yuxarı üçdə birinin iç səthinin qançırları” xəsarətlərini, Zərərçəkmiş şəxs3 sağ ayağına təpiklə və sağ qoluna əlləri ilə vurub zor tətbiq etməklə ona dərəcələri təyin edilməyən “sağ çiyin qurşağının arxa səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ əlin İİİ əl daraq falanqasının arxa səthinin sıyrıqları” xəsarətlərini yetirmiş, eyni zamanda həmin vaxt onu sakitləşdirməyə çalışan gözəllik salonunun müdiri Zərərçəkmiş şəxs1 üzərinə salonda olan taxta stolu qaldıraraq itələmiş, həmçinin masaj stollarının birinə təpik vurduqda stol yerə aşaraq qatlanıb Zərərçəkmiş şəxs1 dəyməklə sonuncuya dərəcələri təyin edilməyən “sol bazunun aşağı üçdə birinin ön səthinin, sol saidin yuxarı və orta üçdə birinin ön bayır və iç səthlərinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağının ön səthinin, sol saidin yuxarı üçdə birinin arxa səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol budun orta üçdə birinin arxa səthinin, sol baldırın orta üçdə birinin arxa səthinin, sağ budun aşağı üçdə birinin iç səthinin qançırları” xəsarətlərini yetirmiş, eyni zamanda gözəllik salonunda olan əşyalara zərər yetirib bir ədədinin dəyəri N50 (iki yüz əlli) manat olan 01 ədəd iş masasını, bir ədədinin dəyəri 80 (səksən) manat olan 04 ədəd masaj stolunu, bir ədədinin dəyəri 150 (yüz əlli) manat olan 01 ədəd “Euroline” markalı su dispenser aparatını və dəyəri N0 (iyirmi) manat olan 01 ədəd reklam lövhəsinin çərçivəsini yararsız hala salmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 740 (yeddi yüz qırx) manat məbləğində maddi ziyan vurub xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmətdə olarkən qohumu ŞahidN və azyaşlı övladı X5 ilə birlikdə N5 yanvar N3-cü il tarixdə saat 18 radələrində “Selcan Beauty” gözəllik salonuna yaxınlaşaraq pul müqabilində kipriyini qaynaq etdirmək istədiyini bildirmiş, ödəniş etdikdən sonra onu həmin salonun zirzəmisinə istiqamət verərək göndərmişlər. Həmin vaxt gözəllik salonunun zirzəmisinə düşərək ilk dəfə gördüyü şəxsiyyəti ona məlum olmayan bir qadın ustaya yaxınlaşmış, kiprik ustası təxminən 40 dəqiqə kipriyini düzəltdikdən sonra gözünün altına yapışdırdığı yapışqan lenti sərt sökərək onu incitmiş, o isə reaksiya verərək asta olmasını, özünü incitdiyini bildirdikdə, həmin qadın bunun belə olduğunu, əgər ağrıdırsa özünün sökməsini deyəyək ona iradını bildirmişdir. O isə səs tonunu qaldıraraq pul verdiyini, buna görə də həmin yapışqanı ustanın özünün sökməli olduğunu bildirmişdir. Bundan sonra həmin salonun zirzəmisində olan adını bilmədiyi digər qadın usta ona şər ataraq “narkoman”, “hallı” olduğunu demiş, o isə həmin qadının üzərinə gedib hər zaman yoxlanılmağa hazır olduğunu, hərbi qulluqçu olduğunu demiş, bununla da həmin qadının üzərinə gedərkən kənarda olan digər qırmızı paltarlı qadın onun belindən təpiklə vurmuş, o, müvazinətini itirərək yerə yıxılmış, ayağa qalxdıqdan sonra öz mobil telefonunu çıxararaq ona etdikləri qanunsuzluqları videoqeydə almaq istəyərkən, həmin vaxt “Selcan Beauty” gözəllik salonunun birinci mərtəbəsində olan tanımadığı digər şəxslər də zirzəmiyə düşərək üstünə hücum etməklə, onun şəxsi mobil telefonunu əlindən almaq istəmiş, onun burun, baş, sol qoluna və omba nahiyəsinə vuraraq xəsarət yetirmişlər. Mübahisəyə ilk olaraq onun ünvanına nalayiq sözlər işlədildiyi üçün özü başlamış, nalayiq ifadə işlədən həmin qadının üzərinə gedərkən kənarda olan digər qırmızı paltarlı qadın olduğunu düşündüyü, lakin sonradan kimliyini öyrəndiyi Zərərçəkmiş şəxs3 adlı kişi cinsli şəxs onun belindən təpiklə vurmuş, bundan sonra o yerə yıxılmışdır. Bundan sonra onu zirzəmidə mühasirəyə alaraq çölə çıxmağa imkan verməmişlər. Bundan təxminən 30-40 dəqiqə sonra Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları gəlmiş, bununla da mübahisə bitmiş və polis əməkdaşları hamını polis şöbəsinə aparmışlar. “Selcan Beauty” gözəllik salonunda yalnız Zərərçəkmiş şəxs3 onu vurduqdan sonra duraraq özünü müdafiə üçün sonuncunun arxa nahiyəsinə təpik atsa da, zərbə sonuncuya dəyməmişdir. Həmin vaxt qarışıqlıqda özünü müdafiə etmək üçün əlinin Zərərçəkmiş şəxs3 hər hansı bir nahiyəsinə dəydiyini istisna etmir, lakin qəsdlə Zərərçəkmiş şəxs3 vurmamış, sonuncunun hansı şəraitdə xəsarət alması barədə məlumatı yoxdur. Geri qalan digər şəxslər onun şəxsi telefonunu ondan almaq istəyərkən dartışan zaman əlinin onlara dəydiyini ehtimal edir. Lakin qərəzli şəkildə qəsdən həmin şəxslərin heç birini vurmamış, vursa da, ilk olaraq həmin şəxslərin onu vurduqları üçün özünü müdafiə məqsədilə əl-qol atmışdır. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 onun şəxsi mobil telefonunu onun əlindən alarkən onu yerə yıxaraq başına və digər nahiyələrinə sillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxsN xəsarətləri barədə hər hansı bir fikiri yoxdur. Zərərçəkmiş şəxs1 mübahisə bitdikdən sonra görmüş, aralarında hər hansı sözlü mübahisə, həmçinin təmas olmamışdır. Zərərçəkmiş şəxs1 hansı şəraitdə xəsarət alması barədə heç bir fikiri yoxdur, həmin vaxt əsəbi olduğu üçün və ara qarışdığı üçün orada kimlərin olduğunu xatırlamır. Həmin vaxt tanımadığı şəxslər onun burun, baş, sol qoluna və omba nahiyəsinə vurmuş, onu əsas vuranlar sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 olmuşdur. Aralarında baş verən münaqişə təxminən 30-40 dəqiqə davam etmiş, münaqişə zamanı səs-küy yaranmış, salonun işçiləri onu təkləyərək səs-küy salmış, orada olan tanımadığı müştərilər təşvişə düşərək həmin salonu tərk etmişlər. Həmin vaxt qarışıqlıq düşsə də, heç bir əşyanı sındırmamış, salonda olan həmin şəxslər onu vurarkən həmin əşyaların sındığını düşünür. ŞahidN Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, N01N-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Selcan Beauty” gözəllik salonunu anası Şahid4 ilə birlikdə icarə əsasında işlədir. N5 yanvar N3-cü il tarixdə saat 18 radələrində “Selcan Beauty” gözəllik salonunun birinci mərtəbəsində tələbələrə qaş və kiprik qaynağı üzrə kurs keçmiş, həmçinin həmin mərtəbədə salonun ustaları tərəfindən tanımadığı müştərilərə qaş qaynağı xidməti göstərilmişdir. Həmin vaxt o, zirzəmidə, yəni aşağı mərtəbədə səs-küyün olduğunu eşidib işlərini yarımçıq saxlayıb nə baş verdiyini dəqiqləşdirmək məqsədi ilə salonun zirzəmisinə düşmüşdür. Həmin vaxt salonun işçisi Şahid5 da məlumat vermək üçün yuxarı qalxmış, o, anası Şahid4 və Şahid5 salonun zirzəmisinə enmişlər. Həmin vaxt ad və soyadını sonradan bildiyi gözəllik salonunun müştərisi Təqsirləndirilən şəxs gözəllik salonunun işçisi Şahid5 üstünə hücüm edərək səs-küy salmışdır. Özü və ondan başqa salonun digər işçiləri də yaxınlaşıb Şahid5 ilə Təqsirləndirilən şəxs sakitləşdirmişlər. Həmçinin salonda olan tanımadığı müştərilər və tələbəsi Şahid3 Təqsirləndirilən şəxs hərəkətlərinə dayanıb baxmışlar. Təqsirləndirilən şəxs heç kəsə əhəmiyyət qoymadan Şahid5 başqa orada olan salonun digər işçilərini Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 (Loren ləqəbli) nalayiq sözlərlə (guya ki gözəllik salonunda masaj xidmətləri və digər pis xidmətlər göstərilməyini söyləməklə onlara şər atmış) təhqir etmişdir. Özü Şahid5 nə baş verdiyini soruşduqda sonuncunun deməsinə görə, müştəri Təqsirləndirilən şəxs kipriyi qaynaq edildikdən sonra salonun yeni iş öyrənməyə başlayan tələbəsi Şahid1 Təqsirləndirilən şəxs kipriyinin alt hissəsində olan tüklərin götürülməsi üçün istifadə etdiyi yapışqan lenti çıxaran zaman heç bir səbəb olmadan Təqsirləndirilən şəxs tələbə Şahid1 “eşşək” demişdir. Bundan sonra Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs lenti özünün çıxarmasını təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs Ramiləni söymüş, eyni zamanda sonuncuya və Şahid5 əl-qol ataraq mübahisə etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaxınlaşıb salonun sahibi olduğunu və əsassız yerə mübahisə etdiyini başa salıb sakit olmağını xahiş etdikdə sonuncu salondan olan taxta masanı qaldıraraq onun üzərinə itələmiş və masa yerə aşarkən onun qoluna dəymiş, həmin vaxt o, sol qolunda ağrı hiss etmişdir. Bu zaman salonda olanlar özünü Təqsirləndirilən şəxs müdafiə etməyə çalışmış, sonuncu isə salonun işçilərinə yaxınlaşıb əlləri ilə itələyib qışqırmış, bundan başqa salonda olan əşyaları salonun işçilərinin üstünə atmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs orada olan masaj masalarının birinə təpik vurduqda masa yerə aşaraq qatlanmış və onun ayağı həmin qatlanan hissədə qalmışdır. Həmin an o, ayaq və bud nahiyələrində şiddətli ağrı hiss etmişdir. Təqsirləndirilən şəxs isə heç kəsə əhəmiyyət vermədən öz hərəkətlərinə davam edərək salonun bütün işçilərini söyüb təhqir etmişdir. Əfsanə bütün hərəkətlərini özünün mobil telefonuna aid videokamera ilə çəkmiş, həmçinin əlləri ilə sinəsinə vurub hərbçi olmaqla, özünü şəhid ailəsi olaraq qələmə verib qışqırmışdır. Təqsirləndirilən şəxs salonun onu sakitləşdirməyə cəhd edən işçilərinə - Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 xəsarət yetirmişdir. Əfsanə salonda ona aid olan əşyaları məhv edərək yararsız hala salmaqla, ona maddi ziyan da vurmuşdur. Həmin hadisə təxminən 40 dəqiqə ərzində davam etmişdir. Tələbəsi Şahid3 DİN-in 10N xidməti zəng mərkəzinə telefon zəngi edib Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat verikdən sonra hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı 01 ədəd masanı, 04 ədəd masaj stolunu, 01 ədəd su dispenser aparatını və salonun reklam lövhəsinin çərçivəsini sındırmışdır. Həmçinin, Təqsirləndirilən şəxs onları və salonu mobil telefonla videoya çəkərək sosial şəbəkələrdə paylaşacağını bildirmiş və onları biabır edəcəyi ilə hədələmiş, həmin vaxt salonda başqa müştərilər olmuş, hicablı olan Zərərçəkmiş şəxsN həmin vaxt başı açıq olmuş, Təqsirləndirilən şəxs video çəkməsinin və xoşagəlməz nəticələrə gətirib çıxarmasının qarşısını almaq üçün sadəcə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qanunsuz telefon çəkilişini dayandırmağı tələb etmişlər. İstintaqa da təqdim etdiyi videolardan da göründüyü kimi, qırmızı geyimdə Şahid1 müştəri Təqsirləndirilən şəxs kipriyini düzəldərkən sonuncu salonun tələbəsinə irad bildirmiş, kənarda oturan sarı saçlı qadın Zərərçəkmiş şəxsN nəsə demişdir. Daha sonra isə Şahid5 onların yanına yaxınlaşmış, Təqsirləndirilən şəxs masaj stolunun üzərinə çıxıb Şahid5 üzərinə hücum edərkən Zərərçəkmiş şəxs3 araya girmişdir. Zərərçəkmiş şəxsN göstərmişdir ki, N0-ci ildən “Selcan Beauty” gözəllik salonunda kiprik qaynaq ustasının köməkçisi kimi işləyir. N5 yanvar N3-cü il tarixdə Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən həmin salonda işdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs kipriyini qaynağ etdirmək üçün onlara ayrılan sahəyə yaxınlaşaraq uzanmışdır. Salonda olan köməkçi Şahid1 müştərinin kipriyinin qaynağını təxminən 40 dəqiqə ərzində edib bitirdikdən sonra göz altına yapışdırılan yapışqanı sökərkən Təqsirləndirilən şəxs qışqıraraq incidildiyini bildirmiş, həmin vaxt sonuncunun Şahid1 “eşşək” dediyini eşitmişdir. Şahid1 utandığından heç nə deməmiş, özü isə Təqsirləndirilən şəxs bir az sakit olmasını xahiş etmiş, çünki həmin zirzəmidə onlardan başqa digər müştərilər və ustalar da olmuşdur. Təqsirləndirilən şəxs isə onun sözlərindən sonra onlara pul ödədiyini, işlərini düzgün görməyi bildirərək onların üstünə qışqırmışdır. Sonra həmin ayrılan sahədə oturub deyinməyə və nalayiq sözlərdən istifadə etməyə başlamış, həmin vaxt Şahid5 da müdaxilə edərək etdiyi qanunsuz hərəkətləri dayandırmağı tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs masaj stolunun üstünə çıxaraq əl qol hərəkətləri ilə Siman İsayevanı təhqir etməyə davam etmiş və anidən sonuncunun üzərinə hücum çəkmiş, həmin vaxt salonda olan Loren (Zərərçəkmiş şəxs3) araya girərək Təqsirləndirilən şəxs hücumunun qarsısını almışdır. Həmin vaxt sonuncu hündürdən atıldığı üçün yerə yıxılmış, lakin Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmişdir. Onlar Təqsirləndirilən şəxs sakitləşmədiyini və ətrafda olan hər kəsi nalayiq ifadələrlə təhqir etdiyini gördükdən sonra salonun müdiriyyətini çağırmağa qərar vermişlər. Bu zaman Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs müdaxilə edərək çölə çıxartmaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 saçlarından tutaraq “padval fahişələri” sözünü işlətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ayağına təpiklə vurmuş, qoluna isə əli ilə vurmuşdur. Daha sonra aşağı - səs-küyə Zərərçəkmiş şəxs1, Şahid4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və digər şəxslər də gəlmişlər. Şahid4 və Zərərçəkmiş şəxs1 salonun sahibi olduqlarını bildirərək Təqsirləndirilən şəxs probleminin nə olduğu ilə maraqlanmışlar, lakin sonuncu sakitləşməmiş, blogger olduğunu, onların salonunu paylaşaraq biabır edəcəyini, hərbi qulluqçu olduğunu bildirmişdir. Həmin vaxt onun da ayağına təpiklə vurmuş, qollarına xəsarət yetirmiş, həmçinin vurduğu zərbə onun sağ göz nahiyəsinə də dəymişdir. Həmin vaxt ara çox qarışmış, səs-küy yaranmışdır. Digər usta köməkçilərini vurub-vurmamasını tam olaraq xatırlamır. Həmin vaxt Təqsirləndirilən şəxs masaj stollarının (kuşetkalar) bəzilərini sındırmışdır. Özü hicablı olsa da, salonda hər kəs qadın olduğu üçün başı açıq çalışır. Təqsirləndirilən şəxs da onları videoya çəkərək sosial şəbəkələrdə paylaşacağını və onları biabır edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs əlindən telefonu almaq istəyərkən sonuncu həmin şəxslərə də xəsarət yetirmişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu vurarakən özünü müdafiə etmək üçün sonuncunu kənarlaşdırmaq məqsədilə arxa nahiyəsinə bir dəfə şillə zərbəsi ilə vurmuş, xəsarət yetirmək niyyətində olmamış, sadəcə sonuncu onun ayaq, qol və üz nahiyələrinə zərbələr vurduğu üçün özünü müdafiə etmək və uzaqlaşdırmaq üçün sillə vurmuşdur. Qarışıqlıq olduğu üçün Təqsirləndirilən şəxs həmin vaxt kimlərin vurduğunu tam olaraq xatırlaya bilmir. Aralarında baş verən münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Baş verən münaqişə zamanı səs-küy yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan şəxslərə və digər tanımadığı müştərilərə narahatçılıq yaratmışdır. Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ləqəbi Lorendir, NN-ci ilin dekabr ayından Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Selcan Beauty” gözəllik salonunda qaş və kiprik qaynağı kursuna başlamışdır. N5 yanvar N3-cü il tarixdə saat 18-19 radələrində “Selcan Beauty” gözəllik salonunun zirzəmisində tanımadığı müştəriyə kiprik qaynağı edərkən ondan təxminən 1 metr aralıda salonun zirzəmisində ad və soyadını sonradan bildiyi gözəllik salonunun müştərisi Təqsirləndirilən şəxs salonun usta köməkçisi Şahid1 kiprik qaynağı etmişdir. Eyni zamanda salonun zirzəmisində həmin vaxt Zərərçəkmiş şəxsN, Şahid5 və hazırda xatırlamadığı digər usta və tələbələr, eyni zamanda müştərilər də olmuşdur. Şahid1 kiprik qaynağı işini yekunlaşdıran ərəfələrdə müştəri Təqsirləndirilən şəxs kipriyini qaynaq etdikdən sonra kipriyinin alt hissəsində olan tüklərin götürülməsi üçün istifadə etdiyi yapışqan lenti çıxaran zaman heç bir səbəb olmadan Əfsanə Ağamaoğlanova əvvəlcə Şahid1, daha sonra isə Şahid5 və Zərərçəkmiş şəxsN söyərək «eşşək» və digər nalayiq ifadələr (fahişə və.s) deyib əl-qol ataraq mübahisə etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbi şəkildə əl-qol hərəkətləri ilə nalayiq ifadələrinə davam edərək anidən masaj stolunun üzərinə qalxaraq Şahid5 üzərinə hücum etdikdə o, araya girmiş və Təqsirləndirilən şəxs hücumunun qarşısını almış, sonuncunu sakitləşdirmək üçün qucaqlayıb masaj stoluna (kuşetkaya) oturtmuşdur. Bundan sonra onda epilepsiya xəstəliyi olduğu üçün halı pisləşdiyindən özü də stolda oturmuşdur. Təqsirləndirilən şəxs isə qışqıraraq səs-küy salıb salondakı şəxsləri narahat etməkdə davam etmiş, bundan sonra sonuncunun sakitləşmədiyini görüb birinci mərtəbəyə qalxmaq istəyərkən Təqsirləndirilən şəxs yenidən onun üstünə gələrək ayağına təpiklə vurmuş, sonra o, geri fırlanıb Təqsirləndirilən şəxs itələyib özündən uzaqlaşdırmış və özünü müdafiə etməyə çalışmışdır. O, Təqsirləndirilən şəxs heç bir formada xəsarət yetirməmişdir. Sonuncu isə həmin vaxt onun sağ qoluna əli ilə zərbələr endirmiş, həmin vaxt salonun müdiri Zərərçəkmiş şəxs1 və anası Şahid4 zirzəmiyə düşmüşlər. Təqsirləndirilən şəxs hərbçi olduğunu, şəhid bacısı olduğunu, heç kimin özünə heç nə edə bilməyəcəyini deyib nalayiq ifadələr (fahişələr) işlədərək qışqırmışdır. Bundan sonra qarışıqlıq, səs-küy yarandığı üçün və əsəbləşdiyinə görə özündən gedərək bayılmışdır. Bir daha həmin salonun giriş qapısının qarşısında özünə gəlmişdir. Həmin vaxt oraya polis və təcili tibbi yardım əməkdaşlarının gəldiyini görmüşdür. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində izahatları alınmış, həmçinin xəsarət alan işçiləri məhkəmə tibbi ekspertizadan keçirmişlər. Daha sonra o, “Selcan Beauty” gözəllik salonuna qayıtdıqdan sonra belində ağrılar və ürək bulantıları olduğu üçün təcili tibbi yardım çağıraraq X6 Travmatologiya şöbəsinə aparmışlar. Orada 1-N saat müalicə olunduqdan sonra evə buraxılmışdır. Həmçinin, salonda Zərərçəkmiş şəxs1 məxsus əşyalar Təqsirləndirilən şəxs tərəfindən zədələnmiş, bir çoxu yararsız hala düşmüşdür. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə bildirməklə bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs4 bildirmişdir ki, N5 yanvar N3-cü il tarixdə saat 18-19 radələrində “Selcan Beauty” gözəllik salonunun birinci mərtəbəsində olan ikinci otağında ad, soyad və ata adını bilmədiyi qadın müştəriyə qaş permanenti edərkən qışqırıq və səs-küyə çıxaraq gözəllik salonunun digər otağına keçmişdir. Həmin vaxt zirzəmiyə düşdükdə Zərərçəkmiş şəxs3 (Lorenin) özündən gedərək uzanıqlı vəziyyətdə kuşetkada (masaj masasında) uzanıqlı olduğunu görmüş, yaxınlaşıb Zərərçəkmiş şəxs3 (Lorenə) kömək etmək istəyəndə sonradan şəxsiyyəti ona məlum olan gözəllik salonunun müştərisi Təqsirləndirilən şəxs səs-küy saldığını, çığırdığını və salonda olan əşyaları sındırdığını görmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özünə aid mobil telefon ilə onları çəkməyə başlamış, həmin vaxt salonda onlara aid şəxsi şəkillər olduğundan, həmçinin hicablı qadın olduğundan çəkilişin aparılmaması üçün o və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs yaxınlaşaraq telefonunu yığışdırmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əməlini dayandırmadığı üçün o və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs telefonunu əlindən alıb çəkilişi dayandırmaq istəyərkən sonuncu onun sağ qoluna və boğazına, sinə nahiyəsinə əlləri ilə xəsarət yetirmiş, sonuncu Zərərçəkmiş şəxs5 də əl-qol ataraq xatırlamadığı nahiyələrinə xəsarət yetirmişdir. Həmin vaxt o, özünü ancaq müdafiə etməyə çalışmış, Təqsirləndirilən şəxs isə hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı ona müxtəlif təhqiramiz sözlər işlətmiş, o isə sonuncuya qarşı hər hansı formada nalayiq ifadə işlətməmiş, yalnız özünü müdafiə etmiş və Əfsanənin salonu videogörüntüylə çəkməsinin, daha çox əşyalara və şəxslərə ziyan vurmasının qarşısını almağa çalışmışdır. Aralarında baş verən münaqişə zamanı səs-küy yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs ustalara, tələbələrə və digər tanımadığı müştərilərə narahatlıq yaratmışdır. Həmin vaxt o, digər tələbələr və işçilərdən kimsə Əfsanəni vurmamış, sonuncu özüözünə xəsarət yetirmiş, həmçinin özünü masalara vurmuşdur. O, Təqsirləndirilən şəxs vurmamışdır. Təxminən 15 dəqiqə sonra həmin salona Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin və təcili-tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə bildirməklə bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmiş və bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs mobil telefon ilə onları videokamera vasitəsilə çəkməyə başlamış, həmin vaxt salonda onlara aid şəxsi fotoşəkillər, həmçinin hicablı qadın olduğundan çəkiliş aparılmaması üçün o və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs yaxınlaşaraq telefonunu yığışdırmasını xahiş etmiş, sonuncu etdiyi hərəkətləri dayandırmadığından o və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs telefonunu əlindən alıb çəkilişi dayandırmaq istəyərkən sonuncu onun sağ qoluna, burnuna, sol qoluna və boğazına əl ataraq xəsarət yetirmişdir. O, isə bu zaman özünü müdafiə üçün geri çəkilmiş, bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 da müxtəlif xəsarətlər yetirmişdir. Şahid1 göstərmişdir ki, N5 yanvar N3-cü il tarixdə saat 18-19 radələrində “Selcan Beauty” gözəllik salonunun zirzəmisində ilk dəfə gördüyü müştəri Təqsirləndirilən şəxs kiprik qaynağı etdirmək üçün onlara yaxınlaşmış, digər işçilər başqa müştərilərlə məşğul olduğu üçün sonuncunun kipriyinin düzəldilməsi ilə o məşğul olmağa başlamışdır. Kiprik qaynağının düzəldilməsi təxminən 40 dəqiqə çəkmiş, sonda o, Təqsirləndirilən şəxs kipriyinin alt hissəsində olan tüklərin götürülməsi üçün istifadə etdikləri yapışqan lenti çıxaran zaman heç bir səbəb olmadan Təqsirləndirilən şəxs onu təhqir edərək ona “bir az yavaş ol” demiş, o isə “yaxşı” demişdir. Bundan sonra yenidən sonuncu əsəbi şəkildə ona “eşşək, yavaş ol” demiş və onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Həmin vaxt o, utandığından heç nə deyə bilməmiş, çünki həmin vaxt salonda onu tanıyan və tanımayan çox insan olmuşdur. Onun əvəzinə salonda olan Şahid5 Təqsirləndirilən şəxs irad bildirərək içəridə müştərilərin olduğunu və söyüş söyməməyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs stolda oturaq vəziyətə gələrək əl-qol hərəkətləri ilə Şahid5 üstünə qışqıraraq sonuncunu təhqir etməyə başlamış, eyni vaxtda Zərərçəkmiş şəxsN da sonuncuya haqlı iradlarını bildirsə də, Təqsirləndirilən şəxs yenə də sakitləşməmiş və Ramiləni də təhqir etməyə başlamışdır. Həmin vaxt özü sakit dayanmış və olanları izləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaj masasının üstünə çıxaraq əl-qol hərəkətləri ilə Şahid5 təhqir etməyə davam etmiş və anidən sonuncunun üzərinə hücum çəkmişdir. Həmin vaxt salonda olan Loren (Zərərçəkmiş şəxs3) araya girərək Təqsirləndirilən şəxs hücumunun qarsısını almış, həmin vaxt sonuncu hündürdən atıldığı üçün yerə yıxılmışdır. Şahid5 salonun müdiriyyətini çağırmaq məqsədilə yuxarı qalxdıqda Şahid4 və Zərərçəkmiş şəxs1 da aşağı düşmüşlər. Bundan bir qədər əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üzərinə hücum çəkmiş və təpik zərbəsi vurmuş, sonuncu isə həmin vaxt yalnız özünü müdafiə etməyə çalışmış, Şahid4 gəldikdən sonra, sonuncu da Təqsirləndirilən şəxs sakitləşdirmək üçün kənara çəkmiş, bundan başqa sonuncu yenə də digər nalayiq ifadələr (fahişə və.s) deyib əl-qol ataraq ətrafdakı şəxslərlə mübahisə etmişdir. Təqsirləndirilən şəxs salondakı əşyalara da vuraraq bir çoxunu yararsız hala salmış, həmçinin masalara vurarkən Zərərçəkmiş şəxs1 da xəsarət yetirmişdir. Şahid3 10N xidmətinə məlumat verdikdən sonra həmin vaxt oraya polis və təcili-tibbi yardım əməkdaşlarının gəldiyini görmüşdür. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs vurmamış, sonuncunun səs-küy salarkən özünü masalara vuraraq xəsarət aldığını düşünür. Təqsirləndirilən şəxs “tiktoker” olduğunu bildirməklə onları videogörüntüyə çəkməklə, biabır edəcəyini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs əlindən mobil telefonu almağa çalışmışlar. Lakin sonuncu həmin telefonunu alt paltarının içərisinə atmış, bundan sonra Təqsirləndirilən şəxs telefonunu götürə bilməmişlər. Həmçinin Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 da Əfsanəyə heç bir xəsarət yetirməmiş, zor tətbiq etməmişlər. Bundan başqa digər işçilərin də Təqsirləndirilən şəxs vurmasını görməmişdir. Şahid5 göstərmişdir ki, N5 yanvar N3-cü il tarixdə saat 19 radələrində həmin salonun zirzəmisində Zərərçəkmiş şəxsN kömək edərkən növbəti müştəri Təqsirləndirilən şəxs kipriyini qaynağ etdirmək üçün onlara ayrılan sahəyə yaxınlaşaraq masaj salonuna uzanmış, həmin şəxsə xidməti salonda çalışan Şahid1 göstərmiş, Təqsirləndirilən şəxs kipriyinin qaynağını təxminən 40 dəqiqə ərzində edib bitirdikdən sonra Şahid1 sonuncunun göz altına yapışdırılan yapışqanı sökərkən Təqsirləndirilən şəxs qışqıraraq incidildiyini bildirmiş və Şahid1 “eşşək” deyərək təhqir etmişdir. Bu vaxt Zərərçəkmiş şəxsN müştəriyə bir az sakit olmasını xahiş etmiş, çünki həmin zirzəmidə onlardan başqa digər müştərilər və ustalar da olmuşdur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxsN sözlərindən sonra onlara pul ödədiyini, işlərini düzgün görməyi bildirərək onların üstünə qışqıraraq nalayiq sözlərlə təhqir etmişdir. Sonra həmin ayrılan sahədə oturub deyinməyə başlamışdır. Təqsirləndirilən şəxs blogger olduğunu, bundan başqa hərbi qulluqçu olduğunu, onların salonunu paylaşaraq biabır edəcəyini bildirmişdir. Həmin vaxt zirzəmidə Zərərçəkmiş şəxs3 (Loren ləqəbli) və digər tanımadığı müştərilər olmuş, Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs sakitləşdirmək üçün onların dialoquna müdaxilə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs nalayiq sözlər işlətmiş, həmin vaxt o da Təqsirləndirilən şəxs içəridə müştərilər olduğunu, həmin şəxsləri narahat etməməsini və nalayiq ifadələr işlətməməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs təhqir etməsə də, sadəcə barəsində “halı özündə deyil” sözünü işlətmiş, sonuncu isə ona nalayiq ifadələr işlədərək üzərinə hücum çəkmək istədikdə Zərərçəkmiş şəxs3 araya girmiş, Təqsirləndirilən şəxs hündürdən onun üstünə tullanmaq istədiyi üçün həmin vaxt yerə yıxılmışdır. Bu zaman Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs müdaxilə edərək çölə çıxartmaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 saçlarından tutaraq “padval fahişələri” sözünü işlətmişdir. Zərərçəkmiş şəxs3 bundan sonra oradan qaçıb getmək istədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ayağına təpiklə, qoluna isə əli ilə vurmuşdur. Bundan sonra isə Zərərçəkmiş şəxs3 epilepsiyası olduğundan özündən getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN ayağına təpiklə vuraraq qollarını dırnaqları ilə cırmış, həmin vaxt ara çox qarışmış, səs-küy yaranmışdır. Şahidlər Şahid4, ŞahidN və Şahid3 oxşar məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş raportdan görünür ki, vətəndaş Şahid3 N5 yanvar N3-cü il tarixdə saat 19:36-da Daxili İşlər Nazirliyinin 10N Xidmətinə zəng edərək Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsində müdiri olan Aytəkin adlı şəxsi müştərinin döyməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 N5 yanvar N3-cü il tarixdə Bakı Şəhəri Nərimanov RPİ-in 17-ci PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 19:30 radələrində işlədiyi Nərimanov rayonu Faiq Yusifov küçəsində fəaliyyət göstərən “Selcan Beauty” gözəllik salonuna müştəri qismində gəlib özünün hərbi qulluqçu olduğunu bildirən Əfsanə adlı qadının anidən mübahisə edərək ona və salonda olan digər işçilərə xəsarət yetirməsi, əşyalara maddi ziyan vurması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsN N5 yanvar N3-cü il tarixdə Bakı Şəhəri Nərimanov RPİ-in 17-ci PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 19:30 radələrində işlədiyi “Selcan Beauty” gözəllik salonuna müştəri qismində gələn Əfsanə adlı qadının anidən onu təhqir edərək xəsarət yetirməsi, əşyalara maddi ziyan vurması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 N5 yanvar N3-cü il tarixdə Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 19:30 radələrində işlədiyi “Selcan Beauty” gözəllik salonuna müştəri qismində gəlib özünün hərbi qulluqçu olduğunu bildirən Əfsanə adlı qadının anidən mübahisə edərək ona və salonda olan digər işçilərə xəsarət yetirməsi, əşyaları sındırması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs5 N5 yanvar N3-cü il tarixdə Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 19:30 radələrində işlədiyi “Selcan Beauty” gözəllik salonuna müştəri qismində gəlib özünün hərbi qulluqçu olduğunu bildirən Əfsanə adlı qadının anidən mübahisə edərək ona və salonda olan digər işçilərə xəsarət yetirməsi, onları təhqir etməsi və əşyaları sındırması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs4 N5 yanvar N3-cü il tarixdə Bakı Şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 19:30 radələrində işlədiyi “Selcan Beauty” gözəllik salonuna müştəri qismində gəlib özünün hərbi qulluqçu olduğunu bildirən Əfsanə adlı qadının anidən mübahisə edərək ona və salonda olan digər işçilərə xəsarət yetirməsi, əşyaları sındıraraq onları təhqir etməsi barədə məlumat vermişdir. N5 yanvar N3-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən “Selcan Beauty” adlı gözəllik salonudur, həmin salon qadınlara kiprik düzəldilməsi üçün nəzərdə tutulmuşdur, Təqsirləndirilən şəxs və gözəllik salonunun işçiləri arasında dava həmin yerdə baş vermişdir. 1 fevral N3-cü il tarixli “diskin yaddaşında olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntülərdə ani olaraq Təqsirləndirilən şəxs qara saçlı qızın üzərinə hücum çəkir, araya isə qırmızı koftalı, yəni Zərərçəkmiş şəxs3 olması məlum olan cinsi azlıq nümayəndəsi Təqsirləndirilən şəxs tutub masanın üzərinə yıxır, sonra Təqsirləndirilən şəxs qalxıb əlində nə iləsə Zərərçəkmiş şəxs3 üzərinə cumur, burada ara qarışır. Şahid4 olması məlum olan qırmızı koftalı bir başqa qadın isə Təqsirləndirilən şəxs sakitləşdirmək və müdafiə etmək üçün tutub kənara aparır. Diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim olunan 1-ci videogörüntüdə qırmızı rəngli geyimdə Zərərçəkmiş şəxs3 olması ehtimal edilən şəxs sol əli ilə boyun nahiyəsini ovxalayır. Eyni zamanda başı üzərində bir nəfər şəxs dayanmışdır. Zərərçəkmiş şəxs3 olması ehtimal edilən şəxsin dediyi sözlər anlaşılmasa da videogürüntüdə görünməyən, lakin səsi eşidilən şəxsin dediyi “neçə nəfərdi ekspertizaya?” sözlərindən videogörüntünün hadisə gününə, yəni N5 yanvar N3-cü il tarixə aid olması ehtimal edilir. N-ci videogörüntünün üzərinə “Dövlət işçisi hərbi qulluqçu deyib salonu dağıtdı. Salon işcilərinə xəsarət yetirdi” sözləri qeyd edilmişdir. Həmin görüntülərdə qara rəngli qolsuz kofta və qara rəngli idman şalvarında Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs “mən dövlət işçisiyəm, hərbi qulluqçuyam mən. Sənin ağzıvıı... gedirik, səni də..” məzmunlu sözlərdən istifadə edir. Eyni zamanda videogörüntüdə görünməyən gözəllik salonunun işçiləri olması ehtimal edilən şəxslər tərəfindən “hərbi qulluqçu belə hoqqa verir? Dövlətin adını sən batırırsan.” sözlərinin istifadə edildiyini müşahidə olunur. 3-cü görüntü “Selcan beauty” gözəllik salonunun aşağı mərtəbəsində yerləşən təhlükəsizlik kameraları ilə qeydə alınmışdır. Görüntünün yuxarı hissəsində tarix “xx.xx.N3”, saat isə “19:N8” olaraq qeyd olunmuşdur. Qeyd edilən videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs sıra ilə salona yerləşdirilmiş masaj stollarının birində uzanmışdır. Azyaşlı övladı Onur Osmanlı olması ehtimal edilən şəxs onun yanındadır. Başı üzərində qırmızı rəngli geyimdə Şahid1 olması ehtimal edilən gözəllik salonunun tələbəsi kosmetik işlər görür. Görüntülərin N8-ci saniyəsində ondan iki stol aralarıda olan oturaq vəziyyətdə dayanmış, qara rəngli geyimdə, sarı saçlı Zərərçəkmiş şəxsN olması ehtimal edilən şəxsin Təqsirləndirilən şəxs tərəf danışdığı görünür. 47-ci saniyədə isə Şahid5 olması ehtimal edilən salon işçisi Təqsirləndirilən şəxs tərəf gedir. Videogörüntünün 50-ci saniyəsində Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs masaj stolunda uzanıqlı vəziyyətdən oturaq vəziyyəti alır və Şahid1, Zərərçəkmiş şəxsN, Şahid5 olması ehtimal edilən şəxslərə tərəf əl-qol hərəkətləri ilə danışaraq əsəbi halda nəsə deyir. Daha sonra Şahid5 olması ehtimal edilən şəxs kənara gedir, Təqsirləndirilən şəxs isə yenidən uzanır. Qeyd olunan videogörüntünün 01 dəqiqə 14-cü saniyəsində Təqsirləndirilən şəxs olması ehtimal edilən qadın yenidən uzandığı yerdən qalxaraq dizləri üstə dayanır və salonun digər tərəfinə doğru əsəbi halda əl-qol hərəkətləri ilə nəsə edir. 01 dəqiqə N4-cü saniyədə Şahid5 olması ehtimal edilən qadın ona tərəf yaxınlaşdıqda Təqsirləndirilən şəxs masaj stolunun üzərinə qalxaraq yerdə olan Şahid5 üzərinə hücum edir, Zərərçəkmiş şəxs3 olması ehtimal edilən qırmızı rəngli geyimdə olan şəxs onların arasında girərək Təqsirləndirilən şəxs hücumunun qarşısına alır və sonuncunu yerə yıxır. Növbəti videogörüntü də təhlükəsizlik kameraları ilə qeydə alınmışdır. Görüntünün yuxarıda hissəsində tarix “xx.xx.N3”, saat isə “19:30” olaraq qeyd olunmuşdur. Qeyd edilən videogörüntüdə Şahid5 və Zərərçəkmiş şəxs3 olması ehtimal edilən şəxslər növbə ilə videogörüntülərin qeydə alındığı zaldan çıxırlar. Həmin vaxt Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs qaçaraq sağ ayağı ilə Zərərçəkmiş şəxs3 təpik zərbəsi vurur. Sonuncu geri qayıdaraq özünü müdafiə etməyə çalışdıqda Təqsirləndirilən şəxs əlində olan mobil telefon olması ehtimal edilən əşya ilə Zərərçəkmiş şəxs3 vurmağa davam edir. Videogörüntünün 11-ci saniyəsində Şahid5, Şahid4 və Zərərçəkmiş şəxs1 olması ehtimal edilən şəxslər hadisənin olduğu yerə daxil olurlar. Şahid5 və Şahid4 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs əlindən alırlar. Şahid4 olması ehtimal edilən qırmızı rəngli kofta, qara rəngli şalvarda olan qadın Təqsirləndirilən şəxs saxlayaraq kənara çəkir. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid5 olması ehtimal edilən şəxsə tərəf boylanaraq nəsə deyir. Onlar bir-birlərini üzərinə getdiyi vaxt ətrafda olan şəxslər vasitəli onlar saxlanılır və kənara çəkilir. Növbəti fotoşəkildə Zərərçəkmiş şəxs3 olması ehtimal edilən şəxs masaj stolunun üzərinə uzadılmışdır və ona tibbi yardım göstərilir. Eyni zamanda kənarda sınmış bir ədəd masa və yerə düşmüş reklam lövhəsi görünür. Digər bir videogörüntüdə hadisə vaxt zədələnmiş əşyaların son vəziyyəti lentə alınmışdır. Ondan sonrakı videogörüntüdə qırmızı rəngli geyimdə Zərərçəkmiş şəxs3 olması ehtimal edilən şəxs divanda əyləşmişdir, səhhətində narahatlıq olduğu görünür, yanında təcili tibbi yardım əməkdaşları vardır. Sonuncu videogörüntünun Təqsirləndirilən şəxs məxsus “Əfoş” adı ilə qeydə alınmış “Tiktok” hesabının canlı efirində lentə alındığı görünür. Qeyd olunan canlı efirdə Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs N5 yanvar N3-cü il tarixdə gözəllik salonunda baş vermiş hadisə haqqında danışaraq aşağıda məzmunda sözlərdə istifadə edir: “getdik filankəsnən qırğına çıxdıq, kim kimə qoydu qoydu oldu. Burda bir qəbahətlik birşey yoxdu. Qadınıq, dalaşmışıq. Söhbət onnan getmir. Söhbət onnan gedir ki, bu dınqış var ha, bu dınqış, çəkib atıblar mənə, girib profilimə “bunu kimsə etməli idi buna, hamıya işilən”. Azz bunu mənə heşkim heşnə eliyə bilməz. Salonda dalaşmışam, birin mənə onlar vurublarsa. Birinci mən cummuşam. N0 nəfər tökülüşüb üstümə. Birinci mən vurub, birinci mən cumub təpiyi də mən vurmuşam. Birinci mən cumub təpiyi də mən vurmuşam. O ki, qaldı ki, abratqası. Abratqası da ki, day N0 nəfərə gücüm çatmaz axı mənim, bir nəfərəm, təkcə bir nəfər. N0 nəfərə gücüm çatmaz ki. Yəni mənim gücüm çatacaq uzağı birinə gücüm çatacaq, uzağı ikisinə gücüm çatacaq, uzağı üçünə. Üzr istəməy də ona görə idi ki, işimi ortaya atdılar, işimi, işimi də ortaya atdılar”. Əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Selcan Beauty” gözəllik salonunun təsisçisi Məmmədova X1 Əfsanə Hacıbaba qızı tərəfindən həmin salonun zirzəmisində olan bir ədəd masa, dörd ədəd masaj stolu (kuşetka), bir ədəd reklam lövhəsi, bir ədəd su dispenseri və qızı Zərərçəkmiş şəxs1 əlində olan üzüyün qaşının sındırıldığını bildirsə də, halhazırda yalnız iki ədəd üstü ağ, alt hissəsi qara rəngdə olan sınmış istifadəyə yarasız (hər iki stolun ayaq hissələri zədələndiyi üçün ağırlıq saxlamır) masaj stolunu (kuşetkanı) və ağ rəng olan, soyuq su gələn hissəsi sınan (ilk baxışdan sınmamış görsənsə də, həmin aparatdan soyuq su gəlmir) su dispenserini baxış üçün göstərmişdir. Şahid4 yuxarıda qeyd etdiyi digər, bir ədəd masanın, iki ədəd masaj stolunun (kuşetkanı), bir ədəd reklam lövhəsinin, bir ədəd su dispenserinin və üzüyünün atıldığı, həmçinin salonda olmadığı üçün baxışa təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə tibbi ekspertizanın N7 yanvar N3-cü il tarixli 77 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - sol bazunun aşağı üçdə birinin ön səthinin, sol saidin yuxarı və orta üçdə birinin ön bayır və iç səthlərinin, sol əlin arxa səthinin sıyrıqları, sol dirsək oynağının ön səthinin, sol saidin yuxarı üçdə birinin arxa səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol budun orta üçdə birinin arxa səthinin, sol baldırın orta üçdə birinin arxa səthinin, sağ budun aşağı üçdə birinin iç səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən N5 yanvar N3-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizanın N6 yanvar N3-cü il tarixli 73 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 zamanı aşkar edilmiş xəsarətlər - boyunun arxa səthinin, döş vəzisinin, sağ və sol bazunun qançırları, sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən N5 yanvar N3-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizanın N6 yanvar N3-cü il tarixli 74 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - boyunun sol yarısının bayır səthinin, burun belinin, sağ saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən N5 yanvar N3-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizanın N7 yanvar N3-cü il tarixli 76 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İİİ barmağının dırnaq sədəfinin ucunun cüzi hissəsinin travmatik ayrılması, sağ saidin orta üçdə birinin iç və ön səthlərinin sıyrıqları, sağ gözün üst qapağının, sağ baldırın yuxarı üçdə birinin iç səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən N5 yanvar N3-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizanın N8 yanvar N3-cü il tarixli 94 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ çiyin qurşağının arxa səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ əlin İİİ əl daraq falanqasının arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən N5 yanvar N3-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizanın 9/4N03 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, N3-cü ilin yanvar ayına 01 ədəd hər iki tərəfində 04 ədəd olmaqla ümumilikdə 08 ədəd çəkməcəsi olan iş masasının orta bazar qiyməti N50 (iki yüz əlli) manat, 01 ədədinin orta bazar qiyməti 80 (səksən) manat olan 04 ədəd masaj stolunun ümumi dəyəri 3N0 (üç yüz iyirmi manat), 01 ədəd “Euroline” markalı su dispenser aparatının orta bazar qiyməti 150 (yüz əlli) manat və 01 ədəd reklam lövhəsinin çərçivəsinin orta bazar qiyməti N0 (iyirmi) manat olaraq müəyyənləşdirilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli N09 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs rabitə bölüyünün telefon taqımının avtomatik idarəetmə sistemləri bölməsinin operatoru vəzifəsinə təyin olunmaqla şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N4 noyabr NN-ci il tarixli 338 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs uşağa qulluq etmək üçün 05 iyun NN-ci il tarixdən 0N fevral N5-ci il tarixədək qismən ödənişli məzuniyyətə çıxmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini qeyri obyektiv, onun ittiham olunduğu cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, onun Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, baxış və üzləşdirmə protokolları və digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və Azərbaycan Respublikası CM-in 59.1.1N-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən qüngül cəza növü olan cərimə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Zərərçəkmiş şəxs1, ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınsa da, iş materiallarından göründüyü kimi, mülki iddianın verilməsi üçün tələb olunan dövlət rüsumu ödənilmədiyindən onun həmin qismdə olması qanuna zidd olardı. Belə ki, Dövlət rüsmu haqqında qanunun N.0.1-ci maddəsində məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi dövlət rüsumunun tutulduğu hallar kimi göstərilir və Azərbaycan Respublikası CPM-in 186-cı maddəsinə əsasən isə cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Eyni zamanda Zərərçəkmiş şəxs1 məhkəmə verdiyi ərizəsində Təqsirləndirilən şəxs qarşı şikayətinin və mülki iddiasının olmamasını bildirmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 0N ədəd masaj stolu və 01 ədəd “Euroline” markalı su dispenser aparatı isə Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən “Selcan Beauty” gözəllik salonunda verilməlidir. İş üzrə məhkəmə məhkəmə komputer texniki ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 103 (yüz üç) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in NN1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 0N ədəd masaj stolu və 01 ədəd “Euroline” markalı su dispenser aparatı isə Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən “Selcan Beauty” gözəllik salonunda verilsin. Məhkəmə məhkəmə komputer texniki ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 103 (yüz üç) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar