Məhkəmə qərarları › İş №1-1(093)-149/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-149/2024

02.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-149/2024 02.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı2, Müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Bərdə rayonunun Zümürxaç kəndində anadan olmuş, Bərdə rayonu, Zümürxan ərazi dairəsi, Çəmənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum edilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun qumbaraatan manqasının sabiq əsgəri Təqsirləndirilən şəxs1, xx xxx 2004-cü il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində anadan olmuş, Samux rayonunun Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla Şəmkir rayonu, Könüllü kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 2-ci taqımının 1-ci manqasının sabiq əsgəri Təqsirləndirilən şəxs2 və xx xxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində anadan olmuş, Samux rayonunun Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla Şəmkir rayonu, Könüllü kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının sabiq əsgəri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 330.3.1-ci və 332.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında rəisə xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmiş, habelə bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşlar. Belə ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborun qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində, Abbasov X4 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 2-ci taqımının 1-ci manqasının snayperi vəzifəsində, əsgər hərbi rütbəsində, Abbasov X5 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 28 yanvar 2024-cü il tarixdə günün nizam qaydalarına uyğun olaraq saat 08 radələrində xidmət etdikləri bölüyün şəxsi heyəti ilə birlikdə səhər yeməyi ilə əlaqədar hərbi hissənin əsgər yeməkxanasında olarkən Təqsirləndirilən şəxs3 kəşfiyyat bölüyünün şəxsi heyətinin yeməkxananın girişindən sağ tərəfdə əyləşmələrindən narazı olduğuna görə ayağa qalxaraq orada qış gödəkçəsini geyinən kəşfiyyat bölüyünün snayper manqasının snayper müşahidəçisi, əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb qəsdən sağ çiyni ilə həmin şəxsə zərbə vurduğuna görə həmin şəxslərin arasında sözlü mübahisə yaranmış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və kəşfiyyat bölüyünün bir neçə əsgəri mübahisə edənlərin ətrafında toplaşmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la mübahisə etməyə davam etmişlər. Bu hadisəni görən, həmin vaxt kəşfiyyat bölüyünün cavabdehi təyin edilmiş bölüyün optik müşahidə qrupunun komandiri-operator, gizir Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb mübahisənin böyüməsinə mane olaraq şəxsi heyəti sakitləşdirməklə yerlərinə əyləşdirmiş, həmçinin əsgərlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 intizamsız hərəkətləri nəticəsində əsəbi olduğuna görə 10-cu bölüyün şəxsi heyətinin üzərində nəzarət edən şəxsin olmadığını əsas gətirərək ümumi şəkildə həmin bölüyün əsgərlərindən cavabdehin harada olduğunu soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 nümayişkaranə şəkildə “cavabdehə ehtiyac yoxdur, biz buradayıq” deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 “yiyəsiz” və sair bu kimi ifadələrdən istifadə etdikdə Təqsirləndirilən şəxs1 həmin sözlərdən qəzəblənib Zərərçəkmiş şəxs1 “sən kimə yiyəsiz deyirsən?” deyib yaxınlaşaraq sağ əli ilə sonuncunun yaxasından tutmuş, lakin həmin vaxt 10-cu bölüyün cavabdehi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 yüksək səslə danışmaqla oraya gəldiyini görüb əl-qol hərəkətlərini yığışdırmışdır. Həmin vaxt Şahid11 Zərərçəkmiş şəxs1 taborun yiyəsiz olmadığını deyərək mübahisənin davam etməməsi üçün şəxsi heyəti geriyə çəkmək istədikdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bir qədər öncə dediyi “yiyəsiz” sözünü özünə təhqir kimi qəbul edib qəflətən ona rəis hesab olunan Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir yumruq zərbəsi vurmaqla rəisə xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmiş, ardınca Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayətkar niyyətinin reallaşdırılmasına qoşularaq dərhal Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib itələməklə sonuncunu yerə yıxmış, bu zaman hər üçü, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara rəis hesab olunan Zərərçəkmiş şəxs1 təpik və yumruq zərbələri vuraraq sonuncuya dərəcəsi təyin edilməyən «üst dodağın yarası və bel nahiyəsinin qansızması» xəsarətlərini yetirməklə bir qrup şəxs halında rəisə xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmişlər. Ardınca Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə, bir qrup şəxs halında cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 döyülməsinin qarşısını almağa cəhd etdiyini görüb tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» tələblərini kobud surətdə pozmuşlar. Belə ki, Təqsirləndirilən şəxs2 anidən Zərərçəkmiş şəxs2 üz nahiyəsinə bir yumruq zərbəsi vurub həmin şəxsi yerə yıxmış, həmin şəraitdən istifadə edən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə təpik və yumruq zərbələri vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid «burun belinin sıyrığı və hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün xətti yerdəyişməyən sınığı, çənə nahiyəsinin və sol yanağın sıyrılmış yaraları» xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs2 qəsdən yüngül zərər vurmuşlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 330.3.1 və 332.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən günün nizam qaydasına uyğun olaraq 28 yanvar 2024-cü il tarixdə saat 07 radələrində 4-cü taborun 10-cu bölüyünün cavabdehi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 rəhbərliyi altında həmin bölüyün, habelə xidmət etdiyi qumbaraatan manqasının şəxsi heyəti əsgər yeməkxanasına getmişlər. Xidmət etdiyi qumbaraatan manqasında əsgər sayı az olduğundan onlar həmişə yeməkxanaya 10-cu bölüklə birlikdə getmişlər. Taborun şəxsi həyəti əvvəlcə onun da olduğu 10-cu bölük, daha sonra 11 və 12-ci bölüklər, sonra isə minaatan batareyası olmaqla tam şəkildə sıralar üzrə durduqdan sonra həmin gün tabor üzrə cavabdeh təyin edilmiş kapitan X2 əmri ilə əvvəlcə onun olduğu manqa da daxil olmaqla 10-cu bölüyün şəxsi heyəti soldan bir sıra üzrə yeməkxanaya daxil olub yeməklərini götürmək üçün iki sırada düzülmüşlər. Sıranın uzun olması səbəbindən 11 və 12-ci bölüklərin və minaatan batareyasının şəxsi heyəti bir müddət yeməkxananın qarşısında gözləməli olmuşlar. Şahid11 10-cu bölüyün şəxsi heyətini hər dəfə on nəfər olmaqla yeməklərini götürmək üçün buraxmağa başlamış, o, yeməkxanaya daxil olduqda girişdən sağ tərəfdə artıq kəşfiyyat bölüyünün əsgərlərinin əyləşdiyini görmüş, həmin gün təxminən saat 08 radələrində o, əsgər Təqsirləndirilən şəxs3 ilə birlikdə yeməklərini götürüb söhbət edə-edə qapı tərəfdən 2-ci sıraya doğru addımlamışlar. Həmin vaxt ani olaraq arxaya çevrildikdə Təqsirləndirilən şəxs3 kəşfiyyat bölüyünün sonradan adını öyrəndiyi əsgəri Zərərçəkmiş şəxs2 ilə sözləşdiyini görmüş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 «bir az asta ol» demiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs2 «bilmədən dəydim» deyə cavab verdikdə, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 hərbi buşlatının sağ çiyin hissəsindən tutaraq hazırda xatırlamadığı sözlə acı şəkildə Təqsirləndirilən şəxs3la danışmış, bu zaman Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 həmin hərəkətindən əsəbiləşərək əli ilə Zərərçəkmiş şəxs2 itələmiş, həmin vaxt o, bunu görüb mübahisə edənlərə yaxınlaşaraq onları sakitləşdirmiş, bir-birindən uzaqlaşdırmış və «hörmətsizlik etməyin bir-birinizə, yeməkxanadasız» sözlərini demişdir. Bu zaman kəşfiyyat bölüyünün bəzi şəxsi heyəti mübahisəni görüb onlara yaxınlaşdıqda, bunu görən kəşfiyyət bölüyünün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və arxasınca kəşfiyyat böyünün bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 onlara yaxınlaşmış, həmin vaxt əsgər Təqsirləndirilən şəxs2 da orada olmuş, Zərərçəkmiş şəxs1 və Şahid9 mübahisənin böyüməsinin qarşısını alaraq hamını masalara oturtmuşlar. Bundan sonra onlar 2-ci sırada oturaraq yeməklərini yemiş, bir qədər sonra Təqsirləndirilən şəxs3 yeməyini digərlərindən tez yediyindən yeməkxananın arxa qapısından çıxaraq siqaret çəkməyə getmiş, bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 qışqıraraq «bu nə yiyəsiz, başı papaqsız tabordu, it küçükləri, sizin yiyəniz yoxdur» sözlərini demiş, Şahid11 həmin sözləri eşidib dəfələrlə Zərərçəkmiş şəxs1 sakitləşməyini desə də, Zərərçəkmiş şəxs1 nalayiq ifadələrinə son qoymayaraq üzünü çevirib onlardan uzaqlaşmış, bu zaman Şahid11 Zərərçəkmiş şəxs1 arxasınca gedib sözlərini sonlandırması məqsədi ilə Zərərçəkmiş şəxs1 qolundan tutmuşdur. Həmin vaxt kəşfiyyat bölüyünün əsgərləri Şahid11 üzərinə gəlmişlər, buna görə də, yaxınlıqda olan 10-cu bölüyün əsgərləri, o da daxil olmaqla Şahid11 istiqamətində getmişlər. Həmin vaxt anidən dava başlamış, ara qarışdığından o, nə kəşfiyyat bölüyündən, nə də 10-cu bölükdən hər hansı şəxsin konkret olaraq hər hansı digər şəxsə zərbə endirməsini, döyməsini, hər hansı əşya atmasını görə bilməmiş, o, ara qarışan kimi Şahid11 olduğu istiqamətdə gedərək sonuncuya kəşfiyyat bölüyünün əsgərlərindən uzaqlaşmasına köməklik etməyə çalışmış, bu zaman onun başının arxa nahiyəsinə stul dəymiş, lakin stulu hansı şəxsin atmasını bilməmiş, həmin zərbə nəticəsində o, yerə yıxılaraq huşunu itirmişdir. Bundan sonra o, nə baş verdiyini bilməmiş, ayıldıqda mübahisənin bitdiyini, stulda əyləşdirildiyini, yeməkxananın tanımadığı mülki işçilərinin başının arxa nahiyəsinə yaş dəsmal tutduqlarını görmüşdür. O, gizir Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs2, o cümlədən digər şəxslərə qarşı zorakılığa və ya təhqirə yol verməmiş, habelə, əsgər Təqsirləndirilən şəxs3 və əsgər Təqsirləndirilən şəxs2 hər hansı şəxsə qarşı zorakılığa və ya təhqirə yol verməsinin şahidi olmamış, digər şəxslərdən bu barədə eşitməmişdir. O, dava başlamamışdan əvvəl yanında kimin olmasını xatırlamır, həmçinin huşunu itirdikdən sonra ayıldığı zaman başının arxa nahiyəsinə yaş dəsmal qoyan mülki işçiləri tanımır, o cümlədən həmin şəxslərin üzlərini xatırlamır. 19-20 senyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatında iştirak edərək xəsarət almışdır. Məhkəmədən ona bəraət verilməsini, bu mümkün olmasa bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 330.3.1 və 332.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün snayperi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən günün nizam qaydalarına əsasən 28 yanvar 2024-cü il tarixdə saat 07 radələrində xidmət etdiyi 4-cü taborun 10-cu bölüyünün cavabdehi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 rəhbərliyi altında o da daxil olmaqla 10-cu bölüyün, həmçinin taborun əlahiddə taqımının şəxsi heyəti əsgər yeməkxanasına getmişlər, taborun şəxsi həyəti əvvəlcə onun da olduğu 10cu bölük, daha sonra 11 və 12-ci bölüklər, sonra isə minaatan batareyası olmaqla tam şəkildə sıralar üzrə durduqdan sonra həmin gün tabor üzrə cavabdeh təyin edilmiş kapitan Heydər Heydərlinin əmri ilə şəxsi heyət yeməkxana istiqamətində addımlamış, yeməkxanaya çatdıqda Şahid11 göstərişi ilə əvvəlcə onların bölüyünün şəxsi heyəti bir sıra olmaqla yeməkxanaya daxil olub yeməklərini götürmək üçün iki sırada düzülmüşlər. Taborun əlahiddə taqımının heyəti 10-cu bölüyün şəxsi heyətinə qoşularaq yeməkxanaya daxil olmuş, arxalarınca isə eyni qaydada 11-ci bölüyün şəxsi heyəti düzülmüş, sıranın uzun olması səbəbindən 11, 12-ci bölüklərin və minaatan batareyasının şəxsi heyəti bir müddət yeməkxananın qarşısında gözləməli olmuşlar. Şahid11 onların bölüyünün şəxsi heyətini hər dəfə on nəfər olmaqla yeməklərini götürmək üçün buraxmağa başlamış, o, yeməkxanaya daxil olduqda girişdən sağ tərəfdə artıq kəşfiyyat bölüyünün əsgərlərinin əyləşdiyini görmüşdür. O, sırada olarkən qardaşı Təqsirləndirilən şəxs3 və xidmət yoldaşı Təqsirləndirilən şəxs1 ondan arxada durmuşlar. O, yeməyini götürüb kəşfiyyat bölüyündən sonra 3-cü sırada yerləşən stolda əyləşdikdən bir neçə dəqiqə sonra, yəni həmin gün saat 08 radələrində həmin sıranın digər hissəsində qardaşı Təqsirləndirilən şəxs3 ayaqüstə hansısa əsgərlərlə söhbətləşdiyini, hətta itələşdiyini görmüş, lakin, dəqiq olaraq qardaşının itələşdiyi əsgərin kim olduğunu görə bilməmiş, həmin yerə yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs3 yanında Təqsirləndirilən şəxs1, sonradan adını öyrəndiyi kəşfiyyat bölüyünün əsgəri Zərərçəkmiş şəxs2, xatırlamadığı bir neçə əsgərlərin olduğunu görmüş, bu zaman Təqsirləndirilən şəxs3la Zərərçəkmiş şəxs2 sözlü mübahisə etdiklərini görmüş, lakin söhbətin nədən ibarət olduğunu həmin vaxt başa düşməmiş və qardaşından soruşduqda sonuncu “heç bir şey olmayıb” deyə bildirmiş, həmçinin ondan gedib yerində əyləşməsini tələb etmişdir. Bu zaman oraya kəşfiyyat bölüyünün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və həmin bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 gəlib mübahisəni sakitləşdirərək əsgərlərə yerlərinə əyləşmələrini tapşırmışlar. Bundan bir neçə dəqiqə sonra kəşfiyyat bölüyünün hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 uzaqdan uca səslə «sizin yiyəniz burada yoxdur, ona görə bu cür hərəkət edirsiniz, başı papaqsızlar» və sair bu kimi sözlər demiş, bu sözləri Şahid11 eşidəndə xoşuna gəlmədiyindən o, Zərərçəkmiş şəxs1 irad tutduqda sonuncu əlavə olaraq taborun əsgərlərinə «it küçükləri» deyə bildirdiyi zaman Şahid11 iti addımlarla Zərərçəkmiş şəxs1 tərəf gedib «korsan, görmürsən mən burdayam, yiyəsiz deyil. Sən kimə yiyəsiz deyirsən? Taborun yiyəsi mənəm» sözlərini demiş, bununla da Şahid11la Zərərçəkmiş şəxs1 arasında sözlü mübahisə başlamış, lakin bir-birinə qarşı hər hansı zorakı hərəkətə yol verməmişlər. O, söhbətin ciddiləşdiyini və davaya çevrilə biləcəyini görüb sağ əli ilə Şahid11 sol qoluna girirək sonuncunu uzaqlaşdırmağa çalışmış, bu zaman anidən kəşfiyyat bölüyünün tanımadığı əsgərlərindən biri onun və Şahid11 üzərinə stul atmış, həmin stul onun sol qaş nahiyəsinə, stulun digər hissəsi isə Şahid11 qoluna dəymiş, zərbə nəticəsində o, yarımhuşsuz vəziyyətdə yerə oturmuş, bundan sonra 10-cu bölüyün və kəşfiyyat bölüyünün şəxsi heyəti arasında dava baş vermiş, həmin vaxt oraya çoxlu sayda hərbi qulluqçu toplaşmış, baş vermiş dava zamanı konkret olaraq bir-birlərinə qarşı zorakılığa yol vermiş şəxslərin kimlər olduğunu görməmiş, həmin hadisə zamanı hər hansı hərbi qulluqçuya qarşı zorakılığa və ya təhqirə yol verməmiş, əsgər yeməkxanasında dava baş verməmişdən əvvəl üzbəüzdə kəşfiyyat bölüyünün əsgərləri olduğunu görmüş, ona görə də stulun bel hissəsi qaş nahiyəsinə dəydiyi zaman kəşfiyyat bölüyünün əsgərlərindən birinin atdığını düşünmüş, stulun konkret olaraq kimin tərəfindən atıldığını görməmiş, stul qaş nahiyəsinə dəydiyi zaman yanında yalnız Şahid11 olmuşdur. O, gizir Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs2, o cümlədən digər şəxslərə qarşı zorakılığa və ya təhqirə yol verməmiş, habelə, əsgər Təqsirləndirilən şəxs3 və əsgər Təqsirləndirilən şəxs1 hər hansı şəxsə qarşı zorakılığa və ya təhqirə yol verməsinin şahidi olmamış, digər şəxslərdən bu barədə eşitməmişdir. 19-20 senyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatında iştirak etmişdir. Məhkəmədən ona bəraət verilməsini, bu mümkün olmasa bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 330.3.1 və 332.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən hərbi hissənin günün nizam qaydalarına əsasən 28 yanvar 2024-cü il tarixdə saat 07 radələrində xidmət etdiyi 4-cü taborun 10-cu bölüyünün cavabdehi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 rəhbərliyi altında o da daxil olmaqla 10-cu bölüyün, həmçinin taborun əlahiddə taqımının şəxsi heyəti əsgər yeməkxanasına getmişlər, taborun şəxsi həyəti əvvəlcə onun da olduğu 10-cu bölük, daha sonra 11 və 12ci bölüklər, sonra isə minaatan batareyası olmaqla tam şəkildə sıralar üzrə durduqdan sonra həmin gün tabor üzrə cavabdeh təyin edilmiş kapitan Heydər Heydərlinin əmri ilə şəxsi heyət yeməkxana istiqamətində addımlamışlar, yeməkxanaya çatdıqda Şahid11 göstərişi ilə əvvəlcə onların bölüyünün şəxsi heyəti bir sıra olmaqla yeməkxanaya daxil olub yeməklərini götürmək üçün iki sırada düzülmüşlər. Taborun əlahiddə taqımının heyəti 10-cu bölüyün şəxsi heyətinə qoşularaq yeməkxanaya daxil olmuşlar. Arxalarınca isə eyni qaydada 11-ci bölüyün şəxsi heyəti düzülmüş, sıranın uzun olması səbəbindən 11, 12-ci bölüklərin və minaatan batareyasının şəxsi heyəti bir müddət yeməkxananın qarşısında gözləməli olmuşlar. Şahid11 onların bölüyünün şəxsi heyətini hər dəfə on nəfər olmaqla yeməklərini götürmək üçün buraxmağa başlamış, o, yeməkxanaya daxil olduqda girişdən sağ tərəfdə artıq kəşfiyyat bölüyünün əsgərlərinin əyləşdiyini görmüşdür. Təxminən saat 08 radələrində o, əsgər Təqsirləndirilən şəxs1lə birlikdə yeməyini götürüb söhbət edə-edə kəşfiyyat bölüyündən sonra 2-ci sırada yerləşən stola doğru addımlamışlar. Həmin vaxt o, kəşfiyyat bölüyünün əsgəri Zərərçəkmiş şəxs2 əyləşdiyi stuldan ayağa qalxaraq hərbi geyim formasının gödəkcəsini geyindiyini uzaqdan müşahidə etmiş, o, Təqsirləndirilən şəxs1lə söhbət edərək stola doğru addımlayarkən bilmədən onun sağ çiyin nahiyəsi Zərərçəkmiş şəxs2 sağ çiyin nahiyəsinə dəymiş, həmin vaxt Zərərçəkmiş şəxs2 ona “bir az yavaş ol də” demiş, o isə Zərərçəkmiş şəxs2 “danışırdım bilmədən oldu” deyə cavab verdikdə, Zərərçəkmiş şəxs2 onun hərbi buşlatının sağ çiyin hissəsindən tutaraq ona “sən danışmalısan ki düz yolunu yeri də” demiş, daha sonra o, Zərərçəkmiş şəxs2 həmin hərəkətindən əsəbləşərək əlindəki məcməyini sol tərəfindəki stolun üzərinə qoyaraq sağ əli ilə Zərərçəkmiş şəxs2 sol əlinin üzərindən vurmuş, lakin Zərərçəkmiş şəxs2 əlini çiyinindən çəkmədiyindən qüvvətli şəkildə sağ əlinin iç hissəsilə sonuncunun sinə nahiyəsindən geriyə doğru itələmişdir. Həmin vaxt yaxınlığında olan əsgər Təqsirləndirilən şəxs1 onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs2 nə problem olduğunu soruşmuş, bu zaman kəşfiyyat bölüyünün bəzi şəxsi heyəti mübahisəni görüb onlara yaxınlaşdıqda, bunu görən kəşfiyyət bölüyünün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və arxasınca kəşfiyyat böyünün bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 onlara yaxınlaşmışlar. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 arxadan onun yanına doğru gəlmiş, gizir Zərərçəkmiş şəxs1 və Şahid9 mübahisənin böyüməsinin qarşısını alaraq onları sakitləşdirmişlər və daha sonra onlar masalarına oturmuşlar. Bundan bir neçə dəqiqə sonra Şahid9 onun da olduğu 4-cü taborun 10-cu bölüyünün orada olan əsgərlərindən bölüyün cavabdehinin harada olduğunu soruşmuş, həmin vaxt adını xatırlamadığı əsgərlərdən biri “gəlir” deyə cavab vermiş, bu zaman gizir Zərərçəkmiş şəxs1 onların bölüyünün şəxsi heyətinə “sizin yiyəniz burada yoxdur, ona görə bu cür hərəkət edirsiniz” deyə bildirdiyi zaman onların bölüyünün cavabdehi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 oraya gələrək gizir Zərərçəkmiş şəxs1 “yiyəsiz deyil. Sən kimə yiyəsiz deyirsən? Taborun yiyəsi mənəm” sözlərini demiş, bu zaman o, stoldan qalxaraq məcməyini götürüb təhvil vermək üçün getmiş, məcməyini yeməkxana xidmətinə təhvil verərək yeməkxananın tullantıların atılması üçün istifadə olunan arxa qapısından çölə çıxaraq bir neçə dəqiqə siqaret çəkib, yenidən yeməkxanaya geri qayıtmışdır. O, yeməkxanada şəxsi heyətin əyləşdiyi yerə daxil olduqda davanın baş verdiyini bilmişdir. Daha sonra şəxsi heyət yeməkxanadan çıxarılmış, bundan sonra hadisə nəticəsində xəsarət almış şəxslər müəyyən edilərək hərbi hissənin tibb məntəqəsinə göndərilmişlər. O, gizir Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs2, o cümlədən digər şəxslərə qarşı zorakılığa və ya təhqirə yol verməmiş, habelə, qardaşı əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 hər hansı şəxsə qarşı zorakılığa və ya təhqirə yol verməsinin şahidi olmamış, digər şəxslərdən bu barədə eşitməmiş, 28 yanvar 2024-cü il tarixdə saat 08 radələrində baş vermiş hadisə zamanı yeməkxanadan çöldə olmuşdur. 19-20 senyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatında iştirak etmişdir. Məhkəmədən ona bəraət verilməsini, bu mümkün olmasa bağəşlanmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar məsuliyyətdəm yayınmaq üçün belə ifadə verirlər. Məhkəmə iclasında onların göstərdiyi hallar tam, obyektiv və hərtərəfli araşdırıldı, amma təsdiq edilmədi. Ancaq təqsirləndirilən şəxslərin onlara isnad edilən əməlləri törətmələri dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o, həmin hərbi hissənin kəşfiyyət bölüyünün optik müşahidə qrupunun komandiri - operator vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən kəşfiyyat bölüyünün cavabdehi vəzifələrini icra etdiyi müddətdə günün nizam qaydasına uyğun olaraq 28 yanvar 2024-cü il tarixdə saat 07 radələrində bölüyün şəxsi heyəti onun və bölük növbətçisi təyin edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 rəhbərliyi altında hərbi hissənin əsgər yeməkxanasına aparılmış, onlar bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından ibarət ümumilikdə 17 nəfər şəxsi heyəti sıra ilə düzüb əvvəlcə hərbi hissənin əsgər yeməkxanasının qarşısına aparmışlar. Yeməkxanada şəxsi heyət üçün boş masaların olmasını dəqiqləşdirdikdən sonra şəxsi heyət sağdan bir sıra olmaqla yeməkxanaya daxil olmuş, əsgərlər növbəli şəkildə günlük yemək paylarını götürərək bölüyün şəxsi heyəti ilə birlikdə əsgər yeməkxanasının girişindən sağ tərəfdə yerləşən masalarda əyləşərək yeməklərini yeməyə başlamışlar. O isə həmin vaxt yeməkxananın girişindən sağ tərəfdə divar boyu yerləşən pəncərənin yanında əyləşərək səhər yeməyini yeymiş, həmçinin şəxsi heyətə nəzarət etmişdir. Bir neçə dəqiqə sonra onun göstərişi və icazəsi ilə səhər yeməyini bitirmiş bir neçə əsgər masanın üzərində olan özlərinə aid məcməyini götürüb vaxtından əvvəl məcməyilərin toplandığı yerə qoymaq üçün ayağa qalxmış, bunu etməkdə məqsəd əsgərlərin kütləvi şəkildə, yəni eyni vaxtda həmin yerə yaxınlaşıb qarışıqlıq yaratmaması olmuşdur. Həmin gün saat 08 radələrində bir neçə əsgər ayağa durub hərbi isti üst geyimlərini geyinməyə hazırlaşarkən həmin əsgərlərdən Zərərçəkmiş şəxs2 ətrafına şəxsi heyətin toplaşdığını və 4-cü taborun hərbi qulluqçuları: əsgər Təqsirləndirilən şəxs3, əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1lə sözlü mübahisə etdiklərini görmüş, nə baş verdiyini bilmək üçün həmin yerə yaxınlaşmış, Zərərçəkmiş şəxs2 nə baş verdiyini soruşmuş, sonuncu isə cavabında yeməyini yeyib bitirdikdən sonra yemək qabını təhvil verməyə getmək üçün ayağa qalxaraq hərbi geyim formasının gödəkçəsini geyindiyini və bu zaman hərbi hissənin 4-cü taborunun 10-cü bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 onun yaxınına gələrək qəsdən sağ çiyni ilə onun sağ çiyninə vurduğunu və Təqsirləndirilən şəxs3 zərbəsini sağ əlinin dirsək hissəsi ilə qaytardığını, bundan sonra Təqsirləndirilən şəxs3 qüvvətli şəkildə sağ əlinin içi ilə onun sinə nahiyəsinə bir zərbə vurduğunu və onun həmin zərbənin təsirindən geriyə doğru hərəkət etməyə məcbur olduğunu demişdir. Həmin vaxt Şahid9 da ona yaxınlaşaraq birlikdə mübahisənin böyüməsinin qarşısını almaq üçün şəxsi heyəti sakitləşdirmişlər, daha sonra mübahisə edənlər masalarına oturmuşlar. Həmin vaxt o, 10-cu bölüyün cavabdehinin orada olmadığını görmüş, bundan bir qədər sonra da 10-cu bölüyün cavabdehi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 yerində olmadığını görüb ümumi şəkildə 4-cü taborun şəxsi heyətinə səslənərək bölüyün cavabdehinin harada olduğunu soruşmuş, onun sualına cavab olaraq əsgər Təqsirləndirilən şəxs1 dillənərək “cavabdehə ehtiyac yoxdur, biz buradayıq” deyə bildirmiş, o, əsgər Təqsirləndirilən şəxs1 cavabından sonra “sizin yiyəniz burada yoxdur, ona görə bu cür hərəkət edirsiniz” deyə bildirdiyi zaman əsgər Təqsirləndirilən şəxs1 əsəbi halda ona daha yaxın məsafədə dayanıb “sən kimə yiyəsiz deyirsən” sualını verib sağ əli ilə üzərindəki hərbi buşlatın yaxa hissəsindən tutmuş, həmin vaxt onun ətrafında olan əsgərlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əsgər Təqsirləndirilən şəxs1 hərəkətlərinə dəstək olaraq ona hücum çəkmək istədikdə cavabdehləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 oraya gəldiyini görüb sakitləşmişlər. Əsgər Təqsirləndirilən şəxs1 əlini onun yaxasından çəkmiş, lakin sonuncu əsgərlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə onunla sözlü mübahisə etməyə davam etmiş, Şahid11 oraya gələrək ona “yiyəsiz deyil. Sən kimə yiyəsiz deyirsən? Taborun yiyəsi mənəm” sözlərini demişdir. Həmin vaxt 10-cu bölüyün bir neçə əsgəri Şahid11 arxasında toplaşdığı üçün geriyə çevrildiyi zaman əsgər Təqsirləndirilən şəxs1 onun üz nahiyəsindən bir yumruq zərbəsi vurmuş, ardınca əsgər Təqsirləndirilən şəxs3 anidən üzərinə gəlməklə onu sərt şəkildə itələmiş, həmin vaxt o, gözləmədən zərbə aldığı üçün zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmış, həmin vaxt 4-cü taborun 10-cu bölüyünün əsgərlərindən birinin «tabor qalx» dediyini eşitmiş, anidən əsgərlər bir-birlərinə yaxın məsafəyə gəlmişlər, lakin yerdə uzanıqlı vəziyyətdə olduğu üçün baş verənləri görə bilməmiş, çünki həmin vaxt Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onu təpik və yumruq zərbələri ilə döymüşlər. Hadisə stol və stulların arasında baş verdiyindən və ətrafda çox sayda hərbi qulluqçu olduğundan sıxlıq yaranmış, buna görə də onlar vəziyyətdən sui-istifadə edib zorakı hərəkətlərinə davam etmişlər. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 onlara mane olmaq istəsə də onlar Zərərçəkmiş şəxs2 qarşı da təpik və yumruq zərbələri ilə zorakı hərəkətlər etmişlər. Həmin vaxt o, yerdə olduğuna və əlləri ilə üz nahiyəsini qorumağa çalışdığına görə ətrafda baş verənlərə tam dəqiq diqqət yetirə bilməmişdir. Bundan sonra araya girən əsgərlərin sayəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir qədər uzaqlaşmışlar. Bundan istifadə edib o və əsgər Zərərçəkmiş şəxs2 yerdən qalxmışlar, həmin vaxt Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əsgərlərin onlara mane olmasına daha da əsəbiləşərək əllərindən çıxmağa can atıb ona və Zərərçəkmiş şəxs2 yenidən zor tətbiq etməyə çalışsalar da həmin yerdə şəxsi heyət çox olduğu üçün hər birini ayrı-ayrılıqda ayırıb digər istiqamətlərə aparmışlar və mübahisə sonlanmışdır. Daha sonra rəhbərlik etdiyi şəxsi heyəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 ilə birlikdə xidməti yerlərinə aparmış, bundan sonra hadisə nəticəsində xəsarət almış şəxslər müəyyən edilərək hərbi hissənin tibb məntəqəsinə göndərilmiş, həmin şəxslərin, o cümlədən onun aldığı xəsarətlər hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabında qeydiyyata alınmış və onlara tibbi yardım göstərilmiş, bununla bağlı hadisə günü keçirilmiş bədən baxışı zamanı tibb məntəqəsinin həkimləri tərəfindən onun “Sol ağız bucağının və kürəkarxası nahiyyəsinin cızılmış yaraları” xəsarətini alması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 Mədət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, hər üç təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslər barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, həmin hərbi hissənin kəşfiyyat bölüyünün snayper manqasının snayper müşahidəçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən günün nizam qaydasına uyğun olaraq 28 yanvar 2024-cü il tarixdə saat 07 radələrində xidmət etdiyi kəşfiyyat bölüyünün şəxsi heyəti bölüyün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 rəhbərliyi altında hərbi hissənin əsgər yeməkxanasına aparılmış, onlar əsgər yeməkxanasında olduqları zaman növbəli şəkildə günlük yemək paylarını götürərək bölüyün şəxsi heyəti ilə birlikdə əsgər yeməkxanasının girişindən sağ tərəfdə yerləşən masalarda əyləşərək yeməklərini yeməyə başlamışlar. Həmin vaxt o, əsgər yoldaşı Şahid1 əyləşdiyi yemək stolunun yanında yerləşən yemək stolunda üzü yeməkxananın giriş qapısı istiqamətində əyləşmişdir. Bundan bir neçə dəqiqə sonra hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün şəxsi heyəti sıra ilə yeməkxanaya daxil olaraq yeməklərini götürüb masalarda əyləşməyə başlamışlar. Hərbi hissənin şəxsi heyəti çox olduğu üçün yeməkxanada olan masaların sayı şəxsi heyətin sayı ilə uyğun gəlmədiyinə görə digər bölük və bölmələr yeməkxana dolu olduğu üçün yeməkxananın qarşısında yerlərin boşalmasını gözləmişlər. Yemək yedikləri zaman bölüyün cavabdehi gizir Zərərçəkmiş şəxs1 yeməyini yeyib bitirənlərə yemək qabını təhvil vermələri və daha sonra yerlərində əyləşərək yeməkxananı tərk etmək barədə komandanı gözləmələri barədə tapşırıq vermişdir. Buna görə də o, yeməyini yeyib bitirdikdən sonra, yəni saat 08 radələrində yemək qabını təhvil verməyə getmək üçün ayağa qalxaraq hərbi geyim formasının isti üst gödəkçəsini geyinmiş, bu zaman hərbi hissənin 4-cü taborunun 10-cü bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 onun yaxınına gələrək qəsdən sağ çiyni ilə onun sağ çiyninə vurmuş, o, Təqsirləndirilən şəxs3 zərbəsini sağ əlinin dirsək hissəsi ilə qaytarmış, bundan sonra Təqsirləndirilən şəxs3 qüvvətli şəkildə sağ əlinin içi ilə sinə nahiyəsinə bir zərbə vurmuş, o, zərbənin təsirindən ağrı hiss edərək geriyə doğru hərəkət etməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs3 bu hərəkətindən sonra 4-cü taborun 10-cu bölüyünün əsgəri Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 arxasınca ona doğru gələrək ondan nə problem olduğunu soruşmuş və onunla Abbasov qardaşları arasında sözlü mübahisə baş vermişdir. Bu zaman 4-cü taborun 10-cu bölüyündə xidmət edən Təqsirləndirilən şəxs1 də onlara yaxınlaşmış, həmin vaxt xidmət etdiyi bölüyün şəxsi heyətindən bəzi əsgərlər, o cümlədən Şahid1 onun tək olduğunu görərək aranı sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşmış, qeyd olunanları görən bölüyün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 onlara yaxınlaşaraq mübahisənin yaranmasına mane olub onları sakitləşdirmişlər. Bundan bir neçə dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs3, əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 intizamsız hərəkətlərinə əsəbi olduğu üçün gizir Zərərçəkmiş şəxs1 ümumi şəkildə 4-cü taborun 10-cu bölüyünün orada olan əsgərlərindən bölüyün cavabdehinin harada olduğunu soruşmuş, sonuncunun sualına cavab olaraq əsgər Təqsirləndirilən şəxs1 “cavabdehə ehtiyac yoxdur, biz buradayıq” deyə bildirmiş, gizir Zərərçəkmiş şəxs1 əsgər Təqsirləndirilən şəxs1 cavabından sonra “sizin yiyəniz burada yoxdur, ona görə bu cür hərəkət edirsiniz” deyə bildirdiyi zaman əsgər Təqsirləndirilən şəxs1 əsəbi halda gizir Zərərçəkmiş şəxs1 daha yaxın məsafədə dayanıb “sən kimə yiyəsiz deyirsən” sualını verərək sağ əli ilə yaxa nahiyəsindən tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 ətrafında olan əsgərlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hərəkətlərinə dəstək olaraq Zərərçəkmiş şəxs1 hücum çəkmək istədikdə cavabdehləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 yüksək səslə danışaraq oraya gəldiyini aralıdan görüb sakiləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 də əl-qol hərəkətlərini yığışdırmış, lakin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs1 ilə sözlü mübahisəyə davam etmişlər. Oraya yaxınlaşan Şahid11 Zərərçəkmiş şəxs1 sözlərini eşitdiyindən sonuncuya “yiyəsiz deyil. Sən kimə yiyəsiz deyirsən? Taborun yiyəsi mənəm” sözlərini bildirmiş, bu zaman Şahid11la Zərərçəkmiş şəxs1 arasında sözlü mübahisə başlamış, mübahisə başladıqdan sonra 10-cü bölüyün bir neçə əsgəri Şahid11 arxasında düzülməklə toplaşmışlar. Şahid11 geriyə bölüyün şəxsi heyətinə çevrilən zaman Təqsirləndirilən şəxs1 anidən Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, eyni zamanda ardınca Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxs1 üzərinə gedib itələməklə sonuncunu yerə yıxmış, həmin vaxt əsgər Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 hərəkətlərini ört-basdır etmək üçün “tabor qalx” komandası vermişdir. Həmin vaxt onlar gizir Zərərçəkmiş şəxs1 zorakılığa məruz qaldığını gördükləri üçün sonuncunu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlindən almaq məqsədi ilə irəli getdikdə 10-cu bölüyün əsgələri onlara hücum etdiklərini düşünmüşlər və onlara mane olaraq oradan uzaqlaşdırmağa çalışmışlar. O, Zərərçəkmiş şəxs1 yaxınlığında olduğuna görə sonuncunun döyülməsinə mane olmağa çalışmış, bu zaman Təqsirləndirilən şəxs2 anidən yumruq zərbəsi ilə üzünə vurmuş, o, müvazinətini itirərək yerə yıxılmış, həmin vaxt o, özünü qorumaq üçün əlini üzünə tutmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yıxılmış vəziyyətdə olduğu halda belə ona təpik zərbələri ilə zor tətbiq etməyə davam etmişlər. Bundan sonra araya girən əsgərlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir qədər uzaqlaşdırmışlar, bundan istifadə edib gizir Zərərçəkmiş şəxs1 və o, yerdən qalxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əsgərlərin onlara mane olmasına daha da əsəbiləşərək əllərindən çıxmağa can atıb onlara yenidən zor tətbiq etməyə çalışmışlar, buna baxmayaraq, nə o, nə də gizir Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı zorakılığa yol verməmişlər, həmin yerdə şəxsi heyət çox olduğu üçün hər birini ayrıayrılıqda ayırıb digər istiqamətlərə aparmışlar və mübahisə sonlanmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, hər üç təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, o, həmin hərbi hissənin kəşfiyyət bölüyünün dərin kəşfiyyat taqımının 2-ci qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən günün nizam qaydasına uyğun olaraq 28 yanvar 2024-cü il tarixdə saat 07 radələrində xidmət etdiyi kəşfiyyat bölüyünün şəxsi heyəti bölüyün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 rəhbərliyi altında hərbi hissənin əsgər yeməkxanasına aparılmış, onlar əsgər yeməkxanasında olduqları zaman növbəli şəkildə günlük yemək paylarını götürərək bölüyün şəxsi heyəti ilə birlikdə əsgər yeməkxanasının girişindən sağ tərəfdə yerləşən masalarda əyləşərək yeməklərini yeməyə başlamışlar. Həmin vaxt o, əsgər yoldaşı Zərərçəkmiş şəxs2 əyləşdiyi yemək stolunun yanında yerləşən yemək stolunda üzü yemək verilən istiqamətdə hazırda xatırlamadığı digər əsgər yoldaşları ilə əyləşmişdir. Həmin vaxt gizir Zərərçəkmiş şəxs1 yeməyini yeyib bitirənlərə yemək qabını vermələri ilə bağlı tapşırıq vermiş, buna görə də Zərərçəkmiş şəxs2 yeməyini yeyib bitirdikdən sonra, yəni saat 08 radələrində yemək qabını təhvil verməyə getmək üçün ayağa qalxaraq hərbi geyim formasının gödəkçəsini geyinmişdir. Bu zaman hərbi hissənin 4-cü taborunun 10-cü bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 əsgər Zərərçəkmiş şəxs2 yaxınına gələrək qəsdən sağ çiyni ilə əsgər Zərərçəkmiş şəxs2 sağ çiyninə çiyin zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 çiyin zərbəsi vurduqdan sonra sonuncu Təqsirləndirilən şəxs3 zərbəsini sağ əlinin dirsək hissəsi ilə qaytarmış, onların arasında sözlü mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs3 qüvvətli şəkildə sağ əlinin içi ilə Zərərçəkmiş şəxs2 sinə nahiyəsinə bir zərbə vuraraq sonuncunu geriyə itələmiş, Zərərçəkmiş şəxs2 zərbənin təsirindən bir qədər geriyə doğru getmişdir. Təqsirləndirilən şəxs3 bu hərəkətindən sonra 4-cü taborun 10-cu bölüyündə xidmət edən Təqsirləndirilən şəxs3 qardaşı əsgər Təqsirləndirilən şəxs2 mübahisə edənlərə yaxınlaşmış, Zərərçəkmiş şəxs2 nə problem olduğunu soruşmuş, bu zaman Zərərçəkmiş şəxs2 və Abbasov qardaşları arasında sözlü mübahisə başlamış, həmin vaxt 4-cü taborda xidmət edən Təqsirləndirilən şəxs1 də mübahisə edənlərə yaxınlaşdıqda o da artıq söhbətin böyüdüyünü görərək sakitləşdirmək üçün mübahisə edənlərin yanına keçmişdir. Qeyd olunanları görən bölüyün cavabdehi gizir Zərərçəkmiş şəxs1 və bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 onlara yaxınlaşaraq mübahisənin yaranmasına mane olmuşlar, mübahisə edənləri sakitləşdirmişlər. Bundan bir neçə dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs3, əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 intizamsız hərəkətlərinə əsəbi olduğu üçün gizir Zərərçəkmiş şəxs1 ümumi şəkildə 4-cü taborun 10-cu bölüyünün orada olan əsgərlərindən bölüyün cavabdehinin harada olduğunu soruşmuş, sonuncunun sualına cavab olaraq əsgər Təqsirləndirilən şəxs1 “cavabdehə ehtiyac yoxdur, biz buradayıq” deyə bildirmiş, gizir Zərərçəkmiş şəxs1 əsgər Təqsirləndirilən şəxs1 cavabından sonra “sizin yiyəniz burada yoxdur, ona görə bu cür hərəkət edirsiniz” deyə bildirdiyi zaman əsgər Təqsirləndirilən şəxs1 əsəbi halda gizir Zərərçəkmiş şəxs1 daha yaxın məsafədə dayanıb “sən kimə yiyəsiz deyirsən” sualını verərək sağ əli ilə sonuncunun yaxa nahiyəsindən tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 ətrafında olan əsgərlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qardaşları əsgər Təqsirləndirilən şəxs1 hərəkətlərinə dəstək olaraq gizir Zərərçəkmiş şəxs1 hücum çəkmək istədikdə cavabdehləri, 10-cu bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid11 yüksək səslə danışaraq oraya gəldiyini aralıdan görüb sakiləşmişlər və bu zaman Təqsirləndirilən şəxs1 də əl-qol hərəkətlərini yığışdırmış, lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə Zərərçəkmiş şəxs1 ilə sözlü mübahisəyə davam etmişlər. Oraya yaxınlaşan Şahid11 gizir Zərərçəkmiş şəxs1 sözlərini eşidərək sonuncuya “yiyəsiz deyil. Sən kimə yiyəsiz deyirsən? Taborun yiyəsi mənəm” sözlərini demiş, bu zaman Şahid11la gizir Zərərçəkmiş şəxs1 arasında sözlü mübahisə başlamış, mübahisə başladıqdan sonra 10-cü bölüyün bir neçə əsgəri Şahid11 arxasında düzülmüşlər. Şahid11 geriyə bölüyün şəxsi heyətinə çevrilən zaman Təqsirləndirilən şəxs1 qəflətən gizir Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, bunun ardınca əsgər Təqsirləndirilən şəxs3 da gizir Zərərçəkmiş şəxs1 üzərinə gedərək itələyib Zərərçəkmiş şəxs1 yerə yıxmış, bu zaman əsgər Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 hərəkətlərini ört-basdır etmək üçün xidmət etdiyi 4-cü tabora “tabor qalx” komandası vermişdir. Həmin vaxt onlar gizir Zərərçəkmiş şəxs1 zorakılığa məruz qaldığını gördükləri üçün sonuncunu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlindən almaq üçün irəli getdikdə 10-cu bölüyün əsgələri onlara hücum etdiklərini düşünmüşlər, onlara mane olaraq oradan uzaqlaşdırmağa çalışmışlar. Gizir Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı olan zaman hər üç şəxs, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 qardaşları ona təpik və yumruq zərbələri vurmağa davam etmişlər. Əsgər Zərərçəkmiş şəxs2 gizir Zərərçəkmiş şəxs1 yaxınlığında olduğuna görə sonuncunun döyülməsinə mane olmaq istədiyi zaman əsgər Təqsirləndirilən şəxs2 anidən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs2 üzünə vurmuş, sonuncu gözləmədən zərbə dəydiyi üçün müvazinətini itirərək yerə yıxılmış, özünü qorumaq üçün əlini üzünə tutmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əsgər Zərərçəkmiş şəxs2 və gizir Zərərçəkmiş şəxs1 vurmağa davam etmişlər. Bundan sonra gizir Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yerdən qalxmışlar, bir müddət sonra onları sakitləşdirmişlər və mübahisə sonlanmışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6, X6, Şahid7, Şahid9 Şahid1 ilə eyniməzmunlu ifadələr verərək onun ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq etdilər. Şahid8 istintaq zamanı (xaricdə olduğu üçün onun dindirilməsi mümükün olmamış, ifadəsi tədqiq edilmişdir) Şahid1 ilə eyniməzmunlu ifadələr verərək onun ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında Şahid10 hadisə zamanı kimin kimi vurmasını görmədiyini bildirdi və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədi. Onun istintaq zamanı verdiyi ifadə tədqiq edildi və həmin ifadədə göstərilənlərin işdəki sübutlarla təsdiq edildiyi məlum oldu. Məhkəmə hesab edir ki, Şahid10 istintaqda verdiyi ifadəsini təsdiq etməməsi, məhkəmədə hadisəni görmədiyini bildirməsi təqsirləndirilən şəxsləri məsuliyyətdən qorumaq üçündür. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 29 mart 2023cü il tarixli əmrindən çıxarışdan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən, N nömrəli hərbi hissədən gəlmiş əsgər Təqsirləndirilən şəxs2 4-cü taborun 10-cu bölüyünün 2-ci taqımının 1-ci manqasının snayperi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 29 mart 2023cü il tarixli əmrindən çıxarışdan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən, N nömrəli hərbi hissədən gəlmiş əsgər Təqsirləndirilən şəxs1 4-cü taborun qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 29 mart 2023cü il tarixli əmrindən çıxarışdan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən, N nömrəli hərbi hissədən gəlmiş əsgər Zərərçəkmiş şəxs2 kəşfiyyat bölüyünün snayper manqasının snayper-müşahidəçisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 29 mart 2023cü il tarixli əmrindən çıxarışdan görünür ki, gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən, N nömrəli hərbi hissədən gəlmiş əsgər Təqsirləndirilən şəxs3 4-cü taborun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 283 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – üst dodağın yarası və bel nahiyəsinin qansızması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2024) və şəraitdə əmələ gəlmələri inkar olunmur, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 287 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – burun belinin sıyrığı və hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün xətti yerdəyişməyən sınığı; çənə nahiyəsinin və sol yanağın sıyrılmış yaraları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2024) və şəraitdə əmələ gəlmələri inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Zərərçəkmiş şəxs1 Mədət oğlu hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Təqsirləndirilən şəxs3, əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 vəzifəcə birbaşa rəis hesab olunur. N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs2 və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid9 ilə əsgər Təqsirləndirilən şəxs3, əsgər Təqsirləndirilən şəxs2 və əsgər Təqsirləndirilən şəxs1 arasında tabelik münasibətləri yoxdur. (2-ci cild, 45-ci v.) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 06 mart 2024cü il tarixli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Təqsirləndirilən şəxs3 06 mart 2024-cü il tarixdən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş hesab edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. (2-ci cild, 47-ci v.) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 07 mart 2024cü il tarixli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Təqsirləndirilən şəxs3 hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Abşeron rayonu) gəldiyi üçün xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və 1-ci taborun 1-ci bölüyünün 2ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə təyin olunmuşdur. (2-ci cild, 48-ci v.) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 19 may 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris gizir hazırlığı kursunu bitirmiş gizir Zərərçəkmiş şəxs1 Mədət oğlu N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin (Q2) görüntülərin təhlili qrupunun komandiri-operator vəzifəsinə təyin edilmiş hesab edilmiş, vəzifəsini təhvil vermiş, təyin olunduğu vəzifənin qəbuluna və icrasına başlamışdır. (2-ci cild, i.v. 58) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 19 may 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 Mədət oğlu N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin (Q2) görüntülərin təhlili qrupunun komandiri-operatoru N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün optik müşahidə qrupunun komandiri-operator vəzifəsinə təyin edilmiş hesab edilmiş, vəzifəsini təhvil vermiş, təyin olunduğu vəzifənin qəbuluna və icrasına başlamışdır. (2-ci cild, i.v. 59) İş materiallarında olan N nömrəli hərbi hissənin travma haqqında xx.xx.2023-cü il tarixli 2308/2 nömrəli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə “Sağ saidin yuxarı 1/3-nin bayır səthinin qəlpə yarası, reaktiv ödemi” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. (3-cü cild, v. 29) İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (i.v. 39- 41) İş. materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs2 barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (3-cü cild, i.v. 57-58) İş. materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (3-cü cild, i.v. 79-80) İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (3-cü cild, i.v. 141-142) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 06 iyul 2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs1 hərbi xidmət müddətini başa vurduğuna görə 06 iyul 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hərbi xidmət müddətini başa vurduqlarına görə ordu sıralarından tərxis edilmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hərbi biletlərindəki qeydlərdən görünür ki, onlar 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etmişlər. İş materiallarında olan məlumatlardan və təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 valideynləri hər ikisi ölmüşlər. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmət üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 hərbi xidmət üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 hərbi xidmət üzrə mənfi ma xarakterizə olunur. Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ordu sıralarından ordu sıralarından tərxis olunduqları üçün onların barələrində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilmişdir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməlləri, onların həmin əməllərə aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri ayrı-ayrııqda düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci və 332.2.3-cü maddələri ilə tövsüf edilmişdir və onlar hər biri həmin maddələr ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 330.3.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hazırda ordu sıralarından tərxis edildiklərindən onlara hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etməsini, müddətli həqiqi hərbi xidmətini başa vurmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi və ya təyin edilən cəzanın şərti hesab edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 330.3.1-ci və 332.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etməsini, müddətli həqiqi hərbi xidmətini başa vurmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi və ya təyin edilən cəzanın şərti hesab edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 330.3.1-ci və 332.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlu cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etməsini, müddətli həqiqi hərbi xidmətini başa vurmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 doğma qardaşdırlar, valideynlərini itirmişlər. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hər iki qardaşa azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi əsaslı sayıla bilməz. Bu baxımdan və işin hallarını, cinayətin törədilməsində iştirakının dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağır ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 330.3.1-ci və 332.2.3-cü maddələrinin (hər ikisinin) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 müdafiə etmişlər. Vəkillərin təqdim etdiyi hesabatlardan görünür ki, təqsirləndirilən şəxsin müdafiəsinə vəkil Müdafiəçi3 68 saat, vəkil Müdafiəçi1 isə 65 saat, vəkil Müdafiəçi2 68 sərf etmişdir. Məhkəmə işin həcmini, baxılma saatlarını və digər halları nəzərə alaraq hesab edir ki, müdafiəçilərin təqdim etdiyi hesabatlardakı sərf etdikləri saatlarla bağlı məlumatlar düzgün deyildir. Onların hər birinin ayrılıqda təqsirləndirilən şəxslərin müdafiəsinə 45 saat sərf etmələri daha ağlabatandır. Ona görə də, müdafiəçilərin hər birinin 45 (qırx beş) iş saatına görə hər birinə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs3 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına təhvil verilməsi hissəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.3.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şəmkir rayonu, Könüllü kəndindəki yaşayış evini tərk etməmək, Şəmkir rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar