Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-15/2023 23.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlu (sədrlik edən), Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, müdafiəçi-Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1990-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə məhkum olunmuş, hazırda məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəbəsində yerləşən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, F.X.Xoyski küçəsində yerləşən «AAAF Park» yaşayış kompleksində faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı Qarnizonu Hərbi Polisinin Hərbi polis bölüyünün 2-ci avtomobil taqımının avtomobil manqasının sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət etmiş, ehtiyatda olan kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmiş və təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. O, Bakı Qarnizonu Hərbi Polisinin Hərbi polis bölüyünün 2-ci avtomobil taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin yanvar ayında avtomobil bazarında tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs2 ilə həmin ilin iyul ayının sonlarında metronun «Nərimanov» stansiyasının yaxınlığındakı çayxanada görüşüb söhbət edən zaman, sonuncu ona oğlu Murad Bayramovu Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin orkestrində işlə təmin etdirmək niyyətində olduğunu bildirmiş və bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs, yaranmış vəziyyətdən istifadə edərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə, hər hansı şəxsin işə qəbul olunmasını təşkil və təmin etməyə heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, Zərərçəkmiş şəxs2 özünün də xidmət etdiyi hərbi polis qurumlarında xidmətin daha əlverişli olduğunu, Müdafiə Nazirliyində işləyən Şahlar adlı vəzifəli yaxın tanışının bu kimi məsələlərin həllində geniş səlahiyyətlərə malik olduğunu və həmin şəxsə özünün vasitəsi ilə 6000 (altı min) manat məbləğində pulun verilməsi müqabilində övladı Murad Bayramovun Bakı Qarnizonu Hərbi Polisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini bildirib, digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Aralarındakı səmimi münasibətlərinə, eləcə də tutduğu vəzifəsinə görə onun dediklərinə inanmış Zərərçəkmiş şəxs2 təklifini qəbul edib razılığını verdikdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs ondan 29 iyul 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində, metronun «20 yanvar» stansiyasının yaxınlığında 6000 (altı min) manat məbləğində pul almış və ona övladı M.Zərərçəkmiş şəxs2 yaxın müddət ərzində Bakı Qarnizonu Hərbi Polisinin müvafiq idarəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunacağına dair yalan vəd verib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç iş görməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin iyul ayının sonlarında – avqust ayının əvvəllərində Beyləqan rayonunun Dünyamalılar kəndində olarkən həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı, sonuncu ona oğlu Ceyhun Şirinovun Hərbi Polis İdarəsində xidmətə qəbul olunmasını istədiyini bildirmiş və bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs, yaranmış vəziyyətdən istifadə edərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə, hər hansı şəxsin işə qəbul olunmasını təşkil və təmin etməyə heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyində işləyən Şahlar adlı vəzifəli tanışının bu kimi məsələlərin həllində geniş səlahiyyətlərə malik olduğunu və həmin şəxsə özünün vasitəsi ilə 7000 (yeddi min) manat məbləğində pulun verilməsi müqabilində oğlu Ceyhun Şirinovun Bakı Qarnizonu Hərbi Polisində xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini bildirib, təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Aralarındakı səmimi münasibətlərinə, eləcə də tutduğu vəzifəsinə görə onun dediklərinə inanmış Zərərçəkmiş şəxs3 təklifini qəbul edib razılığını verdikdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs ondan bir neçə gün sonra Bakı şəhərinin Binəqədi rayonu ərazisində, avtovağzal kompleksinin yaxınlığında ondan 7000 (yeddi min) manat məbləğində pul almış və ona oğlu C.A.Şirinovun yaxın müddət ərzində Bakı Qarnizonu Hərbi Polisində xidmətə qəbul olunacağına dair yalan vəd versə də, verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. O, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin iyul ayının sonlarında – avqust ayının əvvəllərində Beyləqan Qarnizonu Hərbi Polisinin yaxınlığında yerləşən avtomobil yuyulma məntəqəsində aralarında tanışlıq münasibətlərinin olduğu Beyləqan rayon sakini Zərərçəkmiş şəxs4 ilə görüşüb söhbət edən zaman, sonuncu ona Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət edən qardaşı Şahid3 xidmət yerinin Beyləqan Qarnizonu Hərbi Polisinə dəyişdirilməsini istədiyini bildirib bununla bağlı hər hansı kömək etmək imkanının olub-olmadığını soruşduqda, kiçik çavuş Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən istifadə edərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmiş, bu məqsədlə, hər hansı hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini təşkil və təmin etməyə heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, Zərərçəkmiş şəxs4 Müdafiə Nazirliyində işləyən adını demədiyi, aralarında yaxın dostluq münasibətlərinin olduğu vəzifəli şəxsin bu kimi məsələləri asanlıqla həll edə bildiyini və həmin şəxsə özünün vasitəsi ilə 6000 (altı min) manat məbləğində pulun verilməsi müqabilində qardaşı Şahid3 xidmət yerinin dəyişdirilərək Beyləqan Qarnizonu Hərbi Polisinə təyin olunmasını təşkil və təmin edə biləcəyini bildirməklə, təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Aralarındakı səmimi münasibətlərinə, eləcə də tutduğu vəzifəsinə görə onun dediklərinə inanmış Zərərçəkmiş şəxs4 təklifini qəbul edib razılığını verdikdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs bir neçə gün sonra Bakı şəhərinin Binəqədi rayonu ərazisində, avtovağzal kompleksinin yaxınlığında ondan 6000 (altı min) manat məbləğində pul almış və ona yaxın müddət ərzində qardaşı Şahid3 xidmət yerinin dəyişdirilərək Beyləqan Qarnizonu Hərbi Polisinə təyin olunacağına dair yalan vəd versə də, verdiyi vəd üzrə sonuncunun xeyrinə heç iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2018-ci ilin yanvar ayında bal yarmarkasında tanış olduğu və həmin vaxtdan etibarən tez-tez əlaqə saxladığı vətəndaş Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin avqust ayında aralarındakı telefon danışığı zamanı ona oğlu Şahid2 Hərbi Polis İdarəsində xidmətə qəbul olunmasını istədiyini bildirdikdə kiçik çavuş Təqsirləndirilən şəxs, yaranmış vəziyyətdən istifadə edərək qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə, hər hansı şəxsin işə qəbul olunmasını təşkil və təmin etməyə heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyində işləyən adını demədiyi, aralarında yaxın dostluq münasibətlərinin olduğu vəzifəli şəxsin bu kimi məsələlərin həllində geniş səlahiyyətlərə malik olduğunu və həmin şəxsə özünün vasitəsi ilə 8000 (səkkiz min) manat məbləğində pulun verilməsi müqabilində oğlu Şahid2 Sumqayıt Qarnizonu Hərbi Polisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini bildirib, təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Aralarındakı səmimi münasibətlərinə, eləcə də tutduğu vəzifəsinə görə onun dediklərinə inanmış Zərərçəkmiş şəxs1 təklifini qəbul edib razılığını verdikdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs bir neçə gün sonra, 2019-cu ilin avqust ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Hərbi Polis İdarəsinin inzibati binasının yaxınlığında ondan 8000 (səkkiz min) manat məbləğində pul almış və oğlu Şahid2 yaxın müddət ərzində Sumqayıt Qarnizonu Hərbi Polisində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunacağına dair yalan vəd verib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, Bakı Qarnizonu Hərbi Polisinin Hərbi polis bölüyünün 2-ci avtomobil taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin iyulavqust aylarında aralarında həmin ilin yanvar ayından tanışlıq münasibətlərinin olduğu vətəndaş Zərərçəkmiş şəxs2 ilə Bakı şəhər metrosunun «Nərimanov» stansiyasının yaxınlığındakı çayxanada görüşüb söhbət edən zaman, sonuncu ona oğlu Murad Bayramovu Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin orkestrində işlə təmin etdirmək niyyətində olduğunu bildirmişdir. Bu zaman o, pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 özünün də xidmət etdiyi hərbi polis qurumlarında xidmətin daha əlverişli olduğunu, Müdafiə Nazirliyində işləyən Şahlar adlı vəzifəli yaxın tanışının bu kimi məsələlərin həllində geniş səlahiyyətlərə malik olduğunu və həmin şəxsə özünün vasitəsi ilə 6000 (altı min) manat məbləğində pulun verilməsi müqabilində övladı Murad Bayramovun Bakı Qarnizonu Hərbi Polisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 29 iyul 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində, metronun «20 yanvar» stansiyasının yaxınlığında 6000 (altı min) manat məbləğində pul almış və ona övladı M.Zərərçəkmiş şəxs2 yaxın müddət ərzində Bakı Qarnizonu Hərbi Polisinin müvafiq idarəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunacağına dair vəd vermişdir. Lakin vədi üzrə heç bir hərəkət etməyərək aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 2019-cu ilin iyul ayının sonlarında – avqust ayının əvvəllərində Beyləqan rayonunun Dünyamalılar kəndində olarkən həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə aralarındakı söhbət zamanı, sonuncu ona oğlu Ceyhun Şirinovun Hərbi Polis İdarəsində xidmətə qəbul olunmasını istədiyini bildirmiş və bu zaman o, Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyində işləyən Şahlar adlı vəzifəli tanışının bu kimi məsələlərin həllində geniş səlahiyyətlərə malik olduğunu və həmin şəxsə özünün vasitəsi ilə 7000 (yeddi min) manat məbləğində pulun verilməsi müqabilində oğlu Ceyhun Şirinovun Bakı Qarnizonu Hərbi Polisində xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs3 Bakı şəhərinin Binəqədi rayonu ərazisində, avtovağzal kompleksinin yaxınlığında 7000 (yeddi min) manat məbləğində pul almış və sonuncuya oğlu C.A.Şirinovun yaxın müddət ərzində Bakı Qarnizonu Hərbi Polisində xidmətə qəbul olunacağına dair vəd vermişdir. Lakin vədi üzrə heç bir hərəkət etməyərək aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Habelə o, 2019-cu ilin iyul ayının sonlarında – avqust ayının əvvəllərində Beyləqan Qarnizonu Hərbi Polisinin yaxınlığında yerləşən avtomobil yuyulma məntəqəsində aralarında tanışlıq münasibətlərinin olduğu Beyləqan rayon sakini Zərərçəkmiş şəxs4 ilə görüşüb söhbət edən zaman, sonuncu ona Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət edən qardaşı Şahid3 xidmət yerinin Beyləqan Qarnizonu Hərbi Polisinə dəyişdirilməsini istədiyini bildirib bununla bağlı hər hansı kömək etmək imkanının olub-olmadığını soruşmuşdur. Bu zaman o, Zərərçəkmiş şəxs4 Müdafiə Nazirliyində işləyən adını demədiyi, aralarında yaxın dostluq münasibətlərinin olduğu vəzifəli şəxsin bu kimi məsələləri asanlıqla həll edə bildiyini və həmin şəxsə özünün vasitəsi ilə 6000 (altı min) manat məbləğində pulun verilməsi müqabilində qardaşı Şahid3 xidmət yerinin dəyişdirilərək Beyləqan Qarnizonu Hərbi Polisinə təyin olunmasını təşkil və təmin edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o, Bakı şəhərinin Binəqədi rayonu ərazisində, avtovağzal kompleksinin yaxınlığında Zərərçəkmiş şəxs4 6000 (altı min) manat məbləğində pul almış və ona yaxın müddət ərzində qardaşı Şahid3 xidmət yerinin dəyişdirilərək Beyləqan Qarnizonu Hərbi Polisinə təyin olunacağına dair yalan vermişdir. Lakin vədi üzrə heç bir hərəkət etməyərək aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Eləcə də, o, 2018-ci ilin yanvar ayında bal yarmarkasında tanış olduğu və həmin vaxtdan etibarən tez-tez əlaqə saxladığı vətəndaş Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin avqust ayında aralarındakı telefon danışığı zamanı sonuncu ona oğlu Şahid2 Hərbi Polis İdarəsində xidmətə qəbul olunmasını istədiyini bildirdikdə Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyində işləyən adını demədiyi, aralarında yaxın dostluq münasibətlərinin olduğu vəzifəli şəxsin bu kimi məsələlərin həllində geniş səlahiyyətlərə malik olduğunu və həmin şəxsə özünün vasitəsi ilə 8000 (səkkiz min) manat məbləğində pulun verilməsi müqabilində oğlu Şahid2 Sumqayıt Qarnizonu Hərbi Polisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasını təşkil və təmin edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o, 2019-cu ilin avqust ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Hərbi Polis İdarəsinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1 8000 (səkkiz min) manat məbləğində pul almış və oğlu Şahid2 yaxın müddət ərzində Sumqayıt Qarnizonu Hərbi Polisində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunacağına dair vəd vermişdir. Lakin vədi üzrə heç bir hərəkət etməyərək aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o, vətəndaşlardan aldığı pulları qaytarmaqda çətinlik çəkdiyi üçün həmin vətəndaşlara aldığı pulları həmin vaxt dələduzluq əməllərinə görə barəsində araşdırma aparılan tanışı X2 verdiyini bildirmiş, əslində isə onlardan alıb ələ keçirdiyi pulları öz ehtiyacları üçün xərcləyib, qaytarmaq üçün vaxt qazanmaq istəmiş, həmin pulları nə Ş.Ə.Bədirova, nə də ki, digər şəxsə verməmiş, istintaq dövründə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aldığı pulları Ş.Ə.Bədirova verdiyini bildirmişdir. Hazırda isə vətəndaşlara dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir, törətdiyi əməllərdən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu ilin yanvar ayında avtomobil bazarında təsadüfən tanış olmuşdur. O, 2019-cu ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxsla metronun «Nərimanov» stansiyasının yaxınlığında fəaliyyət göstərən çay evində söhbət edərkən bildirmişdir ki, oğlu Murad Bayramlı konservatoriyada təhsil alıb və onun Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin orkestrində işləməsini istəyir. Bu zaman Təqsirləndirilən şəxs «orkestrdə nə var, ən yaxşısı hərbi polisdir» deyərək ona hərbi polis qurumunda işləməyin daha əlverişli olduğunu izah etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs bu işi hansı qaydada həll edəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə bu cür məsələlərin həllində səlahiyyətli olan vəzifəli tanışının olduğunu, həmin şəxsdən bu işin hansı qaydada həll etməyin mümkün olmasını öyrənib ona xəbər verəcəyini demişdir. Təxminən 5-6 gün sonra o, Təqsirləndirilən şəxsla eyni məkanda görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, vəzifəli tanışına onun vasitəsi ilə 6000 manat məbləğində pulu rüşvət qismində verməsi müqabilində oğlunu Bakı Qarnizonu Hərbi Polisinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirə bilər. Razılaşdıqdan sonra o, 29 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla metronun «20 yanvar» stansiyasının yaxınlığında görüşmüş və orada ona 6000 manat məbləğində pulu 100 manatlıq əskinaslarla təklikdə əlbəəl vermişdir. Həmçinin o, həmin vaxt oğlunun işə qəbul edilməsi ilə bağlı topladığı sənədləri də Təqsirləndirilən şəxs vermişdir. Sənədlərlə pulu alarkən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, oğlunu 3-4 günə tibbi komissiyadan keçməsi üçün çağıracaqlar, bir aya isə əmri veriləcəkdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və gözləməyə başlamış, lakin 25 gün keçsə də, oğlunu komissiyaya çağıran olmamışdır. Həmin ərəfədə o, tez-tez Təqsirləndirilən şəxsla danışıb hansı səbəbdən oğlunun komissiyaya çağırılmadığını soruşurmuş sonuncu isə hər dəfə 2-3 gün gözləməyini demişdir. Nəhayət bir ay keçdikdən sonra o, Təqsirləndirilən şəxs pulunu geri istəmiş, Təqsirləndirilən şəxs isə pulu Şahlar adlı şəxsə verdiyini demişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə eyni kənddən, yəni Beyləqan rayonunun Dünyamalılar kəndindəndir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır, ailəsi ilə də həmkəndli kimi münasibətləri olmuş, aralarında qohumluq münasibətləri, ədavət və ya düşmənçilikləri olmamışdır. Təxminən 2019-cu ilin iyul-avqust aylarında Dünyamalılar kəndində olduqları vaxt o, Təqsirləndirilən şəxs oğlu Ceyhun Şirinovun Hərbi Polis qurumunda işlə təmin edilməsinə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahlar adında vəzifəli tanışı var və həmin şəxs bu kimi işlərin həllində səlahiyyətli və geniş imkanlara malik olan şəxsdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona Şahlar adlı şəxsə 7000 manat məbləğində pulun rüşvət qismində çatdırılması yolu ilə oğlu Ceyhun Şirinovu hərbi polis qurumunda işlə təmin edə biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla razılaşıb pulu toplamaq üçün bir neçə gün vaxt istəmiş və bundan bir neçə gün sonra 7000 manat pul toplayıb Bakı şəhərində avtovağzal kompleksi yaxınlığında təklikdə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu təhvil alıb bildirmişdir ki, pulu Şahlar adlı şəxsə çatdırdıqdan sonra 2 ay ərzində oğlu Ceyhunun iş məsələsi həll olunacaqdır. Bundan sonra deyilən 2 ay vaxt keçsə də, oğlunun işi ilə bağlı bir xəbər çıxmamış, bununla bağlı bir neçə dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlasa da sonuncu, müxtəlif bəhanələr gətirərək tezliklə işin həll olunacağını bildirib vaxt qazanmışdır. Bir müddət də keçəndən sonra o, oğlunun işlə təmin edilmədiyini görüb, Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin təxminən sentyabr-oktyabr aylarında Bakı şəhərində keçirilən bal yarmarkasına tanış olmuşdur. 2018-ci ilin sonlarında o, oğlu Şahid2 hərbi polis qurumlarında işə qəbul olunmasını istəmiş və bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Uzun müddət aralarında danışıqlar getdikdən sonra təxminən 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs ona öz rəhbərliyi ilə oğlunun iş məsələsini danışdığını və 8000 manat məbləğində pulun onun vasitəsi ilə vəzifəli şəxslərə rüşvət qismində verilməsi müqabilində Şahid2 Sumqayıt Qarnizonu Hərbi polisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işlə təmin etdirə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifini qəbul edərək razılaşmış və aralarındakı həmin söhbətdən bir neçə gün sonra, 2019-cu ilin avqust ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Hərbi Polis binasının qarşısında Təqsirləndirilən şəxsla öz avtomobilində görüşərək, sonuncuya oğlu Şahid2 yanında əlbəəl 8000 manat məbləğində pul vermişdir. O, pulu verdikdən sonra bir daha Təqsirləndirilən şəxsla oğlunun iş məsələsinin düzəlib-düzəlməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs ona aldığı pulu tamamilə adını çəkmədiyi vəzifəli şəxsə verəcəyini demiş və təxminən 2 ay ərzində oğlunun işə götürüləcəyini vəd etmişdir. O, sonrakı 2 ay ərzində dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu, tezliklə Şahid2 iş məsələsinin həll ediləcəyini bildirmişdir. Lakin razılıqlarından uzun müddət keçsə də, oğlunun işə götürülmədiyini görüb, dələduzluğa məruz qaldığını başa düşmüş və Təqsirləndirilən şəxs pulunu geri istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aldığı 8000 manat məbləğində pulun tamamını Müdafiə Nazirliyində işləyən Şahlar adlı vəzifəli tanışına verdiyini və həmin şəxsdən xəbər gözlədiyini bildirmişdir. Lakin o, həmin şəxsi tanımamış və əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə eyni rayonda yaşadıqları üçün bir neçə dəfə müxtəlif tanışları vasitəsi ilə görüşüb tanışlıq yaratmışdır. Təxminən 2019-ci ilin iyul-avqust aylarında Beyləqan Hərbi Polisinin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində hər ikisi avtomobil yudurdarkən o, Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışdır. Söhbət zamanı o, Təqsirləndirilən şəxs, qardaşı Şahid3 Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsi ilə hərbi xidmət etdiyini deyərək, xidmət yerinin yaşadıqları Beyləqan rayonundan uzaqda yerləşməsindən narazılıqarını bildirmiş və Təqsirləndirilən şəxs qardaşının xidmət yerinin Beyləqan Hərbi Polisində hər hansı bir vəzifəyə dəyişilməsinə nail olmaq üçün kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayan və Müdafiə Nazirliyində işləyən vəzifəli bir tanışının olduğunu, həmin tanışından bu məsələnin həlli ilə bağlı maraqlanıb ona xəbər verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxsla telefonla danışarkən sonuncu ona bildirmişdir ki, qardaşı Şahid3 xidmət yerinin Beyləqan Hərbi Polisinə dəyişilməsi üçün dediyi vəzifəli şəxslə artıq danışmış və həmin şəxsə rüşvət qismində 6000 manat məbləğində pulun verilməsi müqabilində məsələni həll edə bilər. O, Təqsirləndirilən şəxsla razılaşdıqdan 2-3 gün sonra, topladığı 6000 manat məbləğində pulu Beyləqan rayonunda yaşayan və Bakı şəhəri istiqamətində taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid1 vasitəsi ilə Bakı şəhərində Təqsirləndirilən şəxs çatdırmışdır. Bir neçə saat sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlamış və sonuncu, 6000 manat məbləğində pulu Şahid1 adlı taksi sürücüsündən təhvil aldığını deyərək qardaşının məsələsinin tezliklə, təqribən 2 ay ərzində həll olunacağına vəd etmişdir. Bundan sonra o, məsələlərdən xəbərsiz olan Şahid3la danışıb ona da, bu barədə məlumat vermiş, lakin Təqsirləndirilən şəxs ondan hər hansı sənəd tələb etməmiş və 2 ay sonra birbaşa olaraq qardaşı barədə əmrin gələcəyini demişdir. O, 2 ay ərzində dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlasa da, razılıqlarından uzun müddət keçməsinə baxmayaraq, Şahid3 xidmət yerinin dəyişdirilmədiyini görüb, dələduzluğa məruz qaldığını başa düşmüşdür. Pulu geri tələb etdikdə Təqsirləndirilən şəxs dəfələrlə ona 6000 manat məbləğində pulun tamamını Müdafiə Nazirliyində işləyən Şahlar adlı vəzifəli tanışına verdiyini və həmin şəxsdən xəbər gözlədiyini demişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, atası Zərərçəkmiş şəxs1 onun hərbi polis qurumlarında işə qəbul olunmasını istəmiş və bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Uzun müddət aralarında danışıqlar getdikdən sonra təxminən 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öz rəhbərliyi ilə iş məsələsini danışdığını və 8000 manat məbləğində pulun vəzifəli şəxslərə rüşvət qismində verilməsi müqabilində onu Sumqayıt Qarnizonu Hərbi polisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işlə təmin etdirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təklifini qəbul edərək razılaşmış və aralarındakı həmin söhbətdən bir neçə gün sonra, 2019-cu ilin avqust ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Hərbi Polis binasının qarşısında Təqsirləndirilən şəxsla öz avtomobilində görüşərək, sonuncuya onun yanında əlbəəl 8000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulu tamamilə adını çəkmədiyi vəzifəli şəxsə verəcəyini demiş və təxminən 2 ay ərzində onun işə götürüləcəyini vəd etmişdir. Sonrakı 2 ay ərzində Zərərçəkmiş şəxs1 dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu, tezliklə onun iş məsələsinin həll ediləcəyini bildirmişdir. Lakin onlar razılıqlarından uzun müddət keçsə də, məsələnin həll edilmədiyini görüb, dələduzluğa məruz qaldıqlarını başa düşmüş və Təqsirləndirilən şəxs verdikləri pulları geri istəmişlər. Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2019-ci ilin iyulavqust aylarında özünə məxsus «Mercedes-Benz E-class» markalı, «**-KS-***» dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayonundan Bakı şəhərinə və əks istiqamət üzrə taksi fəaliyyəti ilə məşğul olduğu dövrdə, Zərərçəkmiş şəxs4 ona zəng edərək Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsə pul çatdırmağını xahiş etmiş, o da Zərərçəkmiş şəxs4la razılaşmış, lakin pulun nəyə görə verilməli olduğu barədə heç bir məlumatı olmamışdır. O, dəqiq xatırlamadığı tarixdə Beyləqan rayonunda Zərərçəkmiş şəxs4la görüşüb sonuncudan 6000 manat məbləğində pul almış və Təqsirləndirilən şəxs mobil nömrəsini öyrənmişdir. Bundan sonra o, sərnişin toplayıb Bakı şəhərinə getmiş və metronun «20 yanvar» stansiyası yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb 6000 manat məbləğində pulu sonuncuya vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs4 pulu çatdırmağı barədə telefonla məlumat verərək Beyləqan rayonuna qayıtmışdır. Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, qardaşı Zərərçəkmiş şəxs4 onun xidmət yerinin dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs ilə danışıqlara getməsindən xəbərsiz olmuşdur. O, sonradan Zərərçəkmiş şəxs4 öyrənmişdir ki, sonuncu Təqsirləndirilən şəxsla söhbəti zamanı onun xidmət yerindən narazılıqlarının olduğunu demiş və bu məsələdə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə 6000 manat məbləğində pulun vəzifəli şəxslərə rüşvət qismində verilməsi müqabilində onun xidmət yerini Beyləqan Hərbi Polisinə dəyişə biləcəyinə dair vəd verərək Zərərçəkmiş şəxs4 6000 manat məbləğində pul almış, lakin vədi üzrə heç bir hərəkət etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. «Nar mobile»-dan daxil olmuş «CD» diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə 28 noyabr 2020-ci il, 02 oktyabr 2021-ci il, 01 dekabr 2021-ci il tarixlərdə «zeng edecem emi», «emi zeng edecem», «daha sonra zəng edə bilərsinizmi?» məzmununda mesajlar, Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsinə 30 noyabr 2020-ci il, 09 dekabr 2020-ci il, 20 yanvar 2022-ci il, 26 yanvar 2022-ci il tarixlərdə «Mehman emi yigacam», «axsam zeng edecem», «zeng edecem», «zeng edecem vurulub» məzmununda mesajlar, Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** mobil telefon nömrəsinə 28 dekabr 2021-ci il, 01 yanvar 2022-ci il, 04 mart 2022-ci il, 05 mart 2022-ci il, 07 may 2022-ci il tarixlərdə «isim var atiram kartina sebrin olsunda», «zeng edecem», «gondermisem kartindafi 2 saatdi», «Azer emi aldirib atacam», « Salam Azer emi zermiyib alada bilmirem tefonu södürüb bu ay alıv ve recem men bezdimda nolub da revanda yıgır sende geceni güdüze qatmısan yoxduda görürsen ele bil sene borcluyamda da verecem neqeder yıgırsan gün erzinde düzelecek bil», «Verecem tanıma hec kimi meni tanı yaxşı yoxumdu menimde vayenin maşı vurulsun verecem baglıyacam gunah mendedi ey kimise pulun kimese niye verib xryir üazadırıram ki hecne baglıyacam bu ay seniki sende mende özümde», «Meni heçkim doluya bilmez senide heçkim dolamır bele danışmıyax pulunu vermişem herbiçilerin pulu vurulan kimi senin 700 manatın birde üsdün verecem sora bizimki qutardı bil men sorada ne edirsen et Atana get de kime de onu men alıb verecem bu adamın prablemi var vere bilmir mayış vurulan kini uzagı seheri pulunu verecek son burdan ayna ne bilirsen et» məzmununda mesajlar göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 19 fevral 2019cu il tarixdən 27 may 2022-ci il tarixədək müddətdə 99 dəfə, Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə 27 sentyabr 2020-ci il tarixdən 26 may 2022-ci il tarixədək 80 dəfə, Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə 30 iyul 2019-cu il tarixdən 27 may 2020-ci il tarixədək 469 dəfə telefon danışıqları aparılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 12 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 15 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 08 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 14 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir və sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Bakı Qarnizonu Hərbi polis rəisi – Qarnizonun Hərbi komendantının 18 fevral 2018-ci il tarixli, 51 №-li əmri ilə Təqsirləndirilən şəxs həmin tarixdən Bakı Qarnizonu Hərbi Polisinin hərbi polis bölüyünün avtomobil taqımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsinə kiçik çavuş hərbi rütbəsi ilə təyin edilmiş Bakı Qarnizonu Hərbi polis rəisi – Qarnizonun Hərbi komendantının 01 noyabr 2020-ci il tarixli, 314 №-li əmri ilə Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin «z» bəndinə müvafiq olaraq ordu sıralarından tərxis edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən 03 may 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün şərti azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hazırkı günədək məhkumluğu ödənilməmiş, yaxud götürülməmişdir. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamədələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini tam etiraf etməsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, himayəsində bir azyaşlı uşağının olmasını,cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə odəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətlərin törədilməsində iştirak dərəcəsini, habelə ona qarşı irəli sürülmüş epizodlar üzrə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsini, ailəsiinin yeganə qazanc gətirən mənbələri olmasını, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını, törətdiyi cinayət əməlinə mənfi münasibətini nəzərə alaraq təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilmədən də islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası 03 may 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün şərti azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cərimə ilə tam toplamaq yolu ilə qəti cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə xərci 250 (iki yüz əlli) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sahid oğluna sərf etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 4000 (dörd min) manat cərimə cəzası, həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat cərimə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8100 (səkkiz min yüz) manat cərimə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün şərti azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8100 (səkkiz min yüz) manat cərimə cəzası və 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün şərti azadlıqdan məhrumetmə cəzası cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. iş üzrə məhkəmə xərci 250 (iki yüz əlli) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142593, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sahid oğluna sərf etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən), Aslan Kalbalıyev, Camal Ramazanov.
Məhkəmə qərarları › İş №1-1(093)-15/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-15/2023
23.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver