Məhkəmə qərarları › İş №1-1(093)-151/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-151/2020

24.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-151/2020 24.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Mahmudova Nilufər Akif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə kapitanı Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə gizir kimi xidmət edir, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, hərbi xidmət üzrə vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. O, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xidmət və təminat bölüyünün (daimi yerləşmə məntəqəsinin) ərzaq anbarı rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən zaman xx xxx 2020-ci il tarixində saat 18:30 radələrində əsgər yeməkxanasının qarşısında ərzaq anbarına gəlmiş ərzaqların əsgərlər tərəfindən boşadılmasına nəzarət edərkən, ərzaqların anbara daşınmasında iştirak edən əsgər Şahid1 kartof kisəsini anbara qoyub aparmaq istəyərkən ehtiyatsızlığı səbəbindən kartof kisəsinin cırılmasını və kartofların yerə dağılmasını görüb əsəbiləşərək uca səslə əsgər Şahid1 öz iradını bildirmiş, həmin vaxt ərzaq məhsullarının daşınmasında iştirak edən əsgər Zərərçəkmiş şəxs bunu görüb əsgər yoldaşını müdafiə edərək əsgər Şahid1la uca səslə danışmasına görə ona öz iradını bildirmiş, bu zaman onunla əsgər Zərərçəkmiş şəxs arasında sözlü mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı o «hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalarına, rəisin tabeliyində olanlara rəğbət və ehtiram göstərməsinə, qayğısına qalmasına, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməsinə və hərbi nizamnamə tələblərinə əməl etməkdə tabeliyindəkilərə nümünə olmasına» dair Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 47-ci bəndlərinin tələblərini kobud surətdə pozub, əsgər Zərərçəkmiş şəxs sağ və sol üz nahiyələrinin hər birinə bir sillə zərbəsi vuraraq, sonra yaxasından tutaraq "sol almacıq nahiyəsinin açıq qırmızımtıl qançırı" kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verərək göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat 17:00-da bölük komandiri tərəfindən əsgər yeməkxanasının qarşısında ərzaq anbarına gələcək olan ərzaqların boşadılmasına nəzarət etməsi tapşırılmışdır. Həmin bu işə bölüyün əsgərləri Şahid1, Şahid3 və Şahid2 ayrılmış, saat 18:00 radələrində ərazi təmizliyindən qayıdan əsgər Zərərçəkmiş şəxs da ondan icazə alaraq əsgər yoldaşlarına ərzaqların boşadılmasında köməklik etmişdir. Təxminən saat 18:30 radələrində əsgər Şahid1 götürmüş olduğu kartof kisəsi cırılmış və kartoflar yerə dağılmışdır. O, əsgər Şahid1 qışqıraraq "görmürsən, korsan ehtiyatlı ol" deyən zaman əsgər Zərərçəkmiş şəxs əsgər yoldaşını müdafiə edərək nə üçün belə bir söz işətdiyini soruşmuşdur. O isə əsgər Zərərçəkmiş şəxs "səndən icazə alacam?" demiş, sonuncu cavabında ona "əsgər yoldaşımdı, onu müdafiə edirəm" demiş və beləliklə aralarında sözlü mübahisə baş vermişdir. O, baş vermiş mübahisə zamanı anidən əsəbiləşərək sağ və sol əli əsgər Zərərçəkmiş şəxs sağ və sol üz nahiyəsinə bir sillə vurmuş, ardınca kitelinin yaxasından tutan zaman orada olan əsgərlər Şahid1, Şahid2 və Şahid3 onları aralamışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs üzr istədiyini sonuncu onu bağışladığını göstərməklə məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs İmayıl oğlu ifadə verərək göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat 17:00-da bölük komandiri tərəfindən ərazinin təmizlənməsinə ayrılmışdır. O, ərazidəki təmizlik işlərini bitirdikdən sonra saat 18 radələrində əsgər yeməkxanasının qarşısında əsgər yoldaşları Şahid1, Şahid3 və Şahid2 ərzaqların boşadılmasında köməklik etməsi üçün gizir Təqsirləndirilən şəxs icazə istəmiş, sonuncuda etirazını bildirməmişdir. Təxminən saat 18:30 radələrində əsgər Şahid1 götürmüş olduğu kartof kisəsi cırılmış və kartoflar yerə dağılmışdır. Bu zaman gizir Təqsirləndirilən şəxs əsgər Şahid1 qışqıraraq "görmürsən, korsan ehtiyatlı ol" deyən zaman o, əsgər yoldaşı olan Şahid1 müdafiə edərək nə üçün belə bir söz işətdiyini gizir Təqsirləndirilən şəxs soruşmuşdur. Gizir Təqsirləndirilən şəxs ona "səndən icazə alacam?" demiş, o isə cavabında "əsgər yoldaşımdı, onu müdafiə edirəm" demiş və beləliklə aralarında sözlü mübahisə baş vermişdir. Gizir Təqsirləndirilən şəxs baş vermiş mübahisə zamanı anidən əsəbiləşərək sağ və sol əli onun sağ və sol üz nahiyəsinə bir sillə vurmuş, ardınca kitelinin yaxasından tutan zaman orada olan əsgərlər Şahid1, Şahid2 və Şahid3 onları aralamış, sifətində xəsarət izləri yaranmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyindən onunla barışaraq, onu bağışladığını, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını göstərərək məhkəmədən ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində verərək göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat 17:00-da bölük komandiri o, əsgər Şahid3, əsgər Şahid2 əsgər yeməkxanasının qarşısında ərzaq anbarına gələcək olan ərzaqları boşatmalarını, onlara nəzarəti isə gizir Təqsirləndirilən şəxs etməsi tapşırmışdır. Təxmin saat 18:00 radələrində ərazi təmizliyindən qayıdan əsgər Zərərçəkmiş şəxs onlara ərzaqların boşadılmasında kömək etməsi üçün gizir Təqsirləndirilən şəxs icazə istəmiş, sonuncuda buna etiraz etməmişdir. Təxminən saat 18:30 radələrində onun götürmüş olduğu kartof kisəsi cırılmış və kartoflar yerə dağılmışdır. Bu zaman gizir Təqsirləndirilən şəxs ona qışqıraraq "görmürsən, korsan ehtiyatlı ol" deyən zaman əsgər Zərərçəkmiş şəxs onu müdafiə edərək ona nə üçün belə bir söz işətdiyini gizir Təqsirləndirilən şəxs soruşmuşdur. Gizir Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs "səndən icazə alacam?" demiş, sonuncu cavabında gizir Təqsirləndirilən şəxs "əsgər yoldaşımdı, onu müdafiə edirəm" demiş və beləliklə aralarında sözlü mübahisə baş vermişdir. Gizir Təqsirləndirilən şəxs, baş vermiş mübahisə zamanı anidən əsəbiləşərək sağ və sol əli əsgər Zərərçəkmiş şəxs sağ və sol üz nahiyəsinə bir sillə vurmuş, ardınca kitelinin yaxasından tutan zaman orada olan o, əsgər Şahid2 və əsgər Şahid3 onları aralamışdır. Həmin mübahisədə əsgər Zərərçəkmiş şəxs sifətində xəsarət izinin yarandığını görmüşdür Məhkəmə iclasında şahid qismində dindirilənlər Şahid2 və Şahid3 məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyini təsdiq etdilər. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 761 №-li rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu " sol almcıq nahiyəsinin açıq qırmızımtıl qançırı" diaqnozlu xəsarətlər bərk küt əşya, əşyaların təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə əmələ gələ bilərdilər. Sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisinə ünvanlanmış raportdan məlum olur ki, xx xxx 2020-ci il tarixdə gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zədələnmələrinin qeydiyyatı kitabından edilmiş çıxarışdan aydın olur ki, əsgər Zərərçəkmiş şəxs "sol almcıq nahiyəsinin açıq qırmızımtıl qançırı" diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. xx xxx 2019-cu il tarixli Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisinin 121 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, "gizir hazırlığı" kursunu bitirmiş Təqsirləndirilən şəxs həmin Mərkəzin xidmət və təminat bölüyünün (daimi yerləşmə məntəqəsinin) ərzaq anbar rəisi vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir. xx xxxx 2020-ci il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin qərargah və təchizat bölüyünün maddi-texniki təminat tağımının ərzaq anbarı rəisi vəzifəsinə təyin edildiyinə görə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzindən gəlmiş hesab edilmiş, xx xxxx 2020-ci il tarixdən həmin hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rütbə üzrə rəisi hesab olunur. MN-nin Mərkəzi Hərbi Poliklinikasının xx xxxx 2020-ci il tarixli 2934 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətə yararlıdır. DİN BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədə Məmmədov Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekpertizasının xx xxxx 2020-ci il tarixli 761 saylı rəyi ilə və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətdə təqsirli şəxslərin rolu və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, gənc olmasını, xidmət etmək arzusunda olmasını, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla məhkəməyə ərizə təqdim etməsini onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Elmar Adullayevin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Məhkəmə qeyd olunan cinayət işi üzrə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motivi, üsulu, cinayətin törədlilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alaraq hesab edir ki, cəzanın təyin edilməsi zamanı qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərini nəzərə almasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən əməli törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbi olmaması barədə məhkəməyə ərizə təqdim etməsini nəzərə alaraq yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxs X1 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə olan qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunmalıdır. Cinayət prosessual-qanunvericiliyin tələblərinə görə şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir (CPM-nin 197.1.5-ci maddəsi). Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir (CPMnin 193.3-cü maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir (CPM-nin 193.5-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İbtidai istintaqın sonuncu mərhələsində Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili X5 6 iş saatı hüquqi yardımın göstərilməsi ilə əlaqədar 36 manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi haqqının ödənilməsinə dair hesabat təqdim etmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərdiyi üçün adları qeyd edilən vəkillərə onların təqdim etdikləri hesabata uyğun ödəniş edilməli, Bərdə rayon Vəkil Bürosunun vəkili X2 6 (altı) iş saatı müqabilində 36 (otuz altı) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 5% məbləğdə pul tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Cəzaçəkməsinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Bərdə rayon Vəkil Bürosunun vəkili X3 6 (altı) saat iş saatı müqabilində 36 (otuz altı) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar