Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-152/2023 04.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi X1, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs5, müdafiəçi - Bakı şəhəri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1991-ci il tarixdə Bərdə rayonunun Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin N9 iyun N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.N.1 və 3N.4, 31N.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə cəzasına, Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə islah işləri cəzası məhkum edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, gizir hərbi rütbəsində xidmət etmiş, Bərdə rayonunun Soğanverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N0N1-ci ilin noyabr ayının əvvəllərində onunla eyni hərbi hissədə mülki işçi kimi çalışan Zərərçəkmiş şəxsN ilə aralarındakı söhbət zamanı sonuncunun tanışı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs1 xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxsN vasitəsilə Zərərçəkmiş şəxs1 yalandan N (üç min) manat məbləğində pul verməklə xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni N0N1-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə Zərərçəkmiş şəxs1 N (üç min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olakən N0N1-ci ilin noyabr ayının sonlarında aralarında tanışlıq münasibəti olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində xidmət edən, kapitan Zərərçəkmiş şəxs3 ilə aralarındakı telefon danışığı zamanı sonuncunun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs3 xidmət yerinin dəyişdirilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs3 yalandan 5000 (beş min) manat məbləğində pul verməklə xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni N0N1-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində Ağdam rayonunun Quzanlı qəsəbəsində kapitan Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olakən N0N1-ci ilin noyabr ayında hansısa bir tanışının vasitəsilə onunla telefon vasitəsilə əlaqə saxlamış, əvvəllər tanımadığı, Füzuli rayon sakini Zərərçəkmiş şəxs4 ilə aralarındakı telefon danışığı zamanı sonuncunun N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmaq istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs4 xidmətə qəbul olunmasına kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs4 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs4 yalandan 4000 (dörd min) manat məbləğində pul verməklə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni N0N1-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən “Sevgilim” restoranının qarşısında Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat, N0NN-ci ilin yanvar ayında isə adına olan bank kartına köçürmə yolu ilə əlavə 300 (üç yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 4300 (dörd min üç yüz) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olakən N0N1-ci ilin dekabr ayının sonlarında onunla eyni hərbi hissədə mülki işçi kimi çalışan vətəndaş Zərərçəkmiş şəxsN ilə aralarındakı söhbət zamanı sonuncunun ankoloji xəstə olan arvadı XN təqaüd düzəltdirmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Z.Məmmədovaya təqaüd düzəldilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxsN pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxsN yalandan 4000 (dörd min) manat məbləğində pul verməklə arvadı Z.Məmmədovanın adına təqaüd düzəldilməsinə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni N0NN-ci ilin yanvar ayının əvvəllərində kirayədə yaşadığı, ünvan N ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxsN N (üç min) manat, N0NN-ci ilin yanvar ayının sonlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə N (beş yüz) manat, N0NN-ci ilin fevral ayının əvvəllərində isə Sumqayıt şəhərində yerləşən ödəmə terminalı vasitəsilə bank kartına köçürmə yolu ilə N (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 4000 (dörd min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olakən N0NN-ci ilin fevral ayında aralarında tanışlıq münasibəti olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində xidmət edən, gizir Zərərçəkmiş şəxs5 ilə aralarındakı telefon danışığı zamanı sonuncunun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs5 xidmət yerinin dəyişdirilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs5 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs5 yalandan N (üç min) manat məbləğində pul verməklə xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni N0NN-ci ilin fevral ayında Bakı şəhərində yerləşən N0 Yanvar metrostansiyasının yaxınlığında gizir Zərərçəkmiş şəxs5 N (üç min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, N0N1-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsinə xidmət edən zamanı həmin hərbi hissədə mülki işçi kimi çalışan Zərərçəkmiş şəxsN ona yaxınlaşaraq N nömrəli hərbi hissədə çavuş hərbi rütbəsində xidmət edən qohumu Zərərçəkmiş şəxs1 xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirmək istədiyini demişdir. O da Zərərçəkmiş şəxsN yanında telefonla zəng edərək rəisi və tabe olduğu N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu şöbəsinin rəisi, polkovnik-leytenant Şahidla danışmış və həmin işin pul olaraq qiymətini onunla danışıb sonuncunun razılığını almışdır. Şahid razılıq verəndən sonra Əziz və Aybənizlə görüşmüş, Aybəniz 3000 manat pulu sayıb Zərərçəkmiş şəxsN vermiş, Zərərçəkmiş şəxsN da pulu ona verərək «mən səni tanıyıram, alınmasa pulu səndən alacam» sözünü demişdir. Aybəniz getdikdən sonra o və Zərərçəkmiş şəxsN onun otağına getmişlər. O, Zərərçəkmiş şəxsN yanında Şahid təkrar zəng vuraraq həmin məsələni bir daha Zərərçəkmiş şəxsN yanında Taryelə demişdir. Şahid da Aybənizin xidmət yerinin N-3 ay ərzində dəyişdirəcəyinə söz vermişdir. Sonra isə o, həmin pulu aparıb Şahid vermişdir. Həmin vaxt keçdikdən sonra Şahid işi həll etməmiş, Aybəniz də pulu ondan tələb etmişdir. O da öz maşının sənədlərini Aybənizə görov olaraq vermişdir ki, müəyyən müddət ərzində gözləsin ki, Taryel işi həll edəcək. Lakin Taryel işi həll etməmiş, o da Aybənizə demişdir ki, Taryel barəsində özü də şikayət etmişdir, Aybəniz də Taryel barəsində şikayət etsin. Taryel pulu qaytarmadığı üçün hazırda Aybənizin pulunu o özü ödəmişdir. X16 ilə əvvəllər N nömrəli hərbi hissədə birlikdə xidmət etmişlər. N0N1-ci ilin sonlarında hərbi hissədə olarkən N nömrəli hərbi hissə komandirinin vəzifəsini icra edən mərhum şəhid Əkrəm Şadmanov ona zəng vuraraq otağına çağırmışdır. O da Əkrəm Şadmanovun otağına getmiş, sonuncu Zərərçəkmiş şəxs3 tanıyıb tanımadığını ondan soruşmuş, o da Əlini tanıdığını demişdir. Əkrəm Şadmanov ona bildirmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirmək lazımdır. O da Əkrəm Şadmanova öz rəisi Şahidla bu məsələni danışacağını deyib, Şahid zəng etmişdir. O, Taryel Həmdovla telefonla danışmış, sonuncu da Zərərçəkmiş şəxs3 üçün 5000 manat, Zərərçəkmiş şəxs5 üçün isə 3000 manat pul verməli olduqlarını demişdir. O da bunu Əkrəm Şadmanova demişdir. Sonralar o, Gəncə şəhərində ezamiyyətdə olduğu zaman Əkrəm Şadmanov ona zəng vuraraq Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 pullarının hazır olduğunu demişdir. O da həmin vaxt telefonla Şahid zəng vurmuş, lakin onunla əlaqə qura bilmədiyi üçün məsul icraçı olan Vüqar Səfərova zəng vurub X14 Həmidovun yanına gələcəyini demişdir. Əkrəm Şadmanov da Əlinin və Elvinin pulunu paketin arasında aparıb Şahid vermişdir. Sonra o, Şahid zəng vurub həmin pulları alıb almadığını, həmin şəxslərin köçürülmə məsələsinin nə vaxt olacağını soruşmuş, sonuncu da pulların ona çatdığını və N- 3 ay ərzində Əlinin və Elvinin köçürülməsi məsələsinin həll edəcəyini bildirmişdir. Lakin sonralar Taryel həmin məsələləri həll etmədiyinə görə Taryelə zəng vurub həmin məsələni soruşmuş, sonuncu da köçürülmələrin müvəqqəti dayandırıldığını demişdir. O, nə Əlidən, nə də Elvindən pul almamış və də Taryelə verməmişdir, həmin məsələdə sadəcə vasitəçi olmuşdur. X9 zəng vuraraq pulu istədiyi üçü o da məcbur qalıb öz maşınını banka girov qoyaraq pul götürüb 8000 manatı Əkrəm Şadmanova vermiş, sonuncu da həmin pulları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 vermişdir. Lakin Taryel həmin pulları ona geri qaytarmamışdır. N0NN-ci ilin yanvar ayında hərbi hissədə mülki işçi kimi çalışan Zərərçəkmiş şəxsN ilə aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxsN arvadının ankoloji xəstə olduğunu, sonuncuya pensiya (təqaüd) düzəltmək istəsə də bunun mümkün olmadığını demişdir. O da Əli Məmmədova bir tanışı vasitəsi ilə pul müqabilində bu işi həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsN da ona ümumilikdə 4000 manat məbləğində pul vermişdir. Lakin sonralar həmin məsələ alınmamış və o, Zərərçəkmiş şəxsN aldığı pulu sonuncuya geri qaytarmışdır. N0N1-ci ilin noyabr ayında N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu tanışı olan Cavid adlı şəxs tanışı Zərərçəkmiş şəxs4 N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmaq istədiyini demişdir. O da bunun Şahid tərəfindən həll olunduğunu və 3000 manat müqabilində N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul oluna biləcəyini demişdir. Sonra isə Şahid həmin məsələni deyəndə sonuncu 5000 manat pul istəmişdir. O da Əlizaminə həmin məbləği deyəndə Əlizamin həmin məbləğdə pulunun olmadığını demişdir. O, Taryelə Əlizaminin 5000 manatı olmadığını deyəndə sonuncu 4000 manata razılaşmışdır. Əlizamin də razılaşdığı üçün N0N1-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində onunla Sumqayıt şəhərində yerləşən “Sevgilim” restoranının qarşısında görüşərək 4000 manat məbləğində pulu almış və aparıb Şahid vermişdir. N0NN-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs4 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kursuna cəlb edilmiş kursun sonuncu həftəsində kursdan keçə bilməmişdir. O da bu barədə Şahid «WhatsApp» proqramı ilə səs ataraq Taryelə bildirmişdir. Taryel də onu məsələni dəqiqləşdirib deyəcəyini bildirmişdir. Həmin gün axşam Taryel ona zəng edərək bildirmişdir ki, Əlizaminin sənədlərində problem var, kurs bitdiyində Əlizaminin də əmri hamı ilə birlikdə veriləcəkdir, ona desin ki, narahat olmasın. Əlizaminin onun bank kartına köçürdüyü 300 manat pulu da Taryelə vermişdir. Bundan başqa özü N nömrəli hərbi hissədən xidmət yerini yenidən N nömrəli hərbi hissəyə dəyişmək üçün Şahidla Abşeron rayonu Masazır qəsəbəsində görüşərək 5000 manat pul vermiş, lakin Taryel Məmmədov onun köçürülmə məsələsini həll etməmiş və pulu da qaytarmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, N009-N011-ci illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olmuş və hərbi xidməti başa vurduqdan bir müddət sonra 13 iyul N018-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmuşdur. N0N1-ci ilin mart ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlıq kursuna cəlb olunmuş və 13 iyun N0N1-ci il tarixdə kursu başa vurub, gizir hərbi rütbəsi alaraq N nömrəli hərbi hissədə tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N0N1-ci ilin oktyabr ayında N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsinə, 0N mart N0NN-ci il tarixdə isə N nömrəli hərbi hissədə tağım komandirinin müavini vəzifəsinə təyin olunmuş və 03 avqust N0NN-ci il tarixdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. N0N1-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsinə təyin edildikdən sonra yeni yaradılmış hərbi hissə olması ilə əlaqədar hələ tam komplektləşmədiyi üçün başqa hərbi hissələrdən həmin hərbi hissəyə hərbi qulluqçuların köçürüldüyünü görmüş və bu yolla pul qazanması üçün dost-tanışına, əvvəlki xidmət yoldaşlarına pul müqabilində istənilən hərbi qulluqçunu N nömrəli hərbi hissədə xidmətə təyin etdirə biləcəyini, həmçinin istənilən şəxsi həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirə biləcəyini deyərək, belə bir şəxs olarsa ona müraciət etmələrini bildirmişdir. O, dost-tanışına, əvvəlki xidmət yoldaşlarına bu barədə məlumat verən zaman yalandan bu işləri N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu şöbəsinin rəisi, polkovnik-leytenant Şahid vasitəsilə həll etdiyini bildirmiş və bunu deməkdə məqsədi onları özünə inandırmaq olmuşdur. N nömrəli hərbi hissədə xidmətə təyin edildikdən bir ay sonra, N0N1-ci ilin noyabr ayının əvvəllərində həmin hərbi hissədə mülki işçi kimi çalışan Zərərçəkmiş şəxsN ona yaxınlaşaraq N nömrəli hərbi hissədə çavuş hərbi rütbəsində xidmət edən tanışı Zərərçəkmiş şəxs1 xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirmək istədiyini demiş və ondan bu işi həll edə bilib-bilməyəcəyini soruşduqda o, yalandan maraqlanıb məlumat verəcəyini bildirmişdir. O, 1-N gün sonra hərbi hissənin ərazisində Zərərçəkmiş şəxsNla görüşərək, Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsi məsələsi ilə maraqlandığını, 3000 manat məbləğində pul verilməsi müqabilində bu işin həll olunacağını demişdir. Zərərçəkmiş şəxs1 da razılaşaraq üçün bir neçə gün sonra N nömrəli hərbi hissəyə gəlmiş və Zərərçəkmiş şəxsN iştirakı ilə ona 3000 manat məbləğində pul vermişdir. O, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsi məsələsi ilə əlaqədar polkovnik-leytenant Şahid müraciət etmiş, lakin bu işə görə pul alması barədə heç bir söz deməyərək, ona hər hansı bir məbləğdə pul təqdim etməmişdir. Həmin vaxt polkovnik-leytenant Şahid çavuş Zərərçəkmiş şəxs1 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi məsələsinə baxacağını desə də bu işi həll edəcəyinə dair söz verməmişdir. Sonrakı günlərdə o, bu işlə bağlı yenidən bir neçə dəfə Şahid müraciət etsə də nəticəsi olmamış və o, 3000 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs1 aldatmışdır. Bir müddət sonra aldadıldıqlarını başa düşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ondan verdikləri 3000 manat məbləğində pulu tələb etmişlər, lakin maddi imkanı pis olduğu üçün o, pulu qaytara bilməmişdir. Bundan başqa, o, həmin hərbi hissədə eyni vəzifədə xidmətdə olarkən N0N1-ci ilin təxminən noyabr ayının sonlarında N nömrəli hərbi hissədə birlikdə xidmət etdikləri kapitan Zərərçəkmiş şəxs3 onunla telefon vasitəsilə əlaqə saxlamış və xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edə bilib-bilməyəcəyini soruşduqda o, kömək edə biləcəyini demişdir. Həmin vaxt kapitan Zərərçəkmiş şəxs3 bu iş üçün nə qədər pul verməli olduğunu soruşduqda o, yalandan maraqlanıb məlumat verəcəyini demiş və təxminən 1-N gün sonra kapitan Zərərçəkmiş şəxs3la telefon vasitəsilə əlaqə saxlayaraq 5000 manat məbləğində pul verməsi müqabilində xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Kapitan Zərərçəkmiş şəxs3 razılaşmış, 5000 manat məbləğində pulun hazır olduğunu desə də pulu verməsi üçün xidmət yerindən çıxa bilmədiyini demişdir. O da Ağdam rayonunun Quzanlı qəsəbəsinə gedib orada kapitan Zərərçəkmiş şəxs3la görüşərək 5000 manat məbləğində pulu ondan götürmüşdür. O, pulu aldıqdan sonra 1-N ay ərzində xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdiriləcəyini deyərək oradan ayılmış və xidmət yerinə qayıtdıqdan sonra polkovnik-leytenant Şahid kapitan Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək etməsini xahiş etsə də bu işə görə pul alması barədə bir söz deməmişdir. Daha sonra o, kapitan Zərərçəkmiş şəxs3 aldığı 5000 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmiş və sonrakı günlərdə sonuncunun xidmət yerinin dəyişdirilməsi məsələsi ilə bağlı bir neçə dəfə polkovnik-leytenant Şahid müraciət etsə də Şahid bu işi həll etməmişdir. Xidmət yerinin dəyişdirilmədiyini görən kapitan Zərərçəkmiş şəxs3 tez-tez onunla telefon vasitəsilə əlaqə saxlayıb bu barədə soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirərək işi həll edəcəyini demiş, lakin aldadıldığını başa düşən kapitan Zərərçəkmiş şəxs3 bir müddət sonra verdiyi pulu tələb etmişdir. Maddi imkanı pis olduğu üçün o, dərhal pulu qaytara bilməmiş, lakin N0NN-ci ilin iyul ayında bankdan kredit götürərək kapitan Zərərçəkmiş şəxs3 aldığı 5000 manat pulu tam şəkildə sonuncuya qaytarmışdır. Bundan başqa, o, həmin hərbi hissədə eyni vəzifədə xidmətdə olarkən N0N1-ci ilin noyabr ayında əslən Füzuli rayonundan olan, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 hansısa tanışının vasitəsilə onun mobil telefonunun nömrəsini əldə edərək onunla əlaqə saxlamış və N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmaq istədiyini deyib, ondan bu işi həll edə bilib-bilməyəcəyini soruşduqda o, 4000 manat məbləğində pul verməsi müqabilində N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edəcəyini demişdir. Telefonla danışan zaman o, yalandan bu işi kim olduğunu demədiyi yüksək vəzifədə xidmət edən tanışının vasitəsilə həll edəcəyini demiş və Zərərçəkmiş şəxs4 razılaşdığı üçün N0N1-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində onunla Sumqayıt şəhərində yerləşən “Sevgilim” restoranının qarşısında görüşərək ona 4000 manat məbləğində pul vermişdir. N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qəbulu elan edildiyi üçün o, Zərərçəkmiş şəxs4 fiziki göstəricilərinə görə asanlıqla kursu keçərək xidmətə qəbul olunacağını düşünmüş və buna görə də bu işlə bağlı heç kimə müraciət etməyərək, aldığı 4000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. N0NN-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs4 onunla telefon vasitəsilə əlaqə saxlayıb verdiyi siyahıda göstərilən sənədləri hazırlayaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kursuna cəlb edilməsi üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə təqdim etdiyini demiş və həmin ərəfələrdə onun 300 manat məbləğində pula ehtiyacı olduğu üçün yalandan 300 manat məbləğində pul verməsi müqabilində kurs keçmədən birbaşa xidmətə qəbul olunacağını demişdir. Zərərçəkmiş şəxs4 razılaşdığı üçün həmin gün onun istəyi ilə adına olan bank kartına 300 manat pul köçürmüş və o, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs4 yenidən onunla telefon vasitəsilə əlaqə saxlayıb, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kursa cəlb edildiyini, kurs keçməsi üçün Şəmkir rayonu ərazisində yerləşən hansısa hərbi hissəyə göndərildiyini demiş və bu zaman o, yalandan bir neçə gün sonra qaytarılacağını, kursu keçmədən birbaşa xidmətə qəbul olunacağını demişdir. O, Zərərçəkmiş şəxs4 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edəcəyi adı ilə 4300 manat məbləğində pul alsa da, bununla bağlı heç bir iş görməmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 onunla telefon vasitəsilə əlaqə saxlayaraq sənədlərində problem olması səbəbindən kursdan kənarlaşdırıldığını demişdir. Həmin vaxt o, yenə də Əlizaminə yalandan narahat olmamasını, yaxın günlərdə birbaşa xidmətə qəbul olunacağını demişdir. Aldadıldığını başa düşən Zərərçəkmiş şəxs4 ona verdiyi 4300 manat məbləğində pulu tələb etməyə başlamış, lakin maddi imkanı pis olduğu üçün o, sonuncunun pulunu qaytara bilməmişdir. Bundan başqa, o, həmin hərbi hissədə eyni vəzifədə xidmətdə olarkən N0NN-ci ilin yanvar ayında hərbi hissədə mülki işçi kimi çalışan Zərərçəkmiş şəxsN ilə aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxsN arvadının ankoloji xəstə olduğunu, sonuncuya pensiya (təqaüd) düzəltmək istəsə də bunun mümkün olmadığını demişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxsN pulunu ələ keçirməsi üçün yalandan əmisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərdə Regional Mərkəzində yüksək vəzifədə çalışdığını, nazirlə yaxın münasibətlərinin olduğunu bildirərək, əmisnin pul müqabilində bu işi həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxsN bu iş üçün nə qədər pul verilməli olduğunu soruşduqda o, maraqlanıb məlumat verəcəyini demiş və bir neçə gün sonra yalandan maraqlandığını deyərək, 4000 manat məbləğində pul verilməsi müqabilində əmisinin bu işi həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsN razılaşsa da həmin pulu hissə-hissə verəcəyini demiş və o, etiraz etmədiyi üçün Zərərçəkmiş şəxsN N0NN-ci ilin yanvar ayında ona hissə-hissə olmaqla ümumilikdə 4000 manat məbləğində pul vermişdir. O, Zərərçəkmiş şəxsN ona konkret olaraq hansı tarixlərdə, harada pul verdiyini xatırlamamış və aldığı 4000 manat pulu şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxsN arvadına pensiya düzəldilməsi məsələsi ilə bağlı heç bir iş görməmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxsN ondan tez-tez arvadına təqaüd düzəldilməsi məsələsi barədə soruşduğu üçün o, hər dəfə yalandan yaxın günlərdə bu işin müsbət həll olunacağını demişdir. Bir müddət sonra aldadılğını başa düşən Zərərçəkmiş şəxsN ona verdiyi pulu tələb etmişdir. Maddi imkanının pis olması səbəbindən 4000 manat pulu qaytarmadığı üçün daha sonra Zərərçəkmiş şəxsN bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayətini bildirmiş və orada araşdırma aparılsa da o, yalandan Zərərçəkmiş şəxsN pul almadığını demişdir. Bundan başqa, o, həmin hərbi hissədə eyni vəzifədə xidmətdə olarkən N0NN-ci ilin yanvar ayında aralarında tanışlıq münasibəti olan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs5 onunla telefon vasitəsilə əlaqə saxlamış və xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edə bilib-bilməyəcəyini soruşduqda o, yalandan kömək edə biləcəyini deyərək bunun üçün pul verməli olduğunu bildirmişdir. Gizir Zərərçəkmiş şəxs5 bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda o, yalandan bu işi həll edəcək yüksək vəzifədə çalışan tanışı ilə maraqlanıb məlumat verəcəyini demiş və təxminən 1-N gün sonra telefon vasitəsilə əlaqə saxlayaraq bu iş üçün N (üç min) manat məbləğində pul istəmişdir. Gizir Zərərçəkmiş şəxs5 razılaşdığı üçün bir neçə gün sonra, yəni N0NN-ci ilin fevral ayında onunla telefon vasitəsilə əlaqə saxlayaraq pulu hazır etdiyini demişdir. Sonra o, Zərərçəkmiş şəxs5 ilə Bakı şəhərində yerləşən N0 Yanvar metrostansiyasının yaxınlığında görüşərək 3000 manat pulu Elvindən götürmüşdür. Daha sonra o, gizir Zərərçəkmiş şəxs5 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək etməsi üçün N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu şöbəsinin rəisi, polkovnik-leytenant Şahid müraciət etsə də bu işə görə 3000 manat məbləğində pul aldığını sonuncuya deməmiş və aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Polkovnikleytenant Şahid onun xahişini yerinə yetirmədiyi üçün gizir Zərərçəkmiş şəxs5 tez-tez onunla əlaqə saxlayaraq işlə maraqlanmış və o, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə xidmət yerinin dəyişdiriləcəyini demişdir. Bir müddət sonra aldadılğını başa düşən gizir Zərərçəkmiş şəxs5 verdiyi 3000 manat pulu ondan tələb etməyə başlamış və maddi imkanının pis olması səbəbində o, pulu dərhal qaytara bilməsə də, N0NN-ci ilin iyul ayında bankdan kredit götürərək gizir Zərərçəkmiş şəxs5 pulunu tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrin düzgün olmadığını, həmin ifadələrin müstəntiq tərəfindən təhrif olunduğunu və ona təzyiqlər olduğu üçün ifadələri imzaladığını bildirmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş rütbəsində xidmət etmişdir. N0N1-ci ilin oktyabr-noyabr aylarında iş yerini N nömrəli hərbi hissəyə dəyişmək istəmişdir. Həmin hərbi hissədə mülki işçi kimi çalışan, tanışı Zərərçəkmiş şəxsN bununla bağlı müraciət etmiş, sonuncu da gizir Təqsirləndirilən şəxs ilə danışdığını, sonuncuya 3000 manat məbləğində pul verməsi müqabilində xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdiriləcəyini bildirmişdir. N0N1-ci ilin noyabr ayında o, 4000 manat məbləğində bankdan kredit götürmüş, N nömrəli hərbi hissəyə gedib Zərərçəkmiş şəxsN otağında gizir Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs də 3000 manat məbləğində pul verməsi müqabilində N-3 ay ərzində xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdiriləcəyini demişdir. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs bu işi N nömrəli hərbi hissənin şəxsi heyətinin uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edən, polkovnik-leytenant Şahid vasitəsilə həll edəcəyini, aldığı pulu sonuncuya verəcəyini demişdir. O, 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş, lakin sonralar Təqsirləndirilən şəxs işi həll etməmişdir. O da verdiyi 3000 manat məbləğində pulu İsmətdən tələb etmişdir. O, pulu tələb etməyə başladıqdan sonra Təqsirləndirilən şəxs 3000 manat pulu Şahid verdiyini demiş və qaytarmamışdır. Hazırda isə həmin pul Təqsirləndirilən şəxsı tərəfindən ona ödənilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müracət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsində çalışmışdır. N0N1-ci ilin noyabr ayında tanışı olan, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs1 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsini istədiyini demiş və ondan xidmət yerini necə dəyişdirə biləcəyini soruşmuşdur. O da hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində xidmət edən, gizir Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu həmin məsələni 3000 manat məbləğində pul qarşılığında edə biləcəyini demişdir. Aybəniz də razılaşdığı üçün bir neçə gün sonra N nömrəli hərbi hissəyə gəlmiş və onun iştirakı ilə gizir Təqsirləndirilən şəxs ilə görüşüb 3000 manat məbləğində pulu Aybəniz Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də pulu aldıqdan sonra N-3 ay ərzində xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Lakin sonralar Zərərçəkmiş şəxs1 xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdiriləcəyini deyəndə bunu Şahid vasitəsi ilə edəcəyini bildirmişdir. Bundan başqa N0N1-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə söhbət edən zaman ankoloji xəstə olan arvadı XN təqaüd düzəltmək istədiyini, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona imtina cavabının verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs adını demədiyi yaxın adamının vasitəsi ilə 4000 manat pul qarşılığında bu işi həll edə biləcəyini demişdir. O, N0NN-ci ilin yanvar ayının əvvəllərində 3000 manat, N0NN-ci ilin yanvar ayının sonlarında 500 manat, N0NN-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs bank kartına köçürmə yolu ilə əlavə 500 manat, ümumilikdə cəmi 4000 manat məbləğində pulu İsmət Məmmədlyə vermişdir. Lakin Təqsirləndirilən şəxs həmin işi həll etmədiyi üçün sonuncunun barəsində müvafiq orqanlara şikayət etmişdir. Hazırda isə həmin pul Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsN məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, o, N nömrəli hərbi hissənin texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində gizir hərbi rütbəsində xidmət etmişdir. O, N nömrəli hərbi hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs tanımışdır. İsmətlə söhbət edən zaman xidmət yerini N nömrəli hərbi hissəyə dəyişməsinin necə mümkün olacağını soruşmuşdur. Təqsirləndirilən şəxs 3000 manat məbləğində pul verməsi müqabilində həmin tanışlarının vasitəsilə xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdiriləcəyini demişdir. Bununla bağlı 3000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin bir müddət gözləsə də İsmət işi həll etməmişdir. Sonra Təqsirləndirilən şəxs pulu geri tələb etmiş və Təqsirləndirilən şəxs də 3000 manat pulu N0NN-ci ilin iyul ayında tam şəkildə ona geri qaytarmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, MN N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən N0N1-ci ilin təxminən oktyabr ayında hərbi hissənin qarşısında əvvəllər həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, gizir Təqsirləndirilən şəxs ilə rastlaşmış və aralarındakı söhbət zamanı sonuncu xidmət yerinin N nömrəli hərbi hissədən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirildiyini, həmin hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsinə təyin edildiyini demişdir. Həmin vaxt o, ailə vəziyyəti ilə əlaqədar xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişmək istədiyini dediyi üçün gizir İsmət .əmmədli xidmət etdiyi N nömrəli hərbi hissədə vakant yerlər olduğunu bildirmiş və pul verməsi müqabilində kim olduğunu demədiyi yüksək vəzifədə xidmət edən tanışının vasitəsilə xidmət yerinin həmin hərbi hissəyə dəyişdirilməsinə kömək edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs dərhal cavab verməsə də bir neçə gün sonra, yəni N0N1ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlayaraq xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edə bilib-bilməyəcəyini soruşmuş və həmin vaxt Təqsirləndirilən şəxs yüksək vəzifədə xidmət edən tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Təxminən N-3 gün sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq yüksək vəzifədə çalışan tanışı ilə danışdığını demiş və 5000 (beş min) manat məbləğində pul verməsi müqabilində N nömrəli hərbi hissədə zenit tank xidmətinin rəisi vəzifəsinə təyin ediləcəyini bildirmişdir. Həmin vaxt o, razılaşaraq pulu necə göndərəcəyini soruşmuş və Təqsirləndirilən şəxs adına olan bank kartına köçürməsini desə də o, gələcəkdə problem ola biləcəyini düşündüyü üçün bunu etmək istəməmişdir. O, xidmət yerindən çıxa bilmədiyi üçün daha sonra Təqsirləndirilən şəxs gəlib pulu özünün götürəcəyini demiş və təxminən N-3 gündən sonra Ağdam rayonunun Quzanlı qəsəbəsinə gəlib onunla görüşərək 5000 (beş min) manat məbləğində pulu ondan götürmüşdür. Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulu götürdükdən sonra 1 ay 15 gündən sonra xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə bağlı əmrin veriləcəyini demiş və yanından ayrılmışdır. O, bir müddət gözləsə də xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə bağlı əmr verilməmiş və Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlayıb bu barədə soruşduqda sonuncu yaxın günlərdən işin müsbət həll olunacağını demişdir. Sonrakı günlərdə o, xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmrin verilmədiyini görüb Təqsirləndirilən şəxs ilə tez-tez telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə soruşduqda sonuncu yenə də müxtəlif bəhanələr gətirməyə başlamış və bir müddət sonra o, aldadıldığını başa düşdüyü üçün verdiyi 5000 manat məbləğində pulu tələb etmişdir. Təqsirləndirilən şəxs pulu yüksək vəzifədə çalışan tanışına verdiyini, alıb qaytaracağını desə də pulun qaytarılması gecikmiş və o, təkidlə pulunu tələb etdiyi üçün Təqsirləndirilən şəxs N0NN-ci ilin iyul ayında Ağdam rayonunun Quzanlı qəsəbəsinə gələrək 5000 (beş min) manat məbləğində pulunu ona geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, N0N1-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılarında işə düzəlməsi üçün həmin Xidmətə müraciət etmiş və idmanla məşğul olduğu üçün N0NN-ci ilin iyun-iyul aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərində yerləşən hərbi hissəsində kursa cəlb olunmuşdur. Bir müddət sonra kurs dayandırıldığı üçün o, eləcə də kursa cəlb olunan digər şəxslər işə qəbul olunmamış və bundan sonra o, özünə başqa iş axtarmışdır. N0N1-ci ilin təxminən noyabr ayında o, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində birlikdə kursda olduğu Cavid Mehtiyev adlı şəxslə telefon vasitəsilə danışan zaman özünə iş axtardığını demiş və bu zaman X17 Nazirliyinin Sumqayıt şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət edən gizir Təqsirləndirilən şəxs onun həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edə biləcəyini demişdir. O, Cavid Mehtiyevin gizir Təqsirləndirilən şəxs haradan tanımasını bilməmiş və N nömrəli hərbi hissə yeni yaradılmış komando hərbi hissəsi olduğu üçün o, razılaşmışdır. O, gizir Təqsirləndirilən şəxs mobil telefonunun nömrəsini öyrəndikdən sonra həmin nömrəyə zəng etmiş və özünü təqdim etdikdən sonra N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəlmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edə biləcəyini demiş və bunun üçün 5000 (beş min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, maddi vəziyyətinin yaxşı olmadığını, həmin məbləğdə pulu verə bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs maraqlanıb məlumat verəcəyini demiş və bir qədər sonra onunla telefon vasitəsilə əlaqə saxlayaraq bu iş üçün yekun olaraq 4000 (dörd min) manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs 4000 manat məbləğində pul verməsi müqabilində onun N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edəcəyini desə də bu işi kimin vasitəsilə həll edəcəyini, aldığı pulu kimə verəcəyini bildirməmiş və o, bu haqda maraqlanmamışdır. O, razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs hazırlamalı olduğu sənədlərin siyahısını demiş və o, sənədləri və 4000 manat məbləğində pulu hazırladıqdan sonra N0N1-ci ilin dekabr ayının əvvəllərində gizir Təqsirləndirilən şəxs ilə görüşməsi üçün Sumqayıt şəhərinə getmişdir. O, Sumqayıt şəhərinə gəldikdən sonra orada yerləşən “Sevgilim” restoranın qarşısında gizir Təqsirləndirilən şəxs ilə görüşmüş və 4000 (dörd min) manat məbləğində pulu, eləcə də işə qəbul üçün lazım olan sənədləri verdikdən sonra sonuncu nə zaman hərbi-həkim komissiyasından keçməli olması barədə məlumat veriləcəyini deyərək yanından ayrılmışdır. Təxminən 15-N0 gün sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlayıb hərbi-həkim komissiyasından keçməsindən ötrü korpusa, yəni N nömrəli hərbi hissəyə gedib oradan N nömrəli forma götürməsini bildirdiyi üçün o, həmin hərbi hissəyə getmiş və oradan qeyd edilən sənədi götürdükdən sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına getmişdir. O, hospitalda həkim komssiyasından keçdikdən sonra oradan verilən sənədi N nömrəli hərbi hissəyə təqdim etmiş və daha sonra yaşadığı Füzuli rayonuna qayıtmışdır. Bir neçə gün sonra, yəni N0NN-ci ilin təxminən yanvar ayının sonlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən hansısa bir şəxs onunla telefon vasitəsilə əlaqə saxlamış və sənədlərində olan nöqsanı aradan qaldırması üçün onu Təlim və Tədris Mərkəzinə dəvət etmişdir. O, X13 və Tədris Mərkəzinə gəlib sənədlərində olan nöqsanı aradan qaldırdıqdan sonra həmin gün Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlamış və telefon danışığı zamanı Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində pul verməsi müqabilində kurs keçmədən birbaşa xidmətə təyin oluna biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq, sonuncunun istəyinə əsasən həmin gün nömrəsini dediyi bank kartına 300 manat məbləğində pul köçürmüş və bir müddət sonra, yəni 16 mart N0NN-ci il tarixdə o, yenidən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə çağırılmışdır. O, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gəldikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edən digər şəxslərlə birlikdə kurs keçmələri üçün Şəmkir rayonunda yerləşən hansısa hərbi hissəyə göndərilmiş və o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bu barədə məlumat verdikdə sonuncu narahat olmamasını, bir neçə gün sonra geri qaytarılacağını bildirmişdir. Təqsirləndirilən şəxs bir neçə gün ərzində geri qaytarılacağını desə də o, 16 may N0NN-ci il tarixədək kursda olmuş və qeyd edilən tarixdə o, sənədlərində hansısa problemin olması səbəbindən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə çağırılmışdır. O, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gəldikdən sonra ona sənədlərində problem olması səbəbindən kursdan kənarlaşdırıldığı deyilmiş, lakin problemin nədən ibarət olması bildirilməmişdir. O, Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlayıb bu barədə məlumat verdikdə sonuncu narahat olmamasını, yaxın günlərdə N nömrəli hərbi hissədə xidmətə qəbul olunacağını demiş və bundan sonra o, yaşadığı Füzuli rayonuna qayıtmışdır. Sonrakı günlərdə o, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb nə zaman xidmətə qəbul olunacağını soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə vaxtı uzatmış və daha sonra o, aldadıldığını başa düşdüyü üçün N0NN-ci ilin iyun ayından başlayaraq verdiyi 4300 (dörd min üç yüz) manat məbləğində pulu tələb etmişdir. O, pulunu tələb etməyə başladıqdan sonra Təqsirləndirilən şəxs 4300 manat məbləğində pulu N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edən, polkovnik-leytenant Şahid adlı şəxsə verdiyini, sonuncudan pulu aldıqdan sonra qaytaracağını demişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müracət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusunun N nömrəli hərbi hissəsində şöbə rəisi olmuşdur. Gizir Təqsirləndirilən şəxs isə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs barəsində N nömrəli hərbi hissəyə hərbçilərin pul alıb köçürülməsi məsələsi ilə bağlı şikayətlər olduğundan sonra bu məsələlərlə bağlı prokurorluqda apaşdırma aparılanda öyrənib bilmişdir. Bir nəfər tanıdığı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, onun adından istifadə olunaraq bacısı qızının N nömrəli hərbi hissəyə köçürülməsi ilə bağlı pul alınmışdır. O da bunun yalan olduğunu və həmin şəxsə prokurorluq orqanlarına şikayət etmələrini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində başqa şəxslərin də şikayətləri məlum olduqda belə neqativ hallara görə o, həbbi hissə komandirinə məruzə etmiş, hərbi hissə komandiri də bununla bağlı korpus komandirinə məruzə etmişdir. Bu səbəblərdən Təqsirləndirilən şəxs xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Sonralar isə Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən tərxis olunması ilə bağlı məlumatı olmamışdır. Şahid məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə N ilə yaxın müddətdə xidmət etmişdir. N nömrəli hərbi hissə yeni yaradılmış komando hərbi hissəsi olduğundan bütün sənədləşmə işlərini Təqsirləndirilən şəxs aparmışdır. Ona görə də onunla mütəmadi ünsiyyəti olmuşdur. Təqsirləndirilən şəxs müəyyən hərbçilərin N nömrəli hərbi hissəyə köçürülmələri ilə bağlı ona müraciət etməmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında müəyyən telefon danışıqları olsa da “sms” yazışmaları olmamış, onun telefonu “sms” yazışmalarına bağlı olmuşdur. N nömrəli hərbi hissə yeni yarandığı üçün bəzi zabitlərin həmin hərbi hissəyə köçürülmələrinə imkan yaradılsa da, pul qarşılığında ora hərbçilərin köçürülməsi halları ümumiyyətlə olmamışdır. Müraciət edən zabitlərin də N nömrəli hərbi hissəyə köçürülməsi təmin olunmuşdr. Təqsirləndirilən şəxs neqativ işlərdə adı hallandığına görə hərbi hissə komandiri korpus komandirinə məruzə etmiş, korpus komandiri də ümumi komandanlığa məruzə etmiş və ondan sonra İsmət Məmədlinin xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən ona Masazır qəsəbəsində görüşməyi təklif etmiş, görüş zamanı İsmət ondan xahiş etmişdir ki, korpus komandirindən xahiş etsin ki, onu əvvəlki xidmət yerinə, yəni N nömrəli hərbi hissəyə qaytarsınlar. O da belə bir şeyin mümkün olmadığını İsmətə bildirmiş və ayrılmışlar. İsmət Masazır qəsəbəsinə onunla görüməyə öz maşını ilə gəlmiş, İsmətin gəldiyi maşında bir nəfər tanımadığı qadın da olmuşdur. İsmət N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülməsi ilə bağlı ona 5000 manat pul verməmişdir. İsmətin N nömrəli hərbi hissədən yenidən N nömrəli hərbi hissəyə köçürülməsi mümkün olan məsələ olmamışdır ona görə ki, N nömrəli hərbi hissədə İsmət xidmət edən zaman bir nəfər zabitdən pul almışdır ki, onu rəis təyin edəcək. Bununla bağlı da hərbi hissə komandiri korpus komandirinə məruzə etmişdir. Həmin məsələ də Sumqayıt Hərbi prokurorluğunda araşdırılmış, ondan sonra korpus komandiri də ümumi komandanlığa bu məsələ ilə bağlı məruzə etmişdi. Ondan sonra İsmətin xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Şahid məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun mobil telefonuna mesajlar göndərdiyini desə də onun telefonu mesajları qəbul etmək üçün bağlı olmuş və İsmətin “sms”-ləri onun telefonuna gəlməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında müəyyən ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsində xidmət etmişdir. Bölmə rəisi vəzifəsi vakant olduğu üçün İsmət eyni zamanda bölmə rəisi vəzifələrini icra etmiş və həmin hərbi hissə yeni yaradılmış komando hərbi hissəsi olduğundan, həmçinin hərbi hissə korpusa, yəni N nömrəli hərbi hissəyə tabe olduğundan o, gizir Təqsirləndirilən şəxs ilə teztez ünsiyyətdə olmuşdur. N nömrəli hərbi hissə yeni yaradılmış komando hərbi hissəsi olduğundan 5-ci ordu korpusunun komandiri həmin hərbi hissənin tam komplektləşməsi üçün korpusun tabeliyində olan hərbi hissələrin komandirlərinə, eləcə də korpusun şöbə rəislərinə yaxşı xidmət edən zabitlərin həmin hərbi hissəyə gətirilməsi barədə təkliflər verməyi tapşırmış və verilən təkliflər əsasında korpus komandiri adından X10 raport göndərilmişdir. Gizir Təqsirləndirilən şəxs bundan məlumatı olduğu üçün onun adından istifadə edib, guya onun vasitəsilə xidmət yerlərinin N nömrəli hərbi hissəyə dəyişdiriləcəyini deyərək ayrı-ayrı hərbi qulluqçulardan aldatma yolu ilə pul almış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, gizir Təqsirləndirilən şəxs nə vaxtsa istənilən hərbi qulluqçunun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirə biləcəyini deməmiş və sonuncu ona kiminsə xidmət yerinin dəyişdirilməsi barədə müraciət etməmişdir. Gizir Təqsirləndirilən şəxs özünü nizam-intizamsız, verilən tapşırıqların öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərdiyi üçün o, sonuncunun xidmət yerinin dəyişdirilməsi barədə 5-ci Ordu Korpusunun komandirinə müraciət etmiş və korpus komandirinin vəsatəti əsasında N0NN-ci ilin mart ayında gizir Təqsirləndirilən şəxs xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirildikdən sonra gizir Təqsirləndirilən şəxs mütəmadi olaraq əvvəlki xidmət yerinə qaytarılmasına kömək etməsi ilə onun mobil telefonuna mesaj göndərmiş, lakin o, həmin mesajlara cavab yazmamışdır. Gizir Təqsirləndirilən şəxs onun təşəbbüsü ilə xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirildiyini bildiyi üçün daha sonra mobil telefonuna ayrı-ayrı şəxslərin xidmət yerlərinin dəyişdirilməsinə kömək etməsi barədə mesajlar göndərmiş və o, Təqsirləndirilən şəxs bununla ona problem yaratmaq istədiyini, yəni məqsədli şəkildə bu məzmunda mesaj yazdığını başa düşüyü üçün mesajlarını cavablandırmamışdır. O, gizir Təqsirləndirilən şəxs mesajlarına cavab vermədiyi üçün daha sonra aralarında tanışlıq münasibəti olan bir şəxs telefon vasitəsilə onunla əlaqə saxlayaraq, qohumu Təqsirləndirilən şəxs ilə görüşməsini xahiş etmiş və buna görə də o, həmin şəxsin xahişinə əsasən N0NN-ci ilin iyul ayında gizir Təqsirləndirilən şəxs ilə Abşeron rayonu Masazır qəsəbəsində görüşmüşdür. Görüşdükləri zaman Təqsirləndirilən şəxs ondan əvvəlki xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarılmasına kömək etməsini istəmiş və o, gizir Təqsirləndirilən şəxs bu işdə ona heç bir köməklik edə bilməyəcəyini dediyi üçün sonuncu yanından ayrılmışdır. Həmin gündən sonra Təqsirləndirilən şəxs bir daha görməmiş və daha sonra ayrı-ayrı şəxsləri aldadıb pulunu ələ keçirdiyi üçün Təqsirləndirilən şəxs barəsində araşdırma aparıldığını bilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və Təqsirləndirilən şəxs onun telefonuna “sms”-lər yazdığını təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Tarixini xatırlamadığı vaxtda və gündə İsmət ona zəng vuraraq maşını ilə Bərdə rayonuna gedəcəyini demişdir. O da Bərdə rayonunda yaşayan yataq xəstəsi olan bacısını görmək istədiyi üçün İsmətə onu da maşını ilə Bərdə rayonuna aparmasını xahiş etmişdir. İsmət səhər saatlarında onun yaşadığı Köhnə Suraxanı qəsəbəsinə gələrək onu götürmüş və yola düşmüşlər. İsmət maşında davamlı rəisi dediyi Taryel müəllimlə bir neçə dəfə telefonla danışmışdır. İsmət maşını Sumqayıt tərəfə sürmüş və tanışı olan Vəfa adlı qadını da götürmüşdür. O, İsmətdən niyə Sumqıyıt istiqamətinə getdiklərini soruşanda İsmət ona demişdir ki, işlə bağlı rəisi Taryel müəlliə görüşməlidir və Taryelə pul verməlidir. Yolu səhv getdikləri üçün İsmət yenə Taryel müəllimə zəng vurub hara gəlməli olduğunu soruşmuş, sonuncu da telefonda gələcəkləri yeri bildirmişdir. Sonra onlar Taryel müəllimin dediyi yerə getmişlər, İsmət maşından düşərək rəisi dediyi Taryel adlı şəxslə görüşməyə getmişdir. Həmin vaxt onlar maşından bir az aralıda görüşmüşlər. Taryel yay geyimidə olmuş, əynində qısa şort olmuşdur. İsmət Taryel müəllimlə 15-N0 dəqiqə söhbət etdikdən sonra geri qaıtmış və maşina minmişdir. O, İsmətdən işinin həll olunubolunmadığını soruşmuş, İsmət də gülə-gülə işinin həll olunacağını bildirmişdir. Lakin o, İsmətdən Taryelə nə qədər pul verib-vermədiyini soruşmamışdır. Sonra İsmətin tanışı olan Vəfa adlı qadınla da birlikdə Bərdə rayonuna getmişlər. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxslərin ifadələri və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 01 iyun N0N3-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmişdir. 06 iyul N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaqa könüllü gələrək özünü istintaqa təqdim etmiş və həmin tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Bakı Hərbi Məhkəməsinə xx.xx.N0N3-cü il tarixdə daxil olmuş, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına üzrlü səbəb göstərmədən gəlmədiyi üçün xx.xx.N0N3-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.N0N3-cü il taixdə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və həmin tarixdən həbsdə saxlanılır. Cinayət işinin materiallarında olan xx.xx.N0NN-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yerlərinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyi adı ilə çavuş Zərərçəkmiş şəxs1 3000 manat, kapitan Zərərçəkmiş şəxs3 5000 manat, gizir Zərərçəkmiş şəxs5 3000 manat, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olunmasına kömək edəcəyi adı ilə vətəndaş Zərərçəkmiş şəxs4 4300 manat məbləğində pul alması barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.N0NN-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxsN gizir Təqsirləndirilən şəxs arvadına təqaüd düzəldilməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan N0NN-ci ilin yanvar, fevral aylarında ümumilikdə 4000 (dörd min) manat məbləğində pul alması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.N0N3-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxs xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyi adı ilə aldadaraq ondan N0N1-ci ilin noyabr ayında N (üç min) manat məbləğində pul alması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.N0N3-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 gizir Təqsirləndirilən şəxs xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyi adı ilə aldadaraq N0NN-ci ilin fevral ayında ondan N (üç min) manat məbləğində pul alması və N0NN-ci ilin iyul ayında həmin pulu qaytarması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.N0N3-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 gizir Təqsirləndirilən şəxs xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişdirilməsinə kömək edəcəyi adı ilə aldadaraq N0N1-ci ilin noyabr ayında ondan 5000 (beş min) manat məbləğində pul alması və tələbindən sonra həmin pulu qaytarması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.N0N3-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul olunmasına kömək edəcəyi adı ilə aldadaraq N0N1-ci ilin dekabr, N0NN-ci ilin yanvar aylarında ondan ümumilikdə 4300 (dörd min üç yüz) manat məbləğində pul alması barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş kredit sənədlərinin surətindən görünür ki, Zərərçəkmiş şəxsN arvadı X3 xx.xx.N0NN-ci il tarixdə Kapital Bank bankından N700 (iki min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxsN xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs oğuna bank kartına köçürmə yolu ilə N (beş yüz) manat məbləğində pul vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş votsap yazışmalarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxsN arasında sonuncunun arvadı XN təqaüd düzəldilməsi və Təqsirləndirilən şəxs verilmiş pulun geri tələb edilməsi məzmununda yazışmalar olmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.N0N1-ci il tarixli 017gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin məsul icraçısı vəzifəsinə təyin edilmiş gizir Təqsirləndirilən şəxs xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 90 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.N0NN-ci il tarixli 040gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağım komandirinin müavini vəzifəsinə təyin edilmiş gizir Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 9N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 10cu bölüyünün 3-cü tağım komandirinin müavini vəzifəsinə təyin edilmiş gizir Təqsirləndirilən şəxs həmin tarixdən həmin hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N56 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.N0NN-ci il tarixli 0137gm nömrəli əmrinə əsasən gizir hərbi rütbəsindən məhrum edilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən və Bərdə Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.N0N3-cü il tarixli 167340/09 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 178.N.1 və 3N.4, 31N.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N3-cü il tarixli 3875 saylı əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli 1-1(095)-48/N0N3 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək və həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə hər ay aylıq pul təminatından on faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs N9 may N0N3-cü il tarixdən 05 iyul N0N3-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 6 (altı) gün müddət islah işləri cəzasının bir gününə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq hər ay aylıq pul təminatından on faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N və 178.N.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsi, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirni tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.N.N və 178.N.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxslərdən aldığı pulları Şahid verməsi barədə ifadələrini cinayət məsuliyyətindən yayınmaq üçün uydurulmuş və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs himayənsində 3 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərlərə dəymiş ziyanın könüllü olaraq ödənilməsi Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinin tələbləri baxımından) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qanunvericiliyin bu tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.N.N, 178.N.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdılırması cəzasının təyin edilməsini, CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş aylıq pul təminatından on faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə islah işləri cəzası hazırki hökmlə əhatə edilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək «həbsdə» saxlanıldığı N (iki) ay N1 (iyirmi bir) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının N günü 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutlmaqla çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 5N-1-ci maddəsinə əsasən gün ərzində saat N3.00-dan 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadın yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzasnın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclasının zalında həbsdən dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxsN tərəfindən mülki iddialar verilsə də məhkəmə istintaqı zamanı onlara dəymiş ziyan ödənildiyindən və onlar mülki iddalarından imtina etdikləri üçün həmin mülki iddialar üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” N4 dekabr N0N1-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart N006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel N0N1-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may tarixli N018-ci il N0N nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.3-cü maddələrində nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş aylıq pul təminatından on faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə islah işləri cəzasını hazırki hökmlə əhatə edilməklə üzərində 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək «həbsdə» saxlanıldığı N (iki) ay N1 (iyirmi bir) gün müddət, azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırma cəzasının N (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclasının zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 5N-1-ci maddəsinə əsasən gün ərzində saat N3.00-dan 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadın yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzasnın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasnın icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxsN məhkəmə istintaqı zamanı dəymiş ziyan ödənildiyindən və onlar mülki iddalarından imtina etdikləri üçün həmin mülki iddialar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan N0 (iyirmi) gün sonra qüvvəyə minir. XN0
Məhkəmə qərarları › İş №1-1(093)-152/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-152/2023
04.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver