Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-153/2020 05.11.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi, hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu və Kalbalıyev Aslan Kalbalı oğlundan ibarət tərkibdə, Məmmədova Aygün Fərhad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1975-ci il tarixdə Abşeron rayonunun Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx N017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.1-ci maddəsi ilə təqsirli bilinərək 450 manat cərimə cəzasına, Yexlax Rayon Məhkəməsinin xx xxxxx N018-ci il tarixli hökmü ilə CMnin 178.N.N-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx N019-cu il tarixli hökmü ilə CM-nin 178.1, 3N.4, 31N.1-ci maddələri ilə təqsirli bilinərək 1900 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatdayam və həbs edilənədək ünvan N küşəsi, ev 7 ünvanında ünvanında yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ləğv edilmiş N nömrəli hərbi hissənin sabiq feldşeri kimi xidmət etmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə təkrarən şəxsləri, xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün şəxsən, vasitəçidən istifadə etməklə, bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank bölüyünün N-ci tank taqımının 3-cü tank komandiri vəzifəsində, gizir rütbəsində hərbi xidmətdə olan Şahid1 ilə N016-cı ildən aralarında yaranmış tanışlıq münasibətlərinə görə onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı hərbi qulluqçulara xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilərək təqaüd almalarının təşkil edilməsi barədə yalan vədlər verməklə onlardan aldatma yolu ilə hər birindən 8000-8500 manat məbləğində olmaqla, xeyli miqdarda pul alıb öz aralarında bölüşdürmələrinə dair razılığa gəlmişdir. Həmin razılaşmaya əsasən Şahid1 N017-ci ilin yanvar ayının sonlarında N nömrəli hərbi hissənin N-ci taborunda xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər X3 atası Şahid3 ilə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən çayxanada tanış olub söhbət edərkən, sonuncu söhbət zamanı oğlu Kərimin səhhətində problemlər olduğuna görə hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmasını istədiyini bildirdikdə, Şahid1 Təqsirləndirilən şəxslə arasında olan cinayətkar plana uyğun olaraq aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid3 yalandan güya Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qohumu olan, adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə 8500 manat pul verməsi müqabilində oğlu Kərim Mustafayevin xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilməklə təqaüd almasını təşkil edə biləcəyi barədə yalandan, guya vəd verib inandıraraq aldadıb, vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Şahid3 onun təklifini qəbul etdikdən sonra, Şahid1 bu haqda ona bildirmişdir. Şahid3lə aralarında olan razılaşmaya əsasən N017-ci ilin yanvar ayının sonlarında Goranboy rayonunun Tapqaraqoyunlu kəndində özünün yaşadığı evin həyətində ilkin olaraq N000 manat, həmin ilin mart ayının ortalarında həmin ünvanda daha N000 manat, aprel ayının əvvəllərində yenə də eyni ünvanda 1500 manat, iyul ayının ortalarında Naftalan şəhərində 1000 manat və avqust ayının əvvəllərində yenə də Naftalan şəhərində daha 800 manat olmaqla, ümumilikdə 7300 manat məbləğində pulu Şahid1 vermiş, sonuncu həmin pulun 4000 manatını N017-ci ilin mart ayında Bakı şəhərində Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının yaxınlığında ona vermiş, lakin Təqsirləndirilən şəxs Şahid1la birlikdə Kərim Mustafayevin xeyrinə heç bir hərəkət etmədən, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsində feldşer vəzifəsində xidmət edərkən, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Şahid1 ilə qabaqcadan razılaşdıqları cinayətkar plana uyğun olaraq N017-ci ilin fevral ayının sonlarında N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün yol-texniki manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid4 ilə Goranboy rayonunun Balakürd kəndində görüşüb söhbət edərkən sonuncu hepatit «B» viruslu xəstəlikdən əziyyət çəkdiyindən ordu sıralarından xəstəliklə əlaqədar təqaüdə çıxmaq istədiyini və təqaüdə çıxmasında ona köməklik edə bilib-bilməyəcəyini soruşduqda, Şahid1 aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə guya, yalandan Şahid4 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında tanışı olan adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə onun ilk öncə 4000 manat, işin həll olunmasından sonra isə daha 4000 manat olmaqla ümumilikdə 8000 manat pul verməsi müqabilində xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilməsini və təqaüd almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və sonuncu onun təklifini qəbul etdikdən sonra, Şahid1 bu haqda ona bildirmişdir. Şahid4la aralarındakı razılaşmaya əsasən N017-ci ilin mart ayının axırlarında Şahid1 Şahid4la Goranboy rayonunun Balakürd kəndinin ərazisində görüşüb orada ondan 4000 manat pul aldıqdan sonra həmin puldan 500 manat pulu özünə götürüb qalan 3500 manat pulu bir neçə gün sonra Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş X9 Əliyevə vermiş, lakin Təqsirləndirilən şəxs Şahid1la birlikdə Şahid4 xeyrinə heç bir hərəkət etmədən qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Şahid1 ilə qabaqcadan razılaşdıqları cinayətkar plana uyğun olaraq, N017-ci ilin mart ayının əvvəllərində aralarında tanışlıq münasibətləri olduğu Goranboy rayonunun Balakürd kənd sakini ŞahidN ilə həmin kənddə söhbət etdiyi zaman sonuncu ona həmin vaxt xidməti zərurətlə əlaqədar N nömrəli hərbi hissənin N-ci taborunun N №-li döyüş postuna ezam edilmiş N nömrəli hərbi hissənin 1-ci tank bölüyünün N-ci tank tağımının 1-ci heyətində baş sürücü-mexanik vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət edən övladı X1 belindəki kəskin ağrılardan əziyyət çəkdiyini və buna görə hərbi xidmətdən xəstəliklə əlaqədar tərxis olunmasını istədiyini dedikdə, Şahid1 aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə ŞahidN Silahlı Qüvvələrin Baş Klinik Hospitalında adını və vəzifəsini demədiyi qohumu olan səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə əvvəlcə 4000 manat, işin həll olunmasından sonra isə daha 4000 manat olmaqla ümumilikdə 8000 manat pul verməsi müqabilində övladı Xəyyam Aslanovu müayinə və müalicəyə göndərərək bir neçə aya onun xəstəliklə əlaqədar ordu sıralarından ehtiyata tərxis edilməklə yüksək təqaüd almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandırıb aldadaraq təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, sonuncu onun təklifini qəbul etdikdən sonra, aralarındakı razılaşmaya əsasən bir neçə gün sonra ŞahidN Goranboy rayonunun Balakürd kəndində yaşadığı evinin qarşısında 3000 manat, daha sonra isə xx xxxx N017ci il tarixdə sonuncu tərəfindən Goranboy rayon poçtundan Sabirabad rayon poçtuna adına göndərilmiş 500 manat pulu götürmüş və Şahid1 bu haqda ona bildirdikdən sonra, həmin pulu öz məqsədləri üçün istifadə etməklə, ŞahidN övladı Xəyyam Aslanovun xeyrinə heç bir hərəkət etmədən ümumilikdə ŞahidN məxsus 3500 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən N017-ci ilin mart ayının ortaları saat 19 radələrində ünvan 4 ünvanında yaşayan Şahid7 ilə həmin ünvanın yaxınlığında yerləşən çayxanada görüşərkən kürəkəni N nömrəli hərbi hissənin qərargah bölüyünün bölük komandiri vəzifəsində, kapitan rütbəsində xidmət edən X4 xidmət yerini Bakı şəhərində yerləşən başqa hərbi hissəyə dəyişdirilməsini istədiyini bildirdikdə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid7 yalandan guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə 8000 manat pul verməsi müqabilində kürəkəni Əlifağa Kazımovu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə müvafiq vəzifəyə köçürülməsini təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Şahid7 onun təklifini qəbul etdikdən sonra, Zaur Şahid7 Əliyevlə aralarında olan razılaşmaya əsasən, N017-ci ilin mart ayının axırları axşam saatlarında Abşeron rayonunun Xırdalan dairəsində yerləşən «Araz» marketin qarşısında ilkin olaraq N000 manat, bundan bir həftə sonra ünvan 5 ünvanı yaxınlığında daha 4000 manat, 5 gün sonra isə axşam saatlarında yenə də Abşeron rayonunun Xırdalan dairəsinin yaxınlığında olan “Araz” marketin yaxınlığında N000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin pulun hamısını öz məqsədləri üçün istifadə etmiş, Əlifağa Kazımovun xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən N017-ci ilin aprel ayının əvvəllərində tanış olduğu ünvan 7 ünvanında yaşamış X6 oğlu N nömrəli hərbi hissənin Nci taborunun maddi texniki təminat bölüyünün sürücüsü vəzifəsində xidmət etmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid9 «xroniki «b» virusu hepatit, fibroz, L1,-D4 fəqərələrinin rotasiyası və TH7 fəqərəsinin pazvari deformasiyası ilə müşayiət olunan onurğa sütununun döş və bel (Th7, L3) nahiyələrinin təsbit olunmuş birinci mərhələ (10;10) skaliozu» xəstəliklərlə əlaqədar Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında stasionar şəraitdə müalicə olunduğunu bilib, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid9 yalandan guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə ona 4500 manat pul verməsi müqabilində xəstəliklə pensiyaya çıxartdıracağını, sonuncuya N-ci dərəcə əlilliyə görə pensiya təyin olunacağını, aylıq 300-350 manat pensiya almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Çingiz Əliyevin x xxxxx N017-ci il tarixdə Bakı şəhəri NN saylı notariat kontorununda ilkin olaraq verdiyi N500 manat pulu və bir həftə sonra istintaqa məlum olmayan yol maşını ilə göndərdiyi N000 manat pulu ümumilikdə 4500 manat pulu alaraq Şahid9 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədən tərxis olunandan sonra da cinayətkar əməllərini davam etdirərək N017-ci ilin may ayının əvvəllərində Silahılı Qüvvələrin Baş Klinik Hospitalında şəxsi işləri ilə əlaqədar olarkən həmin hospitalın kardiologiya şöbəsində stasionar müalicədə olan N nömrəli hərbi hissənin 1-ci tank bölüyünün, 3-cü taqımının, Nci tankın tuşlayıcı operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Şahid8 ilə tanış olaraq sonuncunun aprel döyüşlərində yaralanaraq müalicə olunduğunu öyrənib özünü yalandan hospitalın maddi texniki təminat üzrə rəis müavini kimi təqdim edərək aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid8 yalandan guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə 4000 manat pul verməsi müqabilində sonuncunu Türkiyə Respublikasına müalicəyə göndərib qayıdandan sonra əlilliyə görə pensiya almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, Şahid8 qardaşı Şahid1N xx.xx.N017-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyi 4000 manat məbləğində pulu Azərpoçt MMC-nin ünvan 8 ünvanında yerləşən şəbəkədən Təqsirləndirilən şəxs götürmüş, Şahid8 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədən tərxis olunandan sonra da cinayətkar əməllərini davam etdirərək N018-ci ilin fevral ayının əvvəllərində tanışı N №-li hərbi hissədə uçot əməliyyat bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsinə xidmət edən Şahid5 qohumu Astara rayonunun Pensər kəndində yaşayan Şahid6 «Reyter xəstəliyi xroniki gedişli natamam remissiya mərhələsində oynaq funksiyasının cüzi dərəcəli pozulması ilə, sağalma ilə nəticələnmiş ikinci orta ağır dərəcəli pipoxrom animiyadan sonrakı vəziyyət, funksiyanın pozulması ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır», «L4-L5 fəqərələrarası diskin geniş əsaslı protuziyası, onurğa funksiyasının pozulması ilə Aşıq-qayqvari oynaqların İ mərhələ osteoartrozu ilə fəsadlaşmış sağ ayağın ikinci sol ayağın birinci dərəcəli boylama yastıayaqlıı. Aşıq-baldır oynaqların birinci mərhələdə osteoartrozu. Mədə cisminin divertikulu Duodeno-qastral reflüks» xəstəliklərindən əziyyət çəkdiyini və 3-cü dərəcəli əlilliyi olduğunu bilib, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Şahid6 yalandan, guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə ona 3000 manat pul verməsi müqabilində ona N-ci dərəcə əlilliyə görə pensiya təyin olunacağı, aylıq N50-300 manat pensiya almasını təşkil edə biləcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, Amin İsmaylov 1500 manat pula imkanı çatdığını bildirdikdə Təqsirləndirilən şəxs razılıq vərərək onun təklifini qəbul etdikdən sonra, N018-ci ilin fevral ayının axırları Bakı şəhərində yerləşən «N0 yanvar» metrostansiyası yaxınlığında Şahid6la görüşüb orada ondan 1500 manat pul alaraq Şahid6 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədən tərxis olunandan sonra da cinayətkar əməllərini davam etdirərək xx xxxxxxxx N019-cu il tarixdə günorta saatlarında ünvan 10 ünvanında yol kənarında dayanan «Xəzər» markalı avtomobilin içində bir neçə gün əvvəl tanış olduğu ünvan 11 ünvanında yaşayan Şahid10 ilə söhbət edərkən sonuncunun Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirakçı kimi yaralandıqdan sonra əsəblərində problem yarandığını, lakin yaralanması ilə əlaqədar pensiya ala bilmədiyini öyrənib aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə özünü yalandan hərbi eksperti kimi təqdim edərək Şahid10 yalandan, guya adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxs vasitəsi ilə ona N000 manat pul verməsi müqabilində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış şəxs kimi pensiya təyin olunacağını, ilkin olaraq zəruri sənədlərin əldə olunması üçün 700 manat verməli olduğunu, qalan 1300 manatı sənədlər hazır olandan sonra verməsini bildirib pensiya düzəldəcəyi barədə yalan vəd verib inandıraraq aldadıb, təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və Şahid10 əlbəəl verdiyi 700 manat pulu özünə götürərək Şahid10 xeyrinə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək heç kimi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmədiyini qeyd edib CM-nin 31N.N-ci maddəsi ilə ümumiyyətlə təqsirli bilməyərək müxtəlif epizodlarda bir-birini təkzib edən ifadələr versə də, bu ifadələr həm ayrı-ayrılıqda, həm də şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən müəyyən olunur ki, nəticə etibarı ilə cəm şəkildə bu ifadələr bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihamlara uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1, Şahid3, Şahid7, Şahid8, Şahid10 və Şahid11 eləcə də ibtidai istintaq zamanı dindirilərək ifadələri tədqiq edilmiş şahidlər ŞahidN, Şahid4, Şahid5, Şahid6, Şahid1N, Şahid9 ayrı-ayrılıqda təqsirləndirilən şəxsin ittihamda qeyd edilmiş törətdiyi cinayət əməllərini təsdiq etmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqinə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx xxxxxx N017-ci il tarixli 3N №-li əmrindən edilən çıxarışdan görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs tibb məntəqəsinin feldşeri vəzifəsinə 1 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 64-ci vərəqinə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx xxx N017-ci il tarixli 108 №-li əmrindən edilən çıxarışdan görünür ki, tibb məntəqəsinin tibb qardaşı Təqsirləndirilən şəxs öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin N-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin N-ci cildinin 87-ci vərəqinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MTE və PAM-nin xx xxxx N018-ci il tarixli 786 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx N011-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və XN «Ümumi Ekspertiza» bölməsinə sanitar vəzifəsinə təyin edilmiş, xx xxxxxx N01N-ci il tarixdə təsərrüfat şöbəsinin müdiri vəzifəsinə keçirilmiş və xx xxxxxx N015-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 180-181-ci vərəqlərinə əlavə edilmiş xx xxxxxx N018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 adına qeydiyyatdan keçmiş **********07, **********N6, **********8, mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş **********0N mobil telefon nömrəsi arasında xx.xx.N017-ci il tarixdən xx.xx.N017-ci il tarixədək çoxsaylı zənglər və sms-lər vasitəsi ilə əlaqə yaradılmışdır. Cinayət işinin 4-cü cildinin N10-N11-ci vərəqlərinə əlavə edilmiş xx xxx N0N0-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisələrin baş verdiyi dövrdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş **********, **********, **********, ********** mobil telefon nömrələri ilə, Xəyyam Aslanovun istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Şahid5 istifadəsində olmuş **********, ********** mobil telefon nömrələri ilə, Şahid6 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Şahid7 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə zənglər və sms-lər vasitəsi ilə əlaqə yaradılmışdır. Cinayət işinin 5-ci cildinin 119-1N5-ci vərəqlərinə əlavə edilmiş xx xxxx N0N0-ci il tarixli disklərə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş **********, **********, **********, ********** mobil telefon nömrələri ilə Şahid5 istifadəsində olmuş **********, ********** mobil telefon nömrələri ilə, Şahid7 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Əlifağa Kazımovun istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Şahid1N istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Şahid8 istifadəsində olmuş **********, ********** mobil telefon nömrələri ilə, Şahid9 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Çingiz Əliyevin istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə, Şahid6 istifadəsində olmuş **********, ********** mobil telefon nömrələri ilə zənglər və sms-lər vasitəsi ilə əlaqə yaradılmışdır. Cinayət işinin 6-cı cildinin N07-N08-ci vərəqlərinə əlavə edilmiş xx xxxx N0N0-ci il tarixli Azercell Telekom MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsi ilə Şahid7 istifadəsində olmuş ***-***-**-**, X4 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-**, Şahid5 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Şahid6 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Şahid1N istifadəsində olmuş ***-***-**-**, Şahid8 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Şahid9 istifadəsində olmuş ***-***-**-**, X6 istifadəsində olmuş ***-***-**-**, Şahid10 istifadəsində olan ********** mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrəsi ilə N017-N0N0-ci illər ərzində çoxsaylı danışıqlar olması müəyyən edilmişdir. Cinayət işinin N-ci cildinin N44-N47-ci vərəqlərinə əlavə edilmiş Bakı hərbi məhkəməsinin xx xxxx N018-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə təqsirli bilinmiş və həmin hökmdə Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqelərindən istifadə etməklə ayrı-ayrı hərbi qulluqçulara xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilərək təqaüd almalarının təşkil edilməsi barədə yalan vədlər verərək onlardan aldatma yolu ilə xeyli miqdarda pul alıb öz aralarında bölüşdürmələrinə dair razılığa gəlib vətəndaşları rüşvət verməyə təhrik etmələri və vətəndaş Şahid3 ümumilikdə 7300 manat, əsgər Şahid4 ümumilikdə 4000 manat, vətəndaş ŞahidN ümumilikdə 3500 manat pulu N017-ci ilin yanvar-mart aylarında almaları əməllərinin törədilməsi öz təsdiqini tapmışdır. Cinayət işinin N-ci cildinin 147-15N-ci vərəqlərinə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin Şahid1 Azərbaycan Respublikası CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı hərbi məhkəməsinin xx xxxx N018-ci il tarixli hökmündən verilmiş apelyasiya şikayətinə baxılmasına dair xx xxxxxx N019-cu il tarixli qərarında Şahid1 barəsində çıxarılmış hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin qeyd edilən qərarında Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqelərindən istifadə etməklə ayrı-ayrı hərbi qulluqçulara xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilərək təqaüd almalarının təşkil edilməsi barədə yalan vədlər verərək onlardan aldatma yolu ilə xeyli miqdarda pul alıb öz aralarında bölüşdürmələrinə dair razılığa gəlib vətəndaşları rüşvət verməyə təhrik etmələri və vətəndaş Şahid3 ümumilikdə 7300 manat, əsgər Şahid4 ümumilikdə 4000 manat, vətəndaş ŞahidN ümumilikdə 3500 manat pulu N017-ci ilin yanvar-mart aylarında almaları əməllərinin törədilməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 6-cı cildinin N04-N05-ci vərəqlərinə əlavə edilmiş şahid qismində dindirilmiş Şahid10 hadisənin baş verdiyi yerə gələrək xx xxxxxxxx N019-cu il tarixdə günorta saatlarında ünvan 10 ünvanında yol kənarında dayanan «Xəzər» markalı avtomobilin içində Təqsirləndirilən şəxslə söhbət edərək Qarabağ uğrunda gedən döyüşlərdə yaralandığın dediyiı üçün Təqsirləndirilən şəxs ona özünü hərbi ekspert olduğunu, çox adamı pensiyaya çıxartdığını, ona də pensiya düzəldə biləcəyini deyib bunun üçün ad çəkmədiyi vəzifəli şəxslərə N000 manat məbləğində pul vermək lazım olduğunu, 700 manat məbləğində pulu indi, qalan pulu isə iş tamam olandan sonra verməyini dediyindən həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs təklikdə 700 manat pulu əlbəəl verdiyini bir daha təsdiq etmişdir. Cinayət işinin 5-ci cildinin 118-ci vərəqinə əlavə edilmiş xx xxxx N0N0-ci il tarixli baxış protokolundan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş «A4» formatlı kağız üzərində göy rəngli diyircəkli qələmlə əlyazma ilə yazılmış «mən Təqsirləndirilən şəxs Şahid7 olan (8000) səkkiz min manat (N) iki dəfəyə hissə hissə qaytarmaq şərtiylə N ay müddətinə söz verirəm xx.xx.N018, Təqsirləndirilən şəxs, Şahid7» yazıları və imzalar aşkar edilmişdir. Cinayət işinin 6-cı cildinin 114-115-ci vərəqlərinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.N0N0-ci il tarixli 4/368 nömrəli ekspert rəyindən görünür ki, «Ekspertizaya təqdim olunmuş A4 formatlı kağız vərəqi üzərində «Mən Təqsirləndirilən şəxs Şahid7 olan borcumu (8000) səkkiz min manatı N (iki) dəfəyə hissə hissə qaytarmaq şərtiylə N ay müddətinə söz verirəm». «xx.xx.N018», «Əliyev.Zaur», «Şahid7» yazıları və Təqsirləndirilən şəxs yazılarının qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.». Cinayət işinin 5-ci cildinin 110-cu vərəqinə əlavə edilmiş xx xxxxx N017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Bakı şəhər NN saylı notariat kontorunda xx xxxxx N017-ci il tarixdə borc verən X8 ilə borc alan Təqsirləndirilən şəxs arasında N500 manat məbləğində kredit müqaviləsi bağlanılmışdır. Cinayət işinin 5-ci cildinin 111-ci vərəqinə əlavə edilmiş xx xxxxxxx N018-ci il tarixli N146 saylı xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 hərbi hissə komandirinin xx xxxxxxx N018-ci il tarixli 594 saylı göndərişi əsasında hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, onda aşkar olunmuş «xroniki «B» virus hepatiti, replikasiya mərhələsində, fibroz:N» xəstəliyi hərbi xidmət dövründə alınmış, «L1- L4 fəqərələrinin rotasiyası və Th7 fəqərəsinin pazvari deformasiyası ilə müşayiət olunan onurğa sütununun döş və bel (Th7, L3) nahiyələrinin təsbit olunmuş birinci mərhələ (10.0; 10.0) skoliozu» isə ümumi xəstəlik olmuş, və Şahid9 «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmişdir. Cinayət işinin 5-ci cildinin 11N-ci vərəqinə əlavə edilmiş Mingəçevir regional «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx N019-cu il tarixli AZ-İİ 039874 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx xxxxxxxx N019-cu il tarixdə «ilkin lokalizasiyası naməlum bədxassəli yenitörəmə» xəstəliyi səbəbindən Mingəçevir şəhərində ölmüşdür. Cinayət işinin 5-ci cildinin N56-N58-ci vərəqlərinə əlavə edilmiş AzərPoçt MMC-nin xx xxxx N0N0-ci il tarixli OXŞ-7-10-4-19/N478 saylı məktubundan və həmin məktuba əlavə edilmiş dublikat çekdən görünür ki, Şahid1N xx xxxx N017-ci il tarixdə Şahid9 göndərdiyi 4000 (dörd min) manat məbləğindəki pul köçürməsi həmin gün ünvan 1N ünvanında yerləşən şəbəkədə alıcıya ödənilmişdir. Cinayət işinin 6-cı cildinin 61-ci vərəqinə əlavə edilmiş Bakı şəhəri 19 saylı notariat kontorası tərəfindən təsdiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, xx xxxxxxxx N019-cu il tarixdə Şahid10 tərəfindən Şahid11 «Toyota Prius» markalı 99TRN40 dövlət qeydiyyat nömrəli avtomobilə etibarnamə verilmişdir. Cinayət işinin 3-cü cildinin N33-N36-cı vərəqlərinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X7 Şəhər Məhkəməsinin xx xxx N017-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 450 manat, Yevlax Rayon Məhkəməsinin xx xxxxx N018-ci il tarixli hökmü ilə CMnin 178.N.N-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx N019-cu il tarixli hökmü ilə CM-nin 178.1, 3N.4,31N.1-ci maddələri ilə təqsirli bilinərək 1.900 manat cəzasına məhkum edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıran məhkəmə kollegiyası, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etməsi, habelə təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 3N.4, 31N.N-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsidir. Təyin ediləcək cəza ilə bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 178.N.N-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 31N.N-ci maddəsinin sanksiyasında isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx N003-cü il tarixli, 4 saylı qərarında (bundan sonra mətndə Qərar) məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin dəfələrlə eyni əməllərə görə məhkum olunmasını, bundan nəticə çıxarmayaraq dələduzluq əməllərini davamlı şəkildə həyata keçirdiyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət qanunvericiliyin müddəalarına görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (CM-nin 66.5-ci maddəsi). Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (CM-nin 67.1-ci maddəsi). Qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Qanunvericilik məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirsə də, hər bir cinayətə görə fərdi cəzanın təyin edilməsi ilə yanaşı istər cinayətlərin, istərsə də hökmlərin məcmusu üzrə vahid qəti cəzanın təyin edilməsini müəyyən edir. İstintaq materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərinin əksər hissəsini barəsində çıxarılmış sonuncu, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx N019-cu il tarixli hökmündən əvvəl törətsə də, sonuncu əməlini həmin hökmlə məhkumluq statusunu aldıqdan sonra, yəni xx xxxxxxxx N019-cu il tarıxdə törətmişdir. Qərarın 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Lakin Qərarın bu tələbləri ilə cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin iki dəfə (iki qat) cəzalandırmaya məruz qalmasına səbəb olacaq və bu da Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələrin və Azərbaycan Respublikasının qanunlarının tələblərinin pozulmasına gətirib çıxaracaq. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzalar CM-nin 66.3-cü maddəsi ilə toplandıqdan sonra, həmin Məcəllənin 67.1ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx N019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddələrin hər birinə nisbətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, CM-nin 66.3-cü maddəsinin (cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) tələblərinə əsasən cəzaları qismən toplamaq yolu ilə cəzanın təyin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 1900 (min doqquz yüz) manat cərimə cəzasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməsini, təyin edilmiş cərimə cəzasının CM-nin 68.N-ci maddəsinə əsasən müstəqil icra olunmasını, xx xxxxxx N0N0-ci il tarixdən hesablanmasını, CM-nin 56.1.N-ci maddəsinin müddəasına görə cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, cəza çəkməsinin başlanğıcının xx xxxxxx N0N0-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, maddi sübut kimi tanınmış 10 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 13N (yüz otuz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərdiyi üçün adı qeyd edilən vəkilə onun təqdim etdiyi hesabata uyğun ödəniş edilməli, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili X5 7N (yetmiş iki) iş saatı müqabilində 43N (dörd yüz otuz iki) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 3N.4, 31N.N-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx N019-cu il tarixli hökmü ilə təyin edilmiş 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası hazırkı iş üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. CM-nin 68.N-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı xx xxxxxx N0N0-ci il tarixdən hesablansın. Maddi sübut kimi tanınmış 10 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 13N (yüz otuz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X5 7N (yetmiş iki) iş saatı müqabilində 43N (dörd yüz otuz iki) manat təşkil edən hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Həbib Həsənov (sədrlik edən), Elbəy Allahverdiyev, Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-153/2020
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-153/2020
05.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver