Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-154/2023 29.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi X2, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxsin hüquqi varisi – X21, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət gösərən vəkili Müdafiəçi3 İrafət oğlu, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs1 (xx xxxxxxxx 1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş X11 bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 341.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 (xx xxxxxxx 1984-cü il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Müdafiə Nazirliyinin Baş X9 bölməsinin ordinatoru vəzifəsində, tibb xidməti baş leytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə oluş, “EGE Hospital” klinikasının həkim-mütəxəssisi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə onun vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən Baş X9 bölməsinin rəisi vəzifəsində, tibb xidməti polkovnik-leytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2009-cu ildən Bakı Hərbi Qarnizonunun Hərbi Hospitalında birlikdə işlədikləri vaxtdan tanıdığı Zərərçəkmiş şəxs1 2021-ci ilin avqust ayının ortalarında onun rəisi olduğu bölmədə 4-cü dərəcəli kiçik tibb bacısı vəzifəsində çalışan X7 doğuşla əlaqədar məzuniyyətə buraxılacağını və onun tutduğu vəzifənin vakant olacağını öyrəndikdən sonra tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsilə əlaqə saxlayıb işsiz olduğunu bildirərək, onun həmin vəzifəyə təyin olunmasına köməklik etməsini xahiş etmiş, sonuncu da bununla bağlı ətraflı söhbət aparmaq üçün Zərərçəkmiş şəxs1 öz xidmət yerinə dəvət etmişdir. 21 avqust 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 rəisi olduğu Baş X11 bölməsindəki xidməti otağında qəbulunda olduğu zaman, sonuncu Zərərçəkmiş şəxs1 rəisi olduğu bölmədə vəzifəyə təyin olunmaq arzusunda olduğuna əmin olub yaranmış əlverişli vəziyyətdən istifadə edərək qanunsuz gəlir əldə etməklə varlanmaq qərarına gəlmiş və bu məqsədlə, hər hansı şəxsin Baş Klinik Hospitalında hər hansı vəzifəyə işə qəbul olunmasını təmin etməyə səlahiyyəti və ya real imkanları, eləcə də konkret halda Zərərçəkmiş şəxs1 bununla bağlı hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, 1500 (min beş yüz) manat məbləğində pulun özünün vasitəsi ilə hospitalın komandanlığına verilməsi müqabilində, onu qeyd edilən vəzifədə işə qəbul olunmasını təşkil edə biləcəyini bildirərək, Zərərçəkmiş şəxs1 buna inandırmışdır. Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulu verməyə öz razılığını bildirdikdən sonra, zərfin içərisində 1500 (min beş yüz) manat məbləğində pulu 25 avqust 2021-ci il tarixdə saat 15 radələrində Müdafiə Nazirliyinin Baş X9 bölməsindəki xidməti otağında təklikdə tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 vermiş və sonuncu ona, verdiyi vəd üzrə xeyrinə müvafiq işlər görəcəyi görüntüsünü yaradaraq, işə qəbulla bağlı müvafiq sənədləri hazırlayıb təqdim etməsi ilə bağlı məsləhətlər verməklə kifayətlənib, sonrakı müddət ərzində onun xeyrinə verdiyi vəd üzrə heç bir hərəkət etməyərək, aldığı 1500 (min beş yüz) manat məbləğində pulu hər hansı vəzifəli şəxsə verməyib özünə götürərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Baş Klinik Hospitala, o cümlədən rəisi olduğu bölməyə hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də müraciət etdiklərini və hərbi qulluqçulardan fərqli olaraq, həmin şəxslərə pullu xidmət göstərildiyini nəzərə alıb, bundan istifadə etməklə özü və üçüncu şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, 2022-ci ilin oktyabr ayının əvvəllərində rəisi olduğu bölmənin ordinator-həkimi vəzifəsində, tibb xidməti baş leytenantı hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 bölməyə müraciət edən mülki şəxslərdən onlara göstəriləcək tibbi xidmətlər müqabilində, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə müəyyən edilmiş qiymətlərdən daha artıq məbləğdə pul vəsaitləri alıb həmin artıq pul vəsaitlərini hospitalın xəzinədarlığına bəyan etməyərək öz aralarında bölməyi təklif etmiş və tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 onun təklifini qəbul edib öz razılığını verdikdən sonra, bununla bağlı sonuncu ilə bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girmişdir. Daha sonra Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, kapitan X3 vasitəsilə sonuncunun qohumu Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və onu xahişinə əsasən, 12 oktyabr 2022-ci il tarixdə övladı X1 problemlə əlaqədar olaraq, sənədləri ilə birlikdə rəisi olduğu bölmədəki xidməti otağında qəbul edib, sənədlərinə baxdıqda M.Ə.Ələsgərovanın təxirə salınmadan cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmişdir. Bundan sonra o, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs2 qızının təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, sonuncunun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs2 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmış və sonuncu qızı M.Ə.Ələsgərovanın həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını vermişdir. Sonra, 13 oktyabr 2022-ci il tarixdə M.Ə.Ələsgərova Baş X11 bölməsində tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən «Düz bağırsağın rezeksiyası, kolostomanın qoyulması» cərrahiyyə əməliyyatı olunmuş, həmin cərrahiyyə əməliyyatını həyata keçirtdikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1 M.Ə.Ələsgərova üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 800 (səkkiz yüz) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs2 daha artıq məğləğdə, yəni 1700 (min yeddi yüz) manat məbləğində pul istəmiş və 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında rəisi olduğu bölmədəki xidməti otağında Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat məbləğində pul alıb, həmin puldan 800 (səkkiz yüz) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyərək, qalan 700 (yeddi yüz) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyib bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüşdür. Daha sonra tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib öz cinayətkar əməllərini davam etdirərək, vətəndaş Zərərçəkmiş şəxs2 qızı M.Ə.Ələsgərova üzərində cərrahiyyə əməliyyatı həyata keçirildikdən sonra müəyyən dövr ərzində onun kimyəvi dərman müalicəsinə cəlb olunmalı olduğunu və Baş Klinik Hospitalda həmin müalicənin guya daha sərfəli qiymətlərlə həyata keçiriləcəyini deyib razılığını aldıqdan sonra, M.Ə.Ələsgərova 2022-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək müxtəlif vaxtlarda ümumilikdə 4 (dörd) dəfə rəisi olduğu bölmədə tibb xidməti baş baş leytenantı Təqsirləndirilən şəxs2 tərəfindən kimyaterapiya müalicəsinə cəlb edilmiş və bunun müqabilində sonuncu tərəfindən Zərərçəkmiş şəxs2 müalicə kursunun hər birinə görə 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 1400 (min dörd yüz) manat məbləğində pul alınaraq həmin puldan hər müalicə kursuna görə 10 (on) manat məbləğində pul olmaqla ümumilikdə 40 (qırx) manat məbləğində pul vəsaiti Baş Klinik Hospitalın xəzinədarlığına ödənilmiş, qalan 1360 (min üç yüz altmış) manat məbləğində pul vəsaiti isə onunla tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 arasında razılaşdırılmış şərtlər əsasında bölünmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində səhhətindəki şikayətlərlə ona müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs4 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs4 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs4 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs4 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən Baş X11 bölməsindəki xidməti otağında onun üzərində «Lipomanın xaric edilməsi» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 150 (yüz əlli) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs4 daha artıq məğləğdə, yəni 650 (altı yüz əlli) manat məbləğində pul istəmiş və həmin gün saat 11 radələrində öz xidməti otağında Zərərçəkmiş şəxs4 arvadı Elnarə Həsənovadan həmin məbləğdə pul alıb, həmin puldan 174 (yüz yetmiş dörd) manat məbləğində pulu əməliyyatın icrası olunması və tibbi vasitələrə sərf olunan məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyib, qalan 476 (dörd yüz yetmiş altı) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, ortaq tanışları vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 2022-ci ilin oktyabr ayının ortalarında övladı Sənən Həsənzadəni səhhətindəki problemlə əlaqədar olaraq rəisi olduğu bölməyə gətirərək sonuncunu müayinə etməsini xahiş etmiş və tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 S.F.Həsənzadəni müayinə etdikdən sonra sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmişdir. Bundan sonra o, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs3 övladının təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs3 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmış və sonuncu övladı S.F.Həsənzadənin həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 14 oktyabr 2022-ci il tarixdə tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən Baş X11 bölməsində S.F.Həsənzadə üzərində «Daxili düyünlərin bağlanması» cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Həmin cərrahiyyə əməliyyatını həyata keçirtdikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, S.F.Həsənzadə üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 120 (yüz iyirmi) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs3 daha artıq məğləğdə, yəni 600 (altı yüz) manat məbləğində pul istəmiş və həmin gün rəisi olduğu bölmədəki xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 120 (yüz iyirmi) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyib, qalan 480 (dörd yüz səksən) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində səhhətindəki şikayətlərlə ona müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs5 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs5 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs5 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs5 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən 12 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Baş X11 bölməsindəki xidməti otağında onun üzərində «Sol süd vəzinin adenokarsinoması, radikal mastektomiya» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 300 (üç yüz) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs5 daha artıq məğləğdə, yəni 1500 (min beş yüz) manat məbləğində pul istəmiş və əməliyyatdan bir-iki gün sonra səhər saatlarında öz xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 300 (üç yüz) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyərək, qalan 1200 (min iki yüz) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının ortalarında səhhətindəki şikayətlərlə ona müraciət etmiş, aralarında tanışlıq münasibətlərinin olduğu vətəndaş Zərərçəkmiş şəxs6 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs6 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs6 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs6 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən 21 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Baş X11 bölməsində onun üzərində «Dərialtı törəmənin çıxarılması» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 150 (yüz əlli) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs6 daha artıq məğləğdə, yəni 400 (dörd yüz) manat məbləğində pul istəmiş və həmin gün günorta saatlarında öz xidməti otağında sonuncunun anası Şahid3 həmin məbləğdə pul alıb, həmin pulu Baş Klinik Hospitalının xəzinədarlığına ödəməməklə yanaşı Zərərçəkmiş şəxs6 üzərində həyata keçirilmiş əməliyyatı hospitalda ümumiyyətlə qeydə almamış və aldığı pulu Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona, eləcə də hərbi hospitala maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalı nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının sonlarında səhhətindəki şikayətlərlə ona müraciət etmiş ehtiyatda olan polkovnik-leytenant Zərərçəkmiş şəxs7 arvadı Şahid4 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs7 təcili şəkildə arvadının cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri, eləcə də ehtiyyatda olan baş zabitin ailə üzvünə güzəştlərin nəzərdə tutulmaqla əməliyyatın pulsuz olmasından, yalnız qidalanma, verilən dərman preparatları və məsrəf tibbi əmlak xərclərinə görə ödənişlərin nəzərdə tutulması barədə məlumatsız olmasından istifadə edib, yəni qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs7 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs7 arvadı Şahid4 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən 26 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Baş X11 bölməsində sonuncunun üzərində «Laporoskopik xolesistit, appendisit» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs7 600 (altı yüz) manat məbləğində pul istəmiş və həmin gün səhər saatlarında öz xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 148 (yüz qırx səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində pulu dərman preparatları və məsrəf tibbi əmlak xərclərinə görə ödəniş kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyib, qalan 451 (dörd yüz əlli bir) manat 63 (altmış üç) qəpik məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girdiyi tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 2022-ci ilin noyabr ayının əvvəllərində səhhətindəki problemlə əlaqədar müraciət etmiş vətəndaş Şahid5 Baş X11 bölməsində müayinə etdikdən sonra, sonuncu üzərində cərrahiyyə əməliyyatının həyata keçirilməli olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Şahid5 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü və tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 qayğıkeş həkimlər kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin onların həmin əməliyyatı guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəklərini deyib inandırmışdır. Şahid5 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 və tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 tərəfindən 11 noyabr 2022-ci il tarixdə Baş X11 bölməsində onun üzərində «Sol süd vəzinin fibroadenomasının xaric edilməsi» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 100 (bir yüz) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Şahid5 qohumlarından daha artıq məğləğdə, yəni 900 (doqquz yüz) manat məbləğində pul istəmiş və həmin gün sonuncunun qayınanası Zərərçəkmiş şəxs8 tərəfindən 100 (bir yüz) manat məbləğində pul Baş Klinik Hospitalın xəzinədarlığına ödənildikdən sonra sonuncudan 800 (səkkiz yüz) manat məbləğində pul almışdır. Bundan sonra tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 aldığı 800 (səkkiz yüz) manat məbləğində puldan 18 (on səkkiz) manat 50 (əlli) qəpik məbləğində dərman preparatlarının istifadəsinə görə Baş Klinik Hospitalının xəzinədarlığına ödəyərək, qalan 781 (yeddi yüz səksən bir) manat 50 (əlli) qəpik məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs1la öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, vətəndaş Zərərçəkmiş şəxs9 2022-ci ilin noyabr ayının ortalarında arvadı Şahid6 səhhətindəki problemlə əlaqədar olaraq rəisi olduğu bölməyə gətirərək sonuncunu müayinə etməsini xahiş etmiş və tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 Şahid6 müayinə etdikdən sonra sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmişdir. Bundan sonra o, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs9 arvadının təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs9 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmış və sonuncu arvadı Şahid6 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 16 noyabr 2022-ci il tarixdə tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən Baş X11 bölməsində Şahid6 üzərində «Qalxanabənzər vəzin popilyar karsinoması, total triedoktomiya» cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Həmin cərrahiyyə əməliyyatını həyata keçirtdikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, Şahid6 üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 320 (üç yüz iyirmi) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs9 daha artıq məğləğdə, yəni 1200 (min iki yüz) manat məbləğində pul istəmiş və həmin gün səhər saatlarında rəisi olduğu bölmədəki xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 320 (üç yüz iyirmi) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalın xəzinədarlığına ödəyib, qalan 880 (səkkiz yüz səksən) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Müdafiə Nazirliyinin Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən Baş X9 bölməsinin ordinatoru vəzifəsində, tibb xidməti baş leytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin oktyabr ayının əvvəllərində həmin bölmənin rəisi vəzifəsində, tibb xidməti polkovnik-leytenantı hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 Baş Klinik Hospitala, o cümlədən onkologiya bölməsinə hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də müraciət etdiklərini və hərbi qulluqçulardan fərqli olaraq, həmin şəxslərə pullu xidmət göstərildiyini nəzərə alıb, bundan istifadə etməklə özü və üçüncu şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, bölməyə müraciət edən mülki şəxslərdən onlara göstəriləcək tibbi xidmətlər müqabilində, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə müəyyən edilmiş qiymətlərdən daha artıq məbləğdə pul vəsaitləri alıb həmin artıq pul vəsaitlərini hospitalın xəzinədarlığına bəyan etməyərək öz aralarında bölməyi təklif etmiş və Təqsirləndirilən şəxs2 onun təklifini qəbul edib öz razılığını verdikdən sonra, bununla bağlı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girmişdir. Daha sonra Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, kapitan X3 vasitəsilə sonuncunun qohumu Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və onu xahişinə əsasən, 12 oktyabr 2022-ci il tarixdə övladı X1 problemlə əlaqədar olaraq, sənədləri ilə birlikdə rəisi olduğu bölmədəki xidməti otağında qəbul edib, sənədlərinə baxdıqda M.Ə.Ələsgərovanın təxirə salınmadan cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmişdir. Bundan sonra o, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs2 qızının təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, sonuncunun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs2 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmış və sonuncu qızı M.Ə.Ələsgərovanın həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 13 oktyabr 2022-ci il tarixdə M.Ə.Ələsgərova Baş X11 bölməsində tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən «Düz bağırsağın rezeksiyası, kolostomanın qoyulması» cərrahiyyə əməliyyatı olunmuşdur. Həmin cərrahiyyə əməliyyatını həyata keçirtdikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1 M.Ə.Ələsgərova üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 800 (səkkiz yüz) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs2 daha artıq məğləğdə, yəni 1700 (min yeddi yüz) manat məbləğində pul istəmiş və 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında rəisi olduğu bölmədəki xidməti otağında Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat məbləğində pul alıb, həmin puldan 800 (səkkiz yüz) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyərək, qalan 700 (yeddi yüz) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyib Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüşdür. Daha sonra tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib öz cinayətkar əməllərini davam etdirərək, vətəndaş Zərərçəkmiş şəxs2 qızı M.Ə.Ələsgərova üzərində cərrahiyyə əməliyyatı həyata keçirildikdən sonra müəyyən dövr ərzində onun kimyaterapiya müalicəsinə cəlb olunmalı olduğunu və Baş Klinik Hospitalda həmin müalicənin guya daha sərfəli qiymətlərlə həyata keçiriləcəyini deyib razılığını aldıqdan sonra, M.Ə.Ələsgərova 2022-ci ilin oktyabr ayından dekabr ayınadək müxtəlif vaxtlarda ümumilikdə 4 (dörd) dəfə rəisi olduğu bölmədə tibb xidməti baş baş leytenantı Təqsirləndirilən şəxs2 tərəfindən kimyaterapiya müalicəsinə cəlb edilmiş və bunun müqabilində sonuncu tərəfindən Zərərçəkmiş şəxs2 müalicə kursunun hər birinə görə 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 1400 (min dörd yüz) manat məbləğində pul alınaraq həmin puldan hər müalicə kursuna görə 10 (on) manat məbləğində pul olmaqla ümumilikdə 40 (qırx) manat məbləğində pul vəsaiti Baş Klinik Hospitalın xəzinədarlığına ödənilmiş, qalan 1360 (min üç yüz altmış) manat məbləğində pul vəsaiti isə onunla tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən öz aralarında razılaşdırılmış şərtlər əsasında bölünmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının əvvəllərində səhhətindəki şikayətlərlə ona müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs4 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs4 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs4 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs4 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında tibb xidməti polkovnikleytenantı Təqsirləndirilən şəxs1 tərəfindən Baş X11 bölməsindəki xidməti otağında onun üzərində «Lipomanın xaric edilməsi» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 150 (yüz əlli) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs4 daha artıq məğləğdə, yəni 650 (altı yüz əlli) manat məbləğində pul istəmiş və həmin gün saat 11 radələrində öz xidməti otağında Zərərçəkmiş şəxs4 arvadı Elnarə Həsənovadan həmin məbləğdə pul alıb, həmin puldan 174 (yüz yetmiş dörd) manat məbləğində pulu əməliyyatın icrası olunması və tibbi vasitələrə sərf olunan məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyib, qalan 476 (dörd yüz yetmiş altı) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxs1la aralarında tanışlıq münasibətlərinin olduğu ortaq tanışları vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 2022-ci ilin oktyabr ayının ortalarında övladı Sənən Həsənzadəni səhhətindəki problemlə əlaqədar olaraq rəisi olduğu bölməyə gətirərək sonuncunu müayinə etməsini xahiş etmiş və tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 S.F.Həsənzadəni müayinə etdikdən sonra sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmişdir. Bundan sonra o, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs3 övladının təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs3 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmış və sonuncu övladı S.F.Həsənzadənin həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 14 oktyabr 2022-ci il tarixdə tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən Baş X11 bölməsində S.F.Həsənzadə üzərində «Daxili düyünlərin bağlanması» cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Həmin cərrahiyyə əməliyyatını həyata keçirtdikdən sonra tibb xidmətipolkovnik leytenantı Təqsirləndirilən şəxs1, S.F.Həsənzadə üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 120 (yüz iyirmi) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs3 daha artıq məğləğdə, yəni 600 (altı yüz) manat məbləğində pul istəmiş və həmin gün rəisi olduğu bölmədəki xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 120 (yüz iyirmi) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi X25 xəzinədarlığına ödəyib, qalan 480 (dörd yüz səksən) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının əvvəllərində səhhətindəki şikayətlərlə ona müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs5 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs5 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs5 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs5 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən 12 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Baş X11 bölməsindəki xidməti otağında onun üzərində «Sol süd vəzinin adenokarsinoması, radikal mastektomiya» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 300 (üç yüz) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs5 daha artıq məğləğdə, yəni 1500 (min beş yüz) manat məbləğində pul istəmiş və əməliyyatdan bir-iki gün sonra səhər saatlarında öz xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 300 (üç yüz) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyərək, qalan 1200 (min iki yüz) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının ortalarında səhhətindəki şikayətlərlə ona müraciət etmiş, aralarında tanışlıq münasibətlərinin olduğu vətəndaş Zərərçəkmiş şəxs6 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs6 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs6 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs6 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən 21 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Baş X11 bölməsində onun üzərində «Dərialtı törəmənin çıxarılması» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 150 (yüz əlli) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs6 daha artıq məğləğdə, yəni 400 (dörd yüz) manat məbləğində pul istəmiş və həmin gün günorta saatlarında öz xidməti otağında sonuncunun anası Şahid3 həmin məbləğdə pul alıb, həmin pulu Baş Klinik Hospitalının xəzinədarlığına ödəməməklə yanaşı Zərərçəkmiş şəxs6 üzərində həyata keçirilmiş əməliyyatı hospitalda ümumiyyətlə qeydə almamış və aldığı pulu Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona, eləcə də hərbi hospitala maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalı nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının sonlarında səhhətindəki şikayətlərlə ona müraciət etmiş ehtiyatda olan polkovnik-leytenant Zərərçəkmiş şəxs7 arvadı Şahid4 rəisi olduğu bölmədəki xidməti otağında müayinə edərək sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs7 təcili şəkildə arvadının cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri, eləcə də ehtiyyatda olan baş zabitin ailə üzvünə güzəştlərin nəzərdə tutulmaqla əməliyyatın pulsuz olmasından, yalnız qidalanma, verilən dərman preparatları və məsrəf tibbi əmlak xərclərinə görə ödənişlərin nəzərdə tutulması barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs7 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmışdır. Zərərçəkmiş şəxs7 arvadı Şahid4 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən 26 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Baş X11 bölməsində sonuncunun üzərində «Laporoskopik xolesistit, appendisit» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs7 600 (altı yüz) manat məbləğində pul istəmiş və həmin gün səhər saatlarında öz xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 148 (yüz qırx səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğində pulu dərman preparatları və məsrəf tibbi əmlak xərclərinə görə ödəniş kimi Baş Klinik Hospitalının xəzinədarlığına ödəyib, qalan 451 (dörd yüz əlli bir) manat 63 (altmış üç) qəpik məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin noyabr ayının əvvəllərində səhhətindəki problemlə əlaqədar müraciət etmiş vətəndaş Şahid5 Baş X11 bölməsində müayinə etdikdən sonra, sonuncu üzərində cərrahiyyə əməliyyatının həyata keçirilməli olduğunu müəyyən etmiş və bir qrup şəxs halında əlbir olduğu tibb xidməti tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Şahid5 təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü və tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 qayğıkeş həkimlər kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin onların həmin əməliyyatı guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəklərini deyib inandırmışdır. Şahid5 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 və tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 tərəfindən 11 noyabr 2022-ci il tarixdə Baş X11 bölməsində onun üzərində «Sol süd vəzinin fibroadenomasının xaric edilməsi» cərrahiyyə əməliyyatı həyata keçirilmiş və əməliyyat keçirildikdən sonra tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 100 (bir yüz) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Şahid5 qohumlarından daha artıq məğləğdə, yəni 900 (doqquz yüz) manat məbləğində pul istəmiş və həmin gün sonuncunun qayınanası Zərərçəkmiş şəxs8 tərəfindən 100 (bir yüz) manat məbləğində pul Baş Klinik Hospitalın xəzinədarlığına ödənildikdən sonra sonuncudan 800 (səkkiz yüz) manat məbləğində pul amışdır. Bundan sonra tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 aldığı 800 (səkkiz yüz) manat məbləğində puldan 18 (on səkkiz) manat 50 (əlli) qəpik məbləğində dərman preparatlarının istifadəsinə görə Baş Klinik Hospitalının xəzinədarlığına ödəyərək, qalan 781 (yeddi yüz səksən bir) manat 50 (əlli) qəpik məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs1la öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, vətəndaş Zərərçəkmiş şəxs9 2022-ci ilin noyabr ayının ortalarında arvadı Şahid6 səhhətindəki problemlə əlaqədar olaraq Baş X11 bölməsinə gətirərək Təqsirləndirilən şəxs1 sonuncunu müayinə etməsini xahiş etmiş və o, Şahid6 müayinə etdikdən sonra sonuncunun cərrahiyyə əməliyyatı olunmalı olduğunu müəyyən etmişdir. Bundan sonra İ.Q,Məmmədov, bir qrup şəxs halında əlbir olduğu tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya uyğun hərəkət edib, Zərərçəkmiş şəxs9 arvadının təcili şəkildə cərrahiyyə əməliyyatı olunmalı olduğunu bildirərək, onun Baş Klinik Hospitalda mülki şəxslər üçün nəzərdə tutulmuş ödənişli tibbi xidmət növlərinin qiymətləri barədə məlumatsız olmasından istifadə edib, qanunsuz qazanc əldə edib varlanmaqla yanaşı, özünü Zərərçəkmiş şəxs9 qayğıkeş həkim kimi göstərmək niyyəti ilə ona digər tibb müəssisələrində, o cümlədən dövlət və şəxsi klinikalarda həmin əməliyyatın baha olduğunu, lakin özünün həmin əməliyyatı onlarla müqayisədə guya daha ucuz və çox sərfəli qiymətə, eyni zamanda daha keyfiyyətlə həyata keçirəcəyini deyib inandırmış və sonuncu arvadı Şahid6 həmin bölmədə cərrahiyyə əməliyyatı olunmasına dair razılığını verdikdən sonra, 16 noyabr 2022-ci il tarixdə tibb xidməti polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 tərəfindən Baş X11 bölməsində Şahid6 üzərində «Qalxanabənzər vəzin popilyar karsinoması, total triedoktomiya» cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Həmin cərrahiyyə əməliyyatını həyata keçirtdikdən sonra tibb xidməti-polkovnik leytenantı Təqsirləndirilən şəxs1, Şahid6 üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatının qiymətinin Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli» ilə 320 (üç yüz iyirmi) manat müəyyən edildiyi halda, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, həmin əməliyyata görə Zərərçəkmiş şəxs9 daha artıq məğləğdə, yəni 1200 (min iki yüz) manat məbləğində pul istəmiş və həmin gün səhər saatlarında rəisi olduğu bölmədəki xidməti otağında sonuncudan həmin məbləğdə pul alıb, həmin puldan 320 (üç yüz iyirmi) manat məbləğində pulu əməliyyatın icrası olunması məbləği kimi Baş Klinik Hospitalın xəzinədarlığına ödəyib, qalan 880 (səkkiz yüz səksən) manat məbləğində pulu xəzinədarlığa bəyan etməyərək Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşdırılmış şərtlər əsasında bölmüş, nəticədə onların bu əməlləri vətəndaşın konstitusiya hüquqlarının pozularaq ona maddi ziyan vurmaqla yanaşı, dövlət müəssisəsi olan Baş Klinik Hospitalını nüfuzdan salmış, bununla da Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 2021-ci ilin avqust ayında, xatırlamadığı tarixdə N nömrəli hərbi hissədə xidmət etdiyi vaxtdan tanıdığı Zərərçəkmiş şəxs1 ona mobil telefonla zəng edib rəisi olduğu Onkologiya bölməsində kiçik tibb bacısı vəzifəsində çalışan Afaq Balakərimovanın doğuşla əlaqədar məzuniyyətə çıxacağını bildirib özünün işsiz olduğuna görə həmin şəxsin yerinə işə qəbul edilməsinə köməklik etməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 hospitala dəvət etmiş və sonuncu onun xidməti otağında qəbulunda olmuşdur. Həmin zaman o, Zərərçəkmiş şəxs1 işə qəbul olunmasının 1500 manata başa gələcəyini demiş və onlar razılaşmışlar. O, qeyd olunan vəzifəyə işə qəbul olunmaq üçün ərizə ilə müraciət edilməli və bəzi sənədlərin toplanılmalı olduğunu qabaqcadan bildiyindən sənədləşmə işinin aparılması ilə əlaqədar Zərərçəkmiş şəxs1 hospitalın Kadrlar bölməsinə yönəltmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 hospitalın Kadrlar bölməsindən işə qəbulunun təsdiqlənməsi ilə bağlı hospitala çağırılması barədə ona məlumat vermiş və həmin vaxt o, Zərərçəkmiş şəxs1 hospitala gələcəyi halda razılaşdırdıqları 1500 manat pulu da gətirib ona verməsini tələb etmişdir. 2021-ci ilin avqust ayının ortalarında, Zərərçəkmiş şəxs1 onun xidməti otağına qəbulunda olmuş və Kadrlar bölməsində müvafiq sənədləri imzalamaqla artıq işə qəbul edildiyini bildirmiş və 1500 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin pulu o, özü üçün götürmüş, həmin puldan hospitalın komandanlığına və hər hansı digər şəxsə ya şəxslərə verməmiş, Zərərçəkmiş şəxs1 işə qəbul etdirilməsi üçün kiminləsə ünsiyyət qurmamış və kimdənsə bu barədə xahiş etməmişdir. O, Zərərçəkmiş şəxs1 ilə əvvəllər bir yerdə xidmət etdiyi üçün sonuncudan birbaşa həmin pulu özü üçün istəyə bilmədiyindən həmin 1500 manat pulu özü üçün alsa da, sonuncuya guya həmin pulu kiməsə verəcəyini bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 aldığı 1500 manat pulu ona geri qaytarmış və onunla barışıq əldə etmişdir. Bundan başqa təqsirləndirilən şəxs qeyd etmişdir ki, vətəndaş Mətanət Ələsgərovanı 13 oktyabr 2022-ci il tarixdə səhhətindəki problemə görə hospitalın Onkologiya bölməsində “düz bağırsağın rezeksiyası, kolostomanın qoyulması” cərrahi əməliyyat etmiş, Müdafiə nazirinin qərarı ilə təsdiq edilmiş qiymət cədvəli ilə həmin əməliyyatın rəsmi qiyməti 800 manat olduğu halda, əlavə qazanc əldə etmək məqsədilə o, xəstənin valideyni Zərərçəkmiş şəxs2 1500 manat pul almış, həmin puldan 800 manatını hospitalın xəzinəsinə ödəmiş, qalan 700 manatı isə özü üçün götürmüşdür. Əməliyyatdan sonra M.Ələsgərovanın müalicəsinin davam etdirilməsi üçün kimyəvi dərman müalicəsinə ehtiyac olmuşdur ki, hospitalda həmin müalicəni rəisi olduğu bölmədə tabeliyində xidmət edən ordinator, tibb xidməti baş leytenantı Təqsirləndirilən şəxs2 icra etdiyindən xəstəni ona yönəltmişdir. M.Ələsəgərova da oktyabr-dekabr ayı ərzində 4 dəfə kimyəvi dərman müalicəsi almış və hər müalicə üçün atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 350 manat ödəniş etmişdir. Həmin puldan hər dəfə 10 manat hospitalın xəzinəsinə ödənilmiş, qalan pul isə Təqsirləndirilən şəxs2 çatmışdır. Ümumiyyətlə o, Təqsirləndirilən şəxs2 ilə birlikdə xidmət etdiyi müddət ərzində 2022-ci ilin oktyabr ayının əvvəllərində bölməyə çoxsaylı mülki xəstələrin müraciət etdiyini, hospitalda ödənişli tibbi xidmətlərin qiymət cədvəllərində isə qiymətlərin çox ucuz olduğunu bildirib, daha artıq qazanc əldə etmək məqsədilə müraciət edən mülki şəxslərdən qiymət cədvəlində göstərilən qiymətlərdən daha artıq məbləğdə pul almaq barədə sonuncuya təklif etmiş, Təqsirləndirilən şəxs2 da onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra onlar aralarında hər birinin öz xəstələrindən aldığı pulu özləri üçün götürmələrini, ortaq xəstələri olduğu halda isə alınan pulu bölmələri barədə razılığa gəlmişlər. 2022-ci ilin oktyabr ayının ortalarında o, rəisi olduğu bölmədə vətəndaş Sənan Həsənzanin “daxili düyünlərin bağlanması” cərrahi əməliyyatını icra etmişdir. Əlavə qazanc əldə etmək məqsədilə o, həmin əməliyyatın icra edilməsi müqabilində xəstənin atası Zərərçəkmiş şəxs3 600 manat pul tələb edərək almış, həmin puldan 120 manatını hospitalın xəzinəsinə ödəmiş, qalan 480 manatını isə özü üçün götürmüşdür. Əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə xəstə və xəstə yaxınlarına məlumat verməmişdir. Qeyd edilənlərdən başqa, o, 2022-ci ilin oktyabr ayının ortalarında rəisi olduğu bölmədə vətəndaş Zərərçəkmiş şəxs4 “lipomanın xaric edilməsi” cərrahi əməliyyatını icra etmişdir. Əlavə qazanc əldə etmək məqsədilə o, həmin əməliyyatın icra edilməsi müqabilində Zərərçəkmiş şəxs4 650 manat pul tələb etmiş və sonuncunun həyat yoldaşı həmin pulu ödəmişdir. Həmin puldan 174 manat hospitalın xəzinəsinə ödənilmiş, qalan 476 manatı isə o, özü üçün götürmüş, əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə xəstə və xəstə yaxınlarına məlumat verməmişdir. Həmçinin o, 2022-ci ilin oktyabr ayının ortalarında rəisi olduğu bölmədə vətəndaş Zərərçəkmiş şəxs5 “sol süd vəzinin adenokarsinoması, radikal mastektomiya” cərrahi əməliyyatını icra etmişdir. Əlavə qazanc əldə etmək məqsədilə o, həmin əməliyyatın qiyməti kimi xəstədən, yəni Zərərçəkmiş şəxs5 1500 manat tələb etmiş və almışdır. Həmin puldan 300 manat hospitalın xəzinəsinə ödənilmiş, qalan 1200 manatı isə o, özü üçün götürmüşdür. Əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə xəstə və xəstə yaxınlarına məlumat verməmişdir. Bundan başqa, o, 2022-ci ilin oktyabr ayında rəisi olduğu bölmədə vətəndaş Zərərçəkmiş şəxs6 boyun nahiyəsindəki şişlə əlaqədar cərrahi əməliyyat etmişdir. Həmin əməliyyatın tibbi adı “dəri və dərialtı törəmənin xaric edilməsi” olmaqla, hospitalın qiymət cədvəlində həmin əməliyyatın qiyməti 100 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs6 ambulator qaydada əməliyyat olunub, əməliyyatdan sonra elə həmin gün evə buraxılmış, stasionar müalicəyə qəbul edilməmişdir. Əlavə qazanc əldə etmək məqsədilə o, həmin əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə xəstə və xəstə yaxınlarına məlumat verməmiş, əməliyyatın icra edilməsi müqabilində 400 manat tələb etmiş və əməliyyatdan sonra Zərərçəkmiş şəxs6 anası həmin pulu xidməti otağında ona vermişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxs6 əməliyyatı ambulator qaydada həyata keçirildiyi üçün həmin əməliyyatı qeydiyyata almaq və hospitalın xəzinəsinə ödəniş etmək nəzərindən qaçmışdır. Sonradan istintaq zamanı həmin əməliyyatın rəsmi ödənişini hospitalın kassasına ödəmişdir. Bunlardan başqa, o, 2022-ci ilin oktyabr ayında rəisi olduğu bölmədə ehtiyyatda olan zabit Zərərçəkmiş şəxs7 həyat yoldaşı Şahid4 səhhətindəki problemlə əlaqədar olaraq cərrahi əməliyyat etmişdir. Müdafiə nazirinin qərarı ilə hospitalda ehtiyyatda olan hərbi qulluqçuların ailə üzvlərinə göstərilən tibbi xidmətlərə görə bir sıra güzəştlər nəzərdə tutulsa da, o, əlavə qazanc əldə etmək məqsədilə həmin əməliyyatın icra edilməsi müqabilində Zərərçəkmiş şəxs7 600 manat pul tələb etmiş və almışdır. Həmin puldan 148,37 manatını hospitalın xəzinəsinə ödəmiş, qalan 451,63 manatını isə özü üçün götürmüşdür. Həmçinin o,2022-ci ilin noyabr ayında rəisi olduğu bölmədə vətəndaş Şahid5 səhhətindəki problemlə əlaqədar Təqsirləndirilən şəxs2 ilə birlikdə cərrahi əməliyyat etmişdir. Şahid5 Təqsirləndirilən şəxs2 xəstəsi olduğundan əməliyyatın ödənişi ilə bağlı danışıq sonuncu tərəfindən aparılmışdır. Aralarındakı razılaşmaya uyğun olaraq həmin prosesə o, müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs2 xəstəsinə o, hansısa bir tibbi xidmət göstərdiyi və ya əksinə onun xəstəsinə sonuncu hansısa bir xidmət göstərdiyi halda ödənilən pulun aralarında bölünməsi ilə bağlı danışıq olduğundan, həmin əməliyyata görə Təqsirləndirilən şəxs2 ona 200 manat pul vermişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, xəstədən alınan pulun bölünməsi barədə Təqsirləndirilən şəxs2 ilə aralarında hansısa konkret miqdarın kimə çatacağı barədə qayda müəyyən edilməmişdir. Qeyd edilənlərdən başqa, o, 2022-ci ilin noyabr ayında rəisi olduğu bölmədə vətəndaş Şahid6 səhhətindəki problemlə əlaqədar cərrahi əməliyyat etmişdir. Əlavə qazanc əldə etmək məqsədilə, o, xəstənin həyat yoldaşından 1200 manat pul tələb edərək almış, həmin puldan 320 manatını hospitalın xəzinəsinə ödəmiş, qalan 880 manatı isə özü üçün götürmüşdür. Əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə xəstəyə və həyat yoldaşına məlumat verməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd edilən xəstə və xəstə yaxınlarından alınmış əlavə pulların hamısını o, istintaq zamanı həmin şəxslərə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Baş Klinik Hospitalda tibbi xidmətlərin qiyməti digər tibb müəssisələrindən daha ucuz olması səbəbindən çoxsaylı mülki və hərbiçi onkoloji xəstələr müayinə və müalicə üçün hospitala müraciət etmişlər. Hospitalda ödənişli tibbi xidmət üçün nəzərdə tutulmuş qiymət cədvəlində müəyyən edilmiş qiymətlərlə tibbi xidmətlərin göstərilməsi həkimlər üçün sərfəli olmadığından 2022-ci ilin oktyabr ayının əvvəllərində Onkologiya bölməsinin rəisi Təqsirləndirilən şəxs1 ona müayinə və müalicə üçün gələn mülki şəxslərdən hospitalın qiymət cədvəlindən daha artıq məbləğdə pul alıb, artıq pulları özləri üçün götürməyi təklif etmişdir. O, əlavə qazanc əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, aralarındakı razılaşmada hansısa bir xəstədən alınmış artıq pulun konkret olaraq hansı qaydada bölünməsi danışılmamış, bir qayda olaraq hər biri öz xəstələrindən əldə etdikləri artıq pulları özlərinə götürməyə qərar vermişlər. Bir xəstəyə hər ikisi tibbi xidmət göstərdikləri halda isə əldə edilmiş pulu öz aralarında bölməyi planlaşdırmışlar. Razılaşmalarından sonra 2022-ci ilin oktyabr-noyabr aylarında bir neçə mülki şəxs müalicə və ya əməliyyat üçün hospitalın onkologiya bölməsinə müraciət etmiş, Təqsirləndirilən şəxs1la razılaşmalarına əsasən həmin şəxslərdən hospitalın qiymət cədvəlində nəzərdə tutulmuş qiymətlərdən daha artıq pullar almışlar. Belə ki, 2022-ci ilin oktyabr ayında Mətanət adlı xəstə hospitalın Onkologiya bölməsində Təqsirləndirilən şəxs1 tərəfindən “Düz bağırsağın rezeksiyası, kolostomanın qoyulması” cərrahi əməliyyat olunmuş, əməliyyatdan sonra xəstənin kimyəvi dərman müalicəsinə cəlb olunması zərurəti olduğundan sonuncu həmin xəstəni müalicə alması üçün ona yönəltmişdir. Əməliyyatdan sonra 2022-ci ilin oktyabr-dekabr aylarında xəstə cəmi 4 dəfə kimyəvi dərman müalicəsi qəbul etmişdir. O, xəstənin atasından hər müalicəyə görə 350 manat olmaqla, cəmi 1400 manat pul almışdır. Hospitalda kimyəvi dərman müalicəsinin tətbiq edilməsinin dərman xərcləri istisna olmaqla, rəsmi qiyməti 10 manat olduğundan, aldığı pullardan hər müalicə zamanı 10 manatını, yəni cəmi 40 manatı Mətanətin adından hospitalın kassasına ödəmiş, qalan 1360 manatın bir qismini isə kimyəvi dərman müalicəsi zamanı istifadə olunan dərmanlara xərcləmiş, dərman xərclərindən sonra qalan pulu isə özü üçün götürmüşdür. Bundan başqa, vətəndaş Şahid5 səhhətindəki problemlə əlaqədar olaraq 2022-ci ilin noyabr ayında hospitalın onkologiya bölməsində ona müraciət etmiş, o, xəstəni müayinə etdikdən sonra ona sinə nahiyəsindəki fibreadenomanın götürülməsi ilə bağlı cərrahi əməliyyat olunmalı olduğunu bildirmişdir. Xətsə cərrahi əməliyyat olunmaqla bağlı müsbət cavab verdikdən sonra qayınanası əməliyyatın qiyməti barədə ondan maraqlanmış, həmin vaxt sonuncuya əməliyyatın təxminən ***-**** manat civarında pula başa gələcəyini demişdir. Daha sonra noyabr ayının əvvəllərində səhər saatlarında Şahid5 Təqsirləndirilən şəxs1 və onun tərəfindən “Sol süd vəzinin orta ölçülü fibroadenomasının xaric edilməsi” cərrahi əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra, günorta saatlarında o, əlavə qazanc əldə etmək məqsədilə Şahid5 qaynanasından əməliyyata görə 100 manat hospitalın xəzinəsinə, 800 manat isə onun özünə ödəməsini tələb etmişdir. Xəstənin qaynanası 100 manat ödəniş edib qəbzini ona təqdim etmiş, 800 manatı isə xidməti otağında ona vermişdir. O, xəstə və yaxınlarına əməliyyatın hospitaldakı qiyməti barədə, eləcə də hansı səbəbdən 100 manatı xəzinəyə, qalan 800 manatı isə ona verilməsi barədə məlumat verməmişdir. Aldığı 800 manat puldan 18,50 manatı əlavə dərman xərclərinə görə hospitalın xəzinəsinə ödəmiş, 200 manatı Təqsirləndirilən şəxs1 vermiş, qalan pulu isə özü üçün götürmüşdür. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, qeyd edilən xəstələrdən aldığı artıq pulları geri qaytarmaqla, onlara dəymiş ziyanı ödəmiş və hər biri ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs1la razılaşmalarına əsasən əlavə qazanc əldə etmək məqsədilə bölməyə gələn mülki şəxslərə göstərilən tibbi xidmətlərə görə sonuncu da qiymət cədvəlində nəzərdə tutulmuş məbləğlərdən artıq pul almış, lakin Təqsirləndirilən şəxs1 tibbi xidmət göstərdiyi və artıq pul aldığı digər şəxsləri o, tanımır, onlara hər hansı bir tibbi xidmət göstərməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, hazırda törətdiyi əməllərə görə peşmandır. Məhkəmədə zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın rəisinin hüquq işləri üzrə köməkçisi işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Klinik Hospitalda xidmət etdiyi müddətdə tanımışdır. Təqsirləndirilən şəxs1 Baş X11 bölməsinin rəisi vəzifəsində xidmət etdiyi zaman səhhətindəki problemlə əlaqədar ona müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs6 boğazının sağ nahiyəsində yaranmış şişlə əlaqədar 21 oktyabr 2022-ci il tarixdə rəisi olduğu bölmədə cərrahi əməliyyat etmiş, sonuncunun boğazındakı şiş götürülmüşdür. Zərərçəkmiş şəxs6 əməliyyatdan sonra stasionar müalicəyə qəbul edilməmiş və evə buraxılmışdır. Zərərçəkmiş şəxs6 qeyd edilən cərrahi əməliyyatdan başqa hər hansı bir tibbi xidmət göstərilməmişdir. Zərərçəkmiş şəxs6 Baş X11 bölməsində Təqsirləndirilən şəxs1 tərəfindən cərrahi əməliyyat olunması nə “ambulator müalicədə olan xəstələrin qeydiyyatı”, nə də ki “cərrahi əməliyyatların qeydiyyatı” kitablarında qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs6 keçirdiyi cərrahi əməliyyat boğazındakı şişin götürülməsi əməliyyatı olmaqla, həmin əməliyyat ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəlində 914-cü bənddə göstərilən “dəri və dərialtı törəmələrin çıxarılması (ambulator)” əməliyyatına uyğundur. Həmin əməliyyatın qiyməti də cədvəl əsasında 100 manat məbləğində müəyyən edilmişdir. Baş Klinik Hospitala dəymiş maddi ziyan, yəni əməliyyatın qiyməti olan 100 manat 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Baş Klinik Hospitalın xəzinəsinə ödənilmiş, sonuncuya qarşı hər hansı bir iddia və tələbi yoxdur. Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, özünü zərərçəkmiş kimi bilmir və ona hər hansı zərər dəyməmişdir. 2022-ci ilin sonlarında ortaq tanışlarının məsləhəti ilə oğlunun həyat yoldaşı Şahid5 müayinə üçün Baş Klinik Hospitala aparan zaman Təqsirləndirilən şəxs2 aldı həkimi orada tanımışdır. Gəlini Gülüstanın səhhətindəki problemlə əlaqədar olaraq 2022-ci ilin sonlarında Pərvanə həkim müayinəsinə aparmış və Gülüstanın müayinə etdikdən sonra cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir. O, əməliyyatın ödənişi ilə maraqlandığı zaman Pərvanə həkim 100 manat pulun Hospitalın kassasına ödəməli olduğunu demişdir. O da 100 manat pulu Gülüstanın adından Hospitalın kassasına ödəmişdir. Gülüstan əməliyyat olunmuş və sinə nahiyəsindəki şiş götürülmüşdür. Əməliyyat uğurlu keçdiyi üçün o, Pərvanə həkimə 800 manat pul vermişdir. Həmin pulu Pərvanə həkim ondan istəməmiş, o özü həmin pulu əməliyyat uğurlu keçdiyi üçün könüllü olaraq Pərvanə həkimə vermişdir. Sonradan istintaq zamanı 800 manat pulu Pərvanə həkim ona qaytarmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir, ki, ortaq tanışlarının məsləhəti ilə gəlini Şahid5 müayinə üçün Baş Klinik Hospitala aparan zaman Təqsirləndirilən şəxs2 orada tanımışdır. Gəlini Şahid5 hospitalda əməliyyat olunduğu zaman Təqsirləndirilən şəxs1 Onkologiya bölməsinin rəisi olduğunu bilsə də onunla tanışlığı olmamışdır. O, Gülüstanın səhhətindəki problemlə əlaqədar olaraq 2022-ci ilin sonlarında Baş X11 bölməsinə Pərvanə həkimin müayinəsinə aparmış və sonuncu Şahid5 müayinə etdikdən sonra cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir. O, əməliyyatın ödənişi ilə maraqlandığı zaman, Pərvanə həkim əməliyatın ***-**** manata başa gələcəyini demiş və onlar razılaşmışlar. Bundan bir neçə gün sonra gəlini Şahid5 sonradan hospitalın Onkologiya bölməsinin rəisi olduğunu bildiyi İslam adlı həkim və Təqsirləndirilən şəxs2 tərəfindən əməliyyat olunmuş, Gülüstanın sinə nahiyəsindəki şiş götürülmüşdür. Həmin gün əməliyyatdan sonra günorta saatlarında Pərvanə həkim ondan hospitalın xəzinəsinə 100 manat ödəniş etməsini istəmiş, o da elə həmin binanın birinci mərtəbəsində yerləşən hospitalın xəzinəsinə Gülüstanın adından 100 manat ödəniş etmişdir. Sonra o, verilmiş qəbzi Pərvanə xanıma təqdim etmiş, daha sonra sonuncu hansısa kağızı ona təqdim edib, əməliyyatın rüsumu kimi əlavə 800 manat da ödəməli olduğunu dediyindən 800 manat pulu da Pərvanı Rüstəmovaya vermişdir. Gəlini Şahid5 keçirdiyi cərrahi əməliyyatına görə 100 manatın hospitalın xəzinəsinə, qalan 800 manatın isə Təqsirləndirilən şəxs2 ödənilməsinin səbəbini bilmir. Cərrahi əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə heç bir məlumatı olmamış, hər hansı bir qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Əməliyyata görə ödədiyi əlavə 781,50 manat pulu Təqsirləndirilən şəxs2 istintaq zamanı ona tam qaytarmaqla dəymiş ziyanı ödəmiş və onunla barışmış, hazrıda bununla bağlı ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsində Pərvanə həkimin əməliyatın ***-**** manata başa gələcəyini deməsini təsdiq etmədiyini, ifadəsinin həmin hissəsini oxumadan imzaladığını, məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismndə ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, əvvəllər hərbi xidmətdə olduğu zaman 2021-ci ilin fevral ayında Baş Klinik Hospitalda cərrahi əməliyyat olunduğu zaman Təqsirləndirilən şəxs1 tanımışdır. Həmin vaxtlar səhhətində yaranmış problemlə əlaqədar İslam həkim onun boyun nahiyyəsində olan şişi əməliyyat edərək götürmüşdür. Sonralar o, ordudan təxsis olunmuş, yenidən boynunda şişlər əmələ gəldiyi üçün 2022-ci ilin oktyabr ayında Baş Klinik Hospitala əvvəldən tanıdığı İslam həkimin müayinəsinə yenə getmişdir. İslam həkim onu müayinə edib, cərrahi əməliyyatın zəruri olduğunu demişdir. Həmin vaxt o, əməliyyatın qiyməti barədə soruşan zaman İslam həkim 400 manat ödəniş edilməli olduğunu bildirmişdir. Bir neçə gün sonra o, hospitalda İslam həkim tərəfindən cərrahi əməliyyat olunmuş və boyun nahiyəsindəki şiş götürülmüşdür. Həmin gün əməliyyatdan sonra günorta saatlarında o, anası Şahid3 ilə birlikdə İslam həkimin xidməti otağında olmuş və anası əməliyyatın ödənişi İslam həkimə 400 manat pul vermişdir. Keçirdiyi əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə məlumatı olmamış, həmçinin hospitalda mülki şəxslərə göstərilən tibbi xidmətlərin qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Hospitalda tibbi xidmətlərə görə ödəniş edilmə qaydalarını bilməmiş, İslam həkim ondan ödənişin hospitalın xəzinəsinə edilməsini tələb etməmişdir. Ödənişlə bağlı onlara hər hansı bir sənəd və ya qəbz verilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, sonradan əməliyyatın hospitaldakı rəsmi qiymətinin 100 manat olduğunu bilmiş, ödədiyi artıq məbləğ 300 manat Təqsirləndirilən şəxs1 tərəfindən istintaq zamanı ona geri qaytarılmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində əməliyyatın hospitaldakı rəsmi qiymətinin 100 manat olduğunu sonradan bilməsi, ödədiyi artıq məbləğ olan 300 manat pulun Təqsirləndirilən şəxs1 tərəfindən ona qaytalırdığını təsdiq etmədiyini, ifadəsinin həmin hissəsini müstəntiq tərəfindən yazıldığını, ifadənin həmin hissəsini oxumadan imzaladığını, məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müracət edərək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs5 hüquqi varisi qismində dindirilmiş X21 fadəsində göstərmişdir ki, mərhum anası Zərərçəkmiş şəxs5 Baş X26 Məmmədovun müayinəsinə aparan zaman İslam həkimi tanımışdır. Mərhum anası Zərərçəkmiş şəxs5 süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkdiyinə görə 2022-ci ilin oktyabr ayının əvvəllərində Baş X11 bölməsinə, İslam həkimə müraciət edərək müayinə olunmuşdur. Orada İslam həkim anası Ofeliyanı müayinə etdikdən sonra cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir. O, 2-ci Qarabağ müharibəsində qazi olmuş qardaşının sənədlərini gətirib İslam həkimə təqdim etmiş və anasının əməliyyat pulunun nə qədər olmasını həkimdən soruşmuşdur. İslam həkim isə ona «qəhramanın anası bizim də anamızdır» deyib, ondan heç bir məbləğdə pul istətəmişdir. Sonra anası 2022-ci ilin oktyabr ayının ortalarında hospitalda İslam həkim tərəfindən əməliyyat olunmuşdur. O özü İslam həkimə heç bir məbləğdə pul verməmiş, İslam həkimə əməliyyatla bağlı kimin pul verməsini də bilmir. X13 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir, ki, anası Ofeliya Hüseynovanın əməliyyatına görə hansı məbləğdə pulun ödənildiyini bilməsə də sonradan anası Ofeliya Hüseynovanın deməsindən bilmişdir ki, həmin əməliyyata görə əməliyyatdan sonra sonuncu özü İslam həkimə 1500 manat pul vermiş, həmin əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə məlumatı olmamışdır. Daha sonra həmin əməliyyatın hospitaldakı rəsmi qiymətinin 300 manat olduğunu bilmiş və anası tərəfindən ödənilmiş artıq 1200 manat pulu istintaq zamanı Təqsirləndirilən şəxs1 ona geri qaytarmaqla dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X21 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədə elan olunmuş hissələrini təsdiq etmədiyini, ifadənin həmin hissəsini oxumadan imzaladığını, məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X21 məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ortaq tanışlarının məsləhəti ilə Baş Klinik Hospitala sonuncunun müayinəsinə gedən zaman tanımışdır. O, səhhətindəki problemlə əlaqədar tanışlarının məsləhəti ilə 2022-ci ilin oktyabr ayında Baş Klinik Hospitala, Onkologiya bölməsinin rəisi İslam həkimin müayinəsinə getmiş və sonuncu onu müayinə etdikdən sonra cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir. Həmin vaxt o, əməliyyatın qiyməti barədə maraqlandığı zaman İslam həkim ona əməliyyatın 650 manata başa gələcəyini demiş və onlar razılaşmışlar. Bundan bir neçə gün sonra o, hospitalda İslam həkim tərəfindən cərrahi əməliyyat olunmuşdur. O, əməliyyatdan əvvəl İslam həkimə verməsi üçün 650 manat pulu həyat yoldaşı Elnarəyə vermiş, sonuncu da həmin pulu əməliyyatdan sonra İslam həkimə vermişdir. Hospitalda ödənişin qaydaları barədə məlumatı olmamış, həmçinin Təqsirləndirilən şəxs1 onlardan həmin pulu hospitalın xəzinəsinə ödəməyi tələb etməmişdir. Keçirdiyi əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə heç bir məlumatı olmamış, hər hansı bir qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Sonradan keçirdiyi cərrahi əməliyyata görə hospitala 174 manat ödəniş edildiyini bilmiş, artıq ödədiyi 476 manat pulu Təqsirləndirilən şəxs1 istintaq zamanı geri qaytarmaqla ona dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismndə ifadə vermiş Zərərçəkmiş şəxs2 fadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər qızı Mətanəti bir neçə il əvvəl əməliyyat etdiyi üçün tanımışdır. X20 müayinə üçün Baş Klinik Hospitala apardığı zaman isə Təqsirləndirilən şəxs1 vasitəsilə də Təqsirləndirilən şəxs2 orada tanımışdır. X19 səhhətindəki problemlə əlaqədar olaraq Sumqayıt şəhərində bir neçə xəstaxanaya əməliyyat üçün aparmış, lakin qızının əməliyyatını heç bir həkim üzərinə götürməmişdir. O, qızı Mətanəti 2022-ci ilin oktyabr ayında Baş X11 bölməsinə İslam həkimin müayinəsinə aparmış və sonuncu qızı Mətanəti müayinə edib cərrahi əməliyyat edə biləcəyini demişdir. Həmin vaxt əməliyyatın qiyməti barədə aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs1 ilə 1700 manat pul qarşılığında razılaşmışlar. Bundan bir neçə gün sonra M.Ələsgərova hospitalda İslam həkim tərəfindən cərrahi əməliyyat olunmuşdur. Əməliyyatdan bir gün sonra İslam həkimə 1700 manat pulu vermişdir. İslam həkim həmin puldan 200 manatını ona geri qaytarmış, qalan 1500 manatı isə özünə götürmüşdür. Əməliyyatdan 1-2 ay sonra İslam həkim Mətanət Ələsgərovanın kimyəvi dərman müalicəsi qəbul etməli olduğunu bildirmiş və onu həmin bölmənin həkimi Pərvanə həkimə yönəltmişdir. Pərvanə həkimlə danışığı zamanı sonuncu xəstənin 4 kurs kimyəvi dərman müalicəsi almalı olduğunu bildirmiş və hər müalicə kursunun dərmanların pulu olaraq 350 manata başa gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs2 ilə razılaşmış və qızı Mətanət Ələsgərova 2022-ci ilin oktyabr-dekabr ayları ərzində hospitalda 4 dəfə kimyəvi dərman müalicəsi qəbul etmişdir. O, hər müalicə üçün 350 manat olmaqla, cəmi 1400 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Sonradan istintaq zamanı ona 500 manat pul qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir iddia və tələbləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müracət edarək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismndə ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Baş Klinik Hospitalda kiçik tibb bacısı vəzifəsində çalışır. 2021-ci ilin ortalarında Baş Klinik Hospitalda çalışan tanışları ilə ünsiyyət zamanı hospitalın Onkologiya bölməsində Afaq adlı kiçik tibb bacısının doğumla əlaqədar analıq məzuniyyətinə buraxılacağını və tutduğu vəzifənin vakant olacağını öyrənmişdir. Həmin vəzifəyə qəbul olunmaq istədiyindən, Təqsirləndirilən şəxs1la bir neçə dəfə telefonla danışıb onun yanına getmişdir. O özü İslam həkimə həmin vəzifəyə getmək üçün 1500 manat verməyi təklif etmiş, İslam həkim də baxarıq danışarıq demişdir. 2021-ci ilin avqust ayında, dəqiq xatırlamadığı tarixdə o, Təqsirləndirilən şəxs1 xidməti otağında qəbulunda olmuş və ona 1500 manat pul vermişdir. İslam həkim həmin pulun məbləğini ondan tələb etməmişdir. O özü 1500 manat verəcəyini İslam həkimə təklif etmişdir. İslam həkim pulun kiməsə çatacağını demiş, lakin kimə çatmasını deməmişdir. Sonra Təqsirləndirilən şəxs1 onu hospitalın kadrlar bölməsinə yönəltmiş, o da elə həmin gün hospitalın kadlar bölməsində işləyən xanım işçiyə yaxınlaşmışdır. Həmin xanım işçi də ona lazım olan sənədləri gətirməsini demişdir. Sonra o, lazım olan sənədləri toplayıb vermiş və bir neçə gündən sonra işə başlamışdır. Sonradan Təqsirləndirilən şəxs1 barəsində isə heç bir orqana şikayət etməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2013-2015-ci illərdə N nömrəli hərbi hissədə çalışdığı vaxtlarda həmin hərbi hissədə çalışmış Təqsirləndirilən şəxs1 tanımış, onunla hər hansı qohumluq, dostluq, düşmənçilik və ya ədavəti olmamış, yalnız xidməti münasibəti olmuşdur. 2021-cı ilin avqust ayından hazırki vaxtadək Baş Klinik Hospitalda kiçik tibb bacısı vəzifəsində çalışır. 2021-ci ilin ortalarında Baş Klinik Hospitalda çalışan tanışları ilə ünsiyyət zamanı hospitalın Onkologiya bölməsində Afaq adlı kiçik tibb bacısının doğumla əlaqədar analıq məzuniyyətinə buraxılacağını və tutduğu vəzifənin vakant olacağını öyrənmiş, həmin vəzifəyə qəbul olunmaq istədiyindən, Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsilə əlaqə saxlamış, öz istəyini bildirərək ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onu hospitala dəvət etmiş və o, 2021-ci ilin avqust ayında, dəqiq xatırlamadığı tarixdə hospitala, İslam həkimin yanına getmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs1 hələ Afaq adlı işçinin analıq məzuniyyətinə buraxılmasının dəqiqləşmədiyini, hansısa sənədləşmə işinin davam etdiyini bildirib, analıq məzuniyyətinə buraxılması dəqiqləşdikdən sonra onu işə qəbul etdirəcəyini demişdir. 2021-ci ilin avqust ayında, dəqiq xatırlamadığı tarixdə o, Təqsirləndirilən şəxs1 xidməti otağında qəbulunda olmuş, həmin vaxt sonuncu onun Afaq adlı şəxsin yerinə işə düzəldilməsi üçün 1500 manat pul verməli olduğunu demiş, o da həmin pulu verməyə razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 onu hospitalın kadrlar bölməsinə yönəltmiş, o da elə həmin gün hospitalın kadlar bölməsində hazırda xatırlamadığı xanım işçilərə yaxınlaşıb, analıq məzuniyyətinə gedən Afaq adlı tibb bacısının yerinə işə düzəlmək üçün müraciət etdiyini demişdir. Oradan ona işə qəbul olunmaq üçün ərizə ilə müraciət etməli olduğu bildirilmiş və toplamalı olduğu sənədlərin siyahısı verilmişdir. O da müvafiq sənədləri toplayıb ərizə ilə yenidən kadlar bölməsinə müraciət etmişdir. Sənədləri təqdim etdikdən sonra bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdiyi zaman sonuncu işə qəbul olunmaqla bağlı hospitalın kadrlar bölməsindən onunla əlaqə saxlanıldığı halda ona bu barədə məlumat verməsini istəmişdir. Bundan bir neçə gün sonra hospitalın kadrlar bölməsindən tanımadığı qadın işçi ona mobil telefonla zəng edərək işə qəbul olunduğunu, müvafiq sənədləşmədən ötrü yenidən bölməyə yaxınlaşmalı olduğunu bildirmiş, o da bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdiyi zaman sonuncu hospitala gələcəyi halda əvvəlcədən razılaşdıqları 1500 manat pulu gətirməsini istəmişdir. 2021-ci ilin avqust ayının ortalarında o, hospitalın kadrlar bölməsinə yaxınlaşmış və orada ona artıq işə qəbul olunduğu bildirilmiş, bundan sonra o, müvafiq sənədləri imzalamaqla işə qəbul olunmağı ilə bağlı əmrlə tanış olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs1 xidməti otağına gedərək sonuncunun qəbulunda olmuş və işə qəbul olunması barədə məlumat verərək zərfə qoyduğu 1500 manat pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs1la pul barədə danışan zaman sonuncu verəcəyi pulun hospitalın rəhbərliyinə çatacağını desə də, konkret olaraq pulu kimə verəcəyini deməmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, Baş X11 bölməsində kiçik tibb bacısı vəzifəsinə qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 kimlərlə nə kimi ünsiyyətinin olması, onu işə qəbul etdirmək üçün kimlərlə danışıq aparması barədə heç bir məlumatı yoxdur. Sonradan ona məlum olub ki, əslində Təqsirləndirilən şəxs1 onu aldadıb pulunu almış və onun işə qəbul olunmasında heç bir rolu olmamışdır. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir iddia və tələbi yoxdur, sonuncu 1500 manat pulu ona geri qaytarmış və onunla barışmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində olan İslam həkimin ondan 1500 manat pulu istəməsi, həmin işin qiymətinin 1500 manat olması kimi ifadələrini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı Şahid6 müayinə üçün Baş Klinik Hospitala aparan zaman Təqsirləndirilən şəxs1 tanımışdır O, həyat yoldaşı Şahid6 səhhətindəki problemlə əlaqədar olaraq 2022-ci ilin noyabr ayında onu Baş Klinik Hospitalda, Təqsirləndirilən şəxs1 müayinəsinə aparmış və sonuncu Şahid6 müayinə edib onun cərrahi əməliyyat olunmalı olduğunu demişdir. Həmin vaxt əməliyyatın xərci barədə maraqlanan zaman Təqsirləndirilən şəxs1 bunun 1200 manata başa gələcəyini demiş, o da həmin məbləğdə pulu verməyə razılaşmışdır. 16 noyabr 2022-ci il tarixdə Şahid6 Baş X11 bölməsində Təqsirləndirilən şəxs1 tərəfindən cərrahi əməliyyat edilərək, boğaz nahiyəsindəki şiş götürülmüşdür. Həmin gün, əməliyyatdan öncə, səhər saatlarında hərbi hospitalda Təqsirləndirilən şəxs1 xidməti otağında sonuncuya 1200 manat pul vermişdir. Hospitalda ödənişin qaydaları barədə məlumatsız olmuş, həmçinin ödənişin hansı formada ediləcəyi barədə maraqlanmamış, Təqsirləndirilən şəxs1 da ondan pulu tam şəkildə və ya bir qismini xəzinəyə ödəməyi tələb etməmişdir. Verdiyi pulun hansı qaydada xərcələnəcəyi, kimlər arasında necə bölünəcəyini bilməmiş, ödənişlə bağlı ona hər hansı bir qəbz və ya sənəd verilməmişdir. Şahid6 icra edilmiş cərrahi əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə məlumatı olmamış, hər hansı bir qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Həmin əməliyyatın hospitaldakı rəsmi qiyməti 320 manat olduğunı, Təqsirləndirilən şəxs1 ödədiyi əlavə 880 manat pulu özünə götürməsini bilməmişdir. İbtidai istintaq zamanı bu barədə ondan soruşanda həmin pulu istəmədiyini və İslam həkimə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə ilə müracət edarək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 3-4 il əvvəl yaxın qohumlarından birinin məsləhəti ilə həyat yoldaşını səhhətindəki problemlə əlaqədar Təqsirləndirilən şəxs1 müayinəsinə aparan zaman sonuncunu tanımış, onunla hər hansı bir dostluq, qohumluq, düşmənçilik və ya ədavəti olmamışdır. O, oğlu Sənan Həsənzadəni səhhətindəki problemlə əlaqədar olaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində Baş X26 həkimin müayinəsinə aparmış və sonuncu oğlu S.Həsənzadəni müayinə etdikdən sonra cərrahi əməliyyatın zəruri olduğunu demişdir. Daha sonra oktyabr ayının ortalarında S.Həsənzadə hospitalda İslam həkim tərəfindən cərrahi əməliyyat olunmuşdur. Həmin gün o, əməliyyatdan əvvəl səhər saatlarında İslam həkimin xidməti otağında əməliyyatın qiyməti barədə danışan zaman sonuncu əməliyyatın qiymətinin 600 manat olduğunu bildirmişdir. O, həmin vaxt İslam həkimə 600 manat ödəniş etmiş, ödənişlə bağlı ona hər hansı bir qəbz və ya sənəd verilməmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, S.Həsənzadənin keçirdiyi cərrahi əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə heç bir məlumatı olmamış, hər hansı bir qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Sonradan əməliyyatın hospitaldakı rəsmi qiymətinin 120 manat olduğunu öyrənmiş, ödədiyi əlavə 480 manat pulu Təqsirləndirilən şəxs1 istintaq zamanı ona geri qaytarmaqla dəymiş ziyanı ödəmiş və onunla barışmış, bu səbəbdən də hazırda bununla bağlı Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid4 səhhətindəki problemlə əlaqədar Baş Klinik Hospitala müayinəyə aparan zaman Təqsirləndirilən şəxs1 tanımış, sonuncu ilə hər hansı bir dostluq, qohumluq, düşmənçilik və ya ədavəti, eləcə də daha əvvəldən tanışlığı olmamışdır. O, ehtiyyatda olan hərbi qulluqçu olduğu üçün həyat yoldaşı 2022-ci ilin oktyabr ayının sonlarında Baş Klinik Hospitalda, Onkologiya bölməsinin rəisi İslam həkimin müayinəsinə aparmış və sonuncu Şahid4 müayinə edərək cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Şahid4 hospitalda İslam həkim tərəfindən cərrahi əməliyyat olunmuşdur. Həmin gün əməliyyatdan öncə, səhər saatlarında o, İslam həkimin xidməti otağında əməliyyatın qiyməti barədə söhbət edən zaman sonuncu ona əməliyyatın 600 manata başa gələcəyini demiş, buna görə də həmin vaxt o, İslam həkimin özünə 600 manat ödəniş etmişdir. O, ehtiyyatda olan hərbi qulluqçuların ailə üzvlərinə göstərilən tibbi xidmətlərə görə hospitalda ödəniş edilməli olduğunu bilsə də, Şahid4 keçirdiyi cərrahi əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə, həmçinin ehtiyyatda olan hərbi qulluqçuların ailə üzvləri üçün nəzərdə tutulmuş güzəştlər barədə heç bir məlumatı olmamış, hər hansı bir qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, o, sonradan Şahid4 əməliyyatına görə hospitalda 148,37 manat rəsmi ödəniş edildiyini bilmiş, artıq ödədiyi 451,63 manat pulu Təqsirləndirilən şəxs1 istintaq zamanı geri qaytarmaqla ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir iddia və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində həyat yoldaşı Zərərçəkmiş şəxs9 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində həyat yoldaşı Zərərçəkmiş şəxs4 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Baş Klinik Hospitalda xidmət etdiyi müddət ərzində tanımışdır. O özü 2021-ci il ərzində Baş Klinik Hospitalın rəisi vəzifəsini icra etmiş və hospitalın rəisi kimi hospitalda mülki şəxslərin işə qəbul edilməsi onun səlahiyyətində olmuşdur. Hospitalda hər hansı bir mülki şəxsin işə qəbul edilməsi üzrə şəxs işə qəbul olunmaq arzusu barədə hospitalın komandanlığına ərizə ilə müraciət etməli və onun müraciətinə uyğun hospitalda vakant ştat olduğu halda müvafiq sənədləri toplamaqla hospitalın kadrlar bölməsinə təqdim etməlidir. Şəxsin vakant vəzifəyə uyğunluğu hospitalın kadrlar bölməsi tərəfindən yoxlanılmaqla onun həmin vəzifəyə uyğun olub-olmaması barədə hospitalın rəisinə məlumat verilməli, uyğun olduğu halda hospitalın rəisi tərəfindən müvafiq əmr imzalanmaqla şəxs işə qəbul edilməlidir. Zərərçəkmiş şəxs1 2021-ci ilin avqust ayında onun müvafiq əmri ilə Baş X11 bölməsinin kiçik tibb bacısı vəzifəsinə təyin edilmişdir. Həmin vəzifəyə qəbul olunmaq üçün Zərərçəkmiş şəxs1 ərizə ilə hospitala müraciət etmiş və müvafiq sənədləri toplamaqla hospitalın kadrlar bölməsinə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 həmin vəzifəyə uyğun olması barədə ona məlumat verdikdən sonra o, müvafiq əmr imzalamaqla sonuncu işə götürmüşdür. Onun tutduğu vəzifə daha əvvəl həmin vəzifədə çalışan Afaq Balakərimovanın doğuşla əlaqədar məzuniyyətə buraxılması nəticəsində vakant olmuşdur. Həmin vəzifəyə qəbul edilmək üçün şəxs hər hansı bir imtahan və ya müsabiqədən keçməli deyil, sadəcə olaraq həmin vəzifəyə təyin olunmaq arzusu barədə ərizə ilə müraciət etməsi kifayətdir. Mülki şəxslərin hospitalda işə qəbulu ərizə ilə müraciət etmə ardıcıllığı ilə həyata keçirilir. Zərərçəkmiş şəxs1 işə qəbul edilməsi ilə bağlı nə İslam Məmmmədov, nə də başqa biri ona müraciət etməmiş, eləcə də hər hansı bir şəxsdən bunun müqabilində pul və ya digər maddi nemət tələb etməmiş və almamışdır. Zərərçəkmiş şəxs1 işə qəbul edildiyi vaxta kimi tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Həmçinin işə qəbul prosesində də Zərərçəkmiş şəxs1 qəbul etməmiş və onunla hər hansı bir ünsiyyəti olmamışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 guya işə qəbul etdirilməsinə köməklik edilməsi adı ilə Təqsirləndirilən şəxs1 sonuncudan 1500 manat pul aldığını eşitmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 18 mart 2023-cü il tarixdə ölmüş anası Zərərçəkmiş şəxs5 2022ci ilin oktyabr ayında süd vəzi xərçəngi xəstəliyi olduğundan səhhətindəki problemlə əlaqədar olaraq Baş X11 bölməsində, Təqsirləndirilən şəxs1 müraciət edərək müayinə olunmuşdur. Orada həkim Təqsirləndirilən şəxs1 ona cərrahi əməliyyatın zəruri olduğunu bildirmiş və anası Zərərçəkmiş şəxs5 2022-ci ilin oktyabr ayının ortalarında hospitalda İslam həkim tərəfindən əməliyyat olunmuşdur. Sonradan anası Zərərçəkmiş şəxs5 deməsindən bilmişdir ki, həmin əməliyyata görə əməliyyatdan sonra anası Təqsirləndirilən şəxs1 şəxsən 1500 manat pul vermişdir. Nə anası Zərərçəkmiş şəxs5, nə də ki, ailə üzvlərinin həmin əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə məlumatları olmamışdır. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində oğlu Zərərçəkmiş şəxs6 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, həyat yoldaşı, ehtiyyatda olan polkovnik-leytenant Zərərçəkmiş şəxs7 səhhətindəki problemlə əlaqədar onu 2022-ci ilin oktyabr ayının sonlarında Baş X11 bölməsinə həkim Təqsirləndirilən şəxs1 müayinəsinə aparmış və sonuncu onu müayinə edərək cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir. Bundan 2-3 gün sonra o, hospitalda Təqsirləndirilən şəxs1 tərəfindən cərrahi əməliyyat olunmuşdur. Sonradan həyat yoldaşı Zərərçəkmiş şəxs7 deməsindən bilmişdir ki, İslam həkim əməliyyatın 600 manata başa gələcəyini demiş və əməliyyat olunduğu gün əməliyyatdan əvvəl, səhər saatlarında Zərərçəkmiş şəxs7 İslam həkimə 600 manat ödəniş etmişdir. Şahid təsdiq etmişdir ki, həmin əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə, eləcə də hərbi qulluqçunun ailə üzvü kimi onun üçün nəzərdə tutulmuş güzəştlər barədə nə onun, nə də əri Zərərçəkmiş şəxs7 heç bir məlumatı olmamış, bu barədə onlara heç bir məlumat verilməmişdir. Məhkəmədə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, qaynanası Zərərçəkmiş şəxs8 onu səhhətində yaranmış problemlə əlaqədar 2022-ci ilin noyabr ayında Baş Klinik Hospitala, ortaq tanışları vasitəsilə tanıdığı onkoloq-həkim Pərvanə adlı həkimin müayinəsinə aparmış və sonuncu onu orada müayinə edib cərrahi əməliyyatın zəruri olduğunu demişdir. Bir neçə gün sonra o, hospitalın Onkologiya bölməsində əməliyyat olunmuşdur. Sonradan qaynanası Vəsilə xanımın özündən eşitdiyinə görə həmin əməliyyata görə 100 manat pulu hospitalın xəzinəsinə, 800 manatı isə Pərvanə xanımın özünə olmaqla, cəmi 900 manat vermişdir. Ödənilmiş 100 manatın Baş Klinik Hospitalın xəzinəsinə, qalan 800 manatın isə Təqsirləndirilən şəxs2 verilməsinin səbəbi barədə, eləcə də həmin əməliyyatın hospitaldakı rəsmi qiyməti barədə heç bir məlumatı olmamış, hər hansı bir qiymət cədvəli ilə tanış olmamış və bu barədə ona heç kəs məlumat verməmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, zərərçəkmiş şəxslərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərinin ifadələri, ekspertiza rəyi ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs1 15 iyul 2023-cü il tarixdə cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs2 15 iyul 2023-cü il tarixdə cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş hospitalın rəisinin 170 nömrəli, 15 iyul 2021-ci il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, Onkologiya bölməsində kiçik tibb bacısı X14 10 iyul 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək doğuşdan əvvəl və doğuşdan sonrakı məzuniyyətə buraxılmışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş hospitalın rəisinin 199 nömrəli, 18 avqust 2021-ci il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 18 avqust 2021-ci il tarixdən Ümumi Cərrahiyə şöbəsinin Onkologiya bölməsində 4-cü dərəcəli kiçik tibb bacısı (X7 doğuşdan əvvəl və doğuşdan sonrakı məzuniyyəti dövrünə) vəzifəsinə 2 aylıq sınaq müddəti ilə işə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Baş Klinik Hopsitalın Onkologiya bölməsinin rəisi kimi hospitalda hər hansı bir şəxsin işə qəbul edilməsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş X9 bölməsindən götürülmüş “Cərrahi əməliyyatların qeydiyyatı” və “Ambulator müalicədə olan xəstələrin qeydiyyatı” kitablarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin kitablarda Zərərçəkmiş şəxs6 2022-ci ilin oktyabr ayı ərzində cərrahi əməliyyat olunan və ambulator müalicə alan xəstə kimi qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş xəstəlik tarixlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin hospitalın Onkologiya bölməsində X8 xx.xx.2022-ci il tarixdə “Düz bağırsağın rezeksiyası, kolostomanın qoyulması”, X22 xx.xx.2022-ci il tarixdə “Daxili düyünlərin bağlanması”, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə “Lipomanın xaric edilməsi”, Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə “Sol tərəfli radikal mastektomiya, sol qoltuqaltı limfodissektiya”, Şahid4 xx.xx.2022-ci il tarixdə “Laporoskopik xolesisstit, appendenton”, Şahid5 xx.xx.2022ci il tarixdə “Sol süd vəzin fibroadenomasının xaric edilməsi” və Şahid6 xx.xx.2022-ci il tarixdə “Total trieodoktomiya” cərrahi əməliyyatları olunmuşlar. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli»-dən görünür ki, “düz bağırsağın rezeksiyası, kolostomanın qoyulması” cərrahi əməliyyatının qiyməti 800 (səkkiz yüz) manat, “daxili babasil düyünlərinin bağlanması” cərrahi əməliyyatının qiyməti 120 (yüz iyirmi) manat, “dəri və dərialtı törəmələrin çıxarılması (ambulator)” cərrahi əməliyyatının qiyməti 100 (yüz) manat, “dəri və dərialtı törəmələrin çıxarılması (1 gün stasionar müalicə)” cərrahi əməliyyatının qiyməti 150 (yüz əlli) manat, “orta ölçülü fibroadenomaların çıxarılması, ümumi anesteziya (1 gün stasionar müalicə)” cərrahi əməliyyatının qiyməti 100 (yüz) manat, “total treoidektomiya, lokal limfektomiya ilə, ümumi anesteziya (3 gün stasionar müalicə)” cərrahi əməliyyatının qiyməti 320 (üç yüz iyirmi) manat, “radikal mastektomiya, ümumi anesteziya (5 gün stasionar müalicə)” cərrahi əməliyyatının qiyməti 300 (üz yüz) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun tibbi hərbi hissə və müəssisələrində ödənişli (pullu) tibbi xidmətin göstərilməsi qaydaları»-dan görünür ki, ehtiyyata buraxılmış baş zabitlərin arvadlarına yalnız qidalanma, dərman preparatları və məsrəf tibbi əmlak xərclərinin ödənilməsi güzəşti nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 361141 nömrəli, 19 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hospitalda X6 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə 800 (səkkiz yüz) manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 360882 nömrəli, 17 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hospitalda X16 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə 120 (yüz iyirmi) manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 360883 nömrəli, 17 oktyabr 2022-ci il tarixli və 360884 nömrəli, 17 oktyabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hospitalda Zərərçəkmiş şəxs4 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə cəmi 174 manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 360858 nömrəli, 13 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hospitalda Zərərçəkmiş şəxs5 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə 300 manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 361251 nömrəli, 26 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hospitalda Şahid4 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə 148,37 manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 361849 nömrəli, 11 noyabr 2022-ci il tarixli və 361854 nömrəli, 11 noyabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hospitalda Şahid5 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə cəmi 118 (yüz on səkkiz) manat 50 (əlli) qəpik pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 361928 nömrəli, 16 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hospitalda Şahid6 göstərilmiş tibbi xidmət müqabilində hospitalın xəzinəsinə 320 manat pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X8 2022-ci ilin oktyabr-dekabr ayı ərzində cəmi 4 dəfə ambulator müalicədə olmuş və Baş Klinik Hospitalın xəzinəsinə müalicələrin hər biri üçün 10 manat olmaqla, cəmi 40 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hospitalda Zərərçəkmiş şəxs6 2022-ci ilin oktyabr ayı ərzində hospitalda müayinə və ya müalicə olunması ilə əlaqədar hospitalın xəzinəsinə pul mədaxil edilməmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş arayışdan və 223747 nömrəli, 12 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 12 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 21 oktyabr 2022-ci il tarixdə hospitalın Onkologiya bölməsində dərialtı törəmənin çıxarılması (ambulator) əməliyyatına görə 100 (bir yüz) manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 sıradankənar hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarından məlum olur ki, 12 iyul 2023-cü il tarixdə Nümayəndə zərərçəkmiş şəxs kimi tanınmış Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş qəbzdən və arayışdan məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə Onkologiya bölməsində dərialtı törəmənin çıxarılması (ambulator) cərrahiyyə əməliyyatı olunması ilə əlaqədar Təqsirləndirilən şəxs1 tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Höspitalına dəymiş olan 100 (bir yüz) manat zərər tam şəkildə ödənilmişdir. Cinayət işinin materiallarında olan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 oktyabr 2022-ci il tarixdə, saat 09:40 radələrində vətəndaş Sənan Həsənzadənin atası Fuad Həsənzadə ilə Təqsirləndirilən şəxs1 arasında əməliyyatın qiyməti ilə bağlı danışıq aparılmış və sonuncu “hamısı bir yerdə 650 manat pul eliyəcək” deyərək razılaşma əldə edilmiş, 14 oktyabr 2022-ci il tarixdə, saat 11:04 radələrində vətəndaş Zərərçəkmiş şəxs4 yaxını Təqsirləndirilən şəxs1 xidməti otağında olan zaman sonuncu stolunun üzərində pul olması ehtimal edilən predmeti götürərək stolun sağ tərəfində olan çəkməcəyə qoymuş, 19 oktyabr 2022-ci il tarixdə, saat 14:25 radələrində vətəndaş Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs1 arasındakı danışıq zamanı “mən səni çalışacam ki, burda aperasiya eləyim 400 manata” ifadəsini işlədir və aralarında razılaşma əldə edilmiş, 21 oktyabr 2022-ci il tarixdə, saat 13:02 radələrində vətəndaş Zərərçəkmiş şəxs6 yaxını olan qadın Təqsirləndirilən şəxs1 pul olması ehtimal edilən predmet vermiş, 26 oktyabr 2022-ci il tarixdə, saat 10:28 radələrində Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında danışıq zamanı Zərərçəkmiş şəxs1 “doktor, mənim iş məsələm necə olacaq, bir də görərsən gəldi” ifadəsini işlədərək öz işi barədə narahatlığını bildirmiş və Təqsirləndirilən şəxs1 “yəqin deyiblər ki, 3-5 manat pul var” ifadəsini işlətmiş, 26 oktyabr 2022-ci il tarixdə, saat 10:46 radələrində Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1 pul olması ehtimal edilən predmet vermiş, 16 noyabr 2022-ci il tarixdə, saat 09:27 radələrində Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 pul olması ehtimal edilən predmet vermişdir. Cinayət işinin materiallarında olan videogörüntülərə bağlı keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/1004 №-li rəyində göstərilmişdir ki, tədqiq edilmiş videogörüntülərlə bağlı montaj əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur, onlarla aralarında barışıq əldə olunub. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan, Təqsirləndirilən şəxs2 isə himayəsində iki yetkinlik yaşına çatmayan övladları vardır. Cinayət işinin materiallarına əlavə olunmuş bank qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs1 tərəfindən 370 manat məbləğində pul, yəni vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.3 və 341.2.1-ci maddələrində nəzərdə tutulan əməlləri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurulmuş vurulmuş 1500 manat ziyanı tam ödədiyi, zərəçəkmiş şəxsə barışdığı və zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbləri olmadığı üçün və Zərərçəkmiş şəxs1 vurulmuş vurulmuş 1500 manat ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasına əsaslar vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsində nəzərdə tutulan əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurulmuş vurulmuş 1500 manat ziyanı tam ödəyi, zərəçəkmiş şəxsə barışdığı və zərəçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığı üçün və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs1 himayənsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 himayənsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. AR CM-in 60.1-ci maddəsinə əsasən, AR CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsi ilə cəza AR CM-in 60.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasının müddəti sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun, bu hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan cəzasını yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddətinin əvvəli hökmün icraya yönəldiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən hallarının mövcudluğunu, cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan - cərimə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə üzərə mülki idda yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ekspertizasının dəyəri 430 manat manat təşkil edir. Həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 215 manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may tarixli 2018-ci il 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X17 150 manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X23 150 manat, məhkəmədə Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 120 manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 150 manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertizasının dəyəri 430 manat manat təşkil edir. Həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 215 manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X17 150 manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X23 150 manat, məhkəmədə Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 120 manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 150 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X31
Məhkəmə qərarları › İş №1-1(093)-154/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-154/2023
29.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver