Məhkəmə qərarları › İş №1-1(093)-155/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-155/2023

23.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-155/2023 23.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimləri Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – X5, X11 və X10, müdafiəçi - Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs (xx xxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron rayonu Pirəkəşkül ərazi dairəsi Pirəkəşkül kəndində qeydiyyatda olan, Bakı Hərbi Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 27 senyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmiş, ona 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının fəxri qarovul taborunun 1-ci fəxri qarovul bölüyünün baş çavuşu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, baş çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirəndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Bakı şəhəri ərazisində yerləşən Milli Qvardiyasının fəxri qarovul taborunun 1-ci fəxri qarovul bölüyünün baş çavuşu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, baş çavuş hərbi rütbəsində xidmət etdiyi müddət ərzində 2021-ci ilin avqust ayında vətəndaş X5 ilə aralarında olan söhbət zamanı sonuncu ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, bu zaman baş çavuş Təqsirləndirilən şəxs M.M.Şabanovun işə düzəlmək istəyini öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq onun xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə çalışan tanışları vasitəsilə, 15000 (on beş min) manat məbləğində pulun guya özünün vasitəsilə həmin şəxsə çatdırılması müqabilində onun qısa müddət ərzində PTX-ya işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib, M.M.Şabanovu özünə inandırmaqla razılığını almış, bundan sonra 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov parkı”nda X4 şəxsən verdiyi 15000 (on beş min) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə M.M.Şabanova məxsus xeyli miqdarda pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2022-ci ilin yanvar ayında vətəndaş Şahid1 ilə aralarında olan söhbət zamanı sonuncu ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, bu zaman baş çavuş Təqsirləndirilən şəxs Şahid1 işə düzəlmək istəyini öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Sumqayıt şəhərində yerləşən “Zəfəran” adlı restoranda Şahid1 və sonuncunun atası vətəndaş X11 ilə görüşərək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə çalışan tanışları vasitəsilə, 9000 (doqquz min) manat məbləğində pulun guya özünün vasitəsilə həmin şəxsə çatdırılması müqabilində Şahid1 qısa müddət ərzində PTX-ya işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib, sonuncunun atası S.Şahid1 özünə inandırmaqla razılığını almış, bundan sonra 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov parkı”nın qarşısında özünə məxsus qara rəngli “Nissan Murano” markalı “** BF ***” dövlət qeydiyyat nişanlı avtomobildə X6 övladı Şahid1 vasitəsilə verdiyi 9000 (doqquz min) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə S.Şahid1 məxsus xeyli miqdarda pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2022-ci ilin iyun ayında tanışı olan vətəndaş X15 ilə aralarında olan söhbət zamanı sonuncu ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, bu zaman baş çavuş Təqsirləndirilən şəxs N.M.Əsədlinin işə düzəlmək istəyini öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq sonuncunun əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində yüksək vəzifədə çalışan tanışları vasitəsilə, 4000 (dörd min) manat məbləğində pulun guya özünün vasitəsilə həmin şəxsə çatdırılması müqabilində onun qısa müddət ərzində PTX-ya işə düzəlməsini təşkil edəcəyinə dair yalan vəd verib, N.M.Əsədlini özünə inandırmaqla razılığını almış, bundan sonra 15 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Nərimanov parkı”nda X10 şəxsən verdiyi 4000 (dörd min) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə N.M.Əsədliyə məxsus pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 2021-ci ilin avqust ayından ortaq tanışları olan Şahid3 vasitəsi ilə tanımış, həmin vaxt Mirağa Şabanov ona işsiz olduğunu bildirib işə düzəlmək istədiyini söyləmişdir. Bundan sonra o, M.M.Şabanova 15000 manat pulun qarşılığında Prezident Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmiş, sonuncu da işsiz olduğu üçün onunla razılaşaraq pulu hazır edərək xəbər edəcəyini bildimişdir. 18 avqust 2021-ci il tarixdə Mirağa Şabanov onunla əlaqə saxlayaraq pulu hazır etdiyini dediyi üçün həmin gün M.M.Şabanovla Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində “Nərimanov parkı” adlanan ərazidə görüşmüş, orda bir daha iş barədə danışaraq sonuncunu imtahandan keçirib işə düzəldəcəyinə söz vermişdir. Həmin parkda Mirağa Şabanov işə düzəlmək üçün 15000 manat məbləğində pulu ona vermiş, özü pulu sonuncudan qəbul edərək narahat olmamağı və imtahandan keçirib işə düzəldəcəyini bildirmişdir. Mirağa Şabanovdan almış olduğu 15000 manat pulu heç kimə verməyib şəxsi işlərinə xərcləmişdir. Pulu aldıqdan sonra M.M.Şabanova 2022-ci ilin fevral ayında işə düzələcəyini, əmrinin veriləcəyini bildirmiş, həmçinin sonuncunu inandırmaq üçün şəxsiyyət vəsiqəsi və hərbi biletini də götürərək bir həftə sonra geri qaytarmışdır. 2022-ci ilin yanvar ayında isə M.M.Şabanova işə düzəlməklə bağlı hazırlamalı olduğu sənədlərin siyahısını göndərmiş, sonuncu da həmin sənədləri toplamış və 10 fevral 2022-ci il tarixdə görüşərək ona vermiş, daha sonra Mirağa Şabanov onunla əlaqə saxlayan zaman sonuncuya həkim komissiyasına çağılacağını və idman normativləri verəcəyini, bu haqda özünün məlumat verəcəyini bildirib xəbər gözləməsini demişdir. Bunu bildirməkdə məqsədi Mirağa Şabanovdan alaraq şəxsi işlərinə xərclədiyi 15000 manat pulu düzəldib geri qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. X7 əlaqə saxlayıb işlə maraqlanan zaman sonuncuya vaxt verməsini, pulu qaytaracağını bildirsə də, maddi imkanı olmadığı üçün aldığı 15000 manat pulu qaytara bilməmişdir. Bundan başqa, Şahid1 2019-cu ildən, yəni sonuncu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində hərbi xidmətdə olduğu vaxtdan tanımış, aralarında yoldaşlıq münasibəti yaranmışdır. Şahid1 hərbi xidməti başa vurub getsə də, onunla tez-tez telefon əlaqəsi saxlamış, 2022-ci ilin yanvar ayında sonuncu onunla əlaqə saxlayan zaman Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəlmək istədiyini və onun işə düzəlməkdə köməklik etməyini xahiş etmişdir. Özü isə bu barədə maraqlanıb xəbər edəcəyini söyləmiş, bundan bir neçə gün sonra Şahid1 zəng edərək sonuncunu Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini demiş, Ə.S.Dəmiov da atasının onunla görüşmək istədiyini bildirib Sumqayıt şəhərinə gəlməyini təklif etdiyi üçün o, Sumqayıt şəhərində yerləşən “Zəfəran” restoranında Şahid1 və sonuncunun atası Seymur Dəmirovla görüşmüşdür. Həmin görüş zamanı pula ehtiyacı olduğu üçün həmin şəxslərə Şahid1 9000 manat pulun qarşılığında Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmiş, həmin şəxslər də razılıq verdikdən sonra onlar sağollaşmışlar. 2022-ci ilin fevral ayında Şahid1 onunla əlaqə saxlayaraq pulu hazır etdiyini bildirdiyi üçün həmin gün sonuncu ilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Nərimanov parkı” adlanan ərazidə görüşüb, sonuncudan eyni üsulla 9.000 manat pulu əldə etmişdir. Şahid1 sonuncunu işə düzəltmək adı ilə əldə etdiyi 9000 manat pulu heç kimə verməyib şəxsi ehtiyacları üçün xərcləmiş, pulu aldıqdan sonra Şahid1 2022-ci ilin iyun ayında işə düzələcəyini bildirmiş, 2022-ci ilin iyun ayında sonuncu onunla əlaqə saxlayıb işə düzəlməyi ilə bağlı məlumat alan zaman işə düzəlmə məsələsinin 2022-ci ilin iyul ayına qaldığını söyləmişdir. Bunu bildirməkdə məqsədi Şahid1 alaraq şəxsi işlərinə xərclədiyi 9000 manat pulu düzəldib geri qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. Sonradan Şahid1 onunla əlaqə saxlayıb işlə maraqlanan zaman ona vaxt verməsini, pulu qaytaracağını bildirsə də, maddi imkanı olmadığı üçün 9000 manat pulu qaytara bilməmişdir. Eyni zamanda, X12 2018-ci ildən tanımış, sonuncu həmin vaxtdan 2020-ci ilə kimi özünün qulluq etdiyi Prezidentin Təhlükəsizlik Xidmətində müddətli hərbi xidmətdə olmuşdur. Nurlan Əsədli ona gələcəkdə Prezidentin Təhlükəsizlik Xidmətində işə düzəlmək istədiyini bildirdiyi üçün özünün bununla bağlı köməklik edə biləcəyini demiş, həmçinin N.M.X1 Xidmətinə pul qarşılığında işə adam düzəldə biləcəyini də söyləmişdir. 2022-ci ilin iyun ayında Nurlan Əsədli onunla əlaqə saxlayaraq Prezidentin Təhlükəsizlik Xidmətinin kadrlar idarəsindən işə götürəcəkləri barədə çağırış gəlməsi barədə bildirmiş, həmin vaxt özünün şəxsi işləri ilə əlaqədar olaraq pula ehtiyacı olduğu üçün N.M.Əsədliyə işə düzəlməyinin yalnız pul ilə mümkün olduğunu, pul qarşılığında köməklik edə biləcəyini bildirmişdir. Nurlan Əsədli də ona inandığı üçün razılaşmış və işə düzəlmək istədiyini demişdir. Bundan sonra N.M.Əsədliyə işə düzəlmək üçün ilk öncə imtahan verəcəyini və imtahandan keçdikdən sonra işə düzələcəyini, imtahandan kəsilməməsi və işə düzəlmək istəyirsə 4000 manat pul verməli olduğunu, həmin pulun qarşılığında N.M.Əsədlini imtahandan keçirib işə düzəldə biləcəyini demişdir. Nurlan Əsədli də bundan bir neçə gün sonra onunla əlaqə saxlayaraq pulu hazır etdiyini bildirmiş və 15 iyun 2022-ci il tarixdə görüşmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin gün Nurlan Əsədli ilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Nərimanov parkı” adlanan ərazidə görüşərək sonuncudan eyni üsulla və eyni vədlərlə 4000 manat məbləğində pul almış, lakin vədi üzrə heç bir iş görməmiş və əldə etdiyi 4000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. X8 əlaqə saxlayıb işlə maraqlanan zaman ona vaxt verməsini, pulu qaytaracağını bildirsə də, maddi imkanı olmadığı üçün aldığı 4000 manat pulu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsindən əlavə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış protokolları, maddi sübut və eyni zamanda digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, dostu olan Şahid3 sonuncunun təxminən 2021-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsiz Xidmətində işə düzəlmək üçün Təqsirləndirilən şəxs adlı şəxsə pul verdiyini öyrənmişdir. Həmin dövrdə o da işə düzəlmək istədiyi üçün Şahid3 özünü Təqsirləndirilən şəxsla tanış etməsini və işə düzəlmək barədə sonuncu ilə danışmaq istədiyini demişdir. Bundan sonra Şahid3 vasitəsilə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu onu Prezidentin Təhlükəsizlik Xidmətində işə düzəldəcəyinə dair söz verərək bunun müqabilində ondan 15000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs 15000 manat pulu öncədən verməli olduğunu söyləməklə 2022-ci il yanvar-fevral aylarında Prezidentin Təhlükəsizlik Xidmətinə işə qəbulu ilə bağlı artıq əmrinin olacağını ona vəd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Prezidentin Təhlükəsizlik Xidmətində çalışdığı üçün statusuna və sonuncunun sözlərinə inanaraq həmin dövlət qurumunda işə düzəltmək üçün idarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilini 11100 manata satıb qalan 4000 manat pulu isə borc alaraq 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri ərazisində Nərimanov parkında Təqsirləndirilən şəxs ilə görüşmüş və Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəltməsi üçün sonuncuya 15000 manat məbləğində pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini vermişdir. 15000 manat pulu və sənədlərini Təqsirləndirilən şəxs verən zaman dostu Şahid3 və qohumu Şahid4 da yanlarında olmuşdur. Təqsirləndirilən şəxs da 15000 manat pulu ondan aldıqdan sonra bir daha 2022-ci il yanvar-fevral aylarında Prezidentin Təhlükəsizlik Xidmətinə işə qəbulu ilə bağlı əmrinin veriləcəyini vəd etmişdir. Bir həftə sonra Təqsirləndirilən şəxs onun barəsində X16 sorğu getdiyini bildirib şəxsiyyət vəsiqəsini və hərbi biletini geri qaytarmış, 2022-ci ilin yanvar ayında isə Təqsirləndirilən şəxs ona müəyyən sənədlərin siyahısını verdiyi üçün həmin sənədləri də toplayaraq 10 fevral 2022-ci il tarixdə sonuncuya vermişdir. Daha sonra Təqsirləndirilən şəxs onun həkim komissiyasına çağılacağını, idman normativləri də verəcəyini bildirdiyi üçün sonuncudan xəbər gözləsə də xəbər çıxmamışdır. Hər dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirərək vaxt uzatmış, artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını anladıqdan sonra barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Ona ünvanlanan suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yalnız ümumi olaraq onun işini yüksək vəzifəli tanışı olan şəxslər vasitəsilə görəcəyini bildirmiş, həmin pulu konkret olaraq kiməsə verməsi, həmçinin özünə hər hansı məbləğdə pul qalması barədə heçnə deməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında övladı Şahid1 ona yaxınlaşaraq hərbi xidmətdə olduğu zaman komandiri olmuş Təqsirləndirilən şəxs özünü Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini ona demiş və bu barədə söhbət etmək üçün Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə dəvət etdiyini bildirmişdir. Şahid1 həmin vaxt ondan Təqsirləndirilən şəxsla görüşməyə getməyini xahiş etdiyi üçün səhəri gün övladı Şahid1 ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Zəfəran” restoranında Təqsirləndirilən şəxs ilə görüşmüş və sonuncu həmin vaxt onlara 9000 manat pulun qarşılığında övladı Şahid1 Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. Özü Təqsirləndirilən şəxs razılıq verdikdən sonra onlar sağollaşmış, 2022-ci ilin fevral ayında o, övladı Şahid1 işə düzəlməsindən ötrü Təqsirləndirilən şəxs çatdırması üçün 9000 manat pul vermişdir. Bundan sonra, Şahid1 da həmin 9000 manat pulu Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən parkın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin içərisində sonuncuya vermişdir. Təqsirləndirilən şəxs da Şahid1 2022-ci ilin iyun ayında işə düzələcəyini bildirmiş, 2022-ci ilin iyun ayında Şahid1 işə düzəlməsi bağlı heç bir xəbər çıxmadığını gördüyü üçün onun yanında Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu işin düzəlməsinin 2022-ci ilin iyul ayına qaldığını bildirmişdir. 2022-ci ilin iyul ayında Şahid1 onun yanında Təqsirləndirilən şəxs ilə yenidən əlaqə saxladıqda sonuncu işlərin getdiyini və avqust ayında Şahid1 işə çıxacağını söyləmişdir. Həmin zaman özü övladı Şahid1 Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunun onları aldatdığını bildirmişdir. Buna baxmayaraq, 2022-ci ilin avqust ayına kimi gözləməyi qərara almış, lakin 2022-ci ilin avqust ayında Şahid1 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs işdən çıxarıldığını eşitdiyini və başqa kimlərinsə də işə düzəltmək adı ilə pulunu alıb aldatdığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun 9000 manat pulunu dələduzluq yolu ilə ələ keçirtdiyini anlamış və övladı Şahid1 ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etməsini bildirmiş, bundan sonra Şahid1 ərizə ilə 18-ci Polis Şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasında müddətli hərbi xidmətdə olduğu vaxtdan, yəni 2018-ci ildən bəri tanımış, həmin vaxt Təqsirləndirilən şəxs Milli Qvardiyanın 1-ci fəxri qarovul bölüyünün baş çavuşu vəzifəsində çalışmışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs ona Prezidentin Təhlükəsizlik Xidmətinə pul qarşılığında işə adam düzəldə biləcəyini demişdir. 2022-ci ilin iyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin Kadrlar idarəsindən onu işə götürəcəkləri barədə çağırış gəlmiş, bu barədə məlumat almaq üçün Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu işə düzəlməyin yalnız pul ilə mümkün olduğunu və ona pul qarşılığında köməklik edə biləcəyini söyləmişdir. Özü də Təqsirləndirilən şəxs inandığı üçün razılaşmış və işə düzəlmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona 4000 manat pulun qarşılığında onu imtahanlardan keçirdib Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra, 4000 manat pulu 15 iyun 2022-ci il tarixdə hazır edərək Təqsirləndirilən şəxsla görüşmək üçün dayısı Şahid2 ilə birlikdə Bakı şəhərinə gəlmiş, həmin gün Təqsirləndirilən şəxsla əlaqə saxladıqdan sonra sonuncu ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nda görüşmüşdür. Orada bir daha işə düzəlməyi ilə bağlı Təqsirləndirilən şəxsla danışmış və sonuncu onu imtahandan keçirib işə düzəldəcəyinə dair vəd vermişdir. Buna görə də, həmin parkda Təqsirləndirilən şəxs işə düzəltmək üçün ondan istəmiş olduğu 4000 manat pulu dayısı Şahid2 yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu ondan qəbul edərək narahat olmamağını və onu imtahandan keçirib işə düzəməyinə köməklik edəcəyini bildirmişdir. Səhəri gün özü Prezidentin Təhlükəsizlik Xidmətinə imtahana çağırılmış və imtahan versə də, müvəffəqiyyət əldə edə bilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb sonuncuya imtahandan kəsildiyini demiş, həmin vaxt da Təqsirləndirilən şəxs ona narahat olmamağı, işini danışdığını, onu imtahandan keçirəcəklərini və işə düzələcəyini söyləmişdir. Yenə Təqsirləndirilən şəxs inanaraq bir müddət gözləsə də, heç bir nəticə olmamış, bu barədə maraqlanan zaman artıq Təqsirləndirilən şəxs onu aldatmasını, özü kimi bir neçə nəfər şəxsdən də işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə pul alaraq ələ keçirdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bildikdən sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nə gedərək hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 şahid X6 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Öz əlamət və xüsusiyyətlərinə görə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyini nəzərə alaraq X15 tərəfindən təqdim olunan 01 ədəd disk sübut əhəmiyyətinə malik olduğundan 26 iyul 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş raportdan görünür ki, Şahid1 18 avqust 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasına işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan 9000 manat məbləğində pul alması, lakin vədinə əməl etməməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Şahid1 28 avqust 2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan 9000 manat məbləğində pul alması, lakin vədinə əməl etməyərək pulunu ələ keçirməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş digər ərizədən görünür ki, X15 07 sentyabr 2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan 4000 manat məbləğində pul alması, lakin vədinə əməl etməyərək pulunu ələ keçirməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, vətəndaş X5 01 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan 15000 manat məbləğində pul alması, lakin vədinə əməl etməyərək pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiya Komandanının 08 sentyabr 2008-ci il tarixli 209 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, ehtiyatda olan çavuş Təqsirləndirilən şəxs mühafizə taborunun xüsusi mühafizə tağımı 3-cü manqanın qarovul rəisi vəzifəsinə təyin olunmaqla, Milli Qvardiyanın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus xidmət siyahısından görünür ki, o 08 iyun 2018-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının fəxri qarovul taborunun 1-ci fəxri qarovul bölüyünün bölük baş çavuşu vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin 27 iyul 2022-ci il tarixli 133 ş/h nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Milli Qvardiyanın fəxri qarovul taborunun 1-ci fəxri qarovul bölüyünün bölük baş çavuşu, baş çavuş Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilərək hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının fəxri qarovul taborunun 1-ci fəxri qarovul bölüyünün baş çavuşu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, baş çavuş hərbi rütbəsində xidmət etmişdir, xidmət yeri üzrə komandanlıq tərəfindən kafi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs 2 mart 2023-cü il tarixdə tutularaq istintaqa təhvil verilmiş və həmin tarixdə ona ittiham elan edilərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalı, onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işinin materiallarna əlavə olunmuş Bakı Hərbi Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı Aprellyasiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Hərbi Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmü dəyişdirilərək ona qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə caza təyini ilə bağlı eyni zamanda belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 27 senyabr 2023-cü il tarixli qərarı üzrə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və ona cəza çəkməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbləri baxımından) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qanunvericiliyin bu tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 senyabr 2023-cü il tarixli qərarı üzrə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirməklə ona qəti cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-in 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-in 187-ci maddəsi). X5, X11 və X15 ibtidai istintaq zamanı mülki iddiaçı qismində tanınmışlar. X5, X11 və X10 mülki iddaları tam təmin olunmalı, təqsirləndirilən şəxs (mülki cavabdeh)Təqsirləndirilən şəxs 9000 (doqquz min) manat tulutlaraq (mülki iddaçı) X3, 15.000 (on beş) manat (mülki iddaçı) X9, 4000 (dörd min) manat (mülki iddaçı) X13 ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə X15 ilə Təqsirləndirilən şəxs arasında həyata keçirilən telefon danışıqlarını əks etdirən səs yazıları və ekran görüntülərinin olduğu 01 ədəd disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-354, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 27 senyabr 2023-cü il tarixli qərarı üzrə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan - 2 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər X5, X11 və X10 mülki iddaları tam təmin olunsun, təqsirləndirilən şəxs (mülki cavabdeh)Təqsirləndirilən şəxs 9000 (doqquz min) manat tulutlaraq (mülki iddaçı) X3, 15.000 (on beş) manat (mülki iddaçı) X9, 4000 (dörd min) manat (mülki iddaçı) X13 ödənilsin. İş üzrə maddi sübut olan, X15 ilə Təqsirləndirilən şəxs arasında həyata keçirilən telefon danışıqlarını əks etdirən səs yazıları və ekran görüntülərinin olduğu 01 ədəd disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar