Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-155/2024 11.09.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri N6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olumamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs zabit kimi hərbi xidmətdə olarkən, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1ci sülhmərmah qüvvələr taborunun 3-cü sülhmərmalı qüvvələr bölüyünün N-ci sülhmərmalı qüvvələr taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 01 aprel N0N4-cü il tarixdə saat 10:00-da hərbi hissəni özbaşına tərk edərək N5 aprel N0N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə gəlməklə zabit kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci sülhməramlı qüvvələr taborunun 3-cü sülhmərmalı qüvvələr bölüyünün N-ci sülhməramlı qüvvələr taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən 01 aprel N0N4-cü il tarixdə saat 10:00-da hərbi hissəni özbaşına tərk edərək N5 aprel N0N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmışdır. Onun xidmət yerini özbaşına tərk etməsinə səbəb hazırda da açıqlamaq istəmədiyi öz şəxsi problemlərinin həlli ilə bağlı olmuşdur. Hərbi hissəni özbaşına tərk edərkən onun hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Ailə vəziyyətinə görə bu əməli törətməyə məcbur olmuşdur. Törətdiyi əməldən beşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, hissəni özbaşına tərk etdiyi müddətdə 3-4 gündən bir hərbi hissəyə gəlmiş, lakin hərbi formanı geyərək sıraya durmamış, xidməti vəzifələrinin icrasına başlamamış, yenidən özünün problemi ilə bağlı hissədən getmişdir. Həmin dövrdə, yəni hissəni özbaşına tərk etdiyi dövrlərdə tez-tez hissəyə gəlib getməsini xidmət yoldaşları da təsdiq edə bilər, hətta Şahid3 təsdiq edər ki, həmin dövrdə bir gecə hərbi hissədə qalmışdır. Bir dəfə də hərbi hissəyə gələndə Aysel Əlizadə onun hərbi hissəyə qayıtması barədə raport hazırlamış, lakin yenidən çıxıb getdiyi üçün raportu tabor komandirinə təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin hərbi hissəni özbaşına tərk etdiyi günlərdə tez-tez hərbi hisəyə qayıtması, bir gecə hərbi hissədə qalması, qayıtması barədə raport hazırlanması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun məsuliyyətdən yayınmaq üçün qurduğu müdafiə üsuludur. Çünki bu xüsusatlar tam araşdırılmış, Təqsirləndirilən şəxs bu hallla bağlı istinad etdiyi şahidlər dəvət edilərək dindirilmiş, amma Təqsirləndirilən şəxs bu hissədə göstərdikləri təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusudur. Rütbəsi leytenantdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci sülhməramlı taborunun 3-cü sülhməramlı bölüyünün N-ci sülhməramlı taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 01 aprel N0N4-cü il tarixdə saat 10:00-da hərbi hissəni tərk etmiş, N5 aprel N0N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizamintizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi problemləri ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya Təqsirləndirilən şəxs ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə saat 10:00-dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək N nömrəli hərbi hissənin ərazisində görməmişdir. Məhkəmə iclasında şahidlər - N nömrəli hərbi hissəsinin bölük komandiri ŞahidN Güləbbas oğlu, tağım komandirinin müavini Şahid4, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər və Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə saat 10:00-dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək N nömrəli hərbi hissənin ərazisində şəxsən görmədiklərini, həmin dövrdə onun hərbi hissəyə qayıtmasının şəxsən şahidi olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu, Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə saat 10:00dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək N nömrəli hərbi hissənin ərazisində görmədiyini, həmin ərəfədə onun hissəyə qayıtması barədə raport hazırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu, Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə saat 10:00dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək N nömrəli hərbi hissənin ərazisində görmədiyini, həmin ərəfədə birlikdə hərbi hissəyə gəlmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu, Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə saat 10:00dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək N nömrəli hərbi hissənin ərazisində görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu, Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə saat 10:00dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək N nömrəli hərbi hissənin ərazisində şəxsən görmədiyini, həmin dövrdə onun hərbi hissədə gecələdiyinin şahidi olmadığını bildirmişdir. İş materiallarında olan 01 aprel N0N4-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N4-cü il tarixdə saat 10:00-da xidməti yerini tərk etmişdir. (v.4) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N14 nömrəli, 16 iyul N0NN-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin sülhməramlı qüvvələr taborunun (əməliyyat imkanları konsepsiyasının) 3-cü sülhməramlı bölüyünün N-ci sülhməramlı taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Kəlbəcər rayonu) gəlmiş hesab edilmiş, 16 iyul N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün təminatlara qoyulmuş vəzifəsinin icrasına başlamışdır. (v. 5) İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə mənfi xarakterizə olunur. (v. 7) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 01 aprel N0N4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 1-ci tabor 3-cü bölük N-ci taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs 01 aprel N0N4-cü il tarixdə, saat 10:00-da xidmət yerini tərk etdiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, həmin şəxsin bütün növ təminatları dayandırılmışdır. (v. NN) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 1N8 nömrəli, N5 aprel N0N4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 01 aprel N0N4-cü il tarixdə, saat 10:00da xidmət yerini tərk etmiş. 1-ci tabor 3-cü bölük N-ci taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs N5 aprel N0N4-cü il tarixdə saat 08:00-da xidməti yerinə gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuşdur. (v. N3) İş materiallarında olan İ-5549 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (v. N9, 118) İş materiallarında olan İ-5N976 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (v. N9, 118) İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 05 iyun N0N4-cü il tarixli və 13 iyun N0N4-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (v. 95, 13N) İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.N0N4-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (v. 106) İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” XN 166N nömrəli, xx.xx.N0N4-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli törətdiyi dövrdə (01 aprel N0N4-cü il tarixdə saat 10:00-dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək) hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs əməli törətdiyi dövrdə (01 aprel N0N4-cü il tarixdə saat 10:00-dan N5 aprel N0N4-cü il tarixdə saat 08:00-dək) öz hərəkətlərini idarə etmək, onlara cavab vermək və rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduöu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin N1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (v. 111-113) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.N və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N5 iyun N003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hazırda ordu sıralarından tərxis edildiyindən ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilə bilməz. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs ali hərbi təhsili zabit olmuş, hərbi təhsil almış, xüsusi hazırlıq keçmişdir. Buna baxmayaraq hərbi xidmətinin son dövrlərində xidmətə etinasız yanaşmış, demək istəmədiyi şəxsi problemlərini əsas gətirərək xidməti vəzifələrin yerinə yetirilməsində səhlənkarlığa yol verdiyinə görə dəfələrlə hərbi xidmətə tam uyğun olmama barədə bir neçə dəfə xəbərdarlıq almış, lakin yenə həmin hərəkətlərini davam etdirmiş, sonda hərbi hissəni on gündən artıq, lakin bir aydan çox olmayaraq müddətə özbaşına tərk etmiş və nəticədə ordu sıralarından ehtiyata tərxis olunmağa nail olmuşdur. Məhkəmə hesab edir ki, ona qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabitlərin mənəvi-psixoloji durumuna, nizam intizamına mənfi təsir etməklə, zabitlərin bu cür əməllər törətməklə hərbi xidmətdən yayınmalarına şərait yarada bilər. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 11 sentyabr N0N4-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri N6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 48 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.N və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara 03 may N018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Bakı şəhəri N6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi N88 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr N0N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində "həbs" qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 48 (qırx səkkiz) iş saatına görə N88 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Bakı şəhəri N6 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-155/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-155/2024
11.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver