Məhkəmə qərarları › İş №1-1(093)-156/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-156/2023

04.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-156/2023 04.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik leytenatı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri N8 vəkil bürosunun vəkili Müdafiəçin, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 16 mart 1993-cü il tarixdə Şabran rayonu, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Zeyvə kəndində qediyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayan, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təmir taqımının 1-ci təmir manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətdə olan zaman xx.xx.N0N3-cü il tarixdə saat 17:50 radələrində tabeliyində olan, həmin bölüyün 1-ci avtomobil taqımının N-ci manqasının baş atıcısı, baş əsgər Zərərçəkmiş şəxs ayaqqabı fırçası ilə çəkmələrini təmizlədiyini görüb sonuncuya fırçanı ona gətirməsini bildirmiş, Zərərçəkmiş şəxs fırçanı dərhal deyil, bir dəqiqə sonra gətirəcəyini bildirməsindən əsəbiləşdiyi üçün Zərərçəkmiş şəxs üzərinə gedərək əvvəlcə sağ ayağı ilə sonuncunun sol ayağının bud nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş, daha sonra isə sağ əli onun sol üz nahiyəsinə bir dəfə sillə zərbəsi, sol əli ilə sağ üz nahiyəsinə bir dəfə sillə zərbəsi vuraraq Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid olan “sağ gözaltı nahiyənin hematoması və sol təbil pərdəsinin deşilməsi” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olan zaman xx.xx.N0N3cü il tarixdə saat təxminən 18 radələrində tabeliyində olan maddi-texniki təminat bölüyünün 1-ci avtomobil taqımın N-ci manqasının baş atıcısı, baş əsgər Zərərçəkmiş şəxs ilə söhbət edərkən sonuncu ona bir müddət əvvəl özünə zor tətbiq edilməsinin qeyriqanuni olduğunu bildirdiyi üçün əsəbiləşərək əvvəlcə Zərərçəkmiş şəxs tam geyim forması ilə hazır olmasını, onu hərbi hissənin komandanlığına məruzə edəcəyini bildirmiş, daha sonra isə Zərərçəkmiş şəxs bölüyün məişət otağında geyim formasını səliqəyə salan zaman onun arxasınca getmiş və ona zor tətbiq edərək arxadan onun boyun və baş nahiyəsindən qolları ilə tutub zərblə yerə yıxmaqla Zərərçəkmiş şəxs sağlamlığa zərərvurmaya aid olmadığı üçün dərəcəsi təyin edilməyən “sol almacıq və sol diz nahiyələrinin sıyrılmış yaraları, sol çiyin nahiyəsinin küt travması (bərk küt əşyaların təsirindən)” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xidmət müddətində tanımışdır. Onunla münasibətləri xidməti olmaqla aralarında dostluq, düşmənçilik qohumluq əlaqələri ədavət və s. olmamışdır. xx.xx.N0N3-cü il tarixdə saat 17:50 radələrində hərbi hissənin avtoparkından xidmət etdiyi maddi-texniki təminat bölüyünün yataqxanasına gələn zaman əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs ayaqqabı fırçası ilə çəkmələrini təmizlədiyini görüb, öz çəkmələrini təmizləmək üçün Zərərçəkmiş şəxs fırçanı ona verməsini bildirmiş, onun Zərərçəkmiş şəxs rəis hesab edilməsinə baxmayaraq, sonuncu 1 dəqiqəyə fırçanı gətirəcəyini dediyi üçün əsəbiləşmiş və Zərərçəkmiş şəxs tərəf getmişdir. Həmin zaman Zərərçəkmiş şəxs fırçanı ona versə də, o əsəbi olduğu üçün sağ ayağı ilə sonuncunun sol bud nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş buna cavab olaraq Zərərçəkmiş şəxs ona “eləmə komandir, lazım deyil” desə də, o, sağ əli ilə sonuncunun sifətinin sol tərəfinə bir dəfə, daha sonra isə sol əli ilə sifətinin sağ tərəfinə bir dəfə olmaqla sillə zərbələri vurmuş, bu vaxt ətrafda olanlar onları ayırmışlar. Bundan təxminən 5-10 dəqiqə sonra o, Zərərçəkmiş şəxs yanına çağırıb söhbət etmək istəyən zaman, sonuncu özünə qarşı onun tərəfindən zor tətbiq edilməsinin qeyri-qanuni olduğunu bildirmiş, o, yenidən əsəbiləşdiyi üçün Zərərçəkmiş şəxs tam geyim forması ilə geyinib gəlməsini, sonuncunu yuxarı komandanlığa məruzə edəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs məişət otağına gedib üst başını səliqəyə salarkən o, əsəbi sakitləşmədiyi üçün sonuncunun arxasınca məişət otağına gedərək Zərərçəkmiş şəxs arxadan boyun və baş hissəsindən qolları ilə tutub zərblə yerə yıxmış və qolları ilə boğaz nahiyəsindən tutub yerdə saxlayaraq ayağa qalxmağa qoymamışdır. Bundan sonra isə bölük komandiri, Şahid3 oraya gəlmiş və hadisə barədə məlumat aldıqdan sonra yuxarı komandanlığa məruzə etmiş, daha sonra həmin fakt üzrə hərbi hissədə araşdırma başlanmışdır. O, əməlindən peşman olduğunu, psixoloji durumunda problemlər olduğu üçün özünü idarə edə bilmədiyini bildirmişdir. Hadisədən sonra əməlindən peşman olub, zərər çəkmiş şəxsdən üzr istəmiş, zərər çəkmiş şəxs onu bağışlamış və barışmışlar. Məhkəmədən bağışlnmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunan Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarında olan münasibətləri xidməti olmuş, aralarında hər hansısa dostluq, düşmənçilik, ədavət olmamışdır. xx.xx.N0N3-cü il tarixdə saat N radələrində hərbi hissənin avtoparkından bölüyün əsgər yataqxanasına gəlmiş, çəkmələri çirkləndiyi üçün əsgər yataqxanasında ayaqqabı fırçası ilə çəkmələrini təmizləyən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs bunu görüb, fırçanı verməsini ondan istəmiş, o isə sonuncuya 1 dəqiqə ərzində fırçanı verəcəyini bildirmişdir. Kiçik çavuş Əmirhəmzəyev Valeh əsəbi halda ona tərəf gələrək bir daha fırçanı istədiyi üçün o fırçanı sonuncuya vermişdir. Təqsirləndirilən şəxs əsəbi halda ona tərəf gəldiyi üçün arxaya doğru addımlamış və “eləmə, komandir, lazım deyil” demişdir. Həmin zaman Təqsirləndirilən şəxs sağ ayağı ilə onun sol ayağının bud nahiyəsinə sərt şəkildə bir dəfə təpik zərbəsi vurmuş, o da Təqsirləndirilən şəxs yenə “eləmə komandir, lazım deyil” demiş, buna baxmayaraq sonuncu bir daha sağ əli ilə onun sifətinin sol tərəfinə sərt şəkildə sillə zərbəsi vurmuş, həmin zaman onun sifəti ağrımış və sol qulağında küyəbənzər cingilti səsi yaranmışdır. Həmin silləyə cavab olaraq o, sonuncuya “neyləyirsiz, komandir, vurmaq nədi” demiş, Təqsirləndirilən şəxs bu zaman sol əli ilə onun sifətinin sağ tərəfinə də sərt şəkildə sillə zərbəsi vurmuşdur. Bundan sonra ətrafdakılar onları aralamışlar. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış, o da sonuncunun yanına gedərək özünə sillə-təpik zərbələri vurmasının qeyri-qanuni olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona tam geyim formasını geyinməsini əmr etmiş və onu hərbi hissə komandanlığına məruzə edəcəyini bildirdiyi üçün, o “oldu” deyərək üst başını səliqəyə salmaq üçün bölüyün məişət otağına getmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs vurduğu sillənin təsirindən üzünün qızardığını güzgüdə görmüş, həmçinin sillənin təsirindən qulağının küylü olduğunu hiss etmişdir. Buna görə də həmin vaxt Əmirhəmzəyevin məişət otağına daxil olduğunu hiss etməmiş, lakin anidən güzgüdən sonuncunun onu arxadan qucaqladığını görmüş, sonuncu onu arxaya çəkərək yıxmış, boğazından tutub sıxmışdır. O, həmin zaman özünü dartaraq Təqsirləndirilən şəxs əlindən xilas olmağa çalışsa da, bacarmamış, daha sonra isə otağa daxil olan əsgərlər ŞahidN və Şahid1 onları aralamışlar. Bundan sonra oraya bölük komandiri, Şahid3 oraya gəlmiş, o hər şeyi olduğu kimi sonuncuya bildirdikdən sonra hərbi hissədə bu fakt üzrə araşdırma başlanmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, barışmışlar, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza tətbiq olunmasını xahiş etdi. Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, hər ikisi ilə aralarında münasibətləri xidməti olmuşdur. xx.xx.N0N3-cü il tarixdə mən hərbi hissənin avtomobil parkından maddi-texniki təminat bölüyünə gələn zaman bölüyün məişət otağında səs-küy olduğunu gördüyü üçün oraya getmiş və orada əsgərlər Zərərçəkmiş şəxs, ŞahidN və Şahid1, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bundan sonra isə o, həmin əsgərləri öz otağına çağıraraq nə baş verdiyini soruşmuş, həmin zaman onlar hər üçü etiraf edərək ona kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq edərək üz nahiyəsinə sillə zərbələri, bud nahiyəsinə təpik zərbəsi vurduğunu, həmçinin bölüyün məişət otağında yerə yıxdığını bildirmişdir. ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs xidmət müddətində tanımışam. Onların hər ikisi ilə aramızda yalnız xidməti münasibətlər olmuşdur. xx.xx.N0N3-cü il tarixdə hərbi hissənin avtoparkından MTT bölüyünün əsgər yataqxanasına gələn zaman o, kiçik çavuş Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs bir-birləri ilə mübahisə etdiklərinin şahidi olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs qışqıraraq “bura gəl, bura gəl” deyərək Zərərçəkmiş şəxs çağırmış, sonuncu isə ona “eləmə, komandir, lazım deyil” demişdir. Həmin zaman o, əvvəlcə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zarafat etdiyini tikrləşmiş, sonra isə X5 Əmirhəmzəyevin yanına getmiş və Təqsirləndirilən şəxs ona “sənə demirəm bura gəl?” deyərək onun sifətinə sərt şəkildə sillə zərbəsi vurmuş, Elton Abdullayev buna cavab olaraq “ona neyləyirsiz, komandir?” demişdir. Həmin zaman o, və əsgər Şahid1 araya girərək onları aralamışlar. Sonra Təqsirləndirilən şəxs bölüyə keçərək oturmuşdur, Elton Abdullayev isə məişət otağına keçmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs məişət otağına getdiyini gördüyü üçün əsgər Şahid1 ilə birlikdə məişət otağına qaçmış, çatan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yıxıb üstünə çıxdığını, qolları ilə sonuncunun boğazını sıxdığını görmüş və dərhal onları aralamışlar. Sonra isə baş leytenant Şahid3 oraya gəlmiş və baş vermiş hadisə barəsində hərbi hissə komandanlığına bu barədə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 və məhkəmə iclasında şahid qismində dindirilən ŞahidN ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və XN xx.xx.N0N3-cü il tarixli 660 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ gözaltı nahiyənin hematoması, sol almacıq və sol diz nahiyəsinin sıyrılmış yaraları, sol çiyin nahiyəsinin küt travması-bərk küt əşyanın (əşyaların) təsirindən; sol təbil pərdəsinin deşilməsi (perforasiyası) isə sol qulaqda yaranmış təzyiqlər fərqi nəticəsində törənmişlər. xx.xx.N0N3-cü il tarixdə əmələ gəlməsi inkar olunmur və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Naziriliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.N0N3-cü il tarixli N366 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamış, həmçinin əvvələr də onun belə xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni xx.xx.N0N3-cü il tarixdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansısa tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli 196 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən etibarən hərbi hissənin 1-ci tank taborunun, maddi-texniki təminat taqımının, təmir və təxliyyə manqasının mexanik-sürücüsü vəzifəsinə təyin edilmiş və şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N dekabr N0N1-ci il tarixli 376 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin maddi-texniki təminat bölüyünün, təmir taqımının 1-ci təmir manqasının komandiri vəzifəsinə vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N5 avqust N0NN-ci il tarixli N6N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuş və maddi-texniki təminat bölüyünün təmir taqımının 4-cü təmir manqasının sürücü-çilingər vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs həmin hərbi hissənin müddətli həqiqi hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs rəis hesab edilir. xx.xx.N0N3-cü il tarixli raportdan görünür ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri, baş leytenant Şahid3 raportla hərbi hissə komandirinə müraciət edərək kiçik çavuş Təqsirləndirilən şəxs və müddətli həqiqi hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması barədə məlumat vermişdir. N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə saat 18:00 radələrində “sağ gözaltı nahiyənin hematoması, sol gözaltı nahiyənin sıyrılmış yarası, sol çiyin nahiyəsinin küt travması, sol diz nahiyəsinin sıyrılmış yarası” diaqnozlu xəsarətlə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.N0N3cü il tarixli, 6NN7 nömrəli arayışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Təqsirləndirilən şəxs oğlu öz müdafiəsi üçün dəlil gətirərək psixoloji durumunda olan pozğunluqla əlaqədar olaraq özünü idarə edə bilməyib əsgər Zərərçəkmiş şəxs zor tətbiq etdiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Naziriliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.N0N3-cü il tarixli N366 nömrəli ekspert rəyi ilə X1 hər hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və xx.xx.N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs zor tətbiq edən zaman hər hansısa psixi (ruhi) xəstəlikdən əziyyət çəkməməsi, anlaqlı olması tam sübuta yetirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Beləliklə məhkəmə, işdəki bütün sübutları araşdırıb onları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Valeh oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə onun törətdiyi cinayəti səmimi etiraf edib, peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xasiyyətləndirilməsini, gəncliyini, ailə şəraitini eləcə də N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “hərbi xidmətə görə” medallarla təltif olunmasını və N3 noyabr N0N3-cü il tarixli N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, 05 sentyabr N0N3-cü il tarixdən N5 sentyabr N0N3-cü il tarixədək xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün döyüş təyinatlı rayonlara getməyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallarını, eləcə də cəzasını ağırlaşdıran hallarının olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, xidmət etdiyi hərbi hissə üzrə müsbət xarakerizə olunmasını, və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “hərbi xidmətə görə” medallarla təltif olunmasını, eləcə də hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, 05 sentyabr N0N3-cü il tarixdən N5 sentyabr N0N3-cü il tarixədək xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün döyüş təyinatlı rayonlara getməyini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinə münasibətdə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 6N-ci maddəsinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxsn barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər N8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N0-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 36 (otuz altı) iş saatına görə N16 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından N8 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində həmin Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə 10% (on faiz) məbləğdə pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər N8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 36 (otuz altı) iş saatına görə N16 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından N8 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar