Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-159/2024 29.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər-mülki İddiaçılar: X20, X18, X14 və X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri «AİM» Vəkil Bürosunun vəkili X22, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Adıgözəl oğlunun iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Massivi, A kompleksi, bina 12, mənzil 23 ünvanında kirayə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Adıgözəl oğlunun Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Adıgözəl oğlu öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, həmçinin gizir kimi hərbi xidmətdə olarkən, üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə, eyni zamanda bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün paraşüt desant tağımının mütəxəssis-desantçısı vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən, təxminən N2-ci ilin dekabr ayının sonlarında mülki şəxs olan tanışı X20 ilə mobil telefon vasitəsilə danışarkən sonuncunun Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək arzusunda olmasını bilib, ona FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinə xidmətə qəbulun qanuni qaydası barədə məqsədyönlü olaraq məlumat verməyib, öz qulluq mövqeyindən istifadə etməklə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də A.Ə.Abizərlinin xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu özünə daha da inandırmaq məqsədilə özünün FHN-nin N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmət etməsinə dair fotoşəkillərini sonuncuya göstərərək geniş əlaqələrə malik olmaqla, FHN-də xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə onu 12500 (on iki min beş yüz) manat pul müqabilində qısa müddət ərzində FHN-nin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 29 dekabr N2-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 7 saylı Bakı “Asan Xidmət” mərkəzində ondan əvvəlcə 7000 (yeddi min) manat, 10 fevral N3-cü il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti ərazisində 5500 (beş min beş yüz) manat olmaqla, vahid niyyətlə, ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində pulu alıb A.Ə.Abizərlinin N3-cü ilin iyul ayında FHN-nin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində xidmətə başlayacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs vətəndaş X20 ilə ünsiyyət qurduğu müddət ərzində sonuncunun tam olaraq ona inanıb etibar etdiyinə əmin olduğundan, təxminən N2ci ilin dekabr ayının sonlarında sonuncuya başqa şəxsləri də FHN-nin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirə biləcəyini bildirib, belə arzusu olan tanışları olarsa ona məlumat verməsini demişdir. Həmin vaxt, A.Ə.Abizərli əmisi oğlu X11 bu barədə məlumat vermiş, M.H.Abizərov da əmisi oğlu A.Ə.Abizərlinin sözlərinə əsasən Təqsirləndirilən şəxs inanıb ona özünü də FHN-nin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirməyə köməklik etməkdə vasitəçilik etməyi A.Ə.Abizərlidən xahiş etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən, 29 dekabr N2-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 7 saylı Bakı “Asan Xidmət” mərkəzində A.Ə.Abizərlidən əmisi oğlu M.H.Abizərovun əvvəlcədən ona verdiyi sonuncuya məxsus 7000 (yeddi min) manat, 10 fevral N3-cü il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti ərazisində 5500 (beş min beş yüz) manat olmaqla, vahid niyyətlə, ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində pulu alıb M.H.Abizərovun N3-cü ilin iyul ayında FHN-nin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində xidmətə başlayacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Xaçmaz rayonu ərazisində yerləşən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində müalicədə olarkən, təxminən N3-cü ilin aprel ayının sonlarında Siyəzən rayonu ərazisində mülki şəxs olan tanışı X14 ilə söhbət edərkən sonuncunun Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək arzusunda olmasını bilib, F.Şahid2 FHNnin Xüsusi Riskli Xilasetmə Xidmətinə xidmətə qəbulun qanuni qaydası barədə məqsədyönlü olaraq məlumat verməyib, öz qulluq mövqeyindən istifadə etməklə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də F.Şahid2 xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu özünə daha da inandırmaq məqsədilə özünün FHN-nin N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmət etməsinə dair fotoşəkillərini sonuncuya göstərərək geniş əlaqələrə malik olmaqla, FHN-də xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə onu 9000 (doqquz min) manat pul müqabilində 01 oktyabr N3-cü il tarixdən özünün xidmət etdiyi FHN-nin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Razılığa gəldikdən sonra, F.Şahid2 03 may N3-cü il tarixdə Xaçmaz rayonu ərazisində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən çay evində Təqsirləndirilən şəxslə görüşmüş, həmin vaxt, Təqsirləndirilən şəxs F.Şahid2 9000 (doqquz min) manat pulu alıb sonuncunun 01 oktyabr N3-cü il tarixdən FHN-nin N nömrəli hərbi hissəsində xidmətə başlayacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Xaçmaz rayonu ərazisində yerləşən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində müalicədə olarkən, 03 may N3-cü il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan çay evində F.Şahid2 ilə birlikdə gəlmiş mülki şəxs X15 ilə tanış olub söhbət etdiyi vaxt sonuncunun övladı Şahid3 FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəltmək arzusunda olmasını bilib, G.Ə.Dadaşova FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə xidmətə qəbulun qanuni qaydası barədə məqsədyönlü olaraq məlumat verməyib, öz qulluq mövqeyindən istifadə etməklə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də G.Ə.Dadaşovun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu özünə daha da inandırmaq məqsədilə geniş əlaqələrə malik olmaqla, FHNdə xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə övladı Şahid3 9000 (doqquz min) manat pul müqabilində 01 oktyabr N3-cü il tarixdən FHNnin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Razılığa gəldikdən sonra, G.Ə.Dadaşov 04 may N3-cü il tarixdə Xaçmaz rayonu ərazisində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında F.Şahid2 məxsus “Opel” markalı avtomobildə Təqsirləndirilən şəxslə görüşmüş, həmin vaxt, Təqsirləndirilən şəxs G.Ə.Dadaşovdan 9000 (doqquz min) manat pulu alıb sonuncunun övladı Şahid3 01 oktyabr N3-cü il tarixdən FHN-nin N nömrəli hərbi hissəsində xidmətə başlayacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Xaçmaz rayonu ərazisində yerləşən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində müalicədə olarkən, təxminən N3-cü ilin may ayının əvvəllərində Siyəzən Şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkın ərazisində mülki şəxs olan tanışı Zərərçəkmiş şəxs ilə danışarkən sonuncunun övladı Fəxrəddin Səfərovu FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəltmək arzusunda olmasını bilib, Zərərçəkmiş şəxs FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə qəbulun qanuni qaydası barədə məqsədyönlü olaraq məlumat verməyib, öz qulluq mövqeyindən istifadə etməklə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Zərərçəkmiş şəxs xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu özünə daha da inandırmaq məqsədilə geniş əlaqələrə malik olmaqla, FHN-də xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə övladı Zərərçəkmiş şəxs 14000 (on dörd min) manat pul müqabilində 01 oktyabr N3-cü il tarixdən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə mülki işçi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən, 05 may N3-cü il tarixdə Siyəzən rayonu ərazisində Siyəzən Şəhər İcra Hakimiyyətinin yaxınlığındakı parkın içərisində olan kafedə Zərərçəkmiş şəxs əvvəlcə 7000 (yeddi min) manat, 12 oktyabr N3-cü il tarixdə isə Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Siyəzən rayon filialından Təqsirləndirilən şəxs həmin bankda olan 3388 **** **** **** 4267 nömrəli hesabına köçürdüyü 7000 (yeddi min) manat olmaqla, vahid niyyətlə, ümumilikdə 14000 (on dörd min) manat məbləğində pulu alıb Zərərçəkmiş şəxs övladı Fəxrəddin Səfərovun 01 oktyabr N3-cü il tarixdən FHN-nin Xaçmaz rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində işə başlayacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi xidmətdə olarkən, N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli 083 nömrəli əmri ilə N mart N4-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin ünvan 3 ünvanında yerləşən X17 Görülməsi və X34 Agentliyi üzrə İV növbətçi köməkçisi xidmətinə təyin olunmuş, N mart N4-cü il tarixdə saat 09:00-da ünvan 3 ünvanında yerləşən xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 13 mart N4-cü il tarixdə saat 10:30-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən xidmət etdiyi N nömrəli hərbi hissəyə xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi xidmətdə olarkən, N aprel N4-cü il tarixdə saat 09:00-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və 22 may N4-cü il tarixdə bağlaşma müqaviləsi bitdiyi halda üzrlü səbəblər olmadan xidmət yerinə qayıtmayaraq, yalnız 16 iyun N4-cü il tarixdə barəsində istintaq edilən cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilməklə, üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 333.3 və 333.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 22 may 2019-cu il tarixdən 14 aprel N2-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi riskli xilasetmə və mühafizə taborunun rabitə manqasının texniki vəzifəsində, 14 aprel N2-ci il tarixdən isə FHN-nin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün paraşüt desant tağımının mütəxəssis-desantçısı vəzifəsində xidmət etmişdir. O, 2019-cu ildə hələ uşaq yaşlarından tanıdığı Siyəzən rayon sakini X20 ilə Siyəzən rayonu ərazisində görüşmüş, həmin vaxt A.Ə.Abizərli onun hərbi geyim formasında olduğunu görüb harada işlədiyini soruşduqda sonuncuya FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işlədiyini bildirmiş, bu zaman A.Ə.Abizərli də ona gələcəkdə FHN-nin X21 Xidmətində işləmək istədiyini bildirmişdir. O, N nömrəli hərbi hissənin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün paraşüt desant tağımının mütəxəssis-desantçısı vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən, təxminən N2ci ilin dekabr ayının sonlarında A.Ə.Abizərli ilə mobil telefon vasitəsilə danışarkən sonuncunun FHN-də işləmək istədiyini bilib aldadaraq pulunu ələ keçirmək məqsədi ilə yalandan ona guya N3-cü ilin iyul ayında Xudat rayonu ərazisində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin açılacağını, istədiyi halda onu FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində ona 11000 (on bir min) manat pul verməli olduğunu, həmçinin işə qəbul olunmaq üçün onunla birlikdə əlavə olaraq da 2-3 nəfər şəxsin lazım olduğunu demişdir. A.Ə.Abizərli bu barədə əmisi oğlu X11 məlumat verdikdən sonra yenidən onunla saxladıqda A.Ə.Abizərli və M.H.Abizərova onların hərbi xidmət müddətində olan ixtisaslarını soruşub həmin ixtisas üzrə işləmələri üçün hər birinin əlavə olaraq 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat da pul verməli olduqlarını bildirmiş və A.Ə.Abizərli ilə əmisi oğlu M.H.Abizərov inanaraq ona ümumilikdə 25000 (iyirmi beş min) manat pulu verməyə razılaşmışlar. Bundan sonra, o, A.Ə.Abizərli və M.H.Abizərovla gəldikləri razılığa əsasən 29 dekabr N2-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 7 saylı Bakı “Asan Xidmət” mərkəzində onlardan əvvəlcə 14000 (on dörd min) manat, 10 fevral N3-cü il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti ərazisində 11000 (on bir min) manat pulu nağd şəkildə almışdır. O, A.Ə.Abizərli və M.H.Abizərovu aldadaraq və yalandan onlara vəd verərək hər birindən ayrı-ayrılıqda 12500 (on iki min beş yüz) manat olmaqla, ikisindən ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində pulu almış, lakin onları FHN-nin N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirməklə bağlı hər hansı real hərəkət etməmiş, bununla bağlı hər hansı şəxsə müraciət etməmiş və A.Ə.Abizərli ilə M.H.Abizərovdan aldadaraq aldığı ümumilikdə 25000 (iyirmi beş min) manat pulu şəxsi məqsədləri üçün xərcləməklə həmin pulun ümumilikdə 11700 (on bir min yeddi yüz) manatını onlara qaytarsa da, qalan 13300 (on üç min üç yüz) manat pulu maddi imkanı zəif olduğu üçün hal-hazıradək onlara qaytara bilməmişdir. Bundan başqa, o, Siyəzən rayon ərazisində həmyerlisi X14 ilə görüşərkən ona FHN-nin N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmət etdiyini bildirərək, FHN-də xidmət etməsi ilə bağlı hərbi geyim formasında fotoşəkillərini F.Şahid2 göstərmişdir. O, təxminən N3-cü ilin aprel ayının sonlarında pula ehtiyacı yarandığından Siyəzən rayonu ərazisində F.Şahid2 yaxınlaşıb danışarkən sonuncunun FHN-də işləmək istədiyini bilib aldadaraq pulunu ələ keçirmək məqsədi ilə yalandan ona özünün xidmət etdiyi FHN-nin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində yer olduğunu, istədiyi halda onu FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində ona 9000 (doqquz min) manat pul verməli olduğunu demişdir. F.Şahid2 isə bu barədə atasına məlumat verdikdən sonra yenidən onunla əlaqə saxlayıb inanaraq ona işə düzəlməyi üçün 9000 (doqquz min) manat pulu verməyə razılaşmışdır. Razılığa gəldikdən sonra, F.Şahid2 03 may N3-cü il tarixdə Xaçmaz rayonu ərazisində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən çay evində onunla görüşmüş və 9000 (doqquz min) manat pulu nağd şəkildə ona vermişdir. Pulu F.Şahid2 aldıqdan sonra sonuncuya 01 oktyabr N3-cü il tarixdən FHN-nin N nömrəli hərbi hissəsində xidmətə başlayacağına dair vəd vermişdir. O, F.Şahid2 aldadaraq və yalandan ona vəd verərək ondan 9000 (doqquz min) manat məbləğində pulu almış, lakin onu FHN-nin N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirməklə bağlı hər hansı real hərəkət etməmiş, bununla bağlı hər hansı şəxsə müraciət etməmiş və F.Şahid2 aldadaraq aldığı 9000 (doqquz min) manat pulu şəxsi məqsədləri üçün xərcləməklə həmin pulun 650 (altı yüz əlli) manatını ona qaytarsa da, qalan 8350 (səkkiz min üç yüz əlli) manat pulu maddi imkanı zəif olduğu üçün halhazıradək ona qaytara bilməmişdir. Bundan əlavə, o, 03 may N3-cü il tarixdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan çay evində F.Şahid2 ilə birlikdə gəlmiş mülki şəxs X15 ilə tanış olub söhbət etdiyi vaxt sonuncunun övladı Şahid3 FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işləmək istədiyini bilib aldadaraq pulunu ələ keçirmək məqsədi ilə yalandan ona FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin guya 01 oktyabr N3-cü il tarixdən Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində yer olduğunu, istədiyi halda oğlu Şahid3 FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində ona 9000 (doqquz min) manat pul verməli olduğunu demişdir. G.Ə.Dadaşov həmin vaxt ona məbləği biraz aşağı etməyin mümkün olub-olmamasını soruşmuş, o, isə guya bu barədə danışıb ona məlumat verəcəyini demişdir. Həmin gün, axşam saatlarında G.Ə.Dadaşova mobil telefon vasitəsilə zəng edərək qiyməti aşağı etməyin mümkün olmadığını bildirmiş, G.Ə.Dadaşov da inanaraq ona oğlu Şahid3 işə düzəltməyi üçün 9000 (doqquz min) manat pulu verməyə razılaşmışdır. Razılığa gəldikdən sonra, G.Ə.Dadaşov 04 may N3-cü il tarixdə Xaçmaz rayonu ərazisində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında F.Şahid2 məxsus “Opel” markalı avtomobildə onunla görüşmüş və 9000 (doqquz min) manat pulu nağd şəkildə ona vermişdir. Pulu G.Ə.Dadaşovdan aldıqdan sonra sonuncuya oğlu Şahid3 01 oktyabr N3-cü il tarixdən FHN-nin N nömrəli hərbi hissəsində xidmətə başlayacağına dair vəd vermişdir. O, G.Ə.Dadaşovu aldadaraq və yalandan ona vəd verərək ondan 9000 (doqquz min) manat məbləğində pulu almış, lakin oğlu Şahid3 FHN-nin N nömrəli hərbi hissəsinə gizir kimi xidmətə qəbul etdirməklə bağlı hər hansı real hərəkət etməmiş, bununla bağlı hər hansı şəxsə müraciət etməmiş və G.Ə.Dadaşovdan aldadaraq aldığı 9000 (doqquz min) manat pulu şəxsi məqsədləri üçün xərcləməklə həmin pulun 650 (altı yüz əlli) manatını ona qaytarsa da, qalan 8350 (səkkiz min üç yüz əlli) manat pulu maddi imkanı zəif olduğu üçün hal-hazıradək ona qaytara bilməmişdir. Bununla yanaşı, o, təxminən N3-cü ilin may ayının əvvəllərində Siyəzən Şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkın ərazisində həmyerlisi Zərərçəkmiş şəxs ilə görüşərkən ona FHN-nin N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmət etdiyini bildirmiş və sonuncunun oğlu Fəxrəddin Səfərovun FHN-də işləmək istədiyini bilib aldadaraq pulunu ələ keçirmək məqsədi ilə yalandan ona FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin guya 01 oktyabr N3-cü il tarixdən Xaçmaz rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində yer olduğunu, istədiyi halda oğlu Fəxrəddin Səfərovu FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissəyə mülki işçi kimi işə düzəldə biləcəyini, bunun müqabilində ona 14000 (on dörd min) manat pul verməli olduğunu, həmin pulun 7000 (yeddi min) manatını əvvəlcədən, qalanını isə oğlu Zərərçəkmiş şəxs işə çıxaraq əmək haqqı aldıqdan sonra verməli olduğunu demiş, Zərərçəkmiş şəxs isə inanaraq ona oğlu Fəxrəddin Səfərovu işə düzəltməyi üçün ümumilikdə 14000 (on dörd min) manat pulu verməyə razılaşmışdır. Razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs 05 may N3-cü il tarixdə Siyəzən rayonu ərazisində Siyəzən Şəhər İcra Hakimiyyətinin yaxınlığındakı parkın içərisində olan kafedə onunla görüşmüş və həmin vaxt oğlu Zərərçəkmiş şəxs işə düzəltməsi üçün əvvəlcə 7000 (yeddi min) manat pulu nağd şəkildə ona vermişdir. Pulu Zərərçəkmiş şəxs aldıqdan sonra sonuncuya oğlu Zərərçəkmiş şəxs 01 oktyabr N3-cü il tarixdən FHN-nin N nömrəli hərbi hissəsində işə başlayacağına dair vəd vermiş, Zərərçəkmiş şəxs isə oğlunun əmək haqqı alaraq işə qəbul olunduğuna inanaraq 12 oktyabr N3-cü il tarixdə "xxxx" ASC-nin Siyəzən rayon filialından onun həmin bankda olan 3388 **** **** **** 4267 nömrəli hesabına qalan 7000 (yeddi min) manat pulu da köçürmüşdür. O, Zərərçəkmiş şəxs aldadaraq və yalandan ona vəd verərək ondan 14000 (on dörd min) manat məbləğində pulu almış, lakin oğlu Zərərçəkmiş şəxs FHN-nin N nömrəli hərbi hissəsinə mülki işçi kimi işə qəbul etdirməklə bağlı hər hansı real hərəkət etməmiş, bununla bağlı hər hansı şəxsə müraciət etməmiş və Zərərçəkmiş şəxs aldadaraq aldığı 14000 (on dörd min) manat pulu şəxsi məqsədləri üçün xərcləməklə həmin pulun 2900 (iki min doqquz yüz) manatını ona qaytarsa da, qalan 11100 (on bir min yüz) manat pulu maddi imkanı zəif olduğu üçün hal-hazıradək ona qaytara bilməmişdir. Bunlardan başqa, o, N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli müvafiq əmri ilə N mart N4-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin ünvan 3 ünvanında yerləşən X17 Görülməsi və X34 Agentliyi üzrə İV növbətçi köməkçisi xidmətinə təyin olunmuş, lakin, N mart N4-cü il tarixdə saat 09:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və xidmət yerinə yalnız 13 mart N4-cü il tarixdə saat 10:30-da geriyə qayıtmışdır. Bundan əlavə, o, N aprel N4-cü il tarixdə saat 09:00-da xidmət etdiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 7 ünvanında yerləşən N nömrəli hərbi hissəyə xidmət yerinə gəlməli olduğu halda 16 iyun N4-cü il tarixədək xidmət yerinə gəlməmiş və həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Xidmət yerinə vaxtında qayıtmamasının səbəbini şəxsi problemlərinin olması ilə əlaqələndirmiş, xidmətlə bağlı, həmçinin səhhəti ilə bağlı hər hansı problemi olmamış, ona qarşı nizamnamədən kənar hərəkətlərə yol verən olmamış və hərbi xidmətə münasibəti normal olmuşdur. Hazırda törətdiyi əməllərdən peşmandır, ailəsinin yeganə qazanc gətirəni və himayəsində iki azyaşlı uşağının olmasını və 2016-cı il tarixdə baş vermiş “Aprel döyüşlərində” iştirak etməyini nəzərə alaraq bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X20 göstərdi ki o, 2019-cu ildə hələ uşaq yaşlarından tanıdığı Siyəzən rayon sakini Təqsirləndirilən şəxs ilə Siyəzən rayonu ərazisində görüşmüş, həmin vaxt sonuncunun hərbi geyim formasında olduğunu görüb harada işlədiyini soruşduqda sonuncu ona FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işlədiyini bildirmiş, bu zaman o da Təqsirləndirilən şəxs gələcəkdə FHN-nin X21 Xidmətində işləmək istədiyini bildirmişdir. Təxminən N2-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə ona zəng edərək ondan FHN-də işləmək istəyib istəmədiyini soruşmuş, o da Təqsirləndirilən şəxs işləmək istədiyini bildirdikdə sonuncu ona guya N3-cü ilin iyul ayında Xudat rayonu ərazisində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin açılacağını, istədiyi halda onu FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində ona 11000 (on bir min) manat pul verməli olduğunu, həmçinin işə qəbul olunmaq üçün onunla birlikdə əlavə olaraq da 2-3 nəfər şəxsin lazım olduğunu demişdir. O isə bu barədə əmisi oğlu X11 məlumat verdikdən sonra yenidən Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncu ona və əmisi oğlu M.H.Abizərova onların hərbi xidmət müddətində olan ixtisaslarını soruşub həmin ixtisas üzrə işləmələri üçün hər birinin əlavə olaraq 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat da pul verməli olduqlarını bildirmiş, o və əmisi oğlu M.H.Abizərov da inanaraq Təqsirləndirilən şəxs ümumilikdə 25000 (iyirmi beş min) manat pulu verməyə razılaşmışlar. Bundan sonra, Təqsirləndirilən şəxslə gəldikləri razılığa əsasən, 29 dekabr N2-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 7 saylı Bakı “Asan Xidmət” mərkəzində əmisi oğlu M.H.Abizərovla birlikdə əvvəlcə 14000 (on dörd min) manat, 10 fevral N3-cü il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti ərazisində 11000 (on bir min) manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs vermişlər. Bundan sonra, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, işin hansı mərhələdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, lakin Təqsirləndirilən şəxs sonuncu dəfə 10 fevral N3-cü il tarixdə əmisi oğlu M.H.Abizərovla birlikdə ümumilikdə 11000 (on bir min) manat pul verməyinin üstündən xeyli müddət keçsə də, FHN-nin N nömrəli hərbi hissəsinə xidmətə qəbul edilmələri ilə bağlı çağırılmadıqlarını, işə çıxmadıqlarını, Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini görüb aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs əmisi oğlu M.H.Abizərovla birlikdə ona verdiyi ümumilikdə 25000 (iyirmi beş min) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin üstündən xeyli müddət keçsə də onun və əmisi oğlu M.H.Abizərovun birlikdə ona verdikləri pulu geri qaytarmamışdır. Əmisi oğlu M.H.Abizərov ilə birlikdə Təqsirləndirilən şəxs ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində pul vermiş, həmin məbləğin yarısı, yəni 12500 (on iki min beş yüz) manatı ona məxsus olmuşdur. 5850 (beş min səkkiz yüz əlli) manat Təqsirləndirilən şəxs tərəfindən qaytarılsa da, qalan 6650 (altı min altı yüz əlli) manat pul hal-hazıradək ona geri qaytarılmamışdır. Mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 zərərçəkmiş şəxs X20 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X18 göstərdi ki, o, Siyəzən rayon sakini Təqsirləndirilən şəxs əmisi oğlu X12 vasitəsi ilə tanımışdır. Təxminən N2-ci ilin dekabr ayının sonlarında əmisi oğlu X20 ona FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində gizir hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs adlı həmyerlisinin ona zəng edərək N3-cü ilin iyul ayında Xudat rayonu ərazisində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin açılacağını, istədikləri halda, onu və əmisi oğlu X28 Nazirliyində ad, soyadını çəkmədiyi yüksək rütbəli vəzifəli şəxs olan tanışı vasitəsi ilə həmin hərbi hissədə xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində hərəsinin 11000 (on bir min) manat pul verməli olduqlarını bildirmişdir. O, bu barədə əmisi oğlu A.Ə.Abizərliyə razılıq verdikdən sonra yenidən Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncu ona və əmisi oğlu A.Ə.Abizərliyə onların hərbi xidmət müddətində olan ixtisaslarını soruşub həmin ixtisas üzrə işləmələri üçün hər birinin əlavə olaraq 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat da pul verməli olduqlarını bildirmiş, o və əmisi oğlu A.Ə.Abizərli də inanaraq Təqsirləndirilən şəxs ümumilikdə 25000 (iyirmi beş min) manat pulu verməyə razılaşmışlar. Bundan sonra, Təqsirləndirilən şəxslə gəldikləri razılığa əsasən, 29 dekabr N2-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 7 saylı Bakı “Asan Xidmət” mərkəzində əmisi oğlu A.Ə.Abizərli ilə birlikdə əvvəlcə 14000 (on dörd min) manat, 10 fevral N3-cü il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti ərazisində 11000 (on bir min) manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs vermişlər. Bundan sonra, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, işin hansı mərhələdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, lakin Təqsirləndirilən şəxs sonuncu dəfə 10 fevral N3-cü il tarixdə əmisi oğlu A.Ə.Abizərli ilə birlikdə ümumilikdə 11000 (on bir min) manat pul verməyinin üstündən xeyli müddət keçsə də, FHN-nin N nömrəli hərbi hissəsinə xidmətə qəbul edilmələri ilə bağlı çağırılmadıqlarını, işə çıxmadıqlarını, Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini görüb aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs əmisi oğlu A.Ə.Abizərli ilə birlikdə ona verdiyi ümumilikdə 25000 (iyirmi beş min) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin üstündən xeyli müddət keçsə də onun və əmisi oğlu A.Ə.Abizərlinin birlikdə ona verdikləri pulu geri qaytarmamışdır. 5850 (beş min səkkiz yüz əlli) manatının Təqsirləndirilən şəxs tərəfindən qaytarılsa da, qalan 6650 (altı min altı yüz əlli) manat pul hal-hazıradək ona geri qaytarılmamışdır. Mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X14 göstərdi ki, o, Siyəzən rayonu ərazisində həmyerlisi Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu ona FHN-nin N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmət etdiyini bildirərək, FHN-də xidmət etməsi ilə bağlı hərbi geyim formasında fotoşəkillərini göstərmişdir. Təxminən N3-cü ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs Siyəzən rayonu ərazisində yaxınlaşıb onunla danışarkən ondan FHN-də işləmək istəyib istəmədiyini soruşmuş, o da Təqsirləndirilən şəxs işləmək istədiyini, özünün də FHN-də müddətli həqiqi hərbi xidmət keçdiyini bildirdikdə sonuncu ona özünün xidmət etdiyi FHN-nin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində vakant yer olduğunu, istədiyi halda onu FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində ona 9000 (doqquz min) manat pul verməli olduğunu demişdir. O, isə bu barədə atası Şahid2 məlumat verdikdən sonra yenidən Təqsirləndirilən şəxslə əlaqə saxlayıb inanaraq sonuncuya işə düzəlməyi üçün 9000 (doqquz min) manat pulu verməyə razılaşmışdır. Razılığa gəldikdən sonra, 03 may N3-cü il tarixdə Xaçmaz rayonu ərazisində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən çay evində Təqsirləndirilən şəxslə görüşmüş və 9000 (doqquz min) manat pulu nağd şəkildə ona vermişdir. Təqsirləndirilən şəxs həmin 9000 (doqquz min) manat pulu aldıqdan sonra ona 01 oktyabr N3-cü il tarixdən FHN-nin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmətə başlayacağına dair vəd vermişdir. Bundan sonra, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, işin hansı mərhələdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, lakin Təqsirləndirilən şəxs 03 may N3-cü il tarixdə 9000 (doqquz min) manat pul verməyinin üstündən xeyli müddət keçsə də, FHN-nin N nömrəli hərbi hissəsinə xidmətə qəbul edilməsi ilə bağlı çağırılmadığını, işə çıxmadığını, Təqsirləndirilən şəxs verdiyi vəd üzrə heç bir hərəkət etmədiyini görüb aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs ona verdiyi 9000 (doqquz min) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin üstündən xeyli müddət keçsə də onun verdiyi pulu geri qaytarmamışdır. 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılsa da, qalan 8350 (səkkiz min üç yüz əlli) manat pul hal-hazıradək ona geri qaytarılmamışdır. Mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 zərərçəkmiş şəxs X14 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X15 göstərdi ki, o, Təqsirləndirilən şəxs qohumu X3 vasitəsilə tanımışdır. 02 may N3-cü il tarixdə axşam saatlarında qohumu Şahid2 mobil telefon vasitəsilə ona zəng edərək oğlu Fəhmin Zeynalovun işə düzəlməsi üçün pul lazım olduğunu, bunun üçün bankdan 9000 (doqquz min) manat məbləğində pul krediti götürəcəklərini, lakin əvvəlcədən bu barədə maraqlandıqlarını, pulu götürmək üçün zamin lazım olduğunu bildirmiş və ondan bankdan nağd pul krediti götürməyi üçün zamin durmağını xahiş etmişdir. O, qohumunun təklifini qəbul etdikdən sonra, növbəti gün yəni, 03 may N3-cü il tarixdə qohumları Şahid2 və sonuncunun oğlu Fəhmin Zeynalov ilə birlikdə Fəhminin avtomobili ilə Şabran rayonunda yerləşən "xxxx" ASC-nin Şabran filialına getmiş, orada qohumuna bankdan 9000 (doqquz min) manat nağd pul krediti götürməsinə zamin durduqdan sonra onlarla birlikdə həmin pulu vermək üçün Xaçmaz rayonuna getmişlər. Yol boyu o, F.Şahid2 işə düzəlmək üçün pul verəcəyi şəxsin kim olduğunu soruşmuş, sonuncu isə ona həmin şəxsin Siyəzən rayon sakini Təqsirləndirilən şəxs olduğunu, onun Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmət etdiyini, namaz qılan adam olduğunu bildirmişdir. Bundan sonra, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı çay evində Fəhmin Zeynalov Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin vaxt F.Şahid2 onun yanında 9000 (doqquz min) manat pulu işə düzəlməyini təşkil etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Bu zaman, o, Təqsirləndirilən şəxs övladı Şahid3 da FHN-də işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, sonuncu isə kənarda guya mobil telefonla danışdıqdan sonra ona yaxınlaşaraq FHN-nin Xudat rayonu ərazisində N nömrəli hərbi hissəsinin açılacağını, istədiyi halda oğlu Şahid3 FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə gizir hərbi rütbəsində xidmətə qəbul etdirə biləcəyini, bunun müqabilində isə ona 9000 (doqquz min) manat pul verməli olduğunu demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs qiyməti biraz aşağı etməyin mümkün olub-olmamasını soruşmuş, sonuncu isə bu barədə guya rəisi ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs mobil telefonundakı “Whatsapp” mobil tətbiqi vasitəsilə sonuncuya səs ataraq qiyməti aşağı etməyin mümkün olmadığını, qiymətin eyni, yəni 9000 (doqquz min) manat olduğunu bildirmiş, o isə Təqsirləndirilən şəxs inanaraq sonuncuya oğlu Şahid3 işə düzəltməsi üçün 9000 (doqquz min) manat pulu verməyə razılaşmışdır. Razılığa gəldikdən sonra, 04 may N3-cü il tarixdə Xaçmaz rayonu ərazisində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında F.Şahid2 məxsus “Opel” markalı avtomobildə Təqsirləndirilən şəxslə görüşmüş və 9000 (doqquz min) manat pulu nağd şəkildə ona vermişdir. Təqsirləndirilən şəxs həmin 9000 (doqquz min) manat pulu aldıqdan sonra ona övladı Şahid3 01 oktyabr N3-cü il tarixdən FHN-nin Xudat rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində, gizir hərbi rütbəsində xidmətə başlayacağına dair vəd vermişdir. Bundan sonra, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, işin hansı mərhələdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, lakin Təqsirləndirilən şəxs 04 may N3-cü il tarixdə 9000 (doqquz min) manat pul verməyinin üstündən xeyli müddət keçsə də, övladı Şahid3 FHN-nin N nömrəli hərbi hissəsinə xidmətə qəbul edilməsi ilə bağlı çağırılmadığını, işə çıxmadığını, Təqsirləndirilən şəxs verdiyi vəd üzrə heç bir hərəkət etmədiyini görüb aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs ona verdiyi 9000 (doqquz min) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin üstündən xeyli müddət keçsə də onun verdiyi pulu geri qaytarmamışdır. 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılsa da, qalan 8350 (səkkiz min üç yüz əlli) manat pul hal-hazıradək ona geri qaytarılmamışdır. Mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid vətəndaş Şahid3 zərərçəkmiş şəxs X15 oğlu ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, təxminən N3-cü ilin may ayının əvvəllərində Siyəzən Şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkın ərazisində olarkən bir nəfər şəxsin tanımadığı başqa şəxslərlə söhbət edərək, həmin şəxslərə özünün Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsində gizir olduğunu, işləmək istəyən şəxslər olarsa ona müraciət edə biləcəyini, özünün həmin hərbi hissəyə və Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə işə adam düzəldə biləcəyini dediyini eşitmiş və ona yaxınlaşaraq kim olduğunu soruşmuşdur. Həmin vaxt, qeyd etdiyi şəxs ona Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman o, həmin şəxsin, yəni Təqsirləndirilən şəxs sabiq iş yoldaşı Adgözəl Əliyevin oğlu olduğunu başa düşmüş və atasını, ailəsini tanıdığı üçün orada da söhbət etməyə başlamışlar. Söhbət zamanı, o, Təqsirləndirilən şəxs övladı Fəxrəddin Səfərovu FHN-də işə düzəldə bilibbilməyəcəyini soruşmuş, sonuncu isə ona FHN-nin Xaçmaz rayonu ərazisində N nömrəli hərbi hissəsinin açılacağını, istədiyi halda oğlu Fəxrəddin Səfərovu FHN-də işləyən ad, soyad, rütbəsini bildirmədiyi yüksək rütbəli və vəzifəli tanışının vasitəsilə həmin hərbi hissədə mülki işçi kimi işə düzəldə biləcəyini, bunun müqabilində isə ona 14000 (on dörd min) manat pul verməli olduğunu, həmin pulun 7000 (yeddi min) manatını əvvəlcədən, 7000 (yeddi min) manatını isə oğlu işə çıxaraq əmək haqqı aldıqdan sonra verməli olduğunu demiş, o isə Təqsirləndirilən şəxs inanaraq sonuncuya oğlu Zərərçəkmiş şəxs işə düzəltməsi üçün 14000 (on dörd min) manat pulu verməyə razılaşmışdır. Razılığa gəldikdən sonra, 05 may N3-cü il tarixdə Siyəzən rayonu ərazisində Siyəzən Şəhər İcra Hakimiyyətinin yaxınlığındakı parkın içərisində olan kafedə Təqsirləndirilən şəxslə görüşmüş və övladı Zərərçəkmiş şəxs işə düzəltməsi üçün 7000 (yeddi min) manat pulu nağd şəkildə ona vermişdir. Təqsirləndirilən şəxs həmin 7000 (yeddi min) manat pulu aldıqdan sonra ona övladı Zərərçəkmiş şəxs 01 oktyabr N3-cü il tarixdən FHN-nin Xaçmaz rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsində mülki işçi kimi işə başlayacağına dair vəd vermişdir. Daha sonra, o, oğlunun əmək haqqı alaraq işə qəbul olunduğuna inanaraq 12 oktyabr N3-cü il tarixdə "xxxx" ASC-nin Siyəzən rayon filialından Təqsirləndirilən şəxs həmin bankda olan 3388 **** **** **** 4267 nömrəli hesabına qalan 7000 (yeddi min) manat pulu da köçürmüşdür. Bundan sonra, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, işin hansı mərhələdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, lakin Təqsirləndirilən şəxs sonuncu dəfə 12 oktyabr N3-cü il tarixdə 7000 (yeddi min) manat pul verməyinin üstündən xeyli müddət keçsə də, övladı Zərərçəkmiş şəxs FHN-nin N nömrəli hərbi hissəsinə işə qəbul edilməsi ilə bağlı çağırılmadığını, işə çıxmadığını, Təqsirləndirilən şəxs verdiyi vəd üzrə heç bir hərəkət etmədiyini görüb aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs ona verdiyi ümumilikdə 14000 (on dörd min) manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə yenə də müxtəlif bəhanələr gətirərək pulu qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin üstündən xeyli müddət keçsə də verdiyi pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs övladı Fəxrəddin Səfərovun guya 01 oktyabr N3-cü il tarixdə FHN-nin Xaçmaz rayonu ərazisində açılacaq N nömrəli hərbi hissəsinə mülki işçi kimi işə qəbul etdirəcəyini bildirib aldadaraq ümumilikdə 14000 (on dörd min) manat pulunu alıb ona qarşı dələduzluq etmiş, həmin məbləğin 2900 (iki min doqquz yüz) manatı Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılsa da, qalan 11100 (on bir min yüz) manat pulun hal-hazıradək ona geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid vətəndaş Şahid4 Zərərçəkmiş şəxs oğlu ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Şahid5 göstərdi ki, o, N2-ci ilin avqust ayının sonlarından Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 7 ünvanında yerləşən N nömrəli hərbi hissəsinin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün komandiri vəzifəsində xidmət edir. Həmçinin, göstərmişdir ki, xidmət etdiyi hərbi hissənin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün paraşüt-desant tağımının mütəxəssis-desantçısı vəzifəsində xidmət edən, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli müvafiq əmri ilə N mart N4-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin ünvan 3 ünvanında yerləşən X17 Görülməsi və X34 Agentliyi üzrə İV növbətçi köməkçisi xidmətinə təyin olunmuş, N mart N4-cü il tarixdə saat 09:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, xidmət yerinə yalnız 13 mart N4-cü il tarixdə saat 10:30-da geriyə qayıtmışdır. Bundan başqa, bildirmişdir ki, gizir Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olduğu vaxt, N aprel N4-cü il tarixdə saat 09:00-da xidmət etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən N nömrəli hərbi hissəyə xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və 22 may N4-cü il tarixədək xidmət müqaviləsinin müddəti bitdiyi halda xidmət yerinə qayıtmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş X12 Bakı Hərbi Prokurorluğuna ünvanladığı 29 mart N4-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinə işə düzəlməsini təşkil etmək adı ilə aldadaraq ondan 29 dekabr N2-ci il tarixdə 7000 (yeddi min) manat, 10 fevral N3-cü il tarixdə isə 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində pul almışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş X6 Bakı Hərbi Prokurorluğuna ünvanladığı 30 mart N4-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinə işə düzəlməsini təşkil etmək adı ilə aldadaraq ondan 29 dekabr N2-ci il tarixdə 7000 (yeddi min) manat, 10 fevral N3-cü il tarixdə isə 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində pul almışdır. İş materiallarına əlavə edilmiş X2 Bakı Hərbi Prokurorluğuna ünvanladığı 05 aprel N4-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun övladı Şahid3 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinə işə düzəlməsini təşkil etmək adı ilə aldadaraq ondan 04 may N3-cü il tarixdə 9000 (doqquz min) manat məbləğində pul almışdır. İş materiallarına əlavə edilmiş X3 Bakı Hərbi Prokurorluğuna ünvanladığı 08 aprel N4-cü il tarixli ərizədən müəyyən olunur ki, Əliyev X9 Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinə işə düzəlməsini təşkil etmək adı ilə aldadaraq ondan 03 may N3-cü il tarixdə 9000 (doqquz min) manat məbləğində pul almışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bakı Hərbi Prokurorluğuna ünvanladığı 08 iyun N4-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onun övladı X10 Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinə işə düzəlməsini təşkil etmək adı ilə aldadaraq ondan 05 may N3-cü il tarixdə 7000 (yeddi min) manat, 12 oktyabr N3-cü il tarixdə 7000 (yeddi min) manat olmaqla ümumilikdə 14000 (on dörd min) manat məbləğində pul almışdır. Baxış keçirilməsi haqqında 06 aprel N4-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X15 arasında “Whatsapp” səs yazıları qeydə alınmış, həmin səs yazılarında ümumilikdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X15 ilə sonuncunun övladı Şahid3 guya Fövqəladə Hallar Nazirliyinin Xudat rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində ondan aldığı N manat pulun müqabilində artıq xidmətə qəbul etdirməsi, lakin həmin hərbi hissənin hələ rəsmi olaraq açılmamasına görə oğlunun aylıq məvacib almasının məhz həmin səbəbdən gecikməsini bildirməsi, habelə Təqsirləndirilən şəxs G.Ə.Dadaşovun ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya guya onun oğlunun N3-cü ilin oktyabr ayında aylıq məvacib alacağını deyib çoxsaylı yalan vədlər verməsi, zərərçəkmiş şəxs G.Ə.Dadaşovun isə Təqsirləndirilən şəxs verdiyi yalan vədlərə inanıb onu gözləməsi mövzularında danışıqlar aparmaları müəyyən olunmuşdur. Baxış keçirilməsi haqqında 06 iyun N4-cü il tarixli protokoldan görünür ki, 29 dekabr N2-ci il tarixdə X20 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Təqsirləndirilən şəxs 14000 (on dörd min) manat məbləğində pul vermiş və həmin 14000 (on dörd min) manat məbləğində pulu borc adı altında rəsmiləşdirmişdir. Bundan başqa, X12 adına rəsmiləşdirilmiş "xxxx" ASC-nin 5167 5133 4150 2037 nömrəli plastik bank kartının hesabına 28 fevral N3-cü il tarixdə, 03 aprel N3-cü il tarixdə, 04 may N3-cü il tarixdə, 01 iyun N3-cü il tarixdə, 12 iyul N3-cü il tarixdə, 31 iyul N3-cü il tarixdə, 12 sentyabr N3-cü il tarixdə, 10 oktyabr N3-cü il tarixdə və 06 dekabr N3-cü il tarixdə 650 (altı yüz əlli) manat məbləğində pul köçürülmələrinin edildiyi və həmin məbləğlərin qeyd olunan plastik bank kartının hesabına Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş 5167 5133 4762 3589 nömrəli plastik bank kartının hesabından "xxxx" ASC-ə aid “ABB MOBİLE” mobil bank tətbiqi vasitəsi ilə köçürüldüyü müşahidə edilmişdir. Bundan əlavə, X6 adına rəsmiləşdirilmiş "xxxx" ASC-nin 5167 5133 4168 8679 nömrəli plastik bank kartının hesabına 28 fevral N3-cü il tarixdə, 03 aprel N3-cü il tarixdə, 04 may N3-cü il tarixdə, 01 iyun N3-cü il tarixdə, 12 iyul N3-cü il tarixdə, 31 iyul N3-cü il tarixdə, 12 sentyabr N3-cü il tarixdə, 10 oktyabr N3-cü il tarixdə və 27 noyabr N3-cü il tarixdə 650 (altı yüz əlli) manat məbləğində pul köçürülmələrinin edildiyi və həmin məbləğlərin qeyd olunan plastik bank kartının hesabına Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş 5167 5133 4762 3589 nömrəli plastik bank kartının hesabından "xxxx" ASC-ə aid “ABB MOBİLE” mobil bank tətbiqi vasitəsi ilə köçürüldüyü müşahidə edilmişdir. Bununla yanaşı, Şahid3 adına rəsmiləşdirilmiş "xxxx" ASC-nin 4127 2081 0130 7469 nömrəli plastik bank kartının hesabına 14 noyabr N3-cü il tarixdə 650 (altı yüz əlli) manat, X3 adına rəsmiləşdirilmiş "xxxx" ASC-nin 4127 2081 0700 6982 nömrəli plastik bank kartının hesabına isə 14 noyabr N3-cü il tarixdə 650 (altı yüz əlli) manat məbləğində pul köçürülmələrinin edildiyi müşahidə edilmişdir. Bunlardan başqa, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından zərərçəkmiş şəxs X12 mobil telefonunun yaddaşında Təqsirləndirilən şəxs adının “Parvin FHN” kimi qeyd edildiyi, 03 oktyabr N3-cü il tarixdən 17 noyabr N3-cü il tarixədək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs A.Ə.Abizərli ilə sonuncunu guya FHN-nin Xudat rayonu ərazisində yerləşən N nömrəli hərbi hərbi hissəsində ondan aldığı ümumilikdə 12500 (on iki min beş yüz) manat pulun müqabilində artıq xidmətə qəbul etdirməsi, lakin həmin hərbi hissənin hələ rəsmi olaraq açılmamasına görə sonuncunun aylıq məvacib almasının məhz həmin səbəbdən gecikməsini bildirməsi, habelə Təqsirləndirilən şəxs A.Ə.Abizərlinin ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya guya aylıq məvacibinin nazirlik tərəfindən gecikdirildiyini deyib çoxsaylı yalan vədlər verməsi, zərərçəkmiş şəxs A.Ə.Abizərlinin isə onun verdiyi yalan vədlərə inanıb onu gözləməsi, 21 noyabr N3-cü il tarixdən 13 fevral N4-cü il tarixədək isə zərərçəkmiş şəxs A.Ə.Abizərlinin Təqsirləndirilən şəxs ona yalan vədlər verdiyini və aylıq məvacib almadığını görüb əmisi oğlu M.H.Abizərov ilə birlikdə Təqsirləndirilən şəxs verdiyi pulları sonuncudan geri istəməsi, Təqsirləndirilən şəxs isə yenə də pulu qısa müddətdə qaytaracağını bildirib çoxsaylı yalan vədlər verməsi və zərərçəkmiş A.Ə.Abizərlinin Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğuna şikayət etməsi ilə bağlı mövzularda danışıqlar aparmaları müəyyən olunmuşdur. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından zərərçəkmiş şəxs X6 mobil telefonunun yaddaşında Təqsirləndirilən şəxs adının “Pərvin İş” kimi qeyd edildiyi, 27 fevral N3-cü il tarixdən 21 yanvar N4-cü il tarixədək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs M.H.Abizərov ilə sonuncunu guya FHN-nin Xudat rayonu ərazisində yerləşən N nömrəli hərbi hərbi hissəsində ondan aldığı ümumilikdə 12500 (on iki min beş yüz) manat pulun müqabilində artıq xidmətə qəbul etdirməsi, lakin həmin hərbi hissənin hələ rəsmi olaraq açılmamasına görə sonuncunun aylıq məvacib almasının məhz həmin səbəbdən gecikməsini bildirməsi, habelə Təqsirləndirilən şəxs M.H.Abizərovun ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya guya aylıq məvacibinin nazirlik tərəfindən gecikdirildiyini deyib çoxsaylı yalan vədlər verməsi, zərərçəkmiş şəxs M.H.Abizərovun isə onun verdiyi yalan vədlərə inanıb onu gözləməsi, zərərçəkmiş şəxs M.H.Abizərovun Təqsirləndirilən şəxs ona yalan vədlər verdiyini və aylıq məvacib almadığını görüb əmisi oğlu A.Ə.Abizərli ilə birlikdə Təqsirləndirilən şəxs verdiyi pulları sonuncudan geri istəməsi, Təqsirləndirilən şəxs isə yenə də pulu qısa müddətdə qaytaracağını bildirib çoxsaylı yalan vədlər verməsi ilə bağlı mövzularında danışıqlar aparmaları müəyyən olunmuşdur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından zərərçəkmiş şəxs X2 mobil telefonunun yaddaşında Təqsirləndirilən şəxs adının “Pərvin iş” kimi qeyd edildiyi, 03 may N3-cü il tarixdən 11 yanvar N4-cü il tarixədək ümumilikdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X15 ilə sonuncunun övladı Şahid3 guya Fövqəladə Hallar Nazirliyinin Xudat rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində ondan aldığı N manat pulun müqabilində artıq xidmətə qəbul etdirməsi, lakin həmin hərbi hissənin hələ rəsmi olaraq açılmamasına görə oğlunun aylıq məvacib almasının məhz həmin səbəbdən gecikməsini bildirməsi, habelə Təqsirləndirilən şəxs G.Ə.Dadaşovun ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya guya onun oğlunun N3-cü ilin oktyabr ayında aylıq məvacib alacağını deyib çoxsaylı yalan vədlər verməsi, zərərçəkmiş şəxs G.Ə.Dadaşovun isə onun verdiyi yalan vədlərə inanıb onu gözləməsi mövzularında danışıqlar aparmaları müəyyən olunmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmalarından zərərçəkmiş şəxs X3 mobil telefonunun yaddaşında Təqsirləndirilən şəxs adının “Pervin FHN” kimi qeyd edildiyi, 08 dekabr N3-cü il tarixdən 27 yanvar N4-cü il tarixədək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs F.Şahid2 ilə sonuncunu guya FHN-nin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hərbi hissəsində ondan aldığı ümumilikdə 9000 (doqquz min) manat pulun müqabilində artıq xidmətə qəbul etdirməsi, sonuncunun aylıq məvacib alacağını bildirməsi, habelə Təqsirləndirilən şəxs F.Şahid2 ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya guya aylıq məvacibinin nazirlik tərəfindən gecikdirildiyini deyib çoxsaylı yalan vədlər verməsi, zərərçəkmiş şəxs F.Şahid2 isə onun verdiyi yalan vədlərə inanıb onu gözləməsi, zərərçəkmiş şəxs F.Şahid2 Təqsirləndirilən şəxs ona yalan vədlər verdiyini və aylıq məvacib almadığını görüb sonuncuya verdiyi pulu ondan geri istəməsi, Təqsirləndirilən şəxs isə yenə də pulu qısa müddətdə qaytaracağını bildirib çoxsaylı yalan vədlər verməsi ilə bağlı mövzularında danışıqlar aparmaları müəyyən olunmuşdur. Baxış keçirilməsi haqqında 08 iyun N4-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında telefon danışığı qeydə alınmış, həmin danışıqlarda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ümumilikdə Zərərçəkmiş şəxs övladını işə düzəltməsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 14000 (on dörd min) manat pul verməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi vədlərə əməl etməməsi, sonuncunun övladını işə düzəltməsini təşkil etməsi üçün Təqsirləndirilən şəxs verdiyi 14000 (on dörd min) manat pulu ondan geri tələb etməsi, Təqsirləndirilən şəxs isə Siyəzən rayonunda yaşadığı evi satışa qoyması, həmin evi sataraq Zərərçəkmiş şəxs pulunu verəcəyi, mart ayının 1-dək ev satılmadığı təqdirdə isə Zərərçəkmiş şəxs 1600 (min altı yüz) manat pul verəcəyi və qısa müddətdə Zərərçəkmiş şəxs aldığı pulu geri qaytaracağını bildirməsi mövzularında danışıqlar aparmaları müəyyən olunmuşdur. Baxış keçirilməsi haqqında 19 iyun N4-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş 3388 1029 4463 1271 4267 nömrəli "xxxx" ASC-ə məxsus hesaba Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Siyəzən filialından 12 oktyabr N3-cü il tarixdə 7000 (yeddi min) manat məbləğində pul köçürülməsinin edildiyi müəyyən edilmişdir. Həmçinin, X4 adına rəsmiləşdirilmiş "xxxx" ASC-nin 4127 2081 0739 8769 nömrəli plastik bank kartının hesabına 04 oktyabr N3-cü il tarixdə və 08 dekabr N3-cü il tarixdə 650 (altı yüz əlli) manat, 09 fevral N4-cü il tarixdə isə 1600 (min altı yüz) manat məbləğində pul köçürülmələrinin edildiyi müəyyən edilmişdir. Telefon danışıqlarına və məlumatlarına keçirilmiş 02 may N4-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər X20, X18 və X2 arasında 01 yanvar N2-ci il tarixdən 01 dekabr N3-cü il tarixədək müxtəlif vaxtlarda telefon danışıqlarının aparıldığı müəyyən olunmuşdur. Telefon danışıqlarına və məlumatlarına keçirilmiş 09 iyun N4-cü il tarixli əlavə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 03 may N3cü il tarixdən 01 dekabr N3-cü il tarixədək müxtəlif vaxtlarda telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin 22 may 2019cu il tarixli 0740/ş №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2019cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissənin rabitə manqasının texniki vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin 14 aprel N2-ci il tarixli 0136/ş №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel N2-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün paraşütdesant tağımının mütəxəssis-desantçısı vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N4-cü il tarixli 083 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N mart N4-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin X17 Görülməsi və X32 üzrə İV növbətçi köməkçisi xidmətinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N4-cü il tarixli 087 nömrəli və 15 mart N4-cü il tarixli 040 nömrəli əmrlərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N mart N4-cü il tarixdə saat 09:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, xidmət yerinə yalnız 13 mart N4-cü il tarixdə saat 10:30-da qayıtmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N4-cü il tarixli 064 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N aprel N4-cü il tarixdə saat 09:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. İş materiallarına əlavə edilmiş, gizir Təqsirləndirilən şəxs bağlaşma müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 22 may 2019-cu il tarixdə 5 (beş) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə qəbul olunmuş və onun bağlaşma müqaviləsinin müddəti 22 may N4-cü il tarixdə bitmişdir. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən verilmiş 28 mart N4-cü il tarixli 0236 №-li tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs sıradankənar hərbi xidmətə yararlıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10 aprel N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış xx.xx.N4-cü il tarixli Ərizəsində, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona dəymiş maddi ziyanın tam ödənilməsini, əks təqdirdə təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il və xx.xx.N4-cü il təvəllüdlü iki uşağı vardır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 333.3 və 333.4-cü maddələri ilə tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını və cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 iyun N4-cü il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış (mülki iddiaçılar) X20 tərəfindən maddi ziyana görə 6650 manat, X13 tərəfindən maddi ziyana görə 6650 manat, X15 tərəfindən maddi ziyana görə 8350 manat və X14 tərəfindən maddi ziyana görə 8350 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq onlara qaytarılmasına dair mülki iddialar qaldırmışlar. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar təmin olunmalı və zərərçəkmiş şəxslərə dəymiş ziyanın həcmində maddi ziyan ödənilməlidir. Zərər çəkmiş şəxs X20 tərəfindən Təqsirləndirilən şəxs qarşı maddi ziyan təşkil edən 6650 (altı min altı yüz əlli) manat məbləğində vəsaitin qaytarılması barədə mülki iddiası təmin edilməli, 6650 (altı min altı yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X16 qaytarılmalıdır. Zərər çəkmiş şəxs X13 tərəfindən Təqsirləndirilən şəxs qarşı maddi ziyan təşkil edən 6650 (altı min altı yüz əlli) manat məbləğində vəsaitin qaytarılması barədə mülki iddiası təmin edilməli, 6650 (altı min altı yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 qaytarılmalıdır. Zərər çəkmiş şəxs X15 tərəfindən Təqsirləndirilən şəxs qarşı maddi ziyan təşkil edən 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində vəsaitin qaytarılması barədə mülki iddiası təmin edilməli, 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 qaytarılmalıdır. Zərər çəkmiş şəxs X14 tərəfindən Təqsirləndirilən şəxs qarşı maddi ziyan təşkil edən 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində vəsaitin qaytarılması barədə mülki iddiası təmin edilməli, 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X8 qaytarılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 27 saylı vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3. 178.2.4, 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3. 178.2.4-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 333.3-cü maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 333.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı X12 mülki iddiası təmin edilsin. Cavabdeh- Təqsirləndirilən şəxs maddi ziyana görə 6650 (altı min altı yüz əlli) manat pul tutularaq X16 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı X6 mülki iddiası təmin edilsin. Cavabdeh- Təqsirləndirilən şəxs maddi ziyana görə 6650 (altı min altı yüz əlli) manat pul tutularaq X11 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı X3 mülki iddiası təmin edilsin. Cavabdeh- Təqsirləndirilən şəxs maddi ziyana görə 8350 (səkkiz min üç yüz əlli) manat pul tutularaq X8 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı X2 mülki iddiası təmin edilsin. Cavabdeh- Təqsirləndirilən şəxs maddi ziyana görə 8350 (səkkiz min üç yüz əlli) manat pul tutularaq X7 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 27 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-159/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-159/2024
29.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver