Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-160/2023 20.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri Sübhan Məmmədov və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və məhkumluğu ödənilməmiş, Xüsusi Dövlət Mühafizə Xidmətinin Kadrlar idarəsinin Komplektləşdirmə şöbəsinin kargüzar-operatoru vəzifəsində, kiçik-gizir hərbi rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələridə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin Kadrlar idarəsinin Komplektləşdirmə şöbəsinin kargüzar-operatoru vəzifəsində, kiçik-gizir hərbi rütbəsində xidmətdə olarkən, 2018-ci ilin sentyabr ayının əvvəllərində XDMX-nin Obyektlərin Mühafizə İdarəsinin əməkdaşı, baş çavuş Şahid1 sinif yoldaşı Zərərçəkmiş şəxs1 XDMX-də işə qəbul etdirmək arzusunda olduğunu bilib, sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin işin həllinə kömək etməyə real imkan və səlahiyyətə malik olmadığı halda, öz qulluq mövqeyindən istifadə etməklə XDMX-də yüksək vəzifədə işləyən tanışının vasitəsilə Zərərçəkmiş şəxs1 həmin Xidmətdə işə qəbul olunmasını təmin edəcəyinə dair yalan vəd verərək, bunun müqabilində həmin vəzifəli şəxsə 5000 (beş min) manatı əvvəlcədən, 5000 (beş min) manat isə Zərərçəkmiş şəxs1 hərbi-həkim komissiyası tərəfindən müayinədən keçirilən zaman olmaqla, ümumilikdə 10000 (on min) manat pul verilməli olduğunu, həmçinin daha asanlıqla inanmaları üçün Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi, hərbi biletinin surətlərini və məhkumluq barədə arayışını da ona vermələrini bildirmişdir. Şahid1 bu barədə Zərərçəkmiş şəxs1 danışıb onun razılığını aldıqdan sonra, Təqsirləndirilən şəxslə “Whatsapp” proqramı vasitəsilə telefon əlaqəsi yaradıb pulun hazır olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən X2rşısında Şahid1 5000 (beş min) manat pulu alıb, Zərərçəkmiş şəxs1 3-4 ay ərzində işə qəbul olunacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2018-ci ilin sentyabr ayının ortalarında baş çavuş Şahid1 ona XDMX-nin Obyektlərin Mühafizə İdarəsinin əməkdaşı, gizir Zərərçəkmiş şəxs2 xidmət yerini həmin Xidmətin Xüsusi Təyinatlı Qüvvələrinə dəyişdirilməsi arzusunda olduğunu bildirdikdən sonra, sonuncunun xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə həmin işin həllinə kömək etməyə real imkan və səlahiyyətə malik olmadığı halda, öz qulluq mövqeyindən istifadə etməklə XDMX-də yüksək vəzifədə işləyən tanışının vasitəsilə Zərərçəkmiş şəxs2 həmin xidmət yerininin Xüsusi Təyinatlı Qüvvələrə dəyişdirilməsini təmin edəcəyinə dair yalan vəd verərək, bunun müqabilində həmin vəzifəli şəxsə 5000 (beş min) manat pul verilməli olduğunu bildirmişdir. Şahid1 bu barədə Zərərçəkmiş şəxs2 danışıb onun razılığını aldıqdan sonra, Təqsirləndirilən şəxslə “Whatsapp” proqramı vasitəsilə telefon əlaqəsi yaradıb pulun hazır olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 30 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında Şahid1 5000 (beş min) manat pulu alıb, Zərərçəkmiş şəxs2 xidmət yerinin tezliklə dəyişdiriləcəyinə dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Xüsusi Dövlət Mühafizə Xidmətinin Obyektlərin Mühafizə İdarəsinin əməkdaşı vəzifəsində xidmət etmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək XDMX-in Kadrlar idarəsinin Komplektləşdirmə şöbəsinin operator-kargüzarı vəzifəsində, kiçik-gizir rütbəsində xidmət etmiş, Şahid1 2018-ci ilin sentyabr ayında tanımış, Obyektlərin Mühafizə İdarəsində xidmət edərkən tanıdığı gizir Rüstəm İmrəliyev 2018-ci ilin sentyabr ayının əvvəllərində ona iş yoldaşı Şahid1 tanışının XDMX-də işə qəbul olmaq istədiyini, həmin şəxsə sənədlərin toplanmasında köməklik etməsini xahiş etmiş, o da razılaşıb nömrəsini Şahid1 verməsini bildirmişdir. Bundan sonra, Şahid1 telefonuna zəng vurub Zərərçəkmiş şəxs1 adlı sinif yoldaşının XDMX-də işə qəbul olmaq istədiyini, bu işdə ona köməklik etməsini xahiş etmiş, o da maraqlanıb məlumat verəcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək həmin işin həllinə kömək etməyə real imkan və səlahiyyətə malik olmadığı halda, Şahid1 telefon nömrəsinə “whatsapp” proqramı vasitəsilə zəng vurub 10000 manat pul müqabilində Zərərçəkmiş şəxs1 XDMX-də yüksək vəzifədə işləyən tanışının vasitəsilə işə düzəldə biləcəyini, bu məqsədlə 5000 manat pulu ilkin olaraq, 5000 manat pulu isə Zərərçəkmiş şəxs1 hərbi-həkim komissiyası tərəfindən müayinədən keçirilən zaman verməsini, həmçinin daha asan inanmaları üçün şəxsiyyət vəsiqəsi, hərbi bileti və məhkumluq barədə arayışı da verməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 işə qəbul olunması üçün real hər hansı hərəkət etmək niyyəti olmamışdır. Şahid1 da Zərərçəkmiş şəxs1lə danışıb bu barədə xəbər edəcəyini bildirmiş. bir neçə gün sonra, Şahid1 onun telefonuna zəng vurub pulun hazır olduğunu demiş, o da T.X1rşısına gəlməsini bildirmiş, növbəti gün Şahid1la H.Əliyev Mərkəzinin qarşısında görüşmüş, mərkəzdə bölmə rəisi işləyən gizir R.İmrəliyevin telefoununa zəng vurub Şahid1la Mərkəzin qarşısında olduğunu bildirmiş, mərkəzin qarşısında Şahid1 və R.İmrəliyevlə işlə bağlı ümumi söhbətlər etdikdən sonra, R.İmrəliyevin telefonuna zəng gəlmiş və o sağollaşaraq uzaqlaşmışdır. Bundan sonra, Şahid1 təklikdə 5000 manat pulu, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi, hərbi biletinin surətlərini və məhkumluq barədə arayışını ona verməklə, işin nəvaxt düzələcəyini soruşmuş, o da cavabında 3-4 ay müddətində Zərərçəkmiş şəxs1 işə qəbul olunacağını demiş, lakin, o, Zərərçəkmiş şəxs1 işə qəbul olunması üçün real hərəkət etməmiş və bununla bağlı hər hansı şəxsə müraciət etməmişdir. 2018-ci ilin sentyabr ayının axırlarında Şahid1la söhbət edən zaman ona Obyektlərin Mühafizə İdarəsində xidmət edən, gizir Zərərçəkmiş şəxs2 iş yerinin XDMX-nin Xüsusi Təyinatlı Qüvvələrinə dəyişdirilməsi arzusunda olduğunu, Zərərçəkmiş şəxs2 köməklik etməsini xahiş etmiş, o da bu barədə danışıb xəbər edəcəyini bildirmiş, o da, Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək, həmin işin həllinə kömək etməyə real imkan və səlahiyyəti olmadığı halda, Şahid1 telefon nömrəsinə “whatsapp” proqramı vasitəsilə zəng vurub 5000 manat pul müqabilində XDMX-də işləyən yüksək vəzifəli tanışının vasitəsilə Zərərçəkmiş şəxs2 xidmət yerini dəyişdirə biləcəyini bildirmiş, Şahid1 da Zərərçəkmiş şəxs2 bu barədə danışıb ona məlumat verəcəyini demişdir. Lakin, onun Zərərçəkmiş şəxs2 XDMX-də xidmət yerinin dəyişdirilməsi üçün real hər hansı hərəkət etmək niyyəti olmamış, bir gün sonra, Şahid1 onunla “whatsapp” proqramı vasitəsilə telefon əlaqəsi yaradıb ona 5000 manat pulun hazır olduğunu demiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında Şahid1la təklikdə görüşüb ondan 5000 manat pulu almış və Zərərçəkmiş şəxs2 xidmət yerinin yaxın müddət ərzində dəyişdiriləcəyini bildirmişdir. Şahid1 aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, Şahid1 dəfələrlə əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işlərinin nə yerdə olduğunu soruşsa da, o müxtəlif bəhanələr edərək, həmin şəxslərin işlərinin gecikməsini bildirmişdir. Həmçinin, xatırlamadığı tarixdə Şahid1 ona zəng vurub Zərərçəkmiş şəxs1 atasının şikayət edəcəyini deyib sonuncu ilə görüşmələrini bildirmiş, Sabunçu rayon Mərkəzi xəstəxanasının qarşısında Şahid1 və Zərərçəkmiş şəxs1 atası Şahid2lə görüşmüş, Şahid2 oğlunun işə qəbul olunmasının hansı səbəbdən gecikdiyini soruşmuş, o da narahat olmamasını, oğlunun tezliklə işə qəbul olunacağını bildirmişdir. Daha sonra, Şahid1 ondan pulları qaytarmasını bildirsə də, o işləri düzəldəcəyini pulu qaytarmaqdan imtina etmiş, Zərərçəkmiş şəxs1 işə qəbul olunması və Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsi ilə bağlı Şahid1 pul alması barədə kiməsə hər hansı formada müraciət etməmiş, pul və ya digər maddi nemət verməmiş, təklif etməmiş, həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. O, 2020-ci ilin sonlarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi üçün 10000 manat pulu Şahid1 qaytarmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolu, sənədlər, eləcə də, digər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Şahid1 sinif yoldaşı olmaqla, məktəbi bitirəndən sonra da münasibətləri yaxın olmuş, 2018-ci ilin sentyabr ayında Şahid1 atasının marketində onunla söhbət edərkən ona dövlət işində işləmək arzusunda olduğunu demiş, Şahid1 da 10000 manat pul müqabilində XDMX-nin kadrlar idarəsində işləyən tanışı vasitəsilə onu Dövlət Mühafizə Xidmətində işə qəbul etdirə biləcəyini bildirmiş, Şahid1 ona razılaşdığı halda 5000 manatı əvvəlcədən, 5000 manatı isə işə qəbul olandan sonra verməli olduğunu bildirmişdir. O da Şahid1 atası ilə danışıb məlumat verəcəyini demiş, sonra, atası Qəzənfər ilə danışıb Şahid1 10000 manat pul müqabilində onu XDMX-də işə qəbul etdirə biləcəyini bildirmiş, bu məqsədlə Şahid1 əvvəlcədən 5000 manat, iş həll olduqdan sonra isə 5000 manat pul verməli olduğunu demişdir. Atası da razılaşıb pensiyasından yığdığı 5000 manat pulu Şahid1 verə biləcəyini bildirmiş, bundan sonra, 2018-ci ilin sentyabr ayının sonlarında Şahid1 ona zəng vurub 5000 manat pulu gətirib X5 gəlməsini demiş, o da atası ilə birlikdə H.Əliyev Mərkəzinə gedib Mərkəzin qarşısında Şahid1 məhkumluq haqqında arayışı, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini vermişdir. Şahid1 ondan təxminən 300-400 metr məsafədə dayanan mülki geyimdə olan şəxsin Xidmətin kadrlar idarəsində işləyən Təqsirləndirilən şəxs olduğunu, işini Təqsirləndirilən şəxs vasitəsilə gördüyünü bildirmiş, o 5000 manat pulu atasının yanında Şahid1 vermişdir. Şahid1 da pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Bundan sonra, T.Şahid1Babayevlə birlikdə Mərkəzin arxa tərəfinə getmişlər. Biraz sonra Şahid1 yanlarına qayıdıb 5000 manat pulu Təqsirləndirilən şəxs verdiyini, bir neçə ay ərzində XDMX-də işə qəbul olunacağını bildirmişdir. Bundan sonra, onlar birlikdə yaşadıqları Sabunçu rayonu Zabrat qəsəbəsinə qayıtmışlar. Bir neçə ay sonra, Şahid1 işinin nə yerdə olduğunu soruşmuş, o da cavabında 1-2 ay ərzində işə qəbul olunacağını bildirmişdir. Təxminən 2-3 ay sonra Şahid1 istifadəsində olan telefon nömrəsinə zəng vurub işə qəbul olunmamasının səbəbini soruşduqda, Şahid1 ona səbrli olmasını, tezliklə işə qəbul olunacağını bildirmişdir. Bundan sonra, xatırlamadığı tarixdə Şahid1 atasına zəng vurub Sabunçu rayon xəstəxanasının qarşısına gəlməsini bildirmişdir. Xəstəxananın qarşısında atası Şahid1 və Təqsirləndirilən şəxslə görüşmüşdür. Şahid1 onun atasına işi Təqsirləndirilən şəxs vasitəsilə gördüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona narahat olmamasını, onun tezliklə işə qəbul olunacağını bildirmişdir. Lakin, bir neçə ay keçməsinə baxmayaraq, işə qəbul olunmadığına görə artıq aldadıldığını başa düşüb Şahid1 ona verdiyi 5000 manat pulu geri qaytarmasını bildirmişdir. Şahid1 da hissə-hissə olmaqla, 2019-cu ilin noyabr ayına kimi 5000 manat pulu ona tam şəkildə qaytarmışdır. Ona dəymiş ziyan Şahid1 tərəfindən tam şəkildə ödənilsə də, təqsirli şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Şahid2 övladı Zərərçəkmiş şəxs1 qeyd etdiyi xüsusatları mahiyyəti üzrə təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş XDMX-in Obyektlərin Mühafizə İdarəsinin əməkdaşı, gizir Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2011-ci ildən XDMX-in Obyektlərin mühafizə idarəsinin əməkdaşı vəzifəsində, gizir rütbəsində xidmət edir. Şahid1 2016-cı ildən tanımış, Şahid1 iş yoldaşı olmaqla, onunla eyni idarədə xidmət etmiş, 2018-ci ilin avqust ayında Şahid1la danışan zaman ona ticarətlə məşğul olduğunu deyib, 5000 manat pula ehtiyacının olduğunu bildirmiş, o da razılıq verərək 5000 manat pulu ona borc olaraq vermiş, Şahid1 1-2 ay müddətində pulu ona qaytaracağını bildirmişdir. Şahid1la söhbət edərkən ona XDMX-in Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmək arzusunda olduğunu demiş, lakin xidmət yerinin dəyişdirilməsinə köməklik etməsini xahiş etməmişdir. Təxminən 1 ay sonra, 2018-ci ilin sentyabr ayında Şahid1 ona XDMX-in kadrlar idarəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxslə dost olduğunu, onun xidmət yerini XDMX-in Xüsusi Təyinatlı Qüvvələrinə dəyişdirilməsinə köməklik edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs hansı formada köməklik edə biləcəyini ona deməsini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs danışdıqdan sonra, 5000 manat pul müqabilində onun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini bildirmişdir. O da razılaşaraq ona borclu olduğu 5000 manat pulu Təqsirləndirilən şəxs verməsini bildirmişdir. 2018-ci ilin sentyabr ayının sonlarında Şahid1 5000 manat pulu Təqsirləndirilən şəxs verdiyini, xidmət yerinin 1-2 ay müddətində dəyişdiriləcəyini bildirmişdir. Təxminən 2 ay sonra, Şahid1 xidmət yerinin hansı səbəbdən dəyişdirilmədiyini soruşmuş, Şahid1 da ona səbrli olmasını, xidmət yerinin tezliklə dəyişdiriləcəyini bildirmişdir. Bundan sonra, hər dəfə Şahid1 xidmət yerinin hansı səbəbdən dəyişdirilmədiyini soruşsa da, sonuncu müxtəlif bəhanələr edərək tezliklə işinin həll olunacağını bildirmişdir. Lakin, bir neçə ay keçməsinə baxmayaraq, xidmət yeri dəyişdirilmədiyinə görə artıq aldadıldığını başa düşüb Şahid1 ona verdiyi 5000 manat pulu qaytarmasını bildirmişdir. Şahid1 da 2019-cu ilin yanvar ayından 2020-ci ilin fevral ayınadək 5000 manat pulu ona hissə-hissə qaytarmışdır. Ona dəymiş ziyan Şahid1 tərəfindən tam şəkildə ödənilsə də, təqsirli şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Şahid1 göstərmişdir ki, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Xüsusi Dövlət Mühafizə Xidmətinin Obyektlərin Mühafizə İdarəsinin əməkdaşı vəzifəsində, baş çavuş rütbəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs XDMX-in kadrlar şöbəsində operator-kargüzar vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs iş yoldaşı Rüstəm İmrəliyevin vasitəsilə tanımışdır. Belə ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində sinif yoldaşı Zərərçəkmiş şəxs1lə söhbət zamanı ona XDMX-də işə qəbul olmaq arzusunda olduğunu bildirmiş, o da bu barədə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan 1-2 gün sonra, R.İmrəliyevlə söhbət zamanı ona sinif yoldaşının XDMX-də işə qəbul olunmaq arzusunda olduğunu, onun işə qəbul edilməsinə köməklik edə biləcəyini soruşmuş, o da cavabında XDMX-nin kadrlar idarəsində işləyən Təqsirləndirilən şəxs sinif yoldaşının işə qəbul olunmasına köməklik edə biləcəyini demiş, o da R.İmrəliyevə Təqsirləndirilən şəxslə danışmasını xahiş etmişdir. Bir neçə gün sonra, R.İmrəliyev «whatshapp” proqramı vasitəsilə telefonuna zəng vurub ona Təqsirləndirilən şəxs 10000 manat pul müqabilində sinif yoldaşı işə qəbul etdirə biləcəyini, ilkin olaraq 5000 manat pul verməli olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs1lə danışıb ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 bu barədə danışıb onu 10000 manat pul müqabilində işə qəbul etdirə biləcəyini, ilkin olaraq 5000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 bu barədə atasından danışdıqdan sonra, ona razılaşdığını bildirmişdir. Bundan sonra, R.İmrəliyevlə «whatshapp” proqramı vasitəsilə danışıb 5000 pulun hazır olduğunu bildirmişdir. R.İmrəliyev də X2rşısına bildirmişdir. 2018-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 zəng vurub 5000 manat pulu, habelə dediyi sənədləri H.Əliyev Mərkəzinin qarşısına gətirməsini bildirmişdir. Həmin gün Mərkəzin qarşısında R.İmrəliyev və Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs kadrlar idarəsində işlədiyini, sinif yoldaşının işə qəbul olunmasına köməklik edəcəyini, işin 3-4 ay ərzində həll olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq, ona 5000 manat pul, Zərərçəkmiş şəxs1 hospitalda müayinələrdən keçən zaman isə qalan 5000 manat pulu verməli olduğunu bildirmişdir. Bundan sonra, Mərkəzin qarşısında 5000 manat pulu, məhkumluq barədə arayışı şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini Zərərçəkmiş şəxs1 almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs həmin sənədləri və 5000 manat pulu vermişdir. Daha sonra, xx.xx.2018-ci il tarixdə iş yoldaşı gizir Azad Abdullayelə söhbət zamanı sonuncu ona xidmət yerini XDMX-in Şəxsi Mühafizə İdarəsinə dəyişdirmək arzusunda olduğunu bildirmişdir. O da bu işə kadrlar idarəsində Təqsirləndirilən şəxs köməklik edə biləcəyini, sonuncu ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxslə danışıb Zərərçəkmiş şəxs2 xidmət yerinin Xüsusi Təyinatlı Qüvvələrə dəyişdirilməsinə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də ona 5000 manat pul müqabilində Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsinə köməklik edə biləcəyini bildirmişdir. O bu barədə Zərərçəkmiş şəxs2 məlumat verdikdən sonra, Zərərçəkmiş şəxs2 onunla razılaşıb ona təxminən 1 ay əvvəl borc verdiyi 5000 manat pulu işinin düzəlməsi üçün Təqsirləndirilən şəxs verməsini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında Təqsirləndirilən şəxslə təklikdə görüşüb 5000 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs də ona Zərərçəkmiş şəxs2 xidmət yerinin tezliklə dəyişdiriləcəyini bildirmişdir. Təxminən 2 ay sonra, Zərərçəkmiş şəxs1 ona işinin nəvaxt alınacağını soruşmuş, o da bu barədə Təqsirləndirilən şəxs maraqlanıb məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs1 işə qəbul olmasının 1 ay müdddətində həll olunacağını bildirmişdir. Həmçinin, artıq Zərərçəkmiş şəxs2 də xidmət yerinin dəyişdirilmədiyini görüb, ona etiraz edərək pulunu geri qaytarmasını bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs danışdıqdan sonra, Zərərçəkmiş şəxs2 xidmət yerinin tezliklə dəyişdiriləcəyini bildirmişdir. Bir müddət sonra, artıq Təqsirləndirilən şəxs aldadıldığını başa düşərək, sonuncuya verdiyi pulu qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs də ona müxtəlif bəhanələr edərək, pulu qaytarmaqdan imtina etmişdir. Daha sonra, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etməməsi üçün onlara dəymiş ziyanı öz məvacibi hesabına qaytarmış, lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ona ödəməkdən imtina etmişdir. Aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid1 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. Zərərçəkmiş şəxs2 Bakı Hərbi Prokurorluğuna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs vasitəsilə onun xidmət yerinin dəyişdirilməsi üçün ondan 5000 (beş min) manat pul almışdır. Zərərçəkmiş şəxs1 Bakı Hərbi Prokurorluğuna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs vasitəsilə XDMX-də işə qəbul edilməsi üçün ondan 5000 (beş min) manat pul almışdır. Telefon danışıqlarının və məlumatlarının olan diskə baxış keçirilməsi protokolundan görünür ki, Şahid1 istifadəsində olan 050 ***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 13:20-də “Belə olmazda bu azad işi noldu 3 aydı bunlar yerində olmadı”, xx.xx.2019-cu il tarixdə saat 09:26-da “3 aydı pulu götürüb heçnə xəbər yoxdu yenə deyirəm mən bilsəydim belə olacağ başımı ağrıtmazdım. Çağıran adam çağırır bax o pul qaqa niye mənasız yerə verilib heç nədən xəbər yoxdu, kimsə verdiyin adam pulu özündə saxlamağa alıbsa o basqa məsələ. Heç kimin heçnəden xəbəri yoxdu. Qaqa pulu verən adam 5-6 gün sonra rəis yanına gediren azından bu 3 aydi heçnə yoxdu mən pis vəziyyətdə qalıram. Mene xəbər et. Təcili zəng ed qaqa mene”. xx.xx.2019-cu il tarixdə saat 12:38-də “Salam qaqa bu gün nə olur olsun o pulu hell ed. Onsuz işlərin alınmaması meni biyabır eddi”, “Məni niye pis edirsən camaatın yanında olmadı uje seninki men hemişə deyirem bu pula söz sohbed olmasin belə olanda uje brat söz sohbed olacağ de olmur e pulu goturende 100 dəfə deyirdizki indi edi uje pul deyilib zəng edirəm tel sönülü du. 3 aydı e brat mən bilsəydim belə olacağ heç iş deməzdim. Alinmiyan şeyi ozumuzu aldadmiyaq” məzmunlu mesajlar göndərmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 8 fevral 2012-ci il tarixli 15 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik-çavuş Təqsirləndirilən şəxs həmin tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaqla 1-ci şöbənin əməkdaşı vəzifəsinə təyin edilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 16 mart 2016-cı il tarixli 40 nömrəli əmrindən çıxarışdan görünür ki, baş çavuş Təqsirləndirilən şəxs həmin tarixdə Kadrlar idarəsinin Komplektləşdirmə şöbəsinin kargüzar-operatoru vəzifəsinə təyin edilmişdir. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 6 dekabr 2018-ci il tarixli 170 nömrəli əmrindən çıxarışdan görünür ki, Kadrlar idarəsinin Komplektləşdirmə şöbəsinin kargüzar-operatoru, kiçik-gizir Təqsirləndirilən şəxs həmin tarixdə tutduğu vəzifədən azad olunaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 1 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ona 13 sentyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 1 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, eyni zamanda onun azadlaqdan məhrum edilməsinin ailəsinin həyat şəraitinə mənfi təsirini də nəzərə alıb törətdiyi cinayətlərə görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini qanunun tələblərinə və məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-160/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-160/2023
20.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver