Məhkəmə qərarları › İş №1-1(093)-161/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-161/2024

28.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-161/2024 28.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəışnin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun avtomobil bölüyünün avtomobil taqımının baş sürücüsü, kiçik-çavuş, barəsində “komandanlığın müşahidəsi altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasının Marnueli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, "xxxx" QSC-də texniki nəzarətçi vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244- 1.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qumar oyunları təşkil edib keçirmiş, habelə təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışlar. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun avtomobil bölüyünün avtomobil taqımının baş sürücüsü vəzifəsində, kiçik-çavuş rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs1 və vətəndaş Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib tamah məqsədilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlama barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs yaratmış, bu məqsədlə 23 noyabr 2023-cü il tarixdə saat 22 radələrində icarə əsasında birgə işlətdikləri ünvan 4 ünvanında yerləşən «MR» adlı kafedə adları istintaqa məlum olmayan 6 nəfər müştəriyə qumar oynamalarını təklif edib onlara otaq və oyun kartı verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə həmin kafenin istintaqa məlum olmayan otağında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oyun kartı ilə oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunlarını təşkil edib keçirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında icarə əsasında birgə işlətdikləri ünvan 4 ünvanında yerləşən «MR» adlı kafedə 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində adları istintaqa məlum olmayan 6 nəfər müştəriyə qumar oynamalarını təklif edib onlara həmin məqsədlə otaq və oyun kartı verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin otağın qapısını kilidləmək və digər mühafizə tədbirləri görməklə həmin kafenin istintaqa məlum olmayan otağında təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oyun kartı ilə oynanılan və uduşu qeyri- müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunlarını təşkil edib keçirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında icarə əsasında birgə işlətdikləri ünvan 4 ünvanında yerləşən «MR» adlı kafedə 9-11 yanvar 2024-cü il aralığında istintaqa məlum olmayan tarixdə müştərilər X2, Şahid5, X1, Şahid3, Şahid6, Şahid4, X3 və Şahid2 İttifaq oğluna qumar oynamalarını təklif edib onlara həmin məqsədlə otaq və oyun kartı verməklə, həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə həmin kafenin istintaqa məlum olmayan otağında təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və həmin müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oyunu kartı ilə oynanılan və uduşu qeyrimüəyyənlikdən və təsadüfdən asılı olan qumaxr oyunlarını təşkil edib keçirmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında icarə əsasında birgə işlətdikləri ünvan 4 ünvanında yerləşən «MR» adlı kafedə 15 yanvar 2024-cü il tarixdə saat 21 radələrində olan müştərilər X2, Şahid5, X1, Şahid3, Şahid6, Şahid4, X3 və Şahid2 İttifaq oğluna qumar oynamalarını təklif edib onlara həmin məqsədlə otaq və oyun kartı verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə həmin kafenin 2 nömrəli otağında təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oyun kartı ilə oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunlarını təşkil edib keçirmişlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 22:30 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin kafenin 2 nömrəli otağına onların razılığı və iştirakları ilə baxış keçirilərkən orada müştərilər X2, Şahid5, X1, Şahid3, Şahid6, Şahid4, X3 və Şahid2 İttifaq oğlunun qumar oynamaları müəyyən edilmiş, eləcə də otaqda olan masanın üzərindən qumar oyunlarından əldə edilmiş 658 manat məbləğində pul vəsaitləri, qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, eləcə də kafenin giriş hissəsində olan şkafdan qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş daha 05 dəst oyun kartı aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 244- 1.2.1 və 244- 1.2.4-cü maddələri ilə özünü tam təqsirli bilərək göstərdi ki, 2019-cu ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına daxil olmuşdur. Həmin tarixdən N nömrəli hərbi hissənin avtomobil taborunun avtomobil bölüyünün avtomobil taqımının baş sürücüsü vəzifəsində, kiçik-çavuş rütbəsində xidmət edir. 2023-cü ilin noyabr ayının əvvəllərindən etibarən ünvan 4 ünvanında yerləşən "MR” adlı kafeni şərikli şəkildə Təqsirləndirilən şəxs2 ilə birlikdə işlədir. Həmin kafenin sahibinin adını xatırlamasa da, kafeni onlara icarəyə verən X4 olmuşdur. Onların kafeləri qısa müddət fəaliyyət göstərsə də, müştərilər çoxluq təşkil etmiş, bunun səbəbi kimi kafeyə yaxınlaşan müştərilərin oyun kartı ilə qumar oynamalarına şərait yaratmaları olmuşdur. Belə ki, Təmrazla o, kafeyə yaxınlaşan müştərilərə kafedə olan kabinetlərdə qumar oynamalarına icazə verib şərait yaratmışlar. Müştərilər kafedə qumar oynamalarına icazə vermələri ilə bağlı soruşduqda onlar kafenin otaqlarında qumar oynamalarına icazə vermişlər. Onlar qumar oynamaq istədiyini bildirən, lakin kartları olmayan müştərilərə təklif etmək üçün kafenin girişində olan dolabda oyun kartlarını saxlamışlar. 15 yanvar 2024-cü il tarixdə saat 20 radələrində daimi olaraq kafeyə gələn, aralarında dostları da olan Kamran, Osman, Cabbar, Ceyhun, Həbib, Həmzə, Ramin, Müşviq adlı şəxslər axşam saatlarında yaxınlaşaraq çay, meyvə şirəsi və bu kimi digər sifarişlərini edib qumar oynayacaqlarını bildirmişlər. Onlar həm həmin şəxslərin onların dostları olmalarına, həm də əvvəl kafedə qumar oynadıqlarına görə razılıq vermişlər. Həmin şəxslərin qumar oynamaq üçün oyun kartları olmamış, oynamaları üçün həmin şəxslərə oyun kartını onlar vermişlər. Həmin şəxslər 2 saatdan artıq müddətdə kafenin otağında manatla qumar oyunu oynamışlar. Belə ki, hər dəfə sifariş olduqda o, otağa daxil olaraq kart oynanılmasını və masada miqdarını bilmədiyi pulun olduğunu görmüşdür. Həmin gün saat 22 radələrində kafeyə daxil olan mülki geyimli şəxslər polis əməkdaşları olmalarını bildirib onun və şəriki Təmrazın icazəsi və iştirakı ilə birlikdə kafeyə baxış keçirmişlər. Baxış zamanı onlar qumar oynanılan otağı əməkdaşlara göstərmişlər və oyun kartının da onlar tərəfindən verildiyini bildirmişlər. Həmin vaxt otağa daxil olan polis əməkdaşları qumar oynanılan otaqda masanın üzərində ortalıqda olan pulu və kartı götürmüşlər. Həmin vaxt pulu saydıqda masada 658 manat pulun olduğu müəyyən edilmişdir. Onlar həmin gün polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılmışlar və növbəti gün axşam azad edilmişlər. Daha sonra onların barəsində Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Kafenin 2 nömrəli kabinetində qumar oynayan şəxslər 9-11 yanvar 2024-cü il tarixləri aralağında olan tarixdə qumar oynamışlar. Həmin zaman da o, Təmraz ilə birlikdə həmin şəxslərə qumar oynamaq üçün otaq təşkil etmiş və oyun kartı vermişdir. Qumar oynamaq üçün otaq təşkil etdikləri üçün həmin şəxslər əlavə olaraq ödəniş etməmişlər. Onlar həm tanışları olduqlarına, həm də sifarişlər edib kafeyə xeyir verdiklərinə görə həmin şəxslərin qumar oyanamalarına şərait yaratmışlar. Telefonda olan yazışmalardan da göründüyü kimi onlar həmin kafedə 23 noyabr 2023-cü il tarixdə saat 22 radələrində və 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində oyun kartı ilə qumar oynanılmasını təşkil etmişlər. Həmin vaxt onlar qumar oynamaq üçün kafedə onun xatırlamadığı otağı verib qumar oynanılmasını təşkil etmişlər, həmçinin, qumar oynamaq üçün oyun kartını həmin şəxslərə təqdim etmişlər. O, qumar oynayan şəxslərin adlarını xatırlamasa da, həmin tarixlərdə 6 nəfər şəxs olmuşdur. Qumar oynamaq üçün oyun kartlarını müştərilərə o və Təmraz vermişdir. Oyun kartlarını o və Təmraz almışlar və qumar oynamaq istədiyini bildirən şəxslərə kart vermək üçün kafenin dolabında saxlamışlar. Onlar kafenin kabinetlərini qumar oynayanlar üçün ayırmışlar və müştərilər orada qumar oynamışlar. Onlar kafe işləyən vaxtdan, yəni 2023-cü ilin noyabr ayından etibarən qumar oyunları oynanılmasına şərait yaratmışlar. Lakin o, oyunların konkret hansı tarixlərdə olmasını və oyunlarda kimlərin iştirak etməsini xatırlamır. Onlar həmin kafedə qumar oynayanlarla birlikdə özləri qumar oynamamışlar. Kafeyə qumar oynamağa gələn şəxslər onlardan qumar oynamaq üçün icazə istəmişlər, onlar da razılaşıb həmin şəxsləri kafenin kabinetinə qumar oynamağa dəvət etmişlər. Kartla oynanılan qumar oyunun qalibinin kim olacağı əvvəlcədən müəyyən etmək mümkün deyil. Çünki qalibin kim olacağı həmişə qeyri-müəyyən olmuş, yəni kimin kartında rəqəm böyük olsa, həmin şəxs də qalib olmuş və hər bir şəxs tərəfindən masada ortalığa qoyulmuş pulu götürmüş, bu təsadüf və bəxtdən asılı olmuşdur. Törətdiyi əməldən peşmandır, himayəsində iki azyaşlı uşağı var, Vətən Müharibəsi iştirakçısı olmasını və medalla təltif olunmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 244- 1.2.1 və 244-1.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi və bildirdi ki, 2015-ci ildən "xxxx" QSC-də sahə nəzarətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 ilə Nizami rayonu 229 saylı orta məktəbdə birlikdə oxumuşlar. Onların arasında dostluq münasibəti olmuşdur. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayəti törətmələri öz ifadələri ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “MR” adlı kafeyə dostları ilə birlikdə tez-tez getmişdir. Belə ki, o, həmin kafenin sahibləri, yəni həmin kafeni şərikli şəkildə işlədən Təmraz və Lətif adlı şəxsləri tanımışdır. Onlar eyni məktəbdə təhsil almışlar. O, Cabbar, Kamran, Ceyhun, Müşviq, Həbib və Həmzə adlı dostları birlikdə xx.xx.2024-cü il tarixdə təxminən saat 20:15 radələrində kafeyə gəlmişlər. Onlar kafeyə gəlib çay sifariş edib söhbət etdikdən sonra qumar oynamaq üçün kafeni işlədən dostları Təmraz və Lətifə müraciət edib qumar oynamaq üçün yer, yəni otaq təşkil etmələrini, həmçinin oynamaq üçün “oyun kartı" vermələrini bildirmişlər, Təmraz və Lətif də onlara qumar oynamaq üçün kafenin 2 nömrəli otağını təşkil edib qumar oynamaları üçün oyun kartı vermişlər. Hər hansı bir sifariş olduqda sifarişi Lətif və ya Təmraz gətirmiş, içəri daxil olduqda onların otaqda qumar oynamaqlarını görmüşlər. Belə ki, kafedə qumar oynamaq üçün kart olduğu barədə onların məlumatları olmuşdur. Onun tarixini dəqiq xatırlamadığı müddətdə, yəni təxminən 9-11 yanvar 2024-cü il tarix aralığında da qumar oynayan zaman kartı Təmraz və Lətif vermiş, həmçinin sonuncular bir neçə ədəd kart dəstini hazır şəkildə qumar oynamaq üçün müraciət edən müştərlərə vermək üçün özlərində saxlamışlar. Belə ki, kafenin daimi müştəriləri olmalarına, həmçinin dost olmalarına, kafeyə xeyir vermələrinə görə Lətif və Təmraz onlara qumar oynamağa icazə vermişlər. Onların kafenin 2 nömrəli kabinetində qumar oynamalarından Təmraz və Lətifin məlumatı olmuşdur. O, Cabbar, Kamran, Ceyhun və Həbib ilə birlikdə kartla qumar oyunu oynamışlar, digər dostları Həmzə, Müşviq, Ramin isə kənarda dayanaraq oyunu müşahidə etmişlər. Artıq 2 saat müddətində kafenin 2 nömrəli otağında kartla qumar oynayarkən içəri daxil olan mülki geyimli şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib masada olan kartı və pulları götürmüşlər. Həmin pulları saydıqda masada ümumilikdə 658 manat pulun olduğu müəyyən olunmuş, həmçinin qumarın oynanılması ilə bağlı sorğu-sual edilmişdir. Onlar verilən suallara cavab verib, qumar oynamağa kartın kafeni işlədənlər Təmraz və Lətif tərəfindən verildiyini, sonuncuların bu barədə məlumatlı olduqlarını bildirmişlər. Onlar həmin gün polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılmışlar və növbəti gün axşam azad edilmişlər. Onlar kafedə ancaq kartla qumar oyunları oynamışlar. Kartla oynanılan qumar oyunun qalibinin kim olacağı əvvəlcədən heç cür bilinmir, çünki qalibin kim olacağı həmişə qəyri-müəyyən olur, yəni kimin kartında rəqəm böyük olsa, həmin şəxs qalib olmuş və hər bir şəxs tərəfindən masaya ortalığa qoyulmuş pulu götürmüş, bu təsadüf və bəxtdən asılı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid4 və Şahid3 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən “MR" adlı kafeyə dostları ilə birlikdə tez-tez getmiş, belə ki, həmin kafeni şərikli şəkildə işlədən Təmraz və Lətif adlı şəxsləri tanıyır, onlar eyni məhəllədə yaşayırlar və onların tanışlıq münasibətləri var. Belə ki, o, məhəlləyə yaxın ünvanda olduğuna görə dostları və o, tez-tez Təmraz və Lətifin işlətdiyi “MR” adlı kafeyə gedib yeyib-içmişlər. Dostları ilə kafedə olan zaman Osman, Kamran, Həbib, Ceyhun və Cabbar tərəfindən həmin kafedə qumar oynanılmışdır. Belə ki, ilk dəfə dəqiq tarixini xatırlamadığı vaxtda, təxminən 9-11 yanvar 2024-cü il tarixdə dostları ilə birlikdə Təmraz və Lətifin işlətdiyi kafeyə gələrək çay içdikdən sonra Osman, Kamran, Həbib, Ceyhun və Cabbar qumar oynamaq üçün Təmraz və Lətifdən icazə istəmişlər. Təmraz və Lətif də həm dostları olduğuna görə, həm də kafeyə hər dəfə xeyir verdiklərinə görə onların qumar oynaması üçün otaq təşkil etmişlər, həmçinin qumar oynamaları üçün oyun kartı vermişlər. Kafedə qumar oynamaq istədiklərini bildirən şəxslərə təqdim etmək üçün kartların olduqlarından onların məlumatları olmuşdur. Həmin kartlar kafenin girişində dolabda saxlanılmışdır. O, Həmzə və Ramin isə qumara biraz baxıb sonra digər kabinetdə çay içməyə getmişlər. Onlar eyni qaydada 2-ci dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında təxminən 20:15 radələrində adları qeyd olunan dostları ilə yenidən “MR” kafeyə gəlmişlər. Dostları qumar oynamalarına şərait yaratmaları barədə Təmraz və Lətifə dedikdə, sonuncular qumar oynamaq üçün otaq təşkil edəcəklərini bildirmişlər. Həmçinin qumar oynanılması üçün oyun kartını da Təmraz və Lətif vermişdir. Dostları qumar oynamaları üçün Təmraz və Lətifə pul verməmişlər. Osman, Kamran, Həbib, Cabbar və Ceyhun masanın ətrafında əyləşib pul qarşılığında kartla qumar oynamışlar, o, Həmzə və Ramin isə kənardan oyuna baxmışlar. Qumar oynayan şəxslərdən kimin kartında rəqəm böyük olarsa, həmin şəxs qalib olmuş və hər bir şəxs tərəfindən masaya ortalığa qoyulmuş pulu götürmüşdür. 2 saatdan artıq müddətdə kafenin 2 nömrəli otağında olanda dostları kartla qumar oynayarkən içəri daxil olan mülki geyimli şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib masada olan kartı və pulları götürmüşlər. Həmin pulları saydıqda masada ümumilikdə 658 manat pulun olduğu müəyyən olunmuşdur. Həmçinin polis əməkdaşları onları qumarın oynanılması ilə bağlı sorğu-sual etmişlər. Onlar da verilən suallara cavab verib, qumar oynamağa kartın və kafenin sahibləri Təmraz və Lətif tərəfindən icazə verildiyini, sonuncuların burada qumar oynanılmasından məlumatlarının olduqlarını bildirmişlər. Onlar həmin gün polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılmışlar və növbəti gün axşam azad edilmişlər. Hər hansı bir sifariş olduqda Lətif və ya Təmraz gətirmişlər, sonuncular içəri girdikdə otaqda qumar oynanıldığını görmüşlər. O, kafedə yalnız kartla qumar oyunlarının oynanılmasının şahidi olmuşdur. Kartla oynanılan qumar oyunun qalibinin kim olacağı əvvəlcədən heç cür bilinmir, çünki qalibin kim olacağı həmişə qeyri-müəyyən olur, yəni kimin kartında rəqəm böyük olsa, həmin şəxs də qalib olmaqla hər bir şəxs tərəfindən masaya ortalığa qoyulmuş pulu götürmüş, bu təsadüf və bəxtdən asılı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq vaxtı Şahid1 ilə eyni məzmunlu ifadə versə də, məhkəmədə fərqli ifadə verərək heç bir qumar oyununun şahidi olmadığını, ifadəsini müstəntiqin belə yazdığını bildirmişdir. Məhkəmə Şahid2 istintaq zamanı verdiyi ifadəsini daha düzgün hesab edir və mötəbər sübut kimi qəbul edir. Çünki həmin ifadədə göstərilənlər işdəki digər sübutlarla təsdiq edilir. Onun məhkəmədə göstərdikləri isə təqsirləndirilən şəxsləri məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. İş materiallarında olan baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 obyektə baxış keçiriləcəyi və baxışın videoçəkilişlə aparılacağı barədə məlumat verilmiş və onlar baxışın keçirilməsi ilə bağlı etirazlarının olmadığını bildirmişlər. Onlar Baş İdarə tərəfindən qəbul edilmiş qərarla tanış edilmişlər. Baxışda iştirak edən şəxslərə qumar oyunlarının keçirilməsi üçün yerin təşkil edilməsi ilə bağlı daxil olmuş məlumatın doğru olub-olmadığı barədə sual verildikdə həmin şəxslər həmin şəxslər bunu təsdiqləyərək hazırda da həmin obyektin “2” nömrəli otağında qumar oyunlarının keçirildiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları dəvət etdikləri kabinetə daxil olarkən otaqda olan şəxslər özlərini təqdim edərək X2, Şahid5, X1, Şahid3, Şahid6, Şahid4, Şahid1 və Şahid2 olmalarını bildirmişlər. Həmin şəxslərdən Şahid5 kart oyunu olan “Poker” oynadıqlarını bildirmişdir. Masanın ətrafında olan şəxslər qumar oynadıqlarını, kənarda dayanan şəxslər isə Şahid2, Şahid1 və Ramin Tanrıverdiyev adlı şəxslər qumar oynamadıqlarını, ancaq müşahidə etdiklərini bildirmişlər. Oyunun qalibinin necə müəyyən edilməsini sual etdikdə həmin şəxslər xalları çox olan şəxsin qalib olmasını qeyd etmişlər. Həmin şəxslərə obyektdə kartlarla qumar oynaması üçün kimin şərait yaratdığını soruşduqda obyekt sahibləri həmin oyunları “Təmraz” və “Lətif” adlı şəxsin təşkil etdiyini bildirmişlər. Obyekt müdirləri bunu bir daha təsdiq edərək otaqda qumar oynanılması barədə məlumatlarının olduğunu bildirmişlər. İş üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyinə görə qumar oynanılması üçün istifadə olunan masanın üzərində olan 01 ədəd oynanılmış kart dəsti, 05 ədəd “100 manatlıq” pul əskinası, 01 ədəd “50 manatlıq” pul əskinası, 01 ədəd “50 manatlıq” pul əskinası, 02 ədəd “20 manatlıq” pul əskinası, 04 ədəd “10 manatlıq” pul əskinası, 03 ədəd “5 manatlıq” pul əskinası, 13 ədəd “1 manatlıq” pul əskinasları olmaqla ümumilikdə 658 manat məbləğində pul götürülmüşdür. Masa ətrafında olan şəxslərdən qumar oynanılması üçün kartın kim tərəfindən alındığı sual edildikdə kartın obyekt sahibləri tərəfindən verildiyini bildirmişlər. Obyekt sahibləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bunu təsdiq edərək polis əməkdaşlarını kafenin giriş hissəsində olan şkafa dəvət edərək onlarda olan 05 ədəd oyun kartını polis əməkdaşlarına təqdim etmişlər. Qumar oynayan şəxslər 2-ci dəfədir ki, orada qumar oynadıqlarını bildirmişlər. Maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə kart dəstləri və pul əskinasları götürülmüşdür. ünvan 5 ünvanında yerləşən “MR” adlanan kafedə baxış süni işıqlandırılma şəraitində aparılmışdır. Baxışın keçirilməsi 15 yanvar 2024-cü il tarixdə, saat 22:26-da başlamış və həmin tarixdə saat 22:33-də başa çatmışdır. (1-ci cild, 9-11-ci v.) İş materiallarında olan diskdə ünvan 4 ünvanında yerləşən “MR" adlı kafedə keçirilmiş tədbirin videogörüntüsü əks olunmuşdur. (1-ci cild, 22-ci v.) İş materiallarında olan Komandanlığın müşahidəsi altına vermək haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. (1-ci cild, 168-169-cu v.) İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (2-ci cild, 179cu v.) İş materiallarında olan Şübhəli şəxs qismində tanımaq və qətimkan tədbirinin seçilməsi haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tanınmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (1-ci cild, 201-202-ci v.) İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmət üzrə müsbət xarakterizə olunur. (1-ci cild, 217-ci v.) İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 16 mart 2019cu il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 (S və HXÇ üzrə DX-nin Nizami RŞ) – Avtomobil taborunun avtomobil bölüyünün (sərnişin avtobuslarının) avtomobil taqımının avtomobil manqasının baş sürücüsü Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissədə müvafiq vəzifələrə təyin olunduqlarına görə 16 mart 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin bütün növ təminatlara daxil edilmiş, vəzifələrinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Əliyev X5 taborunun avtomobil bölüyünün avtomobil taqımının (sərnişin avtobuslarının) 3-cü avtomobil manqasının baş sürücüsü - Avtomobil taborunun avtomobil bölüyünün (yük və xüsusi avtomobillərinin) avtomobil taqımının (sərnişin avtobuslarının) 3-cü avtomobil manqasının baş sürücüsü vəzifəsinə təyin olunmuşdur. (1cild, 221-ci v.) İş materiallarında olan Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V seriyalı, 148033 nömrəli, 10 may 2024-cü il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. (222ci v.) İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş İ-82422 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (1-ci cild, 223-cü s.) İş materiallarında olan AZ-İV seriyalı, 662127 nömrəli və AZ-İV seriyalı, 993225 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il təvəllüdlü, X10 adlı və xx.xx.2024-cü il təvəllüdlü, X8 adlı uşaqları var. (1-ci cild, 224, 225-ci v.) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (1-ci cild, 243-244-cü v.) Hadisə yerinə baxış zamanı götürülmüş 06 dəst oyun kartı zərfləşdirilərək cinayət işi materialı olan 1-ci cildin sonuna əlavə edilmişdir. İş materiallarında olan Maddi sübut qismində tanıma haqqında 22 iyun 2024-cü il tarixli Qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş, hadisə yerindən götürülmüş 658 manat məbləğində pul vəsaitinin, 6 dəst oyun kartının və baxış zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD diskin iş üzrə maddi sübut qismində tanınması, hadisə yerindən götürülmüş 658 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına qoyulması və məhkəmə hökmü verilənədək pul vəsaitinin orada saxlanılması, 6 dəst oyun kartının və baxış zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. (2-ci cild, v. 21-23) İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 26 iyun 2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (2-ci cild, 52-54-cü v.) İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2872 nömrəli qəbzindən görünür ki, 658 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülmüşdür. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinin onlar tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri hər biri ayrılıqda Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244- 1.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri ayrılıqda həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını və medalla təltif olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını və törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CMnin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 244-1.2.1 və 244- 1.2.4-cü maddələri sanksiyasında on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onların şəxsiyyətini, təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilən cərimə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilən cərimə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş materiallarından görünür ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə əməliyyat keçirilmiş, təqsirləndirilən şəxslər saxlanılmış, xx.xx.2024-cü il tarixdə axşam buraxılmışlar. Bu təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə təsdiq edilir. İşdəki məlumatlarda da təqsirləndirilən şəxslərin xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılmaları təsdiq edilir. Məhkəmə bu halı onların hüquqlarının məhdudlaşdırılması və bir günlük tutulub saxlanılmaları kimi qiymətləndirir. Bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1 gün müddət onlara cəza təyin edilərkən nəzərə alınmalı və onlara təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Hadisə yerindən götürülmüş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülmüş 658 (altı yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin xeyrinə müsadirə edilməlidir. Hadisə yerindən götürülmüş və cinayət işinin materiallarında saxlanılan 6 (altı) dəst oyun kartı məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 40 iş saatı məsrəf olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 240 manat məbləğində pul ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından üçün Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib 13000 (on üç min) manat cərimə cəzasına məkhum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1 (bir) gün nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 12700 (on iki min yeddi yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilinib 14000 (on dörd min) manat cərimə cəzasına məkhum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1 (bir) gün nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 13700 (on üç min yeddi yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Hadisə yerindən götürülmüş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülmüş 658 (altı yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin xeyrinə müsadirə edilsin. Hadisə yerindən götürülmüş və cinayət işinin materiallarında saxlanılan 6 (altı) dəst oyun kartı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar