Məhkəmə qərarları › İş №1-1(093)-162/2020

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-162/2020

17.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-162/2020 17.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, Məmmədova Aygün Fərhad qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Vəkil, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində «barəsində başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədlərin saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx xxxx 2018-ci il tarixdə saat 12.00 radələrində «xxxxxxxxxxxx» ASC-nin «Sumqayıt» filialından 10000 manat məbləğində kredit qismində nağd pul götürmək məqsədi ilə tanışı Şahid1 tərəfindən ona həmin tarixdə təqdim edilmiş üzərində fotoşəkil olan, adı, soyadı, atasının adı qeyd olunmuş DQ seriyalı 006498 nömrəli, Daxili Qoşunların N nömrəli hərbi hissəsində baş leytenant hərbi rütbəsində 3-cü xüsusi vasitələrin tətbiqi dəstələrinin 2-ci bölüyün döyüş hazırlığı üzrə müavini vəzifəsində xidmət etməsinə dair məlumatları saxtalaşdırılmış şəxsi vəsiqəni, üzərinə ünvan 3 mənzil 134 ünvanda qeydiyyatda olmaqla yaşamasına və həmin sənədin Bakı şəhəri Binəqədi rayon polis idarəsi tərəfindən verilməsinə dair məlumatları saxtalaşdırılmış AZE seriyalı ******** nömrəli «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi»ni, «xxxxxxxxxxxx» ASC-nin ödəniş kartı üzrə xx.xx.2017-xx.xx.2018 müddət ərzində 1000 manatdan artıq əmək haqqı almasına dair məlumatları saxtalaşdırılmış çıxarışı «xxxxxxxxxxxx» ASC-nin Sumqayıt filialına təqdim edib hüquq verən qanunsuz hazırlanmış vəsiqələrdən və rəsmi sənədlərdən saxta olduğunu bilə-bilə istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olaraq xx xxxx 2018-ci il tarixdə saat 13.00 radələrində xidmət yoldaşı X1 «xxxxxxxxxxxx» ASC-nin Sumqayıt filialından saxta sənədlər əsasında 10000 manat kredit götürməsi zamanı sonuncuya zamin durmaq məqsədi ilə Şahid1 tərəfindən ona həmin tarixdə təqdim edilmiş üzərində fotoşəkil olan, adı, soyadı, atasının adı qeyd olunmuş DQ seriyalı 006498 nömrəli, Daxili Qoşunların N nömrəli hərbi hissəsində baş leytenant hərbi rütbəsində 3-cü xüsusi vasitələrin tətbiqi dəstələrinin 2-ci bölüyün döyüş hazırlığı üzrə müavini vəzifəsində xidmət etməsinə dair məlumatları saxtalaşdırılmış şəxsi vəsiqəni, üzərinə ünvan 3 mənzil 134 ünvanda qeydiyyatda olmaqla yaşamasına və həmin sənədin Bakı şəhəri Binəqədi rayon polis idarəsi tərəfindən verilməsinə dair məlumatları saxtalaşdırılmış AZE seriyalı ******** nömrəli «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi»ni, «xxxxxxxxxxxx» ASC-nin ödəniş kartı üzrə xx.xx.2017-xx.xx.2018 müddət ərzində 1000 manatdan artıq əmək haqqı almasına dair məlumatları saxtalaşdırılmış çıxarışı təqdim edib hüquq verən qanunsuz hazırlanmış vəsiqələrdən və rəsmi sənədlərdən saxta olduğunu bilə-bilə istifadə etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir) barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıqiclasında dövlət ittihamçısı Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsnin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz (təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət məhz böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir). Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir (CPM-nin 41.3cü maddəsi). Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3-cü maddəsi). Məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir (CPM-nin 7.0.23, 84.6-cı maddələri). Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı dövlət ittihamçısıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd edilən tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə müddəasının şərh edilməsinə dair» xx xxxxxx 2008-ci il tarixli qərarında əks olunmuş müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli “sənədlərin götürülməsi barədə” protokol ilə “xxxxxxxxxxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş kredit müqaviləsinə dair sənədlərə əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurəti, Təqsirləndirilən şəxs adına verilmiş DQ seriyalı 006498 nömrəli şəxsi vəsiqəsinin kserosurəti və Təqsirləndirilən şəxs adına olan «xxxxxxxxxxxx» ASC-dən olan ödəniş kartı üzrə çıxarış cinayət işinin materiallarında saxlanılmalı, həmçinin ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 122 (yüz iyirmi iki) manat pul isə Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 41.3, 43.1, 43.4, 300.1.7, 300.5 və 305-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli “sənədlərin götürülməsi barədə” protokol ilə “xxxxxxxxxxxx” ASC-dən götürülmüş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş kredit müqaviləsinə dair sənədlərə əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurəti, Təqsirləndirilən şəxs adına verilmiş DQ seriyalı 006498 nömrəli şəxsi vəsiqəsinin kserosurəti və Təqsirləndirilən şəxs adına olan «xxxxxxxxxxxx» ASC-dən olan ödəniş kartı üzrə çıxarış cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 122 (yüz iyirmi iki) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar