Məhkəmə qərarları › İş №1-1(093)-163/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-163/2023

08.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-163/2023 08.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi X1, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 Müstafa oğlu və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs (xx xxxxxx 2000-ci il tarixdə Siyəzən rayonunun Kiçik Həmyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər, Siyəzən rayonunun Balaca Həmyə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 2-ci top komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin fevral ayının əvvəllərində həmin vaxt N nömrəli hərbi hissənin 4-cü taborunun 11-bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs1 götürülmüş sidik nümunəsində narkotik vasitə hesab edilən kannabinoidlər aşkar edildiyini, bununla bağlı Zərərçəkmiş şəxs1 barəsində aparılan araşdırma nəticəsində ordu sıralarından tərxis edilməsi ehtimalı olsa da, sonuncunun xidmətini davam etdirmək istədiyini və ordu sıralarından tərxis edilməmək arzusunda olduğunu öyrənib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də ordu sıralarından ehtiyata buraxılmamasına köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlib 2022ci ilin fevral ayının əvvəllərində və ortalarında hərbi hissənin ərazisində sonuncu ilə aralarında baş tutmuş çoxsaylı söhbətlər zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yüksək vəzifədə xidmət edən vəzifəli tanışının vasitəsi ilə 1700 (min yeddi yüz) manat məbləğdə pul müqabilində ordu sıralarından tərxis edilməməsini təmin edə biləcəyini bildirib Zərərçəkmiş şəxs1 özünə inandıraraq sonuncunun razılığını almış, 19 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 öz istifadəsində olan bank kartının fotoşəklini göndərərək pulu həmin bank hesabına göndərməli olduğunu söyləmiş, Zərərçəkmiş şəxs1 həmin tarixdə saat 20:28-də ünvan 3ndə yerləşən "xxxx" ödəniş terminalı vasitəsi ilə 1700 (min yeddi yüz) manat məbləğində pulu aralarında olan razılığa əsasən 676867******0189 pan nömrəli bank kartına göndərmiş, həmin tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaitini əskinas şəklində nağdlaşdırmış, lakin o, verdiyi vəd üzrə hər hansı hərəkət etməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1700 manat məbləğində pul vəsaitini qanunsuz ələ keçirib dələduzluq etmiş və həmin pulu öz şəxsi ehtiyacları üçün sərf edərək geri qaytarmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 24 oktyabr 2022-ci il tarixdə «Whatsapp» mobil tətbiqi vasitəsilə əvvəlcədən tanıdığı Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid ilə danışan zaman qanunsuz qazanc əldə etmək məqsədilə sonuncuya xidmət yerini N nömrəli hərbi hissəyə dəyişmək barədə təklif etmiş, Şahid bunu hansı qaydada edəcəyini soruşduqda Təqsirləndirilən şəxs hərbi qulluqçuların xidmət yerlərinin dəyişdirilməsi məsələsində real imkana və səlahiyyətə malik olmadığı halda, hərbi qulluqçuların xidmət yerini dəyişdirmək səlahiyyəti olan vəzifəli şəxslərlə tanışlığının olmasını bildirib həmin şəxslərin köməkliyi ilə onun xidmət yerini Qusar rayonunda yerləşən hərbi hissələrdən birinə N (iki min iki yüz) manat pul vəsaiti müqabilində dəyişdirə biləcəyini demiş, Şahid daha sonra Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsini atası Zərərçəkmiş şəxs2 göndərməklə ondan həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxsla görüşüb ətraflı danışa biləcəyini atasına demiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 24 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin əsas girişinin önündə Təqsirləndirilən şəxsla görüşmüş, orada aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs2 ona oğlu-Şahid evli olduğunu, ailəsinin Qusar rayonunda yaşadığını, oğlunun ailəsinin yanında olmasını istədiyini və xidmət etdiyi N nömrəli hərbi hissə Laçın rayonunun ərazisində yerləşdiyinə görə Qusar rayonunda yaşayan ailəsi ilə tez-tez görüşə bilməməsini söylədikdə o, Zərərçəkmiş şəxs2 ailəsinin yanında olması üçün oğlunun xidmət yerini Qusar rayonunda yerləşən hərbi hissələrdən birinə dəyişmək arzusunda olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək niyyəti ilə əvəzsiz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək vəzifəli şəxslərin vasitəsi ilə Şahid xidmət yerini N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirə biləcəyini və bu məsələnin həll edilməsi üçün N (iki min iki yüz) manat məbləğində pulu həmin vəzifəli şəxslərə rüşvət qismində verilməli olduğunu Zərərçəkmiş şəxs2 bildirməklə özünə inandırmış, Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə pulu hissə-hissə verəcəyini bildirməklə həmin təkliflə razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 oğlunun xidmət yerinin dəyişdirilməsinə nail olmaq məqsədi ilə aralarında olan razılığa əsasən 25 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin önündə onunla görüşüb 1500 (min beş yüz) manat məbləğində, 01 noyabr 2022-ci il tarixdə saat 21 radələrində isə Qusar rayonunun Həsənqala kəndində yerləşən məscidin yaxınlığında onunla görüşərək 700 (yeddi yüz) manat məbləğində olmaqla ümumilikdə N (iki min iki yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə əlbəəl ona vermiş, lakin o, vədi üzrə heç bir hərəkət etmədən aldığı pulları öz şəxsi ehtiyacları üçün sərf edərək geri qaytarmamışdır. Bununla da, Təqsirləndirilən şəxs Şahid xidmət yerini dəyişdirmək adı altında Zərərçəkmiş şəxs2 N (iki min iki yüz) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 2-ci top komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin fevral ayının ortalarında həmin vaxt N nömrəli hərbi hissənin 4-cü taborunun 11-bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs1 ilə baş tutmuş bir neçə söhbət zamanı sonuncudan götürülmüş sidik nümunəsində narkotik vasitə aşkar edilib-edilməməsini soruşmuş, Zərərçəkmiş şəxs1 cavabında onun dediklərini təsdiq edərək analiz nəticəsində vermiş olduğu sidik nümunəsindən narkotik vasitə aşkar edildiyini, bununla bağlı aparılan araşdırma nəticəsində ordu sıralarından tərxis ediləcəyini düşündüyünü bildirdikdə, o, yaranmış fürsətdən istifadə edərək xidmətini davam etdirmək və ordu sıralarından tərxis edilməməsini istəyirsə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tanışı olan yüksək vəzifəli şəxslər vasitəsi ilə müəyyən pul müqabilində bunu həll edə biləcəyini Zərərçəkmiş şəxs1 söyləmiş, həqiqətdə isə real imkana və səlahiyyətə malik olmamış, eləcə də ordu sıralarından ehtiyata buraxılmamasına köməklik etmək niyyətində olmamış, həmin vaxtlar şəxsi məsələlərini həll etmək üçün pula ehtiyacı olduğuna görə məqsədi Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirmək olmuş, hər hansı vəzifəli tanışı olmamışdır. O, Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlib 2022-ci ilin fevral ayının ikinci yarısında hərbi hissənin ərazisində sonuncu ilə aralarında baş tutmuş söhbət əsnasında Zərərçəkmiş şəxs1 vəzifəli şəxs vasitəsi ilə ordu sıralarından tərxis edilməməsini təmin edə biləcəyini əminliklə söyləmiş, bunun müqabilində 1700 (min yeddi yüz) manat pul vəsaiti tələb etmiş, Zərərçəkmiş şəxs1 özünə inandıraraq sonuncunun razılığını almış, 19 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 «Whatsapp» mobil tətbiqi vasitəsi ilə arvadı-X4 məxsus olan özünün istifadə etdiyi bank kartının fotoşəklini göndərib bibisinin kartı olduğunu bildirərək pul vəsaitini həmin bank hesabına göndərməli olduğunu söyləmiş, Zərərçəkmiş şəxs1 qeyd olunan tarixdə saat 20 radələrində 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaitini aralarında olan razılığa əsasən 676867******0189 pan nömrəli bank kartına göndərmiş, bir neçə saat sonra o, xidmət etdiyi N nömrəli hərbi hissənin yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaitinin hamısını nağdlaşdırmış, lakin Zərərçəkmiş şəxs1 vermiş olduğu vəd üzrə heç bir hərəkət etməmiş, həmin pulu öz şəxsi ehtiyacları üçün sərf edərək geri qaytarmamışdır. Bundan başqa o, 24 oktyabr 2022-ci il tarixdə «Whatsapp» mobil tətbiqi vasitəsilə 2022-ci ilin oktyabr ayının ortalarında Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin təlim kursunda tanış olduğu N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid ilə danışan zaman hal-əhval tutduqdan sonra sonuncuya Qusar şəhərində xidmət etmək istəyib-istəmədiyini soruşmuş, Şahid istədiyini bildirərək bunun necə mümkün olacağını soruşduqda, o, ordu sıralarında yüksək vəzifəli tanışlarının olduğunu, onların vasitəsi ilə bu məsələni həll edəcəyini söyləmiş, Şahid xidmət yerini N (iki min iki yüz) manat pul vəsaiti müqabilində N nömrəli hərbi hissəyə dəyişmək barədə təklif edərək Şahid atasının nömrəsini istəmişdir. Bundan sonra atası ilə zəngləşərək Zərərçəkmiş şəxs2 ilə 24 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin önündə görüşmək barədə razılığa gəlmiş, həmin görüş zamanı aralarında baş tutmuş söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona oğlu Şahid ailəli olduğunu, ailəsinin yanında olmasını istədiyini və xidmət etdiyi N nömrəli hərbi hissə Laçın rayonunun ərazisində yerləşdiyinə görə Qusar rayonunda yaşayan ailəsinin yanına gediş-gəlişinin çətinliklər törətdiyini söylədikdə o, Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirmək qərarına gəlmiş, orduda tanıdığı vəzifəli şəxslərin vasitəsi ilə Şahid xidmət yerini N (iki min iki yüz) manat pul müqabilində N nömrəli hərbi hissədən Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirə biləcəyini söyləmiş, Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə pulu hissə-hissə verə biləcəyini bildirməklə həmin təkliflə razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2la aralarında olan telefon danışığına əsasən sonuncudan 25 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin önündə görüşüb 1500 (min beş yüz) manat məbləğində, 01 noyabr 2022-ci il tarixdə saat 21 radələrində isə Qusar rayonunun Həsənqala kəndində yerləşən məscidin yaxınlığında 700 (yeddi yüz) manat məbləğində olmaqla ümumilikdə N (iki min iki yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə əlbəəl almış və o, aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləyərək geri qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş vətəndaş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2019-cu ilin yanvar ayından etibarən xidmət etdiyi N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs ilə xidmət yoldaşı kimi aralarında münasibətlər yaranmış, həmin hərbi hissənin 4-cü taborunun 11-bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin may ayından sentyabr ayınadək Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəsində ezamiyyətdə olmuş, ezamiyyətdən qayıtdıqdan sonra xidmət etdiyi N nömrəli hərbi hissədə hərbi qulluqçuların narkotik vasitələrdən istifadə edib-etməmələrinin müəyyən edilməsi üçün profilaktik olaraq bir sıra hərbi qulluqçularla birlikdə əvvəlcə Müdafiə Nazirliyinin, daha sonra isə Səhiyyə Nazirliyinin nəzdində olan müvafiq ekspertiza mərkəzlərinə gedərək sidik analizləri vermiş, bu zaman sidik nümənələrində narkotik vasitə hesab edilən qurudulmuş marixuananın qalıqları aşkar edilmişdir. Bununla bağlı barəsində araşdırma aparıldığı müddətdə 2022-ci ilin fevral ayının ortalarında hərbi hissənin ərazisində Təqsirləndirilən şəxsla söhbət edən zaman sonuncu sidik nümunəsində narkotik vasitə aşkar edildiyini eşitdiyini söylədikdə Təqsirləndirilən şəxs sözlərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs araşdırmanın nəticəsinin necə olacağı ilə bağlı maraqlanmış, o, cavabında sidik nümunəsindən narkotik vasitə aşkar edildiyinə görə xidməti uyğunsuzluqla ordu sıralarından tərxis ediləcəyini ehtimal etdiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan həqiqətən xidmət etmək istəyib-istəmədiyini soruşduqda, o, xidmətini davam etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Müdafiə Nazirliyinin beşinci ordu korpusunda, yəni N nömrəli hərbi hissədə yüksək vəzifəli tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə müəyyən məbləğdə pul müqabilində köməklik edə biləcəyini, xidmətini davam etdirə biləcəyini söyləsə də, o, əvvəlcə Təqsirləndirilən şəxs inanmamış, lakin 2022-ci ilin fevral ayının əvvəllərində və ortalarında o, Təqsirləndirilən şəxsla hərbi hissədə rastlaşarkən sonuncu bir daha əminliklə vəzifəli tanışlarının vasitəsi ilə müəyyən məbləğdə pul qarşılığında bu məsələnin köməklik edəcəyini söyləmiş, o, bu işin hansı məbləğdə pula həll olunacağını soruşduqda Təqsirləndirilən şəxs bunun üçün vəzifəli şəxsə 1700 manat məbləğində pul verilməli olduğunu demişdir. O, xidmətini davam etdirmək istədiyindən Təqsirləndirilən şəxs əmək haqqı və əlavə ödənişlərin hesabına köçməsini gözləməsini, 1700 manat məbləğində pulu əldə etdikdə ona göndərəcəyini söyləmiş və Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, əmək haqqını aldıqdan sonra 19 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs «Whatsapp» mobil tətbiqi vasitəsi ilə yazaraq pulu hazır etdiyini deyib həmin pulu hansı qaydada göndərə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs ona ad və soyadını xatırlamadığı şəxsin bank kartının fotosunu göndərmiş və həmin kartın bibisinə məxsus olduğunu, özünün borcları olduğuna görə hesabına pul köçürəcəyi halda tutulacağından pulu həmin bank kartına göndərməli olduğunu söyləmiş və o, Təqsirləndirilən şəxs təqdim etdiyi 676867******0189 nömrəli bank kartına 19 fevral 2022-ci il tarixdə saat 20:28-də yaşadığı ünvan 3ndə yerləşən "xxxx" ödəniş terminalı vasitəsi ilə 1700 manat məbləğində pul köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 15-20 gün ərzində sidik nümunəsindən narkotik vasitə aşkar edildiyinə görə xidməti uyğunsuzluqla onun ordu sıralarından tərxis edilməsinin qarşısını alacağını və barəsində aparılan araşdırmanın xeyrinə həll ediləcəyini söyləmiş, lakin Təqsirləndirilən şəxs onun ordu sıralarından tərxis olmaması üçün hər hansı hərəkət etmədiyindən sidik nümunəsində narkotik vasitə aşkar edilməsi ilə bağlı araşdırma müddətində onun müvafiq əməlləri inzibati xəta kimi qiymətləndirilərək 2022-ci ilin aprel ayının əvvəllərində müvafiq materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş və 29 aprel 2022-ci il tarixli Bakı Hərbi Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmçinin müvafiq araşdırma bitənədək N aprel 2022-ci il tarixdə o, xidməti uyğunsuzluqla ordu sıralarından tərxis olunmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müracət edərək ona dəyən maddi zərərin hazırda ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, oğlu Şahid 2020-ci ilin sentyabr ayının ortalarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət etməyə başlamış, daha sonra 2021-ci ilin yanvar ayının ortalarında xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilmiş, hazırda Müdafiə Nazirliyinin Laçın rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmətini davam etdirir, 24 oktyabr 2022-ci il tarixdə Şahid onunla mobil telefonla əlaqə saxlayaraq Müdafiə Nazirliyinin X8rkən tanış olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs tərəfindən xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirə biləcəyi barədə sonuncuya təklif aldığını, Təqsirləndirilən şəxs onunla bu məsələ ilə bağlı telefonda ətraflı danışmaq istədiyini bildirərək Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı nömrələrini ona vermişdir. O, Təqsirləndirilən şəxsla əlaqə saxladıqda Təqsirləndirilən şəxs oğlunu yaxından tanıdığını, Müdafiə Nazirliyinin Qusarda yerləşən N nömrəli hərbi hissəsində hərbi xidmətə gətirə biləcəyini bildirmiş, görüş yerini təyin etdikdən sonra 24 oktyabr 2022-ci il tarixdə saat 19-20 radələrində Təqsirləndirilən şəxsla N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin önündə görüşüb Şahid atası olduğunu demiş, Təqsirləndirilən şəxs səmimi söhbət edərək Şahid təlimə getdiyi vaxtdan tanıdığını, yaxın münasibətləri olduğunu və sonuncunun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişə biləcəyini demiş, o, əvvəlcə Təqsirləndirilən şəxs inanmamış, onun belə bir səlahiyyətinin olmadığını bilmiş, lakin Təqsirləndirilən şəxs Şahid xidmət yerini N nömrəli hərbi hissəyə dəyişmək səlahiyyəti olan vəzifəli şəxslərlə tanışlığı olduğunu bildirdikdə o, Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs ona bunun müqabilində həmin şəxslərə pul verməli olduğunu demiş, o, nə qədər pul lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs 4000 (dörd min) manat qarşılığında Şahid xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirə biləcəyini demiş, lakin o, qeyd olunan vəsaitin onda olmadığını dedikdə, Təqsirləndirilən şəxs narahat olmamasını oğlunu tanıdığı üçün 2200 manat məbləğində pul müqabilində Şahid N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin ediləcəyini söyləmişdir. O, hazırda həmin miqdarda pulunun olmadığını və pulu hissə hissə verə biləcəyini dedikdə, Təqsirləndirilən şəxs onunla razılaşaraq ondan ilkin olaraq 1500 (min beş yüz) manat pul tələb etmiş, o da həmin pulu verməyə razı olduğunu bildirmişdir. Bundan sonra o, 25 oktyabr 2022-ci il tarixdə saat 19-20 radələrində Təqsirləndirilən şəxsla N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin önündə görüşərək sonuncuya 1500 (min beş yüz) manat pulu təklikdə vermiş, Təqsirləndirilən şəxs Şahid xidmət yerinin 15 noyabr 2022-ci il tarixədək N nömrəli hərbi hissəyə dəyişəcəyini demişdir. Daha sonra 31 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Şahid xidmət yerini dəyişdirmək üçün vəzifəli şəxsin geri qalan 700 (yeddi yüz) manat pulu da tələb etdiyini deyib bir gün ərzində pulu çatdırmalı olduğunu bildirmiş və bundan sonra o, 01 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Qusar rayonunun Həsənqala kəndində yerləşən məscidin yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb 700 (yeddi yüz) manat pulu nağd şəkildə sonuncuya vermişdir. Lakin Şahid xidmət yeri dəyişdirilməmiş, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə oğlunun xidmət yerinin dəyişilməsi məsələsinin uzandığını bildirmiş, habelə aldığı pulları geri qaytarmaqdan yayınmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müracət edərək ona dəyən maddi zərərin hazırda ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu göstərmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi xüsustları təsdiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur; Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 Sumqayıt Hərbi prokurorluğuna ünvanlamış olduğu 29 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona oğlu Şahid xidmət yerini Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N nömrəli hərbi hissəyə dəyişdirəcəyini bildirib aldadaraq N (iki min iki yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 Sumqayıt Hərbi prokurorluğuna ünvanlamış olduğu 12 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ordu sıralarından tərxis olunmaması barədə vəd edib aldadaraq 1700 (min yeddi yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 30 iyul 2023-cü il tarixli “şübhəli şəxs qismində tanınma haqqında” qərardan məlum olur ki, X3 həmin tarixdə şüöhəli şəxs qisində tanınmış və həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2020-ci il tarixli 257 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborunun 1-ci minaatan batareyasının 2-ci taqımının 2-ci minaatanın komandiri vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2021-ci il tarixli 290 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi hissənin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 2-ci top komandiri vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 125 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək N aprel 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2022-ci il tarixli 102 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs1 Mustafa oğlu ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilərək 11 aprel 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş, içərisində özü və Təqsirləndirilən şəxs arasında baş tutmuş dialoqların səs yazısının olduğu 1 (bir) ədəd kompakt diskə və “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan danışıqların ekran görüntülərini əks etdirən 10 (on) ədəd fotoşəkilə baxış keçirilməsi haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, telefon danışığında (mübahisəli fonoqramlarda) hər ikisi kişi olmaqla iki diktorun dialoqu olmuş, səs müəlliflərindən biri Təqsirləndirilən şəxs olduğu ehtimal olunan (2-ci şəxs) şəxs digər diktorun (1-ci şəxsin) 2200 manat məbləğində pulunu almasını təsdiq etmiş, müxtəlif bəhanələr gətirməklə vədini yerinə yetirəcəyini bildirmişdir. 10 (on) ədəd fotoşəkildə (anlıq ekran görüntüsündə) ***-***-**-** nömrəsinə bağlı «Whatsapp» mobil tətbiqi vasitəsi ilə iki şəxs arasında yazışmaların aparılması təsvir olunmuş, yazışma aparan şəxslərdən birinin (2-ci şəxsin) telefon nömrəsinin «***-***-**-**» olması, həmin yazışmaların 24 oktyabr 2022-ci il və 25 oktyabr 2022 tarixlərində aparıldığı müəyyən edilmiş, 2-ci şəxs xidmət yerini Qusar rayonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi müqabilində 1-ci şəxsdən 2200 manat məbləğində pul tələb etmiş, həmçinin 1-ci şəxsdən atasının nömrəsini istəmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2023-cü il tarixli 4/508 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" elektron ödəmə terminalının qəbzinin surətindən görünür ki, 19 fevral 2022-ci il tarixdə saat 20:28-də ünvan 3 ünvanında yerləşən 21095 nömrəli "xxxx" ödəmə terminalı vasitəsi ilə Kapital Bank ASCdə açılmış “M***** U***** E*****”-yə məxsus bank hesabına 1700 manat məbləğində pul vəsaiti göndərilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş daxil olmuş 2 (iki) ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 24 oktyabr 2022-ci il tarixdə saat 18:27-də, 18:28-də və 19:14-də, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 31 oktyabr 2022-ci il tarixdə saat 21:30-da, 27 dekabr 2022-ci il tarixdə saat 15:42-də və 15:46-da çoxsaylı zənglər aparılmışdır. Həmin zənglərin hər birinin anten dairəsi məlumatlarına əsasən zəng edən və edilən şəxslərin qeyd olunan telefon danışıqlarının aparıldığı vaxtlarda həmin nömrələrin olduğu mobil telefon aparatları ərazi olaraq Qusar rayonunda yerləşən antenlərin (şanların) əhatəsində olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid istifadəsində olan ***-***-**- ** saylı nömrə arasında 24 oktyabr 2022-ci il tarixdə saat 16:50-də, 17:01-də, 17:04-də 17:21-də, 25 oktyabr 2022-ci il tarixdə saat 09:28-də, 27 oktyabr 2022-ci il tarixdə, 28 oktyabr 2022-ci il tarixdə, 31 oktyabr 2022-ci il tarixdə, 1-2 noyabr 2022-ci il tarixlərdə çoxsaylı zənglər aparılmışdır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə sistemindən əldə olunaraq cinayət işinin materialların əlavə olunmuş, sənəddən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladı vardır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 1700 (min yeddi yüz) manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan N (iki min iki yüz) manat təşkil edir. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində maddi ziyan ödənilməmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət törətməsi, himayəsində bir azyaşlı övladının olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Xocavənd, Füzuli, Cəbrayı rayonlarının işğaldan azad edilməsi döyüşlərində iştirak etdiyini, bu döyüşlərdə fərqləndiyi üçün “Xocavəndin azad olunmasına görə”, “Füzulin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini cəzanın tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyəti yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və əsasldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun olaraq cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən gün ərzində saat 23.00-dan 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadın yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqana iş ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əmlak müsadirəsi tətbiq oluna bilməz. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd, Azerfon» MMC-dən daxil olmuş bir ədəd və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd olmaqla ümumilikdə 3 ədəd CD disk, 10 (on) ədəd ekran görüntüsünü əks etdirən fotoşəkillər və "xxxx" ödəmə terminalına məxsus qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə-fonoskopik ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 346, 347, 349, 351-353cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən gün ərzində saat 23.00-dan 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadın yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqana iş ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə zərərçəkmiş şəxslərə mülki iddialarını mülki icraat qaydasinda vermələri izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd, Azerfon» MMC-dən daxil olmuş bir ədəd və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd olmaqla ümumilikdə 3 ədəd CD disk, 10 (on) ədəd ekran görüntüsünü əks etdirən fotoşəkillər və "xxxx" ödəmə terminalına məxsus qəbz cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə məhkəmə-fonoskopik ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat təşkil edən məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar