Məhkəmə qərarları › İş №1-1(093)-164/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-164/2023

05.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-164/2023 05.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxx 1997-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuş, həmin kənddə daimi qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə taborunun fəxri qarovul və mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətdə olan zaman xx.xx.N23-cü il tarixdə saat 08-də yaşadığı ünvan 1 ünvanından xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməli olduğu halda, üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, yalnız xx.xx.N23-cü il tarixdə saat 16:30-da xidmət yerinə gəlməklə üzrlü səbəblər olmadan xidmət yerinə bir aydan artıq, lakin üç aydan çox olmayaraq vaxtında qayıtmamışdır. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə xidmətdə olan zaman xx.xx.N23cü il tarixdə saat 08-də yaşadığı ünvan 1 ünvanından xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməli olduğu halda, üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, yalnız sat xx.xx.N23-cü il tarixdə saat 16:15-də xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan xidmət yerinə on gündən artıq, lakin bir aydan çox olmayaraq vaxtında qayıtmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, N19-cu ilin iyul ayından etibarən N nömrəli hərbi hissədə xidmət etmiş, N23-cü ilin aprel ayında anası X1 xəstəliyi ilə əlaqədar olaraq xidmət yerinə getməməyə başlamışdır. Belə ki, onun anası Billurə Hüseynovanın beyin qan–damar sistemində damar sıxlığı olması səbəbindən o, həmin dövrdən başlayaraq Göyçay rayonu Potu kəndinə onun yaşadığı ünvana mütəmadi olaraq gedib gəlmiş, bəzi günlərdə də həkimə aparmaq və qayğısına qalmaq üçün özü ilə birlikdə Bakı şəhərinə yaşadığı ünvana gətirmiş, buna görə də xx.xx.N23-cü il tarixdən xx.xx.N23-cü il tarixədək, xx.xx.N23-cü il tarixdən xx.xx.N23-cü il tarixədək xidmət yerinə gəlməmişdir. Xidmət xidmət yerinə getmədiyi dövrlərdə anasının müalicəsi ilə məşğul olmuş, əvvəlcədən məzuniyyətə buraxılması üçün xidmət etdiyi hərbi hissənin komandanlığına məlumat verməmiş və məzuniyyətə buraxılmaq üçün rəsmi qaydada müraciət etməmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, sənədlər və digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Şahid1 Müşviq oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən N22-ci ildə xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdən xx.xx.N23-cü il tarixədək, xx.xx.N23-cü il tarixdən xx.xx.N23-cü il tarixədək xidmət yerinə gəlməmiş, xidmət yerinə gəlməməsinin səbəbini gah ailəsində olan problemlərlə, gah xidmət yerinə gəlmək üçün yol pulunun olmaması ilə əlaqələndirmişdir. Şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin zabitləri, baş leytenant Şahid2, baş leytenant Şahid3, baş leytenant Şahid4 və məhkəmə zamanı ifadəsi elan edilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid5 da mahiyyəti üzrə oxşar məzmunlu ifadələr verərək Şahid1 qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N19-cu il tarixli 224 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 3 il müddətində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul olunaraq N nömrəli hərbi hissənin mühafizə taborunun fəxri qarovul və mühafizə bölüyünün fəxri qarovul taqımının fəxri qarovul manqasının baş atıcısı vəzifəsinə təyin edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel N21-ci il tarixli 132 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mühafizə taborunun fəxri qarovul və mühafizə bölüyünün fəxri qarovul taqımının fəxri qarovul manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş həqiqi hərbi xidmətin uzadılması haqqında bağlaşmanın surətindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi xidmətinin 1 il müddətində, yəni xx.xx.N23-cü il tarixədək uzadılması ilə bağlı bağlaşma imzalamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, 1N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyinə görə xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, 162 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə saat 16:30-da xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, 174 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyinə görə xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, N0 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N23-cü il tarixdə saat 16:15-də xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.N23cü il tarixli, 6462 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Qaradağ rayon Polis İdarəsindən göndərilməklə cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Bakı Hərbi Məhkəməsinin 24 iyul N23-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının, az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə isə azadlıqdan məhrum etmə cəzasının təyin olunması qanuni olardı. Bununbla belə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N03-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilərək təqsrli bilinəcək Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddən də az cəza təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hər iki maddə ilə təyin ediləcək cəzalara münasibətdə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 333.3-cü maddəsi ilə 5 (beş) faiz pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, CM-in 333.4-cü maddəsi ilə Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq edilməklə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar