Məhkəmə qərarları › İş №1-1(093)-165/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-165/2023

24.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-165/2023 24.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri Femida vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx N01-ci il tarixdə Yardımlı rayonu Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Yardımlı rayonu Zevin kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu Könüllü qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tədris bölüyünün 2-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun kəşfiyyatçı qumbaraatanı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin tədris bölüyünün 2-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun kəşfiyyatçı qumbaraatanı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən 11 aprel N23-cü il tarixdə xidmət yerinə çıxmayıb Bakı şəhərinə gələrək xidmət yoldaşı vasitəsilə mobil nömrəsini əldə edərək tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” adlı mülki vətəndaşdan həmin tarixdə saat 15 radələrində məzmunu həqiqətləri əks etdirməyən və yalan məlumatlar daxil olunmaqla qanunsuz hazırlanmış hüquq verən sənədi, yəni N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış və onun fotoşəkli yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə SQ 0058294” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş sənədi və eyni məzmunda gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş 10 aprel N23-cü il tarixli arayışı Bakı şəhəri Yasamal rayonu X8 küçəsində yerləşən "xxxx" ASC-nin “Asan-3” filialının qarşısında əldə etdikdən sonra həmin vaxt qeyd olunan sənədlərin saxta olduğunu bilə-bilə kredit götürmək məqsədilə "xxxx" ASC-nin “Asan-3” daxil olmaqla bank əməkdaşına təqdim edərək biləbilə saxta sənəddən istifadə etmiş, lakin bank əməkdaşları tərəfindən həmin şəxsi vəsiqənin həqiqəti əks etdirməyən saxta sənəd olması aşkar edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, N23-cü ilin aprel ayının əvvələrindən etibarən bankdan kredit götürmək qərarına gələrək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara banklar tərəfindən az məbləğdə kredit pul verildiyini bildiyindən köməklik etməsi üçün 10 aprel N23-cü il tarixdə xidmət yoldaşından əldə etdiyi 099 *** ** ** saylı mobil nömrəyə zəng vuraraq əlaqə saxlamışdır. Həmin şəxs özünü “Əsgər” adlı şəxs kimi təqdim etmiş, danışıq zamanı sonuncuya mobil nömrəsini haradan əldə etdiyini dedikdən sonra kredit götürmək istədiyini bildirmişdir. “Əsgər” adlı şəxs onun harada və hansı rütbədə xidmət etdiyini öyrəndikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara banklar tərəfindən kredit verilmədiyini qeyd etməklə bu məsələdə ona köməklik edə biləcəyini demiş, hansı formada köməklik edəcəyini soruşduqda həmin şəxs adını demədiyi tanışının guya onun gizir kimi xidmət etməsi barədə saxta qeydlərin olduğu şəxsi(xidməti) vəsiqə və arayışı hazırlayacağını və həmin saxta sənədlər əsasında kredit götürə biləcəyini, həmin saxta sənədlər əsasında bankdan kreditə pul götürəcəyi təqdirdə həmin məbləğin müəyyən bir qismini ona verməli olduğunu demiş, o, da, “Əsgər”in təklifi ilə razılaşmış, şəxsiyyət vəsiqəsi və xidməti vəsiqəsinin hər səhifəsinin şəklini həmin gün “vatsapp” proqramı vasitəsilə “Əsgər”ə göndərmişdir. 11 aprel N23-cü il tarixdə xidməti “Əsgər” adlı şəxsin göstərişi ilə taksi vasitəsilə Bakı şəhərinə yola düşmüş, “Əsgər” onun fotoşəklini istədiyi üçün Gəncə şəhərində fotoşəklini çəkdirərək sonuncuya göndərmişdir. Həmin gün təxminən günorta saat 14 radələrində Bakı şəhərində “N Yanvar” metrostansiyasının yaxınlığında taksidən enmiş, həmin vaxt “Əsgər” adlı şəxs ona zəng edərək "xxxx" ASC-in Asan-3 filialının yanında olduğunu dediyindən həmin ünvana gedərək orada “Əsgər” adlı şəxs ilə görüşmüş, “Əsgər” adlı şəxs gizir kimi xidmət etməsi ilə bağlı saxta şəxsi vəsiqəni və arayışı ona təqdim edərək bank əməkdaşı ilə danışarkən hansı formada danışmalı olduğu barədə təlimatlandırmağa başlamış və kredit rəsmiləşdirməsini həyata keçirəcək olan bank əməkdaşına soruşacağı halda yalandan gizir kimi, taqım komandirinin müavini vəzifəsində xidmət etdiyini deməsinə dair tapşırıq vermişdir. Banka daxil olmamışdan öncə “Əsgər”in verdiyi həmin saxta şəxsi vəsiqəyə və arayışa nəzər yetirmiş və hər iki sənəddə gizir kimi xidmət etməsi barədə saxta qeydlər edilməsinin şahidi olmuşdur. Bundan sonra “Əsgər” adlı şəxin yanında gəlmiş adını bilmədiyi digər şəxslə birlikdə ASAN-3 Mərkəzinin daxilində yerləşən Beynəxlaq Bank ASC-nin filialına daxil olmuş, şəxsən növbə götürmüş, növbəsi çatdıqdan sonra adını bilmədiyi bank əməkdaşına tək yaxınlaşmış və kredit götürmək istədiyini bildirmişdir. Həmin bank əməkdaşına saxta şəxsi vəsiqəni və arayışı, bundan əlavə şəxsiyyət vəsiqəsinin əslini təqdim etmiş, həmin bank əməkdaşı sənədlərinə baxdıqdan sonra həqiqətən gizir olub-olmadığını soruşduqda o təsdiqləyərək gizir kimi N nömrəli hərbi hissədə xidmət etdiyini söyləmişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra bank əməkdaşı ona xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlamağın mümkün olub-olmamasını soruşmuş, özü də heç bir problemin olmadığı deyərək etiraz etməmişdir. Bundan sonra “Əsgər” adlı şəxs ilə əlaqə saxlayaraq bank əməkdaşının xidmət etdiyi hərbi hissə ilə maraqlanmaq istədiyini dedikdə sonuncu dərhal sənədləri götürüb bankın ərazisini tərk etməyini ondan tələb etmiş, daha sonra bank əməkdaşına yaxınlaşaraq verdiyi saxta şəxsi vəsiqəni və arayışı, həmçinin şəxsiyyət vəsiqəsinin əslini götürərək bankı tərk etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsindən əlavə şahid ifadələri, ekspert rəyi, maddi sübut və digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş, "xxxx" ASC-in Sumqayıt şəhər filialının baş mütəxəssisi, Şahid2 göstərmişdir ki, 11 aprel N23-cü il tarixdə saat 15-16 radələrində Təqsirləndirilən şəxs həmin dövrdə işlədiyi "xxxx" ASC-in Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Asan-3 şöbəsinə daxil olub ona yaxınlaşaraq şəxsi vəsiqə, xidmət yerindən arayış və şəxsiyyət vəsiqəsini təqdim etməklə hərbi qulluqçu olduğunu, gizir kimi xidmət etdiyini və kredit götürmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mülki geyimdə olmuş, bundan sonra o Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi(hərbi) vəsiqəyə və arayışa nəzər yetirmiş və həmin sənədlərdə sonuncunun gizir kimi xidmət etməsi barədə qeydlərin olduğunu görmüşdür. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular və gizirlər tərəfindən saxta sənəd əsasında kredit götürmə halları geniş vüsət aldığından həmin kateqoriya müştərilərin kredit rəsmiləşdirmə prosseslərinə çox həssas yanaşdıqları üçün Təqsirləndirilən şəxs hərbi xidməti ilə əlaqədar suallar verərək sonuncunun həqiqətən də gizir olub-olmamasını soruşmuş və Təqsirləndirilən şəxs qətiyyətlə gizir kimi xidmət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi vəsiqə və arayışa baxdıqda həmin sənədlərin saxta olmasından bir qədər şübhələnmişdir. Çünki sözügedən sənədlərin ümumi tərtibatı, həmçinin sənəddə olan yazıların forması bir qədər fərqli olmuş və bu barədə bankın X3 Depatamentinin əməkdaşı Şahid1 də məlumat vermişdir. Bununla belə, yenə də dəqiqləşdirmək məqsədilə, həmçinin bankın daxili prossedurlarına uyğun olaraq Təqsirləndirilən şəxs əmək haqqı kartından çıxarışını və Azərbaycan Kredit Bürosundan sorğulamanı əldə edib şəxsiyyət vəsiqəsinin, şəxsi vəsiqəsinin və arayışın surətlərini çıxardaraq qeyd olunan sənədləri skan etməklə sistemə yükləmiş və həmin sənədləri təhlil edilməsi üçün aidiyyəti üzrə Bankın X3 Departamentinə yönləndirmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs ondan kredit rəsmiləşdirilməsi posessinin hansı yerdə qalması baradə maraqlandıqda sonuncuya bir qədər gözləməli olduğunu, məlumat əldə edən kimi bu barədə deyəcəyini bildirmişdir. Bundan sonra Bankın X3 Departamentinin kreditlərin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi F.Tanrıverdıyev onunla əlaqə saxlayaraq özünün də Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi vəsiqə və arayışın saxta olmasından şübhələndiyini qeyd etmiş və Təqsirləndirilən şəxs gözləməsini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlanılmasının mümkün olubolmamasını soruşduqda sonuncu təsdiq edərək heç bir problemin olmadığını, xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlaya biləcəklərini söyləmişdir. Həmin danışıqdan qısa müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq təqdim etdiyi sənədləri geri qaytarmasını tələb etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi vəsiqəni, arayışı və şəxsiyyət vəsiqəsini qaytarmışdır. Daha sonra Şahid1 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs barəsində tanışları vasitəsilə maraqlandığını və sonuncunun xidmət etdiyi hərbi hissədə gizir kimi deyil, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, təqdim etmiş olduğu şəxsi vəsiqə və arayışın saxta olduğunu söyləmişdir. İş üzrə şahid qismində dindirilmiş, "xxxx" ASC-in X3 Departamentinin kreditlərin ayderraytingi şöbəsinin aparıcı mütəxəssisi Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 11 aprel N23-cü il tarixdə kredit götürmək məqsədilə Beynəlxalq Bank ASC-in Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Asan-3 şöbəsinə yaxınlaşmışdır. Həmin vaxt Şahid2 Təqsirləndirilən şəxs kredit rəsmiləşdirilməsi həyata keçirən zaman sonuncunun təqdim etdiyi sənədləri PBM (daxili əlaqə sistemi) vasitəsilə ona göndərmiş və bundan əlavə özü ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi vəsiqə və arayışın saxta olmasından şübhələndiyini bildirmişdir. Özünün vəzifəsi həmin sənədləri təhlil etmək və təsdiq etməkdən ibarət olmuş, bundan sonra təqdim olunan sənədlərə nəzər yetirdikdə özü də həmin sənədlərin ümumi tərtibatı və orada olan yazıların fərqli olması səbəbindən həmin sənədlərin saxta olduğunu düşünmüşdür. Həmin sənədlərdə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi öz əksini tapmışdır. Bundan sonra bu barədə Şahid2 məlumat vermiş və Təqsirləndirilən şəxs gözləməsini söyləmişdir. Daha sonra tanışları vasitəsi ilə məlumat əldə edərək Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissədə gizir kimi deyil, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini öyrənmiş və bu barədə də Şahid2 məlumat vermişdir. Təqsirləndirilən şəxs kredit götürmək məqsədilə saxta sənədlər təqdim etdiyindən sonuncuya kredit verilməsindən imtina edilmiş və bu barədə xidmət etdiyi hərbi hissəyə məlumat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən təqdim olunan məktubdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs AD-0058294 nömrəli “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi” verilmişdir. Baxış keçirilməsi haqqında 1 iyun N23-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına hazırlanan “SQ” seriyalı “0058294” nömrəli şəxsi vəsiqənin foto yerində onun «gizir» hərbi rütbəli fotoşəkli yapışdırılmaqla doğulduğu gün, ay, il qrafasının önündə qələm ilə xx xxxxxxxx N01-ci il sözləri, “Şəxsi imza” qarafasının önündə imza çəkilmiş və N nömrəli hərbi hissənin möhürü vurulmuşdur. Şəxsi vəsiqənin 2-ci səhifəsində ən yuxarı hissədə “SQ № 0058294”, anadan olduğu yer Yardımlı rayonu, milliyyəti azərbaycanlı, vəsiqəni verən N saylı hərbi hissə, vəsiqəni verən vəzifəli şəxsin imzası N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant, həmin qrafanın önündə imza çəkilmiş, N nömrəli hərbi hissənin möhürü vurulmuşdur. Vəsiqənin verilmə tarixi qələm ilə 12 aprel N22-ci il yazılmışdır. Vəsiqənin 3-cü səhifəsində verilmiş hərbi rütbələr qrafasının önündə Az-n Res-sı Müd Naz-nin 1-ci müavini SQBR-nın 16 aprel N22-ci il tarixli N21 nömrəli əmri ilə gizir hərbi rütbəsi verilib, N nömrəli h/h komandiri p-k/l-nt sözləri yazılaraq imza çəkilmiş və hərbi hissənin möhürü vurulmuşdur. Bundan başqa xx.xx.N23-cü il tarixli saxta arayışda yuxarda sol künc hissədə hərbi hissəyə məxsus ştamp vurularaq qələmlə xx.xx.N23-cü il, 171/2 nömrəli Şəmkir rayonu sözləri yazılmış, Təqsirləndirilən şəxs gizir kimi xidmət etməsi qeyd olunmuş, yekunda N nömrəli hərbi hissə komandiri P-k/l-nt qrafasının önündə imza çəkilməklə Zaur Rüstəmov, şəxsi heyətin üçotu bölməsinin rəisi, mayor qrafasınında önündə imza icra edilməklə Ramil Manafov sözləri yazılmış və hərbi hissəyə məxsus ştamp vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 16 iyun N23-cü il tarixli 4/1012-5/834 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, SQ seriyalı ******* nömrəli şəxsi vəsiqənin kserosurətinin 2-ci vərəqində “polkovnik leytenant” sözlərinin qarşısında əks olunmuş imza və həmin vəsiqənin 3-cü vərəqinin kserosurətində “p-k/l-nt” sözlərinin qarşısında əks olunmuş imza, N nömrəli hərbi hissənin adından Azərbaycan Beynəlxalq Bankının adına olan xx.xx.N23-cü il tarixli 171/2 nömrəli arayışın kserosurətində “Zaur Rüstəmov” yazılarının qarşısında əks olunmuş imza – X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda, həmin arayışın kserosurətində “Ramil Manafov” yazılarının qarşısında əks olunmuş imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. SQ seriyalı ******* nömrəli şəxsi vəsiqənin və xx.xx.N23-cü il tarixli 171/2 nömrəli arayışın reproqrafik surətlərinin üzərlərində olan “HƏRBİ HİSSƏ 567” məzmunlu möhür əksinin təsvirləri eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. "xxxx" MMC-dən təqdim olunan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********01 saylı mobil nömrənin anten əhatə dairəsinə əsasən sonuncu 10 aprel N23-cü il tarixdə və 11 aprel N23-cü il tarixdə təxminən saat 08 radələrinədək Şəmkir rayonu ərazisində olmuşdur. Həmin saatdan etibarən isə qeyd olunan mobil nömrənin anten əhatə dairəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhərinə ərazisinə doğru hərəkətdə olduğu görünür. Təqsirləndirilən şəxs istifadəsində olan **********01 saylı mobil nömrənin anten əhatə dairəsinin 11 aprel N23cü il tarixdə saat 14:30 və 15:44-də "xxxx" ASC-in ASAN-3 şöbəsinin yerləşdiyi ünvan 1 ünvanında olduğu görünür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N23-cü il tarixli 39 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs tədris bölüyünün 2-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun kəşfiyyatçı qumbaraatanı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “Qubadlının və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını və əmələrli nəticəsində maddi ziyanın yaranmadığını da, nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ona görə də, məhkəmə, işin şərh edilən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halı nəzərə alaraq barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-in 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-in 50.1ci maddəsi). Buradan göründüyü kimi, hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-in 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-in 50.3-cü maddəsi). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 3N.2-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. İş üzrə maddi sübut kimi tanınmış SQ ******* nömrəli Təqsirləndirilən şəxs adına olan gizirin saxta şəxsi vəsiqəsi və 10 aprel N23-cü il tarixli saxta arayışın kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. N0 (iki yüz) manat təşkil edir (məhkəmə-xətşünaslıq xərcləri) İş üzrə məhkəmə xərcləri təşkil etmiş N0 (iki yüz əlli) manat (məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə) təqsirləndirilən şəxsdən tutularaq X1 hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə ona aylıq pul təminatından 5 % (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış SQ ******* nömrəli Təqsirləndirilən şəxs adına olan gizirin saxta şəxsi vəsiqəsi və 10 aprel N23-cü il tarixli saxta arayışın kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri təşkil etmiş N0 (iki yüz əlli) manat (məhkəmə-xətşünaslıq ekspertizası üzrə) Təqsirləndirilən şəxs tutularaq X1 hesabına köçürülsün. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar