Məhkəmə qərarları › İş №1-1(093)-166/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-166/2024

28.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-166/2024 28.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aysel Nuri İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx N03-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Poylu qəsəbəsində daimi qeydiyyatda olmaqla Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-cü taborunun 2-ci bölüyünün 4-cü taqımının kəşfiyyatçıradiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli 1N0 nömrəli telefonaqrammasına əsasən N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli 126 nömrəli əmri ilə N aprel N24-cü il tarixdən 28 iyul N24-cü il tarixədək Müdafiə Nazirliyinin Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunmuş, həmin hərbi hissədə ezamiyyətdə olarkən N may N24-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N may N24-cü il tarixdə saat 07:00-da hərbi hissəyə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, N nömrəli hərbi hissə komandirinin N iyun N24-cü il tarixli 162 nömrəli əmri ilə ordu sıralarından ehtiyyata buraxıldığı üçün həmin tarixdə şəxsi heyətin siyahısından çıxarılmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 28 iyul N24-cü il tarixədək Müdafiə Nazirliyinin Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunmuş, həmin hərbi hissədə ezamiyyətdə olarkən N may N24-cü il tarixdə saat 19:00-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N may N24-cü il tarixdə saat 07:00-da hərbi hissəyə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış N nömrəli hərbi hissə komandirinin N iyun N24-cü il tarixli 162 nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxıldığı üçün həmin tarixdə şəxsi heyətin siyahısından çıxarılmaqla üzrlü səbəblər olmadan 10 gündən artıq, lakin 1 aydan çox olmayan müddətə xidməti yerinə vaxtında qayıtmamışdır. Onun hərbi hissəni özbaşına tərk etməsinə səbəb şəxsi və ailəvi problemləri olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, N nömrəli hərbi hissədə olan digər hərbi qulluqçularla onun arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. O, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 Fərhad oğlu bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-cü bölüyünün komandiridir, baş leytenantdır. 01 may N24-cü il tarixdə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezam olunmuşdur. Ezamiyyətdə olarkən, N nömrəli hərbi hissəyə ezam olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- əsgər Təqsirləndirilən şəxs N may N24-cü il tarixdə saat 19:00-da ezamiyyətdə olduğu N nömrəli hərbi hissədən ayrılmış və N may N24-cü il tarixdə saat 07:00-da xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, sonradan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ordu sıralarından ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığı vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş və hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş (hərbi xidməti ilə bağlı məhkəmə iclasında iştirakı təmin edilməmişdir) şahid-Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezam olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 3cü taqımının komandiri, baş leytenant Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid1 Fərhad oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli 126 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli 1N0 nömrəli telefonaqrammasına əsasən Təqsirləndirilən şəxs N aprel N24-cü il tarixdən 28 iyul N24-cü il tarixədək N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmiş, qazan təminatından çıxarılmış və ərzaq attestatı ilə təmin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N24-cü il tarixli 133 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər vəzifəsinə təyin edildiyindən N aprel N24-cü il tarixdən ezamiyyətə gəlmiş hesab edilmiş və xüsusi norma üzrə qazan təminatına qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ezamiyyətdə olan 6-cı taborun 2-ci bölüyün komandiri, baş leytenant Şahid1 N may N24-cü il tarixli raportundan görünür ki, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N may N24-cü il tarixdə saat 07:00-da xidməti yerinə çıxmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may N24-cü il tarixli 145 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N may N24-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlmədiyi üçün ezamiyyətə gələnlərin siyahısından çıxarılıb xidmət yerini özbaşına tərk edənlərin siyahısına daxil edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 19 iyun N24-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun N24-cü il tarixli 162 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 4-cü taqımının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kərimli X2 Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N24-cü il tarixli 031əç nömrəli əmri ilə ehtiyata buraxıldığına görə N iyun N24-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətinə daxilolma haqqında N23-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə, yəni N26-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 31 may N24-cü il 5419 nömrəli arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin imzaladığı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr N23-cü il tarixdən N sentyabr N23-cü il tarixədək Laçın rayonu istiqamətində keçirilən antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, ilk dəfə cinayət əməli törətməsini, 19 sentyabr N23-cü il tarixdən N sentyabr N23-cü il tarixədək Laçın rayonu istiqamətində keçirilən antiterror əməliyyatlarında iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N03-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N17-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzalarından biri təyin edilməlidir. Ordu sıralarından tərxis edildiyi üçün ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilə bilməz, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Eyni zamanda, törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir. Çünki onun tərətdiyi əməl üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamadır. O artıq tərxis edilmişdir, hərbi xidmətdə deyildir. Beləliklə, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, işin hallarını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni, həmçinin onun 19 sentyabr N23-cü il tarixdən N sentyabr N23-cü il tarixədək Laçın rayonu istiqamətində keçirilən antiterror əməliyyatlarında iştirak etməsini nəzərə alır və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək X1 ordu sıralarından ehtiyata tərxis edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara 03 may N18-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 150 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar