Məhkəmə qərarları › İş №1-1(093)-168/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-168/2025

18.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-168/2025 18.09.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: XN iştirakları ilə, 01 avqust 1987-ci il tarixdə Ağdam rayonunun Güllücə kəndində anadan olmuş və Ağdam rayonunun Güllücə kəndində daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Mirbəşir Qasımov N ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin sabiq zabiti, barəsində 06 avqust N0N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ehtiyatda olan baş leytenant XN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X7 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirərək dələduzluq etmişdir. Belə ki, X1 Sərhəd Xidmətinin X3 rayonunun Göytəpə şəhərində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyü komandirinin mənəvi-psixioloji hazırlıq üzrə müavini vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən 03 avqust N0N3-cü il tarixdə əvvəllər tanıdığı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Zərərçəkmiş şəxs ilə telefonla danışan zaman sonuncunun arvadının, yəni Şahid1 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında işə qəbul olunmaq arzusunda olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Şahid1 sözügedən hospitalda işə qəbul edilməsinə heç bir köməklik etmək niyyətində olmadığı halda öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə sonuncuya geniş əlaqələrə malik olmaqla, Dövlət Sərhəd Xidmətində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışına 6500 (altı min beş yüz) manat məbləğində pulun guya özünün vasitəsilə çatdırılması müqabilində Şahid1 qısa müddət ərzində sözügedən hospitalda işə başlayacağına dair yalan vəd verib, Zərərçəkmiş şəxs özünə inandırmaqla razılığını almışdır. Bundan sonra onunla aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs 04 avqust N0N3-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda olarkən onun gündəlik istifadəsində olan “Tam Kart”-a aid 41N7-N093-0306-3744 nömrəli bank kart hesabına əvvəlcə 1500 (bir min beş yüz) manat pul köçürmüş, bunun ardınca N0N3-cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə müvafiq olaraq Bakı şəhəri “Xətai” metrostansiyası yaxınlığında görüşərək 1500 (bir min beş yüz) manat, üzərindən bir neçə gün keçdikdən sonra, yəni təxminən N0N3-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, “Neftçilər” metrostansiyası yaxınlığında görüşərək N000 (iki min) manat məbləğində pulu nağd şəkildə sonuncudan almış, daha sonra Zərərçəkmiş şəxs tərəfindən N3 oktyabr N0N3-cü il tarixdə 950 (doqquz yüz əlli) manat, N0N3-cü ilin oktyabr ayının sonlarında müvafiq olaraq 300 manat, 100 manat, 50 manat, 50 manat və 50 manat pulun özünün istifadəsində olan “Tam Kart”-a aid 41N7-N093-0306- 3744 nömrəli bank kart hesabına köçürülməsinə nail olaraq həmin məbləğləri nağdlaşdırmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 6500 (altı min beş yüz) manat məbləğində pul almış, lakin vədi üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 178.N.3 və 178.N.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tanışının oğlu əsgər X4 müddətli həqiqi hərbi xidmətini keçmək üçün Daxili Qoşunların hərbi hissəsinə göndərilmişdir. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs zəng edərək əsgər T.Abdullayevin tanışı olduğunu və sonuncudan muğayat olmasını xahiş etmişdir. Bundan sonrakı dövrlərdə o, tez-tez Zərərçəkmiş şəxs ilə telefonda zəngləşərək T.Abdullayevin xidmətinin necə getməsi ilə maraqlanmış, eləcə də o, bir neçə dəfə Zərərçəkmiş şəxs ilə Bakı şəhərində görüşmüşdür. N0N3-cü ilin təxminən iyul ayında o, Bakı şəhərində yenidən tanışı Zərərçəkmiş şəxs ilə görüşmüş, söhbət əsnasında Dövlət Sərhəd Xidmətində xidmət edən vəzifəli tanışının vasitəsilə bir neçə dəfə əsgərlərin xidmət yerlərini dəyişdiyini və bu kimi bir çox işlər gördüyünü Zərərçəkmiş şəxs söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs arvadı Şahid1 Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hər hansı bir işlə təmin etmək imkanlarının olub-olmadığını ondan soruşmuşdur. Həmin ərəfələrdə ona maddi ehtiyaclarına görə müəyyən məbləğdə pul lazım olmuşdur. O, bundan sonra pul əldə etməkdən ötrü yalandan Dövlət Sərhəd Xidmətində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi tanışı ilə danışacağını və daha sonra bu barədə məlumat verəcəyini söyləmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra o, Zərərçəkmiş şəxs zəng edərək tanışı olan vəzifəli şəxslə danışdığını və arvadını Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında işlə təmin edə biləcəklərini söyləmişdir. Zərərçəkmiş şəxs görüləcək işin qarşılığında neçə manat verəcəyini ondan soruşmuş o, bu işin görüləcəyi təqdirdə 6000 manat xərcinin çıxacağını Zərərçəkmiş şəxs demişdir. 03 avqust N0N3-cü il tarixdə axşam radələrində o, Zərərçəkmiş şəxs ilə telefonda danışarkən arvadını Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında kargüzar kimi işə düzəldəcəyini, adı çəkilən şöbədə ancaq qadınların çalışdığını, əmək haqqının təxminən 900 manat civarında olduğunu və iş rejiminin əlverişli olduğunu demişdir. Zərərçəkmiş şəxs həmin gün ona zəng edərək iş məsələsinin həlli ilə bağlı razı olduğunu, lakin danışıb razılaşdığı 6000 manat məbləğində pulu ona birdəfəlik vermək iqtidarında olmadığını bildirmişdir. Bundan sonra o, sözügedən məbləği hissə-hissə vermək imkanlarının olduğunu da Zərərçəkmiş şəxs söyləmiş, sonuncu isə onun bu güzəştli təklifi ilə razılaşmışdır. Bundan başqa o, tanışı olan vəzifəli şəxsin işə başlaması üçün ilkin olaraq 1500 istədiyini Zərərçəkmiş şəxs bildirmişdir. O, həmçinin inandırıcı olsun deyə narahat olmamasını, özünün Dövlət Sərhəd Xidmətinin zabiti olduğunu və bundan başqa iş məsələsinin alınmayacağı təqdirdə verdiyi pulları geri qaytaracağını Zərərçəkmiş şəxs söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs tərəfindən Elmir Abdullayevin kart hesabına 1500 manat məbləğində pul köçürülmüşdür. Bundan sonra o, daha da inandırıcı olsun deyə Zərərçəkmiş şəxs Şahid1 işə qəbul olunması üçün lazım olan zəruri sənədlərin siyahısını təqdim etmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng edərək işə qəbulla bağlı sənədləri topladığını və ona təqdim etmək istədiyini söyləmişdir. O, xidmət etdiyi Cəlilabad rayonunda olduğunu və bu səbəbdən həmin sənədləri ona çatdırması üçün tanış adamın nömrəsini verəcəyini Zərərçəkmiş şəxs söyləmişdir. O, bu məqsədlə anasının xalası oğlu ŞahidN zəng edərək Yusif adlı iş yoldaşında sənədlərin olduğunu və həmin sənədləri sonuncudan götürmək lazım olduğunu söyləmişdir. Bundan sonra o, ŞahidN mobil nömrəsini Zərərçəkmiş şəxs verərək sonuncu ilə əlaqə saxlamasını və görüşərək həmin sənədləri ŞahidN verməsini söyləmişdir. Üzərindən təxminən 1-N saat keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng edərək sənədləri ŞahidN verdiyini söyləmişdir. Bunun ardınca ŞahidN ona zəng edərək sənədləri Yusifdən götürdüyünü və kimə verəcəyini ondan soruşmuşdur. O, sənədləri özündə saxlamasını və Bakı şəhərinə gəldiyi zaman sənədləri götürəcəyini söyləmişdir. Beləcə üzərindən 10 gün keçdikdən sonra o, məzuniyyətlə bağlı Bakı şəhərinə gəlmiş və ŞahidN ilə görüşərək Şahid1 aid sənədləri götürmüşdür. Bundan sonra o, N0N3-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs ilə görüşərək əlbəəl 1500 manat, üzərindən bir neçə gün keçdikdən sonra, yəni təxminən N0N3-cü ilin sentyabr ayının sonlarında kafelərdən birində görüşərək əlbəəl olaraq N000 manat məbləğində pul almışdır. Bundan sonra N3 oktyabr N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs göndərdiyi kart hesabına 950 manat, ardınca N0N3-cü ilin oktyabr ayının sonlarında müxtəlif vaxtlarda müvafiq olaraq onun kart hesabına 300 manat, 100 manat, 50 manat, 50 manat və 50 manat pul göndərmişdir. Beləliklə, o, guya Ü.X1N Xidmətinin hospitalında xidmətə qəbul etdirmək adı ilə Zərərçəkmiş şəxs ümumilikdə 6500 manat məbləğində pul almışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun dələduzluq əməllərini başa düşdükdən sonra zəng edərək verdiyi pulları ondan geri tələb etmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək işə düzəltmək vədi ilə 6500 manat alaraq ona qarşı dələduzluq etdiyini qeyd etmişdir. Hazırda onun tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərər tam şəkildə ödənilmişdir. Elmir Abdullayev törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq zabiti, baş leytenant X8 N0N3-cü ilin aprel ayının əvvəllərində ona zəng edərək tanışı olan bir əsgərin onun xidmət etdiyi Daxili Qoşunlara təyin edildiyini və bölüyün baş çavuşu olaraq ondan muğayat olmasını xahiş etmişdir. Hətta o, bir neçə dəfə şəxsən E.Abdullayevlə də Bakı şəhərində görüşmüş və həmin vaxt onlar daha da yaxından tanış olmuşlar. N0N3-cü ilin təxminən iyul ayında o, yenidən Bakı şəhərində E.Abdullayevlə görüşmüş, söhbət əsnasında sonuncu Dövlət Sərhəd Xidmətində xidmət edən vəzifəli tanışının vasitəsilə bir neçə dəfə əsgərlərin xidmət yerlərini dəyişdiyini və bu kimi bir çox işlər gördüyünü ona söyləmişdir. Həmin vaxt o, həyat yoldaşı Şahid1 Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hər hansı bir işlə təmin etmək imkanlarının olub-olmadığını E.Abdullayevdən soruşmuş, sonuncu bir qədər fikrə getdikdən sonra bu barədə Dövlət Sərhəd Xidmətində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi tanışı ilə danışacağını və daha sonra ona bu barədə məlumat verəcəyini söyləmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra E.Abdullayev ona zəng edərək tanışı olan vəzifəli şəxslə danışdığını və arvadını Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında işlə təmin edə biləcəklərini ona söyləmişdir. O, bunun müqabilində “nə qədər” xərcinin çıxacağını E.Abdullayevdən soruşmuş, sonuncu 6000 manat xərcinin çıxacağını ona söyləmişdir. O, E.Abdullayevlə iş barəsində danışarkən sonuncu arvadını Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında kargüzar kimi işə düzəldəcəyini, adı çəkilən şöbədə ancaq qadınların çalışdığını, əmək haqqının təxminən 900 manat civarında olduğunu və iş rejiminin əlverişli olduğunu ona demişdir. O, 6000 manat məbləğində pulu birdəfəlik vermək iqtidarında olmadığını E.Abdullayevə söyləmiş, sonuncu sözügedən məbləği ona hissə-hissə vermək imkanlarının olduğunu da bildirmişdir. Bundan başqa E.Abdullayev tanışı olan vəzifəli şəxsin işə başlaması üçün ilkin olaraq 1500 istədiyini ona söyləmişdir. E.Abdullayev bundan başqa narahat olmamasını, özünün Dövlət Sərhəd Xidmətinin zabiti olduğunu və həmçinin iş məsələsinin alınmayacağı təqdirdə verdiyi pulları geri qaytaracağını ona söyləmişdir. Bundan sonra o, 04 avqust N0N3-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman E.Abdullayevin istifadəsində olan kart hesabına ilkin olaraq 1500 manat məbləğində pul göndərmişdir. E.Abdullayev həmin ərəfələrdə Şahid1 işə qəbul olunması üçün lazım olan zəruri sənədlərin siyahısını ona təqdim etmişdir. O, Şahid1 ilə birlikdə E.Abdullayevin siyahı üzrə qeyd etdiyi sənədləri topladıqdan sonra E.Abdullayevə zəng edərək sonuncuya bu barədə məlumat vermişdir. Bundan sonra E.Abdullayev sonradan ad və soyadını öyrəndiyi ŞahidN mobil nömrəsini ona verərək, sonuncu ilə əlaqə saxlamasını və görüşərək həmin sənədləri ŞahidN verməsini söyləmişdir. Bundan sonra o, həmin gün ŞahidN ilə görüşmüş və qeyd edilən sənədləri ŞahidN təqdim etmişdir. O, bundan sonra E.Abdullayevə tez-tez zəng edərək iş məsələsi barədə sonuncu ilə maraqlanmışdır. Lakin E.Abdullayev narahat olmamasını, pulları tam olaraq çatdırmalı olduğunu və əks təqdirdə iş məsələsinin alnmayacağını ona söyləmişdir. Bundan sonra o, N0N3-cü ilin sentyabr ayının ortalarında E.Abdullayevlə görüşərək əlbəəl 1500 manat, N0N3-cü ilin sentyabr ayının sonlarında kafelərdən birində görüşərək əlbəəl olaraq sonuncuya N000 manat məbləğində pul vermişdir. Bundan sonra o, N3 oktyabr N0N3-cü il tarixdə E.Abdullayevin ona göndərdiyi kart hesabına 950 manat, bunun ardınca isə N0N3-cü ilin oktyabr ayının sonlarında müxtəlif vaxtlarda müvafiq olaraq 300 manat, 100 manat, 50 manat, 50 manat və 50 manat pul köçürmüşdür. Beləliklə, o, arvadı Ü.X1N Xidmətinin hospitalında xidmətə qəbul etməsi adı ilə E.Abdullayevə ümumilikdə 6500 manat məbləğində pul vermişdir. Lakin üzərindən bir müddət keçdikdən sonra E.Abdullayevin onu aldatdığını hiss etməyə başlamış, buna görə o, sonuncuya zəng edərək verdiyi pulları E.Abdulayevdən geri tələb etmişdir. Beləcə üzərindən xeyli müddət keçmiş, lakin E.Abdullayev iş düzəltmək adı ilə ondan aldığı 6500 manatını geri qaytarmamışdır. Bundan sonra o, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək Dövlət Şərhəd Xidmətinin sabiq zabiti, baş leytenant X5 arvadı Şahid1 Dövlət Sərhəd Xidmətinin hospitalında işə düzəltmək vədi ilə 6500 manat aldığını, lakin vədinə əməl etməyərək qeyd edilən məbləği mənimsədiyini qeyd etmişdir. X10 tərəfindən ona dəymiş zərər tam şəkildə geri qaytarılmışdır, Elmir Abdullayevə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 analoji məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyini mahiyyəti üzrə təsdiq etmişdir. Proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş ŞahidN elan edilmiş ifadəsindən görünür ki, ŞahidN məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N dekabr N0NN-ci il tarixli 0365 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, baş leytenant X7 N nömrəli hərbi hissənin qərargah bölüyü komandirinin mənəvi-psixioloji hazırlıq üzrə müavini vəzifəsinə təyin edilməklə həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N1 fevral N0N4-cü il tarixli 043 nömrəli əmrindən edilmiş çıxarışından görünür ki, X7 3-cü sərhəd dəstəsinin qərargah bölüyü komandirinin mənəvipsixioloji hazırlıq üzrə müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, N1 fevral N0N4-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Daxili Qoşunların N5031 saylı hərbi hissə komandirinin 0N iyul N017-ci il tarixli N9 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs hərbi hissənin təminat bölüyünün təminat taqımının anbar rəsi vəzifəsinə təyin edilməklə vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Kapital Bankdan təqdim edilmiş ödəniş kartı üzrə 17 iyun N0N5-ci il tarixli çıxarışdan görünür ki, 04 avqust N0N3-cü il tarixdə 1500 (bir min beş yüz) manat, N3 oktyabr N0N3-cü il tarixdə 950 (doqquz yüz əlli) manat, 300 manat, 100 manat, 50 manat, 50 manat və 50 manat pul Elmir Abdullayevin istifadəsində olan və ona məxsus “Tam Kart”-a aid 41N7-N093-0306-3744 nömrəli kart hesabına köçürülmüşdür. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna ünvanlamış olduğu 05 iyun N0N5-ci il tarixli ərizəsindən görünür ki, Dövlət Sərhəd Xidmətinin zabiti, baş leytenant X7 arvadının Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında işə düzəltmək adı ilə ondan N0N3-cü ilin ayrı-ayrı vaxtlarında 6500 (altı min beş yüz) manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 19 iyun N0N5-ci il tarixli protokoldan müəyyən olunur ki, Elmir Abdullayev aralarında olan whatsapp danışıqları zamanı işə qəbul məsələsi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs “hamı əmr gözləyir, müəyyən sənədlər yoxlanılır, rəisə deyəcəm yazdıracaqlar, Yusif açılış dünən oldu, açılışın bizim işimizə heç bir dəxli yoxdu, əmrlər dayanıb, ancaq müəyyən əmrlər verilir, hal-hazırda etap-etap Xidmət rəisinin poçtu açılır” ifadələri göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, XN məhkumluğu yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, XN himayəsində xx.xx.N01N-ci il təvəllüdlü İnci adlı uşağı vardır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, X7 tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmış, şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs XN himayəsində azyaşlı uşağının olması (CM-nin 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM-nin 59.1.1N) cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi (CM-nin 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən XN cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs XN törətdiyi əməl özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən X6 Azərbaycan Respublikası CM-in 178.N.3 və 178.N.4-cü maddələri ilə düzgün ittiham verildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.N.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.N-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, XN törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, maddi vəziyyətinin ağır olması, həmçinin onun şəxsiyyəti ilə bağlı halların və məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X6 azadlığın məhdudlaşdırılması cəzasının deyil, sanksiyada nəzərdə tutulan başqa cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.N-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” XN barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə təqsirləndirilən şəxs XN hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə N8 aprel N0N5-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi N0 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla NN0 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri “AİM” Vəkil Bürosunun hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ‘Kapital Bank”-a aid ödəniş kartı üzrə çıxarış və E.Abdullayevlə Zərərçəkmiş şəxs arasında whatsapp mobil tətbiqi vasitəsilə aparılan səsli yazışmaların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirli bilinsin və o 01 (bir) il N (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X7 Bakı şəhəri, Sabunçu rayonu, Mirbəşir Qasımov N ünvanını axşam saat NN:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası yaşayış üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ‘Kapital Bank”-a aid ödəniş kartı üzrə çıxarış və E.Abdullayevlə Zərərçəkmiş şəxs arasında whatsapp mobil tətbiqi vasitəsilə aparılan səsli yazışmaların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. XN məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə NN0 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər “AİM” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar