Məhkəmə qərarları › İş №1-1(093)-169/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-169/2023

13.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-169/2023 13.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovnik-leyetenatı Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi- «FEMİDA» Vəkil Bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Çeşməli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 334.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, habelə hərbi qulluqçu kimi müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə xidmət yerinə qayıtmamaqla fərarilik etmişdir. Belə ki, Namazov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin raket-artilleriya silahları xidməti rəisinin döyüş sursatları ilə təminat üzrə köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən onunla birlikdə həmin hərbi hissədə xidmət edən N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü taqımının komandiri, leytenant Şahid1 N22-ci ilin sentyabr ayının əvvəllərində ona zəng edərək sonuncunun qohumu N nömrəli hərbi hissədə “komando” kursuna cəlb olunmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X11 oğlunun “varikosel” xəstəliyindən əziyyət çəkdiyi üçün kursdan xaric olunduğunu və vətəndaş Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xidmət yerinin Sumqayıt şəhərinə yaxın ərazilərdə yerləşən hərbi hissələrdən birinə, yaxud Elnar Həsənlinin gənc əsgər kursunu keçdiyi Müdafiə Nazirliyinin Yevlax rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirilməsinə köməklik göstərməsini ondan xahiş etdiyini demişdir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerinin dəyişdirilməsi səlahiyyətinin, habelə, belə bir səlahiyyətə malik tanışın olmadığını Şahid1 bildirmiş, lakin Şahid1 Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün qohumu Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində pulu alıb həmin pulu aralarında hər birinə 1500 (min beş yüz) manat olmaqla yarı-yarıya bölməyi təklif etmiş, Təqsirləndirilən şəxs bu təklifi qəbul etdikdən sonra o, Şahid1la cinayət əlaqəsinə girmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsinə kömək etmək niyyəti olmadığı halda, qanunsuz yolla Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə aralarında olan razılığa əsasən Şahid1 qohumu Zərərçəkmiş şəxs sonuncunun oğlu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün yuxarı vəzifəli şəxslərə 3000 (üç min) manat məbləğində pul verməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs bu təklifi qəbul etdikdən sonra Təqsirləndirilən şəxs məxsus 5167 5133 4803 9561 nömrəli bank kartına Sumqayıt şəhərinin ərazisində yerləşən “Şahin Market” ərzaq mağazasında olan “E manat” ödəmə terminalından 19 sentyabr N22-ci il tarixdə 1501 (bir min beş yüz bir) manat, N sentyabr N22-ci il tarixdə 501 (beş yüz bir) manat və 3 oktyabr N22-ci il tarixdə İsmayıllı rayonu ərazisində yerləşən “Mustafa Market” ərzaq mağazasında yerləşən “Milli Ön” ödəmə terminalından 1000 (bir min) manat pul göndərdikdən sonra leytenant Təqsirləndirilən şəxs Şahid1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3002 (üç min iki) manat məbləğində pulu ələ keçirərək hər birinə 1501 manat olmaqla həmin pulu aralarında bölmüş, lakin Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xeyrinə hər hansı hərəkət etməmiş və qeyd edilən pulu öz şəxsi ehtiyacları üçün sərf edərək dələduzluq etmişdir. Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin N22-ci ilin oktyabr ayının ortalarında Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəsinə göndərildiyini öyrəndikdən sonra N23-cü ilin yanvar ayının əvvəllərində ondan hüquq mühafizə orqanına şikayət etmiş, o, bunu öyrəndikdən sonra N23-cü ilin iyul ayının ortalarında 3002 (üç min iki) manat məbləğində pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N sentyabr N22-ci il tarixdə 3 (üç) gün müddətinə Müdafiə Nazirliyinin Baş Klinik hospitalına ezamiyyətə göndərilmiş 24 sentyabr N22-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda hərbi xidmətdən boyun qaçırmaq məqsədilə xidmət yerinə qayıtmamış və N iyun N23-cü il tarixdə Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaq orqanının sərəncamına verilmişdir. Bununla da Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə xidmət yerinə qayıtmamaqla fərarilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 334.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, N oktyabr N21-ci il tarixdən Müdafiə Nazirliyinin Qusar şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin raket-artilleriya silahları xidməti rəisinin döyüş sursatları ilə təminat üzrə köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edir. O, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü taqımının komandiri, leytenant Şahid1 hərbi xidmət dövründə tanımış və aralarında dostluq münasibəti yaranmışdır. O, N nömrəli hərbi hissəsinin raket-artilleriya silahları xidməti rəisinin döyüş sursatları ilə təminat üzrə köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən N22-ci ilin sentyabr ayının əvvəllərində Şahid1 ona zəng edərək sonuncunun qohumu vətəndaş Zərərçəkmiş şəxs övladı əsgər X11 oğlunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N nömrəli hərbi hissədə “komando” kursuna cəlb olunduğunu və kursu keçdiyi dövrdə “varikosel” xəstəliyindən əziyyət çəkdiyi üçün kursdan xaric olunduğunu bildirmiş, ardınca vətəndaş Zərərçəkmiş şəxs övladı Elnar Həsənlinin xidmət yerinin Sumqayıt şəhərinə yaxın ərazilərdə yerləşən hərbi hissələrdən birinə, yaxud Elnar Həsənlinin gənc əsgər kursunu keçdiyi Müdafiə Nazirliyinin Yevlax rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirilməsinə köməklik göstərməsini xahiş etdiyini ona demişdir. O, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerinin dəyişdirilməsi səlahiyyətinin, habelə, belə bir səlahiyyətə malik tanışın olmadığını Şahid1 bildirmiş, lakin Şahid1 Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün qohumu Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində pulu alıb həmin pulu aralarında hər birinə 1500 (min beş yüz) manat olmaqla yarı-yarıya bölməyi təklif etmişdir. O, bu təklifi qəbul etdikdən sonra nə etməli olduğunu Şahid1 soruşduqda, Şahid1 bununla bağlı plan hazırlayacağını və narahat olmamasını ona bildirmişdir. Bundan sonra Şahid1 ona guya Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli tanışlarının olması ilə bağlı “Whatsapp” mobil tətbiqi vasitəsilə mesajlar yazmasını və ona məxsus bank kartının fotoşəklini göndərməsini ondan istəmişdir. Şahid1 bu mesajları qohumu Zərərçəkmiş şəxs inandırmaq üçün istifadə edəcəyini və onun özünün şəxsən Zərərçəkmiş şəxsla görüşməsinə ehtiyac olmayacağını bildirmişdir. O, Şahid1 planına əsasən sonuncuya “Whatsapp” mobil tətbiqi vasitəsilə ilə Elnar Həsənlinin xidmət yerini dəyişdirmək səlahiyyəti olan tanışlarının olması barədə müxtəlif məzmunlu mesajlar yazmış və özünə məxsus 5167 5133 4803 9561 nömrəli bank kartının fotoşəklini “Whatsapp” mobil tətbiqi vasitəsilə Şahid1 göndərmişdir. Şahid1 bundan sonra qohumu Zərərçəkmiş şəxs sonuncunun övladı Elnar Həsənlinin xidmət yerini 3000 manat məbləğində pul qarşılığında dəyişdirəcəyinə inandırmış, Zərərçəkmiş şəxs bundan sonra Təqsirləndirilən şəxs məxsus 5167 5133 4803 9561 nömrəli bank kartına Sumqayıt şəhərinin ərazisində yerləşən “Şahin Market” ərzaq mağazasında olan “E manat” ödəmə terminalından 19 sentyabr N22-ci il tarixdə 1501 (bir min beş yüz bir) manat, N sentyabr N22-ci il tarixdə 501 (beş yüz bir) manat və 3 oktyabr N22-ci il tarixdə İsmayıllı rayonu ərazisində yerləşən “Mustafa Market” ərzaq mağazasında yerləşən “Milli Ön” ödəmə terminalından 1000 (bir min) manat pul göndərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs aldığı ümumilikdə 3002 manat məbləğində pulu Şahid1la aralarında hər birinə 1501 manat olmaqla bölmüşdür. Hadisədən sonra Zərərçəkmiş şəxs hüquqmühafizə orqanlarına şikayət etdiyini bildikdən sonra o, dayısı oğlu vətəndaş X3 vasitəsilə dələduzluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyi 3002 manat məbləğində pulu tam şəkildə sonuncuya qaytarmışdır. Bundan başqa o, N sentyabr N22-ci il tarixdən 23 sentyabr N22-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ezam olunmuş, lakin o, 24 sentyabr N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda ordu sıralarından tərxis olunmaq məqsədilə hərbi hissəyə geri qayıtmamış və N iyun N23-cü il tarixdə Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.əməlindən peşmandır. Məhkəmədən onu bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu məhkəməyə ifadə verib göstərdi ki, oğlu Elnar Həsənli N22-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağrılmışdır. Bundan sonra oğlu Elnar Həsənli gənc əsgər kursunu keçmək üçün Müdafiə Nazirliyinin Yevlax rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş, orada gənc əsgər kursunu keçdikdən sonra “komando” kursu keçmək üçün Müdafiə Nazirliyinin Qusar rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. O, bundan sonra əmisi Ağa Həsənovun nəvəsi olan Şahid1 N nömrəli hərbi hissədə xidmət etdiyini bildiyindən sonuncuya zəng edərək Elnar Həsənlinin “komando” kursuna cəlb olunduğunu bildirmişdir. Bir müddət sonra o, özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və oğlu Elnar Həsənlinin “varikosel” xəstəliyinə tutulduğunu, damarlarının genişləndiyini və bu səbəbdən də kursdan xaric olunacağını demişdir. O, Şahid1 Elnar Həsənlinin kursdan xaric olunduqda sonra hansı hərbi hissəyə göndəriləcəyini soruşduqda, Şahid1 cavabında X6 Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər yaxud Laçın rayonu ərazisində yerləşən hərbi hissələrindən birinə göndəriləcəyini demişdir. O, Şahid1 Elnar Həsənlinin Kəlbəcər yaxud Laçın rayonunda xidmət etməkdə çətinlik çəkəcəyini bildirmiş, oğlunun Sumqayıt şəhərinə yaxın ərazilərdə yerləşən hərbi hissələrdən birində yaxud Elnar Həsənlinin gənc əsgər kursunu keçdiyi N nömrəli hərbi hissədə xidmətini davam etdirməyin mümkün olubolmaması ilə maraqlanmışdır. Şahid1 ona bu barədə maraqlanıb xəbər edəcəyini bildirmiş və N22-ci ilin sentyabr ayının əvvəllərində Şahid1 ona zəng edərək N nömrəli hərbi hissədə xidmət edən Təqsirləndirilən şəxs adlı dostunun olduğunu və həmin dostunun yüksək vəzifəli tanışı olduğunu, Elnar Həsənlinin N nömrəli hərbi hissədə xidmətini davam etdirməsi üçün Təqsirləndirilən şəxs tanışı olan həmin vəzifəli şəxsə ümumilikdə 3000 manat məbləğində pul verməli olduğunu demişdir. O, bir qədər tərəddüd etsə də, Şahid1 təklifini qəbul etmiş və Şahid1 bundan sonra ona “Whatsapp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsə məxsus 5167 5133 4803 9561 saylı bank kartı nömrəsi və həmin kartın fotoşəklini göndərmişdir. Şahid1 ona N00 manat məbləğində pulu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün, 1000 manat məbləğində pulu isə Elnar Həsənlinin gələcəkdə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə ezam edilməməsi üçün verməli olduğunu bildirmişdir. O, bundan sonra 19 sentyabr N22-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Şahin Market” ərzaq mağazasında olan “Emanat” terminalından 1501 manat, N sentyabr N22-ci il tarixdə həmin ərzaq mağazasında olan “E-manat” terminalından 501 manat göndərmişdir. O, həmin pulu N22-ci ilin sentyabr ayının ortalarında “Turanbank”-dan nağd kredit götürərək Təqsirləndirilən şəxs məxsus bank kartına köçürmüşdür. 03 oktyabr N22-ci il tarixdə də pulu olmadığı üçün isə qonşusu, Sumqayıt şəhər sakini X2 müraciət etmiş və ondan borca pul verməsini xahiş etmiş, Ramiz İbrahimov da onun xahişini yerə salmamış və İsmayıllı rayonunda yaşayan qaynanası X1 zəng edərək Təqsirləndirilən şəxs bank kartının nömrəsini sonuncuya deyib həmin hesaba 1000 (min manat) pulu göndərtdirmişdir. O, Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanımış, lakin Təqsirləndirilən şəxs şəxsən görməmiş və onunla telefon vasitəsilə əlaqə saxlamamışdır. Bundan sonra N22-ci ilin oktyabr ayının ortalarında o, oğlu X6 Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə göndərildiyini öyrəndikdən sonra Şahid1 verdiyi pulu tələb etmiş, Şahid1 müxtəlif bəhanələr gətirdiyini gördükdə hüquq-mühafizə orqanına bu barədə şikayət etmişdir. Hadisədən sonra N23-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs qohumu olan vətəndaş X9 onunla əlaqə saxlamış və aralarında olan razılığa əsasən onlar Sumqayıt şəhəri X8 qəsəbəsində görüşmüş, X10 Namazovun Şahid1la birlikdə ondan aldığı ümumilikdə 3002 manat məbləğində pulu ona orada tam şəkildə qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədən onun bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 4-cü taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən N22-ci ilin avqust ayının sonlarında qohumu Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq sonuncunun oğlu Elnar Həsənlinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissəyə “komando” kursuna göndərildiyini və bir qohum kimi Elnar Həsənliyə nəzarət etməyini, tək oğul övladı olduğu üçün ərköyün böyüdüyünü demişdir. O, bundan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq tez-tez sonuncunun oğlu Elnar Həsənli ilə bağlı ona məlumat vermişdir. N22-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Elnar Həsənlinin “varikosel” xəstəliyi tutulduğunu, buna görə də kursdan xaric olunacağını demiş və oğlunun bundan sonrakı xidmətinin necə olacağını soruşmuşdur. O, Zərərçəkmiş şəxs kursdan xaric edildikdən sonra Elnar Həsənlinin xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin işğaldan yeni azad edilmiş Kəlbəcər və ya Laçın rayonunun ərazisində yerləşən hərbi hissələrdən birində xidmətə təyin olunacağını demiş, Zərərçəkmiş şəxs bu zaman ona oğlunun işğaldan yeni azad edilmiş hərbi hissələrdə xidmət etməkdə çətinlik çəkəcəyini, bundan narahat olaraq Elnar Həsənlinin daha təhlükəsiz hərbi hissələrdən birinə, yəni Sumqayıt şəhərində yerləşən Müdafiə Nazirliyinin bölmələrindən birinə, yaxud Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmasının mümkün olub-olmamasını soruşmuş, bundan sonra o, Zərərçəkmiş şəxs bu barədə tanışlarından maraqlanacağını və ona məlumat verəcəyini bildirmişdir. N22-ci ilin sentyabr ayının əvvəllərində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxsla söhbət edən zaman o, qohumu Zərərçəkmiş şəxs övladı Elnar Həsənlinin daha təhlükəsiz hərbi hissələrdən birinə, o cümlədən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmasının mümkün olub-olmaması barədə maraqlandığını demiş, Təqsirləndirilən şəxs ona bu mövzuda köməklik göstərə bilməyəcəyini, belə bir səlahiyyətinin olmadığını, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini dəyişdirmək səlahiyyəti olan tanışının olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Elnar Həsənlinin xidmət yerini dəyişdirmək adı ilə Zərərçəkmiş şəxs 3000 manat pul almağı və həmin pulu aralarında yarı-yarıya bölməyi təklif etmiş, bununla bağlı plan hazırlayacağını və Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxsla görüşməsinə ehtiyac olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs onun bu təklifi qəbul etdikdən sonra o, Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə guya yüksək rütbəli və vəzifəli tanışlarının olması və həmin vəzifəli şəxslərin Elnar Həsənlinin xidmət yerini dəyişdirə biləcəyi barədə müxtəlif məzmunlu mesajlar yazmasını, habelə özünə məxsus bank kartının nömrəsini və həmin bank kartının fotoşəklini ona göndərməsini istəmiş, Təqsirləndirilən şəxs da bu təklifi qəbul edərək onun göstərişlərini icra etmişdir. O, daha sonra Zərərçəkmiş şəxs N22-ci ilin sentyabr ayının əvvəllərində zəng edərək Təqsirləndirilən şəxs adlı hərbi qulluqçu yoldaşının olduğunu, sonuncunun yüksək rütbəli və vəzifəli tanışı olduğunu, oğlu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün həmin yüksək vəzifəli şəxsə 3000 manat pul verilməli olduğunu demişdir. O, Zərərçəkmiş şəxs həmin 3000 manatın N00 manatını Elnar Həsənlinin müvafiq hərbi hissədə vəzifəyə təyin olunması üçün, 1000 manatını isə gələcəkdə Elnar Həsənlinin xidmət yerinin işğaldan azad edilmiş hərbi hissələrdən birinıə dəyişdirilməməsi üçün verməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs bir qədər tərəddüd etsə də Şahid1 təklifini qəbul etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi müqabilində 3000 manat verməyə razılaşmış və o, bundan sonra Təqsirləndirilən şəxsla razılığa əsasən sonuncuya məxsus 5167 5133 4803 9561 saylı bank kartının nömrəsini “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs biri-biriləri ilə əlaqəni onun vasitəsilə saxlamışdır. Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin xidmət yerinin dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs məxsus bank kartına 19 sentyabr N22-ci il tarixdə 1501 manat, N sentyabr N22-ci il tarixdə 501 manat, 03 oktyabr N22-ci il tarixdə 1.000 manat pul göndərmişdir. O, daha sonra Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ələ keçirdiyi ümumilikdə 3002 manat məbləğində pulu aralarında hər birinə 1501 manat olmaqla yarı-yarıya bölmüş, Zərərçəkmiş şəxs oğlu Elnar Həsənlinin müddətli həqiqi hərbi xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Kəlbəcər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəyə göndərilməsindən sonra N23-cü ilin yanvar ayının əvvəllərində onlardan hüquq-mühafizə orqanına şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargahı Qusar şəhərində yerləşmişdir. N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs ilə münasibətləri xidməti olmuş, aralarında heç bir dostluq, qohumluq, düşmənçilik münasibətləri və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin raket-artilleriya silahları xidməti rəisinin döyüş sursatları ilə təminat üzrə köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən N sentyabr N23cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ezamiyyətə göndərilmiş və 24 sentyabr N23-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə qayıtmamış və N iyun N23-cü il tarixdə Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə ordu sıralarından tərxis olunmaq istədiyini dəfələrlə bildirmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizamintizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmamasına səbəb ordu sıralarından tərxis olunmaq istəməsi olmuş, xidmət etdiyi dövrdə Təqsirləndirilən şəxs qarşı heç bir nizamnamədən kənar hərəkətə yol verilməmiş,xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N21-ci il tarixli 285 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 04 sentyabr N21-ci il tarixli 01324 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) raket-artilleriya silahları xidməti rəisinin döyüş sursatları ilə təminatı üzrə köməkçisi vəzifəsinə təyin edildiyinə görə N oktyabr N21-ci il tarixdən təyin olunduğu vəzifənin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N22-ci il tarixli 106 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Şahid1 hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış, N sentyabr N22-ci il tarixli 8859 nömrəli raportda leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasına 3 (üç) gün müddətinə ezam edilməli olduğu qeyd edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N oktyabr N22-ci il tarixli 9152 nömrəli raportdan görünür ki, leytenant Təqsirləndirilən şəxs ezamiyyət müddəti 23 sentyabr N23-cü il tarixdə başa çatsa da, qeyd edilən tarixədək xidmət yerinə qayıtmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr N22-ci il tarixli 282 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs 3 (üç) gün müddətinə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasına ezam edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N22-ci il tarixli 296 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs 23 sentyabr N22-ci il tarixdə ezamiyyət müddətinin bitməsinə baxmayaraq N oktyabr N23cü il tarixədək xidmət yerinə qayıtmamışdır. 10 yanvar N23-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlanladığı ərizəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları: leytenant Şahid1 və Təqsirləndirilən şəxs ondan oğlu X11 oğlunun xidmət yerininin dəyişdirilməsi müqabilində 3002 (üç min iki) manat məbləğində pul vəsaitini almalarını, həmin tarixədək oğlunun xidmət yerinin dəyişdirilməməsi və ödədiyi pul vəsaitinin geri qaytarılmaması barədə bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 19 sentyabr N22-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 19 sentyabr N22-ci il tarixdə "xxxx" ASC-dən üç il müddətinə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Cinayət işi materiallarına əlavə edlmiş 19 sentyabr N22-ci il, N sentyabr N22-ci il və 03 oktyabr N22-ci il tarixli ödəniş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Azərbaycan Beynəlxalq Bankının 5****************9561 nömrəli kart hesabına müvafiq olaraq 1501 (min beş yüz bir), 501 (beş yüz bir) və 1000 (bir min) manat olmaqla ümumilikdə 3002 (üç min iki) manat məbləğində ödəniş edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust N22-ci il tarixli 253 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X11 oğlu N avqust N22-ci il tarixdən 25 sentyabr N22-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezam edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N oktyabr N22ci il tarixli raportdan görünür ki, əsgər X11 oğlu səhhətində yaranan problemlərə görə “9-cu qəbul komando başlanğıc kurs”undan xaric edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr N22-ci il tarixli 300 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X11 oğlu hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Axtarışda olan şəxsin saxlanılması barədə N iyun N23-cü il tarixli protokoldan görünür ki, Qusar RPŞ-nin cinayət axtarış bölməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 19 iyun N23-cü il tarixdə 580219 nömrəli axtarış işi açılmış, sonuncu N iyun N23-cü il tarixdə saat 16:00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərinin ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. 18 iyul N23-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlanladığı ərizəsində oğlu X11 oğlunun xidmət yerininin dəyişdirilməsi müqabilində Şahid1 və Təqsirləndirilən şəxs verdiyi 3002 (üç min iki) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən qaytarıldığını, hazırda Təqsirləndirilən şəxsla barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 25 iyul N23-cü il tarixli 7716 nömrəli arayışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, leytenant Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. . Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə zamanı göstərdiyi xidmətlərə görə leytenant Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi onun özünün həmin cinayəti törətdiyini etiraf etməsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 334.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və zərərçəkmiş şəxslərin şikayət, tələblərinin və mülki iddialarının olmamasını, himayəsində azyaşlı uşağının olması, eləcə də 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 334.1-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 178.2.1, 178.2.3 və 334.1-ci maddələri az ağır cinayətlər təsnifatına aiddir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzalarını yüngülləşdirən hallarını, həmçinin dövlət ittihamçısının çıxışını nəzərə alıb yuxarıda sadalanan cəzalarını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində təqsirli bilindiyi CM-in 334.1-ci maddəsinə nisbətdə CM-nin 62-ci maddəsinin müddəaları (cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə məhkəmə tərəfindən nəzərə alınıb CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər) tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az azadlıqdan məhrum etmə cəzasının, CM-in 178.2.1 və 178.2.3-cü maddəsi ilə sanksiya həddində cərimə cəzasının təyin edilməsi, CM-nin 66.2-cü maddəsinin (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) tələblərinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq azadlıqdan məhrumetmə cəzasını təyin etməyi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CPM-nin 158.2-ci maddəsinə əsasən həbsdə saxlanma müddətinin təqsirləndirilən şəxs qismində tutulduğu N iyun N23cü il tarixdən hesablanması qanuni, əsaslı və ədalətlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri "Femida" Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara 27 yanvar N10-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 62 (altımış iki) iş saatına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə heyəti gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N03-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N06-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N15-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3 - cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 334.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli N iyun N23-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri "Femida" Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 62 (altımış iki) iş saatına görə 372 (üç yüz yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri "Femida" Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar