Məhkəmə qərarları › İş №1-1(093)-171/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-171/2023

30.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-171/2023 30.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili MüdafiəçiN, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs (xx xxxxxx 1998-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər, Ağsu rayonunun Çiyni kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N iyun N0N3-cü il tarixdə saat 08:30-dan N0 iyun N0N3-cü il tarixdə saat N radələrinədək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da, o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N0 iyun N0N3-cü il tarixdə saat N radələrindən 13 iyul N0N3-cü il tarixdə saat 10:45-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da, o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 13 iyul N0N3-cü il tarixdə saat 13:50-dən N6 iyul N0N3-cü il tarixdə saat 09:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da, o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olmuşdur. Xidmətdə olarkən ailə və şəxsi problemləri səbəbindən N iyun N0N3cü il tarixdə saat 08:30-dan N0 iyun N0N3-cü il tarixdə saat N radələrinədək, N0 iyun N0N3-cü il tarixdə saat N radələrindən 13 iyul N0N3-cü il tarixdə saat 10:45-dək və 13 iyul N0N3-cü il tarixdə saat 13:50-dən N6 iyul N0N3-cü il tarixdə saat 09:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Həmçinin o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul N0N3-cü il tarixli əmri ilə ordu sıralarından ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə göndərilmişdir. Xidmət müddəti ərzində hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Ona qarşı hərbi hissədə hər hansı qanunsuz hərəkət olunmamış, rəislərinə hərbi hissəni özbaşına tərk etdiyi müddətlərdə məlumat verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş ŞahidN ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun komandiri olaraq xidmət edir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən şəxsi və ailə problemləri səbəbindən N iyun N0N3-cü il tarixdə saat 08:30-dan N0 iyun N0N3-cü il tarixədək, N0 iyun N0N3-cü il tarixdən 13 iyul N0N3-cü il tarixdə 10:45-dək və 13 iyul N0N3-cü il tarixdə 13:50-dən xidmət yerini özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs N0 iyun N0N3-cü il tarixdə hərbi hissəyə saat N radələrində qayıtsa da N radələrində həmin gün hərbi hissəni yenidən tərk etmişdir. Bundan sonra 13 iyul N0N3-cü il tarixdə istintaq orqanına getməsi ilə bağlı məlumatlı olsa da da hərbi hissəyə qayıtmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan tarixlərdən başqa, N0N3-cü il ərzində xidmət yerini özbaşına tərk etmə hallarına yol verməmiş, həmçinin məzuniyyətdən, ezamiyyətdən və tibb müəssisəsindən gecikməmişdir. Təqsirləndirilən şəxs xidmət yerini tərk etməsi ilə bağlı hər hansı əsaslı səbəb gətirməmiş, özünün və ya yaxın qohumunun xəstəliyi olması və ya digər ağır həyat şəraiti ilə bağlı rəsmi sənəd təqdim etməmişdir. Özünün deməsinə görə xidmət yerini özbaşına tərk etməsinin səbəbi ailə və şəxsi problemləri olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində ŞahidN ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, əmrlərdən çıxarışlar, raportlar, digər istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs N6 iyul N0N3-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli 47 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən hərbi hissə komandirinin sərəncamına gəldiyindən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək hərbi hissənin N-ci əməliyyat taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsinə təyin edilmiş və vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun N0N3cü il tarixli 175 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:30-da xidmət yerini özbaşına tərk etdiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Vətəndaşların Sumqayıt Hərbi Prokurorluğunun inzibati binasına buraxılması haqqında qeydiyyat kitabından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul N0N3-cü il tarixdə saat 10:45-dən 13:50-dək prokurorluğun inzibati binasında olmuşdur. Cinayət işinin materiallarında olan Vətəndaşların Sumqayıt Hərbi Prokurorluğunun inzibati binasına buraxılması haqqında qeydiyyat kitabından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N6 iyul N0N3-cü il tarixdə saat 09:00-dan 16:35-dək prokurorluğun inzibati binasında olmuşdur. Cinayət işinin materiallarında olan 13 iyul N0N3-cü il tarixli Sumqayıt Hərbi Prokurorluğuna buraxılış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 13 iyul N0N3-cü il tarixdə saat 10:45-dən 13:50-dək prokurorluğun inzibati binasında olmuşdur. Cinayət işinin materiallarında olan 18 avqust N0N3-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs N0 iyun N0N3-cü il tarixdə saat N radələrində hərbi hissəni özbaşına tərk etməsinin bitmə vaxtı 13 iyul N0N3cü il tarixdə saat 10:45 hesab olunmuşdur. Cinayət işinin materiallarında N6 iyul N0N3-cü il tarixli Sumqayıt Hərbi Prokurorluğuna buraxılış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs N6 iyul N0N3-cü il tarixdə saat 09:00-dan 16:35-dək prokurorluğun inzibati binasında olmuşdur. Cinayət işinin materiallarında olan 18 avqust N0N3-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul N0N3-cü il tarixdə saat 13:50 radələrində hərbi hissəni özbaşına tərk etməsinin bitmə vaxtı N6 iyul N0N3-cü il tarixdə saat 09:00 hesab olunmuşdur. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul N0N3cü il tarixli NN7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ehtiyata buraxıldığına görə N iyul N0N3-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisi Şahid1 N iyun N0N3-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:30-da hərbi hissəni özbaşına tərk etmişdir. Cinayət işinin materiallarında olan Həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs N0N1-ci ildən etibarən 3 (üç) il müddətinə, yəni N0N4-cü ilədək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 17 iyul N0N3-cü il tarixli 7376 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını, törətdiyi əməldən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsi onun cəzasını ağırlaşdıran haldır . Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin cinayət Azərbaycan Respublikası CM-in 15.Nci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır ona görə ki, cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin 430 saylı hərbi hisəsinin komandirinin N iyul N0N3-cü il tarixli NN7 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Ağsu şəhər Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə görə yalnız kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən hərbi qulluqçulara nəzərdə tutulduğundan ordu sıralarından tərxis olunmuş təqsirləndirilən şəxsə həmin cəzanın tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərindən ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının cəza təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 333.3-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü olan ictimai işlər cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökm icrası Təqsirləndirilən şəxs oğlunun daimi yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza çəkdiyi müddətdə üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili vəkili X1 etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356 , 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutuldmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökm icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya idarəsinə həvalə olunsun. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili vəkili X1 etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan N0 (iyirmi) gün sonra qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar