Məhkəmə qərarları › İş №1-1(093)-171/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-171/2024

24.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-171/2024 24.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sabiq əsgər, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1, 333.2 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq, habelə on gündən artıq, lakin bir aydan çox olmayaraq və bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamış, həmçinin on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Qasımov X2 Nazirliyinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun 12-ci motoatıcı bölüyünün pulemyot manqasının heyət nəfəri vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə on gün müddətinə növbəti məzuniyyətə buraxılmış, xx.xx.2023-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamış, yalnız xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri ərazisində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmaqla üç gündən artıq, lakin on gündən çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə 1-ci Hərbi Polis bölməsi tərəfindən xidmət yeri olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə geri qaytarılması üçün həmin hərbi hissədən göndərilmiş nümayəndəyə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda, həmin tarixdə yaranmış fürsətdən istifadə edərək Bakı şəhəri ərazisində nümayəndənin yanından qaçıb xidmət yerinə qayıtmamış, yalnız xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində saxlanılmaqla bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq göstərişinə əsasən intizam qaydasında cəzalandırılması məqsədilə 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına yerləşdirilməsi üçün N nömrəli hərbi hissədən göndərilmiş nümayəndəyə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə qeyd olunan müəssisəyə getməli olduğu halda, yaranmış fürsətdən istifadə edərək Bakı şəhəri ərazisində nümayəndənin yanından qaçmış və xx.xx.2024-cü il tarixdə hərbi polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 08:00-da Bakı şəhəri ərazisində yerləşən 1ci Hərbi Polis bölməsini özbaşına tərk edib getmiş və xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində saxlanılmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə 1-ci Hərbi Polis bölməsi tərəfindən xidmət yeri olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qaytarılması üçün həmin hərbi hissədən göndərilmiş nümayəndəyə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda, həmin tarixdə yaranmış fürsətdən istifadə edərək Şirvan şəhəri ərazisində nümayəndənin yanından qaçıb xidmət yerinə qayıtmamış, yalnız xx.xx.2024-cü il tarixdə hərbi polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 333.1, 333.2 və 333.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 dekabr 2023-cü il tarixdə növbəti məzuniyyətə buraxılmış, məzuniyyətinin ilk 2-3 gününü Bakı şəhərində nikahdankənar münasibətdə olduğu Gülşən Qasımzadənin yanında keçirmişdir. Daha sonra isə o, Gülşən Qasımzadəni özü ilə birlikdə Şirvan şəhərinə gətirmiş və qalan məzuniyyət müddətini Şirvan şəhərində ailəsi ilə birlikdə keçirmişdir. O, 18 dekabr 2023-cü il tarixdə Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq qayıtmamışdır. Bunun səbəbi isə qayınanası Hüsniyyənin onun qızı ilə birlikdə qalmasını istəməməsi və ona xidmət yerinə getdikdən sonra qızı Gülşən Qasımzadəni başqası ilə evləndirəcəyini bildirməsi olmuşdur. Bu səbəbdən o, xidmət yerinə qayıtmayaraq Şirvan şəhərində qalmışdır. Bundan sonra Gülşən Qasımzadə ona paltarlarını və mobil telefonunu götürmək üçün Bakı şəhərinə, anasının yaşadığı evə getmələrini təklif etmişdir. Bu səbəbdən o, Gülşən Qasımzadə ilə birlikdə sonuncunun Bakı şəhərindəki evinə getmişdir. Orada olan zaman Hüsniyyə Gülşəni özü ilə birlikdə Şirvan şəhərinə apardığına görə onun hazırda Gülşən Qasımzadənin evində olması barədə hərbi polisə məlumat vermişdir. Bundan sonra 26 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində hərbi polis əməkdaşları həmin ünvana gələrək onu saxlayıb 1-ci Hərbi Polis bölməsinə aparmışlar. Həmin gün o, 1-ci Hərbi Polis bölməsində saxlanılmışdır. Növbəti gün, yəni 27 dekabr 2023-cü il tarixdə saat 13 radələrində N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid5 onu 1-ci Hərbi Polis bölməsindən təhvil götürmüşdür. Bundan sonra isə o, Şahid5 ilə birlikdə Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə getmək üçün yola düşmüşdür. Onlar taksi ilə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində hərəkətdə olarkən o, yolda tıxac olmasından istifadə edərək taksinin arxa qapısını açıb avtomobildən düşərək qaçmışdır. O, X5 şəhərində yaşadığı ünvanda olduğunu öyrəndiyinə görə taksilərdən birinə əyləşərək ünvan 4işdir. Bir müddət sonra Gülşən Qasımzadə ona Bakı şəhərinə gedərək anası ilə görüşmək istədiyini bildirdiyinə görə o, Gülşən Qasımzadəni Bakı şəhərində yaşadığı ünvana gətirmişdir. O, həmin vaxt Gülşəni evlərinə ötürərək özü binanın həyətində gözləmişdir. Elə bu vaxt onun kiçik qardaşı Yusif Qasımov onun mobil telefonuna zəng edərək anası Təranə İbadovanın yanaraq xəsarət aldığını, buna görə Şirvan şəhərinə gəlməli olduğunu bildirdiyinə görə o, Gülşən Qasımzadəni Bakı şəhərində yaşadıqları ünvanda qoyaraq Şirvan şəhərində yerləşən mərkəzi xəstəxanaya getmişdir. O, xəstəxanada olarkən həkim ona müəyyən dərman preparatlarının alınmalı olduğunu bildirdiyinə görə həmin dərman preparatlarını almaq üçün aptekə gedərkən 30 yanvar 2024-cü il tarixdə, saat təxminən 23 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Həmin gecə o, Şirvan şəhər Polis Şöbəsində saxlanıldıqdan sonra 31 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində hərbi polis bölməsinin əməkdaşlarına təhvil verilmiş və həmin gün saat 18 radələrində 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlanılma yerinə gətirilmişdir. Növbəti gün, yəni xx.xx.2024cü il tarixdə, saat 12 radələrində o, N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş baş leytenant Şahid6 təhvil verilmişdir. O, baş leytenant Şahid6la bilrikdə hərbi polis bölməsinin müvəqqəti saxlama yerindən çıxaraq bir qədər hərəkət etdikdən sonra baş leytenant Şahid6 ona köşkdən siqaret alıb gələcəyini bildirmişdir. O, Şahid6 başının siqaret almağa qarışmasından istifadə edərək binaların arasına girib qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt onun baş leytenant Şahid6 yanından qaçmasının səbəbi anası X7 şəhər Mərkəzi xəstəxanasında olması olmuşdur. O, baş leytenant Şahid6 yanından qaçdıqdan sonra birbaşa Şirvan şəhər Mərkəzi Xəstəxanasına yollanmış, xəstəxanaya çatdıqda isə anasının Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürüldüyünü öyrənmişdir. O, mobil telefon vasitəsi ilə anası ilə danışarkən anası ona dayısı Rəsul İbadovun yanında olduğunu, onun Bakı şəhərinə gəlməsinə ehtiyac olmadığını, Şirvan şəhrində qalmalı olduğunu bildirmişdir. Bundan sonra o, 16 fevral 2024-cü il tarixdə yenidən X6 şəhərində yaşadığı ünvana gətirmək üçün sonuncunun Bakı şəhərində yaşadığı ünvana getmişdir. O, həmin ünvana çatdıqdan sonra Gülşən Qasımzadənin anası Hüsniyyə yenidən hərbi polis əməkdaşlarına zəng edərək onun Gülşən Qasımzadənin evində olduğunu bildirmişdir. Daha sonra o, mağazaya gedərək çörək almaq istədikdə hərbi polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq yenidən 1-ci Hərbi Polis bölməsinə gətirilib müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Bir gün həmin yerdə saxlanıldıqdan sonra o, N nömrəli hərbi hissədən göndərilmiş nümayəndəyə təhvil verilmək üçün 17 fevral 2024-cü il tarixdə 1-ci Hərbi Polis bölməsinə gətirilərək kazarma şəraitində saxlanılmışdır. 18 fevral 2024-cü il tarixdə, saat 08:00-da o, təbii ehtiyacını ödəmək bəhanəsi ilə 1-ci Hərbi Polis bölməsinin qərargahında yerləşən sanitar qovşağa aparılmasını xahiş etmişdir. O, sanitar qovşaqda olan zaman orada olan pəncərədən çıxaraq 1-ci Hərbi Polis bölməsinin ərazisini özbaşına tərk edib Şirvan şəhərinə, özünün yaşadığı ünvana getmişdir. 08 mart 2024-cü il tarixdə o, marketdən yaşadıqları ünvana gələrkən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 09 mart 2024-cü il tarixdə, gecə saat 02 radələrində hərbi polis bölməsinin əməkdaşları onu Şirvan şəhər Polis Şöbəsindən təhvil alaraq yenidən 1-ci Hərbi Polis bölməsinə aparmışlar. O, bir gün hərbi polis bölməsinin müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra 10 mart 2024cü il tarixdə N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş kapitan Şahid4 təhvil verilmişdir. O, kapitan Şahid4 hərbi geyim formasının Şirvan şəhərində yaşadığı ünvanda olduğunu, həmin formanı götürməli olduğunu bildirdiyinə görə o və kapitan Şahid4 birlikdə Şirvan şəhərinə, onun yaşadığı ünvana getmişlər. O, hərbi geyim formasını götürmək bəhanəsi ilə yaşadığı evə daxil olaraq darvazanı arxadan kilidləmiş, bundan sonra isə hasardan aşaraq qaçıb həmin ərazidən uzaqlaşmışdır. Daha sonra o, yenidən Gülşən Qasımzadəni görmək üçün Gülşən Qasımzadənin Bakı şəhəri ərazisində yaşadıqları ünvana getmişdir. O, həmin ünvanda olan zaman Gülşən Qasımzadənin anası Hüsniyyə yenidən hərbi polis əməkdaşlarına məlumat verdiyinə görə 28 mart 2024-cü il tarixdə hərbi polis əməkdaşları onu saxlayaraq 1-ci Hərbi Polis bölməsinə aparmışlar. 30 mart 2024-cü ildə N nömrəli hərbi hissədən göndərilmiş nümayəndəyə təhvil verilərək xidmət yerinə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 1-ci Hərbi Polis bölməsinin axtarış üzrə kiçik əməliyyat müvəkkili, kiçik çavuş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının sonlarında N nömrəli hərbi hissənin komandanlığı məktubla 1-ci Hərbi Polis bölməsinə müraciət edərək N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə məzuniyyətdən xidmət yerinə qayıtmalı olduğu halda qayıtmadığı bildirməklə sonuncunun tapılaraq N nömrəli hərbi hissəyə qaytarılmasına köməklik edilməsi xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs axtarılaraq tapılması ona həvalə edildiyinə görə onun tərəfindən Təqsirləndirilən şəxs valideynləri ilə əlaqə saxlanılmışdır. O, Təqsirləndirilən şəxs atası Mikayıl Qasımovla danışarkən həmin şəxs ona oğlunun nikahdankənar münasibətdə olduğu qadının anasının evində olduğunu bildirdiyinə görə o, Mikayıl Qasımovun dediyi şəxslə əlaqə saxladıqda ona Təqsirləndirilən şəxs həqiqətən də ünvan 12ndə yerləşən mənzildə olduğunu demişdir. Bundan sonra o, 1ci Hərbi Polis bölməsinin əməkdaşı, çavuş Şahid2 ilə birlikdə həmin ünvana getmişdir. 26 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən mənzildən çıxaraq mağazaya gedərkən onlar Təqsirləndirilən şəxs saxlayaraq Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsinə gətirilməsini təmin etmişlər. Təqsirləndirilən şəxs həmin gün bölmədə saxlanıldıqdan sonra növbəti gün, yəni 27 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində N nömrəli hərbi hissədən göndərilmiş, hazırda adını və rütbəsini xatırlamadığı nümayəndəyə təhvil verilmiş, lakin həmin gün bir neçə saat sonra N nömrəli hərbi hissədən göndərilmiş nümayəndə yenidən 1-ci Hərbi Polis bölməsinə yaxınlaşaraq təhvil aldığı əsgər Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində yanından qaçdığını demişdir. Bundan sonra o, yenidən N nömrəli hərbi hissə tərəfindən Təqsirləndirilən şəxs axtarılaraq tapılması üçün məktubla müraciət edilməsini gözləmişdir. Bir müddət sonra Şirvan şəhər Polis Şöbəsindən məlumat verilərək əsgər Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində həmin şöbənin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat verilərək Təqsirləndirilən şəxs təhvil almaları bildirilmişdir. Məlumatı qəbul etdikdən sonra o, Şahid2 və Xatir Hüseynli ilə birlikdə əsgər Təqsirləndirilən şəxs təhvil almaq üçün Şirvan şəhər Polis Şöbəsinə getmişdir. Həmin gün, yəni 31 yanvar 2024-cü il tarixdə, saat 12:30-da onlar əsgər Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsindən təhvil alaraq əsgər Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsinə gətirilməsini təmin etmişlər. Təqsirləndirilən şəxs növbəti gün, yəni 01 fevral 2024-cü il tarixdə, saat 11:50-də N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş baş leytenant Şahid6 təhvil verilmişdir. Bir qədər sonra yenidən 1-ci Hərbi Polis bölməsinə məlumat verilərək əsgər Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş baş leytenant Şahid6 yanından qaçdığı bildirilmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi məqsədi ilə əsgər Təqsirləndirilən şəxs nikahdankənar münasibətdə olduğu şəxsin anası ilə danışarkən həmin şəxs ona Təqsirləndirilən şəxs ünvan 12 ünvanında yaşadıqları mənzildə olduğunu və gəlib əsgər Təqsirləndirilən şəxs aparılmasını xahiş etmişdir. Həmin gün, yəni 16 fevral 2024-cü il tarixdə, gecə saat 01 radələrində o, Xatir Hüseynli ilə birlikdə qeyd edilən ünvana gedərək əsgər Təqsirləndirilən şəxs təhvil alıb 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlama məntəqəsinə yerləşdirilməsini təmin etmişdir. Təqsirləndirilən şəxs bir gün müvəqqəti saxlama məntəqəsində saxlanıldıqdan sonra N nömrəli hərbi hissənin nümayəndəsinə təhvil verilməsi üçün 17 fevral 2024-cü il tarixdə, saat 16:00-da 1-ci Hərbi Polis bölməsinə gətirilərək kazarma şəraitində saxlanılmışdır. 18 fevral 2024-cü il tarixdə saat 08:00-da isə Təqsirləndirilən şəxs təbii ehtiyacını ödəmək bəhanəsi ilə 1-ci Hərbi Polis bölməsinin qərargahında yerləşən sanitar qovşağa getmiş, sanitar qovşaqda olan zaman orada olan nəfəslikdən çıxaraq 1-ci Hərbi Polis bölməsinin ərazisini özbaşına tərk etmişdir. Bundan sonra 08 mart 2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsindən əsgər Təqsirləndirilən şəxs saxlanılması və hazırda şöbədə olması barədə məlumat verilmişdir. O, çavuş Şahid2 ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə gedərək 09 mart 2024-cü il tarixdə, təxminən saat 02 radələrində əsgər Təqsirləndirilən şəxs oradan təhvil götürüb 1-ci Hərbi Polis bölməsinə gətirərək 09 mart 2024-cü il tarixdə, saat 05:50-də 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlama məntəqəsinə yerləşdirilməsini təmin etmişdir. Təqsirləndirilən şəxs bir gün 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlanılma yerində saxlanıldıqdan sonra 10 mart 2024-cü il tarixdə N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş kapitan Şahid4 təhvil verilmişdir. Bundan sonra isə N nömrəli hərbi hissə komandirinin əmri ilə əsgər Təqsirləndirilən şəxs yeddi gün müddətinə intizam qaydasında həbs cəzası verildiyinə görə əsgər Təqsirləndirilən şəxs kapitan Şahid4 tərəfindən təhvil alındıqdan sonra 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına aparılarkən həmin gün, yəni 10 mart 2024cü il tarixdə əsgər Təqsirləndirilən şəxs nümayəndənin yanından qaçması barədə məlumat daxil olmuşdur. Bir müddət sonra, yəni 28 mart 2024-cü il tarixdə yenidən Təqsirləndirilən şəxs nikahdankənar münasibətdə olduğu qadının anası məlumat verərək Təqsirləndirilən şəxs ünvan 12 ərazisində yerləşən mənzilində olduğunu bildirdiyinə görə 28 mart 2024-cü il tarixdə o, çavuş Şahid2 ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs təhvil alıb 1-ci Hərbi Polis bölməsinə gətirərək qarovullar növbətçisinə təhvil vermişdir. O, Təqsirləndirilən şəxsla söhbət edərkən İbarhim Qasımov ona nikahdankənar münasibətdə olduğu qadınla görüşmək istədiyini, ailəsini tək qoymaq istəmədiyini, buna görə xidmət yerini özbaşına tərk etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 1-ci Hərbi Polis bölməsinin 3-cü hərbi polis bölüyünün nizamlayıcı taqımının manqa komandiri, çavuş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Heydər Əliyev adına Hərbi İnstitutun Fiziki hazırlıq və idman kafedrasının müəllimi, baş leytenant Şahid3 bildirmişdir ki, 17 fevral 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək Qarovullar növbətçisi xidmətinə təyin olunmuşdur. 17 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Bakı Qarnizonu Hauptvaxtından ona məlumat verilərək N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs əvvəllər xidmət yerini özbaşına tərk etdiyinə görə 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Qarnizonu Hauptvaxtına yerləşdirildiyi, əsgər Təqsirləndirilən şəxs 24 saat müvəqqəti saxlanılma müddəti başa çatdığına görə sonuncunun orada saxlanılmasının mümkün olmadığını, buna görə də əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissədən göndəriləcək nümayəndəyə təhvil verilənədək 1-ci Hərbi Polis bölməsində saxlanılmalı olduğu bildirilmişdir. Buna görə də o, 17 fevral 2024-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hauptvaxtından təhvil alaraq 1-ci Hərbi Polis bölməsinə gətirmiş və əsgər Təqsirləndirilən şəxs həmin gün 1-ci Hərbi Polis bölməsində saxlanılmışdır. Növbəti gün, yəni 18 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bölmənin sanitar qovşağından istifadə etmək istədiyini bildirmişdir. Həmin vaxt onun köməkçisi baş leytenant Mansur Bəylərov siqaret çəkmək üçün həyətdə olduğuna görə əsgər Təqsirləndirilən şəxs özü sanitar qovşağa aparmışdır. Həmin vaxt 1ci Hərbi Polis bölməsinin rəisi gəldiyinə görə o, xidməti otağı səliqəyə salmaq üçün sanitar qovşağın qarşısından ayrılmış və otağı səliqəyə saldıqdan sonra yenidən sanitar qovşağın qarşısına qayıtmışdır. O, sanitar qovşağın qarşısına qayıtdıqdan sonra əsgər Təqsirləndirilən şəxs bir neçə dəfə çağırmasına baxmayaraq ona cavab verilmədiyinə görə o, qapını açaraq içəri daxil olmuş və əsgər Təqsirləndirilən şəxs orada olmadığını və sanitar qovşaqda olan pəncərənin açıq olduğunu görmüşdür. Sanitar qovşaqdakı pəncərə açıq olduğuna görə o, əsgər Təqsirləndirilən şəxs həmin pəncərədən qaçdığını başa düşmüş və köməkçisi baş leytenant X8 Qasımovun sanitar qovşaqdakı pəncərədən qaçdığını, əsgərin tapılması istiqamətində zəruri tədbirlər görməsini tapşırmışdır. Bundan sonra əsgər Təqsirləndirilən şəxs tapılması istiqamətində zəruri tədbirlər görülsə də, onlar sonuncunu tapa bilmədiklərinə görə o, baş vermiş hadisə barədə 1-ci Hərbi Polis bölməsinin rəisinə məruzə etmişdir. Bir müddət sonra, yəni 08 mart 2024-cü il tarixdə o, əsgər Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, Təqsirləndirilən şəxsla söhbət edərkən İbarhim Qasımov ona nikahdankənar münasibətdə olduğu qadınla görüşmək istədiyini, ailəsini tək qoymaq istəmədiyini, buna görə xidmət yerini özbaşına tərk etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölmə rəisinin informasiya texnologiyaları üzrə köməkçisi, kapitan Şahid4 bildirmişdir ki, o, 09 mart 2024-cü il tarixdə 15 gün müddətinə növbəti məzuniyyətə buraxılmışdır. Həmin tarixdə N nömrəli hərbi hissə komandirinin müavini, polkovnikleytenant Firdovsi Baxşəliyev məzuniyyətə buraxılmazdan əvvəl onu yanına çağıraraq əsgər Təqsirləndirilən şəxs həbs kağızını və ərzaq attestatını verərək həmin əsgəri 1-ci Hərbi Polis bölməsindən təhvil alıb həmin hərbi polis bölməsinin hauptvaxtına yerləşdirməsinə dair göstəriş vermişdir. O da öz növbəsində Firdovsi Baxşəliyevin göstərişinə uyğun olaraq 10 mart 2024-cü il tarixdə, saat 05 radələrində 1-ci Hərbi Polis bölməsinə gedərək əsgər Təqsirləndirilən şəxs hauptvaxta aparmaq üçün oradan təhvil alarkən hərbi polis bölməsinin gizir rütbəli hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs müayinə etdikdən sonra əsgərin qızdırması olduğunu və əsgər Təqsirləndirilən şəxs ilk öncə hərbi hissəyə aparılaraq müalicə olunmalı olduğunu, daha sonra hauptvaxta yerləşdirilə biləcəyini bildirmişdir. O, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə aparmaq üçün 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlama yerindən təhvil alaraq Bakı Beynəlxalq Avtovağzalına gətirmiş və əsgər Təqsirləndirilən şəxsla birlikdə Gəncə şəhərinə gedən taksilərdən birinə əyləşmişdir. Yolda olan zaman əsgər Təqsirləndirilən şəxs ona hərbi qış geyim formasının Şirvan şəhəri ərazisində yaşadığı ünvanda olduğunu bildirdiyinə, hərbi hissəyə getməzdən öncə həmin ünvana gedərək formasını götürmələrini xahiş etdiyinə görə Təqsirləndirilən şəxs hərbi qış geyim formasını götürmək üçün yolüstü sonuncunu dediyi ünvana aparmışdır. Qeyd edilən ünvana çatdıqdan sonra əsgər Təqsirləndirilən şəxs hərbi qış geyim formasını götürmək adı ilə oradakı evlərdən birinə daxil olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs daxil olduğu evin qapısını nə qədər döysə də, ona cavab verən olmamışdır. O, əsgər Təqsirləndirilən şəxs tapmaq üçün nə qədər çalışsa da, həmin şəxsi tapa bilməmişdir. Daha sonra isə o, baş vermiş hadisə barədə polkovnik-leytenant Firdovsi Baxşəliyevə məruzə etmişdir. Sonradan o, əsgər Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə hərbi polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, Təqsirləndirilən şəxsla söhbət edərkən Təqsirləndirilən şəxs ona problemlərinin olduğunu, bu səbəbdən xidmət yerinə qayıtmadığını demişdir. Şahid5 istintaq zamanı verdiyi (tərxis olunduğu üçün məhkəmə iclasında onun iştirakını təmin etmək mümkün olmamış, istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, o, 11 dekabr 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək növbəti məzuniyyətə buraxılmışdır. 26 dekabr 2023-cü il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Rəşad Piriyev ona zəng edərək əsgər Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə xidmət yerinə qayıtmalı olmasına baxmayaraq xidmət yerinə qayıtmadığına görə hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci Hərbi Polis bölməsində saxlanıldığını, hərbi hissəyə gələrkən əsgər Təqsirləndirilən şəxs hərbi polis bölməsindən götürərək özü ilə birlikdə hərbi hissəyə gətirməsinə dair göstəriş vermişdir. Buna görə də o, 27 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində əsgər Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsindən təhvil almış və həmin şəxslə birlikdə Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə getmək üçün yola düşmüşdür. Onlar taksi ilə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yolda tıxac olmasından istifadə edərək taksinin arxa qapısını açıb avtomobildən düşərək qaçmışdır. Bundan sonra isə o, baş vermiş hadisə barədə N nömrəli hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Rəşad Piriyevə məruzə etmişdir. Təqsirləndirilən şəxsla söhbət edərkən Təqsirləndirilən şəxs ona problemlərinin olduğunu, buna görə də xidmət yerinə qayıtmadığını demişdir. Şahid6 istintaq zamanı (Kəlbəcər rayonundakı hava şəraiti ilə bağlı hərbi hissə komandanlığı onun iştirakını təmin edə bilməmiş, istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, o, 01 fevral 2024-cü il tarixdə bir ay müddətinə növbəti məzuniyyətə buraxılmışdır. Həmin tarixdə N nömrəli hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Firdovsi Baxşəliyev məzuniyyətə buraxılmazdan əvvəl onu yanına çağıraraq əsgər Təqsirləndirilən şəxs həbs kağızını və ərzaq atestatını verərək həmin əsgəri 1-ci Hərbi Polis bölməsindən təhvil alıb həmin hərbi polis bölməsinin hauptvaxtına yerləşdirməsinə dair göstəriş vermişdir. O, Firdovsi Baxşəliyevin göstərişinə uyğun olaraq həmin gün saat 21 radələrində 1-ci Hərbi Polis bölməsinə gedərək əsgər Təqsirləndirilən şəxs hauptvaxta aparmaq üçün oradan təhvil almışdır. O, Təqsirləndirilən şəxs təhvil aldıqdan sonra sonuncu ona su və siqaret istədiyini bildirdiyinə görə onlar yaxınlıqda olan köşklərdən birinə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs köşkdən su və siqaret alan zaman o, bir əli ilə əsgər Təqsirləndirilən şəxs qolundan tutmuşdur. Elə həmin vaxt əsgər Təqsirləndirilən şəxs anidən qolunu onun əlindən çəkərək orada olan binaların arası ilə qaçıb həmin yerdən uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs nə qədər axtarsa da, tapa bilməmişdir. O, baş vermiş hadisə barədə polkovnik-leytenant Firdovsi Baxşəliyevə məruzə etmişdir. Sonradan o, əsgər Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə hərbi polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, hərbi hissəyə qayıtdıqdan sonra əsgər Təqsirləndirilən şəxs daha əvvəllər də xidmət yerini özbaşına tərk etdiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxsla söhbət edərkən Təqsirləndirilən şəxs ona problemlərinin olduğunu, bu səbəbdən xidmət yerinə qayıtmadığını demişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində axşam saat 18:50 radələrində N nömrəli hərbi hissənin müddətli əsgəri Təqsirləndirilən şəxs müvəqqəti saxlanılmaya gətirilmişdir. N nömrəli hərbi hissənin müddətli əsgəri Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saat 08:10 radələrində sanitar qovşağından istifadə etmək istədiyini bildirmişdir. Bundan sonra müddətli əsgər Təqsirləndirilən şəxs sanitar qovşağından qaçmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyi üçün 1-ci Hərbi Polis bölməsinin axtarış üzrə əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində 1-ci Hərbi Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Hərbi Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 234 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin müddətli hərbi xidmət qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 1-ci hərbi polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsinin ərazisini özbaşına tərk etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 4-cü taborun 12-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının heyət nəfəri əsgər Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində məzuniyyətdən qayıtmadığı üçün xidmət yerini özbaşına tək etmiş hesab edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs 12-ci bölüyün Pulemyot manqasında heyət nəfəri atıcı vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsü kimi öz borcunu dərindən dərk etsə də, icra etməyə çətinlik çəkir. Ona verilən tapşırığı vaxtında icra etməyə çalışır. Öz silahını, döyüş texnikasını və digər texnikanı qənaətbəxş bilir, gigiyena qaydalarına riayət etməyə çalışır. Komandir və rəislərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirməyə çətinlik çəkir. Tutulmuş iradla razılaşsa da, nəticə çıxarmağa çətinlik çəkir. Hərbi geyimini səliqə ilə geyinir. Fiziki cəhətdən sağlam deyil. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 18 dekabr 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü taborun 12-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının heyət nəfəri əsgər Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində məzuniyyətdən qayıtmadığı üçün xidməti yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 23 sentyabr 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, əsgər X3 xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Gəncə şəhəri) gəldiyinə görə 23 sentyabr 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və 4-cü motoatıcı taborun 12-ci motoatıcı bölüyünün pulemyot manqasının heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 08 dekabr 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü taborun 12-ci bölüyün 1-ci taqımın 3-cü manqasının heyət nəfəri əsgər X4 08 dekabr 2023-cü il tarixdən 10 (on) gün müddətinə 18 dekabr 2023-cü il tarixədək növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 18 fevral 2024cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü taborun 12-ci bölüyünün heyət nəfəri əsgər Təqsirləndirilən şəxs intizam qaydasında cəzasını çəkmək üçün qazan təminatından çıxarılmış və 7 (yeddi) sutka müddətinə 1-ci hərbi polis bölməsinin Bakı şəhər Qarnizonunun haupvaxtının qazan təminatına qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Hərbi Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 133 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tək etdiyi üçün 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində saxlanılaraq 1-ci Hərbi Polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:50 radələrində hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4-cü Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli, 291 nömrəli məktubundan görünür ki, 1-ci Hərbi Polis bölməsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə əsgər Təqsirləndirilən şəxs saxlamışlar, lakin əsgər Təqsirləndirilən şəxs yenidən nəzarətdən yayınmış və təkrar xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. İş materiallarında olan baş vermiş hadisənin məruzə blankından görünür ki, xx.xx.2023-cü il tarixdə hərbi hissəni özbaşına tərk edən N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Şirvan şəhərində mülki polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci Hərbi Polis bölməsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Hərbi Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, N nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tək etdiyi üçün 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 05:50 radələrində saxlanılaraq 1-ci Hərbi Polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 05:50 radələrində kapitan Şahid4 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Hərbi Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 432 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsinin rəisi – Bakı Qarnozununun hərbi komendantı tərəfindən 3 (üç) sutka həbs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Hərbi Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 8 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi üçün 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq 1-ci Hərbi Polis bölməsinə gətirilmişdir. xx.xx.2023-cü i tarixdə saat 11:45 radələrində hərbi hissəyə təhvil verilmişdir. (v. 87) İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Hərbi Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 221 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi üçün 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində saxlanılaraq 1-ci Hərbi Polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində 1-ci Hərbi Polis bölməsini özbaşına tərk etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, qərarın icrası təqsirləndirilən şəxsin xidmətdə olduğu N nömrəli hərbi hissənin komandanlığına həvalə olunmuşdur. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 01 avqust 2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 2185 nömrəli telefonoqramına əsasən 4-cü taborun 12-ci bölüyün pulemyot manqasının heyət nəfəri əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Bakı Hərbi Məhkəməsinə ezamiyyətə getmiş və xx.xx.2024cü il tarixdə Bakı Hərbi Məhkəməsini özbaşına tək etdiyi üçün ezamiyyətdə olanların siyahısından çıxarılıb hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-5562/2024 nömrəli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.1, 333.2 və 333.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran, ona bəraət verilməsinə əsas olan hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun əməlindən peşman olması və səmimi olaraq təqsirini etiraf etməsidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti təkrar törətməsidir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, 333.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin 15-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu 333.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən, 333.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən, 333.4-cü maddəsi isə az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası, 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası, 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 66.2-ci və 68.1.1-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bu qaydada cəza təyin edilməsi qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini də təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə təyin edilməli, cəza çəkmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 16 avqust 2024-cü il tarixdən hesablanmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hərbi polis bölməsinin haupvaxtında xx.xx.2023-xx.xx.2023-cü il tarixdə saxlanıldığı 1 (bir) gün, xx.xx.2024xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün – cəmi 9 (doqquz) gün müddət ona təyin edilən cəzadan çıxılmalı və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müəyyən edilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (ikiyüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Prospekt” vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1, 333.2 və 333.4-cü maddələri ilə ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 68.1.1-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hərbi polis bölməsinin haupvaxtında xx.xx.2023-xx.xx.2023-cü il tarixdə saxlanıldığı 1 (bir) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə saxlanıldığı 2 (iki) gün – cəmi 9 (doqquz) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müəyyən edilsin.. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (ikiyüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Prospekt” vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar