Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-173/2023 23.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X3 həbsdə saxlanılan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Xidmətinin X5 N nömrəli hərbi hissəsinin Qrup komandirlərinin hazırlanması kursunun müdavimi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. O, Dövlət Sərhəd Xidmətinin X5 N nömrəli hərbi hissəsinin Qrup komandirlərinin hazırlanması kursunun müdavimi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin aprel ayının əvvəllərində “Facebook” sosial şəbəkəsində tanış olduğu vətəndaş Zərərçəkmiş şəxs sonuncunun tanışı vətəndaş Şahid1 26500 (iyirmi altı min beş yüz) manat məbləğində borcunun olduğunu və Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə pulunu geri almaq istəyini bilib, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı, habelə Zərərçəkmiş şəxs köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı Şahid1 26500 (iyirmi altı min beş yüz) manat məbləğində borcunu qaytarmaq adı ilə "xxxx" ASC-də sonuncunun adına tanışı vasitəsilə depozitə pul qoyaraq borc məbləğində kreditə pul götürüb depozitə qoymuş olduğu pulla birlikdə geri qaytaracağına dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ünvan 1 ünvanında olarkən mobil tətbiq vasitəsilə özünün adına olan “409859******6999” nömrəli “Leo Bank” kartına köçürdüyü ümumilikdə 20500 (iyirmi min beş yüz) manat məbləğində pulunu ələ keçirmiş, bundan sonra artıq Şahid1 adına pul götürdüyünü bildirib cinayətkar niyyətini başa çatdırmaq üçün Zərərçəkmiş şəxs etibarını itirməmək məqsədilə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 4000 manat pulu sonuncuya geri qaytarmış və əlavə kredit götürməyi üçün Zərərçəkmiş şəxs depozit olaraq verdiyi məbləğin kifayət etmədiyini bildirib vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək, Zərərçəkmiş şəxs xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ünvan 1 ünvanında olarkən mobil tətbiq vasitəsilə özünün adına olan “409859******6999” nömrəli “Leo Bank” kartına köçürdüyü ümumilikdə 26300 (iyirmi altı min üç yüz) manat məbləğində pulunu ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs 42800 (qırx iki min səkkiz yüz) manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin X5 N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan kiçik çavuş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci ilin mart ayında hüquqla bağlı maraqlı yeni nələrsə öyrənmək məqsədi ilə “Facebook” sosial şəbəkəsində olan “Hüquqşünaslar” qrupuna qoşulmuş, sosial şəbəkədə adını “Seymur İsmayılov” olaraq qeyd etmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs şəxsidə ona yazıb öz problemi barədə məlumatlandıraraq 2022-ci yanvar ayından mart ayınadək olan müddət ərzində tanışı Şahid1 anasını müalicə etdirməsi üçün ümumilikdə 26500 manat pul verdiyini, sonuncunun həmin borcu vəd etmiş olduğu müddətdə qaytarmadığını bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs ona artıq Şahid1 inanmayaraq pulunu hüquqi yollarla qaytarmaq istəyini deyib, ondan bu işdə kömək istəmişdir. O isə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədi ilə sonuncuya guya bu işdə kömək edəcəyini bildirmiş, aralarında olan danışıq zamanı sonuncunun diqqətini cəlb edərək pulunun 90 gün ərzində Şahid1 alınaraq qaytarılmasına dair Zərərçəkmiş şəxs vəd vermişdir. Bunun qarşılığında isə guya Zərərçəkmiş şəxs ona alınan pulun 30%-i məbləğində ödəniş etməli olmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs Şahid1lə bağlı bildiyi məlumatları alıb, sonuncu ilə danışmış, həmin vaxt bəlkə özünü Zərərçəkmiş şəxs tanışı kimi təqdim edib, pulu nə vaxt qaytaracağını soruşsa, Şahid1 pulu qısa zaman ərzində qaytaracağını düşünmüşdür. Lakin, bu addımı öz nəticəsini verməmiş, Şahid1lə arasında olan danışıq zamanı sonuncu maddi vəziyyətinin pis olmasını demiş və Zərərçəkmiş şəxs almış olduğu pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bu barədə də Zərərçəkmiş şəxs məlumat vermiş, sonuncu ilə aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs pulu Şahid1 necə alacağı barədə soruşduqda o, guya "xxxx" ASC-də işləyən “Cavid” adlı tanışının vasitəsi ilə bu məsələni rahatlıqla həll edəcəyini bildirmişdir. Belə ki, o, yalandan Zərərçəkmiş şəxs Şahid1 adına guya "xxxx" ASC-də depozitə pul qoyaraq kredit götürüb Zərərçəkmiş şəxs verəcəyini, həmçinin depozitə qoymaq üçün verdiyi pulu da qaytaracağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs işə başlamaq üçün ilk dəfə 08 may 2022-ci il tarixdə 1000 manat pul almış, sonuncu həmin pulu onun adına olan “Leo Bank” kart kesab nömrəsinə göndərmişdir. Zərərçəkmiş şəxs ona müəyyən bir məbləğdə pul verdikdən sonra o, artıq guya Şahid1 adına pul götürdüyünü bildirib, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 4000 manat pul geri qaytararaq, əlavə kredit götürməyi üçün ona depozit olaraq verdiyi məbləğin kifayət etmədiyini bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs əlavə olaraq pul verməli olduğunu bildirmiş, məbləğ olaraq isə sonuncuya konkret heçnə deməmiş, hər dəfə müxtəlif məbləğlər deyib, əvvəllər verdiyi pulun Şahid1 ümumi 26500 manat borcu miqdarında kredit götürməyə kifayət etmədiyi ilə əsaslandırmışdır. Bu və digər əsassız bəhanələrlə o, Zərərçəkmiş şəxs inamını qazanıb, sonuncu dəfə 05 iyul 2022-ci il tarixdə 2500 manat olmaqla ümumillikdə 42800 manat məbləğində pulunu ələ keçirmişdir. Pulu aldıqdan bir müddət sonra Zərərçəkmiş şəxs artıq onun heç bir iş görmədiyini görərək artıq köməyinin lazım olmadığını bildirib, 42800 manat pulunu geri qaytarmağını tələb etmişdir. Lakin, o, Zərərçəkmiş şəxs guya Şahid1 adına "xxxx" ASC-də dondurulmuş hesabın mövcud olduğunu və həmin hesabın üzərinə həbs qoyulduğundan pulu çıxarda bilmədiyini demişdir. Beləcə hazırkı vaxtadək, o müxtəlif bəhanələr gətirib Zərərçəkmiş şəxs 42800 manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs dələduzluq yolu ilə almış olduğu 42800 manat pulun böyük bir hissəsini pramida oyunu olan “Sink” proqramına yerləşdirmiş, lakin, sonra həmin proqram bağlandığı üçün qoymuş olduğu bütün pulları itirmişdir. Əldə etdiyi pulların qalan hissəsini isə şəxsi ehtiyacları üçün sərf etmişədir. Məqsədi Zərərçəkmiş şəxs ona yazdığı gündən sonuncunun pulunu aldadaraq ələ keçirmək olmuşdur. Hazırda etdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci yanvar ayından mart ayınadək olan müddət ərzində tanışı Şahid1 ümumilikdə 26500 manat borc pul vermiş, Şahid1 həmin borcu vəd etmiş olduğu müddətdə qaytarmadığı üçün pulunu hüquqi yollarla qaytarmaq istəmiş və bu məqsədlə 2022-ci ilin aprel ayının əvvəllərində “Facebook” sosial şəbəkəsində olan “hüquqşünaslar” qrupunda bu məsələdə ona kömək etmək məqsədi ilə hüquqi bilikli şəxs axtarmağa başladıqda həmin qrupda profil adı əvvəlcə “Natiq İsrayılov”, bir müddət sonra “Seymur İsmayılov” olaraq dəyişdirilən şəxs onun diqqətini çəkmişdir. Daha sonra özü həmin profil hesabına şəxsidə yazaraq problemi barədə məlumat verib söhbət edən zaman profil sahibinin adının Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxsla aralarında olan danışıq zamanı sonuncu pulunun 90 gün ərzində Şahid1 alınaraq qaytarılmasını vəd etmiş, bunun qarşılığında isə pulun 30%-i məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid1 ad, soyad, ata adını və istifadəsində olan mobil nömrəni ondan alıb, sonuncu ilə danışmışdır. Danışıq zamanı Şahid1 pulu qısa müddətdə qaytaracağını demişdir. Həmin dövrdə pul məsələsinə görə aralarında inciklik yarandığı üçün Şahid1 ilə danışmamış, sadəcə bu məsələ ortaya çıxdıqda sonuncu ilə əlaqə saxlamış və Şahid1 Təqsirləndirilən şəxs zəng vurduğunu, pulun qaytarılmasını təklif etdiyini təsdiqləmişdir. Lakin, bundan sonra Təqsirləndirilən şəxs ona Şahid1 ilə danışmamağını və məsələni özü həll edəcəyini bildirdiyi üçün Təqsirləndirilən şəxs inanaraq Şahid1 ilə təxminən 2-3 ay ərzində ümumiyyətlə əlaqəyə girməmişdir. Bundan sonra pulu Şahid1 necə alacağı barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu "xxxx" ASC-də işləyən “Cavid” adlı tanışının vasitəsi bu məsələni rahatlıqla həll edəcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona Şahid1 adına "xxxx" ASC-də depozitə pul qoyaraq kredit götürüb ona verəcəyini, həmçinin depozitə qoymaq üçün verdiyi pulu da qaytaracağını, bütün bunların "xxxx" ASC-nin Ağstafa rayon filialının əməkdaşı olaraq təqdim etdiyi “Cavid” adlı tanışının köməkliyi ilə həll edəcəyinə bildirmişdir. Daha sonra o, işə başlaması üçün ilk dəfə 08 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan “Leo Bank” kart kesab nömrəsinə 1000 manat pul göndərmişdir. Bundan sonra da, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 13000 manat, xx.xx.2022-ci il tarixdə 2000 və 3000 manat olmaqla ümumi 5000 manat məbləğində pul göndərmişdir. Beləliklə, o Şahid1 depozit hesabına köçürməsi üçün Təqsirləndirilən şəxs “Leo Bank” kartına 9 gün ərzində ümumilikdə 20500 (iyirmi min beş yüz) manat məbləğində pul köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs artıq Şahid1 adına pul götürdüyünü bildirib ona xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla, hissə-hissə ümumilikdə 4000 manat pul geri qaytarmış və əlavə kredit götürməyi üçün depozit olaraq verdiyi məbləğin kifayət etmədiyini qeyd edərək guya bu səbəbdən əlavə olaraq pul verməli olduğunu bildirmişdir. Məbləğ barədə isə konkret heçnə deməmiş, hər dəfə müxtəlif məbləğlər istəməklə, səbəbini guya onun verdiyi pulların Şahid1 ona olan ümumi 26500 manat borcu miqdarında kredit götürməyə kifayət etməməsi ilə əsaslandırmışdır. Bu və digər bəhanələrlə Təqsirləndirilən şəxs onun inamını qazanıb, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2022-ci il tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə isə sonuncu dəfə 2500 manat olmaqla ümumillikdə 42800 manat məbləğində pulunu ələ keçirmişdir. Həmin məbləğlərdə pulu özünün çalışdığı ünvan 2 ünvanda yerləşən "xxxx"-da olduğu zaman mobil telefonunda olan tətbiqlər vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına dair şübhələndikdən sonra isə sonuncuya artıq ona heç bir köməyi lazım olmadığını bildirib, 42800 pulunu geri qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs ona Şahid1 adına "xxxx" ASC-də dondurulmuş hesab olduğunu və həmin hesabın üzərinə həbs qoyulduğundan pulu çıxara bilmədiyini qeyd etmişdir. Yalnız bu danışığın ardınca uzun müddət aradan sonra Şahid1 ilə əlaqə saxlayaraq baş verənlər barədə söhbət apardıqda sonuncu adına heç bir depozit hesabın açılmadığını, Təqsirləndirilən şəxs ilə arasında bu barədə heç bir danışığın olmadığını, sadəcə sonuncunun özü ilə əlaqə saxlayaraq borclu olduğu 26500 manat məbləğində pulu qaytarmasını tələb etdiyini bildirdi. Şahid vətəndaş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci ilin əvvəllərində şəxsi problemlərinin və ailəsində xəstəsinin olması səbəbindən hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 26500 manat məbləğində borc almışdır. Zərərçəkmiş şəxs aldığı pulu vəd verdiyi vaxtda qaytara bilmədiyi üçün aralarında inciklik yaranmış, bir müddət danışmamışlar. Lakin, işlərini yoluna qoyan kimi Zərərçəkmiş şəxs pulunu hissəhissə olmaqla tam şəkildə geri qaytaracağını bildirmişdir. Bu müddət ərzində 2022-ci ilin aprel ayının sonları, may ayının əvvələrində hazırda xatırlamadığı mobil nömrə ilə Təqsirləndirilən şəxs ona zəng vuraraq Zərərçəkmiş şəxs tanışı olduğunu bildirməklə sonuncuya olan borcu geri qaytarmağını ondan tələb etmiş, üstəlik Zərərçəkmiş şəxs verdiyi pulun özünə məxsus olduğunu qeyd etmişdir. Bundan sonra o, həmin pulu qaytaracağını bildirsə də, maddi vəziyəti yaxşı olmadığı üçün hansı tarixdə pulu qaytaracağı ilə bağlı heçnə deməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs ilə danışmamağı, sonuncunu narahat etməməyini ondan istəmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ilə aralarında telefon danışığı olub-olmadığını xatırlamasa da sonuncu bir neçə dəfə “Vatsapp” proqramı vasitəsilə ona yazaraq pulu nə vaxt qaytaracağını soruşmuşdur. Bu mövzudan başqa aralarında hər hansı bir başqa söhbət olmamış, həmin proses təxminən iki ay müddət davam etmişdir. Həmin müddət ərzində Zərərçəkmiş şəxsyla yalnız bircə dəfə danışmış, sonuncu həmin danışıq zamanı sadəcə ondan Təqsirləndirilən şəxs ilə bağlı soruşduqda sonuncunun aralarında olan borc məsələsi ilə bağlı zəng vurduğunu demişdir. Bundan sonra həqiqətən də Zərərçəkmiş şəxs yaxın bir adamı olduğunu düşündüyü üçün Təqsirləndirilən şəxs sözünə əsasən 2 aya yaxın müddət Zərərçəkmiş şəxs ilə danışmamışdır. Bir müddətdən sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs xəbərinin olub-olmadığını soruşduqda o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün tanışı olduğunu deyərək sonuncunun harada olması, nə işlə məşğul olması barədə məlumatının olmadığını bildirmişdir. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs onun adına guya depozit hesabı açaraq oradan adına kredit götürəcəyi, borc məbləğində kreditlə birlikdə depozitə qoyulan pulu da sonda Zərərçəkmiş şəxs qaytacağı barədə sonuncuya yalan vəd verib aldadaraq xeyli miqdarda pulunu ələ keçirdiyini öyrənmişdir. Lakin, belə bir şey qətiyyən olmamış, Təqsirləndirilən şəxs sadəcə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək üçün sonuncunun aldatmışdır. Zərərçəkmiş şəxs ilə danışmamağı, sonuncuya da onunla danışmamağını bildirərək aralarında mövcud olan əlaqəni kəsmiş, guya arada özü məsələni dırnaqarası “həll etməyə” çalışmışdır. Təqsirləndirilən şəxs onunla danışan zaman depozit açılması, kredit götürülməsi ilə bağlı ona heçnə deməmişdir. Adına da 2022-ci il ərzində heç bir depozit hesabı açılmamışdır. Təqsirləndirilən şəxs sadəcə aram-aram onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs olan borcunu ödəməyi ondan tələb etmişdir. Şahid vətəndaş Şahid3 məhkəmədə Şahid1 ifadəsinə oxşar ifadə verərək göstərdi ki, direktor olaraq çalışdığı "xxxx" ASC-də maliyyə direktoru olan Zərərçəkmiş şəxs 2022ci ilin təxminən may ayının ortaları-may ayının sonunda ondan şəxsi işləri ilə bağlı 25000 (iyirmi beş) min manat məbləğində borc pul istəmiş, şəxsi məsələ ilə bağlı olduğunu dediyi üçün sonuncudan heçnə soruşmamış və inandığı üçün 25000 manat məbləğində pulu borc olaraq Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında olan razılığa əsasən sonuncu iki ay ərzində həmin məbləği tam şəkildə geri qaytarmağı vəd vermiş, lakin iki ayın tamam olmasına az qalmış Zərərçəkmiş şəxs verdiyi pulu nə vaxt qaytaracağı ilə maraqlandıqda sonuncu başına iş gəldiyini, bir nəfər şəxs tərəfindən aldadıldığını bildirməklə baş vermiş hadisəylə bağlı ona məlumat vermişdir. Şahid Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçusu, miçman Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, şahidlər Şahid3 və Şahid1 ifadələrinə oxşar ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron müraciətdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 16 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Təqsirləndirilən şəxs onu aldadaraq 42800 manat məbləğində pulunu qanunsuz olaraq ələ keçirməsi barədə məlumat vermişdir. Vətəndaş Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan elektron ödəniş qəbzlərinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan “409859******6999” nömrəli “Leo Bank” kartına xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 13000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, yenə xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2022-ci il tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə isə 2500 manat məbləğində pul köçürmələri həyata keçirilmişdir. Öz əlamət və xüsusiyyətlərinə görə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyini nəzərə alaraq Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan elektron ödəniş qəbzlərinin kserosurətləri sübut əhəmiyyətinə malik olduğundan 24 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-X4” X8 təqdim olunan 2451 saylı, 22 iyul 2023-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də anlaqlı hesab edilməlidir. Hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd edilmir, əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Dövlət Sərhəd Xidmətindən təqdim olunan 22 avqust 2023-cü il tarixli məktubdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti rəisinin 08 aprel 2022ci il tarixli 416 ş/h nömrəli əmri ilə 3 il müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə müvafiq kursa cəlb olunması məqsədilə X9 Komandanının sərəncamına göndərilmiş, kurs müddətində həqiqi hərbi xidmətini davam etdirmək arzusunda olmadığından ehtiyata buraxılması barədə raportla müraciət etmiş və X9 Komandanının 27 sentyabr 2022-ci il tarixli 340 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə əsasən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xidməti vərəqənin surətindən görünür ki, İsmayılov X1 hazırlanması kursunun müdavimi vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah edilməsinə, həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının başlanğıcının tutulduğu 22 may 2023-cü il tarixdən hesablanmasını (Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsi), barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). ”Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərşəkmiş şəxs cinayət təqibi mərhələsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 179-183-cü maddəllərinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən maddi ziyana görə 42800 manat, mənəvi zərərin əvəzinə 5000 manat və mülki iddia üçün ödənilən 249.60 manat dövlət rusumunun qaytarılmasına dair mülki iddia verilmişdir. Məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarında göstərilənləri və məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq, hesab edir ki, mülki iddia qismən təmin olunmalı, 42800 (qırx iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan elektron ödəniş qəbzlərinin kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 42800 (qırx iki min səkkiz yüz) manat, mənəvi zərərə görə 5000 (beş min) manat və mülki iddia üçün ödənilən 249.60 (iki yüz qırx doqquz manat 60 qəpik) manat dövlət rüsümünun qaytarılmasına dair mülki iddiası qismən təmin edilsin.42800 (qırx iki min səkkiz yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Vəkil təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut elektron ödəniş qəbzlərinin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-173/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-173/2023
23.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver