Məhkəmə qərarları › İş №1-1(093)-174/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-174/2023

02.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-174/2023 02.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri Universal vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında N1 avqust 1987-ci il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Əliyev XN Nazirliyinin Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 10 nömrəli göndərişi əsasında müayinə olunmaq üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş, hərbi hospitalda ambulator müayinələrdən keçərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının müvafiq göndərişləri əsasında İcbari Tibbi Sığorta Agentliyi vasitəsilə 17 və N7 yanvar N0N3-cü il tarixlərdə mülki xəstəxanalarda müayinələrdən keçdikdən sonra dərhal müayinə nəticələrini xidmət yeri sayılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına təqdim etməli olduğu halda oraya gəlməmiş, daha sonra, N5 yanvar N0N3-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Mediland Hospital” müalicə müəssisəsində mayinədən keçib, N7 yanvar N0N3-cü il tarixdə müayinə nəticələrini təhvil alsa da, yalnız 8 fevral N0N3-cü il tarixdə saat 15 radələrində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına gəlməklə üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tabor 1-ci bölük 1-ci taqım 1-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olan zaman sol biləyində və sol dizində olan ağrılarla bağlı 6 yanvar N0N3-cü il tarixdə N14 nömrəli hərbi hospitalda müayinədə olmuş, sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş, N7 yanvar N0N3-cü il tarixdə Mediland hospitalda müayinə nəticələrini təhvil alıb həmin sənədlərlə dərhal Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına gəlməli olduğu halda, poliklinikaya getməmiş, N7 yanvar N0N3-cü il tarixdən 8 fevral N0N3-cü il tarixədək qardaşı ŞahidN yaşadığı Abşeron rayonu Xırdalan şəhərində olan evində olmuşd, 8 fevral N0N3-cü il tarixdə saat 15 radələrində müayinə nəticələri ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına gəlmiş, bundan sonra, N fevral N0N3-cü il tarixdə xidmət yerinə N nömrəli hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, dindirilmiş şahidlərin ifadələri, əmrdən çıxarışlar, sənədlər və eyni zamanda digər təkzib olunmaz mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, ŞahidN göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır, sonuncu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, 11 yanvar N0N3-cü il tarixdən 17 yanvar N0N3-cü il tarixədək ambulator müayinələrdə olmuş, N7 yanvar N0N3-cü il tarixdə Mediland hospitaldan müayinə nəticələrini götürmüş, daha sonra N fevral N0N3-cü il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs bu müddət ərzində onun yaşadığı ünvanında onunla qalmışdır. O, Təqsirləndirilən şəxs bu müddət ərzində xidmət yerinə qayıtmaması barədə soruşduqda sonuncu qanuni olaraq hospitaldan müayinələrdən keçdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının cərrahiyyə bölməsinin həkim cərrahı Şahid3 göstərmişdir ki, o, N014-cü ilin fevral ayından Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında cərrahiyyə bölməsində həkim-cərrah vəzifəsində çalışır, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətdə olarkən 17 yanvar N0N3-cü il tarixdə Mərkəzi Hərbi Poliklinikaya müraciət edib, onun qəbulunda olmuşdur. O, Təqsirləndirilən şəxs ambulator qaydada müayinə etdikdən sonra ona “hər iki mil bilək oynağı və sol diz oynağının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə MRT müayinəsi”ni məsləhət görüb, bu barədə onun tibb kitabçasına qeydlər etmişdir. Daha sonra, 17 yanvar N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs MRT müayinəsinin keçirilməsi ilə bağlı məktubla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs 08 fevral N0N3-cü il tarixdə saat 15 radələrində müayinə nəticələri ilə birlikdə ona müraciət etmiş, həmin müayinə nəticələrinə əsasən Təqsirləndirilən şəxs “sağ çiyin supraspinatus əzələ vətərinin bağlanma yerində intrasupstans hissəvi yırtığı, hər iki mil biləyin artriti” diaqnozu qoyub, fizioterapiya kursu keçməsini təyin etmiş və hərbi hissəsinə qayıtmasını bildirmişdir. Təqsirləndirilən şəxs N7 yanvar N0N3-cü il tarixdə müayinə nəticələrini Mediland hospitaldan götürdükdən sonra dərhal gətirib, ona təqdim etməli olduğu halda gəlməmiş, müayinə nəticələrini yalnız 8 fevral N0N3-cü il tarixdə təqdim etmişdir. İbtidai istntaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Şahid1 göstərmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 6 yanvar N0N3-cü il tarixdə N14 nömrəli hərbi hospitalda müayinə olunarkən “kienböck.avoskulyar nevraoz? İ mərhələ” diaqnozu qoyularaq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında travmatoloqun baxışı məsləhət görülmüş və hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 10 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə N fevral N0N3-cü il tarixdə qayıtmışdır. Ona görə də, o, N fevral N0N3-cü il tarixdə raportla hərbi hissə komandanlığına müraciət edərək Təqsirləndirilən şəxs hospitaldan müayinədən gec qayıtmasının səbəblərinin araşdırılmasını xahiş etmişdir. N4 avqust N0N3-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 6 yanvar N0N3-cü il tarixdə N14 nömrəli hərbi hissədə müayinə zamanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında travmatoloqun baxışı məsləhət görülmüş, o, 11 yanvar N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına ambulator qaydada müraciət etmiş, 11, 1N və 13 yanvar N0N3-cü il tarixdə hospitalda ambulator müayinələrdən keçmiş, 17 yanvar N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına ambulator qaydada müraciət etmiş, 17 yanvar N0N3-cü il tarixdə və 8 fevral N0N3-cü il tarixdə poliklinikada cərrah həkimin ambulator müayinəsində olmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli 10 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N1N nömrəli hərbi hissə komandirinin N9 dekabr N0N1-ci il tarixli 084 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün N-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-istehkamçısı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şuşa şəhərindən) gəlmiş hesab edilmiş, N yanvar N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N3 fevral N0NN-ci il tarixli 56 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N1N nömrəli hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli 014 əç nömrəli əmri ilə 4-cü taborunun 10-cu bölüyünün N-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-istehkamçısı vəzifəsindən azad edilib, 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-operatoru vəzifəsinə təyin olunduğuna görə həmin vəzifənin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin 1N may N0N3-cü il tarixli 140 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N0N3-cü ilin hesabından 10 (on) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, NN may N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 10 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əliyev XN Nazirliyinin Baş Klinik Hospitalına müalicəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 40 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əliyev XN Nazirliyinin Baş Klinik Hospitalından müalicədən qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 10 nömrəli göndərişindən görünür ki, 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçısı-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “kienböck, avoskulyar nevroz? İ mərhələ” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən təqdim edilmiş bağlaşmanın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N7 mart N014-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 3 (üç) il müddətinə könüllü xidmət keçmə ilə bağlı bağlaşma imzalamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən təqdim edilmiş xidmət müddətinin uzadılmasına dair sənədin surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs bağlaşma müddəti N7 mart N0N0-ci il tarixdən N7 mart N0N3-cü il tarixədək uzadılmışdır. N nömrəli hərbi hissədən təqdim edilmiş arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, ezamiyyətdən, məzuniyyətdən, yaxud müalicə müəssisəsindən gecikməsi halları olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 18 avqust N0N3cü il tarixli 868N nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 11 yanvar N0N3-cü il tarixdə (amb 47), 17 yanvar N0N3-cü il tarixdə (ambN1) və 8 fevral N0N3-cü il tarixdə poliklinikada ambulator müayinələrdə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 18 avqust N0N3cü il tarixli 868N nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs müayinəsi ilə bağlı 11 yanvar N0N3-cü il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məktub ünvanlanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 18 avqust N0N3cü il tarixli 868N nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Zəfəran Hospitalda müayinədən keçməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 16 yanvar N0N3-cü il tarixli məktub 18 yanvar N0N3-cü il tarixdə daxil olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 18 avqust N0N3cü il tarixli 868N nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs müayinəsi ilə bağlı 17 yanvar N0N3-cü il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məktub ünvanlanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 18 avqust N0N3cü il tarixli 868N nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Medilan Hospitalda müayinədən keçməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 19 yanvar N0N3-cü il tarixli məktub N3 yanvar N0N3-cü il tarixdə daxil olmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş N3 avqust N0N3-cü il tarixli 4964 nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 1 yanvar N0N3-cü il tarixdən NN avqust N0N3-cü il tarixədək hospitalda stasionar müayinə və müalicədə olmamışdır. Əsgər Təqsirləndirilən şəxs 11 yanvar N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator (ambulator-349) müayinədə olmuşdur. Zəfəran Hospital tərəfindən təqdim edilmiş 18 avqust N0N3-cü il tarixli ZH-01N057 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar N0N3-cü il tarixdə hospitalda “EEQ-EMQ” kompyuter EMQ müayinəsindən keçmişdir. Mediland Hospital tərəfindən təqdim edilmiş N5 avqust N0N3-cü il tarixli 45N nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs N5 yanvar N0N3-cü il tarixdə hospitala müraciət etmiş və MRT müayinəsindən keçmişdir. Müayinə görüntüləri nəticə yazılması üçün yetərsiz olduğuna görə Təqsirləndirilən şəxs MRT müayinəsinə çağırılaraq N7 yanvar N0N3-cü il tarixdə saat 10:N8-də müayinədən keçmiş və həmin tarixdən müayinə nəticələri hazır edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş 19 aprel N0N3cü il tarixli 3894 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı – 4 avqust N01N-ci il təvəllüdlü Sevda Əlizadə və N0 aprel N014-cü il təvəlüddlü Elcan Əlizadə onun himayəsindədir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cümaddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının yalnız hərbi qulluqçulara tətbiq edilməsi göstərildiyindən məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğuna görə barəsində Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda, məhkəmə onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın N5-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3 və 70.N-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm mümkün, həm də məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Kürdəmir rayonu icra və probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar