Məhkəmə qərarları › İş №1-1(093)-177/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-177/2023

06.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-177/2023 06.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollkgiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs (xx xxxx 2003-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgəri olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Məlikov X1 Nazirliyinin Sumqayıt şəhərinin X2 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər hərbi rütbəsində xidmətdə olarkən on gündən artıq, lakin bir aydan çox olmayan müddətə, yəni N iyun 2023-cü il tarixdə saat 08:00-dan N iyun 2023-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, N yanvar 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə başlamış, N avqust 2023-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi və ailə problemləri olduğundan həmin problemlərini həll etmək üçün N iyun 2023-cü il tarixdə səhər düzülüşündən sonra saat 08:30-da hərbi hissəni özbaşına tərk etmiş, problemlərini həll etdikdən sonra N iyun 2023-cü il tarixdə saat 08:00da hərbi hissəyə qayıtmışdır. Həmçinin onun hərbi xidmətə münasibəti normal olmuş, hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda hərbi xidmətdən boyun qaçırmaq, habelə xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamış, hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmişdir. Hazırda etdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, raportlar, əmrdən çıxarışlar, digər istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının komandiri, leytenant Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş və N iyun 2023-cü il tarixdə saat 08:30-dan N iyun 2023-cü il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. O, Təqsirləndirilən şəxsla hərbi hissəni özbaşına tərk etməsinin səbəbləri barədə söhbət etdikdə sonuncu ona şəxsi problemləri olduğu üçün hərbi hissəni özbaşına tərk etdiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları: gizir Şahid3 və kapitan Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə həmçinin cinayət işinin materiallarında olan aşağıdakı sübutlar araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında N yanvar 2023-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs N yanvar 2023-cü il tarixdə könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 23 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan əsgər Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci, 38.1.2-ci maddələrinə və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq qəbul edilərək N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsinə təyin edildiyinə görə N yanvar 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyularaq vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2023-cü il tarixli 231 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının minaatan qrupunun tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və “Silahlı Qüvvələrin intizam nizamnaməsi”nin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq ehtiyata buraxıldığına görə iş və vəzifəsini təhvil vermiş hesab edilmiş, N avqust 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsini müvəqqəti icra edən leytenant Şahid1 tərəfindən tərtib olunmuş N iyun 2023-cü il tarixli 5219 nömrəli raportdan görünür ki, həmin bölüyün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2ci taborunun 6-cı bölüyünün komandiri, baş leytenant Şahid2 tərəfindən tərtib olunmuş N iyun 2023-cü il tarixli 5592 nömrəli raportdan görünür ki, həmin bölüyün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2023-cü il tarixli 175 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatlar dayandırılmışdır. Cinayət işinin materiallarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2023-cü il tarixli 189 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlar qoyulmuşdur. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 25 iyul 2023-cü il tarixli 7720 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, həmin cinayət Azərbaycan Respublikası CM-in 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandirinin N avqust 2023-cü il tarixli 231 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Şirvan şəhər Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə görə yalnız kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən hərbi qulluqçulara nəzərdə tutulduğundan ordu sıralarından tərxis olunmuş təqsirləndirilən şəxsə həmin cəzanın tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, gən olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən müstəsna hallar kimi qəbul edib hesab edir ki, bu müstəsna hallar təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları (cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə məhkəmə tərəfindən nəzərə alınıb Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər) tətbiq olunmaqla, həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü - cərimə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirimi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti “Pro Bono” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356 , 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökm icra olunması Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Pro Bono” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar