Məhkəmə qərarları › İş №1-1(093)-177/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-177/2024

18.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-177/2024 18.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndəsi: Nümayəndə2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir az yaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin Aerokosmik mühəndisliyi kafedrasının Aviasiya mühəndisliyi silsiləsinin müəllimi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, keçmiş arvadı Şahid1 və azyaşlı övladı Fidan Elyasova ilə birlikdə faktiki olaraq atası Ərşad Elyasovun adına olan Bakı şəhəri Xətai rayonu X9 küçəsi bina 9 mənzil 6 ünvanında yaşamasına baxmayaraq, Müdafiə nazirinin xx.xx.2019-cü il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası”nın 3.14.3-cü maddəsinin “yaxın qohumunun yaşayış sahəsində yaşayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməməsinə” dair tələbinə əsasən, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq hüququ olmadığından, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək, yəni qanunsuz olaraq dövlətdən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası almaq qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2019-cu il tarixdə doğma əmisi, vətəndaş Şahid8 ilə bağladığı, sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin kirayə götürülməsi ilə əlaqədar müqaviləni digər sənədlərlə birlikdə raportla sözügedən institutun komandanlığına təqdim edib guya həmin mənzildə kirayədə yaşaması barədə yalan məlumat verərək, faktiki olaraq kirayə yaşamadığı halda, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində, yəni 2021-ci ilin sentyabr ayında 200 (iki yüz) manat, 2021-ci ilin oktyabr ayında 200 (iki yüz) manat, 2021ci ilin noyabr ayında 220 (iki yüz iyirmi ) manat, 2021-ci ilin dekabr ayında 220 (iki yüz iyirmi) manat, 2022-ci ilin yanvar ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin fevral ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin mart ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin aprel ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin may ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin iyun ayında 300 (üç yüz) manat, 2022-ci ilin iyul ayında 300 (üç yüz) manat, 2022-ci ilin avqust ayında 300 (üç yüz) manat, 2022-ci ilin sentyabr ayında 300 (üç yüz) manat, 2022-ci ilin oktyabr ayında 300 (üç yüz) manat, 2022-ci ilin noyabr ayında 300 (üç yüz) manat olmaqla hər ay bank vasitəsi ilə onun əmək haqqı kartının hesabına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməsinə nail olaraq aldatma yolu ilə vahid niyyətlə, ümumilikdə 3765 (üç min yeddi yüz altımış beş) manat məbləğində özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 19 iyul 2021-ci il tarixdə el adəti ilə Şahid1 ilə evləndikdən sonra arvadı ilə birlikdə müxtəlif rayonlara istirahətə getmişlər. 2021-ci ilin avqust ayının əvvəllərində isə o, xidmət yerindən bir aylıq müddətə Şəmkir rayonunda yerləşən hərbi hissəyə ezamiyyətə göndərilmiş, həmin ezamiyyət müddətində arvadı Şahid1 öz atası Məhərrəmin Binə qəsəbəsində yerləşən evində, arabir isə onun valideynlərinin yaşadığı Kürdəxanı qəsəbəsində yerləşən bağ evində qalmışdır. O, 2021-ci ilin sentyabr ayında ezamiyyətdən qayıtdıqdan sonra ilk günlər Şahid1 ilə birlikdə atasına məxsus olan Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yaşamağa başlamışlar. Lakin arvadı Şahid1 valideynləri onun valideynlərinin onlarla birlikdə yaşamaqlarına etiraz etdikləri üçün o, yeni qurulmuş ailəsinin dağılmaması üçün bir neçə gündən sonra məcbur olub doğma əmisi Şahid8 ilə sonuncunun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzilində yaşamaq üçün bağladığı, xx.xx.2022-ci il tarixdə isə yenilədiyi kirayə müqavilələri əsasında qeyd edilən mənzildə yaşamağa başlamışlar. Bundan sonra, yəni 2021-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində o, Şahid1 ilə birlikdə bəzi hallarda kirayə müqaviləsi bağladığı Qaraçuxur qəsəbəsi Yusub Eyvazov küçəsi bina 1 mənzil 286 nömrəli mənzildə, bəzi hallarda Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yaşamışlar. Bəzi hallarda isə, yəni növbədə, ezamiyyətdə olduğu hallarda, eləcə də övladları doğulduğu ərəfədə Şahid1 gedib öz atasına məxsus Xəzər rayonunun Binə qəsəbəsində yerləşən evdə qalmışdır. Qeyd edilən müddətdə hər ay onun aylıq məvacibinə müvafiq kirayə pulu əlavə edilərək maaş kartına köçürülmüşdür. Maaş kartına köçürülən kirayə pulunu əmisi Həsənlə bağladığı kirayə müqaviləsində qeyd edilən kirayə məbləğinə uyğunlaşdırıb hər ay əlbəəl şəkildə sonuncuya vermişdir. Keçmiş arvadı Şahid1 ilə nikahları pozulduğundan ona məqsədyönlü şəkildə problem yaratmaq üçün onun barəsində yalan ifadə vermişdir. Belə ki, onlar birgə nikah dövründə Şahid1 ilə atası Ərşad Elyasova məxsus olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında daimi olaraq yaşamaları, kirayə müqaviləsi bağladığı əmisi Şahid8 məxsus olan ünvan 5 ünvanda isə bir neçə dəfə, özü də digər qohumlara getdikləri qonaq kimi cəmi bir neçə saat ərzində olmaları, o cümlədən bir dəfə də olsun gecələməmələri barədə göstərdikləri yalandır. Qeyd edilən kirayə pullarını Şahid8 bütün hallarda əlbəəl vermiş, bu səbəbdən də bununla bağlı onda hər hansı bir ödəmə qəbzi və digər sənəd olmamışdır. Əmisi Həsənlə xx.xx.2019-cu il tarixli kirayə müqaviləsini xx.xx.2022-ci il tarixdə daha 5 il uzadarkən əmisi bazar qiymətlərini nəzərə alıb, evin 200 manat olan kirayə qiymətini 370 manata qaldırmışdır. 2021 -ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində əmisinə məxsus Qaraçuxur qəsəbəsi Yusub Eyvazov küçəsi bina 1 ev 286 nömrəli ünvanda yerləşən, mənzildə davamlı yaşamasına baxmayaraq, o, həmin binada, ərazidə yaşayan sakinləri, qonşuları tanımamışdır. Həmçinin qeyd edilən müddətdə arvadı Şahid1 hamiləlik dövründə hansı qadın məsləhətxanasına, hansı qadın gözəllik salonuna gedib-gəldiyini, hansı mağazalardan, apteklərdən alış-veriş etdiklərini, hansı ictimai iaşə obyektlərinə müraciətlər etdiklərini xatırlamır. Yalnız onu deyə bilər ki, həmin müddətdə o, ayda təxminən üç dəfə kirayə yaşadığı Qaraçuxur qəsəbəsi Yusub Eyvazov küçəsi bina 1 mənzil 286 nömrəli ünvanının yaxınlığındakı kişi salonunda işləyən şəxsin yanına gedib saçını kəsdirmişdir. Barəsində bəraət hökmü çıxarılacağını gözləsə də, hərbi instituta vurulmuş ziyan kimi göstərilən 3765 manat pulu Hərbi Prokurorluğun depozit hesabına ödəmişdir. 2-ci Qarabağ Müharibəsində iştirak etmiş, müharibə veteranıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Bu təqsirləndirilən şəxs kimi onun seçdiyi müdafiə üsuludur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona isnad edilən əməli törədib-törətməməsi ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, tədqiq edilmiş sübutların məcmusu ilə onun aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etməsi sübut olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndəsi Nümayəndə2 göstərdi ki, Təqsirləndirilən şəxs Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin Aerokosmik mühəndisliyi kafedrasının Aviasiya mühəndisliyi silsiləsinin müəllimi vəzifəsində xidmətdə olarkən ittiham olunduğu dövrdə 3765 manat kirayə pulu almışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki, kirayə pulu qanunsuz alınmışdır. 3765 manatla bağlı mülki iddia vermişlər. Amma 3765 manat hazırda Hərbi Prokurorluğun depozit hesabına qoyularaq ödənildiyindən Hərbi İnstitut mülki iddiadan imtina edir, həmin pulun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun hesabına köçürülməsini xahiş edir. Amma Təqsirləndirilən şəxs ilə barışıq əldə olunmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışlar, ancaq ona qarşı heç bir tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına qoyularaq ödənildiyinə görə mülki iddiadan imtina edir. Təqsirləndirilən şəxs institutun rəhbər heyətini aldatmasına görə, həmçinin etdiyi qanunsuz hərəkətlər şəxsi heyətə pis nümunə olduğu üçün onunla barışıq olmamışdır, Təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs ilə el atəti ilə toyları olduqdan təxminən iki ay sonra, yəni 20 sentyabr 2021-ci il tarixdə rəsmi nikahları olmuş, birgə nikahlarından 17 may 2022-ci il təvəllüdlü Fidan adlı azyaşlı övladları doğulmuşdur. Evliliyin ilk ayları münasibətləri normal olsa da, sonradan, yəni 2021-ci ilin sonlarından etibarən ailədaxili problemlərinin olmasına görə münasibətləri korlanmış və 16 noyabr 2022-ci il tarixdə o, atası Məhərrəmin evinə getmiş, nəhayət Xəzər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə boşanmışlar. Toyundan təxminən 2-3 ay əvvəl atası Məhərrəm el adəti ilə ona aldığı mebelləri və digər cehiz əşyalarını Təqsirləndirilən şəxs onlara dediyi daimi yaşayacaqları ünvana, yəni ünvan 6ır. O, 19 iyul 2021-ci il tarixdə el adəti ilə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, evləndikdən sonra birlikdə müxtəlif rayonlara istirahətə getmişlər. 2021-ci ilin avqust ayının əvvəllərində isə keçmiş əri Təqsirləndirilən şəxs xidmət yerindən bir aylıq müddətə Şəmkir rayonunda yerləşən hərbi hissəyə ezamiyyətə göndərilmiş, həmin ezamiyyət müddətində o, tək olmaması üçün öz atası Şahid2 Binə qəsəbəsində yerləşən evində, arabir isə Təqsirləndirilən şəxs valideynlərinin yaşadığı Kürdəxanı qəbəsində yerləşən bağ evində qalmışdır. Əri Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində ezamiyyətdən qayıtdıqdan sonra isə davamlı və daimi olaraq sonuncunun atası Ərşadın mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yaşamışlar. Evlilik müddətində Təqsirləndirilən şəxs birlikdə yaşadıqları Xətai rayonu Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında qalmadığı, keçmiş ərinin yəni ezamiyyətdə, iş yerində növbədə uzaq səfərdə olduğu günlərdə, habelə hamiləlik və uşaq yeni doğulan ərəfədə hər dəfəsində bir neçə gün ərzində olmaqla atası Məhərəmin Xəzər rayonu Binə qəsəbəsi ərazində yerləşən evində, habelə keçmiş qayınatası Ərşadın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazsində yerləşən bağ evində qalmışdır. Qeyd edilən müddətlərdə də Təqsirləndirilən şəxsla mütəmadi olaraq adi zənglə və görüntülü danışmış, həmin danışıqlarda sonuncunun ezamiyyət yerində iş yerində növbədə olduğunu bilmiş və görmüşdür. Yəni o, atası Məhərrəmin, habelə keçmiş qayınatası Ərşadın evində qaldığı bir neçə günlük müddətlərdə keçmiş ərinin əmisi Həsənin Qaraçucur qəsəbəsi Yusub Eyvazov küçəsi bina 1 mənzil 286 ünvanında yerləşən evində qaldığını görməmiş və eşitməmişdir. Ümumiyyətlə, evlilik müddətində keçmiş ərinin əmisi Həsənlə hansısa kirayə müqaviləsi bağlamasından onun məlumatı olmamış, əri ona bu barədə deməmişdir. O, Təqsirləndirilən şəxsla rəsmi nikahda olduğu 2021-ci ilin sentyabr ayından 2022- ci ilin noyabr ayınadək olan müddət ərzində davamlı və daimi olaraq ərinin atası Ərşada məxsus olan Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yaşamış və gecələmiş, qeyd etdiyi səbəblərdən atası Məhərrəmin, habelə keçmiş qayınatası Ərşadın evində qaldığı bir neçə günlük müddətlərdən savayı başqa bir ünvanda bir dəfə belə gecələməmişdir. Evlilik müddətində bir neçə dəfə isə Təqsirləndirilən şəxs ayrı-ayrı qohumlarının evinə bir neçə saatlıq qonaq getmişlər və elə həmin gün də daimi yaşadıqları sözügedən S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanına qayıtmışlar. Evlilik müddətində onlär bir dəfə azyaşlı qızı Fidan doğulduqdan sonra keçmiş qayınatası Ərşad və keçmiş qayınanası Solmazla birlikdə Təqsirləndirilən şəxs əmisi Həsənin Qaraçuxur qəsəbəsində yerləşən sözügedən evinə qonaq getdiklərini dəqiq xatırlayır. Hətta o həmin vaxt, xatirə qalması üçün öz telefonu ilə qısa video da çəkmişdir. Həmin video onun telefonumda qalmasa da, qeyd edilən videonun “Whatsapp” mobil tətbiqi ilə keçmiş ərinə göndərmişdir. Həmçinin xatırlayır ki, evlilik müddətində keçmiş əri Təqsirləndirilən şəxs əmisi Həsən llyasovun yaşadığı ünvanın yaxınlığında işləyən, hansısa kişi saç ustası olan tanışı ilə telefonda danışıb vaxtı razılaşdıraraq aydabir və iki dəfə həmin saç ustasının yanına saçını qırxdırmağa getmiş və saçını qırxdırdıqdan sonra evə qayıtmışdır. Hamiləlik müddətində ilk aylarda bir neçə dəfə daimi yaşadıqları Xətai rayonu S.Ə.Şirvani küçəsi yaxınlığında yerləşən, 10 nömrəli qadın məsləhətxanasına müraciət etmiş, sonra isə daha yaxşı tibbi yardım almaq üçün rəfiqələrinin birinin məsləhət gördüyü, Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən özəl klinika olan “German” hospitala gedib-gəlmiş, qızı Fidan həmin hospitalda dünyaya gəlmişdir və övladı qısa müddət sonra Xətai rayonu S.Ə.Şirvani küçəsi yaxınlığında yerləşən 6 saylı ASAN xidmət mərkəzində vətəndaşlıq qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxsla rəsmi nikahda olduğu 2021-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində onlar bəzən birlikdə, bəzən isə tək olaraq yaşadıqları Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 9 nömrəli binanın arxa tərəfində yerləşən “Bravo” marketdən və digər marketlərdən bazarlıq etmiş, habelə qeyd etdiyi “Bravo” marketlə üzbəüz yerləşən, kənd məhsulları satılan, Aynur adlı qadının işlədiyi mağazadan mütamadi kənd məhsulları almış, arabir yaşadıqları binanın üzü binaya tərəf dayandıqda sol tərəfində yerləşən marketdə işləyən, ərzaq və meyvə-tərəvəz satan İlqar adlı orta yaşlı kişidən də bazarlıq etmişlər. Həmin evdə yaşadıqları müddətdə, hamiləlik dövründə yaşadıqları binanın üst mərtəbəsində yaşayan Ülviyyə adlı qonşusunun tanışı olan Rəşadə adlı tibb bacısı da arabir gəlib ona iynə vurmuş, sistem qoşmuşdur. Həmçinin Təqsirləndirilən şəxsla birgə nikah dövründə yaşadıqları Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 ilə yanbayan binada yerləşən ünvan 18nzil-kommunal istismar sahəsinin bəzi əməkdaşlarının məişət məsələləri ilə əlaqədar evlərinə gəlib-getdiklərini görmüşdür. O, Təqsirləndirilən şəxsla evli olduqları müddətdə sonuncunun konkret olaraq hansı məbləğdə maaş aldığını bilməsə də, ərinin maaşının hər ayın 15-20-si arası köçürüldüyünü bilmişdir. Keçmiş əri hər ay maaş aldıqdan sonra öz xərclərini və ailə xərclərini hesablayıb ayırmış, yerdə qalan pul isə digər zəruri xərclərinə sərf edilmişdir. Bir sıra hallarda ərinin maaşı aylıq dolanışıqları üçün yetmədiyindən onun atası Məhərrəm də pul və ərzaqla ailələrinə dəstək olmuş, atası arada ona gizlincə pul vermiş, bəzi hallarda özü, bəzi hallarda isə iş yoldaşı olmaqla Xətai rayonu S.Ə.Şirvani küçəsinin yaxınlığında yaşayan Aleksandr Simonov adlı iş yoldaşından zəruri ərzaq məhsulları və dərman preparatları ahb ona göndərmişdir. İlhamın nə zamansa kiməsə, o cümlədən əmisi Şahid8 pul, eləcə də kirayə pulu verməsini, ödəməsini görməmiş, eşitməmişdir. O, evlilik müddətində Təqsirləndirilən şəxs maaşından əlavə hər ay əlavə olaraq kirayə pulu almasını bilməmişdir. Bu barədə Təqsirləndirilən şəxsla boşandığı ərəfədə məhkəmə proseslərinin birindən qayıtmış vəkili ilə söhbət zamanı bilmiş, körpə övladı olduğu üçün bu barədə şəxsən hərbi prokurorluğa gedib şikayət yaza bilməmiş və şikayət etməsi üçün atası Şahid2 xahiş etmiş, atası da keçmiş ərinin həmin qanunsuz əməlinin araşdırılması üçün şikayət etmişdir. Atası Məhərrəm onun Təqsirləndirilən şəxsla Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yerləşən ata evində yaşayacaqlarını bilə-bilə toy ərəfəsində həmin evə dəyəri on yeddi min manat olan mebel yığdırmış, habelə evin digər bütün əşyalarını alıb ona cehiz vermişdir. Təqsirləndirilən şəxs valideynləri heç vaxt onları narahat etməmişlər, keçmiş qayınatası ilə keçmiş qayınanası özləri ayrı, yəni Kürdəxanı qəsəbəsində yaşamaqla, onların yanına arabir qonaq kimi gəlib-getmişlər. Təqsirləndirilən şəxs öz izahatlarında guya Qaraçuxur qəsəbəsində yerləşən evin iş yerinə yaxın olduğu üçün əmisi ilə kirayə müqaviləsi bağladığını bildirməsi də həqiqəti əks etdirmir. Belə ki, evlilik müddətində Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yerləşən evdə yaşadıqları zaman ərinin şəxsi avtomobili olmuş və əri hər gün təxminən 15 dəqiqəyə Bakı şəhəri Zığ yolu deyilən ərazidə yerləşən iş yerinə çatmışdır. Belə olan halda Təqsirləndirilən şəxs aylıq guya 370 manat ödəməklə əmisinin Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində əmisinin ailəsi ilə birlikdə daha şəraitsiz mənzildə, özü də aylıq aldığı kirayə pulundan daha çox pul ödəməklə kirayə qalmasına real zərurət olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini ifadəsində təsdiq etdi. Şahid2 ifadəsində, həmçinin, göstərdi ki, qızının boşanma proseslərinin birində vəkillərdən birindən Təqsirləndirilən şəxs qızı ilə evli olduğu müddətdə Xətai rayonu S.Ə.ünvan 7 ünvanında yaşamalarına baxmayaraq, xidmət yerinə müraciət edib guya faktiki olaraq əmisi Şahid8 məxsus olan Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən hansısa evdə yaşamasını bildirməsi və buna görə dövlətdən qanunsuz olaraq kirayə pulu almasını bilib aidiyyəti üzrə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında Şahid4 göstərdi ki, ünvan 18nzil-kommunal istismar sahəsinin rəisidir. İş yeri Bakı şəhəri Xətai rayonu X9 küçəsində yerləşən 9 nömrəli bina ilə yanbayan yerləşir. İşlə əlaqədar hər iş günü iş saatlarında iş yerində olmaqla xidməti sahəsin aid olan binaların ərazisini, o cümlədən qeyd ediyilən 9 nömrəli binanın ərazisini gəzib həmin ərazidə yaşayan sakinləri qəbul edərək müraciətlərini dinləyib həll etməyə çalışmışdır. Bu səbəblərdən də ərazidə yaşayan bütün sakinləri, o cümlədən 9 nömrəli bina sakinlərini tanıyır. Hərbi qulluqçu olmaqla Xətai rayonu X9 küçəsi bina 9 mənzil 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs uzun illər öncədən ərazi sakini və həmin evin sahibi Ərşad Elyasovun oğlu kimi tanımış, lakin üzdən tanımamışdır. Qonşuların dediyi məlumata görə Ərşadın oğlu Təqsirləndirilən şəxs evləndikdən sonra həmin evdə öz həyat yoldaşı ilə birlikdə yaşamağa başlamışdır. Nurayı ümumiyyətlə üzdən tanımamışdır. Təqsirləndirilən şəxs qayınatası ilə ümumi söhbət zamanı Nurayın ərindən boşanaraq azyaşlı övladı ilə birlikdə oradan köçdüyünü öyrənmişdir. Ərşadın oğlu Təqsirləndirilən şəxs öz keçmiş ailəsi ilə birlikdə 2021- 2022-ci illər ərzində hər hansı bir digər ünvanda kirayədə yaşadığını, o cümlədən əmisinə məxsus olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yerləşən mənzildə yaşadığını bilmir, bu barədə hansısa məlumatı yoxdur. Təqsirləndirilən şəxs bununla bağlı hər hansı bir sənəd almaq üçün ünvan 18nzil-kommunal istismar sahəsinə müraciət etməmişdir. Məhkəmə iclasında Şahid7 göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Xətai rayonu Şirvani küçəsinin yaxınlığında yerləşən, qeyd edilən rayonun İnqilab İsmayılov küçəsi bina 13 mənzil 93 ünvanında yaşamış, kapitan Təqsirləndirilən şəxs ərazi sakini kimi tanımış, sonuncu ilə hansısa ədavəti olmamışdır. Təqsirləndirilən şəxs keçmiş arvadı Şahid1 əvvəllər tanımamış, sonuncunu 2021-ci ilin yay aylarının sonlarından qonşu yaşadığı əraziyə yeni gəlin köçmüş qadın kimi tanımışdır. O, uzun illərdən bəri hal-hazıradək Bakı şəhəri Xətai rayonu Şirvani küçəsinin yaxınlığında, yəni həmin ərazinin yaxınlığından keçən magistral yoldan sözügedən küçəyə dönən köməkçi yolun başlanğıcında, “Bravo” marketlə üzbəüz yerləşən mağazada toyuq, yumurta, ağartı, lavaş, ədviyyat və digər kənd məhsularının pərakəndə satışı ilə məşğul olmuşdur. Günün əksər hissəsini işlədiyi mağazada keçirdiyindən ərazi sakinlərini, o cümlədən Təqsirləndirilən şəxsla sonuncunun keçmiş arvadı Şahid1 tez-tez görmüş, sonuncular dəfələrlə, o cümlədən 2021-ci ilin yay aylarının sonlarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində günün müxtəlif saatlarında ondan evləri üçün müxtəlif kənd məhsulları almışlar. Yəni Təqsirləndirilən şəxsla Şahid1 2021-ci ilin yay aylarının sonlarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində bəzi vaxtlarda birlikdə, bəzi vaxtlarda isə tək halda onun işlədiyi mağazaya gəlib alış-veriş etmişlər. Həmçinin, Şahid1 əri ilə birlikdə Xətai rayonu Şirvani küçəsi bina 9 ünvanında yaşadığı müddətdə, o, sonuncuları təsadüfi hallarda yaşadığı ərazidə də görmüş, onlarla bəzən rastlaşmışdır. Lakin sonradan, yəni 2022-ci ildən sonra Şahid1 həmin ərazidə görməmiş, qonşulardan ümumi olaraq eşitmişdir ki, sonuncu onun bilmədiyi səbəbdən əri Təqsirləndirilən şəxs boşanaraq azyaşlı övladı ilə birlikdə həmin evdən çıxıb getmişdir. E.Ə.Elyasovla Şahid1 evlilik müddətində o, sonuncuların Bakı şəhəri Xətai rayonu Şirvani küçəsinində yerləşən mənzildən savayı başqa bir yerdə, o cümlədən Qaraçuxur qəsəbəsi ərazisində kirayədə yaşadıqlarının şahidi olmamış, bu barədə eşitməmişdir. Məhkəmə iclasında Şahid6 göstərdi ki,o, uzun illərdir ki, ailəsi ilə birlikdə faktiki olaraq ünvan 8 ünvanında yaşamışdır. Həmin binanın onun yaşadığı 4-cü mərtəbənin alt mərtəbəsində, yəni 3-cü mərtəbədə, onun yaşadığı evin altında yerləşən mənzil Ərşad Elyasova məxsus olmuş, Ərşadın oğlu Təqsirləndirilən şəxs keçmiş arvadı Şahid1 2021-ci ilin yay aylarından qonşu kimi onların yaşadığı binaya yeni gəlin köçmüş qadın kimi tanımışdır. 2021-ci ilin yay aylarının sonlarında Şahid1 onun ailəsi ilə birlikdə yaşadığı evin alt mərtəbəsində yerləşən ünvan 9 ünvanında yeni yaşamağa başlayan ərəfədə onun azyaşlı övladına məxsus bilərzik, övladı eyvanda olarkən sınıb həmin evin pəncərəsinin dayaq dəmirinin üzərinə düşmüşdür. Bu səbəbdən həmin vaxt o, qeyd edilən evin qapısına yaxınlaşıb qapını döyüb bilərziyi vermələrini xahiş etmişdir. Həmin vaxt Şahid1 övladının bilərziyini pəncərədən götürüb ona vermişdir. Həmçinin 2021-ci ilin yay aylarının payız aylarında Şahid1 əri Təqsirləndirilən şəxs əsəbi halda onun yaşadığı qapını döyüb evinin sanitar qovşağından onların evinin sanitar qovşağına və hamamın tavanına su damcıladığını demişdir. Həmin vaxt o, qonşuya zərər vurduqlarını düşünüb narahat olaraq nə baş verdiyini müəyyən etmək üçün Təqsirləndirilən şəxs evinə düşmüş və Şahid1 də evdə görmüşdür. Həmçinin 2021-ci ilin payız aylarının sonlarında Şahid1 onun yaşadığı evə gələrək hamilə olduğunu, hamiləliyinin çətin keçməsinə görə həkimlərin ona müalicə məqsədi ilə çoxsaylı iynə və sistemlərdən ibarət dərman yazdıqlarını, müalicəsinin evdə yataq şəraitində aparılmalı olduğunu bildirib, ondan yaxınlıqda yaşamaqla evə gəlib iynə vuran və sistem köçürən tibb bacısı tanıyıb-tanımadığını soruşmuşdur. O da oğlu Ülvinin sinif yoldaşının anası olmaqla, tibb təhsili olan, lakin azyaşlı övladları olduğu üçün rəsmi işləyə bilməyən Şahid5 ***-***-**-** mobil nömrəsini Nuraya vermişdir. Sonrakı vaxtlarda Rəşadə ilə məktəbdə rastlaşdığı müddətlərdə maraqlandıqda sonuncu ona vaxtaşırı olaraq Şahid1 yaşadığı Xətai rayonu Şirvani küçəsi bina 9 mənzil 6 ünvanına gədib Nuraya müalicə kursuna uyğun olaraq iynə vurduğunu, habelə sistem köçürdüyünü demişdir. Həmçinin o, Şahid1 əri ilə birlikdə Xətai rayonu Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında yaşadığı müddətlərdə sonuncuları yaşadıqları binanın blokunda, qarşısında, həyətində və s yerlərdə təsadüfi hallarda bir neçə dəfə görmüş və bəzən onlarla rastlaşmışdır. Lakin sonradan, yəni 2022-ci ildən sonra Şahid1 həmin ərazidə görməmiş, sonradan Nurayın hansısa səbəbdən əri Təqsirləndirilən şəxs boşanaraq azyaşlı övladı ilə birlikdə həmin evdən çıxıb getdiyini eşitmişdir. Məhkəmə iclasında Şahid5 göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 10 ünvanında yaşayır. Tibb sahəsi üzrə orta ixtisas təhsilli olsa da, övladları azyaşlı olduğundan rəsmi olaraq işləməmiş, lakin ailəsinə maddi dəstək olmaq üçün tanıdığı və qonşuluqda yaşayan qadınlara zərurət olduqda fərdi olaraq tibbi bacısı kimi iynə vurmuş, habelə sistem köçürmüşdür. Şahid1 və sonuncunun keçmiş əri Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Şahid1 2021-ci ilin təxminən payız aylarında qonşuluğa, yəni Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 məzil 6 ünvanına yeni gəlin köçmüş qadın kimi tanımışdır. Belə ki, qeyd edilən ərəfədə övladı İlaydanın sinif yoldaşı Ülvinin anası Şahid6 ona zəng edib yaşadığı mənzilin alt mərtəbəsində yaşayan Nurayın çətin keçən hamiləliyi ilə əlaqədar evinə gəlibgedə bilən tibb bacısı lazım olduğunu bildirib, ondan mobil nömrəsini sonuncuya veribverməmək üçün icazə istəmiş, o da etiraz etməmişdir. Bundan qısa müddət sonra Nuray ona zəng edib hamilə olduğunu, hamiləliyinin çətin keçməsinə görə həkimlərin ona müalicələr yazdığını, buna görə də ona vaxtaşırı iynə vurulması və sistem köçürülməsi zərurəti olduğunu deyib evinə dəvət etmiş, o da qeyd edilən 9 nömrəli binanın 6 nömrəli mənzilinə gedib Nurayla görüşmüşdür. Bundan sonra o, hamiləliyi müddətində habelə onun qız övladı dünyaya gəldikdən sonra da bir neçə dəfə Nurayın yaşadığı evə gedib ona həkimlərin yazdığı müalicə kurslarına uyğun çoxsaylı iynələr vurmuş və çoxsaylı sistemlər köçürmüşdür. Həmin müddət ərzində Nuray bir qayda olaraq evdə tək olmuş, arabir sonuncunun tanımadığı qohumları, o cümlədən əri İlham, evə gəlmiş, lakin o, Nuraya təklikdə tibbi xidmət göstərmişdir. O, 2021-ci ilin payız aylarından 2022-ci ilin yay aylarının sonlarınadək olan müddət ərzində, yəni təxminən 8-9 ay ay ərzində sonuncunun yaşadığı qeyd edilən mənzilə gedərək Nuraya sözügedən tibbi prosedurları icra etmiş, yəni çoxsaylı iynələr vurmuş, sistemlər köçürmüşdür. Nuraya sistem qoşduğu günlərdə evdə oturub gözləmiş, həmin müddətlərdə Nurayla aralarında etdikləri ümumi söhbətlər zamanı sonuncu ona əri Təqsirləndirilən şəxs atasının adına olmaqla evin tək oğlu kimi ərinə verilmiş həmin evə köçdüyünü bildirmişdir. Nuray ona kirayədə yaşadıqları, eləcə də hər hansı bir başqa ünvanda yaşadıqları, o cümlədən ərinin əmisinə məxsus Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən hansısa mənzildə yaşadıqları barədə ona heç nə deməmişdir. Övladı dünyaya gəldikdən sonra da bir neçə dəfə X7 Şirvani küçəsində yerləşən evinə gedib-gəlmişdir. Lakin sonrakı müddətdə, yəni 2022-ci ilin payız aylarından sonra o, Nurayı qonşuluqda görməmiş, həmin vaxtdan sonra sonuncu iynə vurmağı və ya sistem köçürməyi üçün ona hansısa zəng etməmişdir. Qonşulardan bu barədə maraqlandıqda, Nurayın ərindən boşandığını və atası evinə qayıtdığını öyrənmişdir. Məhkəmə iclasında Şahid8 göstərdi ki, kapitan Təqsirləndirilən şəxs onun doğma qardaşı Ərşadın oğludur. O, övladları Babək İlyasov, Taleh İlyasov və arvadı Adilə Quliyeva ilə birlikdə mülkiyyətində olan ünvan 12 ünvanında, bəzən isə mülkiyyətində olan ünvan 13 ünvanında yaşamışdır. O, xx.xx.2019-cu il tarixdə qardaşı oğlu Təqsirləndirilən şəxsla özünə məxsus olan ünvan 14 ünvanında yerləşən 286 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlamışdır. Lakin uzun müddət keçdiyi üçün kirayə müqaviləsi bağlamaq təklifini öncə kimin verdiyini xatırlamır. xx.xx.2022-ci il tarixdə isə həmin kirayə müqaviləsinin müddətini 5 il müddətinə uzatmışlar. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən ona məxsus olan sözügedən Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzildə yaşamağa başlamış, xx.xx.2021-ci il tarixdə vətəndaş Şahid1 ilə nikaha daxil olmuş və həmin tarixdən sonra da Təqsirləndirilən şəxsla Şahid1 həm qardaşı Ərşada məxsus olan, Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında, həm də ona məxsus qeyd edilən Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzildə yaşamışlar. Lakin o, Təqsirləndirilən şəxsla Şahid1 məhz hansı vaxtlarda hansı ünvanda yaşamaqlarını dəqiq xatırlamır. Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzil üç otaqdan ibarət olmuş, birlikdə yaşadıqları müddətdə həmin otaqlardan bir otağı Təqsirləndirilən şəxsla Şahid1 istifadəsinə vermiş, digər otaqlan isə özü istifadə etmişdir. Təqsirləndirilən şəxsla Şahid1 birgə nikah dövründə istəsələr qeyd edilən Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzildə qalmışlar, istəməsələr isə həmin ünvanda qalmamışlar. Hazırda isə Təqsirləndirilən şəxs onun qeyd edilən Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzilində onunla və onun ailəsi ilə birlikdə yaşayır. Kirayə müqaviləösi bağladıqdan sonra, yəni xx.xx.2019-cu il tarixədən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs hər ay müqavilədə qeyd edilən 200 manatı, müqavilənin müddətini uzatdıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdən hal-hazıradək isə 370 manat kirayə haqqını ona əlbəəl ödəmişdir. Həmin pulları Təqsirləndirilən şəxs əlbəəl aldığı üçün bu barədə onda hər hansı bir ödəmə qəbzi, eləcə də digər sənəd olmamışdır. Məhkəmə Şahid8 ifadəsinin Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən ona məxsus olan Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzildə yaşamağa başlaması, xx.xx.2021-ci il tarixdən sonra Təqsirləndirilən şəxsla Şahid1 həm qardaşı Ərşada məxsus olan, Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında, həm də ona məxsus qeyd edilən Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən 286 nömrəli mənzildə yaşamalarına aid hissəsinə tənqidi yanaşır və hesab edir ki, Şahid8 qardaşı oğlu olan təqsirləndirilən şəxsi müdafiə etmək üçün belə ifadə verir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, o, ünvan 15 ünvanının 15-ci blokunun 9-cu mərtəbəsində yerləşən 287 nömrəli mənzildə yaşayır, həmin binada uzun illərdən bəri yaşadığından demək olar ki, bütün bina sakinlərini tanımışdır. Həmin blokun 286 nömrəli mənzilində təxminən 20 ildir ki, öz ailə üzvləri ilə birlikdə yaşayan Şahid8 Ərşad oğlu onun mənzili ilə yanbayan mənzildə yaşamışdır. Şahid8la qonşu kimi münasibətləri normal olmuş, aralarında hər hansı ədavət olmamışdır. O, Heydər Əliyev adına Hərbi İnstitutun hərbi qulluqçusu, kapitan Təqsirləndirilən şəxs ilə Şahid1 tanımamışdır. Şahid8 286 nömrəli 3 otaqlı mənzilində arvadı Adilə, kiçik oğlu Taleh və bacısı Gülçöhrə ilə'birlikdə yaşamış, Həsənin Babək adlı böyük oğlu da əvvəllər atası ilə birlikdə həmin mənzildə yaşamış, 2021-ci ilin yay aylarının sonlarında evləndikdən sonra isə onun bilmədiyi başqa bir ünvana köçmüş, lakin evləndikdən sonra da öz ailəsi ilə birlikdə hərdən valideynlərinin evinə gəlib-getmişdir. O, əvvəllər, o cümlədən 2021-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində Şahid8 evində başqa bir şəxsin, habelə hansısa digər qohumunun, eləcə də hərbi qulluqçu olan qardaşı oğlu Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşamasını bilməmiş, məlumatı olmamışdır. O, Şahid8 mənzili ilə yanbayan mənzildə yaşamış, yəni Şahid8 yaşadığı 286 nömrəli mənzil onun mənzilinin sağ tərəfində yerləşməklə mənzillərinin mətbəxləri eyni arakəsmə divarı ilə bir- birindən ayrılmışdır. Lakin onun Həsənin qardaşı oğlu Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən sonra körpə övladının dünyaya gəlməsindən onun məlumatı olmamış, həmin tarixdən sonra 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində Şahid8 evində körpə uşaq görməmiş, körpə uşaq səsi və ya körpə uşağın ağlamasına xarakterik səs eşitməmişdir. Həmçinin sözügedən fakt üzrə ondan izahat alındıqdan bir neçə gün sonra qonşusu Şahid8 onun mənzilinin qapısını döyərək bu barədə izahat verdiyinə narazılıq etmiş və əlində bir sənəd göstərərək həmin sənədə imza etməsini xahiş etmişdir. Həmin sənədlə tanış olmadan Həsəndən əlində tutduğu sənədin nə olduğunu soruşmuş, sonuncu həmin sənəddə qardaşı oğlu Təqsirləndirilən şəxs evli olduğu müddətdə öz ailəsi ilə birlikdə guya onun evində yaşadıqlarının şahidi olduğunun yazıldığını demişdir. O da Həsənə etiraz edərək, yalan danışmaq istəmədiyini, yalan danışacağı halda gələcəkdə məsuliyyət daşıya biləcəyini bildirib, həmin sənədə imza etməkdən imtina etmişdir. İş materiallarında olan 23 iyun 2019-cu il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi” haqqında müqavilədən müəyyən olunur ki, həmin tarixdə kirayəyə verən Şahid8 ünvan 16 ünvanında yerləşən, yaşayış sahəsi 46.73 kv/m olan 3 otaqlı mənzilini kirayəçi Təqsirləndirilən şəxs kirayəyə vermiş, Təqsirləndirilən şəxs da bunun müqabilində İ.E.İlyasdova hər ay 200 (iki yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 fevral 2022-ci il tarixli müqavilədən müəyyən olunur ki, həmin tarixdə birinci tərəf Şahid8 və ikinci tərəf Təqsirləndirilən şəxs 23 iyun 2019-cu il tarixdə 3M-228 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kirayə müqaviləsini daha beş il müddətinə, yəni 12 fevral 2027-ci il tarixədək uzatmışlar, həmçinin qeyd edilən müqavilədə sözügedən tarixdən sonra kirayəçi Təqsirləndirilən şəxs kirayəyə verən Şahid8 hər ay 370 (üç yüz yetmiş) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs Heydər Əliyev adına Hərbi İnstitutun komandanlığına ünvanladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə müvafiq sənədlərlə birlikdə ona mənzilin kirayəsi üçün pul kompensasiyası verilməsi üçün yuxarı komandanlığa müraciət etmişdir. İş materiallarında olan Heydər Əliyev adına Hərbi İnstitut tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 189 nömrəli arayışdan müəyyən olunur ki, hər ay aylıq məvacibi köçürülərkən Təqsirləndirilən şəxs maş kartının hesabına əlavə olaraq, 2021-ci ilin sentyabr ayında 200 (iki yüz) manat, 2021-ci ilin oktyabr ayında 200 (iki yüz) manat, 2021ci ilin noyabr ayında 220 (iki yüz iyirmi ) manat, 2021-ci ilin dekabr ayında 220 (iki yüz iyirmi) manat, 2022-ci ilin yanvar ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin fevral ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin mart ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin aprel ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin may ayında 225 (iki yüz iyirmi beş) manat, 2022-ci ilin iyun ayında 300 (üç yüz) manat, 2022-ci ilin iyul ayında 300 (üç yüz) manat, 2022-ci ilin avqust ayında 300 (üç yüz) manat, 2022-ci ilin sentyabr ayında 300 (üç yüz) manat, 2022-ci ilin oktyabr ayında 300 (üç yüz) manat, 2022-ci ilin noyabr ayında 300 (üç yüz) manat olmaqla, ümumilikdə 3765 (üç min yeddi yüz altımış beş) manat məbləğində mənzilin kirayəsi üçün pul kompensasiyası köçürülmüşdür. İş materiallarında olan “Baxış keçirilməs haqqında” 30 may 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcıda olan iş üzrə əhəmiyyət kəsb edən məlumatlara və həmin məlumatların icra edildiyi anten dairələrinə müqayisəli baxış keçirilmiş, baxış zamanı həmin MMC-də Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ***-***-**-** mobil nömrəsinin 26 sentyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixdək faktiki olaraq sonuncunun istifadəsində olduğu, qeyd edilən müddət ərzində Təqsirləndirilən şəxs həmin mobil nömrədən ayrı-ayrı mobil nömrələrə çoxsaylı zənglər edildiyi və zənglər qəbul etdiyi, həmin mobil nömrədən edilən və daxil olan zənglərin mütləq əksəriyyətinin anten dairələrinin Bakı şəhəri Xətai rayonunun ərazisinə, əsasən də Xətai rayonu X9 küçəsi ərazisinə aid olduğu, sözügedən müddət ərzində, həmin mobil nömrədən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindən, o cümlədən həmin qəsəbənin Y.Eyvazov küçəsi ərazisindən hər hansı bir zəng edilmədiyi, mesaj yazılmadığı, eləcə də zəng və ya mesaj qəbul edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan “Baxış keçirilməs haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcıda olan iş üzrə əhəmiyyət kəsb edən məlumatlara və həmin məlumatların icra edildiyi anten dairələrinə müqayisəli baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 ilə rəsmi nikahda olduğu müddətdə, yəni 2021-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddətdə faktiki olaraq həmin MMC-yə aid olan ***-***-**-** və “Azerfon" MMC-yə daşınmış ***-***-**-** mobil nömrələrini, Şahid1 isə 070-884- 10-26 mobil nömrəsini davamlı olaraq istifadə etdiyi, qeyd edilən müddətdə onların bir-birinə məişət xarakterli çoxsaylı mesajlar yazdıqları, həmin mesajlardan yalnız birinin, yəni Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yazdığı, keçmiş qaynanasını nəzərdə tutaraq “Solmaz xala deyir duraq" məzmunlu mesajın Sabunçu rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi ərazisinə aid olan anten dairəsindən yazıldığı, digər bütün yazışmaların anten dairələrinin isə əsasən Bakı şəhəri Xətai rayonunun ərazisinə, bir qayda olaraq Xətai rayonunun S.Ə.Şirvani küçəsi ərazisinə aid olan, habelə bir sıra mesajların Xəzər rayonu Aviasiya Akademiyası, Xəzər rayonu Binə qəsəbəsi Agac Bazari, Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ərazilərinə aid olduğu müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən elektron daşıyıcıya keçirilmiş baxış zamanı sözügedən müddət ərzində, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən, həmçinin Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən edilən çoxsaylı telefon zənglərinin anten məlumatlarının mütləq əksəriyyətinin Bakı şəhəri Xətai rayonunun ərazisindən, əsasən də Xətai rayonunun S.Ə.Şirvani küçəsindən edildiyi, sözügedən müddət ərzində onların ümumilikdə üç gün olmaqla, həmin günlərin də konkret saatlarında Bakı şəhəri Sabunçu rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi ərazisinə aid olan anten dairəsindən olduqca azsaylı zənglər etdikləri, onların arasında həmin müddətdə qeyd edilən mobil nömrələrdən Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi ərazisinə aid olan anten dairəsindən hər hansı bir müddətə davamlı zənglərin edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan “Baxış keçirilməs haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcıda olan iş üzrə əhəmiyyət kəsb edən məlumatlara və həmin məlumatların icra edildiyi anten dairələrinə müqayisəli baxış keçirilmiş, baxış zamanı Şahid1 Təqsirləndirilən şəxsla rəsmi nikahda olduğu müddətdə, yəni 2021 -ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində faktiki olaraq "xxxx" MMC-yə aid olan ***-***-**-** mobil nömrəsini istifadə etdiyi, həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs həmin müddət ərzində faktiki və davamlı istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələn arasında, demək olar ki, hər gün bir neçə dəfə telefon danışıqlarının aparıldığı, əsasən məişət mövzularında olan çoxsaylı mesajların yazıldığı, həmin zəng və mesajların mütləq əksəriyyətinin Xətai, Sabunçu və Xəzər rayonları ərazisindən, əsasən də Xətai rayonunun S.Ə.Şirvani küçəsi ərazisindən edildiyi, sözügedən müddət ərzində Şahid1 ***-***-**-** mobil nömrəsindən Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisindən, o cümlədən həmin qəsəbənin Y.Eyvazov küçəsi ərazisindən hər hansı bir zəng edilmədiyi, mesaj yazılmadığı eləcə də zəng və ya mesaj qəbul edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan “Baxış keçirilməs haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə işi üzrə Şahid1 31 may 2024-cü il tarixdə şahid qismində dindirilərkən təqdim etdiyi, içərisində 5 ədəd videofayl olan bir ədəd DVD formatlı diskin və 11 ədəd fotoşəkilin ünvan 17 ünvanda, o cümlədən ünvan 16 ünvanında çəkilməsini müəyyən etmək, qeyd edilən mənzillərə, həmçinin fotoşəkillərə, eləcə də vidofayllara müqayisəli baxış keçirilmiş, baxış zamanı Şahid1 təqdim etdiyi fotoşəkillərin, habelə videofaylların hamısının ayrı-ayrı vaxtlarda Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 mənzil 6 ünvanında çəkildiyi müəyyən edilmişdir. Bundan başqa, həmin baxış zamanı Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 ünvanında olan 6 nömrəli mənzilin ünvan 18nzilkommunal istismar sahəsinin yaxınlığında yerləşdiyi, həmin mənzilin tam təmirli olmaqla dəhlizdən, iki yataq otağından, bir qonaq otağından, mətbəxdən, hamam və sanitar qovşağından ibarət olduğu, mənzildə mebellərin, kondisonerin, televizorun və digər quraşdırılmış məişət əşyalarının sökülməsinə xarakterik izlərin olduğu müəyyən edilmişdir. Bundan sonra, həmin baxış zamanı ünvan 19 ünvanında yerləşən mənzilin vətəndaş Şahid3 məxsus olmaqla, qapsının üzərinə "MİRİEV M Ö” yazılmış 287 nömrəli mənzillə yanbayan yerləşdiyi, qeyd edilən 286 nömrəli mənzilin orta təmirli olmaqla dəhlizdən, iki yataq otağından, bir qonaq otağından, mətbəxdən, hamam və sanitar qovşağından ibarət olduğu müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs içərisində iki ədəd təknəfərlik çarpayı və bir ədəd qarderob olan yataq otaqlarından birini göstərərək Şahid1 ilə evli olduqları müddətdə həmin otaqda yaşadıqlarını və gecələdiklərini göstərmiş, habelə Şahid1 ilə evli olduğu müddətdə onun fotoçəkiliş çəkmək funksiyası olan mobil telefonu, habelə çəkiliş aparmaq funksiyası olan digər hər hansı bir cihazı olmadığından həmin mənzildə hər hansı çəkiliş aparmadığını, o cümlədən ailə fotosu çəkmədiyini, bu səbəbdən də onda qeyd edilən 286 nömrəli mənzildə Şahid1, eləcə də azyaşlı övladı ilə birlikdə yaşadıqlarını əks etdirən hər hansı bir fotoşəkil və ya videofayl olmadığını bildirmişdir. İş materiallarında olan 4 nömrəli Qadın Məsləhətxanasının xx.xx.2024-cü il tarixli 18-1-1- 36/3-54 nömrəli məktubundan görünür ki, 1998-ci il təvəllüdlü Şahid1 Məhəırrəm qızı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə həmin qadın məsləhətxanasına (keçmiş 10 nömrəli qadın məsləhətxanası) hamiləliklə əlaqədar müraciət etmiş, hər iki tarixdə ultrasəs müayinəsindən keçmiş, sonradan isə “German” hospitala müraciət etmişdir. İş materiallarında olan Suraxanı rayon mənzil kommunal-təsərrüfat birliyinin 63 saylı mənzil- kommunal istismar sahəsinin rəisinin arayışından müəyyən olunur ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi bina 1 ünvanında yerləşən yaşayış sahəsi 46.73 kv/m olan 3 otaqlı 286 nömrəli mənzil Şahid8 məxsusdur və sonuncu həmin mənzildə ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Hər hansı kirayə müqaviləsi təqdim edilmədiyi üçün Heydər Əliyev adına Hərbi İnstitutun hərbi qulluqçusu, kapitan Təqsirləndirilən şəxs həmin mənzildə yaşayıb-yaşamaması barədə 63 saylı MKİSdə məlumat yoxdur. İş materiallarında olan ünvan 18nzil- kommunal istismar sahəsinin rəisinin arayışından müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi bina 9 ünvanında yerləşən 6 nömrəli mənzildə vətəndaş X4 ilə X1 qeydiyyatdadır. Hazırda həmin mənzildə yaşayış olmasa da, 2021-ci ilin iyul ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində X2 Elyasov öz arvadı ilə birlikdə həmin mənzildə yaşamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2021-ci il tarixli 78 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsinin uçuş hazırlığı kafedrasının aviasiya taktikası silsiləsinin müəllimi vəzifəsinə təyin edildiyinə görə həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sözügedən məktəb rəisinin sərəncamına göndərilmişdir. İş materiallarında olan Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 15 iyul 2022-ci il tarixli 37 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, kapitan Təqsirləndirilən şəxs həmin tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin siyahısından çıxarılaraq Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyətinin siyahısına daxil edilmiş və qeyd edilən institutun Hərbi Hava Qüvvələri fakültəsinin Aerokosmik mühəndisliyi kafedrasının Aviasiya mühəndisliyi silsiləsinin müəllimi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısıdır, müharibə veteranıdır, “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yerindən müsbət xarakterizə edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cü il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası”nın 3.14.3-cü maddəsinə əsasən yaxın qohumlarının (ata, ana, arvad (ər), və övladlar) yaşayış sahəsində yaşayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət məsuliyyətinə səbəb olur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, “Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür...”. Məhkəmə qeyd edir ki, hüquq ədəbiyyatındakı şərhlərə və təcrübədə formalaşmış hüquqi mövqeyə görə dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, təqsirləndirilənin tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə etməklə özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi başa düşülür. Bu ağırlaşdırırcı tərkib əlaməti o halda mövcud olur ki, təqsirləndirilən zərərçəkmişi aldadarkən və onun etibarından sui-istifadə edərkən məhz öz qulluq mövqeyindən istifadə etmiş olsun. Baxılan işdə təqsirləndirilən şəxs hərbi qulluqçudur, zərərçəkmiş hüquqi şəxs onun xidmət etdiyi hərbi təşkilatdır. Təqsirləndirilən şəxs ona isnad edilən əməli törədərkən tutduğu vəzifə ilə əlaqədar səlahiyyətlərindən istifadə etməmiş, zərərçəkmiş hüquqi şəxs onun tutduğu vəzifə səlahiyyətlərinə və ya onun qulluq mövqeyinə görə aldanmamışdır. Təqsirləndirilən şəxs aldatması ondan ibarət olmuşdur ki, o atasına məxsus evdə yaşasa da əmisinə məxsus evdə kirayədə qalması barədə məlumat vermiş, kirayə müqaviləsi bağlamış, aylıq kirayə haqqı almağa nail olmaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 3765 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən bu cinayət əməlinin törədilməsi zamanı öz qulluq mövqeyindən istifadə etməsi müəyyən olunmamışdır, bununla bağlı heç bir sübut yoxdur. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə deyil, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bu işin halları, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, işə əlavə olunaraq məhkəmədə tədqiq olunmuş digər sübutlarla sübut olunur. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq və təhqiqat zamanı dindirilmiş şahidlərin ifadələrinin qərəzli alındığını, keçmiş qaynatası tərəfindən şahidlərin tapıldığını, onlara təsir edilməsini, qaynatasının bu işlə bağlı şikayətlər etməsini, onun nəticəsində əsassız cinayət işi başlanmasını və təqsiri olmaya-olmaya məsuliyyətə cəlb edilməsini göstərmişdir. Məhkəmədə bu və digər xüsusatlar araşdırılmış, şahidlər bilavasitə dindirilərək onların məhkəmə iclasında verdikləri ifadələr əsasında qiymətləndirmə aparılmışdır. Cinayət prosessual qanunvericiliyində hər bir vətəndaşın cinayət barədə məlumat vermək hüququ olduğundan məhkəmə Şahid2 cinayət barədə məlumat verməsində hüquqazidd hal görmür. Bunlarla bərabər, məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı və qaynatası ilə mövcud münasibətlərini də nəzərə alaraq sübutların qiymətləndirilməsinə daha həssas yanaşaraq qiymətləndirmə aparmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Vətən müharibəsində iştirak etməsini və medallarla təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayır. Ona görə də, ona təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə cəzasının təyin edilməsini ədalətli hesab edir və bunun cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutu mülki iddia verərək dəymiş ziyan olaraq 3765 manat pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstituta ödənilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 05 noyabr 2024-cü ildə dəymiş ziyanın əvəzi olaraq 3765 manat pul Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına köçürülmüşdür. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına qoyularaq ödənildiyinə görə mülki iddiadan imtina edilir. Təqsirləndirilən şəxs institutun rəhbər heyətini aldatmasına görə, həmçinin etdiyi qanunsuz hərəkətlər şəxsi heyətə pis nümunə olduğu üçün onunla barışıq olmamışdır, Təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 3765 manat pul Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun hesabına keçirilməli, buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun iddiadan imtina etməsi barədə ərizəsi təmin edilməli və mülki iddia ilə bağlı icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatda müdafiəyə 63 saat sərf etdiyini göstərmişdir. Məhkəmə işin həcmini, işə baxılma vaxtını, məhkəmə iclas protokolundakı məlumatları nəzərə alaraq hesab edir ki, müdafiəçinin bu iş üzrə təqsirləndirilən şəxsin müdafiəsinə 63 saat sərf etməsi ağlabatan deyildir, buna 40 (qırx) iş saatı sərf edilməsi işin həcminə, baxılma saatlarına daha uyğundur. Ona görə də, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179, 186, 346-347, 349 və 351-353-cü, Mülki Prosessual Məcəlləsinin 261-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan 3765 manat pul Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun hesabına keçirilsin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun mülki iddiadan imtina etməsi barədə ərizəsi təmin edilərək mülki iddia ilə bağlı icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar