Məhkəmə qərarları › İş №1-1(093)-177/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-177/2025

17.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-177/2025 17.09.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X5 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Yusif Alllahverdiyev və partnyorları” Vəkil Börosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin desant gəmilər divizionun orta desant gəmisinin (D 433) artilleriya döyüş hissəsinin baş komendoru-operatoru vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Puta hərbi şəhərciyi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin desant gəmilər divizionun orta desant gəmisinin (D433) artilleriya döyüş hissəsinin baş komendoru-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olan zaman hərbi hissənin “desant gəmiləri divizionunun orta desant gəmisinin (D431) artilleriya döyüş hissəsinin baş elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vurmaqla dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan “sol gözaltı nahiyənin sıyrılmış yarası və ağlı qişasının qansızması ilə müşayiət olunan göz orbitinin hematoması” xəsarətini yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. xx.xx.2025-ci il tarixdə D431 nömrəli gəmidə ezamiyyətdə olarkən təxminən saat 14:45 radələrində həmin gəminin kubrik hissəsində şəxsi heyətlə birlikdə istirahətdə olan zaman Zərərçəkmiş şəxs kubrikə daxil olub ona qarşı nalayiq ifadə işlətdiyinə görə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, 1 dəfə sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbəsi vuraraq sonuncuya xəsarət yetirmişdir. Törədiyi əməldən peşmandır, hadisədən dərhal sonra zərərçəkmiş şəxslə barışmış, məhkəmədən cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində N nömrəli hərbi hissənin D431 gəmisinin kubrikində istirahətdə olan şəxsi heyətə heyətə düzülüş verərək ləng tərpənməmələri üçün ümumi xarakterli nalayiq ifadə işlətmiş, buna görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs anidən sağ əli ilə onun sol göz nahiyəsinə yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, hər hansı şikayət və tələvi yoxdur. Məhkəmədən mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2025ci il tarixdə saat 15:00 radələrində xidmət etdiyi N nömrəli hərbi hissənin D431 orta desant gəmisində kubrikdə istirahətdə olan zaman, əsgər Zərərçəkmiş şəxs kubrikdə istirahətdə olan şəxsi heyətə düzülüşə getməsini bildirmiş və ümumi xarakterli nalayiq ifadələr işlətmiş, buna görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı sonuncu anidən Zərərçəkmiş şəxs sol göz nahiyəsinə sağ əli ilə bir dəfə yumruq zərbəsi vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs və Şahid2 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək onların ifadələrinə uyğun ifadə vermişdir. İş materialından görünür ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı X2 tərəfindən 13 avqust 2025-ci il tarixdə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə qərar qəbul olunumuş, hər iki şəxs, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs araşdırmanın sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazın olmadığına dair ərizə vermişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N avqust 2023-cü il tarixli 234 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin desant gəmilər divizionunun orta desant gəmisinin D 433 artilleriya döyüş hissəsinin baş komendoru- operatoru vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N yanvar 2023-cü il tarixli 18 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin desant gəmilər divizionunun orta desant gəmisinin artilleriya döyüş hissəsinin baş elektriki vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri olmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zədələnmələrin qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə zədələndiyinə görə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 906 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol gözaltı nahiyənin sıyrılmış yarası və ağlı qişasının qansızması ilə müşayiət olunan göz orbitinin hematoması - bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də, cinayət təqibi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallar və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Məhkəmənin qərarı əsasında isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Yusif Alllahverdiyev və partnyorları” Vəkil Börosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə “Yusif Alllahverdiyev və partnyorları” Vəkil Börosunun vəkili Müdafiəçinna hər iş saatı 11 (on bir) manat olmaqla 176 (yüz yetmiş altı) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Yusif Alllahverdiyev və partnyorları” Vəkil Börosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 03 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Yusif Alllahverdiyev və partnyorları” Vəkil Börosunun vəkili Müdafiəçi sərf etdiyi 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Yusif Alllahverdiyev və partnyorları” Vəkil Börosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar