Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-178/2023 17.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Əcəxur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgərr hərbi rütbəsində xidmət edən, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 3cü bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçısı-istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 02 iyul 2023-cü il tarixdə saat N radələrində hərbi hissənin ərazisində təmizlik işləri görərkən tabelik münasibətlərində olmadığı həmin taqımın 2-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs siqaret istəmiş, sonuncu siqaret olmadığını bildirdikdə aralarında mübahisə düşmüş, lakin həmin vaxt orada olan əsgər yoldaşları: Şahid1 və Şahid2 mübahisənin davam etməsinə mane olmuşlar. Həmin gün saat 14:40 radələrində o, münasibətlərini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxsla birlikdə taborun əsgər yataqxanasının arxasına gedərək orada sözlü mübahisələrini davam edərkən Zərərçəkmiş şəxs qeyrətinin olmadığını bildirmiş, Zərərçəkmiş şəxs isə cavabında «mənim qeyrətimi söyənin var-yoxunu...» sözlərindən istifadə etdikdə, o, həmin nalayiq ifadələri özünə aid edib əsəbiləşmiş və Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı X1 1 və 3-cü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci bəndlərinin müvafiq olaraq «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı», «həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli», «hərbi nizamnamələrin tələblərini vicdanla yerinə yetirməli və nalayiq hərəkətlər etməməli» tələblərini kobud surətdə pozaraq qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən, habelə zərbə nəticəsində huşunu itirərək üzü üstə yerə yıxılan Zərərçəkmiş şəxs dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa az ağır zərərvurmaya aid «çənə sümüyünün sol şaxəsi proyeksiyasında yumşaq toxumaların şişkinliyi ilə müşayiət olunan çənə sümüyünün sol bucaq nahiyəsinin yerdəyişən sınığı, alın, almacıq, alt, üst dodaqların sol yarısının, xarici burunun yumşaq toxumalarının əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan sol almacıq sümüyünün zəif yerdəyişən, burun sümüyünün qəlpəli yerdəyişən sınıqları» xəsarətlərini almışdır. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib məhkəməyə ifadə verərək göstərdi ki, o, N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçısı-istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 02 iyul 2023-cü il tarixdə saat 08:20 radələrində əsgər çayxanasının qarşısında digər əsgərlərlə birlikdə təmizlik işləri gördüyü müddətdə Zərərçəkmiş şəxs siqaret olduğunu düşünüb yaxınlaşaraq siqaret istəmiş, Zərərçəkmiş şəxs ona siqaretinin olmadığını bildirmiş, bu zaman o, Zərərçəkmiş şəxs siqareti olduğu halda bunu gizlətdiyini düşünmüş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə edərkən o, Zərərçəkmiş şəxs briqadada hamı tərəfindən pis tanıdığını bildirdikdə Zərərçəkmiş şəxs cavab olaraq «məni pis tanıyanın var-yoxunu...» sözlərini demiş, həmçinin «kişiliyin olsun, qeyrətin olsun məndən uzaq gəz» deyə bildirmiş, o, artıq daha uca səslə «tələsmə sənə kişiliyimi göstərəcəm, bura yeri deyil» deyərək Zərərçəkmiş şəxs cavab verdikdə həmin vaxt yaxınlıqda olan əsgərlər Şahid2 və Şahid1 onların mübahisə etdiklərini eşidib həmin mübahisənin böyüməsinin qarşısını almaq üçün müdaxilə edərək onları aralaşdırmışlar. Bundan sonra onlar əsgər yataqxanasına qayıdaraq günün nizam qaydalarına uyğun tədbirlərdə iştirak etmiş, həmin gün nahar yeməyindən qayıtdıqdan sonra asudə vaxtda saat 14:40 radələrində o, əsgər yataqxanasında yerləşən sanitar qovşağın yaxınlığında Zərərçəkmiş şəxsla qarşılaşmış və səhər aralarında baş verən mübahisəni aydınlaşdırmaq məqsədilə birlikdə əsgər yataqxanasının arxasına getməyi təklif etmiş, Zərərçəkmiş şəxs ona söhbətlərinin bitdiyini, heç bir probleminin olmadığını bildirsə də, o, Zərərçəkmiş şəxs yalnız söhbət edəcəklərini söyləmişdir. Onlar birlikdə 1-ci taborun əsgər yataqxanasının arxasına getmiş, bu zaman o, Zərərçəkmiş şəxs səhər istifadə etdiyi nalayiq ifadələri ona ünvanladığını düşünüb üzr istəməyini istəmiş, Zərərçəkmiş şəxs isə ona üzr istəməyəcəyini, əslində onun özünün üzr istəməli olduğunu demiş, o, isə Zərərçəkmiş şəxs «indi həmin sözlərə görə mən sənə neyniyim?» sözlərini, həmçinin qeyrətinin olmadığını söyləmiş, Zərərçəkmiş şəxs bu sözlərdən əsəbiləşib «qeyrətimə söyənin var yoxunu ...» deyə bildirmiş, o, ani olaraq Zərərçəkmiş şəxs həmin nalayiq ifadəsindən qəzəblənib qəfildən sağ əli ilə Zərərçəkmiş şəxs sol çənə nahiyəsindən qüvvətli yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs zərbənin təsirindən huşunu itirərək üzü üstə yerə yıxılmış və sifət nahiyəsi zərblə torpaq örtüyünə dəymiş, o, həmin vaxt həyəcanlanaraq nə edəcəyini bilməmiş və hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Zərərçəkmiş şəxsla aralarında tabelik münasibətləri olmamış, Zərərçəkmiş şəxs çənə nahiyəsində olan xəsarəti onun vurduğu yumruq zərbəsi nəticəsində, digər xəsarətlərin isə huşunu itirərək yerə yıxılması və sifət nahiyəsinin zərblə yerə dəyməsi nəticəsində almışdır. Törətdiyi əməldə özünü təqsirli bilir və səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət tələbi yoxdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 4-cü taqımının 2-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 02 iyul 2023cü il tarixdə saat N radələrində digər əsgərlərlə birlikdə hərbi hissənin ərazisində təmizlik işləri gördüyü müddətdə Təqsirləndirilən şəxs ona yaxınlaşaraq siqaret istəmiş, o, Təqsirləndirilən şəxs siqaretinin olmadığını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs onun siqareti gizlətdiyini düşünüb kobud şəkildə «siqareti niyə danırsan, cındırlıq edirsən» sözlərini demiş, bundan sonra o, əsəbi şəkildə Təqsirləndirilən şəxs «lap vermirəm. Nə istəyirsən məndən» deyə cavab vermiş, bu sözlərin qarşılığında Təqsirləndirilən şəxs ona «briqadada hamı sənin necə biri olduğuvu bilir» demiş, o, isə «düz deyirsən hamı briqadada səni də tanıyır məni də tanıyır» söyləmiş, Təqsirləndirilən şəxs ona «səni hamı pis tanıyır» bildirdikdə isə o, «məni pis tanıyanın var-yoxunu...» deyə cavab vermiş, həmçinin «kişiliyin olsun, qeyrətin olsun məndən uzaq gəz» sözlərini demişdir. Təqsirləndirilən şəxs ona «tələsmə sənə kişiliyimi göstərəcəm, bura yeri deyil» bildirdikdə, həmin vaxt yaxınlıqda olan əsgərlər: Şahid2 və Şahid1 müdaxilə edərək onları aralaşdırmış və mübahisənin davaya çevrilməsinə imkan verməmişlər. Bundan sonra onlar əsgər yataqxanasına qayıdaraq günün nizam qaydalarına uyğun tədbirlərdə iştirak etmiş, həmin gün nahar yeməyindən gəldikdən sonra asudə vaxtda saat 14:40 radələrində əsgər yataqxanasında sanitar qovşağa gedərkən Təqsirləndirilən şəxs onun qabağını kəsərək səhər aralarında baş verən mübahisəni aydınlaşdırmaq məqsədilə əsgər yataqxanasının arxasına getmələrini istəmiş, o, ilk öncə əsgər yataqxanasının arxasına getmək istəmədiyini və aralarında heç bir problemin olmadığını bildirsə də, Təqsirləndirilən şəxs təkidlə onu əsgər yataqxanasının arxasına çağırıb yalnız söhbət edəcəyini bildirmiş, onlar birlikdə 1-ci taborun əsgər yataqxanasının arxasına getmiş, orada Təqsirləndirilən şəxs ondan səhər istifadə etdiyi nalayiq ifadələrə görə üzr istəməyini tələb etmiş, o, üzr istəməyəcəyini, əslində Təqsirləndirilən şəxs ondan üzr istəməli olduğunu demiş, Təqsirləndirilən şəxs isə cavabında «indi həmin sözlərə görə mən sənə neyniyim?» deyə bildirmiş, o, söhbəti uzatmamağı və bağlanmasını istədiyini söylədikdə Təqsirləndirilən şəxs ona «sənin qeyrətin yoxdur» sözlərini demiş, o, həmin sözlərdən əsəbləşib «qeyrətimə söyənin var yoxunu...» deyə bildirmiş, Təqsirləndirilən şəxs həmin sözünə qəzəblənib sağ əli ilə onun sol çənə nahiyəsindən qüvvətli yumruq zərbəsi vurmuş, zərbənin təsirindən o, huşunu itirmiş, daha sonra Təqsirləndirilən şəxs onu vurubvurmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı hər hansıbir şikayəti iddiasıvə tələbi yoxdur. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 2-ci taqımının kəşfiyyatçı-sanitarı, əsgər Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, əsgər yoldaşları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, 02 iyul 2023-cü il tarixdə saat N radələrində səhər yeməyindən sonra ərazidə digər əsgərlərlə birlikdə təmizlik işləri aparan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs siqaret istəmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs siqaret verməyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs siqaret verməməsindən əsəbləşib sonuncuya belə hərəkətlərinə görə digər əsgərlər tərəfindən «pis» tanındığını bildirmiş, Zərərçəkmiş şəxs bu sözün qarşılığında onu, yəni Zərərçəkmiş şəxs pis tanıyan şəxsə var yox söyüşü söymüş, bu zaman o, əsgər yoldaşlarının mübahisə edəcəklərini başa düşüb müdaxilə edərək sakitləşdirmiş və mübahisə bitmişdir. Lakin daha sonra o, saat 14:40 radələrində 1-ci taborun əsgər yataqxanasında istirahət edən zaman ətrafda səs-küy olduğundan oyanmış və digər şəxsi heyətin getdiyi istiqamətdə, yəni əsgər yataqxanasının arxasına getmiş, bu zaman yataqxananın arxasında digər əsgərlərin Zərərçəkmiş şəxs üz nahiyəsinə su vurduqlarını, həmin nahiyədə çoxsaylı xəsarətlər aldığını görmüş, Zərərçəkmiş şəxs həmin vaxt əli ilə çənə nahiyəsini tutmuş, həmçinin qaş, gicgah və digər sifət nahiyələrində xəsarət, o cümlədən sıyrılma izləri olmuş, Zərərçəkmiş şəxs əsgərlərin köməkliyi ilə tibb məntəqəsinə aparılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs və digər əsgərlərdən həmin gün, yəni 02 iyul 2023-cü il tarixdə saat 14:40 radələrində əsgər yataqxanasının arxasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin gün səhər saatlarında aralarında olan sözlü mübahisələrini davam etdirdiklərini, mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadələr işlətdiklərini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs ünvanına «var-yox» söyüşü söydüyündən Təqsirləndirilən şəxs əsəbiləşərək Ələkbərov İsmayılovun sifət nahiyəsinə bir qüvvətli yumruq zərbəsi vurduğunu, həmin zərbə nəticəsində, habelə zərbənin təsirindən yerə yıxılaraq sifət nahiyəsinin zərblə yerə dəyməsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət aldığını öyrənmişdir. Şahid Müdafiə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək 02 iyul 2023-cü il tarixdə səhər saatlarında hərbi hissənin ərazisində təmizlik işləri görərkən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə yarandığını, həmin gün saat 14:40 radələrində onların həmin mübahisəni əsgər yataqxanasının arxasında davam etdirdiklərini, bu zaman istifadə etdiyi nalayiq ifadəyə cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən, habelə zərbə nəticəsində huşunu itirərək üzü üstə yerə yıxılan Zərərçəkmiş şəxs sifət nahiyəsində müxtəlif xəsarətlər aldığını təsdiq etmişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 3-cü taqımının 2-ci qrupunun kəşfiyyatçı heyət nəfəri, əsgər Şahid3 Abdulxaliq oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, əsgər yoldaşları: Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, 02 iyul 2023-cü il tarixdə şəxsi heyətlə birlikdə nahar yeməyindən qayıtdıqdan sonra asudə vaxtda, yəni saat 14:40 radələrində o, əlində olan zibili atmaq məqsədilə hərbi hissənin 1-ci taborunun yerləşdiyi inzibati binanın arxasına doğru getmiş, bu zaman binanın arxasına tərəf keçdikdə orada yerləşən ağacın yanında onunla eyni bölükdə xidmət edən əsgərlər: Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qarşı-qarşıya dayanaraq mübahisə etdiklərini görmüş, bu zaman yaxınlaşaraq mübahisə edənləri sakitləşdirməyə çalışsa da, hər ikisi ondan uzaqlaşmasını və müdaxilə etməməsini istəmişdir. Bundan sonra o, uzaqlaşsa da, kənardan dayanıb baxmağa davam etmiş, baş verən söhbəti tam şəkildə eşitməsə də, sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına «var-yox» söyüşü söydüyünü eşitmiş, bu söyüşdən dərhal sonra Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs çənə nahiyəsindən qüvvətli yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs huşunu itirərək sol üzü üstə yerə yıxılmış, Təqsirləndirilən şəxs isə bunu görüb dərhal oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs endirdiyi yumruq zərbəsi nəticəsində, habelə zərbənin təsirindən huşunu itirərək üzü üstə yerə yıxılması nəticəsində Zərərçəkmiş şəxs sifət nahiyəsindən müxtəlif xəsarətlər almışdır. Hadisədən sonra ona məlum olmuşdur ki, 02 iyul 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sözlü münahisə baş tutmuş və onlar həmin mübahisələrini həmin gün 14:40 radələrində əsgər yataqxanasının arxasında davam etmişlər. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şahid4 məhkəmədə elan olunmuş Şahid3 ifadəsinə oxşar ifadə verərək, 02 iyul 2023-cü il tarixdə saat 14:40 radələrində əsgər yataqxanasının arxasında aralarında baş vermiş mübahisə zamanı istifadə etdiyi nalayiq ifadəyə cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən, habelə zərbə nəticəsində huşunu itirərək üzü üstə yerə yıxılan Zərərçəkmiş şəxs sifət nahiyəsindən müxtəlif xəsarətlər aldığını təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 346 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissə komandirinin sərəncamında olanların siyahısından çıxarılaraq hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçısı-istehkamçısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli 273 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş və N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 4-cü taqımının 2-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı 03 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, 02 iyul 2023-cü il tarixdə saat 14:40 radələrində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun çənə nahiyəsinə bir yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün komandiri vəzifəsini müvəqqəti icra edən, leytenant Konsul Qasımovun 03 iyul 2023-cü il tarixli 5769 nömrəli raportundan görünür ki, 02 iyul 2023-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında tabelik münasibətlərinin nizamnamə qaydaları pozulmuş və Zərərçəkmiş şəxs çənə, alın və almacıq nahiyələrində xəsarətlər aşkar edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi, tibb xidməti baş leytenantı Ruzi Səfərovun 03 iyul 2023-cü il tarixli 5787 nömrəli raportundan görünür ki, 02 iyul 2023-cü il tarixdə saat 15:00 radələrində əsgər Zərərçəkmiş şəxs «sol alın nahiyəsinin, sol yanağın almacıq nahiyəsinin sıyrılmış yarası, dodaqaltı nahiyənin və sol yanağın hematoması» xəsarətləri ilə tibb məntəqəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin «zədələnmələrin qeydiyyatı kitabı»ndan edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 02 iyul 2023-cü il tarixdə saat 15:00-da hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və ona «sol alın nahiyəsinin, sol yanağın almacıq nahiyəsinin sıyrılmış yarası, dodaqaltı nahiyənin və sol yanağın hematoması» diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 03 iyul 2023-cü il tarixli 872 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – çənə sümüyünün sol şaxəsi proyeksiyasında yumşaq toxumaların şişkinliyi ilə müşayiət olunan çənə sümüyünün sol bucaq nahiyəsinin yerdəyişən sınığı və alın, almacıq, alt, üst dodaqların sol yarısının, xarici burunun yumşaq toxumalarının əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan sol almacıq sümüyünün zəif yerdəyişən, burun sümüyünün qəlpəli yerdəyişən sınıqları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yumşaq toxumaların şişkinliklə müşayiət olunan çənə sümüyünün sol bucaq nahiyəsinin sınığı vurulmuş yumruq zərbəsi nəticəsində, alın, almacıq, alt, üst doldaqların sol yarısının və xarici burunun yumşaq toxumalarının əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan sol almacıq sümüyünün və burun sümüyünün sınıqları isə çənə nahiyəsindən almış olduğu yumruq zərbəsindən sonra şəxsin yıxılması nəticəsində həmin nahiyəsinin yer örtüyünə dəyməsi nəticəsində törənə bilərdilər, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa az ağır zərərvurmaya aid edilirlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 4-cü taqımının 1-ci qrupunun kəşfiyyatçısı-istehkamçısı, əsgər Təqsirləndirilən şəxs və həmin taqımın 2-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 10 iyul 2023-cü il tarixli 7130 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan aydın olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı bir iddia, tələb və şikayəti yoxdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək baş vermiş düşmən təxribatının qarşısının alınmasında iştirak etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müddətli hərbi qulluqçu kimi, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, bir ildən artıq xidmət etməsini, əvvəllər məhkum olunmamasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4cü maddəsi) məhkəmə, Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarının mövcudluğunu nəzərə alaraq onun barəsində intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və humanizm, eləcə də cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinəəsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsi, zərər çəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini (cinayət işi materiallarına və məhkəmə istintaqı zamanı şahid ifadələrinə əsasən), bir ildən artıq xidmət etməsini, hərbi xidmətinin davam etdirmək arzusunda olduğunu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək baş vermiş düşmən təxribatının qarşısının alınmasında iştirak etməsi, cəzasını ağırlaşdıran halın olmadığı, habelə işin halları ilə bağlı yuxarıda göstərilənlər onun artıq ictimai təhlükəli olmamasına dəlalət edir, bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilər, onun əməlindən səmimi peşmançılıq hissi keçirərək günahını etiraf etməsi də təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi məsələsinə xidmət edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyası həddində intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən hallar olmasını nəzərə alaraq və eləcə də təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «komandalığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri “Zəfər” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş ntizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq edilsin və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandalığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Zəfər” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-178/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-178/2023
17.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver