Məhkəmə qərarları › İş №1-1(093)-18/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-18/2023

17.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-18/2023 17.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlu, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi XN, müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Meybulla oğlu, X4 və Bakı şəhəri Arbitrium vəkil bürosunun vəkili MüdafiəçiN Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə Bakı hərbi məhkəməsinin inzibati binasında, xx xxx N995-cı il tarixdə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuş, Bərdə rayonunun Xanərəb kəndində qeydiyyatda olan həmin ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – baş çavuş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin qərargah bölyünün N-ci mühafizə tağımının 2-ci mühafizə qrupunun komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N8 iyul N22-ci il tarixdə saat 06:53-də müvafiq sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi “Kia Pride” markalı ** TL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Quba- Dağıstan sərhədi yolunun Bakı şəhəri Binəqədi rayonu ərazisindən keçən 7,4-cü kilometrliyində (Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında) Bakı şəhəri istiqamətində təxminən 50-60 km saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, sol tərəfdə yerləşən dördüncü, yəni sonuncu hərəkət zolağında avtomobilin ön sağ hissəsi ilə yolu sağdan sola düzünə keçən piyada, xx.xx.N0N-ci il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, həmin yerdə qeydiyyatda olan X3 vuraraq, ona ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol gicgah nahiyəsinin qançırşişkinliyi, sol baldır sümüklərinin orta N/3-nin qapalı sınığı, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin və sol əlin arxa səthinin əzilmiş-cırılmış yaraları, boyun kökünün sol yarısının və sol çiyin qurşağı nahiyəsinin kəsilmiş yaraları, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları» xəsarətlərini yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Ağdam rayonu Zəngişalı kənd sakini, mərhum X3 əvvəllər tanımamış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamış, o, N nömrəli hərbi hissənin qərargah bölüyünün N-cü mühafizə tağımının 2-ci mühafizə qrupunun komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən NN iyul N22-ci il tarixdə axşam saaylarında yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olan zaman qardaşı ŞahidN onunla telefon vasitəsilə əlaqə saxlamış və özünün, həmçinin arvadı Şahid2 həmin gecə sonuncunun Abşeron rayonu Xırdalan şəhərində yaşayan hansısa qohumunun evində qalacaqlarını deyərək, səhər tezdən xidmət yerinə getməmişdən əvvəl Xırdalan şəhərinə gəlib, avtomobili ilə onları N Yanvar metrostansiyasının qarşısına aparmasını istəmişdir. N8 iyul N22-ci il tarixdə səhər tezdən etibarnamə əsasında idarə etdiyi, özünə məxsus “Kia Pride” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhərinə getmiş, qardaşı ŞahidN, eləcə də, sonuncunun arvadı N.Cəfərovu və azyaşlı övladını götürmüş və Bakı-Sumqayıt şossesi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt qardaşı ŞahidN avtomobilin ön sağ oturacağında, Şahid2 isə övladı ilə birlikdə arxa oturacaqda oturmuş və hərəkət etdiyi Bakı-Sumqayıt şossesinin Bakı şəhərinə gələn hissəsində sürət həddi 90 km/saat olsa da, yolda bir qədər sıxlıq olduğu üçün o, avtomobili təxminən 50 km saat/sürətlə idarə etmişdir. Hərəkət etdiyi avtomobil yolunda dörd hərəkət zolağı olsa da, o, sol tərəfdə yerləşən sonuncu, yəni dördüncü zolaqla hərəkət etmiş və bir qədər sonra, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığına çatan zaman birdən arxasında olan qara rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi “Kia Sporteg” markalı bir avtomobil önə keçməsi üçün qabaq işıqlarını yandırıb söndürmüşdür. Sağ tərəfində yerləşən üçüncü hərəkət zolağında avtomobil olduğu üçün o, arxadakı avtomobilə yol verə bilməmiş və bu zaman qeyd edilən avtomobil üçüncü hərəkət zolağı vasitəsilə önünə keçmişdir. Qeyd edilən Kia markalı avtomobil ön keçib təxminən 2-2,5 metr ondan aralandıqdan sonra birdən o, Kia markalı avtomobilin arxa sağ tərəfindən, yəni üçüncü hərəkət zolağından bir şəxsin iti qaçışla üzərinə doğru gəldiyini görmüş və həmin vaxt dərhal əyləci basıb tormozlama etsə də, həmin şəxs avtomobilin ön sağ tərəfinə çırpılmışdır. O, ilk öncə nə baş verdiyini bilməmiş və zərbənin təsirindən həmin şəxs göydə fırlanaraq üçüncü hərəkət zolağına düşmüşdür. Bundan sonra o, dərhal avtomobili sol tərəfə çəkərək saxlamış və qardaşı ŞahidNla birlikdə avtomobildən düşərək, yaxınlaşıb baxdıqda avtomobillə vurduğu şəxsin təxminən 22-23 yaşlarında kişi cinsli bir şəxs olduğunu görmüşdür. O, dərhal təcili-tibbi yardıma zəng edərək həkim çağırmış və yaxınlaşıb avtomobilinə baxdıqda zərbənin təsirindən avtomobilin ön alın şüşəsinin sağ tərəfinin sındığını, həmçinin avtomobilinin ön sağ tərəfinin əzildiyini görmüşdür. O, avtomobilindən su götürüb orada olan, tanımadığı şəxsə verdikdən sonra həmin şəxs suyu avtomobillə vurduğu şəxsin üzünə tökmüş və təxminən on dəqiqə sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmişdir. Təcili-tibbi yardım avtomobili hadisə yerinə gəldikdən sonra orada olan yol-patrul xidmətinin əməkdaşı onu xidməti avtomobilinə mindirərək yaxınlıqda olan Daxili İşlər Nazirliyinin ekologiya postuna aparmış və yolda olan zaman polis əməkdaşı telefonla danışdıqdan sonra ona avtomobillə vurduğu şəxsin öldüyünü demişdir. O, polis əməkdaşı ilə birlikdə ekologiya postuna gəldikdən sonra orada polis əməkdaşları hadisə yerinin yaxınlığında olan təhlükəsizlik kamerasının çəkdiyi videogörüntüyə baxmış və bu zaman o, hadisənin avtomobillə vurduğu şəxsin yolu sağdan sola piyada keçərkən baş verdiyini görmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək müdafiə xarakterli ifadələr versə də, onun həmin əməli törətməsində təqsiri iş üzrə toplanmış sübutlar, o cümlədən ifadələr, ekspert rəyləri, hadisə yerinə və hadisə anının videogörüntüsünün köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokollar və işdə olan sair sənədlərlə sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi XN göstərmişdir ki, mərhum qardaşı X5 N2N-ci ilin yanvar ayında hərbi xidmətini başa vurduqdan sonra Abşeron rayonu Xırdalan şəhərində yerləşən, tikinti mallarının satışını həyata keçirən “Euro Home” ticarət mərkəzində satıcı kimi işləməyə başlamış və həmin ticarət mərkəzində çalışan bir neçə dost-tanışı ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. X8 xərçəng xəstəsi olması ilə əlaqədar müalicəsi üçün lazım olan dərman və tibbi ləvazimatları hər ay qardaşı X.İsmayılov Bakı şəhərindən alıb göndərdiyi üçün sonuncu N8 iyul N22-ci il tarixdə səhər saat 07 radələrində yenidən telefon vasitəsilə əlaqə saxlayaraq lazım olan dərman və tibbi ləvazimatları alıb, Bakı Beynəlxalq Avtovağzalına gəldiyini demiş və atasına çatdırması üçün Bakı-Ağdam istiqamətində sərnişin daşımaqla məşğul olan Yusif adlı şəxsə verdiyini bildirmişdir. Bu onların qardaşı X.İsmayılovla sonuncu danışığı olmuş və həmin gün təxminən saat N0-NN radələrində X.İsmayılovun Bakı şəhərində avtomobil vurması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi deyilmiş, onlar dərhal Bakı şəhərində yaşayan əmisi X6 ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncu bunu təsdiqləyərək qardaşı X.İsmayılovun aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü demişdir. Həmin gün qardaşı X.İsmayılovun meyiti Ağdam rayonu Zəngişalı kəndinə gətirilmiş və kənd qəbristanlığında dəfn edilmişdir. Daha sonra araşdırma zamanı onlar qardaşı X.İsmayılovun əvvəllər tanımadıqları, Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs idarə etdiyi Kia markalı avtomobillə vurulduğunu bilmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini tələb edir. ŞahidN göstərmişdir ki, o, NN iyul N22-ci il tarixdə arvadı Şahid2 və azyaşlı övladı Mətanət Cəfərova ilə birlikdə arvadının Abşeron rayonu Xırdalan şəhərində yaşayan bibisinin evinə qonaq getmiş və həmin gün orada qaldıqları üçün axşam saatlarında Bakı şəhəri Yasamal rayonunda yaşayan qardaşı Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayaraq, səhəri gün xidmət yerinə getməmişdən əvvəl Xırdalan şəhərinə gəlib onları avtomobili ilə N Yanvar metrostansiyasının yanına aparmasını istəmişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs etiraz etməmiş və səhəri gün, yəni N8 iyul N22-ci il tarixdə saat 06-07 radələrində onları aparması üçün idarə etdiyi, özünə məxsus “Kia Pride” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərinə gəlmişdir. Onlar avtomobilə mindikdən sonra qardaşı Təqsirləndirilən şəxs Bakı-Sumqayıt şossesi ilə Bakı şəhəri istiqamətində hərəkət etmiş və həmin vaxt o, ön sağ oturacaqda, arvadı Şahid2 isə azyaşlı övladı ilə birlikdə arxa oturacaqda oturmuşdur. Bakı-Sumqayıt şossesi ilə Bakı şəhəri istiqamətində hərəkət edən zaman qardaşı Təqsirləndirilən şəxs avtomobili təxminən 50-60 km saat/sürətlə idarə etmiş və avtomobilə mindikdən sonra o, ancaq mobil telefonu ilə məşğul olduğu üçün yola fikir verməmişdir. Onlar avtomobillə bir qədər getdikdən sonra Bakı Beynəlxalq avtovağzalının yaxınlığında o, birdən nəyinsə avtomobilin ön sağ tərəfinə çırpıldığını hiss etmiş və bu zaman avtomobilin ön alın şüşəsinin sağ tərəfi sındığı üçün şüşə qırıntıları onun üzərinə tökülmüşdür. O, əvvəlcə nə baş verdiyini bilməmiş və nəyinsə yuxarıdan avtomobilin üzərinə düşdüyünü zənn etmişdir. Həmin vaxt həm qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi, içərisində olduqları Kia Pride markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil, həm də, digər hərəkət zolaqlarında olan avtomobillər dayanmış və o, qardaşı ilə birlikdə avtomobildən yerə düşdükdən sonra hərəkət etdikləri zolağın sağ tərəfindəki zolaqda, avtomobilin ön tərəfində təxminən N-25 yaşlarında, kişi cinsli bir şəxsin hərəkətsiz vəziyyətdə yerə, yəni asfaltın üzərinə uzandığını görmüşlər. O, əvvəlcə həmin şəxsi başqa bir avtomobilin vurub qardaşının idarə etdiyi avtomobilin üzərinə atdığını düşünsə də, daha sonra qardaşına məxsus Kia Pride markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfinin əzildiyini, həmçinin qabaq alın şüşəsinin sağ tərəfinin sındığını görüb, həmin şəxsi qardaşının vurduğunu başa düşmüş və yaxınlaşıb baxdıqda yerdə uzanmış şəxsin hansısa qolundan, eləcə də, başından qan gəldiyini görmüşdür. Təxminən N0-N5 dəqiqə sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmiş və həkimlər baxdıqdan sonra qardaşı Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxsin artıq öldüyünü demişlər. Daha sonra, qardaşı Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxsin əvvəllər tanımadıqları, Ağdam rayonunun Zəngişalı kənd sakini X5 olduğunu bilmişlər. Şahid2 göstərmişdir ki, NN iyul N22-ci il tarixdə əri ŞahidN və azyaşlı qızı Mətanət Cəfərova ilə birlikdə bibisi Rəhimənin övladının doğum günü məclisində iştirak etməsi üçün bibisinin yaşadığı Abşeron rayonu Xırdalan şəhərində yerləşən evə getmiş və həmin gecə onlar bibisinin evində qalmalı olduqları üçün axşam əri ŞahidN Bakı şəhəri Yasamal rayonunda yaşayan qardaşı, yəni onun qaynı Təqsirləndirilən şəxs zəng edərək səhəri gün xidmət yerinə getməmişdən əvvəl Xırdalan şəhərinə gəlib avtomobili ilə onları N Yanvar metrostansiyasının yanına aparmasını istəmişdir. Səhəri gün, yəni N8 iyul N22-ci il tarixdə saat 06-07 radələrində qaynı Təqsirləndirilən şəxs idarə etdiyi, özünə məxsus, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə onları aparması üçün Xırdalan şəhərinə gəlmiş və onlar avtomobilə mindikdən sonra qaynı Bakı-Sumqayıt şosssi ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt əri ŞahidN ön sağ oturacaqda, o, isə azyaşlı övladı ilə birlikdə arxa oturacaqda oturmuş və hər dəfə avtomobilə minən zaman özünü narahat hiss etdiyi, həmçinin səhər saatları olduğu üçün o, avtomobilə mindikdən sonra yatmışdır. Bir qədər sonra səs-küy olduğu, eyni zamanda qaynı Təqsirləndirilən şəxs avtomobili saxladığı üçün o, yuxudan oyanmış və bu zaman əri ŞahidNla qaynı Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüşlər. Qaynı Təqsirləndirilən şəxsla yanaşı ətrafda olan digər avtomobillər də, dayanmış və bir qədər sonra əri ŞahidN yaxınlaşıb Təqsirləndirilən şəxs idarə etdiyi, içərisində olduqları avtomobillə hansısa bir şəxsi vurduğunu deyərək, taksi ilə yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evə getmələri üçün onları avtomobildən düşürmüşdür. O, avtomobildən düşdükdən sonra ətrafa çoxlu adam toplaşdığı üçün qaynı Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxsi görə bilməmiş və taksiyə mindikdən sonra azyaşlı övladı ilə birlikdə yaşadıqları evə qayıtmışdır. Bir qədər sonra o, əri ŞahidNla telefon vasitəsilə danışan zaman əvvəllər tanımadıqları bir şəxsin piyada yolu keçərkən qaynı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən vurulduğunu, aldığı bədən xəsarətlərindən həmin şəxsin öldüyünü bilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsi komandirinin N iyul N22-ci il tarixli 0N55 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş çavuş Təqsirləndirilən şəxs hərbi hissənin qərargah bölüyünün N-ci mühafizə tağımının 2-ci mühafizə qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. xx.xx.N22-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı-Quba-Dağıstan sərhədi yolunun Bakı şəhəri Binəqədi rayon ərazisindən keçən 7,4-cü kilometrliyidir. Yol asfalt örtüklü, hamar olmaqla iki tərəflidir və hər tərəfdə dörd hərəkət zolağı vardır. Hadisə yolun Bakı şəhərinə gələn hissəsində baş vermişdir və həmin hissədə yol yoxuşdur. Yolun bir istiqamətdə ümumi eni N6 metrdir və hadisə yolun sol tərəfdə yerləşən dördüncü hərəkət zolağında, yəni sağ tərəfdə yerləşən birinci hərəkət zolağının başlanğıcından N2,4 metr aralıda baş vermişdir. Hadisənin baş verdiyi yol quru vəziyyətdədir və hadisə yerində olan Kia Pride markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsi sınmış, qabaq sağ küncü əzilmiş vəziyyətdədir. Məhkəmə-tibbi ekspertinin xx.xx.N22-ci il tarixli N34 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin ekspertizası zamanı onda «baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol gicgah nahiyəsinin qançır-şişkinliyi, sol baldır sümüklərinin orta N/3-nin qapalı sınığı, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin və sol əlin arxa səthinin əzilmiş-cırılmış yaraları, boyun kökünün sol yarısının və sol çiyin qurşağı nahiyəsinin kəsilmiş yaraları, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları» xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən boyun kökünün sol yarısının və sol çiyin qurşağı nahiyəsinin kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd edilən xəsarətlərin xx.xx.N22-ci il tarixdə hərəkətdə olan minik avtomaşınının X.İsmayılovu vurması nəticəsində əmələ gəlməsi ekspert tərəfindən inkar olunmamışdır. Mərhum X.M.İsmayılovun ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəcikləri və beyinciyə qansızmalar olmuşdur və X.İsmayılovun meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.N22-ci il tarixli 8/2445 nömrəli rəyindən görünür ki, Kia Pride markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi, tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücünün hərəkəti üçün təhlükə piyadanın yolu birinci hərəkət zolağının başlanğıcından yolun soluna doğru hərəkətə başladığı andan yaranmışdır. Aparılmış hesabata əsasən tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 34,3-44,4 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 97,2-NN6,7 metr aralı məsafədə olmuşdur. İbtidai istintaqın zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında keçirilmiş kompleks məhkəmə videotexniki və əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.N22-ci il tarixli 8/2867-4/N493 nömrəli rəyindən görünür ki, hadisənin ilkin videoyazısı təqdim edilmədiyindən videoyazıya görə yol-nəqliyyat hadisəsi üzrə obyektlərin hərəkət parametrlərini – iki vizual hadisə arasında keçən zamanı, obyektlərin sürətini müəyyən etmək mümkün olmamışdır. Elmi ədəbiyyatlarda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətini tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları tərəfindən yaradılan yol-nəqliyyat şəratinin elementidir. Hadisədən bilavasitə əvvəl piyadanın görünməsini məhdudlaşdıran iri qabaritli avtomobillərin hərəkətdə olmaması və piyadanın boyunun hündürlüyünün N83 sm olması nəzərə alınmaqla piyada sağdan N-ci hərəkət zolağının başlanğıcıdan hərəkətə başlayarkən onun sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi mümkündür. Qeyd edilən şəraitdə Kia Pride markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi, tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş, xx.xx.N22-ci il tarixli 8/2867-4/N493 nömrəli rəyi tərtib etmiş ekspertlər XN2 və XN3 rəydə gəldiyi nəticələri bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd diskə köçürülmüş hadisə anının videogörüntüsündən və həmin videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mərhum X5 N8 iyul N22-ci il tarixdə saat 06:52-də Bakı-Sumqayıt şossesinin Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən və Bakı şəhəri istiqamətində gedən hissəsində yolun sağ tərəfindən piyada hərəkət edib, yolu sağdan sola keçməsi üçün sağ tərəfdə yerləşən birinci hərəkət zolağının başlanğıcında dayanır və N2 saniyə yolun sağ kənarında dayandıqdan sonra saat 06:53-də piyada avtomobil yolunu keçməsi üçün hərəkətə başlayır. X.İsmayılov dayanmadan üçüncü hərəkət zolağının mərkəz hissəsinədək adi yerişlə hərəkət etdikdən sonra üçüncü hərəkət zolağının mərkəzindən dayanmadan irəli, yəni dördüncü hərəkət zolağına doğru qaçmağa başlayır və dördüncü, yəni sol tərəfdə yerləşən sonuncu hərəkət zolağının mərkəz hissəsinə çatdığı zaman (sağ tərəfdə yerləşən birinci hərəkət zolağının başlanğıcından hərəkətə başladıqdan 7 saniyə sonra) həmin hərəkət zolağında Bakı şəhəri istiqamətində hərəkət edən, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA PRİDE” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin əyləcini basıb tormozlama etsə də, avtomobilin ön sağ hissəsi ilə X.İsmayılovu vurur. Həmin vaxt X.İsmayılov aldığı zərbənin təsirindən yuxarı qalxıb göydə fırlanaraq üçüncü hərəkət zolağına düşür və yerdə hərəkətsiz vəziyyətdə qalır. X.İsmayılov yolun sağ kənarından, yəni birinci hərəkət zolağının başlanğıcından hərəkətə başladığı andan dördüncü hərəkət zolağında avtomobillə vurulduğu vaxtadək yolda piyadanın görünməsini məhdudlaşdıran iri qabaritli avtomobillərin hərəkəti müşahidə edilmir və həmin vaxt hava günəşli, aydın görünüşlü, avtomobil yolu isə quru vəziyyətdədir. İş materiallarına əlavə olunmuş BC257269 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N22-ci il tarixdə “BN,B,CN,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AZ-İİ 27323N nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.N22-ci il tarixdə digər kəllə daxili travmalar səbəbindən ölmüşdür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Azəryolelmitədqiqatlayihə İnstitutu MMC tərəfindən təqdim edilən məktubdan görünür ki, hadisənin baş verdiyi Bakı-Quba- Dağıstan sərhədi yolunun Bakı şəhəri Binəqədi rayonu ərazisindən keçən 7,4-cü kilometrliyində yolun hərəkət hissəsinin maillilik dərəcəsi 29,3 ‰ təşkil edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini yalnız özünü müdafiə xarakteri daşımaqla həqiqətə uyğun olmayan, qeyri obyektiv ifadə kimi qəbul edir və onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsini yuxarıda göstərilən sübutların məcmusu ilə təsdiq olunduğu qənaətinə gəlir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in N5.2-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs himayəsində N (bir) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.N.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. . Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona təqsirli bilinəcək maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddənin sanksiyalarında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.N-ci maddəsinə görə isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-N.N-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilmir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə N0 (iki yüz) manat və məhkəməyol-nəqliyyat hadisələri ekspertizası üzrə 85 (səksən beş) manat, ümumilikdə isə 285 (iki yüz səksən beş) manat təşkil etmiş ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut - “Kia Pride” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.N.N-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cəzaları İcra Məcəlləsinin 68.N-ci maddəsinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən həbsdə saxlanmayan məhkumun cəzanın icrası müddəti məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-in 346, 35N-353- cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək N (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş N (bir) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut - “Kia Pride” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində olması nəzərə alınsın. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 285 (iki yüz səksən beş) manat təşkil etmiş ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Bakı hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar