Məhkəmə qərarları › İş №1-1(093)-180/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-180/2024

07.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-180/2024 07.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonunun Cil kəndində doğulmuş, Lənkəran rayonunun Cil kəndində daimi qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya qovşağının rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin mexanik- xətt nəzarətçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N-cü ilin sentyabr ayında dəyərini 3000 (üç min) manat müəyyənləşdirməklə mülkiyyət hüququ özünə məxsus 1996-cı il buraxılışlı, ağ rəngli “Mercedes-Benz E220” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə əlaqədar olaraq “Tap.az” internet elanlar saytında satış elanı yerləşdirmiş, bundan sonra vətəndaş Zərərçəkmiş şəxs həmin avtomobili almaq arzusunda olmasını bilib, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs sözügedən avtomobili 3000 (üç min) manata satacağına dair yalan vəd verib, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Bundan sonra Zərərçəkmiş şəxs 24 sentyabr N-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək qeyd edilən avtomobili bəyənərək almaq istədiyini demiş, həmin vaxt o, söhbət əsnasında sonuncuya özünün hərbi qulluqçu olduğunu, anasının xəstə olması ilə əlaqədar olaraq təcili pula ehtiyacının olduğunu, habelə avtomobili digər şəxslərin də almaq istədiyini bildirib, avtomobili Zərərçəkmiş şəxs satacağına dair yalan vəd verərək 700 (yeddi yüz) manat məbləğində pulu beh qismində istəmiş və sonuncunun 25 sentyabr N-cü il tarixdə saat 08:58 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən “4 Yol” adlı marketin daxilində quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə onun istifadəsində olan “Kapital Banka” aid 4169-7388-7296-5284 nömrəli ödəniş kartına göndərdiyi 700 (yeddi yüz) manat məbləğində pulu nağdlaşdırmış, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, N oktyabr 2018-ci il tarixdən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində əsgər hərbi rütbəsində xidmət etmişdir. O, 20 sentyabr N-cü il tarixdə anasının xəstəliyi nəticəsində yaranmış maddi problemləri ilə əlaqədar olaraq mülkiyyətində olan 1996-cı il buraxılışlı, ağ rəngli “Mercedes- Benz E220” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gələrək həmin avtomobili qiyməti 3000 manat olmaqla “Tap.az” internet elan saytına yerləşdirmişdir. Onun avtomobilini daha ucuz qiymətə, yəni 3000 manata elan saytında yerləşdirməsinin səbəbi avtomobilinin kreditdə olması olmuşdur. O, həmin avtomobilinin real bazar dəyərinin 8000 manat olduğunu qeyd etmişdir. Səhəri günü, yəni 21 sentyabr N-cü il tarixdə “Tap.az” elan saytına yerləşdirdiyi avtomobilini 3000 manat nağd şəkildə ona verilməklə və 5000 manat isə avtomobili alan şəxsin üzərində kreditdə qalmaqla ümumilikdə 8000 manata satmışdır. O, avtomobilini satdıqdan sonra “Tap.az” internet saytına yerləşdirdiyi elan eynilə qiyməti 3000 manat göstərilməklə bir neçə günlük də öz qüvvəsində qalmışdır. 24 sentyabr 2024cü il tarixdə saat 22 radələrində tanımadığı şəxs ona zəng edib tanışlıq verərək adının Ramil olduğunu söyləmiş və avtomobilin satılıb-satılmadığını ondan soruşmuşdur. O, həmin vaxt pul əldə etmək məqsədilə Ramilə yalandan avtomobilin satılmadığını söyləmişdir. Bundan sonra Ramil onun elan saytına yerləşdirdiyi “Mercedes-Benz E220” markalı avtomobili almaq istədiyini demişdir. O, söhbət əsnasında özünün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu və sözügedən avtomobili anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacının olması səbəbindən təcili olaraq satdığını Ramilə demişdir. Ramil həmçinin ondan nə səbəbə avtomobili ucuz qiymətə, yəni 3000 manata satdığını soruşmuşdur. O, inandırıcı olsun deyə avtomobilin mühərrik sistemində müəyyən nasazlıqların olması və həmçinin ona təcili olaraq pul lazım olması səbəbindən avtomobili real bazar dəyərindən ucuz qiymətə satdığını Ramilə demişdir. O, bundan sonra Ramili aldatmaq üçün avtomobili bir neçə nəfərin də ondan israrla istədiklərini və bu səbəbdən avtomobilin satılmamasının qarşısının alınmasının çətin olduğunu bildirərək 700 manat məbləğində pulu beh qismində göndərəcəyi təqdirdə avtomobili digər şəxslərə satmayacağını Ramilə söyləmişdir. Ramil sözügedən avtomobili almaq üçün 700 manatı ona beh qismində göndərəcəyini demişdir. Bundan sonra o, istifadəsində olan “Kapital Banka” aid 4169-7388-7296-5284 kart nömrəsini whatsapp mobil tətbiqi vasitəsilə Ramilə göndərmişdir. O, 25 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində xidmətdə olan zaman kart hesabına 700 manatın köçürüldüyünü görmüşdür. Bundan sonra Ramil ona zəng edərək istədiyi 700 manatı beh qismində göndərdiyini və bu səbəbdən avtomobilə harada və nə vaxt baxa biləcəyini ondan soruşmuşdur. O, Ramilə yalandan sözügedən avtomobilin yaşadığı Lənkəran şəhərində usta yanında olduğunu və 2 gündən sonra birlikdə Lənkəran şəhərinə gedib avtomobili götürə biləcəyini söyləmişdir. O, Ramilin beh qismində göndərdiyi 700 manatı öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ramil həmin ərəfədə ona zəng edərək avtomobili usta yanından götürmək istədiyini ona söyləmişdir. O, həmin vaxt Ramilə bəhanə uydurmaq qərarına gələrək anasının xəstələndiyini və bu səbəbdən Bakı şəhərində yerləşən xəstəxanalardan birində olduğunu demişdir. Ramil həmin vaxt Bakı şəhərində yerləşən hansı xəstəxanada olduğunu ondan soruşmuş, o isə xəstəxananın adını Ramilə deməmişdir. Bundan sonra Ramil ona dayanmadan zənglər etməyə başlamışdır. O, hər dəfəsində Ramilə “avtomobili bu gün götürəcəyik, sabah götürəcəyik” demişdir. Ramil sonuncu dəfə ona zəng edən zaman o, sonuncuya artıq onu narahat etdiyini, bu səbəbdən avtomobili satmayacağını və 700 manatı da geri qaytarmayacağını söyləmişdir. Hazırda törətdiyi əməldən peşmandır, dəymiş ziyanı ödəyə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 24 sentyabr N-cü il tarixdə saat 22 radələrində “Tap.az” internet elan saytına daxil olaraq 3000 manata 1996-cı il buraxılışlı, ağ rəngli “Mercedes-Benz E220” markalı **-ZR-*** avtomobil dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görərək həmin saytda avtomobilin sahibi kimi göstərilmiş Ramin adlı şəxsə zəng etmişdir. O, Ramindən avtomobilin satılıb-satılmadığını soruşduqda, sonuncu ona avtomobilin satılmadığını demişdir. O, avtomobilin diqqətini cəlb etdiyini və bu səbəbdən həmin avtomobili almaq istədiyini Raminə söyləmişdir. Həmin vaxt Ramin də bir qədər avtomobilini tərifləməyə başlamışdır. Söhbət əsnasında Ramin hərbi qulluqçu olduğunu ona demişdir. O, həmin vaxt nə səbəbə avtomobili dəyərindən ucuz qiymətə satdığını Ramindən soruşmuşdur. Ramin həm avtomobilin mühərrik sistemində müəyyən nasazlıqların olması, həm də anasının xəstə olması səbəbindən təcili pul lazım olduğunu əsas gətirərək sözügedən avtomobili dəyərindən ucuz qiymətə satdığını ona demişdir. Ramin həmin vaxt avtomobili ondan başqa bir neçə nəfərin də israrla istədiklərini və bu səbəbdən həmin avtomobili digərlərinə satmaması üçün ona 700 manat məbləğində beh göndərməli olduğunu demişdir. O, həmin vaxt həm Raminin hərbi qulluqçu olmasını, həm də anasının xəstə olmasını, habelə avtomobilin ucuz qiymətə satılmasını nəzərə alaraq, Ramin adlı şəxslə görüşmədən və sözügedən avtomobilə baxmadan sonuncunun yalanlarına inanaraq 700 manat məbləğində behi Raminin şəxsi kart hesabına göndərmək qərarına gəlmişdir. Bundan sonra Ramin özünün istifadəsində olan “Kapital Banka” aid 4169-7388-7296-5284 nömrəsini whatsapp mobil tətbiqi vasitəsilə ona göndərmişdir. O, 25 sentyabr N-cü il tarixdə saat 08:58 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən “4 Yol” adh marketə daxil olmuş və orada quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə 700 manat məbləğində pulu beh olaraq Raminin istifadəsində olan “Kapital Banka” aid 4169-7388-7296-5284 nömrəsinə göndərmişdir. O, bundan sonra dərhal Raminə zəng edərək 700 manat məbləğində pulu göndərdiyini və bu səbəbdən avtomobilə nə vaxt baxa biləcəyini sonuncudan soruşmuşdur. Ramin adı çəkilən avtomobilin yaşadığı Lənkəran şəhərində usta yanında olduğunu və 2 gündən sonra birlikdə Lənkəran şəhərinə gedib avtomobili götürəcəklərini ona demişdir. Üzərindən 2 gün keçdikdən sonra o, Raminin mobil nömrəsinə zəng etmiş və avtomobili götürmək istədiyini sonuncuya söyləmişdir. Lakin həmin vaxt Ramin anasının xəstə olması ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən adını demədiyi xəstəxanalardan birində olduğunu ona söyləmişdir. O, həmin vaxt Raminin nəsə onunla görüşməkdən və avtomobili ona verməkdən yayınmaq fikrində olduğunu hiss etmişdir. Ramin hər dəfə ona müxtəlif bəhanələr gətirərək görüşməkdən o, cümlədən avtomobili ona verməkdən açıqcasına imtina etmişdir. Bundan sonra Ramin onunla telefonda danışan zaman sözügedən avtomobili ona satmaq fikrindən daşındığını demişdir. Bundan sonra o, Ramindən beh qismində göndərdiyi 700 manatı geri istəmişdir. Həmin vaxt Ramin 700 manatı ona qaytarmayacağını və “get hara şikayət etmək istəyirsən edə bilərsən” demişdir. O, bundan sonra Daxili İşlər Nazirliyinin X3 Şöbəsində çalışan tanışlarından Ramin adlı şəxsin 700 manat behi ondan almamışdan təxminən 2-3 gün qabaq sözügedən avtomobili tanımadığı başqa şəxsə sataraq pulunu da aldığını öyrənmişdir. Bundan sonra o, 06 mart 2024-cü il tarixdə Ramin adlı şəxsin onu aldadaraq pulunu mənimsəməsi barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə müraciət etmiş və daha sonra onun ərizəsi əsasında Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində Ramin adlı şəxsin barəsində araşdırma başlanmışdır. Araşdırmanın gedişatında o, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətlərinə görə həbs edildiyini öyrənmişdir. Hazırda o, hərbi qulluqçusu Təqsirləndirilən şəxs şikayətçidir və ona vurduğu maddi, mənəvi zərərə görə sonuncunun qanun qarşısında cəzalandırılmasını istəyir. Məhkəmə iclasında Şahid göstərdi ki, dostu Zərərçəkmiş şəxs 24 sentyabr N-cü il tarixdə axşam radələrində “Tap.az” saytına daxil olaraq 3000 manata “Mercedes-Benz” markalı avtomobil satıldığını görərək bu səbəbdən həmin elan saytında avtomobilin sahibi kimi adı göstərilmiş Ramin adlı şəxslə əlaqə saxlayaraq avtomobili bəyəndiyini və almaq istədiyini söyləmişdir. Həmin vaxt Ramin avtomobilin mühərrik sistemində nasazlıq olduğuna görə həmin avtomobili 3000 manata satdığını ona demişdir. Bundan başqa Ramin avtomobilin müştərilərinin çox olduğunu və avtomobilin hər an satılmaq ehtimalının olduğunu bildirərək sözügedən avtomobili məhz Ramilə satması üçün sonuncudan 700 manat məbləğində beh istəmişdir. Söhbət əsnasında Ramin hərbi qulluqçu olduğunu və həmçinin anasının xəstə olmasına görə təcili pul lazım olduğunu da Ramilə demişdir. Ramil də həmin vaxt Raminin həm hərbi qulluqçu olmasını, həm də anasının xəstə olmasına görə 25 sentyabr N-cü il tarixdə “eManat” ödəniş terminalı vasitəsilə 700 manat məbləğində pulu beh olaraq Raminin istifadəsində olan “Kapital Banka” aid 4169-7388- 7296-5284 nömrəsinə göndərmişdir. Lakin bundan sonra Ramin “Mercedes- Benz” markalı avtomobili Ramilə satmamaq üçün müxtəlif bəhanlər gətirmiş avtomobilin gah yaşadığı Lənkəran şəhərində olduğunu bildirmiş, gah da avtomobilin digər yerlərdə olduğunu bildirmişdir. Bunun ardınca Ramil tanımadığı Raminin onu aldatdığını hiss edərək avtomobili almaq üçün sonuncuya ilkin olaraq göndərdiyi 700 manatı geri istəmişdir. Sonradan biz Raminin 700 manat behi Ramildən almamışdan təxminən 2-3 gün qabaq sözügedən avtomobili tanımadığı başqa şəxsə satdığını öyrəndik. Bundan sonra Ramil dələduzluğun qurbanı olduğunu anlayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə müraciət etmişdir. Bundan sonra Raminin barəsində Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma başlanmışdır. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinin adına yazılmış 06 mart 2024-cü il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs internet vasitəsilə Ramin adlı tanımadığı şəxsə avtomobil almaq üçün 700 manat məbləğində beh göndərməsi, lakin sonuncunun avtomobili başqa şəxsə satmasını bildirərək pulunu geri qaytarmaması barədə məlumat vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 15 iyul 2024-cü il tarixli ərizəsindən məlum olur ki, Zərərçəkmiş şəxs internet vasitəsilə tanıdığı hərbi qulluqçu Təqsirləndirilən şəxs istifadəsinə olmuş ağ rəngli “Mercedes- Benz E220” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona satmaq adı ilə ondan 700 manat məbləğində beh almış, lakin sözügedən avtomobili başqasına satmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan 25 sentyabr N-cü il tarixli 107829 nömrəli “eManat” ödəmə terminalından təqdim edilmiş ödəmə qəbzindən görünür ki, həmin tarixdə saat 08:58-də Təqsirləndirilən şəxs istifadəsində olan və ona məxsus Kapital Banka aid 4169-7388- 7296-5284 nömrəli karta 700 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş plastik kart hesabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4169-7388-7296-5284 nömərli plastik karta 25 sentyabr N-cü il tarixdə saat 08:59-da 700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2018-ci il tarixli 315 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının 28 sentyabr 2018-ci il tarixli N əç əmri ilə hərbi hissənin 11-ci radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının idarəetmə manqasının planşetçitelefonçusu vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli 293 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının 29 sentyabr 2021-ci il tarixli 0110 əç əmri ilə əsgər Təqsirləndirilən şəxs xidmət müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 163 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 14-cü radiolokasiya qovşağının rabitə və idarəetmə taqımının çoxkanallı rabitə bölməsinin mexanik-xətt nəzarətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş kompakt diskə keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.N-cü il tarixdən xx.xx.2024cü il tarixlərdə müxtəlif vaxtlarda telefon danışıqları aparılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13 sentyabr N-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına, Bakı Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 13 sentyabr N-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 4000 manat məbləğində cərimə cəzası bu hökmlə təyin olunan 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, 09 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuş və onun Bakı Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmaqla barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018ci il və xx.xx.2016-cı il təvəllüdlü iki uşağı var. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün saymır. Ona görə də, ona təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Hazırki işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs onun barəsində Bakı Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixdə hökm çıxarıldıqdan əvvəl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təyin edilən cəzalar Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmənin hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izahlardan irəli gəlir. Həmçinin həmin Qərarın 17-ci bəndinə görə CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində əvvəlki iş üzrə həbs qətimkan tədbiri seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınmalı və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - "e Manat” ödəmə terminalından çıxarış edilmiş 25 sentyabr N- cü il tarixli 107829 nömrəli ödəmə qəbzi iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzası bu hökmlə təyin olunan cəza ilə cinayətlərin məcmuyu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 dekabr N-cü il tarixdən 07 noyabr 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti 10 ay 27 gün təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun çəkəcəyi qəti cəza 03 (üç) il 01 (bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzası kimi müəyyən olunsun. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində əvvəlki iş üzrə həbs qətimkan tədbiri seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınsın və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- "e Manat” ödəmə terminalından çıxarış edilmiş 25 sentyabr Ncü il tarixli 107829 nömrəli ödəmə qəbzi iş materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar